Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-989/2023 05.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X6 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi vəkil X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, alğı-satqı müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(049)-535/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 25 noyabr 2022-ci il tarixli, V-723/2022 reyestr nömrəli şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın, həmin Çıxarış əsasında bağlanılmış 28 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin müqavilə üzrə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1948-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, hazırda Lənkəran rayonunun Separadi kəndində qeydiyyatda olmaqla orada yaşayır. Qızlıq soyadı Nurullayeva olmuş, xx.xx.1965-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olduqdan sonra Nurullayeva soyadını Məmmədova soyadına dəyişmişdir. Ağababa Məmmədovla birgə nikahlarından 10 övladı dünyaya gəlmişdir. X1 03 iyul 2002-ci ildə ölmüşdür. X10 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə Lənkəran rayonunun Separadi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,14 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi iddiaçıya və digər övladlarına verilmiş torpaq sahələrinin qonşuluğunda yerləşdiyindən Vüqar Məmmədov sağlığında həmin torpaq sahəsindən istifadə etmədiyi üçün iddiaçı tərəfindən istifadə olunmasına etiraz etmədiyindən həmin vaxtdan digər ailə üzvləri ilə birlikdə torpaqdan təyinatı üzrə istifadə etməklə bir növ həmin miras əmlakı faktiki olaraq qəbul edib ondan istifadə etmişlər. Mərhum oğlu X22 adlı qadınla ailə qurmuş, lakin onların nikahı rəsmiləşdirilməmişdir. Vüqarın arvadı Vəsilə və qızı Gülşən Bakı şəhərində yaşamaqla müvafiq olaraq Məmmədova və Məmmədzadə soyadını daşıyırlar. İlahə adlı qızı isə ailə qurması ilə bağlı olaraq hazırda Hacızadə soyadını daşıyır. Vüqar vəfat etdikdən sonra onun övladları və faktiki nikah münasibətində olduğu arvadı Bakı şəhərində yaşamağa başlamış və hazırda da 20 ildən artıqdır ki, Bakı şəhərində yaşayırlar. Nəvəsi Nümayəndə iddiaçının razılığı ilə ailə üzvlərinə və yaxın qohumlarına məxsus olan torpaq sahələrində sahibkar kimi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur və ailə üzvlərinə maddi köməklik edir. Onun fəaliyyəti ilə bağlı olaraq "xxxx" MMC ilə məhkəmə mübahisəsi olmuş və 02 dekabr 2022-ci il tarixdə Masallı Rayon Məhkəməsinin inzibati binasında (məhkəmə kompleksində) Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan işin məhkəmə baxışı zamanı "xxxx" MMC-nin rəhbəri Valehin onlara qarşı qaldırdığı iddialardan imtina etməyəcəyi halda Vüqar Məmmədovun torpaq sahəsindən çıxaracaqları ilə hədələyərək həmin torpaq sahəsini vərəsəlik qaydasında alğı-satqı yolu ilə aldıqlarını və həmin torpağın mülkiyyətçiləri onlar olduğunu bildirdikdən sonra Vüqarın birinci növbə vərəsəsi kimi notariat kontoruna xx.xx.2022-ci il tarixdə müraciət etmiş və qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətini notariat kontorundan götürmüşdür. Həmin şəhadətnamə ilə tanış olduqdan sonra iddiaçıya məlum olmuşdur ki, vərəsəlik işi açılarkən ərazi nümayəndəliyi vərəsə kimi yalnız cavabdehlər olan nəvələrinin adını qeyd etmiş, iddiaçının Vüqarın anası olaraq adını göstərməmiş, müvafiq vərəsəlik şəhadətnaməsini alan cavabdeh nəvələri həmin vərəsəlik şəhadətnaməsi əsasında adlarına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış alaraq iddiaçını bütünlüklə mirasdan məhrum etmiş, həmin Çıxarışa əsasən 3 gün sonra "xxxx" MMC ilə alğı-satqı müqaviləsi bağlayıb həmin 0,14 ha torpaq sahəsini satmışlar. Yuxarıda göstərdiyi kimi, qeyd olunan daşınmaz əmlak iddiaçının oğluna məxsus olmaqla ondan miras qalmışdır. Qanunun tələbinə əsasən vəsiyyətnamə mövcud olmadığından hazırkı işlə bağlı qanun üzrə vərəsəliyə dair normalar tətbiq edilməli və birinci növbəli vərəsə kimi X23un övladları və anası arasında bərabər bölünməlidir. Yəni vərəsəlik şəhadətnaməsində cavabdehlərə hər birinə 1/3 hissədə pay olmaqla, ümumilikdə 2/3 hissədə pay verilməsi, iddiaçıya isə 1/3 hissədə pay verilməsi qeyd edilməli olsa da, vərəsəlik şəhadətnaməsində miras tamamilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 verilmiş, nəticədə mərhum oğlu Vüqar Məmmədovdan qalan miras əmlaka iddiaçının hüquqları pozulmuşdur. Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(049)-535/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Muradağa Qasımov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(049)-535/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinin pozulması halları həm məhkəmə iclası zamanı, həm də iş materiallarında olan sənədlərlə öz təsdiqini tapsa da, məhkəmə tərəfindən qəbul olunmuş qətnamədə buna heç bir hüquqi qiymət verilməmiş, qətnamənin əsaslandırıcı hissəsində qanun üzrə vərəsəlik şəhadətnaməsinin qanunsuz və əsassız olmaqla qanunvericiliyin tələbləri pozulmaqla verilməsi hallarını aşkar etsə də, həmin şəhadətnamənin hansı əsasla etibarsız hesab edilməməsini əsaslandırmamış, iddia tələbinin əsas mahiyyəti qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı olsa da, məhkəmə qətnaməni əsaslandırarkən alğı-satqı müqaviləsinin ləğvi proseduru üzrə işə baxmış və alıcının vicdanlılığı məsələsini əsas gətirib iddia tələbini rədd etmişdir. Belə ki, məhkəmə qətnamənin 9-cu səhifəsinin 2-ci abzasında qeyd etmişdir ki, iddiaçının hüquqları Separadi kənd icra nümayəndəliyi tərəfindən pozulmuşdur. Bu fakt öz təsdiqini notariat icraatında olan Separadi kənd icra nümayəndəliyinin 2022-ci ilin noyabr ayında verilmiş 651 saylı arayışında tapmışdır. Həmin arayışda Vüqar Məmmədovun vərəsələri kimi arvadı Vəsilə Məmmədova, qızları Cavabdeh3 və Cavabdeh2 göstərilsə də, onun digər vərəsəsi olan anası İddiaçı göstərilməmişdir. Göründüyü kimi, Separadi kənd icra nümayəndəliyi notariat ofisinə təqdim etdiyi arayışı təhrif etmiş, vərəsələr sırasına daxil olmalı olan iddiaçını həmin siyahıya salmayaraq notariusa yanlış vərəsəlik haqqında şəhadətnamə verilməsinə şərait yaratmışdır. Halbuki, bundan çox qısa zaman sonra verdiyi xx.xx.2022-ci il tarixli, 696 saylı arayışında Vüqar Məmmədovun vərəsələri kimi onun anası olan iddiaçını və uşaqları olan Gülşən ilə İlahənin adlarını qeyd etmişdir. Yəni Separadi kənd icra nümayəndəliyi bir-birinə zidd iki arayış vermişdir. Əslində bu hal Separadi kənd icra nümayəndəliyinin əməlinə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilməsi üçün əsasdır. Lakin həmin xüsusata rayon prokurorluğunda artıq hüquqi qiymət verildiyindən məhkəmə hesab edir ki, Separadi kənd icra nümayəndəliyi barəsində xüsusi qərardad çıxarılmaqla onun hərəkətlərinə qiymət verilməsi üçün qərardad Lənkəran Rayon İcra Hakimiyyəti başçısına göndərilməlidir. Çünki Separadi kənd icra nümayəndəliyi notariat ofisinə yanlış arayış verməsəydi, iddiaçının vərəsəliklə bağlı hüquqları pozulmayacaqdı. Həmin səhifənin 4-5-ci abzaslarında isə məhkəmə qeyd edir ki, bundan əlavə, məhkəmə qeyd edir ki, həmin ərizəsinin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, notariat icraatında olan, iddiaçı tərəfindən yazıldığı iddia olunan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı xx.xx.2002-ci il tarixdə vəfat etmiş oğlu Vüqar Məmmədovdan miras qalmış 0,14 ha torpaq sahəsindəki payından nəvələrinin xeyrinə imtina edir. Əslində notarius bu ərizəni qəbul etməməli idi. Belə olan halda məhkəmə həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız olması qənaətinə gəlsə də, qətnamənin nəticə hissəsində məhkəmə iddia tələbinin vərəsəlik şəhadətnaməsinin etibarsızlığı hissəsində heç bir hüquqi qiymət vermədən həmin şəhadətnamə əsasında verilmiş alğı-satqı müqaviləsinin vicdanlı alıcı ilə bağlanmasına istinad etməklə iddianı rədd etmişdir. Məhkəmə hazırkı işə baxarkən Mülki Məcəllənin 1133.2-ci maddəsini pozaraq sözügedən miras əmlaka münasibətdə miras qoyan tərəfindən vəsiyyətnamənin olmamasını nəzərə almamış və qanun üzrə vərəsəliyin dairəsi müəyyən olunarkən qanun pozuntularını müəyyən etsə də, həmin hallara dair qətnamədə heç bir hüquqi qiymət verilməmişdir. Halbuki, həmin halın özü iddia tələbinin təmin edilməsi üçün əsasdır. İşə baxan məhkəmə işin faktiki hallarını araşdırmamaqla düzgün olmayan nəticəyə gəlməklə həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin əhəmiyyətsiz əqd olmasına baxmayaraq, qanunvericiliyin tələbini işin halları üzrə deyil, hərfi mənada tətbiq etmiş və bununla da Konstitusiya Məhkəməsinin analoji iş üzrə qərarına istinad etməmiş və həmin qərarda göstərilən halları nəzərə almadan heç bir araşdırma aparmamışdır. Məhkəmə torpaq sahəsini almış üçüncü şəxs "xxxx" MMC-yə cavabdehlərə ödənilmiş dəyərin onlardan tələb etmək hüququnu izah etməli olduğu halda məhkəmə nədənsə iddiaçının hüquqlarının pozulmasından ötrü icra nümayəndəsini məhkəməyə vermək hüququ izah edilmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə mərhum X10 Lənkəran rayonunun Separadi kəndində 0,14 ha pay torpaq sahəsi verilmişdir. İddiaçı 20 ildir ki, mərhum övladının qanuni vərəsəsidir. Vüqar Məmmədovun cavabdeh olan qızları isə həmin kəndə gəlməmişlər, torpaq sahəsinin harada olması barədə də məlumatsızdırlar. X23 2002-ci ildə ölmüşdür. Miras iddiaçı tərəfindən qəbul edilmiş, Vüqar Məmmədovun qızları isə mirası qəbul etməmişlər. İcra nümayəndəsi 2022-ci ilin noyabr ayında verdiyi 651 nömrəli arayışda iddiaçının adını Vüqar Məmmədovun vərəsələri sırasında qeyd etməmişdir. Ötən ilin dekabr ayında gecə saatlarında icra nümayəndəsinin müavini iddiaçının evinə getmiş, onu aldadaraq ondan X23dan miras qalmış əmlakdakı payından imtina etməsinə dair ərizə almışdır. İddiaçı notariusa getməmiş, torpağın satılmasından xəbəri olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkil X8 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli, 3914 nömrəli arayışdan görünür ki, X7 ilə X2 nikahı xx.xx.1965-ci ildə 39 nömrəli aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdəki Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli, 3878 nömrəli arayışdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X9 atası X7, anası X4r. İşdəki Lənkəran ŞİHB-nin Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 651 nömrəli, 2022-ci ilin noyabr ayında verilmiş arayışdan görünür ki, X14 03 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri ünvan 1i olmuş və onun aşağıdakı vərəsələri qalmışdır: 1) X11, 2) Cavabdeh3, 3) Cavabdeh2. İşdəki Lənkəran rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 1182 nömrəli vətəndaşlıq vəziyyəti aktlarının qeydi barədə arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1969-cu il tarixdə ünvan 1ində anadan olmuş vətəndaş X9 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış, aşağıdakı məlumatlar aşkar edilmişdir: 1) arvadı X11, 2) övladı Cavabdeh2, 3) övladı Cavabdeh3. İşdəki Lənkəran ŞİHB-nin Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 696 nömrəli, 07 dekabr 2022-ci il tarixli arayışından görünür ki, X14 03 iyul 2002-ci il tarixdə vəfat etmişdir. Mərhumun daimi yaşayış yeri ünvan 1i olmuş və onun aşağıdakı vərəsələri qalmışdır: 1) İddiaçı, 2) Cavabdeh3, 3) Cavabdeh2. İşdəki AZ 132102 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 03 iyul 2002-ci ildə ölmüşdür. İşdəki Lənkəran rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 1190 nömrəli arayışından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X9 xx.xx.1987-xx.xx.2002-ci illər üzrə nikahı barədə avtomatlaşdırılmış informasiya sistemində məlumat aşkar edilməmişdir. İddiaçı (nümayəndəsi Nümayəndə) Cavabdeh1nə 07 dekabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2002-ci il tarixində vəfat etmiş oğlu X5 miras əmlak onun xəbəri olmadan qəbul edilmiş, beləliklə, o, vərəsəlikdən kənarda qalmışdır və xahiş edir ki, onun miras əmlakına dair verilmiş vərəsəlik şəhadətnaməsinin və vərəsələrin dairəsi barədə verilmiş arayışın təsdiq olunmuş surəti ona verilsin. İşdəki reyestrdə V-723/2022 saylı vərəsəlik işində olan 2V-1032 nömrə ilə qeyd edilmiş 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xüsusi notariusu X12 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X9 vərəsələri Cavabdeh2 və Cavabdeh3dır və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X10 verilmiş **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,14 ha olan torpaq sahəsindən ibarətdir. İşdəki JN-596 nömrəli, 80220018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998ci il tarixli, 09 nömrəli qərarı ilə Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,14 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki AN-İ ******* seriya nömrəli, 28 noyabr 2022-ci il tarixli daşınmaz əmlakın alğısatqı müqaviləsinin surətindən görünür ki, satıcılar Cavabdeh2 və Cavabdeh3 tərəfindən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,14 hektar olan torpaq sahəsinin birgə mülkiyyət hüququ üzrə onlara məxsus olan 0,14 hektar hissəsi alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə verilmişdir. Həmin müqavilədən görünür ki, ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində Cavabdeh2 və Cavabdeh3 ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinin onların ümumi birgə mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İşdəki Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdəki İddiaçı tərəfindən Lənkəran rayon notariat kontoruna ünvanlanmış xx.xx.2022ci il tarixli ərizədən görünür ki, oğlu X14 03 iyul 2002-ci ildə vəfat etmişdir. Mərhuma dövlət tərəfindən islahat dövründən 0,14 ha payıbəlli torpaq sahəsi verilmişdir. O – anası İddiaçı vərəsəlikdən ona düşən payından imtina edir və həmin payı nəvələri Cavabdeh3 və Cavabdeh2 verir. Gələcəkdə həmin paya dair heç bir iddia və tələbi olmayacaq. Ərizə xx.xx.2022-ci ildə Lənkəran ŞİHB-nin Separadi ərazi vahidində İddiaçı tərəfindən imzalanmışdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının hazırkı iş üzrə etibarsızlığını tələb etdiyi bir neçə sənəd mövcuddur. Həmin sənədlərdən birincisi V-723/2022 saylı vərəsəlik işində olan 2V-1032 nömrə ilə qeyd edilmiş 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədir. Qeyd olunmalıdır ki, etibarsızlığı tələb edilən digər sənədlərlə (müqavilə və çıxarışlar) bağlı nəticəyə gələ bilmək üçün ilk öncə həmin şəhadətnamənin etibarlılığı yoxlanılmalıdır. Çünki iddia tələbinin digər hissələrinin təmin edilməsi məhz həmin şəhadətnamə ilə bağlı hissədə iddia tələbinin uğurlu olub-olmamasından asılıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının oğlu və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 atası olan X14 03 iyul 2002-ci il tarixində vəfat etmişdir. JN-596 nömrəli, 80220018 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 16 may 1998-ci il tarixli, 09 nömrəli qərarı əsasında Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,14 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X9 mülkiyyətinə verilmişdir. Həmin əmlak X9 03 iyul 2002-ci ildə vəfat etməsi səbəbilə onun vərəsələrinə miras olaraq qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Mülki Məcəllənin 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. MM-in 1264-cü maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən bir neçə şəxsin xeyrinə imtina edirsə, onlardan hər birinin payını göstərə bilər. Belə göstəriş olmadıqda onun payı mirasın qəbulundan imtina xeyirlərinə edilmiş vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1267-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir. Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. MM-in 1273-cü maddəsinə əsasən, mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. İş materiallarından göründüyü kimi, X14 03 iyul 2002-ci il tarixində vəfat etsə də, ondan miras qalmış əmlakla bağlı vərəsəlik işi 25 noyabr 2022-ci il tarixində açılmış, həmin vaxtadək onun vərəsələrindən heç biri miras əmlakı qəbul etməsinə dair notariat orqanına ərizə ilə müraciət etməmişdir. İddiaçı bildirir ki, o, X23un anası olmaqla, onun birinci növbəli vərəsəsi olsa da, Lənkəran ŞİHB-nin Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 651 nömrəli, 2022-ci ilin noyabr ayında verilmiş arayışda mərhumun ailə üzvləri arasında onun adı qeyd edilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinə təqdim edilmiş mərhum X10 aid xx.xx.2022-ci il tarixdə 2V-1032 reyestrlə Cavabdeh1ndə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” üzrə notariat işinin təsdiq olunmuş surətindən görünür ki, həmin notariat işində İddiaçı Lənkəran rayon notariat kontoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsi mövcud olmuşdur. Həmin ərizədə iddiaçı mərhum oğlu Vüqar Məmmədova dövlət tərəfindən islahat dövründən 0,14 ha payıbəlli torpaq sahəsi verildiyini, özünün vərəsəlikdən ona düşən payından imtina etdiyini və həmin payı nəvələri Cavabdeh3 və Cavabdeh2 verdiyini, gələcəkdə həmin paya dair heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Göründüyü kimi, həmin imtina X23un vəfat etməsindən təxminən 20 il sonra verilsə də, iddiaçı həmin ərizə ilə öz iradəsini ifadə etmiş, mərhuma məxsus 0,14 ha torpaq sahəsi ilə əlaqədar miras əmlakdan ona düşən paydan imtina edərək bunu öz imzası ilə təsdiq etmişdir. Həmin imzanın iddiaçıya məxsusluğu da onun tərəfindən mübahisələndirilməmişdir. Notariat işində həmin ərizənin mövcudluğu səbəbindən isə notariat orqanı vərəsəlik hüququ haqqında şəhadətnamədə iddiaçı üçün pay müəyyən etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə kollegiyası bildirir ki, iddiaçı tərəfindən 20 ildən artıq müddət ərzində miras əmlakın qəbulu ilə bağlı hər hansı hərəkətin həyata keçirilməsi iş materialları ilə müəyyən edilmir və iddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı notariat orqanına da ərizə ilə müraciət edilməmişdir. Belə ki, iddiaçı tərəfindən mirasın formal olaraq qəbul edilməməsi ilə yanaşı, iş materiallarında mirasın faktiki olaraq qəbul edilməsini təsdiq edən hər hansı sübut da mövcud deyil. İddiaçı öz iddia ərizəsində nəvəsi Nümayəndə onların razılığı ilə ailə üzvlərinə və yaxın qohumlarına məxsus olan torpaq sahələrində sahibkar kimi kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğunu bildirsə də, bu cür razılığın mövcudluğu barədə hər hansı sübut təqdim edilməmiş, eləcə də, Nümayəndə torpaq sahələrindən istifadəsinə Vüqar Məmmədovun digər vərəsələri Cavabdeh2 və Cavabdeh3 tərəfindən razılığın verilməsinə dair hər hansı sübut təqdim olunmamış, bundan başqa, Nümayəndə məhz mərhum X5 miras qalmış 0,14 ha torpaq sahəsindən istifadə etməsini konkret göstərən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası bildirir ki, mərhum oğlu Vüqar Məmmədov 03 iyul 2002-ci il tarixində vəfat etsə də, iddiaçı bundan 20 il sonra ondan qalmış miras əmlakdakı payından imtina etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınaraq həmin torpaq sahəsinə dair sərəncam verilib satıldıqdan sonra hazırkı iddia ilə məhkəməyə müraciət edərək, sözügedən şəhadətnamənin etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, dürüstlük əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva etməklə mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında da “hüquqdan sui-istifadə qadağası”nın hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olduğu qeyd edilmişdir. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına dair bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı haqq sahibinin özünün deyil, ümumiyyətlə, dürüst və ədalətli bir insanın hərəkət tərzinə dair olan meyar və ölçüdür. Yəni burada “obyektiv vicdanlılıq” halı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə qəbul etdiyi 17 sentyabr 2021-ci tarixli Qərarında göstərilmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, hüquqdan sui-istifadəyə səbəb olan hallardan bəziləri kimi şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq, hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi göstərilmişdir. Həmin hal-hazırkı mülki iş üzrə də mövcuddur. Belə ki, iddiaçı 20 il ərzində mərhum oğlu X5 miras qalmış 0,14 ha torpaq sahəsini formal və ya faktiki olaraq qəbul etməsinə dair hər hansı mötəbər sübut təqdim etməməklə yanaşı, notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsində mərhum oğlundan miras qalmış əmlakdakı payından imtina etdiyini və həmin payı nəvələri Cavabdeh3 və Cavabdeh2 verdiyini qeyd etsə də, sonradan notariusun həmin ərizəyə də əsaslanmaqla Cavabdeh3 və Cavabdeh2 adına verdiyi reyestrdə 2V-1032 nömrə ilə qeyd edilmiş 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmişdir. Qanunvericilikdə mirasdan imtinanın geri götürülməsinin yolverilməzliyi qaydasının mövcud olmasına baxmayaraq, iddiaçı mirasdan imtinasından sonra yenə də öz hüququnu həyata keçirməyə çalışaraq, eləcə də, notarius və digər vərəsələr tərəfindən güvənilmiş əvvəlki rəftara zidd (mirasdan imtinaya dair ərizə) hüququ həyata keçirmək istəyərək hüquqdansui istifadə etmişdir. Odur ki, iddiaçının Cavabdeh3 və Cavabdeh2 adına verilmiş reyestrdə 2V-1032 nömrə ilə qeyd edilmiş 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair tələbi hüquqdan suiistifadə halının mövcudluğu səbəbindən qanunla müdafiə oluna bilməz. Həmçinin nəzərə alınmalıdır ki, mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarı). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi iddia tələbini sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı öz tələbində həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə yanaşı, həm də həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın, həmin Çıxarış əsasında bağlanılmış 28 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və həmin müqavilə üzrə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsız hesab edilməsini də xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin hissələrdə də iddia tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş əsas tələb reyestrdə 2V-1032 nömrə ilə qeyd edilmiş 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı olduğundan, iddia tələbinin qalan hissələri yalnız həmin tələb təmin edildiyi halda uğurlu ola bilərdi. ƏMDK yanında DƏDRX-nin Lənkəran Ərazi İdarəsi tərəfindən reyestrdə 2V-1032 nömrə ilə qeyd edilmiş 25 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixində Cavabdeh2 və Cavabdeh3 ünvan 1ində yerləşən 0,14 ha torpaq sahəsinin onların ümumi birgə mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Məhkəmə kollegiyası bildirir ki, xx.xx.2022-ci il tarixli, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından və həmin hissədə iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsi həmin Çıxarışın etibarsız hesab edilməsinə dair hissədə də iddia tələbini rədd etməkdə haqlı olmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin də etibarsız hesab edilməsini tələb etsə də, həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən edilmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, həmin müqavilə üzrə satıcı qismində çıxış etmiş Cavabdeh2 və Cavabdeh3 etibarlılığı müəyyən edilmiş xx.xx.2022-ci il tarixli, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında onlara ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Lənkəran rayonunun Separadi kəndində yerləşən 0,14 ha torpaq sahəsini hazırkı iş üzrə üçüncü şəxs olan, müqavilə üzrə isə alıcı qismində çıxış edən "xxxx" MMCyə satmışlar. Göründüyü kimi, alıcı "xxxx" MMC daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mübahisəli torpaq sahəsini satıcılar Cavabdeh2 və Cavabdeh3 almışdır. Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. MM-in 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, qanunvericiliyə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş vicdanlı alıcının hüququ müdafiə edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, xx.xx.2022-ci il tarixli, **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsızlığı üçün hər hansı əsas olmadığından, Cavabdeh2 və Cavabdeh3 həmin Çıxarışla ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsini satdıqlarından və daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq həmin torpaq sahəsini alğı-satqı müqaviləsi ilə əldə etmiş "xxxx" MMC-nin vicdanlı alıcı olaraq hüquqları müdafiə edilməli olduğundan, birinci instansiya məhkəməsi iddia tələbini xx.xx.2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə də təmin etməməkdə haqlı olmuşdur. xx.xx.2022-ci il tarixli, AN-İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında "xxxx" MMC-nin adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Məhkəmə kollegiyası bildirir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********59 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışın verilməsi üçün əsas olmuş xx.xx.2022-ci il tarixli, AN- İ ******* seriya nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmadığından və həmin hissədə iddia tələbi rədd edildiyindən, birinci instansiya məhkəməsi həmin Çıxarışın etibarsız hesab edilməsinə dair hissədə də iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Sadalananlara əsasən, məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, onları pozmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmişdir. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yekun olaraq bildirir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(049)-535/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2(049)-535/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-989/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-989/2023
05.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver