Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-940/2025 29.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(032)-1073/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: diaçı cavabdehlər Cavabdeh2 və Şirvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X4 və anası X1 birgə nikahları dövründə əldə etdikləri Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy Zərdabi küçəsi 47 saylı fərdi yaşayış evin mərhum atası və anasından miras qalmış hissəsindən vərəsə olaraq ona çatan payın hissəsinin müəyyən edilərək verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. rvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(032)-1073/2025 saylı qərardadı (hakim C.Mustafayev) ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Şirvan şəhəri 1 saylı Notariat Ofisinə qarşı qarşı payların vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun (qəbzin nömrəsi **********, xx.xx.2025-ci il tarixli) İddiaçı geri qaytarılması və İddiaçı qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. azırda iddiaçı Əsədov X2 Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(032)-1073/2025 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. kayət onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1073/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı əsassızdır. rvan Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(032)-1073/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(032)-1073/2025 saylı qərardadı ləğv edilməli, mülki iş iddia ərizəsinin mümkünlük məsələlərinə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyi bundan ibarət olmuşdur ki, hazırkı iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilməmişdir. Bundan başqa Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy Zərdabi küçəsi 47 saylı fərdi yaşayış evinin mərhum atası və ya anasına məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, həmçinin mərhum atası və anasının adına açılmış olan notariat işinin mövcud olması və ya notariusun vərəsə olaraq qəbulundan imtina edilməsi barədə müvafiq sənədlər əlavə edilməmişdir. Həmçinin ərizədə Cavabdeh2 cavabdeh kimi göstərilsə də, konkret olaraq sonuncuya yönələn bir tələb mövcud deyil. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması nəticəsinə gələrkən səhvə yol vermişdir. İddia ərizəsi qanunla müəyyən edilmiş müddət ərzində (MPM-nin 151.3-cü maddəsinə əsasən) geri qaytarılmadıqda iddia ərizəsi icraata qəbul edilmiş hesab edilir. İddia ərizəsi qanunvericiliyin tələblərinə uyğun olmadıqda, ərizədə göstərilən qüsurların aradan qaldırılmasından ötrü iddia ərizəsi geri qaytarıla bilər. Habelə MPM-in 149.2.4-cü maddəsinin tələbinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. MPM-in 150.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Hakim iddia ərizəsinin MPM-in 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya MPM-in 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, kommersiya mübahisələri üzrə iddia ərizəsi MPM-in 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə geri qaytarır (Mülki Prosessual Məcəllənin 152.1., 152.1.1, 152.1.2, 152.1.3, 152.1.4, 152.1.5, 152.1.6, 162.1.6-1, 152.1.7, 152.1.8, 152.1.9 və 152.10-cu maddələri). Göründüyü kimi, prosessual qanunvericilikdə iddia ərizəsinin hansı hallarda geri qaytarıla bilməsi tam və müfəssəl sadalanmaqla dəqiq göstərilmişdir. Həmin halların konkret göstərilməsi iddia ərizəsinin geri qaytarılmasının əsaslarının geniş təfsir edilməsini də məhdudlaşdırmaqla, yalnız həmin əsaslardan biri olduğu halda geri qaytarılmanın mümkünlüyünü təsbit edir. Həmin əsaslardan hər hansı birinə deyil, digər bir əsasa görə iddia ərizəsinin geri qaytarılması yol verilməzdir. Həmin halların olmaması iddia ərizəsinin icraata qəbul edilməsini qaçılmaz edir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hazırkı mövqeyi ilə razılaşmır, çünki iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir. Ona görə də iddia ərizəsi üzrə məhkəmə icraatı mümkündür. Məhkəmə tərkibi İddiaçı tərəfindən verilmiş iddia ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənədin əlavə eilməməsinə münasibət bildirərək qeyd edir ki, pretenziya qaydasına riayət edilməsi yalnız bəzi sahələrdə (məsələn, kommersiya hüququnda, nəqliyyat daşıma müqavilələrində və s.) xüsusi normativ aktlarla tələb oluna bilər. Amma vərəsəlik hüququndan irəli gələn mübahisələrdə belə bir tələb nə MPM-də, nə də “Vərəsəlik haqqında” qanunvericilikdə mövcud deyil. Yəni, miras əmlakdan pay tələbi üzrə mülki mübahisələrdə iddiaçının əvvəlcədən cavabdehə yazılı pretenziya vermə borcu yoxdur. MPM-in və Konstitusiyanın müddəalarına əsasən, hər bir şəxs öz hüquqlarının pozulduğunu hesab etdikdə birbaşa məhkəməyə müraciət edə bilər. Əgər məhkəmə süni şəkildə pretenziya sənədinin olmamasını əsas götürürsə, bu, iddiaçının məhkəməyə müraciət etmək hüququnu qanunsuz olaraq məhdudlaşdırmaq deməkdir. Miras hüququndan doğan mübahisələrdə məhkəməyə qədər yazılı müraciət (pretenziya) olması məcbur deyildir. Məhkəmə tərkibi şikayətə münasibət bildirərək qeyd edir ki, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Həsənbəy Zərdabi küçəsi 47 saylı fərdi yaşayış evinin iddaçının mərhum atası və ya anasına məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, iddiaçının mərhum atası və anasının adına açılmış olan notariat işinin mövcud olması və ya notariusun vərəsə olaraq qəbulundan imtina edilməsi barədə müvafiq sənədlərin olmaması, yəni iddiaçı tərəfindən təqdim edilməyən sənədlər iddia hüququnu sübuta yetirmək üçün vacib olan sübutlardır, ərizənin baxılması üçün ilkin texniki sənədlər deyil. Bu sənədlərin olmaması iddia hüququnun mövcud olmadığını göstərmir, sadəcə olaraq iddianın əsassız olma ehtimalını yaradır. İddia ərizəsinin geri qaytarılması yalnız formal, prosessual tələblərin pozulması zamanı mümkündür. Bu isə yalnız işə mahiyyəti üzrə baxıldıqdan sonra müəyyən edilə bilər. Məhkəmə tərkibi qeyd edir ki, istənilən şəxs qanuni maraqlarının pozulduğunu hesab etdikdə məhkəməyə müraciət etməkdə sərbəstdir. Məhkəmə bu hüququ yalnız qanunla müəyyən edilmiş əsaslarla və məhdudiyyətlərlə məhdudlaşdıra bilər. Bu halda isə, birinci instansiya məhkəməsi iddia hüququnun mövcud olub-olmadığını yoxlamadan, forma və sübutlarla bağlı məsələləri əsas gətirərək ərizəni geri qaytarmışdır. Bu isə işin mahiyyəti üzrə baxılmamasına və nəticədə tərəfin məhkəmə müdafiəsindən faktiki məhrum edilməsinə səbəb olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılması üçün hallar sadalanır. Bu maddədə iddia ərizəsində cavabdehlə bağlı konkret tələb göstərilməməsi geri qaytarma əsası kimi nəzərdə tutulmamışdır. Yəni, belə bir hal varsa belə, bu iddianın mahiyyəti üzrə baxıldıqdan sonra dəyərləndirilməli, amma əvvəlcədən ərizə mərhələsində geri qaytarılmamalıdır. Cavabdehə qarşı konkret tələb göstərilməməsi, ərizənin geri qaytarılması üçün qanuni əsas deyil. Əksinə, Cavabdeh2 hüquqi marağı mövcuddur – çünki miras əmlakın bölünməsi onun da hüquqlarına təsir edə bilər. Bu səbəbdən onun cavabdeh kimi göstərilməsi tam qanunauyğundur va bu əsasla ərizənin geri qaytarılması əsassızdır. Belə ki, iddiaçı özünə mirasdan pay müəyyən edilməsini xahiş edir. Bu halda: -Cavabdeh2 bu əmlakda yaşayır və ya istifadəsindədir; -O da həmin əmlaka vərəsəlik iddiası edə bilər; -Ona pay müəyyən olunarsa, bu Aidə Yaşar qızının həmin əmlaka münasibətdə hüquqi vəziyyətinə təsir göstərə bilər. İddiaçı əmlakdan pay istəyirsə və həmin əmlakın bir hissəsi hazırda Aidə Yaşar qızının istifadəsindədirsə, bu artıq onun hüquqi marağı olduğunu göstərir. Yəni, konkret tələb olmasa belə, iddianın nəticəsi onun hüquqlarına təsir edə bilər. Bu isə o deməkdir ki, Cavabdeh2 hüquqi marağı var və o bu prosesdə iştirak etməlidir. Məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası məhkəmə təcrübəsində miras əmlakla bağlı işlərdə, mirasda iddia olunan əmlakın faktiki istifadəçiləri və potensial vərəsələri əksər hallarda cavabdeh və ya üçüncü şəxs qismində prosesə cəlb olunur. Bu onların hüquqlarına müdaxilənin qarşısını almaq, işin obyektiv araşdırılmasını təmin etmək üçündür. Məhkəmə tərkibi qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, şikayət təmin edilməli və Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(032)- 1073/2025 saylı qərardadı ləğv ediləli, mülki iş iddia ərizəsinin icraata qəbul məsələsinə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı:
Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(032)-1073/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli, 2(032)-1073/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə baxılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.