Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1002/2023 05.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Akt əsasında hesablanmış borc) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(014)-668/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun adına olan abunə koduna əsassız hesablanmış 804.01 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Cüvə kəndində ona məxsus fərdi yaşayış evi var. Onlara məxsus **********41 saylı elektron sayğaca (kartla) 26 yanvar 2023-cü il tarixində X1ydalarının pozulması haqqında 28623 saylı cərimə aktı tərtib edilmişdir. Onun bundan xəbəri olmamışdır. Karta pul yükləyərkən sayğacda 804.01 manat borc göstərilmiş, bundan sonra o, Ağdaş rayon EŞ-nə yaxınlaşıb oradan maraqlandıqda ona 26 dekabr 2022-ci il tarixdə sayğaca baxış keçirərkən kənar xətt aşkar edildiyi və bununla əlaqədar cərimə akt tərtib olunduğu bildirilmişdir. O kənar xəttdən istifadə etməmişdir. Hər ay karta pul ödəmiş, 4 ay sayğac göstəricisi sıfır qeyd edilmişdir. Məntiqlə 4 aya 804 manat işıq pulu yaza bilməz. Onun elektrik enerjisindən sərfiyyatı hər ay 10-15 manat civarında olur. Həyətlərində elektrik enerjisindən sərfiyyatı çox istifadə edəcək hər hansı bir avadanlıq yoxdur. "xxxx" ASC-nin əməkdaşları evlərinin həyətinin küçəsində quraşdırılmış elektrik enerjisi sayğacına onların iştirakı olmadan baxış keçirmişlər. Onun həmin aktın tərtib edilməsindən xəbəri yoxdur. Sayğaca baxış onun iştirakı olmadan keçirilərək akt tərtib olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, aktla müəyyən edildiyi qeyd olunan halların onun təqsiri üzündən baş verdiyi heç bir halla sübut olunmur. "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz akt tərtib edilmiş və onun abunə koduna əsassız olaraq 804.01 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Ağdaş Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(014)-668/2023 saylı qətnaməsi ilə (hakim N.Əliyev) iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin 26 yanvar 2023-cü il tarixli R 283623 saylı aktına əsasən İddiaçı hesablanmış 803.26 manat borcun 563.55 manat hissəsi əsassız hesab edilərək iddiaçının **********00129 nömrəli abunə hesabından silinməsi, iddianın digər hissədə təmin edilməməsi, iddiaçının ödəməkdən azad edildiyi 30 AZN dövlət rüsumunun 20 AZN hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir;
4. 26 yanvar 2023-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu - **********00129) X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonent sayğacın alt qapağının açıq hissəsindən əlavə xətti giriş xəttinə qoşaraq sayğacı dövrədən çıxararaq sayğacdan kənar X2 etdiyi aşkar olunmuşdur. Sayğacdan kənar xətt vasitəsilə X2 etdiyi qeyd edilərək bununla əlaqədar 25 yanvar 2023-cü il tarixli R 283623 saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 803.26 manat əlavə ödəniş hesablanmışdır.
Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;
5. Məhkəmə iddia tələbinin akta əsasən tətbiq edilən pulun silinməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iş materiallarına əsasən iddiaçıya 25 yanvar 2023-cü il tarixli R 283623 saylı akta əsasən 803.26 manat borc hesablanmışdır. Akta əsasən iddiaçıya 803.26 manat məbləğində əlavə ödənişin hesablanması iddiaçının istifadə etdiyi elektrik enerjisi ilə müqayisədə çox olmaqla real vəziyyətə uyğun deyildir.
6. Məhkəmə hesab etmişdir ki, cavabdeh istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə elektrik enerjisindən qeyri-qanuni istifadə etməsinə görə tərtib edilmiş akt əsasında cavabdehin itirilmiş elektrik enerjisinin bərpasına görə 803.26 manat məbləğində zərərin yaranmasını bildirsə də, iş üzrə həmin halların məhkəmədə tədqiq olunması zamanı iddiaçının məhz tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməməmişdir.
7. Məhkəmə iş üzrə iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə elektrik enerjisindən bir günlük istifadəsi ilə bağlı izahatını əsaslı hesab etməməklə, sayğacdan kənar qoşulmanı etiraf etməsini nəzərə alan məhkəmə itirilmiş elektrik enerjisinin bərpasına dair zərərin hesablanma müddətini 1 ay müəyyən etməklə 239.71 (P=4.3kvt, W=4.3kvt x 24 saat x 30 gün x 0.7 – 2167 kvt s, 600 kvt x 0.08= 48 manat, 300 kvt sx 0.09=27 manat, 1267 kvt sm x 0,13=164.71 manat, cəmi 239.71 manat) manat borcun iddiaçıdan alınıb cavabdehə ödənilməsi nəticəsinə gəlmişdir.
8. Beləliklə, məhkəmədə müəyyən olundu ki, əlavə ödəniş X2 üzrə hesablaşma dövrünə uyğun olaraq hesablanmalıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçıya onun kənar xətt vasitəsi ilə istifadə etdiyi elektrik enerjisi üzrə bir aylıq sərfiyyatına uyğun olaraq 239.71 manat məbləğində əlavə ödəniş hesablanmalı, akta əsasən hesablanmış borcun digər hissəsi – 563.55 manat isə əsassız hesab edilməklə iddiaçının abunə hesabından silinməlidir.
9. Məhkəmə hesab etmişdir ki, iddianın qiyməti 1000 AZN–dən aşağı olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun 20 AZN hissəsi cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır.
10. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 7.1, 7.2, 7.6, 7.9, 7.10, 7.11, 8.2, 8.16, 8.17, 8.17-1, 8.17-2, 9.1 və 9.10-ci bəndləri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5 və 8.1.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 124.1, 119.1 və 119.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, 06 yanvar 2023-ci il tarixdə "xxxx" ASC-nin Ağdaş EŞ-nin əməkdaşları V.Əliyev, M.Əliyev və N.Bədəlov tərəfindən Ağdaş rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı Cüvə kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonent İddiaçı sayğacın alt qapağının açıq hissəsindən əlavə xətti giriş xəttinə qoşaraq sayğacı dövrədən çıxararaq sayğacdan kənar X2 etdiyi aşkar olunmuşdur. Qanunsuz istifadə olunan “Kənar xətt”in kəsiyinin 4 mm2 olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Ağdaş EŞ-nin “Poroqram bazası”nda **********00129 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydaları”nın pozulması haqqında AKT R № 283623 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “Sayğac uçot komplekti qaydaya salınsın.” qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Aktın tərtibində İddiaçı iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş AKT R № 283623 nömrəli akta əsasən “Mərkəzi Aran” RETS-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 803,26 manat təşkil edən 6502 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir.
13. Məhkəmə baxış iclası zamanı tərəflərindən iddiaçının “Qaydalar”ın 8.17-1-ci bəndinin tələblərini pozaraq elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə etdiyi, eyni əmələ görə iddiaçı barəsində xx.xx.2019-cu il tarixli AKT R № 158525 saylı akt tərtib edildiyi, akta əsasən yenidən hesablama aparılaraq dəyəri 422,12 manat təşkil edən 4492 kVt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisinin bərpa edildiyi, hesablanmış məbləğin iddiaçı tərəfindən ödənildiyi və iddiaçının elektrik enerjisindən qanunsuz istifadə etməyə meyilli olması bildirilsə də məhkəmə işin bu hallarına əhəmiyyət verməmiş, iddinın qismən təmin edilərək hesabatın bir ay müddətinə aparılması barədə qərar qəbul edərkən bir tərəfli mövqe tutmuş və “Qaydalar”ın iddiaçı tərəfindən pozulduğunu ehtiva edən 8.17-1-ci bəndinin tələblərinin mahiyyətinə varmadan səhv qərar qəbul etmişdir.
14. Qeyd olunan maddi hüquq normasının tələbinə görə elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə istifadə edilməsi faktının aşkar olunması istehlakçı barəsində “kənar xətt” in (naqilin) en kəsiyinə əsasən 12 aydan çox olmayan müddətə hesablama aparılmasına yol verilir. Həmin hüquq normasında “kənar xətt” vasitəsi ilə enerjidən hansı müddətdə istifadə edilməsi nəzərdə tutulmamışdır. “Kənar xətt”ın mövcudluğu göstərilən maddi hüquq normasının pozulması deməkdir.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş X1ydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verildiyi bildirilməsinə baxmayaraq məhkəmə qətnaməsində mübahisələdirilən məsələnin araşdırılmasında əhəmiyyət kəsb etməyən “Qaydalar”ın 8.2, 8.16 və Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə çıxarılmış 8.32 və 8.33-cü bəndlərə istinad edilmişdir. 8.17-1. bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.”
16. Qeyd edilənləri nəzərə alaraq Ağdaş Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(014)-668/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1ydaları”nın 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqısatqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
26. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
27. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. İddiaçı apellyasiya şikayətinin məzmununda Ağdaş Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(014)-668/2023 saylı qətnaməsinin iddianın təmin edilən hissəsində əsassız olduğunu qeyd edərək apellyasiya şikayətinin yekununda birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
29. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(014)- 668/2023 saylı qətnaməsinin cavabdehin mübahisələndirdiyi iddianın təmin olunmuş hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, 06 yanvar 2023-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu- **********00129) X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, abonentin sayğacın alt qapağının açıq hissəsindən əlavə xətti giriş xəttinə qoşaraq sayğacı dövrədən çıxararaq sayğacdan kənar X2 etdiyi aşkar olunmuşdur. Sayğacdan kənar xətt vasitəsilə X2 etdiyi qeyd edilərək bununla əlaqədar 06 yanvar 2023-cü il tarixli R 283623 saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya 803.26 manat hesabat aparılmışdır.
33. Apellyatorun apellyasiya şikayətinin əsas dəlili olan məhkəmənin iddianı qismən təmin edərək hesabatın bir ay müddətinə aparılması barədə qərar qəbul edərkən birtərəfli mövqe tutmasına dair göstərdiklərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, enerjitəchizatı müəssisəsi vətəndaşlara elektrik enerjisinin verilməsini həyata keçirtməklə yanaşı, enerjinin verilişinə mütəmadi nəzarət funksiyalarını da həyata keçirməkdədir. Hansı ki, “X1ydaları”nın 8.14-cü bəndindən də məişət abonentlərinin elektrik enerjisinin haqqını ödəmələri üçün onlara aylıq ödəmə sənədinin təqdim edilməli olması müəyyən edilir. Bu yolla enerji təchizatı müəssisəsi həm də istehlakçı tərəfindən X1ydalarına riayət edilməsini yoxlamış olur.
34. Məhkəmə kollegiyasının iclasında da cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı 06 yanvar 2023-cü il tarixli R 283623 saylı akt üzrə bir aydan daha artıq dövr üçün hesabat aparılmasına əsas ola biləcək hallar müəyyən edilməmişdir.
35. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin “Qaydalar”ın Nazirlər Kabinetinin qərarı ilə çıxarılmış 8.32 və 8.33-cü bəndlərə istinad etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 nömrəli qərarı ilə “X1ydaları”na əlavə edilmiş 8.17-1-ci və 8.17-2-ci bəndlərinə istinad etmişdir. Hansı ki, həmin qərarla da Qaydaların 8.32 və 8.33-cü bəndləri ləğv edilmişdir. Bundan başqa Ağdaş Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(014)-668/2023 saylı qətnaməsinin məzmunundan Qaydaların əvvəllər qüvvədə olmuş 8.32 və 8.33-cü bəndlərinə düzünə istinad edilməsi halı müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası Qaydaların əvvəllər qüvvədə olmuş 8.32 və 8.33-cü bəndlərinin mexaniki olaraq qətnamənin məzmununda əksini tapması qənaətinə gəlir və bunu maddi hüquq normasının pozuntusu kimi qiymətləndirmir.
37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur və apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(014)-668/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(014)-668/2023 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.