Məhkəmə qərarları › İş №2(107)-1010/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1010/2022

05.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1010/2022 05.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Balakən rayon regional ‘Asan xidmət’ məkəzində notariat ofisinə, Cavabdeh1, X13, üçüncü şəxslər X24, X17, Zənbiyeva (Ceerçiyeva) Elmira Məhəmmməd qızı və X9 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras payının müəyyən edilməsi, 1/7 hissə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Balakən rayon regional ‘Asan xidmət’ məkəzində notariat ofisinə, Cavabdeh1, X13, üçüncü şəxslər X24, X17, Zənbiyeva (Ceerçiyeva) Elmira Məhəmmməd qızı və X9 qarşı miras payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsi, 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin), 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) və 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) X18, X14, Cavabdeh1, X15 X7, X8 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. X4 Məhəmməd Limat oğlunun anası olmaqla xx.xx.2010-cu il tarixdə ölmüşdür. İddiaçı və X1 Məhəmməd Limat oğlunun birinci nikahından, X25, X17, X20 və X23 ikinci nikahından dünyaya gəlmiş övladları, Cavabdeh1 isə onun həyat yoldaşıdır. xx.xx.2010-cu il tarixdə vəfat etmiş mərhum X18 mirasına xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsi olan oğlu X21 Balakən rayonu Dövlət notariat ofisi tərəfindən 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam şəkildə X14 xüsusi mülkiyyətinə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X22 məxsus olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən 0.96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.09 ha həyətyanı torpaq sahəsindən ona məxsus olan miras payının müəyyən edilməsi və miras əmlakın payları bərabər olmaqla vərəsələr arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı məhkəmə iclasında cavabdehlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə, Cavabdeh1, X13, üçüncü şəxslər X24, X11 qarşı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş X5nun xüsusi mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi və onun yerləşdiyi həyətyanı torpaq sahəsinin 2/7 hissəsinə, X5nun ümumbirgə mülkiyyətində olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X5na məxsus payı üzərində miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclas protokol qərarına əsasən, X20, xx.xx.2021-ci il tarixli iclas protokol qərarına əsasən, X19 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmişlər.

5. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, tələbini onunla əsaslandırmışdır ki, o, və qardaşı X19 X5nun birinci nikahından, X25, X17, X20 və X23 ikinci nikahından dünyaya gəlmiş övladlarıdır. Cavabdeh1 isə onun həyat yoldaşıdır. X29 isə onun nənəsi olmaqla, sonuncu xx.xx.2011-ci il tarixdə vəfat etmiş, xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsi olan oğlu X21 Balakən rayonu Dövlət notariat ofisi tərəfindən 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X6 xx.xx.2020-ci il tarixdə ölmüş, sonuncudan qalmış mirasın qəbuluna dair tərəfindən notariat ofisinə rəsmi ərizə təqdim olunmuş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Digər vərəsələr mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Hazırda, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam şəkildə, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsi, 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin), 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) və 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) isə 2/7 hissədə (mərhum X18 payına münasibətdə) X5nun mülkiyyətindədir və miras kütləsini təşkil edir. Miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə vardır. Bu səbəbli məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehlər Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisi, Cavabdeh1, X23, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24, X17, X20 və X19 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə məhkəməyə rəsmi etiraz təqdim edərək etirazında göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi torpaq islahatı zamanı onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətinə verilmişdir. İddiaçı mərhumun əvvəlki arvadından olan uşağıdır. Onlar 1979- cü ildə evlənmiş, 1985-ci ildə məhkəmə qaydasında ayrılmışlar. Onların nikahından iki övladı olmuş və onların özlərinə məxsus evləri vardır. İddiaçı bir gün də olsun miras əmlakda yaşamamış, mirası qəbul etməmişdir. Onun miras əmlakla bağlı heç bir əlaqəsi olmamışdır. X2 qalmış miras əmlakı o və qızı X23 qəbul etmişlər. 1985-ci ildən hazırki vaxtadək miras əmlakda yaşamaqla orada abadlıq işləri görmüş, mərhumun dəfn mərasimini keçirmiş, mirası əmlaka dair vergiləri ödəməklə mirası faktiki idarə etmişlər. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsi, 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin), 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) və 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) X18, X14, Cavabdeh1, X15 X7, X8 və X10 ümumi birgə mülkiyyətinə verilmişdir. X4 Məhəmməd Limat oğlunun anası olmaqla xx.xx.2010-cu il tarixdə ölmüşdür. İddiaçı və X1 Məhəmməd Limat oğlunun birinci nikahından, X25, X17, X20 və X23 ikinci nikahından dünyaya gəlmiş övladları, Cavabdeh1 isə onun həyat yoldaşıdır. xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum X18 mirasına xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsi olan oğlu X21 Balakən rayonu Dövlət notariat ofisi tərəfindən 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. X26 xx.xx.2020-ci il tarixdə ölmüş, ondan qalmış mirasın qəbuluna dair İddiaçı tərəfindən notariat ofisinə rəsmi ərizə təqdim olunmuş, ərizə əsasında vərəsəlik işi açılmışdır. Digər vərəsələr mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam şəkildə, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsi, 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin), 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) və 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) isə 2/7 hissədə (mərhum X18 payının vərəsəlik qaydasında X3 nəzərə alınmaqla) X5nun mülkiyyətində olmuşdur və miras kütləsini təşkil edir.

10. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı atasının ölümündən sonra notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə atasından qalmış mirası rəsmi olaraq qəbul etmişdir. X5 öz mirasına dair vəsiyyətnamə qoymamış, onun birinci növbədə vərəsələri İddiaçı, Cavabdeh1, X23, X24, X17, X20 və X19 olmaqla 7 nəfər təşkil edir. Belə olan halda sonuncular qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.

11. Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuş, X5nun mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən İddiaçı 1/7 hissədə miras payının müəyyən edilməsi, X5nun mülkiyyətində olan və ondan miras qalmış RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0.0932 ha həyətyanı torpaq sahəsinin 2/7 hissəsindən, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən digər 6/7 miras payının açıq saxlanılması, hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, X23 və Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisindan alınıb İddiaçı ödənilməsi, hazırki iş üzrə İddiaçı göstərilən hüquqi yardımla bağlı 120 manat Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X35 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına köçürülməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1151, 1159, 1160, 1243, 1246 və 1255-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

13. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.1986-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1981-ci il tarixdə anadan olmuş, X6, anası X27r.

14. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.1980-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixdə anadan olmuş, X6, anası X28r.

15. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.1982-cı il tarixli JQ 466129 saylı nigah haqqında şəhadətnamədən görünür ki, X26 və X31 arasında nikah Balakən rayonu Mahamalar kənd sovetliyində 16 oktyabr 1980-ci il tarixdə 18 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Zənbiyeva soyadı verilmişdir.

16. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam şəkildə X14, həyətyanı torpaq sahəsi isə 2/7 hissədə X14, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X15, 1/7 hissədə X7, 1/7 hissədə X8, 1/7 hissədə X10 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

17. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0586 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) 1/7 hissədə X18, 1/7 hissədə X14, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X15, 1/7 hissədə X7, 1/7 hissədə X8, 1/7 hissədə X10 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

18. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.1408 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (çoxillik əkmələr) 1/7 hissədə X18, 1/7 hissədə X14, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X15, 1/7 hissədə X7, 1/7 hissədə X8, 1/7 hissədə X10 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

19. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.7575 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (əkin) 1/7 hissədə X18, 1/7 hissədə X14, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X15, 1/7 hissədə X7, 1/7 hissədə X8, 1/7 hissədə X10 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

20. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı 069278 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2020-ci il tarixdə ölmüşdür.

21. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı 095558 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.2010-cu il tarixdə ölmüşdür.

22. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 758 nömrəli arayışından görünür ki, X5nun ölümündən sonra ondan qalmış miras əmlakı arvadı Cavabdeh1, qızı X23 mərhumun dəfn xərclərini çəkmiş, yas mərasimini keçirmiş, torpaq sahəsinə dair vergiləri ödəyərək mirası faktiki olaraq qəbul etmişlər.

23. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 113 nömrəli arayışından görünür ki, X5nun ailə başçısı olduğu təsərrüfatda Cavabdeh1, X24, X17 və X23 qeydiyyatdadırlar.

24. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1331 nömrəli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum X18 və xx.xx.2020-ci il tarixdə vəfat etmiş X14 mirasına İddiaçı mirasın qəbuluna dair alınmış ərizə əsasında vərəsəlik işi açılmışdır. Digər vərəsələr mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər.

25. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli, 1405 nömrəli məktubundan görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş mərhum X18 mirasına xx.xx.2013-cü il tarixdə qanun üzrə vərəsi olan oğlu X21 Balakən rayonu Dövlət notariat ofisi tərəfindən 2V-43 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

26. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

27. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisələndirilən qətnamə ilə iddianın təmin olunması qeyd olunsa da hesab edir ki, payların müəyyən olunmasında yanlışlığa yol verilmişdir. Belə ki, ilk olaraq məhkəmə hesab etmişdir ki, adları qeyd olunan əmlakların yalnız 2/7 hissəsi mərhum atasına məxsus olmuşdur və bunun da əsasında vərəsələrin sayına uyğun olaraq həmin əmlakların 2/7 hissəsinin 1/7 hissəsində vərəsə kimi onun hüquqları tanınmışdır. Lakin elə məhkəmə qətnaməsinə, həmçinin mülki işin materiallarına nəzər salsaq görərik ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam olaraq atasına məxsus olduğu halda, nə səbəbdən həmin evin 2/7 hissəsində miras payı müəyyən edilmişdir. Bu səbəbdən də hesab edir ki, həmin evin 2/7 hissəsi yox, tam şəkildə vərəsələr arasında bölünməlidir.

28. Ona görə də, Balakən rayon Məhkəməsinin 2(019)-842\2021 saylı iş üzrə xx.xx.2021 - ci il tarixli qətnaməsinin Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış 2/7 hissəsində miras payının müəyyən olunması hissəsində dəyişdirilərək, qeyd olunan evin tam olaraq 1/7 hissəsində miras payının müəyyən olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. İddiaçı, cavabdehlər Balakən rayon regional ‘Asan xidmət’ məkəzində notariat ofisi, Cavabdeh1, X23, üçüncü şəxslər X24, X17, Zənbiyeva (Ceerçiyeva) Elmira Məhəmmməd qızı və X19 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

31. İddiaçı məhkəmə kollegiyasına ayrı-ayrı vaxtlarda teleqram və ərizə göndərərək məhkəmə iclasının 7 oktyabr 2022-ci il tarixinə təxirə alınmasını xahiş etmişdir.

32. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərvaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) (1159.1.1). 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci madddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

36. Cavabdeh Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)- 842/2021 saylı qətnaməsinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evinin 2/7 hissəsindən İddiaçı 1/7 hissədə miras payının müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən bu qətnamənin 36-ci bəndində göstərilmiş mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşmır.

38. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki apelyasiya şikayəti əsaslıdır və təmin edilməlidir.

39. Belə ki, mülki işin materiallarında olan xx.xx.2013-cü il qeydiyyat tarixli, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evi tam şəkildə X14, həyətyanı torpaq sahəsi isə 2/7 hissədə X14, 1/7 hissədə Cavabdeh1, 1/7 hissədə X15, 1/7 hissədə X7, 1/7 hissədə X8, 1/7 hissədə X10 adına xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmışdır.

40. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evinin 2/7 hissəsinin 1/7 hissəsi deyil, mübahisəli fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı miras payı olaraq müəyyən edilməlidir.

41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul edərkən bu qətnamənin 36-cı bəndində göstərilmiş mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmədiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğuna görə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 saylı qətnaməsi bu qətnamənin 36-cı bəndində göstərilmiş mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı miras payı olaraq müəyyən edilməlidir.

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 saylı qətnaməsi Balakən Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(019)-842/2021 saylı qətnaməsinin RX seriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evinin 2/7 hissəsindən İddiaçı 1/7 hissədə miras payının müəyyən edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Balakən rayonu Mahamalar kəndində yerləşən 0.0932 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 64 kv.m olan fərdi yaşayış evinin 1/7 hissəsi İddiaçı miras payı olaraq müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar