Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-997/2025 02.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və X1 ibarət tərkibdə, Abasova Aygün Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin ləğv olunması, avtomobilin saz vəziyyətdə təhvil verilməsi və 2000 manat pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün əsaslarını açıq məhkəmə iclasında yoxlayaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışına dair bağlanmış 01 sentyabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi, “Chevrolet Niva GLC" markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saz vəziyyətdə ona qaytarılması və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 (iki min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin (hakim O.Vəliyev) 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin predmeti olan “Chevrolet Niva GLC” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil, olmadığı halda onun dəyəri kimi müəyyən edilmiş 8000 (səkkiz min) manat pul və 2000 (iki min) manat pul, habelə iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. İş materiallarından görünür ki, iddia qiymətləndirilən iddiadır. Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 (vəkili və nümayəndəsi Nümayəndə3 vasitəsilə) tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Şikayətə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin qəbzdən görünür ki, dövlət rüsumu cəmi 50 manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşin hallarından görünür ki, apellyasiya şikayətinə dövlət rüsumunun müəyyən olunmuş miqdarda ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi halda birinci instansiya məhkəməsi işi apellyasiya baxışına göndərmişdir. Bu halda isə işə apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Ona görə apellyasiya qeyri-mümkün hesab edilməli, şikayətin geri qaytarılması üçün mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Cəlilabad Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Cəlilabad Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müdətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-997/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-997/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver