Məhkəmə qərarları › İş №2(107)-103/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-103/2024

13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-103/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı X11 Cavabdeh qarşı ilkin iddia, iddiaçı Cavabdeh X13 qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X14 qızının katibliyi, iddiaçı X11 nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “miras əmlakda payının müəyyən edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlaka tam həcmdə payının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tаrixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları X17 ilə X2 birgə nikahlarından(nikah 16 yanvar 1975-ci ildə bağlanmışdır) hazırki iş üzrə tərəflər- xx.xx.1977-ci ildə Cavabdeh(bundan sonra- cavabdeh) və xx.xx.1978-ci ildə İddiaçı(bundan sonra- iddiaçı) anadan olmuşdur. X17 xx.xx.2007-ci ildə, X4 xx.xx.2023-cü ildə ölmüşdür. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla müəyyən edilir ki, ünvan 1 ünvanında, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 110,6 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X6ndan miras qalmış əmlakın- ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qəbul edilməsi müddətinin uzadılması və vərəsəliyin açılması, miras qalan əmlakdan anası da nəzərə alınaraq ona 2/3 hissədə, cavabdehə 1/3 hissədə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6ndan miras qalmış, ünvan 1 ünvanında yerləşən 110,6 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakın onun qanuni vərəsəsi kimi qəbul etməsi faktının və miras əmlaka tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci ildə Oğuz şəhərində anadan olub. X6 xx.xx.2007-ci ildə vəfat edib. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi atasının mülkiyyətində olmuşdur. Atası vəfat etdikdən sonra bir müddət həmin evdə anası ilə birgə yaşamış, sonra anası tək yaşamış, mütəmadi olaraq gəlib həmin evdə anası ilə birlikdə qalmışdır. 2013-2015-ci illər ərzində evdə mətbəx, sanitar qovşağı, balkon və çardaqdan ibarət əlavə tikililəri inşa etdirmişdir. Eyni zamanda anasına lazım olduğu qədər dəstək olmağa çalışmışdır. X1 xx.xx.2023-cü ildə vəfat etmişdir. 2013-cü ildən anası vəfat edənədək hər il “ASAN xidmət” mərkəzinə, notariat kontoruna müraciət etsələr də onlara qardaşının-yəni cavabdehin etibarnamə verməli olduğu bildirilmişdir. Qardaşı yaşadığı Rusiya Federasiyasından etibarnamə göndərmədiyindən məsələ uzanaraq həll edilməmiş qalmışdır. Anasının vəfatından sonra 40 mərasiminədək mübahisəli mənzildə təmir işləri görmüşdür. Anasının vəfatından 3 gün keçdikdən sonra Bakıya getmiş, qardaşı isə mənzildə ona aid əşyaları satıb qohumlarla içki məclisi qurmuş, evin bir hissəsini yandırmışdır. Polis şöbəsinə müraciət etmiş, məsələ araşdırılmaqla ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ümumiyyətlə Müşviq valideynlərinə və ona hörmətsiz davranmış, ata-anaya maddi və mənəvi cəhətdən kömək etməmişdir. 2007- ci ildə atası vəfat etdikdən sonra Müşviq atasının üzərində borc qoyaraq getmiş, anası və özü həmin borcu ödəmişlər. Mübahisəli evə atasının adına çıxarışı 2015-ci ildə anasının xahişi ilə almış, bundan sonra atadan qalmış mirasın qəbulu üçün notariat orqanına müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktubla ona müddət ötürüldüyündən mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Müşviq evin anasının adına keçirilməsinə razı olmayıb. Orta təhsilli şəxs olduğundan qanunla mirasın qəbulu üçün müddətin müəyyən edildiyindən məlumatı olmamış, buna baxmayaraq müəyyən vaxtlarda həmin evdə təmir işləri görmüşdür. Atasının ölümü övlad kimi ona pis təsir etmiş, övladını tək böyütməklə onun bütün əziyyətinin üzərinə düşməsi, nəticədə başının öz həyatına qarışması, hüquqi savadsızlığı nəticəsində sənədləşmə işlərini vaxtında həll edə bilməmiş, 2013-cü ildən isə onu və anasını doğru başa salmadıqlarından evin sənədini qaydaya sala bilməmişdir. Buna görə də mirasın qəbulu üçün ötürülmüş müddət üzrlü hesab olunmaqla uzadılmalıdır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, atasının xx.xx.2007-ci il tarixdə vəfatından sonra ondan miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini faktiki qəbul etmiş, hal-hazıradək həmin ünvanda qeydiyyatda olmaqla həmin əmlak onun faktiki istifadəsindədir. İddiaçı hələ atası vəfat etməzdən xeyli əvvəl ailə quraraq ər evinə köçmüş, həmin tarixdən sonra da uzun müddət hazırki iddianın predmeti olan ünvanda yaşamamış, miras əmlakı qanunla müəyyən edilmiş hər iki halda qəbul etməmişdir. mirası faktiki qəbul etdiyindən miras üzərində tam hissədə payı müəyyən edilməklə miras əmlaka mülkiyyət hüququnun tanınması zərurəti yaranmışdır. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(054)-247/2023 nömrəli iş üzrə qəbul etdiyi 06 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim S.Zeynalova) ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ünvan 2 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli Çıxarışa və fərdi yaşayış evinin 405-1/636 inventar nömrəli, xx.xx.2015-ci il tarixli texniki pasportuna əsasən tam mülkiyyət hüququ ilə hüquq sahibi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmış və ondan miras qalmış fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə Cavabdeh vərəsəlik hüququnun tanınması, onun payı tam olmaqla mülkiyyətinə verilməsi və qeydə alınması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, məhkəmə araşdırması nəticəsində İddiaçı tərəfindən mərhum Əsəd Əsədovdan miras qalmış fərdi yaşayış evinin istər faktiki, istərsə də qanunla müəyyən edilmiş müddətdə notarial qaydada qəbul etməsi müəyyən olunmamış, bu fakt onun özünün izahatı və iddia ərizəsində öz əksini tapmışdır. İddiaçı müddətin ötürülməsi səbəblərini bildirməklə həmin halların üzrlü hesab edilməsini istəyir. Məhkəmə hesab edir ki, onun göstərdiyi səbəblər müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Cavabdeh iddia tələbinə münasibətdə məhkəmə hesab etmişdir ki, onun atadan qalma miras əmlakı faktiki qəbul etməsi faktı həm sənədlərlə, həm də İddiaçı özünün izahatı və iddia tələbinə dəqiqləşdirmə barədə ərizəsi ilə öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən mərhum atasının mülkiyyətində olan və ondan miras qalmış fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə qəbul edilməsi faktı təsdiq olunmalı, payı tam olmaqla vərəsə kimi mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. Məhkəmə mövqeyini Mülki Məcəlləsinin 152.1, 178, 1133.1, 1133.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1160, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1256, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, ilkin iddia tələbi üzrə İddiaçı iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə baxılmamış saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri İddiaçı atası rəhmətə gedəndən sonra anası ilə birlikdə fərdi yaşayış evinin sənədləşməsi proseduruna başlamış və nəticədə 2015-ci ildə çıxarış alsalar da vərəsəlik işi açdıra bilməmişdirlər. Hətta sənədləşmə işlərinin aparılması üçün anası X3 Əsədovaya 2 illik etibarnamədə vermişdir. Bundan başqa mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbuletdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunun tələbindən göründüyü kimi, mərhumun həyat yoldaşı X7 öldüyü günə kimi - xx.xx.2023-cü il tarixinə kimi yaşadığı üçün mirası faktiki qəbul etmişdir. Yəni zamanında vərəsəlik açılaraq rəsimləşdirilmiş olsaydı miras əmlakında X2 ən azı1/3 hissə payı müəyyən ediləcəkdir. X8 mirası qəbul edənədək öldüyü üçün onun payı vərəsələrinə irsi transmissiya yolu ilə vərəsələrinə keçməlidir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Bundan başqa məhkəmə qətnamə qəbul edərkən cavabdeh şəxsin, Cavabdeh yalanlarını obyektiv araşdırmadan ilk iddianı rədd etmişdir. Belə ki, Cavabdeh izahatında qeyd etmişdir ki, bacısı İddiaçı miras əmlakında heç bir zaman yaşamamışdır. Atası xx.xx.2007-ci il tarixdə vəfatından sonra ondan miras qalmış, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini faktiki qəbul etmiş, hal-hazıradək həmin ünvanda qeydiyyatda olmaqla həmin əmlakın onun faktiki istifadəsində olduğunu bildirmişdir. Lakin iş materiallarında olan Oğuz RPŞ-ninTQ-nın təhqiqatçısının “cinayət işinin başlamasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı DİN “102 Qaynar xətt” vasitəsilə polisə müraciət edərək cehizlik əşyalarının qardaşı Cavabdeh tərəfindən oğurlanmasını bildirmişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı Müşfiq Əsədov izahatında qeyd etmişdir ki, anası vəfat edərkən o, Oğuz şəhərində olmamış və buna görə dəfndə iştirak edə bilməmişdir. Bir müddət sonra Oğuz rayonuna gəldiyini və dayısı Fərrux Abdullayevin yanında qaldığını və daha sonra anası evindən onun qızlarına şifahi vəsiyyət edilən 2 ədəd samovarı Bakı şəhərinə apararaq 200 manata satdığını bildirmişdir. Bundan başqa həmi evdən qanunsuz heç nə götürmədiyini qeyd etmişdir. Cavabdeh polisə verdiyi izahatından göründüyü kimi, o özü də etiraf etmişdir ki, Oğuz şəhərində yaşamır. Miras əmlakı olan fərdi yaşayış evində bacısı İddiaçı əşyaları mövcuddur. Həmin evin açarları onda yoxdur. Ən sonda həmin evə qanunsuz girdiyini və iki ədəd samovar götürdüyünü etiraf etmişdir. Eyni məzmunlu ifadə ilə X5 da Cavabdeh dediyini təsdiq etmişdir. Yəni hər iki şəxs dolayı yolla miras əmlakı olan fərdi yaşayış evində İddiaçı məxsus əşyalar olduğunu və həmin əşyalardan heç nə oğurlamadıqlarını bildirmişdirlər. Beləliklə, cavabdeh Müşfiq Əsədovun polisdə verdiyi izahatdan görünür ki, o tam həqiqəti əks etdirən məlumat vermişdir. Daha sonra məhkəmədə verdiyi izahatda isə vəkillə təmsil edildiyi üçün artıq xeyrinə qətnamə çıxarılması üçün həqiqəti gizlətmiş və yalan məlumatlar vermişdir. Müşfiq Əsədov necə mirası qəbul etmişdir ki, Oğuz şəhərinə gələrkən həmin evdə deyil, dayısı Fərrux Abdullayevin evində gedib qalır. Atası rəhmətə gedəndən sonra anası ilə də münasibətləri olmamışdır. Ona görə də o, ilk əvvəl Mingəçevirdə, Bakıda və Rusiya Federasiyasında yaşamışdır. Onun tərəfindən bu günə kimi miras əmlakına faktiki sahiblik etməsi, yəni həmin əmlakı idarə etməsi heç nə ilə sübut olunmur. Yalnız bacısı İddiaçı humanistlik edərək, “qaradşıma da pay ayrılsın” deyərək yazmasına görə məhkəmə bunu sübut kimi qəbul edib bütün mirası ona vermişdir. Mübahisə vərəsələrin anası Şərqiyə Abdulayeva rəhmətə gedəndən sonra başlamışdır. Bu müddətə kimi Müşfiq Əsədov evlə bağlı maraqlanmamışdır. Hətta onun anasını qocalar evinə qoyacağını və evi satacağını bildirən səsyazması mövcuddur. Lakin İddiaçı daimi anası ilə maraqlanması, tez-tez ona baş çəkməsi onun planlarının həyata keçirilməsinə maneə olmuşdur. Məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə ilkin iddianı rədd, qarşılıqlı iddianı isə təmin edərkən tam əsaslandırma etməmişdir. Beləki, qısaca əsaslandırmaqla İddiaçı mirası qəbul etməsini sübut etmədiyini və mirasın qəbulu üçün buraxılmış müddətin üzrlü hesab edilməsi üçün əsasların olmadığını bildirmişdir. Cavabdeh isə ailəsi ilə həmin evdə qeydiyyatda olmasını və İddiaçı tərəfindən onun mirası qəbul etməsini mübahisələndirməməsini əsas göstərərək onun tələbini tam təmin etmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin halları ilə uzlaşmır. Belə ki, İddiaçı mirası qəbul etməsi faktı iş üzrə sənədlərlə öz təsdiqini tapır. Yəni atasının rəhmətə getməsindən sonra həmin evdə yenidənqurma işləri aparması, fərdi yaşayış evində artırmalar etməsi və s. kimi işləri görməklə mirası faktiki qəbul etmişdir. İddiaçı daimi həmin evdə yaşamasa da, hər yay gələrək orda qalmış, anasına baş çəkərək anasının və özünün normal şəraiti olması üçün təmir-tikinti işləri aparmışdır. Anası yalnız pensiya ilə dolanan xanım olub. Əgər evə baxış edilərsə yenidənqurma işləri, sonradan edilən artırmalar görünər. Bundan başqa polisin rədd qərarında Cavabdeh və Vüqar Abdullayevin izahatlarından göründüyü kimi, İddiaçı məxsus əşyalar miras əmlakı olan fərdi yaşayış evindədir. Həmin əşyalardan onlar heç nə oğurlamadıqlarını, əksinə İddiaçı ordan əşyalar apardıqlarını bildirmişdirlər. Məhkəmə həmin əşyaların nə zamandan orda olmasını belə araşdırmamışdır. Laləyə məxsus cehiz əşyaları ordadırsa, deməli o, mirası faktiki qəbul etmişdir. İddiaçı buraxılmış müddətin üzrlü hesab edilməsi tələbi ilə deyil, birbaşa mirasın qəbulu faktı müəyyən edilməklə payının tanınması tələbi irəli sürməsi daha doğru olacaqdır. Çünki İddiaçı hər hansı bir müddəti ötürməmişdir ki, onu da üzrlü saysınlar. Sadəcə notarius imtinasını o formada verməklə onu çaşdırmışdır. Onun iddia tələbindən göründüyü kimi, tələbin ikinci hissəsi payının tanınması olub. Məhz buna görə onun tələbinin ikinci hissəsi, yəni payın tanınması hissəsi təmin edilməldir. Çünki İddiaçı atası öldükdən sonra zaman-zaman anasının yanına gələrək Oğuzda qalmaqla, miras əmlakında yenidənqurma işləri aparmaqla mirası qəbul etmişdir. İş materialları ilə qismən təsdiq olunur ki, Cavabdeh Oğuz şəhərində yaşamır. O, özü bu barədə polisdə verdiyi izahatında bunu təsdiq edir. Bundan başqa onun və həyat yoldaşının həmin evdə qeydiyyatda olması mirasa faktiki sahiblik etməsi anlamına gəlmir. Buna baxmayaraq məhkəmə Cavabdeh mirası qəbul etməsini mötəbər bir sübut olmadan tam təmin etmişdir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər sayılır. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına diqqət edildikdə görünür ki, Müşfiq iddia tələbi üzrə məhkəməyə müraciət etməmişdən əvvəl notariat ofisinə müraciət etməmişdir. Birbaşa məhkəməyə mirasın qəbulu faktının müəyyən edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə onun tələbini baxılmamış saxlamalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı X11 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi tərəfin iddia tələbini irəli sürməkdə məqsədi həm atasından, həm də anasından miras qalmış əmlaka payının müəyyən edilməsi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun vərəsəlik mübahisələrinə dair 26 dekabr 2023-cü il tarixli qərarı dərc olunmuşdur ki, orda qeyd olunur ki, bütün vərəslər miras əmlakdan pay almalıdırlar. İddiaçı miras əmlakın bərabər şəkildə bölünməsinə etiraz etmir. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, təmsil etdiyi tərəfin qarşılıqlı iddia tələbini irəli sürməkdə məqsədi həm atasından, həm də anasından miras qalmış əmlaka payının müəyyən edilməsi olmuşdur. Lakin çıxarışda miras əmlak atasının adına qeyd olunduğu üçün iddia ərizəsində atasından miras qalmış əmlaka payının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh də miras əmlakın bərabər şəkildə bölünməsinə etiraz etmir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Məhkəmə tərəfindən işin araşdırılmış və mübahisələndirilməyən hallarından müəyyən edilmişdir ki, hazırki iş üzrə tərəflər bacı-qardaşdır, ataları Əsəd Əsədov xx.xx.2007-ci ildə, anaları Şərqiyə Abdullayeva isə xx.xx.2023-cü ildə ölmüşdür. ünvan 1 ünvanında, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 110,6 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hazırki iş üzrə tərəflərin atası Əsəd Əsədovun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. Əsəd Əsədov və Şərqiyə Abdullayevanın hazırki iş üzrə tərəflərdən başqa birinci növbəli vərəsələri yoxdur. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən mərhum Əsəd Əsədovdan miras qalmış fərdi yaşayış evinin istər faktiki, istərsə də qanunla müəyyən edilmiş müddətdə notarial qaydada qəbul etməsi və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, ünvan 1 ünvanında, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 110,6 kv.m olan fərdi yaşayış evi iş üzrə tərəflərin mərhum valideynlərinin birgə nikahları dövründə əldə olunmuş əmlak olmamışdır. Belə ki, tərəflərin mərhum ataları Əsəd Əsədov ilə Baxış Qəhrəmanov arasında 02 aprel 1973-cü ildə bağlanmış müqavilə ilə müəyyən olunur ki, sonuncu Vartaşen şəhəri, Caparidze küçəsi 3 nömrəli həyətdə olan 0,075 ha torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı yaşayış evini Əsəd Əsədova satmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin iş materiallarına əlavə edilmiş 19 may 2023-cü il tarixli, 3-21-3-42/2-2541/2023 saylı məktubundan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, **********02-10301 reyestr nömrəli çıxarışla X12 adına qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki poçt ünvanı ünvan 4i ildə, yəni Əsəd Əsədovun miras əmlakı əldə etməsindən sonra nikaha daxil olmuşlar. Hazırki iş üzrə tərəflər mərhum valideynlərindən miras qalmış əmlakda paylarının müəyyən edilməsini istəyirlər. Tərəflərin ataları Əsəd Əsədovun öldüyü xx.xx.2007-ci il tarixə onun birinci növbə vərəsəsi arvadı Şərqiyə Abdullayeva və övladları, hazırki iş üzrə tərəf olan İddiaçı və Cavabdeh olmuşdur. Tərəflərin anaları Şərqiyə Abdullayeva öldüyü xx.xx.2023-cü il tarixə onun birinci növbə vərəsəsi övladları, hazırki iş üzrə tərəf olan İddiaçı və Cavabdeh olmuşdur. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi qismən əsaslıdır. Belə ki, ünvan 2 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmış fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə İddiaçı və Cavabdeh bərabər şəkildə payları müəyyən edilməlidir. Buna baxmayaraq, Rayon Məhkəməsi ilkin iddia tələbini rədd etməklə, qarşılıqlı iddia tələbini isə tam təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ləğv edilməli və ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, hər iki iddia tələbinin qalan hissələrdə təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Oğuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyul 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “miras əmlakın 2/3 hissəsində onun, 1/3 hissəsində cavabdehin payının müəyyən edilməsi” tələbinə dair ilkin iddia tələbi və iddiaçı Cavabdeh İddiaçı qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlaka tam həcmdə payının müəyyən olunması” tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmış fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar