Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1044/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiаçı - İddiaçı nümayəndəsi və vəkili Vəkil; Cavabdehlər - Cavabdeh1 və Cavabdeh6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və 3-cü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2(014)-1142/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(014)-1142/2020 saylı qətnaməsi ilə (hakim Famil Nəsibov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh6 arasında Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən 8,93 ha torpaq sahəsinə dair 25 noyabr 2014-cü ildə Ağdaş rayon Notariat ofisində bağlanaraq rəsmiləşdirilmiş 4Ə-508 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi qismən torpaq sahəsinin 7,29 ha hissəsinə münasibətdə etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4, Cavabdeh5,Cavabdeh6 və 3-cü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 birgə paylı mülkiyyətində olub Ağdaş rayonu Ərəbocaq kəndi ərazisində yerləşən 8.93 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini mənə satılmasına dair əqdin bağlanmış hesab edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 08 may 2007-ci il tarixli 2-156/2007 saylı qətnaməsini nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh6 arasında 25 noyabr 2014-cü ildə üçüncü şəxs Ağdaş rayon Notariat ofisində bağlanaraq rəsmiləşdirilmiş 4Ə-508 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2002-ci il tarixli 06 saylı qərarı ilə və 10 mart 2003-cü il tarixdə Dövlət aktı qeydiyyat kitabında 16312 nömrə ilə qeydiyyata alınmış JN-0090, kod 90311028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən cavabdehlərin birgə paylı mülkiyyətlərinə Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində 8.93 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsini 2005-ci ilin aprel ayında cavabdehlərlə qarşılıqlı razılaşma əsasında əvəzini nağd ödəməklə faktiki olaraq almışdır. Cavabdehlər həmin torpaq sahəsinə dair dövlət aktının əslini və mütəxəssislərin iştirakı ilə torpaq sahəsini naturada göstərməklə ona təhvil vermişlər. Lakin cavabdehlər həmin torpaq sahəsinin alqısatqı müqaviləsini Ağdaş rayon Notariat ofisində rəsmiləşdirmək üçün müəyyən bəhanələrlə boyun qaçırmışlar. Ona görə də iddiaçı cavabdehlərə qarşı “əqdin bağlanmış hesab edilməsinə” dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2-156.2007 saylı, 08 may 2007-ci il tarixli qətnaməsi ilə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2002-ci il tarixli 06 saylı qərarı ilə və 10 mart 2003-cü il tarixdə Dövlət aktı qeydiyyat kitabında 16312 nömrə ilə qeydiyyata alınmış JN-0090, kod 90311028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində mülkiyyətlərinə verilmiş 8.93 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilməmişdir. İş üzrə tərəf olmayan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi qətnamədən apelyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apelyasiya şikayəti ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 2-156.2007 saylı, 07 dekabr 2012-ci il tarixli qərardadı ilə DƏDRXnin 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş Rayon Məhkəməsinin 08 may 2007-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş, apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qaytarılmışdır. İş üzrə tərəf olmayan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardaddan şikayət verməmişdir. Göründüyü kimi, Ağdaş Rayon Məhkəməsinin 2-156/2007 saylı, 08 may 2007-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçı ailə vəziyyəti ilə əlaqədar və müəyyən səbəblərdən həmin torpaq sahəsini məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mülkiyyət hüququ əsasında adına qeydə aldırmamışdır. 2019-cu ilin noyabr ayında iddiaçı həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mülkiyyət hüququ əsasında adına qeydə aldırmaq istədiyi zaman iddiaçıya məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 həmin torpaq sahəsini notariat ofisində alqı-satqı müqaviləsi yolu ilə başqasının adına özkəninkiləşdirmişdir. Əldə olunmuş məlumatlardan məlum olmuşdur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 qanunsuz yollarla, yəni həmin torpaq sahəsini iddiaçıya satmaları barədə qanuni qüvvəsini almış qətnamə olmasını DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsindən və eləcə də Ağdaş rayon Notariat ofisindən gizlətmək yolu ilə üçüncü şəxs Ağdaş rayon Notariat ofisində 25 noyabr 2014-cü ildə reyestrdə 4Ə-508 nömrə ilə qeyd edilmiş daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh6 satmışdır. Bununla da cavabdehlər vicdanlı alıcı kimi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Sözügedən torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 tərəfindən Cavabdeh6 satılmasına dair üçüncü şəxs Ağdaş rayon notariat ofisinin 4Ə-508 nömrəli 25 noyabr 2014-cü il tarixli daşımaz əmlakın alqısatı müqavinəsi qanunsuz yolla, yəni cavabdehlər həmin torpaq sahəsini iddiaçıya satmaları barədə qanuni qüvvəsini almış qətnamə olduğu halda, həmin faktı gizlətməklə və üçüncü şəxsləri aldatmaqla rəsmiləşdirildiyindən, etibarsız hesab edilməlidir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə üçüncü şəxs Cavabdeh6 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi cavabdehlər tərəfindən üçüncü şəxsləri aldatmaqla bağlandığından, yəni üçüncü şəxslərə münasibətdə aldatma yolu ilə rəsmiləşdirilərək bağlandığından həmin müqavilə əhəmiyyətsiz və etibarsız müqavilədir. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçını tanımır, mülkiyyətlərində olan torpaq sahəsini iddaçıya satmamışdır. Belə ki, 2005-ci ildə hazırda mübahisə predmeti olan 8,93 ha torpaq sahəsinin 7,29 ha hissəsini Şahid vasitəsi ilə 4200 manata satmış və torpaq sahəsini satın alan şəxsin mülkiyyətinə vermişdir. Lakin torpaq sahəsi paylı mülkiyyətdə olduğudan torpağın naturada bölünməsinə dair sənədləşmə işlərini aparmaq mümkün olmamışdır. Beləliklə, torpaq sahəsinin müqabilində aldığı pulu Şahid vasitəsi ilə torpağı alan şəxsə geri qaytarmışdır. Daha sonra isə sənədləşmə işlərini qaydasına qoyaraq o və digər cavabdehlərin mülkiyyətlərində olan Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən 8,93 hektar torpaq sahəsini Cavabdeh6 satmışlar.Əqdin bağlanmış hesab edilməsi barədə qətnamədən xəbərsizdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki,iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh6 iddianı qəbul etməyərək bildirmişdir ki, 25 noyabr 2014-cü ildə cavabdehlərlə aralarında razılaşdırılmış pul məbləğini cavabdehlərə ödəməklə cavabdehlərin mülkiyyətində olan 8,93 ha torpaq sahəsini satın almışdır. Torpaq sahəsinin 7,29 ha hissəsinin daha öncədən iddiaçıya və ya başqa şəxsə satılmasından xəbəri olmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh6 apellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin qanunsuz və əsassız hesab edir. Belə ki, o, Ağdaş rayon AİK-nın 07.08.2002-ci il tarixli 06 saylı qərarına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə 8,93 hektar torpaq sahəsi verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 08.05.2007-ci il tarixli 2-156/2007 tarixli qətnaməsinə əsasən Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3, Abdullayeva (hazırda Məmmədova) Pərvanə Zahir qızı və Cavabdeh5 məxsus 7,29 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilmişdir. Bildirir ki, o və ailə üzvləri İddiaçı tanımır və heç vaxt həmin şəxsə pay torpaq sahəsini satmamışlar. Torpaq sahəsinin 7,29 hektar hissəsini Şahid adlı şəxs vasitəsilə 4200 manata satmış, sonradan ümumi birgə bərabər paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılaraq bölünməsi və sənədləşdirilməsi proseslərində problem yarandığı üçün “alıcı şəxs” torpaq sahəsindən və onu almaqdan imtina etmiş və o, aldığı pulu tam şəkildə Şahid adlı şəxs vasitəsilə geri qaytarmışdır. İddiaçı və alıcı olduğunu iddia edən şəxs” həmin torpaq sahəsini naturada yerində görməmişdir. Həmin şəxs özü də iddiasında etiraf edir ki, yalnız bir il bundan əvvəl 2019-cu ilin noyabr ayında aldığı torpağı sənədləşdirmək istərkən hazırkı problemdən xəbərdar olmuşdur. Hesab edir ki, bunlar da əsl həqiqət deyildir. Sadəcə iddiaçının torpaqdan imtina etməsi və aralarındakı razılaşmanı pozmalarına, iddiaçının pulunu tam şəkildə geri almasına baxmayaraq bunu sənədləşdirməməsindən və məhkəmənin qətnaməsinin mövcudluğundan sui-istifadə etməkdədir. Qeyd olunan xüsusatları məhkəmə kifayət qədər araşdırmamış, 2007-ci ildə xeyrinə məhkəmə qətnaməsi çıxarıldığı və kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 7,29 hektar torpaq sahəsini ötən 13 il ərzində adına nə üçün sənədləşdirmədiyi, cavabdehlərə qarşı 2020-ci ilədək hər hansı iddialarının olmamasının, ən azı torpağa sahiblənməməsinin inandırıcı səbəblərinə dair hallara əhəmiyyət verilməmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(014)-1142/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh6 apellyasiya şikayətinin məzmununa uyğun izahata verərək, şikayətin təmin edilməsini və Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(014)-1142/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(014)-1142/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər cavabdehlər təkrarən məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(014)-1142/2020 saylı qətnaməsi qismən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 08 may 2007-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində mülkiyyətlərinə verilmiş, 7,29 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 07 dekabr 2012-ci il tarixli qərardadından görünür ki, Ağdaş Rayon Məhkəməsinin 08 may 2007-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş, buraxılmış prosessual müddətin bərpası barədə iş üzrə DƏDRX-in Yevlax ərazi idarəsinin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş materiallarına əlavə olan notariat işinə əlavə edilmiş 25 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan 8,93 ha torpaq sahəsini 9300 manata Cavabdeh6 satmışlar. Notariat işinə əlavə edilmiş torpağa mülkiyyət hüququna dair JN-0090, KOD 90311028 saylı dövlət aktına əsasən, Ağdaş rayon Ərəbocağı kəndində yerləşən 8,93 hektar torpaq sahəsi Ağdaş rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2002-ci il tarixli 06 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, X2 və Cavabdeh5 ümumi paylı mülkiyyətindədir. Həmin 8,93 ha torpaq sahəsi planşet 42928,48 kv.m, planşet 30001,40 kv.m, planşet 16376,42 kv.m olmaqla 3 hissədən ibarət olmaqla ayrı-ayrı yerlərdə yerləşir. Notariat işinə əlavə edilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, Cavabdeh1 və qeyrilərinin mülkiyyətində olan Ağdaş rayonu, Ərəbocağı kəndində yerləşən torpaq sahəsi üzərində 21 noyabr 2014-cü il tarixə məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Məhkəmə kolegiyasının iclasında müəyyən edilmişdir ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 07 avqust 2002-ci il tarixli 06 saylı qərarı ilə Ağdaş rayonu Ərəbocağı kənd sakinləri iş üzrə cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 oğlu, X2 və Cavabdeh5 ümümi birgə mülkiyyətinə 8.93 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 42928,48 kv.m, sahəsi 30001,40 kv.m və sahəsi 16376,42 kv.m olmaqla ayrı-ayrı ərazidə yerləşən 3 hissədən ibarət olmuşdur və Torpağa mülkiyyət hüququna dair JN-0090, KOD 90311028 saylı dövlət aktında 3 planşetdə göstərilmişdir. Ağdaş Rayon Məhkəməsinin 08 may 2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh1, X1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 Ağdaş rayonu Ərəbocağı kəndi ərazisində mülkiyyətlərinə verilmiş, 7,29 hektar torpaq sahəsinin İddiaçı satılmasına dair əqd bağlanmış hesab edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alsa da, icra edilməmiş, İddiaçı həmin torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. Cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri 25 noyabr 2014-cü ildə 8,93 ha torpaq sahəsini notariat qaydasında Cavabdeh6 9300 manata satmışlar. Cavabdeh6 notariat qaydasında alqı-satqı yolu ilə almış həmin torpaq sahəsinə 11.12.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair Çıxarışlar almışdır. İddiaçı həmin 25 noyabr 2014-cü il tarixli alqı-satqı müqaviləsindən 2019-cu ilin noyabrında xəbər tutduğunu göstərərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək sözü gedən alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsinə dair qətnamə çıxarmış, həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh6 apellyasiya şikayəti vermişlər. İddianı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərin artıq öz mülkiyyətlərində olmadığını bildikləri torpaq sahəsinin Cavabdeh6 satmaları barədə əqd fayda götürmək məqsədi ilə aldatma yolu ilə bağlanmış əqd hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflərin qarşılıqlı münasibətləri üzrə düz nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. Həmçinin, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa, alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üstüstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqı-satqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi) (Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Mülki Məcəllənin 337.1, 340.2, 404.1, 404.2-ci maddələrinin mənasına görə, alqısatqı müqaviləsi o, vaxt etibarsız sayıla bilər ki, həmin müqavilənin etibarlılığı şərtləri, yəni müqavilənin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə təsdiq edilsin və ya alqı-satqı müqaviləsi yalan əqd olmaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış olsun. İddiaçı mübühisə predmeti olan müqavilədən 2019-cu ilin noyabr ayında xəbər tutduğunu bəyan etdiyinə və cavabdehlərin bunu təkzib edən mötəbər sübutlar təqdim etməiyinə görə məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətlərdən bəhs edən 354-cü maddəsi tətbiq edilə bilməz Mübahisəli torpaq sahəsi 3 hissədən ibarət olmaqla ayrı-ayrı ərazilərdə yerləşdiyidən 25 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən, həmin 3 hissə torpaq sahələrinə ayrı-ayrılıqda Cavabdeh6 adına torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmiş və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar verilmişdir. (reyestr nömrələri müvafiq olaraq **********12, **********46, **********02, qeydiyyat tarixi 11.12.2014cü il). Mülki Məcəllənin 140-cı maddəsində göstərilmişdir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Xüsusi ilə qeyd edilməlidir ki, Cavabdeh6 mübahisəli torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə əldə edərkən həmin torpaq sahəsində məhdudiyyət və yüklülük olmamış, o, əqdin bağlanmış hesab edilməsi barədə qətnamədən xəbərsiz olmuşdur. Belə olan halda mübahisəli sahənin daşınmaz əmlakın dövlət reyestrindəki mülkiyyətçisi daşınmaz əşyanı vicdanlı əldə edən olmaqla, onun da üstün mülkiyyət hüququnun qorunmasına önəm verilməlidir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” Kollegiya hesab edir ki, Cavabdeh6 torpaq sahəsini qanununvericiliklə müəyyən edilmiş qaydada aldığından vicdanlı alıcı statusunu daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(014)-1142/2020 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tаrixli, 2(014)-1142/2020 saylı qətnaməsi qismən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlu, Cavabdeh4 və Cavabdeh5 ilə Cavabdeh6 arasında Ağdaş rayonu Ərəbocağı kəndində yerləşən 8,93 ha torpaq sahəsinə dair 25 noyabr 2014-cü ildə Ağdaş rayon Notariat ofisində bağlanaraq rəsmiləşdirilmiş 4Ə-508 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin qismən, torpaq sahəsinin 7,29 ha hissəsinə münasibətdə etibarsız hesab edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanıln. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1044/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1044/2021
14.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver