Məhkəmə qərarları › İş №2(106)-984/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-984/2023

21.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-984/2023 21.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh Ağali oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsindən Cavabdeh Ağali oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 avqust 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Ağali oğluna 3000 (üç min) manat məbləğində birdəfəlik kompensasiya ödənilməklə cavabdehin mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan Astara rayonu, Lələkəpeştə kəndidə yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı müdafiə edib izahat verərək bildirdi ki, iddiaçı arvadı Teleyeva Balanisa Nəvuz qızı ilə birlikdə ünvan 1i ünvanında mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan 1964cü ildə tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 25.5 kvadrat metrdən ibarət olan 1 otaqlı evdə yaşayırlar. Həmin evdə həmçinin xx xxxxxxxx 1980-ci il təvəllüdlü oğlu Cavabdeh Ağali oğlu da daimi passport qeydiyyatındadır. Oğlu Cavabdeh Ağali oğlu onunla və digər ailə üzvüləri ilə yola getmir daimi dava-dalaş salır. Bu əməllərinə görə o, Astara Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə məhkum edilmişdir. Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də onların bir yerdə yaşamaları mümkün deyildir. O, hazırkı iddia tələbi ilə 2021-ci il tarixdə də məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)-34/2021 saylı qətnaməsinə əsasən onun iddiası təmin edilmişdir. Cavabdeh Ağali oğlu məhkəmənin həmin qətnaməsində apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(018)-805/2022 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)- 34/2021 saylı qətnaməsi ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsinə əsas Astara Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(018)-245/2022 saylı qətnaməsinə əsasən onun mülkiyyətində olan fərdi yaşayış evi barədə olan 15 yanvar 2020-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi olmuşdur. Bundan sonra isə həmin fərdi yaşayış evinin onun mülkiyyətində olmasını təsdiq edən reyestr nömrəsi **********35- 10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarış almışdır. Cavabdeh Ağali oğlunun həmin fərdi yaşayış evində istifadə hüququnun olması onun mülkiyyət hüququnu pozur. Onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi kənddə 1 otaqlı evin aylıq kirayə haqqı təxminən 30 (otuz)-40 (qırx) manat təşkil edir. Qeyd edilən fərdi yaşayış evi köhnə və yararsız vəziyyətdədir. İddiaçı cavabdehin 3 illik kirayə haqqının ödənilməsini əsas götürərək cavabdeh iddiaçıya 3000 (üç min) manat məbləğində kompensasiya ödəməyə razıdır. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh Ağali oğlu izahat verərək bildirdi ki, İddiaçı reyestr nömrəsi **********35- 10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarışla həmin fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, onun və ailə üzvülərinin başqa yerdə yaşamalarına imkanları yoxdur. Atası İddiaçı digər qardaşı X5 aldadaraq həmin evi ələ keçirtmək istəyir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Astara Rayon Məhkəməsinin 2(018)98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə (Hakim M.Məmmədov) İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddiasnın təmin olunması, Cavabdeh Ağali oğlunun İddiaçı xüsusi mülkiyyətində olan Astara rayonu Lələkəpeştə (Vaqo) kəndində 0,32 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 25,3 kvadratmetr olan fərdi yaşayış evinə istifadə hüququna 3.000 (üç min) manat kompensasiya verilməklə xitam verilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Belə ki, o, mübahisəli evin yerləşdiyi torpaq sahsəinin mülkiyyətçisi olduğundan onun da mülkiyyət hüququ qorunmalıdır. Bundan başqa onun ailə üzvlərinin qeyd olunan evdən başqa yaşayamağa yerləri yoxdur və ona təklif olunan kompensasiya başqa yerdə müəyyən müddətdə yaşamağı qarşılamır. Odur ki, hesab edir ki, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Cavabdeh Ağayev X7 Rayon Məhkəməsinin 2(018)98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh apellyasiya icraatı zamanı verdiyi izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, Astara Rayon Məhkəməsinin 2(018)98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi bardə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, o, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətininin dəlillərini əsassız hesab edir. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Astara Rayon Məhkəməsinin 2(018)98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Astara Rayon Məhkəməsinin 2(018)98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Ağali oğluna 3000 (üç min) manat məbləğində birdəfəlik kompensasiya ödənilməklə cavabdehin mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan Astara rayonu, Lələkəpeştə kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsinə dair hüquqi nəticəyə gəlmiş və gəldiyi nəticəni təklif edilən 3000 (üç min) manat məbləğində vəsait cavabdehə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi üçün kifayət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Ağali oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarının riayət edilibedilməməsi yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktlar nöqteyi nəzərdən qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, iddia tələbini təmin edib cavabdeh tərəfin həmin mənzildən istifadə hüququna xitam verərkən müəyyən edilən kompensasiya cavabdeh tərəfin müəyyən müddətə davamlı surətdə əvvəlki mənzilində ona xas olan şəraitdə yaşaması üçün ədalətli hesab edilə bilməz. Odur ki, gəlinən nəticə ləğv edilməli, iddia tələbinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla yenidən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 5-ci və 17-ci bəndlərində qeyd edilir ki, “Məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.” Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 100 (bir yüz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1933-cü il tarixdə Astara rayonu, Əsxənəkəran kəndində anadan olmaqla, Astara rayonu, Vaqo kəndində yaşayır. İş materiallarında olanAstara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Astara rayonu, Lələkəpeştə kəndində yaşadığı və ona məxsus olduğu ev 1964-cü ildə tikilmiş, 1 mərtəbəli, 1 otaqlı, 25,3 kv.m ümumi, 9,3 kv.m köməkçi və 16,0 kv.m yaşayış sahəsindən ibarətdir. Teleyeva Balanisa Nəvuz qızı və Cavabdeh Ağali oğlu həmin evdə daimi pasport qeydiyyatındadılar. İş materiallarında olan Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən nümayəndəliyin ərazisində 1 otaqlı evin kirayə haqqı 40 (qırx) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarışından görünür ki, Astara rayonu, Lələkəpeştə kəndində 0,32 hektar torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 25.3 kv.m olan fərdi yaşayış evi İddiaçı tam payı olmaqla, xüsusi mülkiyyətinə verilmişdir. Həmçinin həmin evin yerləşdiyi 0.32 ha torpaq sahəsinə İddiaçı, X6, Cavabdeh Ağali oğlu və Teleyeva Balaniz Nəvuz qızı arasında hər birinə münasibətdə ¼ hissədə olmaqda mülkiyyət hüququ vardır. İş materiallarında olan Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ağayev X8 rayonu, Vaqo kəndində qeydiyyatdadır. İş materiallarında olan Astara rayon İHB-nın Siyakü kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Cavabdeh Ağali oğlu müsbət xarakteriza edilmişdir. İş materiallarında olanAstara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)- 34/2021 saylı qətnaməsindən məlum olur ki, İddiaçı Cavabdeh Ağali oğluna qarşı “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma tələbinə dair” iddiası təmin edilmişdir. İş materiallarında olanŞirvan Apelyasiya Məhkəməsinin Şirvan Apelyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(018)-805/2022 saylı qətnaməsindən görünür ki, Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)-34/2021 saylı qətnaməsi ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsinə əsas Astara Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(018)-245/2022 saylı qətnaməsinə əsasən onun mülkiyyətində olan fərdi yaşayış evi barədə olan 15 yanvar 2020-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi olmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı mülkiyyətçi olaraq cavabdehlə birgə yaşamanın mümkün olmaması səbəbindən ona kompensasiya verilməklə evdən istifadə hüququnun xitam verilməsini tələb edir. İddiaçının tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. İddiaçı X3 iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, iddiaçı arvadı Teleyeva Balanisa Nəvuz qızı ilə birlikdə ünvan 1i ünvanında mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan 1964-cü ildə tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 25.5 kvadrat metrdən ibarət olan 1 otaqlı evdə yaşayırlar. Həmin evdə həmçinin xx xxxxxxxx 1980-ci il təvəllüdlü oğlu Cavabdeh Ağali oğlu da daimi passport qeydiyyatındadır. Oğlu Cavabdeh Ağali oğlu onunla və digər ailə üzvüləri ilə yola getmir daimi dava-dalaş salır. Bu əməllərinə görə o, Astara Rayon Məhkəməsinin 14 sentyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə məhkum edilmişdir. Astara Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də onların bir yerdə yaşamaları mümkün deyildir. O, hazırkı iddia tələbi ilə 2021-ci il tarixdə də məhkəməyə müraciət etmişdir. Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)-34/2021 saylı qətnaməsinə əsasən onun iddiası təmin edilmişdir. Cavabdeh Ağali oğlu məhkəmənin həmin qətnaməsində apelyasiya şikayəti vermiş, Şirvan Apelyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2(018)-805/2022 saylı qətnaməsinə əsasən Astara Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(018)- 34/2021 saylı qətnaməsi ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsinə əsas Astara Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(018)-245/2022 saylı qətnaməsinə əsasən onun mülkiyyətində olan fərdi yaşayış evi barədə olan 15 yanvar 2020-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi olmuşdur. Bundan sonra isə həmin fərdi yaşayış evinin onun mülkiyyətində olmasını təsdiq edən reyestr nömrəsi **********35-10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarış almışdır. Cavabdeh Ağali oğlunun həmin fərdi yaşayış evində istifadə hüququnun olması onun mülkiyyət hüququnu pozur. Onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi kənddə 1 otaqlı evin aylıq kirayə haqqı təxminən 40 (qırx)-50 (əlli) manat təşkil edir. Qeyd edilən fərdi yaşayış evi köhnə və yararsız vəziyyətdədir. İddiaçı cavabdehin 3 illik kirayə haqqının ödənilməsini əsas götürərək cavabdeh iddiaçıya 3000 (üç min) manat məbləğində kompensasiya ödəməyə razıdır. Cavabdeh Ağali oğlunun iddia tələbinə etirazından müəyyən olunur ki, İddiaçı reyestr nömrəsi **********35- 10301, qeydiyyat nömrəsi 222015293, qeydiyyat tarixi 18 noyabr 2022-ci il olan çıxarışla həmin fərdi yaşayış evinin mülkiyyətçisi olsa da, onun və ailə üzvlərinin başqa yerdə yaşamalarına imkanları yoxdur. Atası İddiaçı digər qardaşı X5 aldadaraq həmin evi ələ keçirtmək istəyir. Odur ki, o, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə əsasən Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.” Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarının müddəlarını nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ və istifadə hüququ qanunla qorunan hüquqdur. Mülkiyyət hüququ qanunla nəzərdə tutulmuş qaydada şəxsin öz əmlakından istədiyi kimi sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Fərdi yaşayış evindən istifadə hüququ həmin mənzildən istifadə etməyi özündə ehtiva edir və bu hüquq istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan qanunla qorunur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Hazırkı mülki iş materiallarından və tərəflərin apellyasiya icraatı zamanı verdiyi izahatdan da müəyyən edilir ki, mübahisə predmeti təşkil edən fərdi yaşayış evi 1964-cü ildə tikilmiş 1 mərtəbəli, ümumi sahəsi 25.5 kvadrat metrdən ibarət olan 1 otaqlı iddiaçının xüsusi mülkiyyətindədir və tərəflərin birgə yaşaması mümkün deyildir. Cavabdeh təklif edilən məbləği mübahisələndirərək təklif olunan məbləğin kifayət etmədiyini və təklif olunan 3000 manat məbləği ilə razılaşmadığını bildirmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi haqlı olaraq fərdi yaşayış evinin dəyərinin müəyyən etməklə yanaşı, həmin ərazidə evlərin kirayə (40-50 manat) haqların da, müəyyən etmişdir. İddiaçı tərəf 3000 (üç min) manat məbləğində kompensasiya verməyə imkanını çatdığını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi də iddiaçının təkilf etdiyi 3000 (üç min) manat məbləğində kompensasiyanı təmin etmişdir. Cavabdeh tərəf həmin məbləğ ilə razılaşmayaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləğinin müəyyən edilməsində işin konkret xüsusiyyətləri, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Bunun üçün ilk növbədə yaranmış mübahisə üzrə tam, hərtərəfli araşdırma aparılmalı, tərəflər ətraflı dinlənilməli və aşağıdakılar barədə nəticə çıxarmağa çalışmalıdır: evin kimin mülkiyyətində olması və evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması; evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri; kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması (məsələn, azyaşlı uşaqları ilə);kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti (oğlu, arvadı, gəlini, kənar şəxs); kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət; yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti;yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği;kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanları; kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri (məsələn, kompensasiya ödənilən şəxsin ailə münasibətlərinə yaraşmayan hərəkətə yol verməsi); Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi ilə əlaqədar araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini arzuladığı fərdi yaşayış evi mülkiyyətindədir. Cavabdeh mübahisəli fərdi yaşayış evində istifadə hüququna malikdir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi üçün 3000 (üç min) manat məbləğində kompensasiya təklif edir və bunun yetərli olmasını ünvan 1ində mənzil kirayə haqqının 40-50 manat olması ilə əsaslandırır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında tərəflər arasında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi üçün 3000 manat məbləğində kompensasiya təklif etsə də, təklif olunan kompensasiyanın məbləğinin mülkiyyətçinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamasının qeyri-mümkün olduğunu nəzərə almamışdır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi izahatından müəyyən olunur ki, onların ailə üzvləri ilə birlikdə daimi yaşayış yerləri yoxdur və hazırda təklif olunan kompensasiya məbləği isə real qiyməti əks etdirmir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin 3000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi qənaətinə gələrkən, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddəti; yaşayış evinin sahəsini, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmini, kommunal şəraiti; yaşayış sahəsinin yerləşdiyi ərazi və yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləğini; kompensasiya təklif edənin və təklif olunan şəxsin maddi imkanlarını; aydınlaşdırmamış, yalnız mülkiyyətçinin mülkiyyət hüququnun müdafiəsi əsası ilə iddia tələbini təmin etmişdir. Halbuki, Mülkiyyətçinin istifadə hüququ olan şəxslərin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi qənaətinə gəlinməsi təkcə mülkiyyət hüququnun müdafiəsi ilə deyil, yuxarıda göstərilən və istifadə hüququna xitam verilməsi tələbi üçün əsas olan meyarların müqayisəli tədqiq etməklə dəyərləndirmə aparılmalı, yalnız bundan sonra iddia tələbinin əsaslı olub-olmaması müəyyən olunmalıdır. Baxmayaraq ki, birinci instansiya məhkəməsi bütün bu halları müəyyən etməmiş və qəbul etdiyi qətnamənin ləğvi üçün kifayət qədər əsas yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının iddia tələbi və cavabdehin iddia tələbinə etirazını (apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla) nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən və kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi üçün əsas olan meyarların kompensasiyanın məbləğinə təsirini, kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olubolmamasını müəyyən etmədən iddia tələbini təmin etməkdə haqlı olmamış, qanuni və əsaslı nətiyə gəlməmişdir. Halbuki Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (MPM-nin 217.1-ci maddəsi). Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək apararaq hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayəti əsaslı hesab edilməklə təmin edilməli, Astara Rayon Məhkəməsinin 2(018)98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı hesab edilməməklə ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Ağali oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 2(018)98/2023 saylı, 06 aprel 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçın Cavabdeh Ağali oğluna qarşı 300 (üç min) manat “kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar