Məhkəmə qərarları › İş №2(107)-1028/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1028/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1028/2025 09.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X1 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(025)- 1045/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh 01 iyul 2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi, "xxxx" MMC-ə məxsus **-JA-*** dövlət qeydiyyat nişanlı “Volvo” FMX“ markalı nəqliyyat vasitəsini idarə edərkən Füzuli şəhəri ərazisinə çatmamış yolda **-PR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L 200” minik markalı avtomobillə toqquşmuşdur. Həmin hadisə nəticəsində **- PR-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L 200” minik markalı avtomobilə vurulmuş zərərin əvəzi 17.700 (on yeddi min yeddi yüz) manat həcmində qiymətləndirilməklə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmişdir. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti subroqasiya hüququ əsasında həmin pul məbləğinin 6977.30 manat hissəsini Cavabdeh tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 6977,30 AZN (altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) ödənişin, iddianın qaldırılması üçün ödənilmiş 89,78 AZN (səksən doqquz manat yetmiş səkkiz qəpik) dövlət rüsumunun və 0,72 (yetmiş iki qəpik) xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********2 nömrəli sığorta şəhadətnaməsindən çıxarışdan və 125790 saylı sığorta aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 4300 AZN, sığorta dəyəri 42000 AZN olaraq müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş iş kartına əsasən, hadisə nəticəsində zərərçəkən sığortalı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31056,68 AZN (otuz bir min əlli altı manat altmış səkkiz qəpik) zərər dəymişdir. Beləliklə, sığortalanmış nəqliyyat vasitəsi tam məhv olmuşdur. Qeyd olunan normanın məzmunundan da aydın olur ki, avtomobilin 75%-dən çox hissəsinin məhv olması həmin nəqliyyat vasitəsini əvvəlki vəziyyətinə bərpa etməyi mümkünsüz edir. Buna görə də nəqliyyat vasitəsindən qalan qalıqların qiyməti, azadolma məbləği avtomobilin dəyərindən çıxılmaqla, qalan məbləğdə sığorta ödənişi zərərçəkənə ödənilir. Hazırki iş üzrə sığorta dəyəri 42000 AZN-dən azadolma məbləği 4300 AZN və 20000 AZN qalıq dəyəri çıxılmaqla qalan sığorta ödənişi məbləği 17700 AZN olmuşdur. İş materiallarında olan “Tam zərər halında avtomobilin qalıq hissələrinin qiymətləndirilməsi” protokolundan görünür ki, avtomobildən qalan qalıqlar ən yüksək qiyməti təklif edən şəxsə 20000 AZN olmaqla satılmışdır. Zərərçəkən sığortalı “X8 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin ərizəsindən görünür ki, sonuncu dəymiş zərər məbləği ilə razılaşmış və köçürülməsi üçün bank hesabının rekvizitlərin təqdim etmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 13828 saylı ödəniş tapşırığından görünür ki, sığortalanmış “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 17700 AZN (on yeddi min yeddi yüz manat) sığorta ödənişini rəsmi servis “X8 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin bank hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli bilindiyi üçün, Cavabdeh qarşı, dəymiş zərər məbləğinin (42000 sığorta dəyəri- 20000 qalıq dəyər=22000 AZN zərər) yarısı həcmində, yəni 11000 AZN (on bir min manat) məbləğ həddində Subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh və X6 hər ikisi İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4022,73 AZN (dörd min iyirmi iki manat yetmiş üç qəpik) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Geri qalan 6977,30 AZN ( altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya göndərilmiş, əlaqə yaradılmağa çalışılsa da, bu mümkün olmamışdır. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 6977.30 AZN ( altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, yol-nəqliiyat hadisəsi baş verən zaman "xxxx" MMC-də sürücü vəzifəsində işləmişdir. Tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə "xxxx" MMC-nin mülkiyyətində olmuş və avtomobili etibarnamə ilə idarə etmişdir. Bu səbəbdən hesab edir ki, həmin məbləğ "xxxx" MMC-dən tutulmalıdır. Çünki onun həmin məbləği ödəməyə imkanı yoxdyr. Həmçinin hadisə nəticəsində “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tam sıradan çıxması barədə dedikləri düzgün deyildir. Məhkəməyə təqdim etdiyi sənədlərlə də görünür ki, “Mitsubishi L200” markalı avtomobil o qədər ciddi zərər görməmişdir. Göstərilənləri nəzərə alıb, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞda xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Hadisə nəticəsində zərərçəkən sığortalı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31056,68 AZN (otuz bir min əlli altı manat altmış səkkiz qəpik) zərər dəymişdir. Beləliklə, sığortalanmış nəqliyyat vasitəsi tam məhv olmuşdur. Sığorta dəyəri 42000 AZN-dən azadolma məbləği 4300 AZN və 20000 AZN qalıq dəyəri çıxılmaqla qalan sığorta ödənişi məbləği 17700 AZN olmuşdur. “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobildən qalan qalıqlar ən yüksək qiyməti təklif edən şəxsə 20000 AZN olmaqla satılmışdır. İddiaçı Sığorta tərəfindən sığortalanmış “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 17700 AZN (on yeddi min yeddi yüz manat) sığorta ödənişini rəsmi servis “X8 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin bank hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli bilindiyi üçün, Cavabdeh qarşı, dəymiş zərər məbləğinin (42000 sığorta dəyəri- 20000 qalıq dəyər=22000 AZN zərər) yarısı həcmində, yəni 11000 AZN (on bir min manat) məbləğ həddində Subroqasiya hüquqları yaranmışdır. Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4022,73 AZN (dörd min iyirmi iki manat yetmiş üç qəpik) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı Sığorta Şirkəti ASC geri qalan 6977,30 AZN (altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) məbləğ Cavabdeh tərəfindən onlara geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmiş və hadisə baş verən vaxt "xxxx" LTD MMC-də sürücü işlədiyini, həmin məbləğin "xxxx" LTD MMCdən tutulmalı olmasını bildirir.

5. Məhkəmə qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan avtomobilin sürücüsü Cavabdeh xx.xx.2021-ci il tarixdən "xxxx" LTD MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixdə öz ərizəsinə əsasən "xxxx" LTD MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının cavabdehdən tələb etdiyi maddi ziyanla bağlı yol-nəqliyyat hadisəsi isə 01 iyul 2023-cü il tarixdə baş vermişdir. Göründüyü kimi yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh "xxxx" LTD MMC ilə əmək münasibətlərində olmuşdur.

6. Hazırki işdən isə görünür ki, Qəribov X2 LTD” MMC-də sürücüsü vəzifəsində işləmiş və vururulmuş zərər işəgötürənin fəaliyyəti nəticəsində yaranmışdır. Həmçinin baş vermiş hadisə ilə görülən iş arasında funksional bağlılığ mövcuddur. Bu səbəblərdən məhkəmə hesab etmişdir ki, subqoyasiya qaydasında pul işçidən deyil, işəgötürəndən tutulmalıdır.

7. Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli e-2(025)-1045/2025 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin rədd edilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1, 1097.3, 1099, 1099.1, 1099.2, 1108, 1108.1, 1108.2 və 1108.3 -cü maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 125790 saylı Sığorta Aktı; “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayış; **********2 nömrəli sığorta şahadətnaməsi; "xxxx" MMC tərəfindən təqdim edilmiş iş kartı; “Tam zərər halında avtomobilin qalıq hissələrinin qiymətləndirilməsi” protokolu; xx.xx.2023-cü il tarixli, 13828 saylı ödəniş tapşırığı; Füzuli rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 31 iyul 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar; xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli X5 protokol; Cavabdeh məxsus “Əmək kitabçası”; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən çıxarış; 26 dekabr 2022-ci il tarixli etibarnamə.

10. Qətnаmədən nаrаzı qаlаn iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli bilindiyi üçün, Cavabdeh qarşı, dəymiş zərər məbləğinin (42000 sığorta dəyəri- 20000 qalıq dəyər=22000 AZN zərər) yarısı həcmində, yəni 11000 AZN (on bir min manat) məbləğ həddində subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh və X6 hər ikisi İXM-nin 327.2-cimaddəsi ilə təqsirli bilinmişdir. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" SŞ ASC-də icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4022.73 AZN (dörd min iyirmi iki manat yetmiş üç qəpik) hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Geri qalan 6977.30 AZN ( altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya göndərilmiş, əlaqə yaradılmağa çalışılsa da, bu mümkün olmamışdır. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 6977.30 AZN (altımin doqquz yüz yetmiş yeddi manat otuz qəpik) pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

12. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(025)- 1045/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin edilməsi, həmçinin apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 44.89 manat dövlət rüsumunun Cavabdeh İddiaçısığorta ASC-nin xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır.

16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu: 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir.

17. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunu: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. 25.2-ci maddəsində qeyd olunur ki, “bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır”.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarı

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(025)-1045/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki sürücü təqsirli bilindiyi üçün, Cavabdeh qarşı, dəymiş zərər məbləğinin yarısı həcmində, yəni 11000 AZN məbləğ həddində subroqasiya hüquqları yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, Cavabdeh və X6 hər ikisi İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İSB-dən (icbari Sığorta Bürosu) çıxarışa əsasən, Cavabdeh nəqliyyat vasitəsinin mülki məsuliyyəti hadisə baş verən zaman "xxxx" SŞ ASCdə icbari qaydada sığortalı olduğu üçün, məbləğin 4022.73 AZN hissəsi sonuncu tərəfindən iddiaçıya ödənilmişdir. Geri qalan 6977.30 AZN məbləğ cavabdehin özü tərəfindən geri qaytarılmalıdır. Cavabdehə pretenziya göndərilmiş, əlaqə yaradılmağa çalışılsa da, bu mümkün olmamışdır. Hesab edirlər ki, iş materiallarında olan sənədlərlə sığorta hadisəsinin olması, vurulan zərərin Cavabdeh təqsirli hərəkətləri nəticəsində vurulması, habelə dəymiş zərərin İddiaçı SŞ ASC tərəfindən qarşılandığı sübuta yetirilir. Buna görə də, 6977.30 AZN pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.

24. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Qəribov X2 LTD” MMC-də sürücüsü vəzifəsində işləmiş və vurulmuş zərər işəgötürənin fəaliyyəti nəticəsində yaranmışdır. Həmçinin baş vermiş hadisə ilə görülən iş arasında funksional bağlılıq mövcuddur. Bu səbəblərdən subroqasiya qaydasında pul işçidən deyil, işəgötürəndən tutulmalıdır.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur.

26. İşin mübahisəsiz halları bundan ibarətdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞda xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər könüllü (kasko) sığorta müqaviləsi ilə sığortalanmışdır. Azadolma (franşiza) məbləği 4300 AZN, sığorta dəyəri 42000 AZN olaraq müəyyən edilmişdir. Hadisə nəticəsində zərərçəkən sığortalı “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 31056,68 AZN (otuz bir min əlli altı manat altmış səkkiz qəpik) zərər dəymişdir. Avtomobildən qalan qalıqlar ən yüksək qiyməti təklif edən şəxsə 20000 AZN olmaqla satılmışdır. Zərərçəkən sığortalı “X8 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin ərizəsindən görünür ki, sonuncu dəymiş zərər məbləği ilə razılaşmış və köçürülməsi üçün bank hesabının rekvizitlərin təqdim etmişdir. Sığortalanmış “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyana görə 17700 AZN (on yeddi min yeddi yüz manat) sığorta ödənişini rəsmi servis “X8 Sanayi və Ticaret Anonim Şirkətinin AR Nümayəndəliyi”-nin bank hesabına köçürmüşdür. Cavabdeh və X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh və X4 barəsində Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsi ilə inzibati icraat başlanması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarının surətinin Füzuli rayon polis şöbəsinin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli X5 protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 aprel 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

28. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.

29. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir.

31. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

32. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

33. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.

34. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.

35. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır.

36. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

37. Əmək (qulluq, mənsəb) vəzifələrinin icrası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan vəzifə (peşə) üzrə işlərin (xidmətlərin), həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin işəgötürən tərəfindən ona tapşırılan digər işlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsində isə işçinin əmək funksiyasının dairəsi konkretləşdirilərək müəyyən edilmişdir ki, işəgötürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin, göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.

38. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır.

39. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.

40. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

41. Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəblinəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.

42. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.

43. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

44. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

45. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

46. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən normaları təhlil edərək belə qənaətə gəlir ki, müraciətdə qaldırılan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır.

47. Belə ki, əmək və ya mülki hüquqi müqavilələr üzrə əmək (xidməti) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Mülki Məcəllənin 1099-cu maddəsinə uyğun olaraq mülki hüquq məsuliyyəti daşıyır. Digər hallarda, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi məsələsi Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq həll edilir.

48. İş materiallarında olan Cavabdeh məxsus “Əmək kitabçası”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin Avadanlıq xidməti departamentinin layihələrin idarə edilməsi şöbəsinin sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli etibarnamədən görünür ki, “VOLVO FMX” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və digər dövlət qeydiyyat nişanlı avtomobillər Cavabdeh idarə etməyə etibar edilmişdir. İşdə olan sənədlərdən, həmçinin cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, Cavabdeh zərər vurduğu sübut olunmuş və həmin zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin tam həcmdə qəsdi nəticəsində əmələ gəldiyi sübuta yetirilməmişdir.

49. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarının məzmunundan görünür ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Hazırki iş üzrə zərərçəkən işçiyə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

50. Cavabdeh törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı, onun məbləğini, edilmiş ödənişləri mübahisələndirməmişdir. Həmçinin hazırki apellyasiya şikayətinə hər hansı etiraz verməmişdir.

51. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(025)-1045/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməli, Cavabdeh “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 6977,30 AZN (altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) ödəniş, iddianın qaldırılması üçün ödənilmiş 89,78 AZN (səksən doqquz manat yetmiş səkkiz qəpik) dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 44.89 manat dövlət rüsumu və 0,72 (yetmiş iki qəpik) xidmət haqqı tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə verilməlidir.

52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2(025)-1045/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “Mitsubishi L200” markalı, ** PR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 6977,30 AZN (altı min doqquz yüz yetmiş yeddi manat otuz qəpik) ödəniş, iddianın qaldırılması üçün ödənilmiş 89,78 AZN (səksən doqquz manat yetmiş səkkiz qəpik) dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 44.89 AZN (qırx dörd manat səksən doqquz qəpik) dövlət rüsumu və 0,72 (yetmiş iki qəpik) xidmət haqqı tutulub İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar