Məhkəmə qərarları › İş №2(106)-926/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-926/2025

10.10.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-926/2025 10.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X9 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh4 və onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 26 avqust 2021-ci il tarixdə Neftçala rayonunda yerləşən “Lambard” Respublika Lambard evinin sahibi Cavabdeh5 25000 (iyirmi beş) manat kredit almışdır. Bu barədə 26 avqust 2021-ci il tarixli 016175 nömrəli müqavilə bağlanmışdır. 3 aylıq 10% dərəcəsi ilə verilmişdir. Cavabdeh5 ona bildirdi ki, bu məbləği girov müqaviləsini notariusda bağlasınlar. O da etiraz etmədi. O, 26 avqust 2021ci il tarixdə notariusda müqavilə bağladı və qol çəkdi. O və bacısı ağır xəstə olduğu üçün götürdüyü pulu verə bilmədilər. Cavabdeh5 2022-ci il tarixdə ona qarşı mülkiyyətində olan Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən ev 30 mənzil 25-də onu və ona məxsus olan əmlakların evdən çıxarılması barədə iddia qaldırmışdır. Cavabdeh5 ona qarşı iddia qaldırdıqdan sonra ona məlum oldu ki, guya iddiaçı təkrar olaraq 5 yanvar 2022-ci il tarixdə həmin tarixli 016176 nömrəli müqavilə ilə guya mənə 37180 manat məbləğində guya kredit verib. Onun o müqavilədən xəbəri olmayıb, nə də ki imza etməmişdir. Əgər elə bir müqavilə varsa müqavilədəki imza onun deyil. Bundan başqa ona məlum oldu ki, Cavabdeh5 Salyan 2 saylı Notariat ofisinin Xüsusi notariusu Mirismayıl Hüseynovla əlbir olaraq, onu aldadaraq onun mənzilini girov qoyması adı ilə mənzili alqı-satqı etmişlər. Ona görə də 26 avqust 2021-ci il tarixdən bağlanmış AN ******* nömrəli alqı-satqı müqaviləsi etibarsızdır və əsassızdır. Salyan rayon Məhkəməsində Cavabdeh5 iddiasına 20 iyul 2022-ci il tarixdə baxılmışdır. O, xəstə olduğu üçün üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Salyan rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(057)1336 22 saylı qətnaməsini aldıqdan sonra ona məlum oldu ki, Salyan Rayon Məhkəməsinin hakimi Ağarıza Səmədov tərəfindən iddiaçı Cavabdeh5 ona qarşı olan iddiası əsassız olduğu üçün təmin edilməmişdir. İddiası rədd edilmişdir. Belə ki, məhkəmə rəddi onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılmış subyektlərə obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxış zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 2 dəfə müxtəlif məbləğlərdə kredit vermişdir. Həmin kreditin təminatı kimi iddiaçının özünün nəzərdə tutduğu kimi cavabdehin mülkiyyətində olan yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla cavabdehin evini almışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh heç də evi satmaq fikrində olmamışdır. Kreditlə pul götürdüyü üçün bunu müqavilədə eyni alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, cavabdeh heç də evi satmaq fikrində olmamış, tərəflər arasında bağlanmış əqd onların iradə ifadəsinə uyğun olmamışdır. Tərəflər arasında bağlanmış əqd etibarsız əqd olduğundan məhkəmə iddianın təmin olunması barədə qərar qəbul olunmasını əsaslı və qanunu hesab edir. Məhz buna görə də hakim alqı-satqı müqaviləsinin etibarsızlığı qənaətinə gələrək Cavabdeh5 ona qarşı olan iddiasını rədd etmişdir. Lakin ona məlum olmayan səbəblərdən notariusun barəsində xüsusi qərar çıxartmamışdır və ya müvafiq tədbir görməmişdir. İddiaçı Cavabdeh5 bu səbəblərə (cinayətə) görə Salyan rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(057)- 1336/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış qətnamədir. Bundan başqa cavabdeh X1 rayon sakini öz həmyerlisi dırnaqarası vəkillik fəaliyyəti ilə məşğul olan Cavabdeh4 ilə bu cinayəti, özbaşnalığı örtbasdır etmək məqsədi ilə məhkəmədə iddia qaldırmaq onu mənzilindən çıxarmaq üçün Cavabdeh5 cinayət yolu ilə ələ keçirtdiyi mənzilini 22 dekabr 2022-ci il tarixdə Salyan Regional “Asan Xidmət” mərkəzində Notariat ofisində onun mənzilini guya 28000 (iyirmi səkkiz) manata satmışdır. Bu barədə 22 dekabr 2022ci il tarixli AN-/N1101290 saylı alqısatqı müqaviləsi imzalanmışdır. Və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh4 adına 18 yanvar 2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Sonra da Əlqulu Abbasov öz cinayətkar əməllərini həyata keçirmək məqsədi ilə onun 100000 (yüz) manat məbləğində olan mənzilini ələ keçirmək məqsədi ilə dırnaqarası yeni mülkiyyətçi olan Cavabdeh4 onu evdən çıxarmaq barədə məhkəmədə iddia qaldırmış, məhkəmə nə qədər ki iddiaçının əlində çıxarış olduğu üçün məhkəmə iddiasını təmin etmişdir. Göründüyü kimi cavabdehlər Cavabdeh5 və onunla cinayət əlaqəsinə girən Salyan 2 saylı Notariat ofisinin sabiq xüsusi notariusu Hüseynov Mirismayıl və Cavabdeh4 ilə birlikdə vahid niyyətlə davamedici cinayət törədərək mənim xüsusi mülkiyyətimi ələ keçirərək mənə küllü miqdarda ziyan vurmuşlar. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. Konstitusiya məhkəməsinin plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün hallar ifadə edən ümumi anlayışdır. Odur ki, Salyan rayon 2 saylı Notariat ofisinin Xüsusi notariusu Mirismayıl Hüseynov tərəfindən qeydə alınmış 26 avqust 2021-ci il tarixdə bağlanmış AN/N0950907 nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş Reyestrdən çıxarışın ləğv edilməsi və Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli AN-/N1101290 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 18 yanvar 2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və Cavabdeh5 ilə onun arasında onun məlumatı olmadan, imzası olmadan, guya 37180 (otuz yeddi min yüz səksən) manat borcun verilməsi barədə 5 yanvar 2022-ci il tarixli 016176 nömrəli müqavilənin etibarsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilmiş iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan şəhəri, X13 küçəsi, 170 M3, m1 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətində olmuşdur. Evini heç vaxt satmaq fikirində olmamışdır. Onunla Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 016175 nömrəli müqaviləyə əsasən o, 3 (üç) ay müddətinə 10% dərəcəsi ilə 26.000 (iyirmi altı min) manat pulu Cavabdeh5 borc olaraq almışdır. Həmin pula təminat olaraq evi girov qoymuşdur. Sonradan borcunu ödəyə bilmədiyi üçün Cavabdeh5 onu məhkəməyə verərək mənzildən çıxmasını tələb etmişdir. Salyan Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd etdiyi kredit müqaviləsi onda olmadığından məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərdən X12 Xidmət Mərkəzinin Notariat ofisinin xüsusi notariusu X11 məhkəməyə müraciət edərək iş yükünün çox olması ilə əlaqədar olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlərdən Cavabdeh5 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli mənzili 2021-ci ildə İddiaçı almışdır. Aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Onunla İddiaçı arasında kredit müqaviləsi bağlanmamış, belə bir müqavilə ümumiyyətlə mövcud olmamışdır. Sözügedən mübahisəli mənzili o, 2022-ci ildə notarial qaydada alqı-satqı müqaviləsi ilə Cavabdeh4 satmışdır. Alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin bütün tələblərinə riayət olunmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabadehlərdən Cavabdeh4 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli mənzili 2022-ci ildə Cavabdeh5, sonuncu isə evi İddiaçı almışdır. O, bu evi almasında çox peşmandır. Belə ki, evi alanda Əlqulu ona Rəsmiyyənin 2 aya evdən köçüb gedəcəyini demiş, o da ona inandığı üçün mənzili almışdır. Ancaq sonradan aldadıldığını bilmişdir. İddiaçı mübahisəli mənzildən çıxmamış, nəticədə o, qanunsuz olaraq mülkiyyətindən məhrum edilmişdir. O, bununla bağlı “evdən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərarı ilə onun iddiası təmin edilmiş və apellyasiya məhkəməsində qüvvədə saxlanılmışdır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b)Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(057)-466/2025 nömrəli qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, 26 avqust 2021-ci il tarixdə Neftçala rayonunda yerləşən “Lambard” Respublika Lambard evinin sahibi Cavabdeh5 25000 (iyirmi beş) manat kredit almışdır. Bu barədə 26 avqust 2021-ci il tarixli 016175 nömrəli müqavilə bağlanmışdır. 3 aylıq 10% dərəcəsi ilə verilmişdir. Cavabdeh5 ona bildirmişdir ki, bu məbləği girov müqaviləsini notariusda bağlasınlar. O da etiraz etməmişdir. O, 26 avqust 2021-ci il tarixdə notariusda müqavilə bağlamış və qol çəkmişdir. O və bacısı ağır xəstə olduğu üçün götürdükləri pulu verə bilməmişlər. Cavabdeh5 2022-ci il tarixdə ona qarşı mülkiyyətində olan Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən ev 30 mənzil 25-də ona məxsus olan əmlakların evdən çıxarılması barədə iddia qaldırmışdır. Cavabdeh5 ona qarşı iddia qaldırdıqdan sonra məlum oldu ki, iddiaçı təkrar olaraq 5 yanvar 2022-ci i tarixdə həmin tarixli 016176 nömrəli müqavilə ilə guya ona 37180 manat məbləğində guya kredit verib. Onun o müqavilədən xəbəri olmamış, nə də ki imza etməmişdir. Əgər elə bir müqavilə varsa, müqavilədəki imza onun deyil. Bundan başqa, ona məlum oldu ki, Cavabdeh5 Salyan 2 saylı Notariat ofisinin Xüsusi notariusu Mirismayıl Hüseynovla əlbir olaraq, onu aldadaraq mənzilini girov qoyması adı ilə mənzili alqı-satqı etmişlər. Ona görə də 26 avqust 2021-ci il tarixdən bağlanmış AN ******* nömrəli alqı-satqı müqaviləsi etibarsızdır və əsassızdır. Salyan Rayon Məhkəməsində Cavabdeh5 iddiasına 20 iyul 2022-ci il tarixdə baxılmışdır. O, xəstə olduğu üçün üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməmişdir. Salyan Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(057)-1336/22 saylı qətnaməsini aldıqdan sonra ona məlum oldu ki, Salyan Rayon Məhkəməsinin hakimi Ağarza Səmədov tərəfindən iddiaçı Cavabdeh5 ona qarşı olan iddiası əsassız olduğu üçün təmin edilməmişdir. İddiası rədd edilmişdir. Belə ki, məhkəmə rəddi onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılmış subyektlərə obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxış zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 2 dəfə müxtəlif məbləğlərdə kredit vermişdir. Həmin kreditin təminatı kimi iddiaçının özünün nəzərdə tutduğu kimi cavabdehin mülkiyyətində olan yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla cavabdehin evini almışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh heç də evi satmaq fikrində olmamışdır. Kreditlə pul götürdüyü üçün bunu müqavilədə eyni alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Göründüyü kimi cavabdeh heç də evi satmaq fikrində olmamış, tərəflər arasında bağlanmış əqd onların iradə ifadəsinə uyğun olmamışdır. Tərəflər arasında bağlanmış əqd etibarsız əqd olduğundan məhkəmə iddianın təmin olunması barədə qərar qəbul olunmasını əsaslı və qanunu hesab edir. Məhz buna görə də hakim alqı-satqı müqaviləsinin etibarsızlığı qənaətinə gələrək Cavabdeh5 mənə qarşı olan iddiasını rədd etmişdir. Lakin mənə məlum olmayan səbəblərdən notariusun barəsində xüsusi qərar çıxartmamışdır və ya müvafiq tədbir görməmişdir. İddiaçı Cavabdeh5 bu səbəblərə görə Salyan rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(057)-1336/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış qətnamədir. Bundan başqa cavabdeh X1 rayon sakini öz həmyerlisi dırnaqarası vəkillik fəaliyyəti ilə məşğul olan Cavabdeh4 ilə bu cinayəti, özbaşnalığı ört-basdır etmək məqsədi ilə məhkəmədə iddia qaldırmaq onu mənzilindən çıxarmaq üçün Cavabdeh5 ələ keçirtdiyi mənzilini 22 dekabr 2022-ci il tarixdə Salyan Regional “Asan Xidmət” mərkəzində Notariat ofisində onun mənzilini guya 28000 (iyirmi səkkiz) manata satmışdır. Bu barədə 22 dekabr 2022ci il tarixli AN-/N1101290 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh4 adına 18 yanvar 2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Sonra da Əlqulu Abbasov öz əməllərini həyata keçirmək məqsədi ilə onun 100000 (yüz) manat məbləğində olan mənzilini ələ keçirmək məqsədi ilə dırnaqarası yeni mülkiyyətçi olan Cavabdeh4 onu evdən çıxarmaq barədə məhkəmədə iddia qaldırmış, məhkəmə də çıxarış olduğu üçün iddiasını təmin etmişdir. Məhkəmə tərəfindən qeyd edilən hallar yetərincə araşdırılmayaraq nəzərə alınmamışdır. Belə ki, məhkəmə Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı mülki işi üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilən və mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktı, yəni müqavilənin etibarsızlığı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasını nəzərə almamışdır. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı mülki işi üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, iddiaçı cavabdehə 2 dəfə müxtəlif məbləğlərdə kredit vermişdir. Həmin kreditin təminatı kimi iddiaçının özünün nəzərdə tutduğu kimi cavabdehin mülkiyyətində olan yaşayış evini alqı-satqı müqaviləsi bağlamaqla cavabdehin evini almışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh heç də evi satmaq fikrində olmamışdır. Kreditlə pul götürdüyü üçün bunu müqavilədə eyni alqı-satqı müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, cavabdeh heç də evi satmaq fikrində olmamış, tərəflər arasında bağlanmış əqd onların iradə ifadəsinə uyğun olmamışdır. Tərəflər arasında bağlanmış əqd etibarsız əqd olduğundan məhkəmə iddianın təmin olunması barədə qərar qəbul olunmasını əsaslı və qanunu hesab edir. Halbuki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktı həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə isə əksinə qeyd etmişdir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından (xx.xx.2021-ci il) 4 ilə yaxın müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirmişdir. Halbuki Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Lakin məhkəmə nəzərindən qaçırmışdır ki, həmin müqavilə illər əvvəl Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı mülki işi üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə yalnız bir dəfə etibarsız hesab oluna bilər. Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı mülki işi üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qətnaməsi ilə də aralarında bağlanmış müqavilə artıq etibarsız hesab edilmişdir. Bu səbəbdən təkrarən iddianın qaldırılmasının əsas məqsədi müqavilənin etibarsızlığından irəli gələn çıxarış və digər müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı olmuşdur. Bu səbəbdən tələb etmə müddətinin keçməsi ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassız və qanunsuzdur. Qeyd edilən hallara əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları qanunvericiliyə uyğun olaraq yetərincə araşdırılmamış, qanunvericiliyin tələbləri doğru və düzgün diqqətə alınmamış, nəticədə qanunsuz və əsassız yekun qərar qəbul olunmuşdur. Salyan Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(057)-466/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d)Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh4 və onun nümayəndəsi və vəkili Nümayəndə2, həmçinin Cavabdeh5 məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Digər cavabdehlərə qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.vsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmişxidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya şikayətindən görünür ki, apellyator Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)- 466/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-in tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan X12 Xidmət Mərkəzinin Notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh5 arasında xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-787 reyestr nömrəli və Cavabdeh5 ilə Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-1191 reyestr nömrəli alqı-satqı müqaviləsinin surəti Salyan Rayon Məhkəməsinə göndərilmiş, əlavə olaraq bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli 016176 saylı işlə bağlı Cavabdeh3 elektron notariat informasiya sistemində heç bir məlumat aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət reyestrindən RX ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X13 prospekti, ev 30, mənzil 25 ünvanında yerləşən ümumi sahəsi 52.1 kv/m olan mənzil tam mülkiyyət hüququ əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı Salyan şəhəri, X13 prospekti, ev 30, mənzil 25 ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzili alıcı Cavabdeh5 satmışdır. Daşınmaz Əmlakın Dövlət reyestrindən RX ********** nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Salyan şəhəri, X13 prospekti, ev 30, mənzil 25 (yeni qaydalarla: Salyan şəhəri, X13 küçəsi, 170 M3, m1) ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh5 adına rəsmiləşdirilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı, 20 iyul 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh5 cavabdeh İddiaçı qarşı ona məxsus Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən 30 nömrəli ev, 25 nömrəli mənzildən çıxarılmaqla sonuncuya məxsus əşyaların və ya əmlakların evdən çıxarılması barədə iddia tələbi əsassız olduğundan rədd edilmişdir. xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh5 Salyan şəhəri, X13 prospekti, ev 30, mənzil 25 (yeni qaydalarla: Salyan şəhəri, X13 küçəsi, 170 M3, m1) ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzili alıcı Cavabdeh4 satmışdır. Məhkəmə kollegiyası iddia tələbinin xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması hissəsi ilə bağlı qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(106)-926/2025 nömrəli qərardadı ilə Salyan Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsi qismən, yəni İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə kollegiyası hazırda həm iddia tələbinin qeyd olunan hissəsinə, həm də apellyasiya şikayətinin müvafiq hissəsinə münasibət bildirilməsinə zərurət görmür. Məhkəmə kollegiyası iddia tələbinin Salyan rayon Regional “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən Cavabdeh5 ilə Cavabdeh4 arasında bağlanmış 22 dekabr 2022-ci il tarixli AN-/N1101290 saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 18 yanvar 2023-cü il tarixli, ********** saylı qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində, tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqazidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzuolunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu 02 aprel 2021-ci il tarixli Qərarında vurğulayır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən əldə edənin əmlakı onu ozgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir birinə olan inamının da azalmasına gətirib çıxarardı. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həm Avropa İnsan Hüquqları Məhkəməsinin, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə əmlak alan hər bir şəxs alğısatqıdan əvvəl lazımi ehtiyatlılıq göstərməli və əmlak mülkiyyətçisinin əmlakın satışına dair həqiqi niyyətinə yəqinliklə əmin olduqdan sonra almalıdır. Lazımi ehtiyatlılıq göstərmədən əmlak almış şəxsin vicdanlı sahib olması isə istisna olunur. Eyni zamanda, daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, reyestrdəki qeydiyyatla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyri-dəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Göründüyü kimi, vicdanlı əldə edənin qorunması qaydasındakı məqsəd, əvvəlki mülkiyyətçiyə münasibətdə adına əsassız qeydiyyat aparılmış şəxsdən əşya hüquqlarını məhz dövlətin apardığı reyestr məlumatlarına güvənərək yüksüz əldə edən vicdanlı üçüncü şəxsin üstün tutulmasıdır. Başqa sözlə, qanunverici mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında vicdanlı şəxsə üstünlük vermişdir. İş materiallarından göründüyü kimi, mübahisə predmeti olan Salyan şəhəri, X13 prospekti, ev 30, mənzil 25 (yeni qaydalarla: Salyan şəhəri, X13 küçəsi, 170 M3, m1) ünvanında yerləşən, ümumi sahəsi 52.1 kv/m olan mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh5 adına qeydiyyata alınmış, digər Cavabdeh4 isə xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə həmin mənzili 28000 manat müqabilində notariat qaydasında aparılmış alğı-satqı müqaviləsi əsasında mülkiyyətçidən almış, həmin vaxt mənzil yüklü olmamış, eyni zamanda şübhə və tərəddüd yaradan məqamlara göz yumulması ilə ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilməməsi halları öz təsdiqini tapmamışdır ki, bu hallar da xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarlı əqd, dövlətin apardığı reyestr məlumatlarına güvənərək mənzili yüksüz əldə edən Cavabdeh4 isə vicdanlı əldə edən olmasına dəlalət edir. Məhkəmə kollegiyası mənzilin hazırki mülkiyyətçisi Cavabdeh4 vicdanlı olması qənaətinə gələrkən yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin Salyan Rayon Məhkəməsinin 2(057)-935/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini də nəzərə alır. Belə ki, sözügedən qətnamədən görünür ki, iddiaçı Cavabdeh4 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə iddia təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh4 məxsus Salyan şəhəri, X13 küçəsi, 170 M3, m1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus əşya və əmlakla birlikdə çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-451/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı vəkili və nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-935/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “05 yanvar 2022-ci il tarixli, 016176 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı tərəfindən belə bir müqavilə sübut qismində məhkəməyə təqdim olunmamış, o, ərizəsində həmin sübutun Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı mülki iş üzrə materiallara əlavə olunduğunu bildirmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-1336/2022 saylı mülki işi üzrə qəbul olunmuş xx.xx.2022-ci il tarixli qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iş materiallarında olan xx.xx.2002-ci il tarixli, ƏKA 016176 nömrəli girov biletinin surətindən görünür ki, cavabdeh 37180 manat pul götürmüşdür. Göründüyü kimi, iddiaçı tərəfindən etibarsız sayılması tələb olunan “müqavilə” iş materiallarında təqdim olunmamışdır. İşdə yalnız “girov bileti” adlı sənəd mövcuddur. Girov bileti isə mülki hüquqi baxımdan müqavilə hesab edilə bilməz. Belə olan halda etibarsız sayılması tələb olunan müqavilə ümumiyyətlə olmadığı üçün iddia həmin hissədə də əsassız hesab edilməlidir. Apellyasiya icraatı zamanı da zərurət yarandığından 2(057)-1336/2022 saylı mülki iş tələb edilib öyənilmiş, xx.xx.2002-ci il tarixli, ƏKA 016176 nömrəli girov biletinin əsli iş materiallarında aşkar edilməmişdir. Ona görə də iddia tələbinin qeyd olunan hissəsinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, cavabdeh X4 onu mənzilindən çıxarmaq üçün 22 dekabr 2022-ci il tarixdə Salyan Regional “Asan Xidmət” mərkəzində Notariat ofisində onun mənzilini guya 28000 (iyirmi səkkiz) manata satmışdır. Bu barədə 22 dekabr 2022ci il tarixli AN-/N1101290 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Sonra da Əlqulu Abbasov öz cinayətkar əməllərini həyata keçirmək məqsədi ilə onun 100000 (yüz) manat məbləğində olan mənzilini ələ keçirmək məqsədi ilə dırnaqarası yeni mülkiyyətçi olan Cavabdeh4 onu evdən çıxarmaq barədə məhkəmədə iddia qaldırmış, məhkəmə nə qədər ki iddiaçının əlində çıxarış olduğu üçün məhkəmə iddiasını təmin etmişdir. Göründüyü kimi cavabdehlər Cavabdeh5 və onunla cinayət əlaqəsinə girən Salyan 2 saylı Notariat ofisinin sabiq xüsusi notariusu Mirismayıl Hüseynov və Cavabdeh4 ilə birlikdə vahid niyyətlə davamedici cinayət törədərək onun xüsusi mülkiyyətini ələ keçirərək ona küllü miqdarda ziyan vurmuşlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, MPM-in 14.2 və 77.1-ci maddələrinin mənasına görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin müzakirə edilən məsələyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının göstərdiyi yuxarıda qeyd olunan hallara münasibətdə sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı məhkəməyə daxil olmuş 21 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, Salyan şəhəri, X13 prospekti, ev 30, mənzil 25 (yeni qaydalarla: Salyan şəhəri, X13 küçəsi, 170 M3, m1) ünvanında yerləşən analoji mənzillərin 2021-ci il üçün təxmini bazar qiyməti 50-55 min manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal Cavabdeh5 Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız əqd olması nəticəsinə gəlinməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər müqavilə bağlamaqda və şərtlərini müəyyənləşdirməkdə sərbəstdirlər. Hər bir şəxs mülkiyyətində olan istənilən daşınar və daşınmaz əmlakı istədiyi qiymətə digər tərəfə təklif etmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini əsassız hesab edir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən alğı-satqı müqaviləsi 22 dekabr 2022-ci ildə bağlanmış, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından 2 il müddət keçdikdən sonra həmin müqaviləni mübahisələndirmişdir. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, iddiaçı əqdi mübahisələndirmək hüququnu da itirmişdir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası MPM-nin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-466/2025 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar