Məhkəmə qərarları › İş №2(107)-1014/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1014/2021

26.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1014/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı, həmçinin digər İddiaçı4 nümayəndəsi İddiaçı3, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 vəkili, eyni zamanda İddiaçı1 və İddiaçı3 nümayəndəsi X6 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Oğuz rayon Notariat Ofisinə qarşı alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(054)-15/2021 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(054)-15/2021 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Oğuz rayon Notariat Ofisinə qarşı cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və Oğuz rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən mərhum X11 məxsus olan, Oğuz şəhəri Ş.Qurbanov küçəsində yerləşən 0,01 hektar torpaq sahəsi ilə bağlı 2013-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Mülki iş məhkəmənin icraatında olduğu müddətdə iddiaçılar məhkəməyə əlavə cavabdehin cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin də cavabdeh qismində işə cəlb edilməsi, cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar öz tələblərni onunla əsaslandırmışlar ki, Oğuz rayon Oğuz Bələdiyyəsinin 29.02.2008-ci il tarixli 02 saylı qərarına əsasən sahibkarlıq məqsədi ilə mərhum X11 Oğuz şəhəri ərazisindən 0,01 hektar torpaq sahəsi satılmış, bununla bağlı torpaq sahəsinin alqısatqısına dair 03.04.2008-ci il tarixli akt tərtib edilmişdir. Qeyd olunan 0,01 hektar torpaq sahəsinə dair mərhum X9 adına 11.04.2008-ci il tarixli **********19 nömrəli (qeydiyyat nömrəsi 1********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. 0,01 hektar torpaq sahəsi hazırda da xüsusi mülkiyyət hüququ əsasında mərhum X9 adına qeydiyyata alınmışdır. Cavabdeh1 X2 və qeyrilərinə qarşı Oğuz rayon Oğuz Bələdiyyəsinin 31.10.2007-ci il tarixli 10 saylı iclas protokolu qərarının etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamə apellyasiya qaydasında ləğv edilərək iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır. Qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 09.07.2009-cu il tarixli 2 (102) - 2095 / 09 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, Oğuz rayon XDS İcraiyyə Komitəsinin 15 dekabr 1980-ci il tarixli 23 nömrəli iclas qərarına əsasən 5 nömrəli Tütünçülük sovxozunun Oğuz (Vartaşen) şöbəsinin ərazisində tikiləcək 90 yerlik uşaq bağçası - körpələr evinin tikintisi üçün sovxozun torpaq fondundan ayrılan 0,4 hektar torpaq sahəsində yerləşən 600 kv.metr torpaq sahəsi olan yarımçıq tikili əmlakdan pay haqqının verilməsi barədə aktla əmlak payı kimi Cavabdeh1 verilmişdir. Bu tikilinin ön hissəsində yerləşən 100 kv.metr (0,01 hektar) torpaq sahəsini isə Oğuz rayon Oğuz X3 satmışdır. Bundan əlavə, X9 iddiasına dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 20.06.2011-ci il tarixli 2 (054) - 246 / 2011 nömrəli qətnaməsinə əsasən Oğuz şəhəri Ş.Qurbanov küçəsində yerləşən, X9 xüsusi mülkiyyətində olan 0,01 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərin edilməsi Cavabdeh1 qadağan edilmişdir. Qeyd edilən 100 kv.metr (0,01 hektar) torpaq sahəsi İddiaçı1 ilə X9 birgə nikahı dövründə əldə edilmiş, onun vəfatından sonra hazırki iş üzrə iddiaçılar ondan miras qalmış torpaq sahəsini faktiki olaraq qəbul etmiş, sahiblik və istifadə edərək həmin torpaq sahəsində tikili inşa etmişlər. Oğuz Rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli 2 (054) - 223 / 2020 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 İddiaçı3 və İddiaçı2 qarşı qeyri-qanuni inşa edilmiş qurğuların sökülməsi, torpaq sahəsinin qaytarılması tələbi barədə iddiası təmin edildikdən sonra onlara məlum olmuşdur ki, həmin torpaq sahəsi Cavabdeh1 satılmış və onun adına mülkiyyət hüququnu tanıyan sənəd verilmişdir. Bundan sonra Cavabdeh1 qeyd olunan torpaq sahəsini 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış və bu barədə sonuncunun adına mülkiyyət hüququnu tanıyan sənəd tərtib edilmişdir. Hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsinin 0,01 hektardan ibarət hissəsi X11 məxsus olan torpaq sahəsidir və bu torpaq sahəsi cavabdehlər tərəfindən qanunsuz olaraq mənimsənilmişdir. Bununla da onların həm vərəsəlik, həm də mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər və həmin tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 hazırki iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar İddiaçı3 və İddiaçı2 da hazırki iddia tələbini müdafiə etdiklərni bildirmişlər və İddiaçı1 izahatının məzmununa izahatlar verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı4 birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, onun etibarnamə üzrə nümayəndəsi İddiaçı3 məhkəmə iclaslarının İddiaçı4 iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə İddiaçı4 iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Oğuz rayon XDS İcraiyyə Komitəsinin 15 dekabr 1980-ci il tarixli 23 nömrəli iclas qərarına əsasən 5 nömrəli Tütünçülük sovxozunun Oğuz (Vartaşen) şöbəsində tikiləcək 90 yerlik uşaq bağçası körpələr evinin tikintisi üçün sovxozun torpaq fondundan ayrılan 0,4 hektar torpaq sahəsində yerləşən yarımçıq tikili və tikiliyə aid torpaq sahəsi Oğuz rayon “28 May” kolxozunun X19 Komissiyasının müvafiq qərarı əsasında əmlakdan pay haqqının verilməsi barədə aktla əmlak payı kimi ona verilmişdir. Ərazinin sxematik planı tərtib edilərək rayonun baş memarı tərəfindən təsdiq edilmişdir. O, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 29.01.2013-cü il tarixli 2570 nömrəli alqı-satqı müqaviləsinə əsasən hərracdan satış yolu ilə həmin uşaq bağçası - körpələr evinin yarımçıq tikilisini, 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsinə əsasən isə yarımçıq tikiliyə aid 0,2099 hektar (2098,8 kv.metr) torpaq sahəsini dəyərini tam şəkildə ödəməklə satın almışdır. Qeyd olunan müqavilələr əsasında həmin əmlaklara dair onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədləri tərtib edilmişdir. O, xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsini notariat qaydasında təsdiq edilmiş 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Hazırda 0,2099 hektar torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinə dair alqı-satqı müqavilələri və onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi qanuni əsaslarla tərtib edilmişdir. Həmin müqavilələrin etibarsız hesab edilməsinə və ya Çıxarış sənədinin ləğv edilməsinə hər hansı əsas yoxdur. Ona görə də iddiaçıların ona qarşı olan hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,2099 hektar torpaq sahəsini o, 09.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın almışdır və həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında onun öz adına rəsmiləşdirilmişdir. 0,2099 hektar torpaq sahəsi 29.07.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən hazırda onun xüsusi mülkiyyətindədir. İddiaçılar isə hazırda heç bir qanuni əsas olmadan həmin 0,2099 hektar torpaq sahəsinin 0,01 hektardan ibarət hissəsinin mərhum X11 məxsus olan torpaq sahəsi olduğunu və onlara miras qaldığını iddia edərək onun qeyd oluann torpaq sahəsindən sərbəst və tam şəkildə istifadə etməsinə imkan vermirlər. Onun İddiaçı3 və İddiaçı2 qarşı qeyri-qanuni inşa edilmiş qurğuların sökülməsi, torpaq sahəsinin qaytarılması tələbi barədə iddiası Oğuz Rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli 2(054)-223/2020 nömrəli qətnaməsinə əsasən təmin edilmişdir. O, qanuni əsaslarla, notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaqla 0,2099 hektar torpaq sahəsini əldə etmişdir. Həmin müqavilənin etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Eyni zamanda, hazırda xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsinə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, hazırda iddiaçıların əsassız olaraq mübahisələndirdikləri Çıxarış sənədi də qanuni əsaslarla tərtib edilmişdir və həmin hüquqmüəyyənedici sənədin ləğv edilməsi üçün də hər hansı əsas yoxdur. Ona görə də iddiaçıların ona qarşı olan hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Oğuz rayon Notariat Ofisi birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə göndərilən müraciətdə Oğuz rayon Notariat Ofisinin iş yükünün çoxluğu nəzərə alınmaqla işə nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi birinci instansiya məhkəməsinin iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsi tərəfindən mülki işin məhkəmə araşdırılması ilə əlaqədar mərhum X9 adına tərtib edilmiş 11.04.2008-ci il tarixli **********19 nömrəli (qeydiyyat nömrəsi 1********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 0,01 hektar torpaq sahəsinin hansı ərazidə yerləşdiyini, qeyd olunan torpaq sahəsinin hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsi və ya onun bir hissəsi olə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə sorğu göndərilmiş və adı çəkilən idarənin əməkdaşı mütəxəssis qismində məhkəməyə dəvət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin məhkəmə iclasında mütəxəssis qismində iştirak edən səlahiyyətli nümayəndəsi Qoşqar Axundov tərəfindən verilmiş mütəxəssis şərhi və 19.02.2021-ci il tarixli məlumat məktubu ilə müəyyən edilmişdir ki, X9 bələdiyyədən satın aldığı 0,01 hektar torpaq sahəsinə dair onun adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən döngə nöqtələrinin koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən, həmin torpaq sahəsinə dair 09.04.2008-ci il tarixdə hazırlanmış Torpaq sahəsinin planı və ölçüsü sənədinin (kadastr planı) koordinatlarına uyğun, WGS-84 koordinat sistemində zona üzrə UTM-39 proyeksiyasında aparılmışdır. 0,2099 hektar torpaq sahəsi isə Cavabdeh1 tərəfindən özəlləşdirmə yolu ilə satın alınmış tikiliyə aid və dövlət mülkiyyətində olan torpaq sahəsi olmuşdur. Cavabdeh1 0,2099 hektar torpaq sahəsini də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən qanunla müəyyən edilmiş qaydada satın almışdır. Həmin torpaq sahəsi 12.08.2013-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınaraq Cavabdeh1 adına hüquqmüəyyənedici sənədlər verilmişdir. Cavabdeh1 0,2099 hektar torpaq sahəsini 09.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmış, sonuncunun müraciəti əsasında onun adına 29.07.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Cavabdeh1 tərəfindən satın alınan 0,2099 hektar torpaq sahəsi elektron kadastr məlumat bazasında WGS-84 koordinat sistemində zona üzrə UTM-38 proyeksiyasında, X14 tərəfindən satın alınan 0,01 hektar torpaq sahəsi isə WGS-84 koordinat sistemində zona üzrə UTM-39 proyeksiyasında aparıldığından torpaq sahələrinin koordinatlarında olan uyğunsuzluqlar səbəbindən o zaman həmin torpaq sahələrinin elektron kadastr məlumat bazasında üstüstə düşməsi faktı aşkar edilməmişdir. X9 adına 2008-ci ildə dövlət reyestrində qeydiyyata alınmış 0,01 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mövcud kadastr məlumat bazasına müasir koordinat sisteminə uyğun daxil edilmədiyindən hazırda 0,01 hektar torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyildir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 apellyasiya şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, birinci instansiva məhkəməsi iddianın təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmamış, məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qətnaməni qanunsuz və əsassız hesab edirlər. Məhkəmə yalnız cavabdehlərin adlarına verilmiş hüquqmüəyyənedici sənədləri, cavabdehlərin izahatlarını və Oğuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minməmiş 22.07.2020-ci il tarixli, 2(054)-223/2020 saylı qətnaməsini əsas götürmüş, sübut kimi qəbul etmiş, heç bir obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.10.2020-ci il tarixli, 2(107)-l894/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və Cavabdeh4na qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iş üzrə 22 iyul 2020-ci il tarixli, 2(054)-223/2020 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-1844/2020 saylı iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəflərin iştirakı ilə Oğuz rayon Oğuz Bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli qərarı ilə X5 100 kv m torpaq sahəsinə yerində baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Oğuz şəhərində Ş.Qurbanov küçəsinin kənarında yerləşir. Mübahisəli ərazinin ətrafında Oğuz rayon XDS İcraiyyə Komitəsinin 15 dekabr 1980- cı il tarixli 23 saylı qərarına əsasən körpələr evinin tikintisi üçün ayrılan 0,4 ha torpaq sahəsində yerləşən və Dövlət AİK-nın 1998-ci il 17 yanvar tarixli 10/AK 1 saylı iclas protokolu ilə təsdiq edilmiş "Əmlakdan pay verilməsi barədə" aktda Cavabdeh1 verilmiş 600 kv m 7200 manat dəyərində yarımçıq tikilinin sərhədləri daxilindəki torpaq sahəsi ilə digər vətəndaşlara verilən torpaq sahəsi üst-üstə düşmür. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçı Cavabdeh1 verilən akta dair qərarın olmamasını, yerində baxış zamanı yarımçıq tikilinin aktda göstərilən ölçülərinin uyğun gəlməməsini və Oğuz Bələdiyyəsinin İ.Ş.Əmrahova torpaq sahəsi satması barədə 31 oktyabr 2007-ci il tarixli qərarının qanuni olmasını göstərmişdir. DT və XK Oğuz rayon Şöbəsinin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 09 fevral 2009-cu İl tarixli 158 saylı məktubda göstərmişdir ki, Oğuz Bələdiyyəsi tərəfindən vətəndaşlara verilən torpaq sahəsi əmlak payı kimi Cavabdeh1 verilən yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri daxilindəki torpaqla üst-üstə düşmür və yarımçıq tikiliyə giriş-çıxış yoluna maneçilik törətmir. Qanuni qüvvəyə minmiş məhkəmə aktından da göründüyü kimi Oğuz şəhəri, Ş.Qıırbanov küçəsində yerləşən, Cavabdeh1 AR ƏMDK tərəfindən satılmış 90 yerlik uşaq bağçasının tikintisi üçün Oğuz rayon XDS İcraiyyə Komitəsinin 15 dekabr 1980-cı il tarixli 23 saviı qərarına əsasən 0,4 ha torpaq sahəsi ayrılmış, Dövlət AİK-nın 1998-ci il 17 yanvar tarixli 10/AK 1 saylı iclas protokolu ilə təsdiq edilmiş "Əmlakdan pay verilməsi barədə"aktda Cavabdeh1 verilmiş 600 kv.m 7200 manat dəyərində yarımçıq tikilinin sərhədləri daxilindəki torpaq sahəsi ilə digər vətəndaşlara verilən torpaq sahəsi üst-üstə düşmür, bundan başqa Cavabdeh1 verilən akta dair qərarın olmaması, yerində baxış zamanı yarımçıq tikilinin aktda göstərilən ölçülərinin uyğun gəlməməsi və Oğuz Bələdiyyəsinin Ş.Əmrahova torpaq sahəsi satması barədə 31 oktyabr 2007-ci il tarixli qərarının qanuni olması göstərilmişdir. Bütün bu hallar qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş, öz təsdiqini tapmışdır. Göründüyü kimi yuxarıda qeyd edilmiş hallar Ali Məhkəmənin 09 iyul 2009- cu il tarixli, 2(102)-2095/09 saylı qərarı ilə müəyyən edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı isə preyudisial xarakter daşıyır. Lakin birinci instansiya məhkəməsi tərəfindən qanuni qüvvəsini almış məhkəmə aktı nəzərə alınmamış, bununla bağlı dəlillərinə münasibət bildirilməmişdir. DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəməyə 23.11.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, X7 adına 2008-ci ildə dövlət reyestrində qeydiyyata alınmış 0,01 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları DTXK tərəfindən mövcud kadastr məlumat bazasına miiasir koordinat sisteminə uyğun daxil edilmədiyindən 0,01 ha torpaq sahəsinin naturada yerini müəyyən etmək miimkiin olmamışdır. Məhkəmə idarənin sözügedən məktubu ilə kifayətlənmiş, heç bir araşdırma aparmamış, işin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədi ilə ekspertiza təyin etməmişdir. Hazırkı işdə məhkəmə yalnız DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin rəyinə əsaslanmaqla iddianı rədd etmiş, bununla da tərəflər arasındakı mübahisə həll edilməmiş, açıq qalmışdır. Həmin rəy mübahisənin həll edilməməsi üçün əsas ola bilməz. Bundan başqa Oğuz bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixli 10 saylı iclas qərarı ilə sahibkarlıq məqsədi ilə X10 0,01 ha torpaq sahəsi satılmış, bununla bağlı akt tərtib edilmiş, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.04.2008-ci il tarixli **********19 reyestr nömrəli çıxarış verilmiş, həmin tarixli AN 044813 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Həmin vaxtdan sözügedən torpaq sahəsinin naturada yeri müəyyən edilmiş, bu hal qanuni qüvvəsini almış məhkəmə aktında da öz təsdiqini tapmış, bu günədək də onlar həmin torpaq sahəsi üzərində qeyri-yaşayış binası tikmək üçün bünövrə qoymuş, sahiblik etmişlər. Bəs necə olur ki, 2009-cu ildə məhkəmə çəkişməsi ərəfəsində məhkəmə tərəfindən sözügedən torpaq sahəsinə yerində baxış keçirilmiş, 0,01 ha torpaq sahəsinin yeri naturada müəyyən edilmiş, bununla bağlı müvafiq qurumlar öz rəylərini vermiş, indi isə torpağın yerini naturada müəyyən etmək mümkün deyil. Bəs hardadır həmin torpaq sahəsi? Hüquqmüəyyənedici sənəd var, plan Ölçü sənədi var, onlar öz yerini, yəni həmin torpaq sahəsini tanıyırlar, lakin 9 saylı Qəbələ Ərazi idarəsi tərəfindən torpağın naturada yerinin müəyyən edilməsinin mümkün olmadığı bildirilir, məhkəmə isə buna göz yumur və bununla kifayətlənir. X11 məxsus torpaq sahəsinin planı və ölçüsü sənədi itdiyi üçün həmin sənədin bizə verilməsi məqsədi ilə tərəfimizdən DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilmişdir. İdarənin 04.09.2020-ci il tarixli məktubu ilə bizə bildirilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən zərurət yarandığı iiçiin inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, göstərdiyiniz torpaq sahəsi əvvəllər dövlət mülkiyyəti olmuş və daha sonradan özəlləşdirilərək başqa vətəndaşın xüsusi mülkiyyətinə verilmişdir. Bu səbəbdən torpaq sahəsi üzərində mübahisə mövcuddur. Bundan əlavə nəzərinizə çatdırmaq istəyirik ki, 09.04.2008-ci il tarixdə ləğv edilmiş DT və XK Oğuz Rayon Şöbəsi tərəfindən verilmiş və tərəfinizdən təqdim edilmiş "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən koordinatların kadastr məlumat bazasında qeydiyyatı ləğv edilmiş, DT və XK Oğuz rayon Şöbəsi tərəfindən aparılmamışdır. Sizin tərəfinizdən göstərilən torpaq sahəsinin koordinatları isə başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-iistə düşdüyündən və yuxarıda qeyd edildiyi kimi Sizə aid torpaq sahəsininin koordinatlarının kadastr məlumat bazasında qeydiyyatının aparılmaması səbəbindən "Torpaq sahəsinin planı və ölçüsü" niin verilməsindən imtina edilir. Göründüyü kimi idarə tərəfindən bir-birindən fərqli, ziddiyyətli və əsassız rəylər verilir, bununla da həm onları, həm də məhkəməni aldadırlar. Məhkəmə isə buna göz yumur (məktubu məhkəməyə təqdim etmişdir). Ona görə də, Oğuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(054)-15/2021 nömrəli qətnaməsini ləğv edərək, iş üzrə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı, həmçinin digər İddiaçı4 nümayəndəsi İddiaçı3 və iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 vəkili, eyni zamanda İddiaçı1 və İddiaçı3 nümayəndəsi X12 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(054)-15/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdiş İddiaçılar İddiaçı1, İddiaçı4 və İddiaçı2, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (nümayəndəsi), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi (nümayəndəsi) və Oğuz rayon Notariat Ofisi (nümayəndəsi) işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(054)-15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 384 və 394.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları işdə iştirak edən şəxslərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, 0,01 hektar torpaq sahəsinə dair mərhum X9 adına 11.04.2008-ci il tarixli **********19 nömrəli (qeydiyyat nömrəsi 1********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi, 18.06.2015-ci il tarixli AZ-İ 745500 nömrəli ölüm haqqında şəhadətnamə, Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 29.01.2013-cü il tarixli 2570 nömrəli və 10.05.2013- cü il tarixli 4307 nömrəli alqı-satqı müqavilələri, Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi, Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, Oğuz Rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli 2 (054) - 223 / 2020 nömrəli qətnaməsi ilə işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, Oğuz rayon Oğuz Bələdiyyəsinin 29.02.2008-ci il tarixli 02 saylı qərarına əsasən X1 məqsədi ilə satılmış 0,01 hektar torpaq sahəsinə dair sonuncunun adına 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Oğuz rayon XDS İcraiyyə Komitəsinin 15 dekabr 1980-ci il tarixli 23 nömrəli iclas qərarına əsasən 5 nömrəli Tütünçülük sovxozunun Oğuz (Vartaşen) şöbəsində tikiləcək 90 yerlik uşaq bağçası - körpələr evinin tikintisi üçün sovxozun torpaq fondundan ayrılan 0,4 hektar torpaq sahəsində yerləşən yarımçıq tikili və tikiliyə aid torpaq sahəsi Oğuz rayon “28 May” kolxozunun X19 Komissiyasının müvafiq qərarı əsasında əmlakdan pay haqqının verilməsi barədə aktla əmlak payı kimi Cavabdeh1 verilmişdir. Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış 29.01.2013-cü il tarixli 2570 nömrəli alqı-satqı müqaviləsinə əsasən hərracdan satış yolu ilə həmin uşaq bağçası körpələr evinin yarımçıq tikilisi, 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsinə əsasən isə yarımçıq tikiliyə aid 0,2099 hektar (2098,8 kv.metr) torpaq sahəsi Cavabdeh1 satılmışdır. Qeyd olunan müqavilələr əsasında həmin əmlaklara dair Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədləri tərtib edilmişdir. Cavabdeh1 xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsini notariat qaydasında təsdiq edilmiş 08.07.2019-cu il tarixli alqısatqı müqaviləsi əsasında Cavabdeh2 satmışdır. Hazırda 0,2099 hektar torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Cavabdeh2 İddiaçı3 və İddiaçı2 qarşı qeyri-qanuni inşa edilmiş qurğuların sökülməsi, torpaq sahəsinin qaytarılması tələbi barədə Oğuz Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə iddia tələbi təmin edilərək ünvan 1 ünvanında yerləşən, 29.07.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsinin 0,01 hektardan ibarət hissəsində İddiaçı3 və İddiaçı2 tərəfindən qeyri-qanuni inşa edilmiş qurğuların sökülməsi, həmin torpaq sahəsinin onlardan alınaraq Cavabdeh2 qaytarılması qət edilmişdir. Hazırda iddiaçılar mərhum X9 adına tərtib edilmiş 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,01 hektar torpaq sahəsinin Cavabdeh1 satıldığını və sonuncunun da həmin torpaq sahəsini Cavabdeh2 satdığını, bununla da onların mərhum X8 miras qalmış torpaq sahəsi üzərində vərəsəlik və mülkiyyət hüquqlarının pozulduğunu bildirməklə cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar öz iddia tələblərinin əsası kimi mərhum X9 adına tərtib edilmiş 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinə istinad edirlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi iddia tələbini qəbul etmirlər, 0,2099 hektar torpaq sahəsinə dair bağlanmış alqısatqı müqavilələrinin və verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin qanuni əsaslarla tərtib edildiyini, ona görə də iddiaçıların hazırki iddia tələbini əsassız hesab etdiklərini bildirərək hazırki iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Oğuz rayon Notariat Ofisinin nümayəndələri məhkəmə iclaslarına gəlmədiklərinə görə həmin tərəflərin iddia tələbinin mahiyyətinə münasibətini müəyyən etmək mümkün olmamışdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 0,01 hektar torpaq sahəsinə dair X9 adına tərtib edilmiş 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,01 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsinin yerləşdiyi ərazidə olması, həmin torpaq sahələrinin tam və ya qismən üst-üstə düşməsi faktı iş materialları və mütəxəssisin şərhi ilə təkzib edilmişdir. Hazırda Cavabdeh2 xüsusi mülkiyyətində olan 0,2099 hektar torpaq sahəsinin koordinatları isə onun adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. İddiaçılar mərhum X9 adına tərtib edilmiş 11.04.2008-ci il tarixli ********* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,01 hektar torpaq sahəsinin Cavabdeh1 satıldığını və sonuncunun da həmin torpaq sahəsini Cavabdeh2 satdığını, bununla da onların mərhum X8 miras qalmış torpaq sahəsi üzərində vərəsəlik və mülkiyyət hüquqlarının pozulduğunu iddia etsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Qeyd olunan xüsusatlar məhkəmə iclasında da təsdiq olunmamış, eyni zamanda, məhkəmə araşdırması zamanı mütəxəssis X11 verilmiş 0,01 hektar torpaq sahəsinin naturada yerini müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıların X11 verilmiş 0,01 hektar torpaq sahəsinin Cavabdeh1 satılan ərazidə yerləşdiyi və sonuncunun da həmin torpaq sahəsini Cavabdeh2 satdığı, bununla da onların mərhum X8 miras qalmış torpaq sahəsi üzərində vərəsəlik və mülkiyyət hüquqlarının pozulduğu barədə iddiaları sübut olunmamışdır. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, 0,2099 hektar torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsi, eyni zamanda, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilərək təsdiq olunmuşdur. İddiaçılar həmin müqavilələrin etibarsız hesab edilməsinin əsası kimi həmin müqavilələrin mərhum X11 verilmiş 0,01 hektar torpaq sahəsinin də daxil olduğu torpaq sahəsinə dair bağlandığını bildirirlər. Ancaq mərhum X11 verilmiş 0,01 hektar torpaq sahəsinin yerini naturada yerini müəyyən etmək mümkün olmadığından mübahisələndirilən müqavilələrin X11 verilmiş 0,01 hektar torpaq sahəsinə münasibətdə hazırki iş üzrə iddiaçıların mənafeyinə hər hansı şəkildə toxunduğu və onların hüquqlarına təsir göstərdiyi öz təsdiqini tapmamışdır. Qeyd olunan alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb ola biləcək digər hər hansı hal da məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Həmin əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbinin 0,2099 hektar torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanmış 10.05.2013-cü il tarixli 4307 nömrəli və cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 08.07.2019-cu il tarixli alqısatqı müqavilələrinin etibarsız hesab edilməsinə dair hissəsi təmin edilməməlidir. Cavabdehlər Cavabdeh1 və ya Cavabdeh2 adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin verilməsinə əsas olmuş sənədlərə münasibətdə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbinin 10.05.2013-cü il tarixli 4307 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş 12.08.2013-cü il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) və 08.07.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 29.07.2019-cu il tarixli **********57 nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin ləğv edilməsi tələbinə dair hissəsi də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddiaçıların məhkəməyə müraciət etmək üçün ödədikləri dövlət rüsumu məbləğin onların özlərinə aid edilməsini qanunauyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi hazırki qərarı qəbul etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçılar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(054)- 15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli 2(054)-15/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar