Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1034/2025 05.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X7, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X19, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X18 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X7, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X19, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 avqust 2025-ci il tarixli, e-2(033)-513/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı 27 fevral 1994-cü il tarixində vəfat etmiş mərhum atası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş ümumi sahəsi 95.7 kv.m olan fərdi yaşayış evi üzərində payının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X7, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X19, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “mirasın qəbul etmə faktı və miras payının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müraciət edərək, 27 fevral 1994-cü il tarixində vəfat etmiş mərhum atası X5 miras qalmış ünvan 1 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş ümumi sahəsi 95.7 kv.m olan fərdi yaşayış evi üzərində mirasın qəbul etmə faktının və miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. Mərhum atası X12 ilə anası X16 nikahlarından hazırki iş üzrə İddiaçı, qardaşı Maraqlı şəxs3, qardaşı Maraqlı şəxs5, bacısı Maraqlı şəxs1, qardaşı X24, qardaşı Maraqlı şəxs2 və qardaşı Maraqlı şəxs4 anadan olmuşlar. Sonradan mərhum atası X12 ilə anası X16 arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. xx.xx.1980-cı il tarixdə mərhum atası X1 Gülçöhrə Allahverdi qızı ilə ailə həyatı qurmuşdur. Onların nikahları Zaqatala rayon İHB-nın Aşağı Tala kənd ərazi nümayəndəliyində rəsmiləşmişdir. Mərhum atası X17 ilə X2 nikahlarından Maraqlı şəxs7 və Maraqlı şəxs6 anadan olmuşlar. Mərhum atası X17 xx.xx.1994-cü il tarixdə, mərhum analığı olan X6 isə xx.xx.2023-cü il tarixdə ölmüşlər. Mərhum atası X10 aşağıdakı vərəsələri qalmışdır. Həyat yoldaşı - X6, oğlu - İddiaçı, oğlu - Maraqlı şəxs3, qızı - Maraqlı şəxs1, oğlu - Maraqlı şəxs5, oğlu - X22, oğlu - Maraqlı şəxs2, oğlu - Maraqlı şəxs4, qızı - Maraqlı şəxs7, oğlu - Maraqlı şəxs6. Mərhum atası X8 yaşadığı Zaqatala şəhər F.Əmirov 24a ünvanında mülkiyyətində 0.06 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 95,7 kv.m fərdi yaşayış evi vardır. Atası 27 fevral 1994-cü ildə vəfat edənə kimi həmin özünə məxsus mülkiyyətdə yaşamışdır. İddiaçı və atasının digər övladları ailə qurduqdan sonra hər kəs öz təsərrüfatını quraraq başqa-başqa ərazilərdə yaşamışlar. O, isə qazanc dalınca Qazaxıstana getməli olmuş, əlinə fürsət düşən kimi rayona atasının yanına gəlməklə ona təsərrüfat işlərində kömək etmişdir. O, Qazaxıstanda olarkən atasının vəfat etməsi xəbərini eşitmiş və dərhal ata evinə qayıtmalı olmuşdur. Qayıdandan sonra atasının bütün yas mərasimlərində, onun baş daşının qoyulmasında, digər xərclərində, qırx mərasimini yola verilməsində iştirak etmiş, bir müddətdən sonra işlədiyi Qazaxıstan Respublikasına qayıtmışdır. Buna baxmayaraq hər rayona gələndə ata evində müəyyən işlər görmüşdür. O, atasının vəfatından əvvəl və sonra da xarici ölkədə yaşadığına görə mirasın qəbulu ilə bağlı heç bir bilgiyə malik olmamışdır. Hesab etmişdir ki, mərhum atasının ölümündən sonra miras qalan əmlak onun və digər ailə üzvlərinin adına keçəcəkdir. Bundan əlavə, o, Qazaxıstan Respublikasında yaşadığı müddətdə mərhum atasına pul vəsaiti göndərmiş və mərhum atası tərəfindən onun göndərdiyi pul vəsaiti hesabına həmin həyətdə bir otaqdan ibarət fərdi yaşayış evi tikilmişdir. Mərhum atası həmin evi İddiaçı tikməkdə məqsədi onun İİ qrup əlili olduğuna görə və gələcəkdə Azərbaycana qayıdandan sonra ailəsi ilə birlikdə həmin evdə yaşaması məqsədi olmuşdur. Belə ki, mərhum atası X9 miras qalmış əmlaka ona düşən məcburi payı almaq üçün dəfələrlə Zaqatala rayon Dövlət Notariat Ofisinə müraciət etmişdir. Zaqatala rayon Dövlət Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və 11 avqust 2024-cü il tarixli məktublarında qeyd etmişdir ki, Azərbaycan Respublikası MMnin 1246-cı maddəsinə əsasən o mirasın qəbulu üçün müəyyən olunmuş müddəti ötürmüşdür. Eyni zamanda vərəslər arasında mübahisə olduqda, vərəsəlik işini notariat qaydasında həll edə bilmir. Odur ki, mərhum atası X5 qalmış əmlaka pay almaq üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
4. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin həcminin azaldılması zərurəti yarandığından iddia tələbinin xahiş edirəm hissəsinin aşağıdakı məzmunda qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər: xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum atası X5 miras qalmış ünvan 3 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş ümumi sahəsi 95.7 kv.m olan fərdi yaşayış evi üzərində mirasın tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X4 ilə X16 nikahlarından İddiaçı, qardaşı Maraqlı şəxs3, qardaşı Maraqlı şəxs5, bacısı Maraqlı şəxs1, qardaşı X24, qardaşı Maraqlı şəxs2 və qardaşı Maraqlı şəxs4 anadan olmuşlar. X4 ilə X16 arasında olan nikah məhkəmə qaydasında pozulmuş, xx.xx.1980-cı il tarixdə mərhum İddiaçı Nəsrulla oğlu X6 ilə nikah bağlamışdır. Onların nikahları Zaqatala rayon İHB-nın Aşağı Tala kənd ərazi nümayəndəliyində rəsmiləşmişdir. Mərhum İddiaçı Nəsrulla oğlu ilə X2 birgə nikahlarından Maraqlı şəxs7 və Maraqlı şəxs6 anadan olmuşlar. X17 xx.xx.1994-cü il tarixdə, X6 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdirlər. ünvan 4 ünvanında yerləşən 0.0641 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində olan ümumi sahəsi 95.7 kv.m fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Maraqlı şəxs7, X8, X3 və Maraqlı şəxs6 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1994-cü ildə vəfat etmiş atası X5 miras qalmış ünvan 1-da yerləşən 0.06 ha həyətyanı torpaq və üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində qanun üzrə miras payının müəyyən edilməsini xahiş etmiş, Maraqlı şəxs5, X22 və Maraqlı şəxs1 nümyəndələri İddiaçı vasitəsilə xx.xx.2025-ci il tarixdə məhkəməyə eyni məzmunlu ərizə təqdim edərək onların da qanun üzrə miras payının müəyyən edilməsini xahiş etmişdirlər.
6. Məhkəmə qeyd etmişdir ki, vərəsəliklə bağlı münasibətlər 1994-cü il tarixdən yarandığından hazırki münasibətə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır.
7. Məhkəmə bildirmişdir ki, iddiçının müəyyən vaxtlarda həmin evə qonaq kimi gəlməsi, atasının vəfatından dərhal sonra onun bütün yas mərasimlərində, baş daşının qoyulmasında, digər xərclərində, qırx mərasimini yola verilməsində iştirak etməsi həmin əmlaka faktiki sahiblik etməsi kimi qəbul edilə bilməz. Belə ki, X8 ölümündən sonra X6 uşaqları Maraqlı şəxs7 və Maraqlı şəxs6 ilə birlikdə mübahisə predmeti olan evdə yaşamış, həmin hal işin mübahisəsiz halıdır. İddiaçı isə ailəli olmuş və daimi yaşadığı başqa yaşayış yerləri olmuşdur.
8. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı atasına pul vəsaiti göndərməsinə və atası tərəfindən onun göndərdiyi pul vəsaiti hesabına həmin həyətdə bir otaqdan ibarət fərdi yaşayış evi tikilməsinə istinad etsə də, bu halları sübut etmək yükü onların üzərinə düşür, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Əksinə işdə olan sübutlarla iddiaçıların miras əmlakı nə faktiki, nə də notariat orqanına ərizə verməklə qəbul etməsi təkzib olunur. Həmçinin iddiaçının mirasqoyanın ölümündən sonra miras əmlaka sahiblik və istifadə etməsi də inandırıcı və ağlabatan deyildir. Çünki iddiaçı Qazaxıstanda olmuş, ailə qurduğu üçün başqa ünvana köçmüş, miras əmlakla əlaqələri kəsilmiş, həmçinin mirası faktiki qəbul edəcək hərəkətlər etməmiş, eləcə də mirası qəbul etmək üçün notariat orqanına ərizə verməmişlər. Bununla da öz subyektiv vərəsəlik hüququnu həyata keçirməmişlər. Bu cür vəziyyətdə iddiaçıların tələbi əsaslı ola bilməzdi.
9. Həmçinin işin hallarından görünür ki, iddiaçı mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatında göstərildiyi kimi iddiaçı atasının adına torpaq sahəsi və fərdi yaşayış evinin mövcud olmasından məlumatlı olmuş, lakin X10 vəfat etməsindən iddia ərizəsinin verildiyi tarixədək 31 ilə yaxın müddətdə iddiaçı tərəf mirası qəbul etməmiş, atasının mülkiyyətində olmuş fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi ilə bağlı hər hansı təşəbbüs belə göstərməmişdir. Bundan başqa iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə də müraciəti olmamışdır. Bundan əlavə, iddiaçının 30 ildən artıq bir müddətdə susması, yəni miras əmlakın mərhum atasının mülkiyyətində olmasını bildiyi halda bu vaxta qədər vərəsəliyə dair hansısa mübahisə açmaması da hazırkı iddianın xoş niyyətlə irəli sürülmədiyinə dəlalət edir.
10. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X7, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X19, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
11. Zaqatala Rayon Məhkəməsinin 4 avqust 2025-ci il tarixli, e-2(033)-513/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X7, maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs1, Maraqlı şəxs5, X19, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs6 qarşı “miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 527, 528, 529, 530, 532, 552, 553, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1255, 1257.1-ci maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-82-12/2-2590/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışı; Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-82-12/2-1924/2023 saylı, xx.xx.2023-cü il tarixli arayışı; Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 83 saylı, 19 yanvar 2024-cü il tarixli məktub; Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 409 saylı, 02 aprel 2024-cü il tarixli məktub; Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 449 saylı, 18 aprel 2024-cü il tarixli məktub; Zaqatala rayon 2 saylı notariat ofisi tərəfindən verilmiş 885 saylı, 11 avqust 2024-cü il tarixli məktub; Reyestrdə 2V-571 nömrə ilə qeyd edilmiş 24 aprel 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 518 saylı arayış; Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 27 avqust 1982-ci il tarixli, Vİİİ-JQ 423371 nömrəli doğum haqqında şəhadətnamə; Zaqatala rayon 2 saylı Notariat Ofisinə Maraqlı şəxs6 tərəfindən verilmiş 15 noyabr 2023-cu il tarixli V-602(2023) saylı ərizə; Zaqatala rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 10 yanvar 2005-ci il tarixli, AZ-İ 118080 nömrəli nikah haqqında şəhadətnamə; Zaqatala rayon 2 saylı Notariat Ofisinə Maraqlı şəxs7 tərəfindən verilmiş 23 dekabr 2023-cu il tarixli V-602(2023) saylı ərizə; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarış; Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş reyestr nömrəsi **********22-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarış; JN-1749A KOD 40201004 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”; İnventar nömrəsi 1338, reyestr nömrəsi **********22-10301 olan fərdi yaşayış evinin texniki pasport; Zaqatala rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 20 mart 1981-ci il tarixli, Vİİİ-JQ ******* saylı doğum haqqında şəhadətnamə; Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, AZİİ 367237 saylı ölüm haqqından şəhadətnamə; Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli, AZ-İ 401867 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamə; Zaqatala Rayon Aşağı Tala kənd ərazi dairəsi tərəfindən verilmiş 07 may 1980-cı il tarixli nikah haqqında şəhadətnamə; Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 may 2022-ci il tarixli, 05/Q1374/69 arayış; Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 may 2022-ci il tarixli, AZ-İİ 275524 saylı ölüm haqqından şəhadətnamə; Azərbaycan Respublikası Zaqatala RİHB-nın Zaqatala şəhər inzibati ərazi sairəsi üzrə nümayəndəliyinin 5-82-12/2-1082/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışı; Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün MYİ ******* saylı, xx.xx.2023-cü il tarixli icazə vərəqəsi; Zaqatala RİHB-nın Mosul kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2021-ci il tarixli AZ-İV 647719 saylı doğum haqqında şəhadətnamə; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025ci il tarixli arayış; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X29 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-47/2-2635/2025 saylı, 24 iyul 2025-ci il tarixli məktub; xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzi.
14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, iş üzrə maraqlı şəxslərdən olan Maraqlı şəxs6 iddianı qəbul etməsə də, öz ifadəsində bildirmişdir ki, ərizədə qeyd edilən ev hazırki iddiaçı olan İddiaçı üçün alınmışdır və o, faktiki olaraq həmin evdə yaşamışdır. İddiaçı atasının yas mərasimində iştirak etmişdir və baş daşını qoymuşdur. Bütün bunlara baxmayaraq hətta şahid ifadələrinə məhəl qoymayan məhkəmə bildirir ki, iddiaçının müəyyən vaxtlarda həmin evə qonaq kimi gəlməsi, atasının vəfatından dərhal sonra onun bütün yas mərasimlərində, baş daşının qoyulmasında, digər xərclərdə, qırx mərasimini yola verilməsində iştirak etməsi həmin əmlaka faktiki sahiblik etməsi kimi qəbul edilə bilməz.
16. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)- 513/2025 saylı qətnaməsi əsassız olduğundan tamamilə ləğv edilməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-513/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq
20. Azərbaycan SSR Mülki Məcəlləsi: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qanun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 529-cu maddəsinə əsasən vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. 530-cu maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də, miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin xx.xx.2025-ci ilədək qüvvədə olan redaksiyası: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçı Həsrətov X20 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)- 513/2025 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. İddiaçının apellyasiya şikayətinin dəlilləri bundan ibarət olmuşdur ki, ərizədə qeyd edilən ev onun üçün alınmışdır və o, faktiki olaraq həmin evdə yaşamışdır. O atasının yas mərasimində iştirak etmişdir və baş daşını qoymuşdur. Bütün bunlara baxmayaraq hətta şahid ifadələrinə məhəl qoymayan məhkəmə iddiaçının müəyyən vaxtlarda həmin evə qonaq kimi gəlməsi, atasının vəfatından dərhal sonra onun bütün yas mərasimlərində, baş daşının qoyulmasında, digər xərclərdə, qırx mərasiminin yola verilməsində iştirak etməsini həmin əmlaka faktiki sahiblik etməsi kimi qəbul etməmişdir.
27. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının müəyyən vaxtlarda həmin evə qonaq kimi gəlməsi, atasının vəfatından dərhal sonra onun bütün yas mərasimlərində, baş daşının qoyulmasında, digər xərclərində, qırx mərasimini yola verilməsində iştirak etməsi həmin əmlaka faktiki sahiblik etməsi kimi qəbul edilə bilməz. Belə ki, X8 ölümündən sonra X6 uşaqları Maraqlı şəxs7 və Maraqlı şəxs6 ilə birlikdə mübahisə predmeti olan evdə yaşamış, həmin hal işin mübahisəsiz halıdır. İddiaçı isə ailəli olmuş və daimi yaşadığı başqa yaşayış yerləri olmuşdur.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
29. Azərbaycan SSR-in 1964-cü ildə qəbul edilmiş Mülki Məcəlləsinin 552-ci maddəsində göstərilir ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Hazırda qüvvədə olan Mülki Məcəllənin 1243-cü maddəsinə əsasən isə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
30. Mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Lakin iddiaçının miras əmlakı qəbul etməsi iş materialları və işin halları ilə müəyyən olunmur. Çünki iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində göstərilən müddətdə mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etməmiş, həmçinin mirasın faktiki surətdə qəbul edilməsi ilə bağlı hər hansı hərəkətlər etməmişdir.
31. İşin hallarından görünür ki, iddiaçı mirası qəbul etmək üçün vaxtında təşəbbüs göstərməmiş, bu yöndə heç bir aktiv hərəkət etməmiş, bununla bağlı niyyəti əvvəldən mövcud olmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı tərəfin izahatında göstərildiyi kimi iddiaçı atasının adına torpaq sahəsi və fərdi yaşayış evinin mövcud olmasından məlumatlı olmuş, lakin X10 vəfat etməsindən iddia ərizəsinin verildiyi tarixədək 31 ilə yaxın müddətdə iddiaçı tərəf mirası qəbul etməmiş, atasının mülkiyyətində olmuş fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi ilə bağlı hər hansı təşəbbüs belə göstərməmişdir. Bundan başqa iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilməsi barədə də müraciəti olmamışdır.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 4 avqust 2025-ci il tarixli, e-2(033)-513/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 4 avqust 2025-ci il tarixli, e-2(033)-513/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.