Məhkəmə qərarları › İş №2(106)-950/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-950/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-950/2024 10.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, 168,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314,81 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 749,56 manat, ümumilikdə 1468,16 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,69 manat İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1617/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 10 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 14 mart 2022-ci il tarixli MAS4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, 168,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314,81 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 749,56 manat, ümumilikdə 1468,16 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,69 manat İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı, NVAW01HHFNE440581 ban nömrəli, boz rəngli avtomobili 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifariçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 17.5% hesanlanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 03 oktyabr 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4918 saylı “Öhdəliklərin götürülməsi” müqaviləsi bağlanmış və 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 25 yanvar 2023-cü il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “KHAZAR SD” minik markalı, **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobil 05 mart 2023-cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur altına əsasən avtomobilə 749,56 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarxə ümumilikdə 718,60 manat məbləğində gecikmə borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, 168,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314,81 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 749,56 manat olmaqla, ümumilikdə 1468,16 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34,69 manat İddiaçı MMC-nin xeyrinə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh oglu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1617/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Elxan Əmirəliyev), iddianın qismən təmin edilməsi, Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 (iki yüz otuz beş manat on üç qəpik) manat gecikdirilmiş əsas və həmin günə hesablanmış 100 manat (bir yüz) dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 749,56 (yeddi yüz qırx doqquz manat əlli altı qəpik) manat, ümumilikdə 1102,69 (bir min bir yüz iki manat altmış doqquz qəpik) manat borcun alınaraq İddiaçı MMC-yə verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 34,69 (otuz dörd manat altımış doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 386, 442, 445-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı MMC Cəlilabad Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(073)-1617/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Cəlilabad Rayon Məhkəməsinin 17 noyabr 2023cü il tarixli 2(073)-1617/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi keçirilən iclasda iştirak etməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının nümyəndəsinin iştirakı olmadan keçirilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə kollegiyası İddiaçı MMC-nin apellyasiya şikayətinin dəlilləri həddində Cəlilabad Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(073)-1617/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Cəlilabad Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(073)- 1617/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, işdə olan İddiaçı ilə X4 arasında bağlanmış 14 mart 2022-ci il tarixli, MAS-4918 saylı Daxili lizinq müqaviləsindən görünür ki, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı, NVAW01HHFNE440581 ban nömrəli, boz rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifariçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. X4 illik 17.5% hesanlanmaqla 48 aylıq müddətə hər ay 407.60 manat ödəməklə, ümumilikdə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 03 oktyabr 2022-ci il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh 17000 manat məbləği iddiaçı Cəmiyyətə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan 03 oktyabr 2022-ci il tarixli “Təhvil-təslim” aktından görünür ki, Cavabdeh X2 istifadəsinə verilmişsaz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomibili X1 təhvil almışdır. İşdə olan İddiaçı MMC servis tərəfindən verilmiş 25 aprel 2023-cü il tarixli qüsur aktından görünür ki, “KHAZAR SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri ilə əlaqədar çəkiləcək xərcin ümumi məbləği 749,56 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə araışından görünür ki, Cavabdeh oglunun 05 mart 2023-cü il tarixə iddiaçı təşkilata 14 mart 2022-ci il tarixli MAS4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 235,13 manat əsas borcu, 168,66 manat mükafat borcu, 314,81 manat cərimə borcu olmaqla, cəmi 718,60 manat məbləğində borcu vardır. İşdə olan İddiaçı Cavabdeh ünvanlanmış 10 may 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı təşkilat Cavabdeh yaranmış borcun ödənilmədiyi halda məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq etmişdir. İşdə olan 03 iyul 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsinin verilməsinə görə 34,69 manat dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin amartizasiya ödənişləri, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faizlər, lizinq verənin mükafatının məbləği, lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ, lizinq verənin əlavə xidmətlərinin haqqı, lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri daxildir. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə kollegiya iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq alanın sifarişi ilə 2022-ci il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nömrə nişanlı, NVAW01HHFNE440581 ban nömrəli, boz rəngli avtomobili 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifariçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 17.5% hesanlanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 407.60 manat, ümumilikdə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 03 oktyabr 2022-ci il tarixdə X4, Cavabdeh və İddiaçı MMC arasında MAS-4918 saylı “Öhdəliklərin götürülməsi” müqaviləsi bağlanmış və 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonun ödəniş 25 yanvar 2023-cü il tarixdə 400 manat məbləğində olmuşdur. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “KHAZAR SD” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 mart 2023- cü il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur altına əsasən avtomobilə 749,56 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarxə ümumilikdə 718,60 manat məbləğində gecikmə borcu yaranmışdır. Beləliklə Cavabdeh 14 mart 2022-ci il tarixli MAS-4918 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 05 mart 2023-cü il tarixə 235,13 manat gecikdirilmiş əsas, 168,66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 314,81 manat dəbbə pulu, həmçinin lizinq oyekti olan, “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpasına görə 749,56 manat olmaqla, ümumilikdə 1468,16 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, iddiaçı apelyasiya şikayəti verərək gecikdirilmiş mükafat məbləği və dəbbə pulu hissəsində iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Kollegiya qeyd edir ki, iddiaçı Təkilat tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu borcunun əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, kollegiya hesab edir ki, iddiaçı təşkilatın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, kollegiya cavabdehdən tələb olunan 314,81 manat dəbbə pulunun azaldılaraq 100 manat həddində müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Kollegiya gecikdirilmiş mükafatla bağlı qeyd edir ki, iddiaçı təşkilat ilə Cavabdeh arasında hər hansı razılaşma mövcud deyildir, digər tərəfdən məhkəmə araşdırması zamanı iddiaçı təşkilat tərəfindən 168,66 manat gecikdirilmiş mükafat borcunu təsdiq edən sənəd təqdim edilməmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin “İddiaçı MMC Cavabdeh qarşı iddia tələbinin 168,66 manat gecikdirilmiş mükafat borcu hissəsində haqlı deyildir.” mövqeyi ilə də razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1617/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1617/2023 saylı, 17 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar