Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1011/2020 25.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(033)-125/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxxxx 2020-ci il tаrixli 2(033)-125/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X1 qarşı “elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddiası rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı ) cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyətinə və X1 (bundan sonra cavabdeh və ya “xxxx” ASC və Cavabdeh1) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evinə elektrik enerjisinin satışı ilə bağlı X6 Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Mustafayev Nadir Ömər oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, hazırda anasının 66 yaşı var və 1982-ci ildən yuxarıda qeyd olunan fərdi yaşayış evində mərhum əri Mustafayev Ömər Abdulqədir oğlu ilə birlikdə yaşamışdır. 2004-cü ilin iyun ayında əri vəfat etmiş və o, ailə üzvləri ilə birlikdə orada yaşamağa davam etmişdir. İddiaçının digər oğlu, yəni onun qardaşı Mustafayev Sabir Ömər oğlu Rusiya Federasiyasında yaşayır. Qardaşının arvadı, Cavabdeh1 isə onlarla birgə eyni evdə yaşayır. Aralarında münasibət yoxdur. Son dövrlərdə isə onlara məlum olmuşdur ki, cavabdeh heç bir qanuni əsas olmadan, cavabdeh orqanı aldatmaqla iddiaçının mülkiyyətində olan evlə bağlı elektrik enerjisinin və qazın satışı ilə bağlı müqavilələri istehlakçı kimi öz adına rəsmiləşdirmiş, qaz və işıq sayğaclarının abonent kodlarını öz adına dəyişdirmişdir. Hansı ki, evin mülkiyyətçisi iddiaçıdır. Qeyd olunanlarla bağlı “xxxx” ASC-nə müraciət etsələr də, heç bir nəticə olmamışdır. İddiaçı yeni sayğac deyil, cavabdehdə olan sayğacın onun adına keçirilməsini xahiş edir. Cavabdeh orqan tərəfindən onlara yeni sayğac verilir, lakin iddiaçı həmin sayğacı istəyir. Müqavilənin tarixini və nömrəsini də qeyd etməmişdir. Çünki onlar istəyirlər ki, həmin müqavilə bir daha Cavabdeh1 ilə bağlanmasın. Ona görə də cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 1997-ci il tarixdə iddiaçının oğulluğu Mustafayev Sabir Ömər oğlu ilə nikahını rəsmiləşdirməklə evlənib, ona məxsus evə gəlin köçmüşdür. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli qətnaməsi ilə onun Mustafayev Sabir Ömər oğlunun xüsusi mülkiyyətində olan, ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evinə istifadə hüququ tanınmış və uşaqları ilə birlikdə həmin evin ikinci mərtəbəsinə köçürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli çıxarışla ünvan 1 3 ünvanında yerləşən torpaq sahəsinin 6/12 hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. İddia ilə bağlı isə qeyd edir ki, “xxxx” ASC ilə aralarında qanuni şəkildə xx xxxxxx 2017-ci il tarixdə, xx xxxxxx 2018-ci il tarixdə və xx xxxxxx 2019-cu il tarixdə “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. Müqavilə bağlanarkən qanunun hər hansı tələbi pozulmamışdır. Hesab edir ki, alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı əsaslar yoxdur. Ona görə də, iddianın rədd edilməsini xahiş edir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(033)-125/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Mustafayev Nadir Ömər oğlu apelyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(033)-125/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(033)- 125/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, “xxxx” ASC nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(033)1140/2014 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 Zaqatala şəhəri A.Həmidov küçəsi 3A, döngə 3-də yerləşən 4/8 hissəsi Mustafayev Sabir Ömər oğlunun xüsusi mülkiyyətində olan ümumi sahəsi 102,55 kv.m., yaşayış sahəsi 46,30 kv.m., yardımçı sahəsi 56,25 kv.m. təşkil edən iki otaqdan ibarət iki mərtəbəli fərdi yaşayış evindən istifadə hüququnun tanınması və onun uşaqları ilə birlikdə həmin evin ikinci mərtəbəsinə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi olan **********98-10301 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,0313 ha torpaq sahəsinin 6\12 hissəsi paylı mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin 102.55 kv.m. hissəsinin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106.25 kv.m. hissəsi (iki yaşayış otağı 43.4 kv.m., qaraj 25.4 kv.m., mətbəx 16.45. kv.m. və açıq eyvan 21.20 kv.m.) Mustafayev Sabir Ömər oğlunun (Cavabdeh1 əri) mülkiyyətindədir. xx xxxxxx 2017-ci il tarixli 123453 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, enerjitəchizatı müəssisəsi adından X6 Cəmiyyətinin X3 direktoru Elçin Dadaşov ilə ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evində yaşayan Cavabdeh1 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. xx xxxxxx 2018-ci il tarixli 122452 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, enerjitəchizatı müəssisəsi adından X6 Cəmiyyətinin X3 direktoru Elçin Dadaşov ilə ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evində yaşayan Cavabdeh1 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixli 067331 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, enerjitəchizatı müəssisəsi adından X6 Cəmiyyətinin X3 direktoru Elçin Dadaşov ilə ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evində yaşayan Cavabdeh1 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Apelyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Cavabdeh1 Mustafayev Sabir Ömər oğlunun xüsusi mülkiyyətində olan, ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evinə istifadə hüququ tanınmış və uşaqları ilə birlikdə həmin evin ikinci mərtəbəsinə köçürülmüşdür. Orada ayrıca təsərrüfat aparır. İddia ərizəsindən göründüyü kimi, iddiaçı mübahisə edilən müqavilənin qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozmaqla verildiyini iddia edərək, onun ləğv olunması barədə deyil, etibarsız hesab olunması barədə iddia qaldırmışdır. Lakin iddiaçı hansı tarixli, hansı nömrəli müqavilənin etibarsızlığını da mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının belə tələb irəli sürməkdə məqsədi ümumiyyətlə elektrik enerjisinin alqı-satqı müqaviləsinin cavabdehlər arasında bağlanmamasıdır. xxxx ASC ilə Cavabdeh1 arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün isə hər hansı əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası, həmçinin iddiaçının subyektiv hüququ belə olmadığından əsassızdır və təmin oluna bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası rədd edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Belə ki, işin halı ondan ibarətdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2014cü il tarixli qətnaməsi ilə Cavabdeh1, Mustafayev Sabir Ömər oğlunun xüsusi mülkiyyətində olan və ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evinə istifadə hüququ tanınmış və uşaqları ilə birlikdə həmin evin ikinci mərtəbəsinə köçürülmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx xxxxxx 2019-cu il tarixli çıxarışla ünvan 1 3 ünvanında yerləşən torpaq sahəsinin 6/12 hissəsi onun mülkiyyətindədir. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixli 067331 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinə əsasən enerjitəchizatı müəssisəsi adından xxxx ASC-in X3 direktoru Elçin Dadaşov ilə ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evində yaşayan Cavabdeh1 arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evinə elektrik enerjisinin satışı ilə bağlı “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin etibarsız sayılmasını xahiş edir. Qeyd edilməlidir ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən onu əsas götürmüşdür ki, Cavabdeh1 heç bir qanuni əsas olmadan, xxxx ASC-ni aldatmaqla iddiaçının mülkiyyətində olan evlə bağlı elektrik enerjisinin satışı ilə bağlı müqavilələri istehlakçı kimi öz adına rəsmiləşdirmiş, işıq sayğaclarının abonent kodlarını öz adına dəyişdirmişdir. Hansı ki, evin mülkiyyətçisi iddiaçıdır. Ona görə də, cavabdeh ilə bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. Kollegiya qeyd olunanlarla razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Elektrik enerjisinin alqı-satqı müqavilələri bu Qaydalara əlavə edilmiş birtipli müqavilələrə (1-5 nömrəli əlavələr) uyğun bağlanmalıdır. Qərarın 1.4-cü bəndinə əsasən, abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. Qərarın 8.18-ci bəndinə əsasən, istehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Qərarın 8.20-ci bəndinə əsasən, yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır və hər birinə istifadə etdikləri elektrik enerjisinə görə ödəniş sənədini müstəqil halda yazmaq üçün qəbzlər və bildiriş blankları olan hesablaşma kitabçalarını verir (özünəxidmət üsulu). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 605-ci maddəsinə əsasən, əşyaların alqı-satqısı haqqında müddəalar auksion satışı çərçivəsində, icraat və ya digər məhkəmə tədbirləri əsasında əşyaların əldə edilməsinə, habelə qiymətli kağızların və ya ödəniş vasitələrinin və elektrik enerjisinin əldə edilməsinə tətbiq olunmur. 227.1-ci maddəsinə görə, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. 404.1-ci maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə görə, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Göründüyü kimi, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Qanunun mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir. Qeyd edilməlidir ki, iddiaçı özünü ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evinin yeganə mülkiyyətçisi hesab edərək kommunal xidmətlərə dair alqı-satqı müqavilələrinin yalnız onunla bağlanmalı olduğunu iddia edir. Lakin onun bu iddiası işin gerçək halları ilə təsdiq edilmir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********98-10301 olan ünvan 1 3 ünvanında yerləşən 3A nömrəli fərdi yaşayış evinin 6/12 hissəsi Mustafayev Sabir Ömər oğlunun, 2/12 hissəsi İddiaçı, 2/12 hissəsi Mustafayev Nadir Ömər oğlunun və 2/12 hissəsi Mustafayeva Pakizə Ömər qızının mülkiyyətindədir. Bununla yanaşı, sözügedən fərdi yaşayış evinin 102.55 kv.m. hissəsinin 6/12 hissəsi və fərdi yaşayış evinin əlavə inşa edilmiş 106.25 kv.m. hissəsi (iki yaşayış otağı 43.4 kv.m., qaraj 25.4 kv.m., mətbəx 16.45. kv.m. və açıq eyvan 21.20 kv.m.) Mustafayev Sabir Ömər oğlunun (Cavabdeh1 əri) mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0,0313 ha torpaq sahəsinin 6\12 hissəsi isə paylı mülkiyyətlə Cavabdeh1 mülkiyyətindədir. Göründüyü kimi, Cavabdeh1 və əri Mustafayev Sabir Ömər oğlunun həmin daşınmaz əmlakda mülkiyyət hüququ əsasında payları İddiaçı ilə müqayisədə daha artıqdır. Tərəflərin arasında olan mübahisənin faktiki vəziyyətindən göründüyü kimi, iddiaçı tərəf sözügedən fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə özlərinə aid hissəsinə ayrı sayğac qoyulması ilə bağlı enerji təchizatı müəssisəsi ilə müqavilə bağlamaqla elektrik enerjisindən səmərəli istifadə edə bilərlər. Kollegiya hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X5 Məhkəməsi “X2” qarşı xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X5 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. İddiaçı apelyasiya şikayəti əsasında işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən pozuntulara yol verilməsi öz təsdiqini tapmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu edə bilmədiyindən, eyni zamanda iddiaçının bildirdikləri məhkəmə araşdırması vaxtı təsdiq olunmadığından əsaslı hesab edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(033)-125/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(033)-125/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1011/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1011/2020
25.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver