Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-936/2024 01.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ooğlunun cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: aktın etibarsız hesab edilməsi və borcun silinməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(057)-124/2024 saylı qətnaməsindən (hakim A.Səmədov) cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Salyan rayon məhkəməsinə verdiyi iddia ərizəsində istehlakçı kimi onun hüquqlarını pozmuş "xxxx" ASC-nin əsassız hesablanmış 2493,84 manat borcun **********07479 abonent hesabından silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun evində olan elektron sayğac mərhum atası Qabil Həsənovun adına olmuş və atası 2018-ci ildə vəfat etmişdir. 2021-ci ildə "xxxx" ASC-nin işçiləri sayğacı dəyişdirmiş və yeni smartkartla istifadə olunan sayğac quraşdırmışlar. Karta pul vuran zaman məlum olmuşdur ki, yüklənən pulun 50%-i ödənilən məbləğdən çıxılır. Cavabdeh təşkilata müraciət etmiş və bu zaman ona cəriməsinin olduğunu bildirmişlər. Akt əsasında 2493,84 manat cərimə yazılmış və aktda kənar xəttin çəkildiyi qeyd olumuşdur. Heç bir müdaxilə etməmiş, yazılmış cərimə əsassız olduğundan silinməsini tələb edir. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Salyan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(057)-124/2024 qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 2493,84 manat borc İddiaçı **********07479 saylı abonent hesabından silinməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi abonentin uçot dövriyyəsi üzrə yaranmış 2493,84 manat məbləğin silinməsi qənaətinə gələrkən ümumiyyətlə heç bir araşdırma aparmamış, həqiqətəndə həmin borcun mövcud olması, haradan və necə yaranmasını araşdıraraq müəyyən etməmiş, iddiaçı tərəfindən həmin məbləğə dair heç bir sübut təqdim edilmədiyi təqdirdə və yalnız abonent dövriyyəsində yazılmış rəqəmi əsas götürərək həmin abonentin elektrik enerjisinə dair istifadə etdiyi və həmçinin akt üzrə hesablanmış məbləği qeyriqanuni hesab edərək 2493,84 manat məbləğin siliməsi barədə qətnamə qəbul etmişdir. Bütün bunlarla əlaqədar xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında sözü gedən işə dair etiraz məktubu təqdim olunmuş. Həmin etirzada iddiaçının iddia ərizəsində olan məbləğin düzgün qeyd edilmədiyi, abonent barədə X1 Qaydaları”nın pozulması barədə tərtib olunmuş aktın məbləği 759,19 manat, qalan hissədə isə olan məbləğ abonentin istifadə etdiyi elektrik enerjisi üzrə olan məğləğ olmuşdur. Bütün bu göstərilənlər barədə 1-ci instansiya məhkəməsinə elektron poçt ünvanı vasitəsi ilə rəsmi izahat verilmiş, sübut təqdim olunmuş, lakin buna baxmayarq tərəfimizdən təqdim olunmuş sübut və etiraza hər hansı bir hüquqi qiymət verilməmişdir. E.E.İ.Q-nin istehlakçı tərəfindən pozulmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın tələbləri əsas götürülür və abonentin həqiqətən də bu pozuntunu etdiyi təqdirdə müvafiq akt tərtib olunur və həmin akt və buna dair hesablanmış məbləğ abonent dövriyyəsinə (saldosuna) yerləşdirilir. Bu abonent dövriyyəsində aktrların nömrələri, tarixləri, məbləğləri və sırası mütləq qaydada həmin saldoda öz əksini tapır. Buna əsas olaraq bildiririk ki, ümumiyyətlə abonent dövriyyəsində abonentin 2493,84 manat akt borcu yoxdur. Bu məbləğin 1-ci instansiya tərəfindən haradan və necə götürülməsi və həmin məbləğin silinməsi hələdə təchizat müəssisəsinə aydın deyildir. Həmçinin məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş E.E.İ.Q.nın yalnız 8.17-1, 8.17-2 bəndlərinə istinad edilmiş, 2493,84 manat məbləğin akt üzrə yarandığını hesab edərək silinməli olduğu qənaətinə gəlmişdir. Lakin, Salyan rayon Məhkəməsi yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməməklə, ümumiyyətlə lazımı maddi hüquq normalarını tətbiq etməməklə əsassız qətnamə çıxarmışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnaməsində EEİQ-nın 8.17-1, 8.17-2 ci bəndlərini rəhbər tutaraq bu halı əsalandırmışdır. Halbuki, AR Nazirlər Kabinetinin “X1 Qaydaları”nın sözü gedən bəndlərinə əsasən tərtib olunmuş aktın əsaslılığı, hesablanma qaydası, buna dair sübutların müəyyən olunması, hesabata dair müddəti və digər hallar nəzətdə tutulmuşdur. Lakin qətnaməyə əsasən abonent dövriyyəsindən silinməsi qət olunan 2493,84 manat məbləğin sözü gedən bəndlərə hər hansısa bir aidiyyatı müəyyən olunmamışdır. Belə ki, Qətnamənin Əsaslandırıcı hissəsində yalnız abonent dövriyyəsi çıxarışının sol qrafasında, “aktlar” bölməsində göstərilən 2493,84 manat rəqəmi əsas götürülmüş, bunun nə rəqəm olması barədə araşdırılma aparılmamış və bu rəqəmə əsasən qətnamə qəbul olunmuşdur. MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquqnormaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etmiş və göstərmişdir ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixdə bir akt tərtib edilmiş, həmin akt üzrə də 759.19 manat ziyan hesablanmışdır. Digər məbləğ isə iddiaçının özünün istehlak etdiyi elektrik enerjisinin dəyəridir. Məhkəmə iddiaçının abonent borcunu da onun hesabından silmişdir. Buna görə də hesab edir ki, qətnamə ləğv edilməli və iddia tam şəkildə rədd edilməlidir. Kollegiyanın iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, onda cəmi bir bir dənə 2021-ci ildə tərtib edilmiş akt olmuş və həmin aktda onlara nə qədər sərfiyyat hesablanmasını bilmir. Həmin aktdan savayı onda ziyan hesablanması ilə bağlı başqa akt mövcud olmamışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “X1 Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinin 2-ci abzasına əsasən mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. MPM-in 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1 -ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməmişdir. İşin halları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin ona əsassız hesablanmış 2493,84 manat borcun **********07479 abonent hesabından silinməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun evində olan elektron sayğac mərhum atası Qabil Həsənovun adına olmuş və atası 2018-ci ildə vəfat etmişdir. 2021-ci ildə "xxxx" ASC-nin işçiləri sayğacı dəyişdirmiş və yeni smartkartla istifadə olunan sayğac quraşdırmışlar. Karta pul vuran zaman ona məlum olmuşdur ki, yüklənən pulun 50%-i ödənilən məbləğdən çıxılır. Göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixindəki akta əsaslanara həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş etmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, 209163 saylı aktdan görünür ki, həmin akt əsasında 255.50+503.69 manat olmaqla cəmi 759.19 manat ziyanlıq hesablanmışdır. Yəni həmin akt əsasında 2493 manat məbləğində ziyanlığın hesablanması müəyyən olunmur. Cavabdeh tərəf iddiaçı tərəfindən iddia edilən 2493 manatın 759.19 manatın ona hesablanmış ziyan məbləği, digər hissəsinin isə iddiaçının istehlak etdiyi enerjinin dəyəri olmasını bildirir. Həmçinin qeyd etmişdir ki, həmin zaman iddiaçının 2493 manat deyil cəmi 2027 manat borcu olmuşdur. İddiaçı ona 759.19 manat cərimə hesablanması barədə məhkəməyə akt təqdim etsə də digər borc məbləği barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Yəni, iddiaçı qalan borcun akt və ya aktlar əsasında əsassız olaraq ona yazılmasını sübut edə bilməmişdir. “X1 Qaydaları”nın 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1 -ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi təchizatçı və istehlakçı arasında elektrik enerjisinin alqı-satqı münasibətlərini tənzimləyən qanunvericilikdə istehlakçı tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, istehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Cavabdeh tərəfindən akt tərtib edilsə də həmin aktın mövcudluğu barədə cavabdeh tərəfindən hər hansı video və ya foto çəkilərək məhkəməyə təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının hesabına akt əsasında yazılmış cərimə məbləği onun hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillərin qismən əsaslı olması ilə yanaşı, həmin dəlillər apellyasiya baxışı zamanı bir daha öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, təqdim olunmuş sübutlar əsasında iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti 5000 manatdan çox deyil, buna görə də çıxarılmış qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(057)-124/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 209163 saylı akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 759.19 manat borc İddiaçı **********07479 saylı abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-936/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-936/2024
01.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver