Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1007/2020 13.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 nümayəndəsi (vəkili) X2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh2, Oğuz rayon Notariat Ofisinə və cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı "müqavilənin etibarsız hesab edilməsi, müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair" mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-19/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh2, Oğuz rayon Notariat Ofisinə və cavabdehlərin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz şəhəri ərazisində yerləşən, onların ümumi mülkiyyətinə verilmiş 1,66 hektar torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1 ilə X9 arasında bağlanmış və Oğuz rayon Notariat Ofisində (Notariat Kontorunda) xx xxxxxx 2008-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın, həmçinin Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, Oğuz rayon X3 xx xxxxxx 1998-ci il tarixli 75 saylı qərarı əsasında JN - 1336 (KOD 40501004) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə onların mülkiyyətinə Oğuz şəhəri ərazisindən 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. 2008-ci ilin sentyabr ayında Oğuz rayonu Qarabaldır kənd sakini X1 Səfiquliyevin yanına gələrək ona və ailə üzvlərinə məxsus olan 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini satmasını təklif etmişdir. İddiaçı1 torpaq sahəsini satmaq istəmədiyini bildirsə də, Elşad Qaffarov həmin ərazidə yerləşən, digər şəxslərə məxsus torpaq sahələrinin əksəriyyətinin Cavabdeh2 adlı şəxs tərəfindən satın alındığını, onlara məxsus torpaq sahəsinin isə həmin torpaq sahələrinin əhatəsində qaldığını bildirmişdir. Elşad Qaffarov başqa ərazidən Cavabdeh2 hesabına 1,54 hektar torpaq sahəsi alıb İddiaçı1 adına rəsmiləşdirilməsi şərti ilə ona özünə və ailə üzvlərinə məxsus olan 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini satmasını təklif etmişdir. Elşad Qaffarov 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin əvəzində onlara Oğuz rayonu Xalxal kənd sakini X6 və onun ailə üzvlərinə məxsus olan 1,54 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini təklif etmişdir. X6 və onun ailə üzvlərinə məxsus olan torpaq sahəsi daha əlverişli ərazidə yerləşdiyindən İddiaçı1 Elşad Qaffarovun təklifi ilə razılaşmışdır. xx xxxxxxx 2008-ci il tarixdə 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin dəyəri qismində 1500 (bir min beş yüz) ABŞ dolları pulu İddiaçı1 vermiş, sonuncu da həmin məbləği alaraq dərhal İbrahim Hacıyevə vermişdir. İbrahim Hacıyev həmin gün bu barədə qəbz tərtib edib imza edərək həmin qəbzi və 1,54 hektar torpaq sahəsinə aid Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının əslini İddiaçı1 vermişdir. Elşad Qaffarov 1,54 hektar torpaq sahəsinin İddiaçı1 adına rəsmiləşdirilməsinin təmin edilməsini və bununla bağlı bütün xərcləri öz üzərinə götürmüşdür. Bundan sonra İddiaçı1 xx xxxxxx 2008-ci il tarixdə Oğuz rayon Dövlət Notariat Kontoruna gedərək JN - 1336 (KOD 40501004) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə dair alqı-satqı müqaviləsinə satıcı qismində imza etmişdir. Alqı-satqı müqaviləsini alıcı qismində Cavabdeh2 adından etibarnamə ilə Elşad Qaffarov imzalamışdır. Alqı-satqı müqaviləsi təsdiq edilərkən müqavilədə torpaq sahəsinin dəyəri kimi İddiaçı1 2500 (iki min beş yüz) manat pul verildiyi qeyd edilsə də, bu həqiqətə uyğun deyildir. Belə ki, Elşad Qaffarov xx xxxxxxx 2008-ci il tarixdə İddiaçı1 1500 (bir min beş yüz) ABŞ dolları pul vermiş, o da həmin məbləği alaraq Elşad Qaffarovun sözünə görə dərhal İbrahim Hacıyevə vermişdir. Bundan əlavə, Elşad Qaffarov xx xxxxxx 2008-ci il tarixdə İddiaçı1 əlavə olaraq 100 (bir yüz) ABŞ dolları pul vermişdir ki, bu da cəmi 1600 (bir min altı yüz) ABŞ dolları təşkil edir. Həmin vaxtlarda 1 (bir) ABŞ dollarının məzənnəsinin 0,78 manata bərabər olduğu nəzərə alınmaqla, Elşad Qaffarov satın alınmış torpaq sahəsinin müqabilində İddiaçı1 cəmi 1248 manat ( 1600 x 0,78 = 1248) ödəmişdir ki, həmin məbləğdən də 1500 (bir min beş yüz) ABŞ dolları İbrahim Hacıyevə verilmişdir. İddiaçı1 özünə və ailə üzvlərinə məxsus olan 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin Elşad Qaffarovun vədinə əsasən Cavabdeh2 satılmasına dair müqaviləyə imza etmiş olsa da, X13 Hacıyev və onun ailə üzvlərinə məxsus olan 1,54 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı1 adına rəsmiləşdirilməsi barədə vədinə əməl etməmişdir. İddiaçı1 dəfələrlə Elşad Qaffarova müraciət edərək vədinə əməl etməsini tələb etsə də, sonuncu hər dəfə bu məsələni yaxın vaxtlarda həll edəcəyini bildirmiş, lakin indiyədək də vədinə əməl etməmişdir. İddiaçılar 1,66 hektar torpaq sahəsinin paylı mülkiyyətçiləri olmaqla, xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsi qeydə alınarkən hər biri fəaliyyət qabiliyyətli şəxslər olmuşlar. Torpaq sahəsi satıldıqda İddiaçı1 ailə üzvləri də hər biri müqaviləyə imza etməli olduqları halda, xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsinə satıcı qismində yalnız İddiaçı1 imza etmiş, digər iddiaçıların adları isə müqavilədə, ümumiyyətlə, qeyd edilməmişdir. Həmin iddiaçılar özlərinə məxsus torpaq sahəsinin satılması ilə bağlı heç kimə, o cümlədən İddiaçı1 hər hansı səlahiyyət verməmişlər. Ümumi paylı mülkiyyətdə olan 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barədə İddiaçı1lə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanmaqla digər iddiaçıların öz torpaq paylarına münasibətdə mülkiyyət hüquqları pozulmuşdur. Həmin torpaq sahəsinə münasibətdə onların mülkiyyət hüquqlarının bərpa edilməsi üçün xx xxxxxx 2008-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında Cavabdeh2 adına tərtib edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, həmçinin Torpaq sahəsinin planı və ölçüsü sənədi 1,66 hektar torpaq sahəsinə aid hissədə qismən ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, ümumi paylı mülkiyyətində olan 1,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi barədə alqı-satqı müqaviləsinin bağlanmasına onun ailə üzvlərinin heç birinin razılığı olmamışdır. Alqı-satqı müqaviləsinə yalnız o özü imza etməklə digər ailə üzvlərinin də ümumi mülkiyyətdə olan paylarını Cavabdeh2 satmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8 məhkəmə iclaslarına gəlməmiş, onların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarının həmin iddiaçıların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin, həmçinin İddiaçı1 izahatının məzmununa uyğun izahat verərək iddia tələbində qeyd edilən xüsusatlar nəzərə alınmaqla həmin iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5 məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-19/2020 nömrəli qətnаməsi ilə (hakim Kamran Süleymanlı) iddia qismən təmin edilmiş, Oğuz şəhəri ərazisində yerləşən, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8 ümumi mülkiyyətinə verilmiş 1,66 hektar torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış və Cavabdeh1 təsdiq edilmiş xx xxxxxx 2008ci il tarixli 4-Ə2/216 nömrəli alqı-satqı müqaviləsinin qismən - iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8 hər birinin 1/7 hissədə, yəni 0,2075 hektar payı olmaqla, cəmi 1,4525 hektar torpaq sahəsinin alqı-satqısına dair hissədə etibarsız hesab edilməsi, xx xxxxxx 2008-ci il tarixli 4-Ə2/216 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına tərtib edilmiş xx xxxx 2014-cü il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın, həmçinin həmin tarixli AA 004014 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi və iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8 hər birinin 0,2075 hektar payı olmaqla, cəmi 1,4525 hektar torpaq sahəsinin Cavabdeh2 alınaraq həmin iddiaçılara qaytarılması qət edilmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-19/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya baxışı zamanı tərəflər mübahisəni qarşılıqlı razılıq və barışıq yolu ilə həll etmək niyyətində olduqlarını bildirib məhkəmə kollegiyasının onlara şərait yaratmasını xahiş etmişlər. Daha sonra İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə kollegiyasına ərizə təqdim edərək göstərmişlər ki, iddia tələbindən imtina edir və imtinanın qəbul edilməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)- 19/2020nömrəli qətnaməsinin ləğv edilərək hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 və onun nümayəndəsi (vəkili) Nümayəndəizahat verərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi (vəkili) X5 da ərizə təqdim edərək göstərmişdir ki, hazırda iddiaçılarla Cavabdeh2 arasında razılıq əldə edilib. Bu razılıq həm iddiaçıları, həm də cavabdehi qane edir. Ona görə də iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8iddiadan imtinası ilə razı olduğunu, imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır... Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.4-cü mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni tаmаmilə və yа qismən ləğv edə bilər, iş üzrə icrааtа xitаm verə və yаxud ərizəni bаxılmаmış sаxlаyа bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8iddiadan imtinaları özlərinin sərbəst iradə ifadələrinə əsaslanır və iş üzrə digər proses iştirakçılarının hüquq və maraqlarına toxunmur, ona görə də iddiadan imtinanı qəbul etməməyə əsaslı səbəb yoxdur. Belə vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-19/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək həmin qətnamə ləğv edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8 cavabdehlər Cavabdeh2, Oğuz rayon Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X7rşı "müqavilənin etibarsız hesab edilməsi, müqavilə əsasında tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə icraata iddiaçıların iddiadan imtina etməsi əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261-264, 370, 391, 400, 402-404 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq məhkəmə kollegiyаsı qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(054)-19/2020nömrəli qətnаməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X4, İddiaçı7 və İddiaçı8 iddiadan imtinaları qəbul edilsin və bu əsasla mülki iş üzrə icraata xitam verilsin. Qərаrdаddаn tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda qərardadın surəti onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd ondan kassasiya şikayəti verilmədikdə surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1007/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1007/2020
13.05.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver