Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1033/2025 10.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun silinməsi) Hakimlər Musayev Taleh Valeh (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(037)-895/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən adına qanunsuz və əsassız olaraq rəsmiləşdirilmiş **********01370 nömrəli abonent kodu və həmin abonent koduna vurulmuş 344,48 manat borc məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, məlum hadisələrlə bağlı 1992-ci ildə qaçqın düşərək ailəsilə birlikdə İsmayıllı rayonuna gələrək Mebel fabrikinin binasında iki otaqlı mənzildə məskunlaşmışlar. Hal-hazıra kimi də orada yaşayırlar. Ailə üzvləri anası, özü və üç nəfərdən ibarətdir. Həmin vaxtdan ərazidə qaz xətti mövcud olmuşdur. 2010-cu ildən qaz sayğacı quraşdırılmış və ailə başçısı kimi anası Günəş Musayevanın adına **********00670 saylı abonent kodu rəsmiləşdirilmişdir. Ailənin istifadəsində yalnız bir sayğac olmuş və həmin sayğacdan keçən qazdan istifadə edərək vaxtlı-vaxtında qazın dəyərini ödəmişlər. 2023-cü ilin mart ayında Günəş Musayevanın adına qanunsuz və əsassız olaraq 1555,2 manat cərimə yazılmış və həmin cərimə məbləği İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli 2(037)-1112 nömrəli qətnaməsi ilə silinmişdir. Ötən müddət ərzində onlar yalnız Günəş Musayevanın adına olan abonent kodu əsasında qeydə alınmış qaz sayğacı üzrə ödənişləri aparmışlar. 23 may 2025-ci il tarixdə iddiaçıya məxsus ***-***-**-** nömrəli telefona sms gələrək 345 manat qaz pulu borcu olduğu göstərilmiş və həmin borcu ödəmədiyi halda qaz verilişinin dayandırılacağı bildirilmişdir. Ona görə də X6 Sahəsinə müraciət etmiş, ona təqdim olunmuş abonentin saldosunda adına **********01370 nömrəli abonent kodu ilə 344,48 manat qaz pulu borcu olduğu, hər ay 3 - 10 manat arası qaz sərfiyyatı aparıldığı göstərilmişdir. Lakin hal-hazıradək hər hansı bir abonent kodu ilə sayğacın qeydə alınmasına dair məlumat, istifadə etdiyi qaz puluna dair aylıq bildiriş, sms bildirişləri və sair ilə ona heç bir məlumat verilməmişdir. Yaşadıqları evdə digər sayğac mövcud deyildir. Bununla bağlı qaz idarəsinə müraciət etdikdə bu işin yalnız məhkəmə tərəfindən araşdırılmalı olduğu bildirilmişdir. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən yaşadıqları evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə yalnız anasının adına bildiriş təqdim edilir. İstifadə olunmuş təbii qazın dəyəri sayğac üzrə sərfiyyat göstəricilərinə uyğun və tam şəkildə mütəmadi olaraq ödənilmişdir. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyindən həyətdə digər ikinci bir sayğac olsaydı hər hansı bir bildiriş, məlumat verilərdi. Qeyd edilən əsaslara görə, adına əsassız olaraq açılmış abonent kodu və 344,48 manat borc cavabdeh tərəfindən silinməlidir.
3. Cavabdehin nümayəndəsi iddiaya etiraz ərizəsində göstərmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının yaşadığı ünvanda, yəni İsmayıllı rayonunun ərazisində yerləşən Mebel fabrikinin inzibati binasında həm onun anası X5, həm də iddiaçının özü Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin təbii qaz abonentləridirlər və hər birinin ayrıca abonent kodları mövcuddur. X2 abonent kodu **********00670, İddiaçı abonent kodu isə **********01370-dir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə dəyişdirilməklə iki ayrı mənzili təbii qazla təmin etmək məqsədi ilə cəmi bir qaz sayğacı quraşdırılmışdır. Əsas abonent olaraq X5, onun alt abonenti olaraq isə İddiaçı qeydiyyata alınmışdır. X2 adına quraşdırılmış qaz sayğacından həm də hazırkı iş üzrə İddiaçı və ailə üzvlərinin yaşadığı, Mebel fabrikinin inzibati binasında yerləşən digər evdə də istifadə edilir. Sayğacdan keçən təbii qazın hesabatı isə onların evlərində yaşayan ailə üzvlərinin sayına uyğun müəyyənləşdirilir və ayrı-ayrılıqda onların abonent kodlarına vurulur. Yəni ki, hər ayın sonunda qaz sayğacının üzərindəki sərfiyyat götürülür və 1 nəfər X2 yaşadığı ünvana görə, 4 nəfər isə İddiaçı yaşadığı ünvana görə təbii qazın dəyəri hesablanır və ayrı-ayrı olmaqla onların abonent kodlarına vurulur. Sonuncu dəfə 2025-ci ilin iyun ayı üçün sayğacın ümumi qaz sərfiyyatı cəmi 29,05 m3 olmuşdur və dəyəri də 3,5 manat etmişdir. Qazdan istifadə edən abonentin mənzilində yaşayan adam başına görə 3,25 manat dəyəri olan 27,05 m3 təbi qazın dəyəri İddiaçı abonent koduna, 0,25 azn dəyəri olan 2 m3 təbi qazın dəyəri isə X2 abonent koduna vurulmuşdur. Ötən illər ərzində, daha doğrusu 2017-ci ildən bəri, yəni məcburi köçkünlərin istifadə etdikləri elektrik və təbii qaz yanacağına görə onlara pul şəklində kompensasiyaların verilməsinə başlandıqdan sonra İddiaçı abonent koduna hesablanmış məbləğdən heç bir ödəniş edilməmiş və nəhayətdə bu günə onun istifadə etdiyi təbii qaza görə Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinə 352,1 məbləğində debitor borcu yaranmışdır. Abonent, hazırkı iş üzrə İddiaçı abonent koduna hesablanaraq vurulmuş 352,1 məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın real dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. “X4 haqqında” 120may 2011-ci il tarixli,80 saylı Qərarın 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qərarın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə paylayıcı istehlakçıya verdiyi təbii qaz təminatını dayandırmaq hüquqna malikdir. Həmin Qərara əsasən istehlakçı tərəfindən istifadə edilmiş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini tələb etmək Paylayıcının hüquqlarına daxildir. Qeyd edilənlərə əsasən İsmayıllı şəhəri Mebel Fabriki binasında yaşayan İddiaçı **********01370 nömrəli abonent koduna əsassız hesablanmış 344,48 manat məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək təmin edilməməsi barədə qətnaməsi çıxarılmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək və əlavə olaraq göstərmişdir ki, ailə başçısı kimi anası ilə cavabdeh təşkilat arasında qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Onların evinə bir ədəd sayğac quraşdırılmışdır. Hal-hazırda həmin sayğac üzrə borc məbləği yoxdur. Bundan başqa onunla qazın alqı-satqsına dair müqavilə bağlamadan adına abonent kodu açılmış və ötən müddət ərzində ona istər rəsmi, istərsə də şifahi heç bir məlumat verilməmişdir. Ona görə də ondan qaz pulu borcunun tələb olunması əsassızdır və silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir.İddiaçı Azəriqaz İB-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək tələbin təmin edilməsini xahiş etmişdir. 4.İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə və iddia tələbinə etiraz göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır.
5. Cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə hazırlıq iclasında izahat verərək göstərmişdir ki, İddiaçı ailəsi ilə qaçqın düşərək İsmayıllı şəhəri Mebel Fabriki binasında məskunlaşmışlar. İlyasgil iki ailədən ibarətdir. Belə ki, iddiaçının yaşadığı ünvanda, yəni İsmayıllı rayonunun ərazisində yerləşən Mebel fabrikinin inzibati binasında həm onun anası X5, həm də iddiaçının özü təbii qaz abonentləridirlər və hər birinin ayrıca abonent kodları mövcuddur. İki ayrı mənzili təbii qazla təmin etmək məqsədi ilə cəmi bir qaz sayğacı quraşdırılmışdır. X5 əsas abonent, İddiaçı isə onun alt abonentidir. X2 ailəsi 1 nəfər, İddiaçı ailəsi isə 4 nəfərdir. Onların yaşadıqları ünvana görə təbii qazın dəyəri hesablanır və ayrı-ayrı olmaqla onların abonent kodlarına vurulur. Sonuncu dəfə 2025-ci ilin iyun ayı üçün sayğacın ümumi qaz sərfiyyatı cəmi 29,05 m3 olmuşdur və dəyəri də 3,5 manat etmişdir. Həmin qazın 27,05 m3 İddiaçı abonent koduna, 2 m3 təbi qazın dəyəri isə X2 abonent koduna vurulmuşdur. Komputer özü hesablama apararaq istifadə olunmuş qazın dəyərini bölür. 2017-ci ilə qədər məcburi köçkünlərin istifadə etdikləri elektrik, su və təbii qaz yanacağına görə ödənişlər dövlət tərəfindən təmin edilirdi, 2017-ci ilin yanvar ayından isə həmin ödənişlər onların kartlarına köçürülür. Günəş Musayeva 2017-ci ildən bu günə qədər ödənişlər aparmışdır. Lakin İddiaçı tərəfindən həmin vaxtdan bu günə qədər heç bir ödəniş olunmamışdır.
6. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) xx.xx.2025-ci il tarixli, e- 2(037)-895/2025 nömrəli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********01370 nömrəli abonent koduna vurulmuş təbii qazın dəyəri 344 (üç yüz qırx dörd) manat 48 (qırx səkkiz) qəpik borc məbləğinin silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdehndən 30 (otuz) dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. İstər Azərbaycan Respublikası Mülki Məcəlləsinin, istər “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun, istərsə də “X4”nın tələbinə görə müəyyən hallar istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.
8. Eyni zamanda qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat verməlidir. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Göründüyü kimi cavabdeh təşkilat ilə bir yerdə yaşayan iddiaçının anası ilə qazın alqısatqısına dair müqavilə bağlanılmış, lakin cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanılmış müqavilə məhkəməyə təqdim edilməmiş və belə müqavilənin mövcud olması məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır.
9. Məhkəmə iddia tələbinin **********01370 nömrəli abonent koduna vurulmuş 344,48 manat borc məbləğinin silinməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında tərtib olunmuş müqavilə mövcud olmadığından, istehlakçı üzərinə heç bir öhdəlik götürmədiyindən, iddiaçının adına abonent kodu olsa da ona məxsus qaz sayğacı quraşdırılmadığından ondan hər hansı borcun tələb edilməsi qanunsuzdur. Qanunun tələbinə görə istehlakçıdan istifadə etdiyi qazın dəyəri qaz sayğacının göstəricilərinə uyğun olaraq tələb edilməlidir. İddiaçının anası Günəş Musayeva ilə birlikdə yaşadıqları evə quraşdırılmış qaz sayğacı üzrə isə 2025-ci ilin aprel ayının sonuna 0,42 manat borc mövcuddur.
10. Cavabdehin nümayəndəsi izahatında və etiraz ərizəsində iddiaçının yaşadığı Mebel fabrikinin inzibati binasında həm onun anasının, həm də özünün qaz abonentləri və hər birinin ayrıca abonent kodlarının mövcud olduğunu, onlara cəmi bir qaz sayğacı quraşdırıldığını, anasının əsas, iddiaçının isə onun alt abonenti olduğunu, qaz pulu borcunun anasının ailə üzvünün 1 nəfər, iddiaçının isə 4 nəfərdən ibarət olması əsası ilə komputer tərəfindən hesablanaraq bölündüyünü göstərmişdir.
11. Məhkəmə cavabdehin nümayəndəsinin etirazına münsibət bildirərək qeyd etmişdir ki, 2017-ci ilə qədər məcburi köçkünlərin istifadə etdikləri elektrik, su və təbii qaz yanacağına görə ödənişlər dövlət tərəfindən təmin edilsə də, 2017-ci ilin yanvar ayından kommunal xərclərin ödənilməsi üçün dövlət tərəfindən məcburi köçkünlərin hər birinə 60 manat vəsait ödənilir. Məhkəmə hazırkı vəziyyətdə məcburi köçkünlərdən istifadə etdiyi təbii qaza görə əvvəllər olduğu kimi adambaşına pulun hesablanmasını və bu qaydada tələb edilməsini əsassız hesab etmişdir. Bundan başqa ötən müddət ərzində cavabdeh təşkilat tərəfindən iddiaçıya qaz pulu borcunun olmasında dair istər rəsmi, istər şifahi qaydada məlumat verilməsinə dair iş materiallarında sübut yoxdur və bu hal məhkəmə prosesinin gedişində də öz təsdiqini tapmamışdır. İddiaçının pozulmuş və mübahisə edilən hüquqlarını və qanunla qorunan mənafelərini real bərpasını təmin etmək məqsədilə iddia tələbinin **********01370 nömrəli abonent koduna vurulmuş 344,48 manat borc məbləğinin silinməsinə dair hissəsi təmin edilməlidir.
12. Məhkəmə iddia tələbinin iddiaçının adına qanunsuz və əsassız olaraq rəsmiləşdirilmiş **********01370 nömrəli abonent kodunun silinməsinə dair hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh təşkilat tərəfindən təbii qazla təmin olunması məqsədilə istehlakçının adına abonent kodu açılmışdır. İddiaçıya izah edilir ki, mövcud olan abonent kodunun ləğv edilməsi və yaxud da abonent koduna uyğun öz adına qaz sayğacının quraşdırılması məqsədilə Cavabdehnə müraciət etməlidir. Eyni zamanda iddiaçı iddia ərizəsində adına qanunsuz və əsassız olaraq rəsmiləşdirilmiş **********01370 nömrəli abonent kodunun siliməsini xahiş etsə də məhkəmə iclasında verdiyi izahatında və məhkəmə çıxışında yalnız **********01370 nömrəli abonent koduna vurulmuş təbii qazın dəyəri 344,48 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə bu halı da nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
13. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının **********01370 nömrəli abonent koduna vurulmuş təbii qazın dəyəri 344 (üç yüz qırx dörd) manat 48 (qırx səkkiz) qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməlidir.
14. Məhkəmə həmçinin qərara gəlmişdir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 344,48 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 30 (otuz) dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 399.1, 405.1, 405.2, 406.3, 560.1, 560.2-ci maddələrinə, Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə, 13-cü maddəsinin 1, 8, 8-1-ci hissələrinə, “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarının 1.3, 4.1. 5.2-cü bəndlərinə, ““Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a)Apellyasiya şikayətinin dəlilləri
16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh apellyаsiyа şikаyəti vermişdir.
17. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələblərinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, iddiaçının yaşadığı ünvanda,yəni İsmayıllı rayonunun ərazisində yerləşən Mebel fabrikinin inzibati binasında həm onun anası X5, həm də iddiaçının özü Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin təbii qaz abonentləridirlər və hər birinin ayrıca abonent kodları mövcuddur. X2 abonent kodu **********00670, İddiaçı abonent kodu isə **********01370-dir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə dəyişdirlməklə iki ayrı mənzili təbii qazla təmin etmək məqsədi ilə cəmi bir qaz sayğacı quraşdırılmışdır. Əsas abonent olaraq X5, onun alt abonenti olaraq isə İddiaçı qeydiyyata alınmışdır. X2 adına quraşdırılmış qaz sayğacından həm də hazırkı iş üzrə İddiaçı və ailə üzvlərinin yaşadığı, Mebel fabrikinin inzibati binasında yerləşən digər evdə də istifadə edilir.Sayğacdan keçən təbii qazın hesabatı isə onların evlərində yaşayan ailə üzvlərinin sayına uyğun müəyyənləşdirilir və ayrı-ayrılıqda onların abonent kodlarına vurulur.Yəni ki, hər ayın sonunda qaz sayğacının üzərindəki sərfiyyat götürülür və 1 nəfər X2 yaşadığı ünvana görə, 4 nəfər isə İddiaçı yaşadığı ünvana görə təbii qazın dəyəri hesablanır və ayrı-ayrı olmaqla onların abonent kodlarına vurulur. Məsələn, sonuncu dəfə 2025-ci ilin iyun ayı üçün sayğacın ümumi qaz sərfiyyatı cəmi 29.05 m3 olmuşdur və dəyəri də 3.50 manat etmişdir.Qazdan istifadə edən abonentin mənzilində yaşayan adam başına görə 3.25 azn dəyəri olan 27.05 m3 təbii qazın dəyəri İddiaçı abonent koduna, 0.25 azn dəyəri olan 2 m3 təbii qazın dəyəri isə X2 abonent koduna vurulmuşdur. Ötən illər ərzində, daha doğrusu 2017-ci ildən bəri, yəni məcburi köçkünlərin istifadə etdikləri elektrik və təbii qaz yanacağına görə onlara pul şəklində kompensasiyaların verilməsinə başlandıqdan sonra İddiaçı abonent koduna hesablanmış məbləğdən heç bir ödəniş edilməmiş və nəhayətdə bu günə onun istifadə etdiyi təbii qaza görə Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinə 352.10 (üç yüz əlli iki manat on qəpik) məbləğində debitor borcu yaranmışdır. Abonent, hazırkı iş üzrə İddiaçı abonent koduna hesablanaraq vurulmuş 352.10 (üç yüz əlli iki manat on qəpik) məbləğ onun mənzilində istifadə edilmiş təbii qazın real dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir.
18. İddiaçı abonent kodundan silinməsi qət edilmiş məbləğ onun yaşadığı mənzilində istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin göründüyü kimi Hakim qanunsuz qətnamə çıxararaq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etmişdir. Baxmayaraq ki,iş materiallarında silinməsi qət edilmiş məbləğin silinməsi üçün heç bir əsas və sübutedici dəlillər olmamışdır, lakin sonda Hakim yenə də əsassız bir Qətnamə çıxarmışdır.
19. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.
20. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödənilməsi barəsində bildiriş göndərilmişdir.
21. İstehlakı hazırda mübahisələndirdiyi sayğac üzrə aparılmış hesabata əsasən hesablanmış borcu ödəməmiş və birinci instansiya məhkəməsi qeyd olunan məqamdan sadə bir araşdırmaya ehtiyac duymadığından yayınmışdır.
22. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın tam təmin edilməsi üçün çoxlu əsaslar olduğu halda tərəflərindən qaldırılmış iddianın qismən təmini barədə qərar vermişdir.
23. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.
24. Birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.
25. İddiaçı tərəf də silinməsini xahiş etdiyi təbii qazın dəyəri olan məbləğin onun tərəfindən istifadə edilməməsinə dair sənəd və sübutlar təqdim etməli və iddiasını əsaslandıraraq sübut etməli olmasına baxmayaraq, heç bir əsaslandırıcı sübut təqdim etməmişdir, lakin tərəflərindən təqdim edilmiş kifayət qədər sübutlar Hakim tərfindən tamamilə nəzərə alınmamışdır.Hakim yalnız iddiaçının şifahi mülahizələrinə əsasən əsassız və qanunsuz qətnamə çıxarmışdır.
26. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutların, saldo və digər sübutların düzgün təhlil edilməməsi Sayğac göstəricisinə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. Yaranmış borc hər hansı akt əsasında hesablanmamışdır, itirilmiş təbii qazın dəyəri deyildir, real təbii qazın dəyəridir.
27. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək real qaz pulu borcunu silmiş və bununla da mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
28. Odur ki, Cavabdeh verdiyi apelyasiya şikayətinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-895/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-895/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
33. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 11-ci maddəsinin 6- cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 1-ci bəndinə əsasən energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
34. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 38.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
39. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. 40.Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. 41.Apellyator İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(037)-895/2025 nömrəli qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ailə üzvləri ilə birlikdə İsmayıllı rayonunun ərazisində yerləşən Mebel fabrikinin inzibati binasında məskunlaşmışdır. İddiaçının anası X5 ilə cavabdeh təşkilat arasında qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həm iddiaçının anası X5, həm də iddiaçının özü Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı xidmət sahəsinin təbii qaz abonentləridirlər və hər birinin ayrıca abonent kodları mövcuddur. Belə ki, xx.xx.2022-ci il tarixdə qaz sayğacı dəyişdirilməklə iki ayrı mənzili təbii qazla təmin etmək məqsədi ilə cəmi bir qaz sayğacı quraşdırılmışdır. Əsas abonent olaraq X5, onun alt abonenti olaraq isə İddiaçı qeydiyyata alınmışdır. X2 adına quraşdırılmış qaz sayğacından həm də hazırkı iş üzrə İddiaçı və ailə üzvlərinin yaşadığı, Mebel fabrikinin inzibati binasında yerləşən digər evdə də istifadə edilir. Cavabdeh təşkilat tərəfindən sayğacdan keçən təbii qazın hesabatı onların evlərində yaşayan ailə üzvlərinin sayına uyğun müəyyənləşdirilmiş və ayrı-ayrılıqda iddiaçının anasının və iddiaçının abonent kodlarına vurulmuşdur. Yəni ki, hər ayın sonunda qaz sayğacının üzərindəki sərfiyyat götürülmüş və 1 nəfər X2 yaşadığı ünvana görə, 4 nəfər isə hazırkı iş üzrə İddiaçı yaşadığı ünvana görə təbii qazın dəyəri hesablanmış və ayrı-ayrı olmaqla onların abonent kodlarına vurulmuşdur. Nəticədə idiaçının abonent koduna 344.48 manat məbləğində ödənilməmiş borc hesablanmışdır. İddiaçının anası X2 abonent kodu üzrə borcu olmadığı müəyyən olunur.
45. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
46. Belə ki, məhkəməyə təqdim edilmiş X9 İstismarı İdarəsi ilə X5 arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli 8394 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin” surətindən görünür ki, cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür.
47. Məhkəməyə təqdim olunmuş 23 may 2025-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının adına **********01370 nömrəli abonent kodu vardır və həmin abonent koduna 2025-ci ilin aprel ayının sonuna 344,48 manat borc vurulmuşdur.
48. Məhkəməyə təqdim olunmuş 23 may 2025-ci il tarixli abonentin saldosundan görünür ki, Günəş Musayevanın adına **********00670 nömrəli abonent kodu vardır və həmin abonent koduna 2025-ci ilin aprel ayının sonuna 0,42 manat borc vurulmuşdur.
49. Göründüyü kimi, cavabdeh təşkilatla Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi iddiaçının anası X5 tərəfindən bağlanmışdır və bir sayğacdan iki abonent istifadə etsədə, sayağcdan qeyd olunan sərfiyyat üzrə abonentin borcunun olmadığı müəyyən olunur.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin faktiki, həqiqi hallarının tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, qüvvədə olan maddi və prosessual hüquq normalarının mülki iş üzrə düzgün tədbiq edilməməsi, nəticədə iddia tələbinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsinin qəbul edilməsinə dair dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya qeyd edir ki, Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6- cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
51. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, “X4”nın tələbinə görə müəyyən hallar istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni zamanda qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat verməlidir. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Göründüyü kimi cavabdeh təşkilat ilə bir yerdə yaşayan iddiaçının anası ilə qazın alqı-satqısına dair müqavilə bağlanılmış sayğac quraşdırılmışdır. İddiaçının adına abonent kodu olsa da ona məxsus qaz sayğacı quraşdırılmadığından ondan hər hansı borcun tələb edilməsi qanunsuzdur.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının abonent kodundan silinməsi qət edilmiş məbləğ onun yaşadığı mənzilində istifadə edilmiş təbii qazın dəyəri olması, hakim qanunsuz qətnamə çıxararaq abonentin faktiki istifadə etdiyi və dəyərini ödəmədiyi təbii qazın dəyərinin silinməsini qət etməsi, qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç birinin nəzərə alınmaması, iddianın təmin edilməməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılması, istehlakçının dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə iştirak edən şəxslərin birinci instansiya məhkəməsinə təqdim etdikləri sübutlar və izahatlarla müəyyən olunur ki, qazın alqı-satqısına dair müqavilə iddiaçının anası ilə cavabdeh təşkilat arasında bağlanılmış, lakin cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanılmış müqavilə məhkəməyə təqdim edilməmiş və belə müqavilənin mövcud olması məhkəmə araşdırması zamanı da təsdiqini tapmamışdır. Göründüyü kimi tərəflər arasında tərtib olunmuş müqavilə mövcud olmadığından, istehlakçı üzərinə heç bir öhdəlik götürmədiyindən, iddiaçının adına abonent kodu olsa da ona məxsus qaz sayğacı quraşdırılmadığından ondan hər hansı borcun tələb edilə bilməz.
54. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
55. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, İsmayıllı Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(037)-895/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması yol verilməzdir.
56. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(037)- 895/2025 nömrəli qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(037)-895/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.