Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-98/2024 05.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 2(072)027/2023 saylı, 03 may 2023cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 05 fevral 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 dekabr 2019-cu il tarixdə Bakı şəhəri, Azadlıq prospekti 1 ünvanında Cavabdeh “BMW 3281” markalı, 99- UX-894 dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobili idarə edən zaman yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı Bakı şəhəri, Azadlıq prospekti, 1 ünvanda yerləşən “X7 Ltd” MMC-yə məxsus daşınmaz əmlakın (“Park İnn by Radisson Baku” mehmanxanası) giriş qapısına zərər vurulmuşdur. Belə ki, “X7 Ltd” MMC-yə məxsus daşınmaz əmlak (“Park İnn by Radisson Baku” mehmanxanası) 14 dekabr 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən 1 (bir) il müddətinə əmlak sığortası növü üzrə sığortalanmışdır. Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin X9 Şöbəsinin TP ******* saylı, 15 aprel 2020-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 770 saylı, 27 dekabr 2019-cu il tarixli “Zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair” hesabata əsasən zərərçəkmiş şəxs “X7 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin 22 yanvar 2020-ci il tarixli və 16 mart 2020-ci il tarixli “Sığorta akt”larına əsasən 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi həyata keçirildikdən sonra zərərvuran şəxs, yəni Cavabdeh mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” sığortalandığı üçün sığorta ödənişi məbləğdən 1802.74 (bir min səkkiz yüz iki, yetmiş dörd) AZN məbləğ çıxılmışdır. Halhazırda Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə dəymiş maddi zərərin məbləği 43973.26 (qırx üç min doqquz yüz yetmiş üç, iyirmi altı) AZN məbləği təşkil edir. Bu səbəbdən də, iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bütün bunları nəzərə alaraq, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 43973.26 (qırx üç min doqquz yüz yetmiş üç, iyirmi altı) AZN məbləğində pulun, iddia qaldırılması üçün ödənilmiş 221.92 (iki yüz iyirmi bir, doxsan iki) AZN məbləğində dövlət rüsumunun və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iddiaçı "xxxx" ASC qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, müəyyən üzrlü səbəblərə məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə məlumat vermiş, mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə məhkəmə tərəfindən qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh qabaqcadan lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)027/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi (Hakim: Tərlan Nüsrətov) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 34937.26 (otuz dörd min doqquz yüz otuz yeddi, iyirmi altı) AZN məbləğində pul, 176.31 (yüz yetmiş altı, otuz bir) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidmət haqqının tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh mülki iş üzrə ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində pul vəsaitinin tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 14, 21, 936, 1096, 1097, 1108 və 1114-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Cəbrayıl Rayon Məhkəməsinin 2(072)027/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Cəbrayıl Rayon Məhkəməsinin 2(072)027/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddiaçının sifarişinin əsası kimi oteldə aparılmış təmir işlərinin cavabdeh tərəfindən törədilmiş qəza nəticəsində dəymiş zərər ilə əlaqəsinin olub-olmamasının dəqiqləşdirilməsini, iş üzrə yenidən ekspertiza təyin edilərək tərəfindən iddiaçıya dəymiş zərərin təmin olunması məqsədi ilə otelin giriş qapısının yenisi ilə əvəzlənmədən təmir edilib-edilməməsinin dəqiqləşdirilərək alınmış ekspert və ya mütəxəssis rəyinə uyğun qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Tərəflərdən apellyasiya şikayətlərinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı "xxxx" ASC-nin nümayəndəsinə, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin tərəflər keçirilən məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini bildirməmişdirlər. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Cəbrayıl Rayon Məhkəməsinin 2(072)027/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 və Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi, işin faktiki hallarına münasibətdə- Sığortalı “X7 Ltd” MMC sığortaçı "xxxx" ASC tərəfindən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2023-cü il tarixədək 1 (bir) il müddətinə sığortalanması, Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilməsi, iddiaçı "xxxx" ASC-nin sığorta ödənişi məbləğində Cavabdeh qarşı subroqasiya hüququ yaranması və mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçı "xxxx" ASC-yə maddi zərərin dəyməsinə münasibətdə düzgün nəticəyə gəlsə də, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi ilə bağlı yanlış nəticəyə gəlmiş və qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. Belə ki, İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 14 dekabr 2018-ci il tarixli, CPİ-0232/18 №-li “Əmlak Sığortası Şəhadətnaməsi”nin surətindən görünür ki, sığortalı “X7 Ltd” MMC sığortaçı "xxxx" ASC tərəfindən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2019cu il tarixədək 1 (bir) il müddətinə sığortalanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “İcbari sığortası müqavilələrinin mövcudluğunun yoxlanılması” barədə çıxarışın surətindən görünür ki, “BMW 3281” markalı, **- UX-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" ASC tərəfindən PXA********** saylı müqavilə ilə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” sığortalanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, “BMW 3281” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin “mülkiyyətçisi” və “sürücüsü” Cavabdehdur, “hadisə baş verdiyi anda sürücü” ayıq vəziyyətdə idarə etmişdir. İş materillarında olan Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin X9 Şöbəsinin TP ******* saylı, 15 aprel 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1- ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Sifarişçi” "xxxx" ASC ilə “İcraçı” X3 arasında bağlanmış “Xidmətlərin göstərilməsi barədə” 55/19 saylı, 25 dekabr 2019-cu il tarixli müqaviləyə 1 saylı Əlavənin surətindən görünür ki, zərərçəkmiş şəxs “X7 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmiş və “İcraçı” fərdi sahibkar X3 tərəfindən təmir işləri həyata keçirilməklə, xidmət göstərilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 770 saylı, 27 dekabr 2019-cu il tarixli “Zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair” hesabatın surətindən görünür ki, zərərçəkmiş şəxs “X7 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “İcraçı” fərdi sahibkar X3 tərəfindən verilmiş 01 saylı, 03 yanvar 2020-ci il tarixli və 05 saylı, 14 mart 2020-ci il tarixli hesab fakturalarının surətindən görünür ki, “İcraçı” fərdi sahibkar X3 tərəfindən zərərçəkmiş şəxs “X7 Ltd” MMC-yə dəymiş zərərin məbləği 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində hesablanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş "xxxx" ASC-nin 22 yanvar 2020-ci il tarixli və 16 mart 2020-ci il tarixli “Sığorta akt”larının surətindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən əmlaka dəymiş zərərə görə sığortalı “X7 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində sığorta ödənişi hesablanmışdır. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 001XOH********** saylı, 29 yanvar 2020-ci il tarixli və 001XOH********** saylı, 29 mart 2020-ci il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, “Xidmətlərin göstərilməsi barədə” 55/19 saylı, 25 dekabr 2019-cu il tarixli müqaviləyə sığortaçı "xxxx" ASC tərəfindən sığortalı “X7 Ltd” MMC-yə dəymiş zərərə görə “İcraçı” fərdi sahibkar X1 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləği həddində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 3058 saylı, 11 avqust 2020-ci il tarixli ödəniş tapşırının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” PXA********** saylı müqaviləyə əsasən "xxxx" ASC-yə 1802.74 (bir min səkkiz yüz iki, yetmiş dörd) AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş 2602/İ saylı, 18 avqust 2020- ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh subroqasiya tələbi qaydasında sığorta ödənişi barədə iddiaçı "xxxx" ASC tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan ********* saylı, 05 sentyabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün 221.92 (iki yüz iyirmi bir, doxsan iki) AZN məbləğində dövlət rüsumu və 0.40 (sıfır, qırx) AZN məbləğində bank xidməti haqqı ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/8550 №-li, 19 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mərkəzdə olan məlumatlardan və fərdi sahibkar X3 tərəfindən imzalanmış 03 yanvar 2020-ci il tarixli hesab fakturadan istifadə etməklə Bakı şəhəri, Azadlıq prospekti, 1 ünvanda yerləşən “X7 Ltd” MMC-yə məxsus daşınmaz əmlak-“Park İnn by Radisson Baku” mehmanxanasının giriş qapısına dəymiş ziyanın 36740 (otuz altı min yeddi yüz qırx) AZN məbləği olması müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri (xərc): 100 (yüz) AZN məbləği təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqazidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sığortalı “X7 Ltd” MMC sığortaçı "xxxx" ASC tərəfindən 01 yanvar 2019-cu il tarixdən 31 dekabr 2023-cü il tarixədək 1 (bir) il müddətinə sığortalanmış, Cavabdeh mülki hüquq pozuntusuna (delikt) görə qanunla müəyyən edilmiş qaydada təqsirli hesab edilmiş, iddiaçı "xxxx" ASC-nin sığorta ödənişi məbləğində Cavabdeh qarşı subroqasiya hüququ yaranmış və mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçı "xxxx" ASC-yə maddi zərər dəymişdir. Kollegiya qeyd edir ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri, Azadlıq prospekti, 1 ünvanda yerləşən “X7 Ltd” MMC-yə məxsus daşınmaz əmlakın (“Park İnn by Radisson Baku” mehmanxanası) giriş qapısına zərər vurulması, “X7 Ltd” MMC-yə məxsus daşınmaz əmlakın (“Park İnn by Radisson Baku” mehmanxanası) 14 dekabr 2018-ci il tarixdə "xxxx" ASC tərəfindən 1 (bir) il müddətinə əmlak sığortası növü üzrə sığortalanması, iddiaçı "xxxx" ASC tərəfindən tərtib edilmiş 770 saylı, 27 dekabr 2019-cu il tarixli “Zərər dəymiş daşınar/daşınmaz əmlakın qiymətləndirilməsinə dair” hesabat” əsasən zərərçəkmiş şəxs “X7 Ltd” MMC-yə 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində maddi zərərin dəyməsinin müəyyən edilməsi və 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində sığorta ödənişi həyata keçirilməsi, ümumiyyətlə zərərin Cavabdeh qanuna zidd hərəkətləri nəticəsində əmələ gəlməsi işin mübahisəsiz halıdır. Tərəflər apellyasiya şikayətinin dəlillərində hadisənin baş vermə mexanizmini, dəymiş zərərin cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində baş verib-verməməsini mübahisələndirməmiş, istər iddiaçı istərsə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən müəyyən edilmiş maddi ziyanın məbləği mübahisələndirilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərində 9/8550 №-li, 19 yanvar 2023-cü il tarixli ekspert rəyinin təsviriəsaslandırıcı hissəsində ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı ziddiyyət olduğu və məhkəmənin həmin hissədə ekspert rəyinin mötəbərləyinə düzgün hüquqi qiymət verməməsi qeyd edilmişdir. İddiaçı şikayətinin dəlilini belə əsaslandırmışdır ki, 9/8550 №-li, 19 yanvar 2023-cü il tarixli ekspert rəyin təsviri-əsaslandırıcı hissəsində tədqiqat nəticəsində dəymiş ziyanın məbləğinin 46776 manat müəyyən edildiyi göstərilsə də, rəyin nəticə hissəsində dəymiş ziyan 36740 manat müəyyən edilmişdir. Cavabdeh tərəf isə apellyasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən “Park İnn by Radisson Baku” mehmanxanasının giriş qapısının dəyişdirilmədən təmir olunub-oluna bilməməsi məsələsinin araşdırılmadığı qeyd edilmişdir. Cavabdeh şikayətin dəlilini belə əsaslandırmışdır ki, əgər həmin qapı təmir oluna bilsəydi onun qarşılayacağı zərərin miqdarı da aşağı düşə bilərdi. Kollegiya ilk əvvəl iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ilkin “məhkəməəmtəəşünaslıq ekspertizası”nın keçirilməsinə dair 9/8550 №-li, 19 yanvar 2023-cü il tarixli ekspert rəyinin təsviri-əsaslandırıcı hissəsi ilə rəyin nəticə hissəsi arasında ziddiyyət mövcuddur. Belə ki, rəyə nəzər yetirdikdə açıq-aydın görünür ki, tədqiqat nəticəsində təsviriəsaslandırcı hissədə dəymiş ziyanın miqdarı 46776 manat müəyyən edildiyi göstərildiyi halda, rəyin nəticə hissəsində həmin ziyanın 36740 manat olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi məhz həmin ziddiyyəti araşdırmamış, ekspert rəyinin nəticə hissəsində göstərilən ziyan miqdarına uyğun olaraq iddiaçının şikayətini qismən təmin etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Kollegiya iddia tərəfinin apellyasiya şikayətinin dəlillərini, habelə cavabdeh tərəfin ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı dəlillərini əsas götürərək qeyd olunan ziddiyyətin aradan qaldırılması üçün əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş əlavə “məhkəmə-əmtəəşünaslıq ekspertizası”nın 9/6966 №-li, 07 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 55/19 saylı, xidmətlər cədvəlinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən “Dorma” markalı dönmə qapıya dəymiş zərərin ümumi məbləği nəzəri hesablama yolu ilə təxminən 46776 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası tam əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC-nin 22 yanvar 2020-ci il tarixli və 16 mart 2020-ci il tarixli “Sığorta akt”larına əsasən 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişi həyata keçirildikdən sonra zərərvuran şəxs, yəni Cavabdeh mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə” sığortalandığı üçün sığorta ödənişi məbləğdən 1802.74 (bir min səkkiz yüz iki, yetmiş dörd) AZN məbləğ çıxılmışdır. Hal-hazırda Cavabdeh tərəfindən iddiaçı "xxxx" ASC-yə dəymiş maddi zərərin məbləği 43973.26 (qırx üç min doqquz yüz yetmiş üç, iyirmi altı) AZN məbləği təşkil edir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi əsaslı olduğunundan tam şəkildə təmin edilərək "xxxx" ASC-yə dəymiş 43973.26 manat məbləğində maddi ziyan Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, şikayətin dəlilləri əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Belə ki, əvvəla “İcraçı” fərdi sahibkar X3 tərəfindən verilmiş 01 saylı, 03 yanvar 2020-ci il tarixli və 05 saylı, 14 mart 2020-ci il tarixli hesab fakturalarının surətindən görünür ki, “İcraçı” fərdi sahibkar X3 tərəfindən zərərçəkmiş şəxs “X7 Ltd” MMC-yə dəymiş zərərin məbləği 46776 (qırx altı min yeddi yüz yetmiş altı) AZN məbləğində hesablanmış, buna görə də həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh “Dorma” markalı dönmə qapının təmir edildiyinin və ya dəyişdirildiyinin müəyyən edilmədiyini qeyd etsə də iş materiallarından görünür ki, həmin qapının dəyişdirilməsi və yenisi ilə əvəz olunması ilə bağlı dəymiş ziyanın məbləği olaraq 46776 manat göstərilmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)027/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh 34937.26 (otuz dörd min doqquz yüz otuz yeddi, iyirmi altı) AZN məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" ASCyə ödənilməsi, həmçinin 100 manat ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilirək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq ( "xxxx" ASC-nin ödənişi və xx.xx.2020-ci il tarixli sığorta aktında qeyd olunan 1000 manat azad olma nəzərə alınmaqla... 46776 manat (dəymiş ziyan) – 1802.74 manat ("xxxx" ASC-nin ödənişi) – 1000 manat (azadolma haqqı) = 43973.26 (qırx üç min doqquz yüz yetmiş üç, iyirmi altı) AZN) 43973.26 AZN məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməli, həmçinin Cavabdeh mülki iş üzrə ilkin məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN məbləğində pul vəsaiti tutularaq Dövlət nəfinə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2,393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)027/2023 saylı, 03 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh 34937.26 (otuz dörd min doqquz yüz otuz yeddi, iyirmi altı) AZN məbləğində pul vəsaitinin alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, həmçinin 100 manat ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilirək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq ( "xxxx" ASCnin ödənişi və xx.xx.2020-ci il tarixli sığorta aktında qeyd olunan 1000 manat azad olma nəzərə alınmaqla... 46776 manat (dəymiş ziyan) – 1802.74 manat ("xxxx" ASC-nin ödənişi) – 1000 manat (azadolma haqqı) = 43973.26 (qırx üç min doqquz yüz yetmiş üç, iyirmi altı) AZN) 43973.26 AZN məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh mülki iş üzrə ilkin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) AZN cəmi 150 (yüz əlli) AZN məbləğində pul vəsaiti tutularaq, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE******************** hesabına keçirilsin. Qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-98/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-98/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver