Məhkəmə qərarları › İş №2(107)-1021/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1021/2025

28.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1021/2025 28.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı (açar sözlər: Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X2 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, 2(024)- 292/2025 saylı qətnаməsindən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan məişət istehlakçılarında sayğacın dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2023-cü il tarixli 914000 nömrəli protokoldan görünür ki, **********00172 kdlu abunə İddiaçı yaşayış sahəsinə quraşdırılmış 22241539 N-li, M-600 tipli, 100 Amper, 230 Voltluq, göstəricisi 000936 olan sayğac çıxarılaraq əvəzinə **********87 №-li, MP106, 5-80 Apelr, 220 Voltluq, 00000,0 göstəricili sayğac quraşdırılmışdır.

2. İş materiallarında olan 359680 №-li Akt-dan görünür ki, istehlakçıya məxsus fərdi yaşayış evində EEİQnın riayət olunması vəziyyətini müəyyən etmək üçün uçot dəstinə baxış keçirilən zaman aşağıdakılar aşkar edildi. - Abonent sayğacdan kənar xətdən istifadə edir. Xətdən çıxan yük J=14.28 (A), P=3.1 20 Hs. - Tələb: sayğac smart tipli sayğacla əvəz olunsun. Kənar xətt ləğv edildi. - 16 yanvar 2025-ci il tarixli İcra Vərəqindən görünür ki, baxış keçrilən zaman müəyyən olunmuşdur ki. abonent sayğacdan kənar xətdən istifadə edir. Ziyanın hesablama qaydası: Witr=14.28 A x 0.22KV x 24s x 0.7 x 90 gün=4750 kvt s Dəyər: 600 kvts x 0.08 manat=48 manat 300 kvt s 0.09 manat=27 manat 3850 kvt s x 0.13 manat=500.50 manat Cəmi məbləğ 575.50 manat.

3. İş materiallarında olan "xxxx" ASC-nin məhkəməyə göndərdiyi ərizədən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli, R359680 saylı akt və aktı təsdiq edən sübutlar tərəfindən “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun 19.16 maddəsinin tələbinə uyğun olaraq X1 Agentliyinə göndərilmişdir. Tərtib edilmiş akt agentlik tərəfindən əsaslı sayılaraq İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinin tələbinə əsasən MN ******* saylı qərarla 100 manat dəyərində cərimə edilmişdir.

4. İş materiallarında olan 01 aprel 2025-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında Qərardan görünür ki, İddiaçı Bahadır qızı Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə tətbiq edilmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “qanunsuz hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən ona məxsus olan **********00127 saylı elektrik sayğacına qanunsuz hesablanmış 567.49 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, məcburi köçkündür və hazırda Qax rayonu, Əmbərçay kəndi ərazisində Kilsəburun adlı ərazidə məskunlaşmışdır. 07 yanvar 2025-ci il tarixdə 19:40-radələrində saat radələrində həyətdə “VAZ 2106” markalı avtomobil olduğunu görmüş və çölə çıxdığı zaman onlar maşını möhkəm sürüb getmişər. Bu hadisə barədə oğlu Nümayəndə1 DİN-in 102 qaynat xətt xidmətinə müraciət etmişdir. Həmin vaxdan sonra Polis əməkdaşları gəlmiş və onun ərizəsini almışlar. Sabahısı gün isə Dilqəmə Polis şöbəsinə gəlməyi bildirmişlər. Dilqəm sabahısı gün Qax rayon Polis şöbəsinə getmiş və orada ona məlum olmuşdur ki, həmin maşın Azərişıq EŞnin Qax rayon şöbəsinin əməkdaşlarıdır. Araşdırma zamanı məlum olmuşdur ki, Qax EŞ-nin əməkdaşları gecə vaxtı elektrik xətlərinə baxış keçirmiş və ona məxsus olan **********00127 abonent kodlu elektrik sayğacının xətdən ayrıldığı və başqa 0.4 kv-luq qeyri qanuni xətt çəkildiyini aşkar etdikləri barədə 359680 nömrəli akt tərtib etmiş və xx.xx.2025-ci il tarixdə 914000 nömrəli protokolla ona məxsus olan sayğacı Smart tipli sayğacla əvəz etmişlər. Bundan sonra ona 567.49 manat borc hesablanmışdır. Barəsində heç bir inzibati xəta haqqında cərimə tərtib edilməmişdir. Hesab edir ki, borc qanunsuzdur. Qax EŞ-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən mülkiyyət hüququnu kobud şəkildə pozaraq həyətə daxil olmuş və akt tərtib edilmişdir. Həmin akta isə EŞ-nin əməkdaşları özləri imza etmişlər. Ona isə xəbər verilməmişdir. Əyər EŞ-nin əməkdaşları əlavə xətt çəkildiyini aşkar etmişdirlərsə, onu çağırıb bu barədə xəbərdar etməli və əlavə hal şahidləri dəvət etməli və akt tərtib edilib onun da iştirakı yazılmalı idi. Hazırda ona məxsus olan smart kartda 567.49 manat borc görünür. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Qax rayonu, Əmbərçay kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00127 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixində "xxxx" ASC-nin əməkdaşları N.Şamilzadə, R.Məmmədov, N.Məmmədov və P.Orucov tərəfindən Qax rayonu Əmbərçay kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin kənar xətt vasitəsilə bir başa şəbəkəyə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2025-ci il tarixli, R359680 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən 13.01,2025-ci il tarixində Qax EŞ-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə yeni PAUD-MP106 tipli elektrik sayğacı ilə quraşdırılaraq möhürlənmiş, bununla bağlı 914000 saylı protokol tərtib olunmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixli, R359680 saylı akta əsasən "xxxx" ASC-nin Şimal- Qərb RETSl-in Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt.s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (deyəri 27.00 manat) və 0.13 manatla 3850 kvt.s (dəyəri 500.50 manat) toplamda 575.50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə açıq aşkar öz əksini tapır. “EEİQ”nin 8.17-1. istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarım bəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuiedicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər stehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ”-nin 8.17-2. istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır, istehlakçı aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11-ci bəndinin tələbinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Qax rayonu, Əmbərçay kəndində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2025-ci il tarixlı R359680 saylı akt “EEİQ”-nin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödənilməlidir. Məhkəmədən İddiaçı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, "xxxx" ASC-nin əməkdaşları onun həyətinə qeyri-qanuni əsassız daxil olmuşlar. Onun etirazı budur. Ona heç bir xəbərdarlıq etmədən öz aralarında akt bağlamış, onların xəbəri olmuş, heç imzası olmamışdır. İddiaçının cərimə olmasınıdan isə sonrada xəbərləri olmuşdur. Məktub gəldikdən sorna iddiaçının cərimə olunduğunu öyrənmişlər. Onların sonradan xəbəri olmuşdur. Onlara məktub gəldikdən sonra bilmişlər. O müraciət etdikdə bildirmişlər ki, onların qeydiyyatı, mülkiyyəti təsdiq edən sənədi, evi yoxdur. Onlar istədikləri vaxtı oraya girib-çıxa bilərlər. Satışın müdiri və fəhlə də həmin sözü ona qarşı işlətmişlər. Azərişığın nümayəndəsi gəlsin, işıq dirəyi həyətin içərisindədir, sayğacı çıxartsın kənarda quraşdırsın. Nə üçün gecənin bu saatında həyətə öz başına daxil olurlar? Onun da ünvanına təhqiredici ifadələr işlədirlər. Bir də ölçdükləri cihazın nömrəsini akta qeyd etməmişlər. Bildiyi qədər cihaz bir dəfə ekspertizadan keçir. Ekspertizadan keçməsi barədə də orada heç bir şey yazılmamışdır. Xahiş edir ki, ona köməklik göstərilsin. Aprel ayının 14-15-i onlar cərimədən məlumatlı olmuşlar. İddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinə etiraz ərizəsi göndərərək iddianın tamamilə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qax Rayon məhkəməsinin (hakim Mirheydər Zeynalov) 08 may 2025-ci il tаrixli, 2(024)-292/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəməkdən azad olunduğu 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsinə aid edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən borc yazılması əsaslı olmuşdur. İlk növbədə ona görə ki, iddiaçının nümayəndəsinin izahatından da bəlli olur ki, sayğac iddiaçının yaşayış sahəsinin həyətində işıq dirəyinə quraşdırılmışdır. Elektrik sayğacı açıq ərazidə deyil, iddiaçının həyətində yerləşir və quraşdırılmış hesablaşma elektrik sayğacının işlək vəziyyətdə olmasına iddiaçı özü cavabdehlik daşıyır. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə, 17-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1,4.1, 7.18, 7.19, 8.2, 8.4, 8.16, 8.17,8.17-1, 8.17-2, 10.18.9-2 bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2, 76.3, 77.1, 85.2, 88, 106.1-106.4, 119.1, 119.2, 124.2, 217.2- 217.4, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, məhkəmə iş üzrə ekspertizası təyin etməmiş və cavabdeh tərəfin şifahi şəkildə bildirdiyi dəlillərə əsaslanmışdır. O, iddiada qeyd etmişdir ki, nəqədər enerji istifadə edildiyi ölçülən cihazın ekspertizadan keçirilməsi tələb etmişdir. Çünki həmin cihaz hər il ekspertizadan keçirilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin olunması, Qax Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, 2(024)- 292/2025 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və Qax Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, 2(024)-292/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

23. Maddə 15.2. Fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur.

24. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”

30. Bənd 1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (...) -abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; (...) -məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı; (...)

31. Bənd 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

32. Bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.

33. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

34. Bənd 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

35. Bənd 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

36. Bənd 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 37 Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.

38. Bənd 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

49. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, yerində baxış keçirib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, 2(024)-292/2025 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

53. Müəyyən edilmişdir ki, iddiaçının Qax rayonu, Əmbərçay kəndində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00127 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən Qax rayonu, Əmbərçay kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı İddiaçı yaşayış sahəsində kənar xətt vasitəsilə bir başa şəbəkəyə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbinə uyğun olaraq xx.xx.2025-ci il tarixli, R359680 saylı akt tərtib olunmuş və imzalanmışdır. Tərtib olunmuş akta əsasən xx.xx.2025-ci il tarixində Qax EŞ-in əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə yeni PAUD-MP106 tipli elektrik sayğacı quraşdırılaraq möhürlənmiş, bununla bağlı 914000 saylı protokol tərtib olunmuşdur. Tərtib edilmiş 07 yanvar 2025-ci il tarixli, R359680 saylı akt və aktı təsdiq edən sübutlar X1 Agentliyinə göndərilmişdir. Tərtib edilmiş akt agentlik tərəfindən əsaslı sayılaraq İddiaçı 01 aprel 2025ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında Qərara əsasən, Azərbaycan Respublikasının İXM-in 282.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəsini almış, iddiaçı həmin cərimə məbləğini ödəmişdir.

54. Eyni zamanda xx.xx.2025-ci il tarixli, R359680 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qərb RETSlnin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 90 gün üçün 0.08 manatla 600 kvt.s (dəyəri 48.00 manat), 0.09 manatla 300 kvt.s (deyəri 27.00 manat) və 0.13 manatla 3850 kvt.s (dəyəri 500.50 manat), ümumilikdə 575.50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə mahiyyəti üzrə baxan Qax Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

55. Birinci instnasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya cavabdeh təşkilat tərəfindən borc yazılması əsaslı olmuşdur. İlk növbədə ona görə ki, iddiaçının nümayəndəsinin izahatından da bəlli olur ki, sayğac iddiaçının yaşayış sahəsinin həyətində işıq dirəyinə quraşdırılmışdır. Elektrik sayğacı açıq ərazidə deyil, iddiaçının həyətində yerləşir və quraşdırılmış hesablaşma elektrik sayğacının işlək vəziyyətdə olmasına iddiaçı özü cavabdehlik daşıyır.

56. Bundan başqa iddiaçıya cavabdeh təşkilat tərəfindən cərimə yazılması əsaslı olmuşdur. Belə ki, onun tərəfindən sayğacdan əlavə kənar xətt çəkilmişdir. Bu hal cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim edilmiş “CD” diskə köçürülmüş videogörüntü ilə də təsdiqini tapmışdır. Aşkar olunan hala görə cavabdeh təşkilatın əməkdaşları tərəfindən müvafiq qərara uyğun olaraq akt tərtib edilmişdir. Həmçinin baş vermiş pozuntu texniki vasitələrlə qeydə alınmışdır.

57. İddiaçı tərəfindən qanunsuz qoşulma halları aşkar edildiyindən aidiyyatı qurum bu barədə akt tərtib etmiş və həmin aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmişdir. İddiaçının elektrik enerjisinin talanmasında təqsirli olması X1 Agentliyinin müvafiq qərarı ilə müəyyən edildiyindən vurulmuş zərərin ödənilməsi iddiaçıdan tələb edilməlidir.

58. İddiaçının etibarnamə ezrə nümayəndəsi yuxarıda qeyd olunan halları təkzib edən sübutları işə baxan məhkəmələrə təqdim edə bilməmişdir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

60. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

61. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

64. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qax Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, 2(024)-292/2025 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Qətnamənin mübahisələndirilən hissəsi beş min manatdan az təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. (§ 49) Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin 08 may 2025-ci il tаrixli, 2(024)-292/2025 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar