Məhkəmə qərarları › İş №2(107)-102/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-102/2020

07.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-102/2020 07.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və cavabdeh İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızının və X6 cavabdehlər Cavabdeh, İddiaçı2 və üçüncü şəxs Zaqatala rayon Dövlət Notariat Kontoruna qarşı bağışlanma müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-41/2018 nömrəli qətnaməsindən iş üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-41/2018 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) iddianın təmin edilməsi, ünvan 1ində yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin İsayeva Gülçöhrə Abdulla qızının əvəzinə İddiaçı2 tərəfindən Cavabdeh bağışlanması barədə notariat qaydada təsdiq olunmuş, 4Ə- 870 reyestr nömrəli xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, X3nun iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manatın özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızı və X7 Cavabdeh və üçüncü şəxs Zaqatala rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon X5 Gülçöhrə Abdulla qızının etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızı və X1 vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı2 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızı və X6 vəsatəti təmin edilərək İddiaçı2 cavabdeh kimi işə cəlb edilmişdir. Üçüncü şəxs Zaqatala rayon 2 saylı Dövlət Notariat Ofisinin nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instanisya məhkəməsinin iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, anaları İsayeva Gülçöhrə Abdulla qızı xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Mərhum analarının adına ünvan 1ində yerləşən həyətyanı torpaq sahəsi olmuşdur. Dəfn mərasimindən sonra onlara məlum olmuşdur ki, ataları analarının adına olan həyətyanı torpaq sahəsini bibiləri Cavabdeh adına bağışlama müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Həmin torpaq sahəsini ataları İddiaçı2 anaları İsayeva Gülçöhrə Abdulla qızının etibarnaməsi əsasında öz bacısı Cavabdeh bağışlamışdır. Bu barədə cavabdehlə aralarında söhbət olmuş, ancaq cavabdeh müxtəlif bəhanələr gətirərək, gah torpaq sahəsini aldığını, gah da qohumlar arasında ümumi razılıq əsasında torpaq sahəsini öz adına keçirdiyini bildirərək, torpaq sahəsini verməkdən imtina etmişdir. Ancaq bağışlama müqaviləsinin mövcudluğundan heç kəsin məlumatı olmamış, cavabdeh atalarının depressiv vəziyyətindən, analarının xəstə və anlaqsız vəziyyətindən istifadə etmişdir. Həmin müqavilənin bağlanmasından onların ancaq anaları vəfat edən zaman dəfn mərasimində məlumatları olmuşdur. Anaları İsayeva Gülçöhrə Abdulla qızı uzun müddət xəstə olmuş, özünü idarə edə bilməmişdir. Analarının üç övladı olduğu halda, özünə məxsus torpaq sahəsini baldızına öz iradəsinə əsasən bağışlaması inandırıcı deyildir. Onların fikrincə bibiləri Cavabdeh ataları digər cavabdeh İddiaçı2 depressiv vəziyyətindən istifadə edərək torpaq sahəsini öz adına keçirmişdir. Onlar anaları İsayeva Gülçöhrə Abdulla qızının qanun üzrə birinci növbədə vərəsələridir. Ona görə də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı iddiaçı Təhməzzadə Möminət Fərhad qızı İddiaçı1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş və iddialarının təmin olunmasını xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında X7 da İddiaçı1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə onların anaları, 1956-cı il tarixdə ünvan 1ində anadan olmuş, xx.xx.2017-ci il tarixdə ölmüş İsayeva Gülçöhrə Abdula qızı psixi qüsuruna görə 2015-ci il dən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, qardaşı İddiaçı2 arvadı olmuş mərhum İsayeva Gülçöhrə Abdulla qızı əri, yəni onun qardaşı İddiaçı2 xx xxxxxxx 2010-cu il tarixdə etibarnamə vermiş, qardaşı İddiaçı2 də həmin etibarnamə əsasında daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İsayeva Gülçöhrə Abdulla qızının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,05 hektar torpaq sahəsini xx xxxxxx 2017-ci il tarixdə ona hədiyyə etməklə bağışlamış və bağışlama müqaviləsi Zaqatala rayon 2 saylı dövlət notariat kontorunda təsdiq olunmuşdur. Lakin hazırda iddiaçılar əsassız olaraq həmin bağışlama müqaviləsinin etibarsızlığını tələb edir, halbuki, mərhum Gülçöhrə İsayeva sağlığında İddiaçı2 etibarnamə vermiş, sonuncuda həmin etibarnamə əsasında torpaq sahəsini ona bağışlamışdır. İddiaçıların müqavilənin etibarsız hesab edilməsini tələb etməkdə hüquqları yoxdur. Ona görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında cavabdeh İddiaçı2 Cavabdeh izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş və iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn cavabdeh İddiaçı2 аpellyаsiyа şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh İddiaçı2 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsi qeyd olunan qətnaməni qəbul edərkən, sübutlara düzgün hüquqi qiymət verməmiş, əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, İsayeva Gülçöhrə Abdulla qızının fəaliyyət qabiliyyəti olmaması ilə bağlı dəlilləri sassızdır. Çünki, İsayeva Gülçöhrə Abdulla qızı həmin dövrdə öz hərəkətlərini dərk etmək qabiliyyətində olub. Lakin, bütün bunlar Zaqatala Rayon Məhkəməsi tərəfindən dəqiq araşdırılmamış və nəticədə əsassız və ədalətsiz qətnamə qəbul olunmuşdur. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)- 41/2018 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı2 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Üçüncü şəxs Zaqatala rayon Dövlət Notariat Kontorunun nümayəndəsi, iddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızı, X7 və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası Məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-41/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızının və X6 cavabdehlər Cavabdeh, İddiaçı2 və üçüncü şəxs Zaqatala rayon Dövlət Notariat Kontoruna qarşı Zaqatala rayon X5 Gülçöhrə Abdulla qızının etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 4Ə-870 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli arayışdan görünür ki, İsayeva Gülçöhrə Abdulla qızı xx xxxxxx 2017- ci il tarixdə vəfat etmiş və bu barədə ölüm kitabının 54-cü səhifəsində qeydiyyat aparılmışdır. İşdə olan, xx xxxxxx 2017-ci il tarixli, 4Ə-870 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsayeva Gülçöhrə Abdulla qızının əvəzinə İddiaçı2 ilə Cavabdeh arasında daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən hədiyyə verən İsayeva Gülçöhrə Abdulla qızı ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini hədiyyə alan Cavabdeh mülkiyyətinə verir. Bağışlanan daşınmaz əmlak ƏMDK-nın yanında DƏDRX-nin Zaqatala şəhərə ərazi idarəsi tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə İsayeva Gülçöhrə Abdulla qızına verilmiş **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən hədiyyə verənə məxsusdur. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin X8 tərəfindən xx xxxxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1ində yerləşən 0,05 hektar torpaq sahəsi İsayeva Gülçöhrə Abdulla qızının tam mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində 117 nömrəli reyestr kitabının 47 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan ƏN-İ 193722 nömrəli xx xxxxxxx 2010-cu il tarixli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, İsayeva Gülçöhrə Abdulla qızı “onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o, cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi” İddiaçı2 20 il müddətinə etibar etmişdir. İşdə olan İİ-ЖГ 320919 nömrəli xx xxxxxxxx 1980-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 ilə İsayeva Gülçöhrə Abdulla qızı arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 nömrə ilə qeydə alınmışdır. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(033)- 1131/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızının və X6 anaları, 1956-cı il tarixdə ünvan 1ində anadan olmuş, xx.xx.2017-ci il tarixdə ölmüş İsayeva Gülçöhrə Abdula qızı psixi qüsuruna görə 2015-ci il dən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8, 324.1, 337.1, 337.2, 342.1, 403, 666.1 və 667-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə bütün əqdlər nəticə yaratmağa yönəlir, həmin nəticə isə ümumilikdə 3 yerə bölünür. - hüquq münasibəti əmələ gəlir; - hüquq münasibəti dəyişir; - hüquq münasibəti xitam olunur. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna 3 element daxildir: - münasibətin subyekti; - münasibətin obyekti; - münasibətin məzmunu. Həmin Məcəllənin 337.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsində göstərlir ki, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 342.1-ci maddəsinə əsasən psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinin tələblərinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Fəaliyyət qabiliyyəti olmayan şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müyyən edilmiş hesab edilmişdir ki, mərhum İsayeva Gülçöhrə Abdulla qızının əri, yəni Cavabdeh qardaşı İddiaçı2 xx xxxxxxx 2010-cu il tarixdə etibarnamə vermiş, İddiaçı2 də həmin etibarnamə əsasında daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İsayeva Gülçöhrə Abdulla qızının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,05 hektar torpaq sahəsini xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh hədiyyə etməklə bağışlamış və bağışlama müqaviləsi Zaqatala rayon 2 saylı dövlət Notariat Kontorunda təsdiq olunmuşdur. İddiaçılar anaları İsayeva Gülçöhrə Abdulla qızının qanun üzrə birinci növbədə vərəsələri olduğundan və bağışlama müqaviləsi bağlanan zaman analarının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunduğundan həmin bağışlama müqaviləsinin etibarsızlığını tələb edirlər. Cavabdehlər isə iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Mübahisəli torpaq sahəsi İsayeva Gülçöhrə Abdulla qızının mülkiyyətində olmuş, xx xxxxxxx 2010-cu il tarixdə o, İddiaçı2 etibarnamə vermiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən İsayeva Gülçöhrə Abdula qızı psixi qüsuruna görə 2015-ci il dən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bundan sonra xx xxxxxx 2017-ci il tarixdə İsayeva Gülçöhrə Abdulla qızının əvəzinə İddiaçı2 ilə Cavabdeh arasında notariat kontorunda daşınmaz əmlakın bağışlanma müqaviləsi bağlanmışdır. İsayeva Gülçöhrə Abdulla qızı isə xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin əvəzinə İddiaçı2, İsayeva Gülçöhrə Abdula qızının mülkiyyətində olan torpaq sahəsini bacısı Cavabdeh bağışlamaqla müqavilə bağlamışdır. Nəticə etibarı ilə İsayeva Gülçöhrə Abdulla qızı mülkiyyət hüququndan məhrum olmuşdur. Birinci instansiya məhkəməsihesab etmişdir ki, bu mənada Mülki Məcəllənin birbaşa göstərişlərini pozmaqla bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə müvafiq olaraq etibarsızdır. Göründüyü kimi, iddiaçılar bağışlama müqaviləsinin tərəfi deyil. Ümumi qaydaya görə müqaviləni mübahisələndirmək hüququ müqavilə tərəflərinə aid olan hüquqdur. Mülki Məcəllənin 337.2-ci maddəsinin 2-ci cümləsində qeyd olunmuşdur: “Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir”. Bu maddədə “müqavilənin digər tərəfinə” ifadəsinin işlədilməsi ona işarə edir ki, müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəflərinə aiddir. Belə ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilənin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini məyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tərəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin 3 hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də, müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir. Lakin nəzərə alınmalıdır ki, 337.2-ci maddənin 2-ci cümləsində müqavilə tərəfi olmayan şəxslərə müqaviləni mübahisələndirmək qadağan olunmayıb. Müqavilə əqdir, bəzi hallarda əqdin tərəfi olmayan şəxslərin də əqdi mübahisələndirmək hüququ tanınmalıdır. Əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququ o halda tanına bilər ki, əqd onun hüququna, vəzifəsinə və ya qanuni mənafeyinə toxunmuş olsun. Toxunma müxtəlif formalarda ola bilər: a) hüququn və ya qanuni mənafenin pozulması üçün şərait yarada bilər; b) hüququ və ya qanuni mənafeni mübahisəli edə bilər; c) vəzifənin icrasını çətinləşdirə bilər və s. Toxunmanın olub-olmadığı müəyyən edilərkən əqdin yaratdığı nəticə əsas götürülür. Əmələ gələn, dəyişən və ya xitam olunan hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən hər hansı birinin şəxsə aidiyyəti yoxdursa, həmin şəxs əqdi mübahisələndirmək hüququna malik olmur. Əks yanaşma ona səbəb ola bilər ki, ölkədə istənilən şəxs istənilən əqdi mübahisələndirə bilər. Beləliklə, əqdin tərəfi olmayan şəxsin əqdi mübahisələndirmək hüququnun olduğunu müəyyən edən meyar əqdin əmələ gətirdiyi, dəyişdiyi və ya xitam etdiyi hüquq münasibətinin strukturuna daxil olan 3 elementdən heç olmasa birinin həmin şəxsə aid olmasıdır. Hazırkı işdə mübahisələndirilən müqavilə hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq hədiyyə verənlə hədiyyə alanın arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən ikincisinin iddiaçılara aidiyyəti vardır. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, düzdür, iddiaçı öhdəlik münasibətinin subyekti (hədiyyə verən və ya hədiyyə alan) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (torpaq sahəsinə) aid olan gözlənilən vərəsəlik hüququ vardır. 4 Üçüncüsü, buda düzdür ki, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (hədiyyə alanın hədiyyəni qəbul etmək hüququ) və hüquqi vəzifə (hədiyyə verənin hədiyyəni vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Birinci instansiya məhkəməsinəzərə almışdır ki, iş materiallarında iddiaçı tərəfin miras əmlakı hüquqi və ya faktiki olaraq qəbul etmələrini təsdiq edən sübutların olmaması iddianın təmin olunmasına mane ola bilməz. Çünki, bağışlama müqaviləsi bağlandığından iddiaçılar hüquqi baxımdan miras əmlakı qəbul etmək imkanından məhrum olmuşlar. Bu cür bağışlama isə mülki qanunvericiliyin yuxarıda istinad olunan normalarının imperativ göstərişlərinə görə etibarsızdır. Digər tərəfdən əgər iddiaçılar tərəfindən mirasın qəbulu müddəti ötürülmüş hesab olunsa belə, onların həmin müddətin bərpasına nail olmaqla bağlı hüquqi imkanları mövcuddur. Birinci instansiya məhkəməsiyuxarıda qeyd edilənlərə istinad edərək hesab etmişdir ki, işin faktiki halları və qanunvericiliyin yuxarıda qeyd olunan normaları nəzərə alınaraq ünvan 1ində yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin İsayeva Gülçöhrə Abdulla qızının əvəzinə İddiaçı2 tərəfindən Cavabdeh bağışlanması barədə notariat qaydada təsdiq olunmuş, 4Ə-870 reyestr nömrəli xx xxxxxx 2017-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməli və bu əsasla da iddia tələbi təmin edilməlidir. Birinci instansiya məhkəməsiqeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab etmişdir ki, cavabdehlərdə iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etməmişdir. X3 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, mərhum İsayeva Gülçöhrə Abdulla qızının əri, yəni Cavabdeh qardaşı İddiaçı2 xx xxxxxxx 2010-cu il tarixdə etibarnamə vermiş, İddiaçı2 də həmin etibarnamə əsasında daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İsayeva Gülçöhrə Abdulla qızının mülkiyyətində olan ünvan 1ində yerləşən 0,05 hektar torpaq sahəsini xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh hədiyyə etməklə bağışlamış və bağışlama müqaviləsi Zaqatala rayon 2 saylı dövlət Notariat Kontorunda təsdiq olunmuşdur. İddiaçılar anaları İsayeva Gülçöhrə Abdulla qızının qanun üzrə birinci növbədə vərəsələri olduğundan və bağışlama müqaviləsi bağlanan zaman analarının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunduğundan həmin bağışlama müqaviləsinin etibarsızlığını tələb etmişlər. Birinci instansiya məhkəməsi Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(033)-1131/2018 nömrəli qətnaməsini əsas götürərək iddiaçıların iddia tələbini təmin etmişdir. Həmin halla bağlı məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala Rayon Məhkəməsinin (hakim Arif İsmayılov) xx xxxxxx 2018-ci il tarixli 2(033)- 1131/2018 nömrəli qətnaməsi ilə ərizəçilər İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızı, X6 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dаir ərizəsi təmin edilərək, ərizəçilər İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızının və X6 anaları, 1956-cı il tarixdə ünvan 1ində anadan olmuş, xx.xx.2017-ci il tarixdə ölmüş İsayeva Gülçöhrə Abdulla qızının psixi qüsuruna görə 2015-ci ildən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, ərizəçi X6 ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsiqət edilmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxs İddiaçı2 apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(107)-2670/2019 nömrəli qətnaməsi ilə maraqlı şəxs İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(033)-1131/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq ərizəçilər İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızı, X6 maraqlı şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayə Orqanına qarşı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan ərizəçilər İddiaçı1 və Təhməzzadə Möminət Fərhad qızı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-1067/2020 nömrəli qərarına əsasən ərizəçilər İddiaçı1 və Təhməzzadə Möminət Fərhad qızının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddianı təmin edərkən əsas götürdüyü Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(033)-1131/2018 nömrəli qətnaməsi ləğv edilmişdir. İddiaçılar tərəfindən iddia tələbinin qanuni əsasını təsdiq edəcək hər-hansısa digər bir sübut məhkəməyə təqdim edilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla apelyasiya şikayətinin təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdəiştirakedənşəxslərinişüçünəhəmiyyətliolanvəonlaraməlumolanfaktlarbarədəizahatlarıiş üzrətoplanmışdigərsübutlarlayanaşıyoxlanılmalıvəqiymətləndirilməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Göründüyü kimi həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçıların üzərinə düşdüyündən, iddiaçılar da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduqları halda bunu edə bilmədiklərindən, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-41/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və həmin qətnamə ilə iddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızının və X6 cavabdehlər Cavabdeh, İddiaçı2 və üçüncü şəxs Zaqatala rayon Dövlət Notariat Kontoruna qarşı Zaqatala rayon X5 Gülçöhrə Abdulla qızının etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 4Ə-870 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-41/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, Təhməzzadə Möminət Fərhad qızının və X6 cavabdehlər Cavabdeh, İddiaçı2 və üçüncü şəxs Zaqatala rayon Dövlət Notariat Kontoruna qarşı Zaqatala rayon X5 Gülçöhrə Abdulla qızının etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 4Ə-870 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar