Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1025/2023 24.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X11 qızının katibliyi, Birinci mülki iş üzrə İddiaçı2(eyni zamanda digər İddiaçı6 nümayəndəsi), iddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil, ikinci mülki iş üzrə iddiaçılar Cavabdeh və X4 iştirakı ilə, Birinci mülki iş üzrə iddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5 Şabud qızının və İddiaçı6 Şabud qızının Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair iddiaya, ikinci mülki iş üzrə iddiaçılar X4 və Cavabdehlər X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, X9, İddiaçı5 və İddiaçı6 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Ucar Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tаrixli qətnaməsindən birinci mülki iş üzrə iddiaçılar tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə və ikinci mülki iş üzrə iddiaçılar tərəfindən birlikdə verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Birinci mülki iş üzrə iddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, X9, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili vərəsə kimi qəbul etməklərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İkinci mülki iş üzrə iddiaçılar X7 və Cavabdehlər X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, X9, İddiaçı5 və İddiaçı6 qarşı “miras əmlakın qəbul edilməsinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili vərəsə kimi qəbul etməklərinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ucar Rayon Məhkəməsinin 2(063)-50/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərardadı ilə birinci və ikinci mülki işin birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır. Ucar Rayon Məhkəməsinin 2(063)-50/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi ilə hər iki mülki iş üzrə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Birinci mülki iş üzrə iddiaçılar birlikdə və ikinci mülki iş üzrə iddiaçılar birlikdə apellyasiya şikayəti verərək Ucar Rayon Məhkəməsinin 2(063)-50/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən birinci mülki iş üzrə İddiaçı2(eyni zamanda digər İddiaçı6 nümayəndəsi), iddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5 nümayəndəsi və vəkili Vəkil, ikinci mülki iş üzrə iddiaçılar Cavabdeh və X7 aralarındakı mübahisəni barışıqla həll etdiklərini bildirərək barışıq sazişini məhkəməyə təqdim etmiş və onu təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra - MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətləri qismən təmin edilməli, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi isə təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Birinci mülki iş üzrə iddiaçılar X1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X5, İddiaçı5 və İddiaçı6 və ikinci mülki iş üzrə iddiaçılar X7 və Cavabdeh verdikləri apellyasiya şikayətləri qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin 2(063)-50/2023 saylı, 09 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Birinci mülki iş üzrə iddiaçılar X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, X10, İddiaçı5 və İddiaçı6 Şabud qızı və ikinci mülki iş üzrə iddiaçılar X7 və Cavabdeh arasında aşağıdakı şərtlərə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. Birinci tərəflər- X3, İddiaçı2, İddiaçı3, İddiaçı4, X10, İddiaçı5 və İddiaçı6 mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildəki miras paylarından imtina edirlər, birinci tərəf İddiaçı2 sözügedən mənzildən qeydiyyatdan çıxır. Eyni zamanda birinci tərəflər gələcəkdə miras əmlakla bağlı hər hansı iddialarının olmayacağını öz öhdələrinə götürürlər. Bunun əvəzində ikinci tərəflər- X7 və Cavabdeh 10.000(on min) manat məbləğində pulu 1 il ərzində(barışıq sazişinin bağlandığı gündən) birinci tərəflərə ödəməyi öhdələrinə götürürlər. Birinci tərəflər 1 ilin tamamında 10.000(on min) manat məbləğin ödəniləcəyi halda mənzilin ikinci tərəflərin adına keçirlməsi ilə bağlı notarial qaydada yazılı razılıq ərizəsini təqdim etməyi və sonraki 10(on) gün ərzində öz razılığı ilə həmin mənzildən qeydiyyatdan çıxmağı öz öhdəsinə götürürlər.
2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tətəf ona ödəməlidir.
Qərardaddan rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.