Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1001/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəki Regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəslik hüququnun tanınması, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması, miras paylarının müəyyən edilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəki Regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəslik hüququnun tanınması, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-207/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki Regional "Asan Xidmət” Mərkəzinin Notariat ofisinin Hacı-X19 miras qalmış ünvan 2nun xx.xx.2012 -ci il tarixli 2v-2/1456 saylı və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun xx.xx.2010-cu il tarixdə vəfat etmiş anası Hacı-X19 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evin, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağazanın, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binasına vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması üçün müəyyən edilmiş müddətin ötürməsinin üzürlü hesab olunaraq vərəsəlik hüququnun tanınması, Hacı-X19 miras qalmış əmlakların ünvan 1 evin ona 10/12 hissədə, cavabdehlər Cavabdeh2 1/12 hissədə, Cavabdeh3 1/12 hissəsi miras payın müəyyən edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə ona ½ hissəsinin, Cavabdeh4 ½ hissəsinin miras payın müəyyən edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binasına tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdeh Şəki Regional "Asan Xidmət” Mərkəzinin Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin dəyişdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Şəki Regional "Asan Xidmət” Mərkəzinin Notariat ofisinin Hacı-X19 miras qalmış ünvan 2nun xx.xx.2012 -ci il tarixli 2v-2/1456 saylı və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onun xx.xx.2010-ci il tarixdə vəfat etmiş anası Hacı-X19 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəs 64 saylı evin, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazanın, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binasına vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması, Hacı-X19 miras qalmış əmlakların ünvan 1 evin ona 10/12 hissədə, cavabdehlər Hacı- X25 1/12 hissədə, Cavabdeh3 1/12 hissədə miras payın müəyyən edilməsi, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə ona ½ hissəsinin, Cavabdeh4 1/2 hissəsinin miras payın müəyyən edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi və payların dövlət reyestrindı qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələbin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2010-ci il tarixdə vəfat etmiş anası Hacı-X19 Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağaza, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binası, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Şəki şəhəri Ərazi İdarəsinin xx.xx.2012 tarixli 1322 nömrəi arayışına və çıxarışına əsasən 0,06 ha torpaq sahəsində yerləşən 474,7 kv.m. ümumi sahəsi, 157,7 kv.m yaşayış sahəsi, 317 kv.m. yardımçı sahəsi, 8 yaşayış otağından ibarət ünvan 1 evdən Hacı- X39 1/5 hissədə, Cavabdeh3 4/5 hissədə bərabər irs almışdılar. Hacı-X19 miras qalmış Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağaza ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Hacı-X19 miras qalmış Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində qeyri-yaşayış binası xx.xx.2001-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda adınadır. Anası X45 qızı xx.xx.2000-ci il tarixli 2v-/31 reyestr nömrəli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri, Şəhriyar küçəsi ev 64 nömrəli evini ona vəsiyyət etmişdir. Buna baxmayaraq onun ailə üzvləri xx.xx.2012ci il tarixdə açılmış vərəsəlik işində ünvan 2na təhrif olunmuş məlumatlar verərək xx.xx.2010-cu il tarixdə vəfat etmiş anasının vərəsələri kimi Cavabdeh4, X20, Hacı- X41, Cavabdeh3 göstərmişlər. Onun adını notariat kontoruna verməmişlər və onun vərəsə olmağını vərəsəlik dairəsindən gizlətmişlər. ünvan 2 cavabdehlərə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verdikdə vəsiyyətnaməni nəzərə almamış və miras paylarını düzgün müəyyən etməmişdir. Həmin hal Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağazanın ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/l59 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh4 adına rəsmiləşdirdikdə də baş vermişdir. O 2023-cü ilin avqust ayında bilmişdir ki, anası ona vəsiyyətnamə vermişdir. Bundan sonra aidiyyatı üzrə sorğular vermiş və ona Şəki Regional "Asan Xidmət” Mərkəzinin Notariat ofisindən anası X45 qızı xx.xx.2000-ci il tarixli 2v-/31 reyestr nömrəli vəsiyyətnamənin ləğv olunmadığını və qüvvədə olduğu bildirilmişdir. Bundan sonra o Şəki Regional "ASAN Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərək mərhum anası Hacı-X26 həm vəsiyyətnamə həm də qanun üzrə vərəsə kimi qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3821 nömrəli cavab məktubu ilə vərəsə şəhadətnaməsi verilərkən vərəsə olaraq onun nəzərə alınmadığını və bu səbəbdən hazırda ona şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirərək, 2012-ci il tarixdə verilmiş şəhadətnamənin ləğv olunması və mərhum X3 vərəsəsi kimi tanınmağı üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 saylı notariat işində vərəsələr Cavabdeh4, X32, X51 qızı miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi 64 saylı evdən onlara düşən payı qəbul etməmişdilər. Bununla belə nəyə görəsə həmin 3 pay Hacı- X29 xeyrinə verilmişdir. Cavabdehlər nəinki onun yeri barədə məlumat verməmiş, ümumiyyətlə özlərini tam paylı vərəsə kimi elan edərək miras paylarını mənimsəmişlər.
5. Cavabdeh4 iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində əsaslanaraq qeyd edir ki, X36 qızı 02 iyun 2000-ci il tarixdə 2v-/31 reyestr nömrəli vəsiyyətnaməyə əsasən Hacı-X33 məxsus əmlakı, o cümlədən Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evi ona vəsiyyət etmişdir. X45 qızı, X46 oğlu və onun arasında 22 avqust 2000-ci il tarixli üç tərəfli "Bəxşiş etmə” müqaviləsi bağlanmışdır. Həmin müqavilənin məzmununa əsasən Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdə yaşayan X45 qızı, X46 oğlu və Cavabdeh4 öz aralarında ev bəxşiş etmə müqaviləsini tərtib etmişlər. Müqaviləyə əsasən Hacı-X12 İnvertar bürosunun 09 avqust 2000-ci il tarixli, 333 saylı arayış və qeydə alma vəsiqəsinəəsasən Şəki şəhəri, Şəhriyar küçəsindəki 764,92 kv.m. torpaq sahəsində yerləşən divarları çay daşı, üstü şifer, ümumi sahəsi 336,1 kv.m. əsas, yaşayış sahəsi 24295 kv. m. köməkci sahəsi 123,5 kv. m, 10 otaqlı 64 saylı mülkün 2/3 hissəsini və X5 İnvertar Bürosunun 09 avqust 2000-ci il tarixli, 333 saylı arayış və qeydə alma vəsiqəsinə əsasən qeyd olunan ünvanda yerləşən 64 saylı, mənzilin 1/3 hissəsini həmin ünvanda yaşayan Cavabdeh4 bağışlamışlar. Hacı- X48 göstərilən bəxşişi qəbul etmişdir. İddiaçının iddia etdiyi Hacı- X49 tərəfindən güya ona miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən faktiki olaraq qüvvədə olan bəxşiş etmə müqaviləsinəəsasən onun xeyrinə imtina etmişdir. Belə olduğu halda mülki qanunvericiliyin tələblərinəəsasən iddiaçı həmin mirasa dair heç bir iddia edə bilməz. İddiaçı güya onun adına açılmış olduğu mirasın qəbuluna dair hal-hazırda iddia qaldıraraq vəsiyyətnamə üzrə vərəsəlik hüquqlarının tanınması üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab olunaraq vərəsəlik hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd etmişdir ki, ona miras payı 02 iyun 2000-ci ildə açılmışdır. Bu o deməkdir ki, iddiaçı 23 il sonra miras payını qəbul etmək niyyətindədir. Qanunvericilik ümumi iddia müddətini 10 il müəyyən etdiyindən hazırki iddia bununla da bir daha tam qanunsuz vəəsassız olduğunu bir daha sübut edir. Bundan əlavə mirasın qəbulu ilə bağlı müddətinin üzürlü olaraq ötürülməsi üçün heç əsaslı dəlil və sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia etdiyi Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən faktiki istifadə etməmiş, həmin evə faktiki sahiblik və istifadə hüququ belə yaranmamışdır. İddiaçının iddia ərizəsində göstərdiyi Şəki şəhəri, Rəsulzadə küçəsində 43 saylı mağaza və qeyri-yaşayış sahəsi ümumiyyətlə mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmədən, 22 avqust 2000-ci il tarixli üç tərəfli "Bəxşiş etmə” müqaviləsinin nəzərə alınmasını və mülki məcəllənin 372-ci maddəsinə əsasən iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. Əvvəlki məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X70 iddia ərizəsində göstərilənləri müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahat verərək göstərdi ki, mərhum X45 qızı xx.xx.2010-ci il tarixdə vəfat etmişdir. X45 qızı, X46 oğlu və onun arasında 22 avqust 2000-ci il tarixli üç tərəfli "Bəxşiş etmə" müqaviləsi bağlanmışdır. Həmin müqaviləyəəsasən Hacı-X12 şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı mülkün 2/3 hissəsini və X44 həmin ünvanda yerləşən 64 saylı, mənzilin 1/3 hissəsini ona bağışlamışlar. İddiaçının iddia ərizəsində qeyd etdiyi Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza onun adına olmuşdur. Həmin mağazanı iddiaçının qayını işlətmişdir. Hacı-X26 adına Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası isə mövcud olmamışdır. Bundan başqa iddiaçı 23 il sonra mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmişdir. Qanunvericlik ümumi iddia müddətini 10 il müəyyən etdiyindən hazırki iddia bununla da bir daha tam qanunsuz vəəsassız olduğunu bir daha sübut edir. Odur ki, bütün bunları nəzərə alaraq iddianın rədd edilməsini məhkəmədən xahiş edir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh olmaqla, digər Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 izahat verərək göstərdi ki, mərhum anası X45 qızı xx.xx.2010-ci il tarixdə vəfat etmişdir. Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı ev qardaşı Cavabdeh3 adınadır. İddiaçının təqdim etdiyi 02 iyul 2000-ci il tarixli vəsiyyətnamədən xəbərləri yoxdur, həmçinin həmin vəsiyyətnamə notarial qaydada tesdiq edilməmişdir. 30 ilə yaxın müddətdir ki, iddiaçı ilə heç bir münasibətləri olmamış, buna görə də belə bir vəsiyyətnamənin bağlanması mümkünsüzdür. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3, Şəki Regional "ASAN” xidmət mərkəzində notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 sayı Şəki Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
10. X76 "ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsi 05 may 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək iş yükünün çoxluğunu nəzərə alaraq, 14 may 2024-cü il tarixdə, 15:00-a təyin edilmiş 2 (075)-207/2024 saylı mülki işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılamsını mümkün hesab etmişdir.
12. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-207/2024 nömrəli qətnaməsi ilə (hakim E.Vəliyev) iddianın qismən təmin edilməsi, ünvan 2nun xx.xx.2012-ci il tarixli, 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə ¼ hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh4, 1/4 hissədə Cavabdeh2 və 1/4 hissədə Cavabdeh3 paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı anası X45 qızı 02 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Hacı-X19 Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağaza, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası miras qalmışdır. İddiaçı Hacı-X26 notarial qaydada təsdiq edilmiş 06 iyun 2000-ci il tarixli vəsiyyətnaməni əsas gətirərək, "vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsini, vərəslik hüququnun tanınmasını, miras əmlaklardan vərəsələrin miras payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Lakin iş materiallarında olan 22 avqust 2000-ci il tarixli "Bəxşiş etmə” müqaviləsindən görünür ki, iddiaçı X5 şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı mənzildən ona düşən payı nə faktiki, nə də rəsmi olaraq qəbul etməmiş, eyni zamanada öz payına münasibətdə atası Cavabdeh4 bağışlamışdır. Cavabdeh4, Hacı- X57 və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən görünür ki, onlar Hacı-X26 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən onlara düşən payı qəbul etməmişlər. Cavabdehlər Cavabdeh3 və Hacı- X6 şəhər 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Hacı-X19 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi ünvanında yerləşən 64 saylı mənzildən rəsmi olaraq qəbul etmişlər. Bu barədə cavabdehin Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən onların adına 03 avqust 2012-ci, 2v-2/1456 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
14. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, X45 qızı 02 avqust 2010-cu il tarixdə ölmüşdür və onun öldüyü məqamda malik olduğu Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası onun miras əmlakı hesab olunur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
15. Vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şəki şəhəri, Şəhriyar küçəsi, ev 64 ünvanında yerləşən fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışlar. Buna görə də İddiaçı iddiası ünvan 2nun 03 avqust 2012-ci il tarixli 2v-2/1456 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və Hacı-X19 miras qalmış ünvan 1 evin ona 10/12 hissədə, cavabdehlər Cavabdeh2 1/12 hissədə, Cavabdeh3 1/12 hissəsi miras payın müəyyən edilməsi hissəsində təmin edilməməlidir.
16. Məhkəmə qeyd etmişdir ki, bundan başqa iddiaçı Cavabdeh4 özünü tək vərəsə kimi göstərərək Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə mirası qəbul etdiyini əsas gətirərək, mirası qəbul etdiyindən məhkəməyə müraciət edərək, ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə ona 1/2 hissəsinin, Cavabdeh4 1/2 hissəsinin miras payın müəyyən edilməsini xahiş etmişdir.
17. Məhəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi cavabdeh Hacı-X13 şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazadan ibarət olan mirasın qəbul edilməsi üçün 07 may 2012-ci il tarixdə Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmişdir. Cavabdeh4 ərizəsində digər vərəsələrin olması barədə məlumat verməmişdir. Lakin iş materiallarında, tərəflərin izahatlarından İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Hacı- X24 miras qoyan Hacı-X26 vərəsələri olması mübahisəsizdir. Notarius tərəfindən isə Cavabdeh4 başqa digər vərəsələrin mövcudluğu tam şəkildə araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanunvericiliyin tələbləri pozulmaqla verildiyindən etibarsız hesab edilməli, həmin miras əmlakdan iddiaçının və cavabdehlərin payları müəyyən edilməlidir.
18. Məhkəmə hesab etmişdir ki, miras qoyan X45 qızı öldükdən sonra onun birinci növbə vərəsələri olan əri və uşaqları- İddiaçı, Cavabdeh2, Cavabdeh3, Hacı-X14-X19 miras qalmış Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə bərabər paylarla, yəni hər biri həmin əmlaka münasibətdə 1/4 hissədə mirası qəbul etmiş sayılırlar. Odur ki, məhkəmə hesab edir ki, miras əmlakda payın müəyyən edilməsinə dair hissədə iddia qismən təmin olunmalıdır.
19. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1243.1, 1243.2, 1246, 1272-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübühisəsiz haldır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional "ASAN xidmət"mərkəzində notariat ofisinin 07 sentyabr 2023-cü il tarixli, 3493 nömrəli məktubundan görünür ki, X45 qızı tərəfindən X8 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ləğv edilməyib, qüvvədədir. Bu o deməkdir ki, iddiaçı anası Hacı-X26 qanun üzrə və vəsiyyətnamə üzrə yəni hər iki əsasla vərəsəsidir.
22. İddiaçının anası X45 qızı tərəfindən X8 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri Şəhriyar küçəsi ev 64 №-li evini oğlu iddiaçı X8 vəsiyyət etmişdir. İddia ərizəsində qeyd olunan 3 əmlak ölən gününə xx.xx.2010-ci il tarixə onun mülkiyyətində olmuşdur.
23. Cavabdeh4, X51 qızı və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən görünür ki, onlar Hacı-X26 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən onlara düşən payı qəbul etməmişlər. Cavabdehlər Cavabdeh3 və Hacı-X6 şəhər 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Hacı-X19 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi ünvanında yerləşən 64 saylı mənzildən rəsmi olaraq qəbul etmişlər. Bu barədə cavabdehin Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoru tərəfindən onların adına 03 avqust 2012-ci, 2v-2/1456 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
24. Əgər digər şəxsləri qanun üzrə vərəsə kimi qəbul etmişdir o, halda iddiaçının da həmin evdən qanun üzrə miras payı ayrılmalı idi. Lakin qüvvədə olan vəsiyyətnamə mövcuddur, məhkəmə bu faktı qəbul etməsinə baxmayaraq, qərəzli qətnamə vermişdir. İddiaçını vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etməyərək qanunvericiliyin tələblərini kobud şəkildə hakim pozmuşdur.
25. İddiaçının anası X45 qızı tərəfindən X8 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri Şəhriyar küçəsi ev 64 №-li evini oğlu iddiaçı X8 vəsiyyət etmişdir.
26. Məhkəmənin mövqeyi qeyri-müəyyəndir, qanuna ziddir. O, iddia tələbində həmin mənzil üzrə cavabdehlərin mirası qeyri-qanuni qəbul edilməsini mübahisələndirir və şəhadətnamənin etibarsız hesab edilməsini tələb etmişdir.
27. Məhkəmə ona verilən vəsiyyətnamə qüvvədə ola-ola onu görməzdən gəlir və hansısa bəxşiş müqaviləsini əsas gətirir. Halbu ki, elə təqdim olunmuş sübutlardan görünür ki, xx.xx.1995-ci il tarixdə X4 1/3 hissəsi və Hacı-X33 2/3 pay müəyyən edilməklə 407/60 saylı qeydiyyat vəsiqəsi alınmışdır. xx.xx.2000-ci il tarixdə hər ikisi fərdi yaşayış evindən düşən payı Cavabdeh4 bağışlamışlar və onun adına 407/60 saylı qeydiyyat vəsiqəsi alınmışdır. Şəki 3 saylı DNK-nun xx.xx.2001-ci il tarixli, 3M-59 saylı bağışlama müqaviləsinə əsasən Cavabdeh4 həmin evi X9 yenidən bağışlamış və iddiaçının adına 407/60 saylı qeydiyyat vəsiqəsi alınmışdır. Şəki 3 saylı DNK-nun xx.xx.2002-ci il tarixli 4Ə-122 saylı bağışlama müqaviləsinə əsasən ev yenidən Hacı- X33 bağışlanmış və onun adına 407/60 saylı qeydiyyat vəsiqəsi alınmışdır. (sonuncu bağışlama müqaviləsinə, iddiaçınin adindan, iddiaçinin və ya iddiaçinin ailə üzvülərinin xəbəri olmadan, raziliqlari olmadan, evin sənədlərini götürüb, süni istifadə edərək, iddiaçi yox, Cavabdeh4 imza atmışdır.). Məhkəmə bəxşiş etmə müqaviləsinin və sonrakı bağışlama müqaviləsinin həqiqiliyini araşdırmamış halbuki, o, atasına heç bir etibarnamə verməmişdir.
28. Qeydiyyat vəsiqəsi müammali şəkildə vərəsəlik qəbulu ərəfəsində itdiyi üçün Hacı-X26 adına təkrar xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15- 10301 reyestr nömrəli dövlət reyestrindən çıxarış qeydiyyata alınmışdır. Yəni Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı ev anasının ölən gününə mülkiyyətində olub və vəsiyyətnamənin “ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq” iradə ifadəsinə uyğun olaraq iddiaçı X10 vəsiyyət etmişdir.
29. Məhkəmə qətnaməsində yalnız cavabdehin əsassız və heç bir sübutlara və iddia tələbinə aidiyyatı olmayan faktlara əsaslanaraq onun vəsiyyətnamə hüququnu pozmaqla qətnamə qəbul etmişdir. Təqdim olunan sübuta əsasən Vəsiyyətnamə qüvvədə olmasına və hakim bunu sübut qismində qəbul etməyinə baxmayaraq onun vəsiyyətnamə üzrə vərəsə kimi hüquqlarını təmin etməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlardan açıq-aşkar olaraq görünürü ki, onun anasının bütün uşaqları vərəsə kimi təqdim olunmaqlarına baxmayaraq miras işinin açılması barədə ondan gizlədilmişdir.
30. Vəsiyyətnamə 2000-ci ildə tərtib edilmişdir, lakin məcbur pay hüququ yalnız xx.xx.2002-ci il tarixdən sonra yaranmış vərəsəlik münasibətlərinə aid edilir. Buna görə də digər ailə üzvlərinin bu 3 əmlak üzərində məcburi pay hüququ mövcud deyil. Deməli onlar hamsı bilə bilə məqsədli şəkildə mirasın qəbulu faktını ondan və dövlət notariusdan gizlətmişdilər.
31. Birmənalı olaraq Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı ev anasının ölən gününə mülkiyyətində olub və vəsiyyətnamənin “ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq” iradə ifadəsinə uyğun olaraq iddiaçı X10 vəsiyyət edilmişdir. Əgər mülkiyyət hüququ toxunulmazdırsa deməli vəsiyyətnamə qüvvədə olduğu müddətdə onun vəsiyyətnamə üzrə miras əmlakı qəbul etməyi işin mübahisəsiz halı olmalıdır. Məhkəmə işin halları bölməsində tədqiq edilmiş sübutlarda işə aidiyyəti olmayan halları qeyd etmişdir.
32. Məhkəmə tərəfin yalnız vərəqədə yazdığı heç bir sübuta söykənməyən və iddia tələbinin mahiyyətinə heç bir aidiyyatı olmayan təhrif edilmiş şayələri cavabdehin xeyrinə göstərməyə çalışmışdır. Hesab edirlər ki, məhkəmə işə baxarkən heç bir obyektivlik göstərməmişdir. Birincisi elə ondan ibarətdir ki, vəsiyyətnamə qüvvədə olaola məhkəmə iclasların saylannı artırmaqla müddətini uzatmışdır. Belə ki, cavabdeh heç bir əsası vəaidiyyatı olmayan sənədləri poçt vasitəsilə göndərmiş və nəticədə hakim təşəbbüsü ilə məhkəmə iclaslarıni təxirə salmışdır.
33. Eyni zamanda onlar qüvvədə olan vəsiyyətnaməyə əsasən qeyd edilən əmlaklara vəsiyyətnamə və məcburi pay üzrə tərəflər arasında payların hansı qaydada bölüşdürülməsi barədə cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə sorğu verilməsi barədə vəsatət versələr də vəsatətləri təmin edilməmişdir. Belə olduğu halda həmin cavabdeh sadəcə formal olaraq iclaslarda iştirak etməməsi barədə məktub yazmaqla kifayətlənmişdir. Məhkəmə araşdırılmasında heç bir iştirakı olmamışdır və onun mövqeyi örgənilməmişdir.
34. Hakim ədalət mühakiməsini həyata keçirərkən baxılanməsələ üzrə yekun qərar qəbul edilənədək həmin qərara dair fikir bildirməməlidir. Hakimlər məhkəmə icraatına hazırlıq dövründə və məhkəmə icraatı zamanı işlə bağlı şəxslərin qəbulunu həyata keçirmirlər.
35. Cavabdeh4 Məhkəmə-Hüquq Şurasına şikayət vermişdir. Şikayət məhkəməyə daxil olan vaxtda X47 oğlu müəmmalı şəkildə məhkəmədən şikayət vermədiyini bildir. Qətnamədən sonra isə ümumiyyətlə təşəkkür məktubu göndərmişdir. Məktubunda şikayət etdikdən sonra Şəki rayon məhkəməsinin hakiminin yəni Elşən Vəliyevin və sədrin onu qəbul etməsini və nə istədiyini soruşduqlarını onun problemini danışdığını bildirir. Məhkəmənin hakimi və sədr onu anladığını vəədalətli yəni ona xeyir edən qərarın qəbul edilməsini vəd edirlər. Bu o deməkdir Cavabdeh4 artıq hakimə əvvəlcədən süni vasitələrlə təsir göstərərk cavabdehə lazım olan qətnaməni qəbul etməyə məcbur edir. Hakim vəzifəsindən sui-istifadə edərək cavabdehə hər şeyin yaxşı olacağını vəd etməklə hakim etikasını pozur və iddiaçının hüquqlarını məhdudlaşdırmaqla qanunsuz qətnamə qəbul edir. Burda sual çıxır ki, cavabdeh hakimə hansı təsir göstərərək iddiaçının hüquqlarının bərpasına mane olur. Məhkəmə açıq aşkar olaraq tərəfi qəbul etməklə qərəzli mövqe tutmaqla bərabərlik prinsipini pozmuşdur.
36. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, bu halın isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti vardır. Belə ki, iş materiallarında da göründüyü kimi iddiaçının anası X45 qızı tərəfindən X16 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri Şəhriyar küçəsi ev 64 №-li evini oğlu iddiaçı X8 vəsiyyə etmişdir. İddia ərizəsində qeyd olunan 3 əmlak ölən gününə xx.xx.2010-ci il tarixə Hacı-X26 mülkiyyətində olmuşdur. Vəsiyyətnamə anasının iradəsini ifadə etməklə bir daha göstərir ki, ölüm anına o bütün əmlaklarını ona vəsiyyət edir. Bütün o, əmlakları o, özü almışdır və anasının adına keçirtmişdir və anasının da ona vəsiyyətmə verməsi həmin hallardan qaynaqlanır. Çünki o halı olaraq bilridi ki həmin əmlaklar onundur. Eyni zamanda Cavabdeh4 bildiri ki, güya onun o evə aidiyyəti yoxdur. Necə yəni yoxdur 2022-ci ildə o, atasına 1000 manat, bacısına isə 500 manat dostu ilə göndərmiş, pulun 1000 manatini X47 oğlu nümayəndəsi olan Qarayev Fərahim tərəfindən ona çatdirilmasini, verilməsini tələb etmiş və 1000 manatı Qarayev Fərahim vasitəsi ilə ona çatdiğini telefonla təsdiq etmişdi. 500 manat məbləğidə avqust ayında Haci-X25 verilmişdi. Beləliklə evin istismari və kommunal xidmətlərin xərjlərini ödəmə məqsədi üçün ondan mütamadi tələb edilmişdi və təbii ki o, onlardan heç zaman ödənişlər haqqında izahat tələb etməmişdir.
37. Qətnamə birtərəfli qaydada çıxarılmışdır. Məhkəmə onun konstitusion hüquqlarını pozaraq qanunsuz olaraq vəsiyyətnamə üzrə vərəsəlik hüququndan məhrum etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut nəticədə qətnamə qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir.
38. Odur ki, Şəki rayon Məhkəməsinin e-2(075)-207/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
39. Cavabdeh4 apellyasiya şikayətinə yazılı etirazında İddiaçı apellyasiya şikayətinin təmin olunmaması, iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-207/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Şəki Regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı "vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəslik hüququnun tanınması, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və digər Cavabdeh3 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(075)-207/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
42. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-207/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Cavabdeh Şəki Regional "ASAN xidmət” mərkəzində Notariat Ofisi, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X34 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Şəki Regional "ASAN xidmət” mərkəzində Notariat Ofisi məhkəmə kollegiyasına göndərdiyi müraciətində işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X34 gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
4 4 . Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı.
47. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun; 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
49. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası Şəki rayon Məhkəməsinin e-2(075)-207/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Şəki Apellyasiya Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli, 2(107)- 1001/2024 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)- 207/2024 nömrəli qətnaməsi iddianın rədd olunmuş “payların dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia tələbinin “payların dövlət reyestrində qeydiyyata alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki şəhər Ərazi İdarəsinə həvalə edilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması, miras paylarının müəyyən edilməsi, tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissələrində apardığı hüquqi əsaslandırma, gəldiyi nəticə ilə tam razılaşmır və mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissələrdə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsi “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması, miras paylarının müəyyən edilməsi, tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissələrində ləğv edilərək, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməlidir.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
55. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 anaları, Cavabdeh4 isə arvadı X45 qızı 02 avqust 2010-cu il tarixdə vəfat etmişdir. Mərhum Hacı-X19 Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev, Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 43 saylı mağaza, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası miras qalmışdır. Miras qalmış əmlaklarən əldə edilməsi, mərhum X45 qızı ilə Cavabdeh4 birgə nikahları dövrünə təsadüf etsə də həmin əmlaklardan yalnız Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı ev Hacı-X26 adına bağışlama qaydasında özgəninkiləşdirilmişdir. X45 qızı 06 iyun 2000-ci il tarixli vəsiyyətnamə ilə ölər gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Şəki şəhəri, 31-ci rayon, Şəhriyar küçəsi, 64 nömrəli evini oğlu Hacı-X1 verilməsinin vəsiyyət etmişdir. Hacı-X26 vəfatından sonra Şəki şəhər 1 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh4 ünvan 3 ünvanında yerləşən qeyriyaşayış binasından (43 saylı mağaza) irs almalı olmasına dair 07 may 2012-ci il tarixli, 2v-1/159 reyestr nömrəli, həmçinin Cavabdeh2 və Cavabdeh3 Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən irs almalı olmalarına dair 03 avqust 2012-ci, 2v-2/1456 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr verilmişdir. Lakin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən miras qoyanın vərəsəsi olan iddiaçı cəlb edilməmişdir. Mirasqoyan tərəfindən iddiaçıya qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından daha çox əmlak vəsiyyət edilmişdir.
56. Düzdür, hüquq müəyyənlik prinsipi və məhkəmə tezliyi baxımından bu xarakterli işlərdə bütün vərəsələr işə cəlb olunmaqla onların da mirası qəbul edib-etməmələrinə, paylarının müəyyən olunub-olunmamasına qiymət vermək daha məqsədəuyğun sayılır. Lakin işin mübahisəli tərəfindən görünür ki, vərəsələr mübahisə üzrə qarşılıqlı kompromisə gəlməmişlər.
57. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən öz mövqeyini əsaslandıran hal kimi Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazadan ibarət olan mirasın qəbul edilməsi üçün 07 may 2012-ci il tarixdə Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmiş Cavabdeh4 ərizəsində digər vərəsələrin olması barədə məlumat verilməməsi, iş materiallarında, tərəflərin izahatlarından İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 miras qoyan Hacı-X26 vərəsələri olmasının mübahisəsiz olması, Notarius tərəfindən Cavabdeh4 başqa digər vərəsələrin mövcudluğunun tam şəkildə araşdırılmaması ilə izah etsə də mirasın kütləsinə daxil olan Şəki şəhəri, Şəhriyar küçəsi ünvanında yerləşən 64 saylı fərdi yaşayış evinə münasibətdə isə tam fərqli bir mövqe nümayiş etdirərək, iş materiallarında olan 22 avqust 2000-ci il tarixli "Bəxşiş etmə” müqaviləsindən iddiaçı X22 Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 saylı mənzildən ona düşən payı nə faktiki, nə də rəsmi olaraq qəbul etməməsi, eyni zamanada öz payına münasibətdə atası Cavabdeh4 bağışlamasının görünməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Şəki şəhəri, Şəhriyar küçəsi, ev 64 ünvanında yerləşən fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın alınması, Cavabdeh4, Hacı- X35 və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən onların Hacı-X26 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən onlara düşən payı qəbul etmədiklərinin görünməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 isə Şəki şəhər 1 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Hacı-X19 miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi ünvanında yerləşən 64 saylı mənzili rəsmi olaraq qəbul etmələri ilə əsaslandırmışdır.
58. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandlırılması və buna dair gəldiyi nəticə ilə tam razılaşmır. Əksinə iddiaçının apellyasiya şikayətinin əsas dəlillərindən olan iddiaçıya da həmin evdən qanun üzrə miras payı ayrılmalı olması, miras işinin açılmasının ondan gizlədilməsinə dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, notariat ofisi cavabdehlərin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən mirasqoyanın birinci növbəli vərəsələrindən olan iddiaçını da nəzərə almalı idi.
59. Kollegiya qeyd edir ki, iddiaçının mirasda payların müəyyən edilməsi üzrə notariat əməliyyatlarına cəlb edilməməsi işin mübahisəsiz halı olmasına baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi bu pozuntunu qəbul etdiyi halda Şəki şəhəri, Şəhriyar küçəsi ünvanında yerləşən 64 saylı fərdi yaşayış evinə münasibətdə verilmiş 03 avqust 2012-ci il tarixli, 2v-2/1456 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsində iddianın hansı səbəbdən rədd edilməli olması əsaslandırılmamışdır.
60. Kollegiya qeyd edir ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
61. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir.
63. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhumun birinci növbə vərəsələrindən heç biri qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişlər.
64. Beləliklə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 03 avqust 2012-ci il tarixli, 2v-2/1456 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığına dair iddianı təmin etməməklə yanlış mövqedən çıxış etmişdir.
65. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsinə dair iddiasının rədd edilməli olmasına dair gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin isə iddiaçının anası X45 qızı tərəfindən X8 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ilə ölən gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq o, cümlədən Şəki şəhəri Şəhriyar küçəsi ev 64 №-li evini oğlu iddiaçı X8 vəsiyyət etməsi, həmin vəsiyyətnamənin ləğv edilməməsi, qüvvədə olması, iddiaçının anası Hacı-X26 qanun üzrə və vəsiyyətnamə üzrə yəni hər iki əsasla vərəsəsi olması, birinci instansiya məhkəməsinin iddiaçını vəsiyyətnamə üzrə vərəsə kimi qəbul etməyərək qanunvericiliyin tələblərini pozmasına dair dəlilləri ilə isə razılaşaraq qeyd edir ki, işdə olan X45 qızı tərəfindən verilmiş, notarial qaydada təsdiq edilmiş 06 iyun 2000-ci il tarixli vəsiyyətnamədən görünür ki, o, ölər gününə qalmış özünə məxsus əmlakı, onun harada nədən ibarət olmasından asılı olmayaraq, o cümlədən Şəki şəhəri, 31-ci rayon, Şəhriyar küçəsi, 64 nömrəli evini oğlu Hacı-X1 verilməsinin vəsiyyət etmişdir.
66. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional "ASAN xidmət” mərkəzində notariat ofisinin 07 sentyabr 2023-cü il tarixli, 3493 nömrəli məktubundan görünür ki, X45 qızı tərəfindən X7 verilmiş xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ləğv edilməyib, qüvvədədir.
67. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsinə dair iddia tələbini rədd etsə də hansı səbəbdən həmin nəticəyə gəlinməsi aydınlaşdırılmamışdır.
68. Halbuki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
69. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
70. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.
71. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
72. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
73. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2012-ci il tarixli, 2v- 1/159 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsi, mirasda vərəsələrin paylarının müəyyən edilməli olmasında doğru mövqedən çıxış etsə də, mirasqoyan tərəfindən iddiaçıya bütün mirasa dair vəsiyyətnamənin qoyulmasını diqqətə almamaqla, 03 avqust 2012-ci il tarixli, 2v-2/1456 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığına dair hissədə iddia tələbi təmin edilməməklə, həmçinin vəsiyyətnamə də diqqətə alınmaqla vərəsələrin paylarının qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən edilməsi təmin edilməməklə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamışdır.
74. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinin pozulması ilə verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsızlığı, vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının müəyyən edilməsi, mirasda payın müəyyən edilməli olması ilə razılaşsa da hesab edir ki, miras əmlakda paylar vərəsələrin hər birinin qanunla almalı olduqları həddə uyğun müəyyən edilməlidir.
75. Kollegiya həmçinin qeyd edir ki, mirasın kütləsinə 3 əmlak daxil olmasına, onlardan yalnız ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi mirasqoyan tərəfindən əvəzsiz əqd üzrə əldə edilməsinə baxmayaraq, digər əmlaklar, yəni Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası mirasqoyanla Cavabdeh4 birgə nikah münasibətlərində olduqları dövdə əldə edilməklə Cavabdeh4 da Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına X45 qızı ilə yanaşı mülkiyyət payı yaranmışdır.
76. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
77. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
78. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
80. Bu baxımdan məhkəmə kollegiyası Hacı-X26 adına qeydiyyata alınmış Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasında Cavabdeh4 da birgə nikahları dövründə əldə edilmiş əmlak kimi ½ hissə mülkiyyət payının olmasını qəbul edir.
81. Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binası X45 qızı ilə Cavabdeh4 birgə nikahları dövründə əldə edilmiş əmlak olduğundan X45 qızı vəsiyyətnamənin məzmununa Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağaza və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının 1/2 hissəsini daxil etməkdə haqlı olmamışdır.
82. Kollegiya qeyd edir ki, mirasqoyan X45 qızı 02 avqust 2010-cu il tarixdə vəfat etməsinə baxmayaraq, hazırkı mübahisə üzrə mülki iş 2023-cü ilin oktyabr ayından Şəki Rayon Məhkəməsinin icraatında olduğundan mübahisənin həllində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına istinad olunmalıdır.
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyrimütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
84. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
85. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh4, X51 qızı və X15 Şəki şəhəri 1 saylı notariat kontoruna müraciət etdikləri ərizələrindən onların Hacı-X26 vəfatından sonra miras qalmış Şəki şəhəri, Şəhriyar küçəsi, 64 saylı evdən onlara düşən payı qəbul etməmələrinin görünməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiyahüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
86. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
87. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
88. Kollegiya qeyd edir ki, hazırkı halda mirasqoyanın vərəsələri tərəfindən vərəsəliyə çağırıldıqlarını bildikləri gündən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmələri halı müəyyən edilmədiyindən onların payları qanunvericilikdə müəyyən edilmiş qaydada müəyyən edilməlidir.
89. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.
90. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.
91. Kollegiya hesab edir ki, prossesual qənaət prinsipindən çıxış edərək, həmçinin vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllinin məhkəmənin səlahiyyətində olması barədə Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqe nəzərə alınmaqla vərəsələrin vərəsəlik payları müəyyənləşdirilməlidir.
92. Mirasqoyana məxsus mirasın kütləsinə daxil olan əmlakların Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 nömrəli evdən, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazanın və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının isə ½ hissəsindən ibarət olması müəyyən edilmişdir.
93. Miras qoyan X45 qızı tərəfindən xx.xx.2000-ci il tarixli, 2V-31 reyestr nömrəli vəsiyyətnamə ilə Şəki şəhəri, Şəhriyar küçəsində yerləşən 64 nömrəli evinin, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazadan və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasından isə özünə məxsus ½ hissəsinin iddiaçıya vəsiyyət edilməsində qanunvericiliyin tələblərinin pozulmadığı, həmçinin vərəsələrin mirasda məcburi paylarının olması nəzərə alınmalıdır.
94. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlər diqqətə alınmaqla mirasın açıldığı, yəni Hacı-X26 vəfat etdiyi 02 avqust 2010-cu il tarixə onun birinci növbə vərəsələri əri Cavabdeh4, övladları İddiaçı, Cavabdeh2, Cavabdeh3, X27 və X11, yəni 6 vərəsədən ibarət olmuşlar.
95. Beləliklə Hacı-X19 miras qalmış ünvan 1 evdən İddiaçı vəsiyyətnamə və birinci növbə vərəsələrin mirasda məcburi pay hüquqlarının olması nəzərə alınmaqla cəmi 14/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 hər birinin 2/24 hissədə miras payları müəyyən edilməlidir.
96. Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə isə həmin əmlaklardan ayrılıqda ½ hissələrinin mirasın kütləsinə daxil olmaqla digər ½ hisələrinin cavabdehlərdən Cavabdeh4 mülkiyyət payını təşkil etməsi, həmin əmlakların ½ hissəsində İddiaçı vəsiyyətnamə üzrə və birinci növbə vərəsələrin mirasda məcburi pay hüquqlarının olması nəzərə alınmaqla Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazanın və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasının hər birindən İddiaçı ümumilikdə 7/24 hissədə, cavabdehlərdən Cavabdeh4 ümumilikdə 13/24 hissədə, cavabdehlər Cavabdeh2Şirəli qızı, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 hər birinin ümumilikdə 1/24 hissədə payları müəyyən edilməlidir.
97. Miras payları şərh edilən tərzdə müəyyən edilməli olduğundan məhkəmə kollegiyası hesab edir ki, ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 nömrəli və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur.
98. Məhkəmə kollegiyası apellyasiya şikayətinin vəsiyyətnamənin 2000-ci ildə tərtib edilməsi, lakin məcburi pay hüququnun yalnız xx.xx.2002-ci il tarixdən sonra yaranmış vərəsəlik münasibətlərinə aid edilməsi, buna görə də digər ailə üzvlərinin bu 3 əmlak üzərində məcburi pay hüququnun mövcud olmamasına dair dəlili ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
99. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
100. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
101. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sonuncu bağışlama müqaviləsinə, iddiaçınin adindan, iddiaçinin və ya iddiaçinin ailə üzvülərinin xəbəri olmadan, raziliqlari olmadan, evin sənədlərini götürüb, süni istifadə edərək, iddiaçi yox, Cavabdeh4 imza atması, məhkəmənin bəxşiş etmə müqaviləsinin və sonrakı bağışlama müqaviləsinin həqiqiliyini araşdırmaması, onun atasına heç bir etibarnamə verməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
102. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən baışlama müqaviləsinin mübahisələndirilməməsi nəzərə alınaraq işə baxan birinci instansiya məhkəməsinin bağışlama müqaviləsinin həqiqiliyini araşdırmaq, bağlamada təmsilçilik üçün verilmiş etibarnamədəki imzanın həqiqiliyini yoxlamaq kimi bir vəzifəsi olmamışdır.
103. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə açıq aşkar olaraq tərəfi qəbul etməklə qərəzli mövqe tutmaqla bərabərlik prinsipini pozması, Şəki rayon məhkəməsinin hakiminin və sədrin onu qəbul etməsi, Cavabdeh4 hakimə əvvəlcədən süni vasitələrlə təsir göstərməsi, cavabdehə lazım olan qətnaməni qəbul etməyə məcbur etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin tələbinə görə şəxslərin qəbulu, təklif, ərizə və şikayətlərə baxılması sahəsində məhkəmənin işini təşkil edilməsi rayon (şəhər) məhkəməsinin sədrinin səlahiyyətlərindəndir. Lakin iş materiallarından işə baxan hakim tərəfindən cavabdehin qəbul edilməsi, qərəzli mövqe tutması, bərabərlik prinsipini pozması, cavabdehin hakimə əvvəlcədən süni vasitələrlə təsir göstərməsi, cavabdehə lazım olan qətnaməni qəbul etməyə məcbur etməsi halları müəyyən edilməmişdir.
104. Məhkəmə kollegiyası yekun olaraq bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-207/2024 nömrəli qətnaməsi “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması, miras paylarının müəyyən edilməsi, tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissələrində ləğv edilməli, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh2Şirəli qızı, Cavabdeh3, Cavabdeh4, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, Hacı-X19 miras qalmış əmlaka dair ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 nömrəli və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməli, Hacı-X19 miras qalmış ünvan 1 evdən İddiaçı 14/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 hər birinin 2/24 hissədə, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə İddiaçı 7/24 hissədə, cavabdehlərdən Cavabdeh4 13/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 hər birinin 1/24 hissədə, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyri-yaşayış binasına münasibətdə İddiaçı 7/24 hissədə, cavabdehlərdən Cavabdeh4 13/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 hər birinin 1/24 hissədə payları müəyyən edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir.
105. Məhkəmə kollegiyası hesab edir ki, iddianın qismən təmin edilməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçının özünə aid edilsin, 50 manatı isə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçıya qaytarılmalıdır.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-207/2024 nömrəli qətnaməsi “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, vəsiyyatnamə üzrə vərəsəlik hüquqlarının tanınması, miras paylarının müəyyən edilməsi, tam pay üzrə vərəsəlik hüququnun müəyyən edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, vərəslik hüququnun tanınması, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Hacı-X19 miras qalmış əmlaka dair ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-2/1456 nömrəli və ünvan 2nun xx.xx.2012-ci il tarixli 2v-1/159 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilsin. Hacı-X19 miras qalmış ünvan 1 evdən İddiaçı 14/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 hər birinin 2/24 hissədə, Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən 43 saylı mağazaya münasibətdə İddiaçı 7/24 hissədə, cavabdehlərdən Cavabdeh4 13/24 hissədə, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 hər birinin 1/24 hissədə,Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən qeyriyaşayış binasına münasibətdə İddiaçı 7/24 hissədə, cavabdehlərdən Cavabdeh4 13/24 hissədə, cavabdehlər Cavabdeh2Şirəli qızı, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X17 hər birinin 1/24 hissədə payları müəyyən edilsin. İddianın qalan hissəsi təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçının özünə aid edilsin, 50 manatı isə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada alınıb iddiaçıya qaytarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.