Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1048/2024 10.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Şəhadətnamənin, çıxarışın ləğvi, miras payının müəyyən edilməsi, MM 1272, kəsici müddət) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Abbasova (Qaffarova) Yeganə Abdul-Əzim qızının nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, e-2(075)-285/2024 nömrəli qətnaməsindən iddiaçı Səmədova X31 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi:
1. İddiaçı Səmədova X31 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa edilmiş 82,5 kv.m yaşayış evinə dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh1 Abduləzim qızına 2V- 1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi və miras əmlakdan qanun üzrə vərəsələrin miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Mülki işə məhkəmədə baxılarkən 15 yanvar 2024-cü il tarixdə iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş 29,1 kv.m, iki yaşayış otağından və 53,4 kv.m-lik köməkçi sahələrdən ibarət daşınmaz əmlaka dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh1 Abduləzim qızına 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixdə 8852/5452 nömrəli Qeydiyyat vəsiqəsinin, həmçinin xx.xx.2015-ci il tarixdə verilmiş seriya RX0733609 nömrəli Çıxarışın ləğv edilməsi və miras əmlakdan qanun üzrə vərəsələrin miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələbin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
4. Mülki işə məhkəmədə baxılarkən 14 fevral 2024-cü il tarixdə iddiaçı tələbin dəyişdirilməsinə dair ərizə təqdim edərək, mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş 29,1 kv.m-lik iki yaşayış otağından və 53,4 kv.m-lik köməkçi sahələrdən ibarət daşınmaz əmlaka dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh1 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhadətnamənin verilməsinə səbəb olan və notariat sənədlərinə əlavə edilən xx.xx.2005-ci il tarixli imtina ərizəsinin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixli 8852/5452 nömrəli qeydiyyat vəsiqəsinin, həmçinin, 367 kv. metr torpaq sahəsinə və 82,5 kv.m-lik yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət çıxarışının ləğv edilməsi, miras əmlaka qanun üzrə vərəsələrin 1/6 hissədə (bərabər paylarla) miras payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Tələbin dəyişdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum atası X15 24 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. Vəfat edən günə onun 6 nəfər qanun üzrə vərəsələri, həyat yoldaşı (anası) X11 (1936), X16 (1958) Qaffarova (Məmmədova) Aləmzər Abduləzim qızı (1960), X13 (1961), Cavabdeh1 Abduləzim qızı (1963) və o qalmışdır. Atası tərəfindən miras qalmış əmlaka dair vəsiyyətnamə qoyulmamışdır. Mərhum atasının ölümündən sonra miras qalmış əmlak faktiki olaraq onlar vərəsələr tərəfindən qəbul edilmiş, miras əmlakın sənədləşdirilməsi barədə aralarında heç bir mübahisə olmamışdır. 5 ildən sonra, yəni ki, 16 fevral 2004-cü il tarixdə miras qalmış torpaq sahəsi və yaşayış evi atasının adına qeydiyyat vəsiqəsi verilməklə rəsmiləşdirilmişdir. Bundan sonra anası X11 ona telefonla dəfələrlə zəng edərək X4 miras qalmış əmlakın onun adına sənədləşdirilməsi üçün xeyrinə imtina ərizəsi yazmağını bildirmişdir. O da, yaşadığı ərazi üzrə Bakı şəhəri 39 saylı notariat ofisində atasından ona çatası payından anasının xeyrinə imtina ərizəsi yazıb göndərmişdir. Bundan sonra, daima o doğulduğu evə gedib gəlmiş, bacıları ilə aralarında bu barədə heç bir söz-söhbət olmamışdır. Sonradan Cavabdeh1 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etmiş və müvafiq sənədləri cavabdeh Şəki rayon 2 saylı notariat ofisinə təqdim etmişdir. Cavabdeh bacısı vərəsələrin dairəsini bilərəkdən gizlətmiş, düzgün məlumat verməmiş, yaşayış yeri üzrə vərəsəlik arayışında qardaşı X12 qeyd etdirməmiş (xx.xx.2016-cı ildə vəfat etmiş), ərazi üzrə səlahiyyətli orqan “Topqarağac” ərazi nümayəndəliyi (məhəllə,damkom) cavabdehin deyiminə görə arayış vermiş və notarius da vəzifə səlahiyyətlərindən tam şəkildə istifadə etməmiş, təqdim olunmuş sənədləri araşdırmadan Cavabdeh1 tam mülkə dair 06 yanvar 2006-cı il tarixdə 2V-1/02 reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Miras qalmış əmlak, Şəki şəhəri, Mahmud Əliyev küçəsi 600,0 kv.m torpaq sahəsində yerləşən, ümumu sahəsi 82,5 kv.m, yaşayış sahəsi 29,1 kv.m, köməkçi sahəsi 53,4 kv.m-dən ibarət 32 saylı mülkdən ibarətdir. 600 kv.metrlik həyətyanı torpaq sahəsi üzrərində 1960-cı ildə tikilmiş fərdi yaşayış evi atası ilə anasının birgə nikahı zamanı tikilmişdir. Anası 05 may 2012-ci il tarixdə vəfat etmişdir. Anasının da vəfatından sonra, doğulub boya-başa çatdığı evdən ona övlad payını bacılarına bildirəndə, avabdeh Cavabdeh1 “nə vaxt istəyirsən gəl ata evindir, 1 otaqı ata sənə yanımızda vəsiyyət etmişdir” demişdir. Ona əlavə olaraq notarial qaydada təsdiqlənmiş ərizə vermişdir ki, ata mülkünün ¼ hissəsinin dəyəri ona çatır. 2022-ci ildə ona qarşı soyuq münasibəti görəndən sonra Notariat arxivinə müraciət etmiş və hazırda qeyd etdiyi məlumatları “vərəsəlik işi” ndən bilmişdir. Ona məlum olmuşdur ki, notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair cavabdeh vərəsəlik şəhadətnaməsi almış, mirası tam şəkildə adına sənədləşdirmiş və bundan sonra, 13 oktyabr 2015-ci ildə mülkiyyət çıxarışı almışdır. Cavabdeh Notariat ofisinə müraciət etdiyi zaman vərəsələrin dairəsini bilərəkdən gizlətmiş, notariata bu barədə məlumat verməmiş, sonda miras qalmış əmlaka tam şəkildə qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Cavabdehin miras qoyan şəxsin digər vərəslərinin olmasının bilməsinə baxmayaraq, Notariat ofisi də cavabdeh tərəfindən təqdim edilən sənədlərlə kifayətlənmiş, vərəsələrin dairəsinin müəyyənləşdirilməsi yönümündə heç bir tədbir görməmiş, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur.
7. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçılar hazırdi iddianı vermək üçün subyektiv hüquqa malik deyillər. İddiaçı və digər vərəsələr mərhum ataları Abduləzim Həsən oğlundan qalan miras paydan imtina etmələri barədə könüllü surətdə notariat kontoruna gedərək müvafiq ərizələr vermişlər. Həmin dövrdən 18 ilə yaxın müddət keçməsinə baxmayaraq hazırki bu əsassız iddianı vermişlər. İş materiallarında və iddiaçının izahatından da aydın görünür ki, indiyədək vərəsələrin arasında miras əmlakla bağlı heç bir mübahisə olmamışdır. Sözügedən əmlak qanuni əsaslarla cavabdehin mülkiyyətinə keçmişdir. 2015-ci ildə cavabdehin hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Həmin tarixdən də 8 il ötdükdən sonra iddiaçıların hazırki mübahisəni qaldırmaları hüquqdan sui istifadədir. Odur ki, iddia müddətlərinin tətbiq edilərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Məhkəmə iclasında iddiaçı Səmədova X26 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, iddianı müdafiə edir. İddiaçının mərhum atası X15 24 noyabr 1999-cu il tarixdə vəfat etmişdir. Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa edilmiş 82,5 kv.m yaşayış evi onun mərhum atası X7 mülkiyyətində olmuşdur. X21 vəfatından sonra 6 nəfər birinci dərəcəli vərəsələri qalmışlar. Ataları sağ olan zaman tərəflər arasında heç bir mübahisə olmamışdır. Ataları vəfat etdikdən sonra vərəsələrdən X8, X13 və Səmədova X31 analarının xeyrinə miras əmlakdan imtina etmişlər. Lakin 2015-ci ildə onlara müəyyən olmuşdur ki, cavabdeh notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi və mülkiyyət çıxarışı almışdır. Notariat kontoruna təqdim edilən sənədləri nəzərdən keçirdikdə, aydın olur ki, həmin sənədlərdə saxtakarlıq aşkar edilmişdir. Bununla bağlı 2015-ci ildə müvafiq orqanlara müraciət etmişlər. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilən zaman mərhum X7 digər vərəsələrinin olması nəzərə alınmamışdır. Bundan başqa atası sağ olarkən vərəsələrinin iştirakı ilə onlara məxsus həyətdə yerləşən evi iddiaçıya verilməsi barədə vəsiyyət etmişdir. Odur ki, bütün bunları nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək göstərdi ki, iddianı qəbul etmir. İddiaçı və digər vərəsələr 2005-ci ildə mərhum ataları Abduləzim Həsən oğlundan qalan miras paydan imtina etmələri barədə notariat orqanına rəsmi ərizə ilə müraciət etmişlər. İndiyədək vərəsələrin aralarında miras əmlakla bağlı heç bir mübahisə olmamışdır. Sözügedən əmlak qanuni əsaslarla cavabdehin mülkiyyətinə keçmişdir. 2015-ci ildə cavabdehin hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Həmin tarixdən də 8 il ötmüş və iddiaçı qanunla müəyyən edilən iddia müddətini ötürmüşdür. Odur ki, iddanın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X13 izahat verərək bildirdi ki, cavabdeh 2006-cı il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almışdır. 2012-ci ildə anası vəfat etdikdən sonra xəbərləri olmuşdur. 2015-ci ildə aralarında miras əmlakla bağlı mübahisə yarandığından, dəfələrlə müvafiq orqanlara müraciət etmələrinə baxmayaraq, həmin orqanlar tərəfindən onlara məhkəməyə müraciət etmələri tövsiyyə edilmişdir. Həmçinin cavabdehin notariat kontoruna təqdim etdiyi sənədlərdə saxtakarlıq var, digər vərəsələrlə bağlı araşdırılma aparılmadan cavabdehə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. İddiaçı bacısı Cavabdeh1 xeyrinə miras əmlakdan imtina etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.
11. Şəki Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, e-2(075)-285/2024 nömrəli qətnaməsi ilə iddiaçı Səmədova X26 Cavabdeh1 AbdulƏzim qızına qarşı “mərhum atası X4 miras qalmış Şəki rayonu, Şəki şəhəri, Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş 29,1 kv.m-lik iki yaşayış otağından və 53,4 kv.m-lik köməkçi sahələrdən ibarət daşınmaz əmlaka dair Şəki rayon 2 saylı notariat ofisi tərəfindən Cavabdeh1 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhadətnamənin verilməsinə səbəb olan və notariat sənədlərinə əlavə edilən xx.xx.2005-ci il tarixli imtina ərizəsinin etibarsız sayılması, şəhadətnamə əsasında daşınmaz əmlaka dair xx.xx.2006-ci il tarixli 8852/5452 nömrəli qeydiyyat vəsiqəsinin, həmçinin, 367 kv.m torpaq sahəsinə və 82,5 kv.m yaşayış evinə dair xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli mülkiyyət çıxarışının ləğv edilməsi, miras əmlaka qanun üzrə vərəsələrin 1/6 hissədə (bərabər paylarla) miras payının müəyyən olunması” tələbinə dair iddiası təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Səmədova X26 atası X15 24 dekabr 1999-cu il tarixdə vəfat etmişdir. X4 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83.6 kv.m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0367 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişdir. Cavabdeh Şəki rayonu 2 saylı dövlət notariat kontoruna müraciət edərək, X4 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 83.6 kv.m olan fərdi yaşayış evini və həmin evin yerləşdiyi 0.0367 ha torpaq sahəsini rəsmi olaraq qəbul etmişdir. Bu barədə cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçı cavabdehin özünü tək vərəsə kimi göstərərək mirası qəbul etdiyini əsas gətirərək, mirası qəbul etdiyindən məhkəməyə müraciət edərək, vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, çıxarışın ləğv edilməsini, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsini xahiş etmişdir. Gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
13. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin normasında da göründüyü kimi, maraqlı şəxs mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı Səmədova X31 ilə Cavabdeh1 arasında 2015-ci il tarixdən atalarından qalmış miras əmlakla bağlı mübahisə yaranmış, həmçinin bununla bağlı iddiaçı müvafiq orqanlara müraciət etmişdir. Eyni zamanda iş üzrə maraqlı şəxs Ulduz Qaffarovanın məhkəmə iclasında verdiyi izahatından da aydın olur ki, miras əmlakla bağlı Şəki rayon 2 saylı dövlət notariat kontoru tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyini anası vəfat etdikdən sonra, yəni 2012-ci il tarixdə xəbərləri olduğunu bildirmişdir. Bundan sonra isə iddiaçı 15 noyabr 2023-cü il tarixdə araşdırılan mübahisə ilə bağlı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən qanunla müəyyən olunmuş 2 aylıq müddət ötürülmüşdür.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1159.1.1, 1243.1, 1243.2, 1272, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq göstərilmişdir ki;
18. 1.Məhkəmə iddia tələbləri üzrə tam şəkildə araşdırma aparmamış, iş materiallarında olan sənədlər və sübutlar əsasında düzgün nəticəyə gəlməmişdir. 2.Mülki işə əlavə edilmiş notariat sənədləri tədqiq edilməmiş, Şəki rayon 2 saylı notariat ofisi cavabdeh qismində işə cəlb edilsə də, məhkəmə notariusun nümayəndəsinin iştirakını təmin etməmişdir. 3. 13 vərəqədən ibarət mülki işə əlavə etdiyi notariat sənədləri saxtalaşdırıldığına baxmayaraq, məhkəmə tərəfindən bu yönümdə heç bir tədbir görülməmişdir. 4. Cavabdeh tərəfindən “vərəsəlik arayışı” notariat ofisinə təqdim edilərkən, vərəsələrin dairəsi gizlədilmişdir. 5. Miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən, həmin zaman sağ olmuş qanun üzrə vərəsə X17 bilərəkdən vərəsəliyə çağırılmamışdır. 6. Məhkəmə tərəfindən miras əmlakın tam həcmi müəyyən edilməmişdir. 7. X9 oğlu və qızı 3-cü şəxs qismində işə cəlb olunsalar da, məhkəmə bu barədə ümumiyyətlə heç bir fikir irəli sürməmişdir. 8. Mülki işə cəlb olunmuş maraqlı şəxs X5 və nümayəndəsinin fikirləti təhrif olunmuş qaydada qətnamədə göstərilmişdir. 9. Miras əmlakın hazırki durumu barədə məhkəməyə vəsatətlər verilsə də, təmin olunmamışdır. 10. Məhkəmə qətnamənin əsaslandırıcı və nəticə hissəsi üzrə düzgün nəticəyə gəlməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası MPM-385-ci maddəsinin tələbləri baxımından, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qəbul edilmiş qətnamənin ləğvinə əsas verir
19. Mülki işdən məlum olur ki, miras əmlaka dair vəsiyyətnamə qoyulmamışdır. Deməli, miras əmlak qanun üzrə vərəsələr arasında bərabər pay hüququ ilə bölünməlidir. Hazırki, mübahisəli miras əmlak üzrə 6 nəfər birinci dərəcəli vərəsələr olmuşdur. Vərəsənin biri sağ olduğuna baxmayaraq (X17) həmin zaman cavabdeh tərəfdən vərəsəlik arayışında göstərilməmiş, notariat orqanıda bu saxtakarlığa göz yummuş, digər vərəsələrin kimin xeyrinə imtina etmələri ərizələrdə göstərilməsə də, cavabdeh növbəti dəfə saxtakarlıq edərək, iddiaçının (onun) ərizəsində düzəliş etmiş və məqsədinə çatmışdır.
20. Miras qoyan X7 miras əmlakına həmin zaman sağ qalmış 6 nəfər vərəsəsi olmasına baxmayaraq miras əmlaka dair notariat ofisi qanun üzrə şəhadətnamə verdiyi zaman heç bir araşdırma aparmamış, cavabdeh tərəfindən təqdim edilən sənədlərə istinad etməklə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 59cu maddəsinin tələblərini pozmuşdur. Nəticədə sağ olan vərəsə sağlığında miras əmlakdan məhrum olmuş və hazırda isə onun övladları məhkəməyə 3-cü şəxs qismində cəlb edilmələrinə baxmayaraq, mərhum atalarına çatan paydan məhrum olmuşlar.
21. İddiaçı miras əmnlakın yerləşdiyi yer üzrə notariat ofisinə ərizə ilə müraciət etməmişdir. Ərizə ilə yaşadığı yer üzrə Bakı şəhəri 39 saylı notariat kontoruna ərizə vermiş, lakin ərizəçinin şəxsiyyəti və imzası notarius tərəfindən təsdiq olunmamışdır. Buna baxmayaraq, ərizədə düzəliş, pozuntu, saxtakarlıq aşkar edildiyi üçün məhkəmə tərəfindən ərizə etibarsız hesab edilə bildiyi halda və Şəki rayon 2 saylı notarit ofisi də bilərəkdən saxtakarlığa göz yumduğundan, notarius barəsində heç bir tədbir görülməməsi (AR MPM-nin 265.4-cü maddəsinə əsasən müvafiq qərardadın qəbulu) maddi hüquq normalarının tələblərinin pozuntusu hesab edilməlidir.
22. İddia predmeti üzrə mühüm əhəmiyyəti olan faktiki hallar məhkəmə tərəfindən tam şəkildə araşdırılmamışdır. Məhkəməyə təqdim etdiyi sənədlərlə yanaşı, cavabdeh məhkəmə iclasında özü bu faktı təsdiq etsə də, cavabdehdən tələb olunan sənədlər məhkəməyə təqdim edilmədiyindən, bu səbəbndən, sonda işin həqiqi halları məhkəmə tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə iddia predmeti üzrə mübahisə tərəfinin onun bacısı olmasını, bu vaxta qədər onunla onun arasında olan münasibətləri, davranmağını, onun daima mərhum valideynlərinin qayğısına qalmasını, onların qulluğunda durmasını, məhkəməyə müraciət edənədək (iş materiallarında olan sənədlərlə təsdiq olunur) sərbəst şəkildə miras qalmış evə getməyi, orada qalmağı hallarına düzgün qiymət verməmiş, sonda səhv nəticəyə gəlmişdir (MPM-390 maddəsi).Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin (qətnamə üş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır) tələbi pozulmuşdur. Məhkəmədə nümayəndəsi vasitəsilə cəlb olunmasına baxmayaraq, məhkəmə prosesində təqdim etdiyi rəsmi sənədlər, miras əmlakın ardıcıllıqla kimlərə məxsus olması, qanun üzrə verilmiş vərəsəlik şəhadətnaməsində göstərilən əmlakın üzərində başqa şəxslərin mülkiyyətinin olub-olmamsı (miras qoyan şəxsə aid sənədlər, əmlaka dair texniki göstəricilər və b.) barədə verilmiş vəsatətlər məhkəmə tərəfindən qəbul edilsə də hərəkətsiz saxlanılmış (MPM-nin 78-ci maddəsi), heç bir tədbir görülməmiş, verilmiş şifahi izahatlar təhrif olunmuş qaydada göstərildiyi səbəbindən, apellyasiya qaydasında mülki iş materiallarında olan rəsmi sənədlərə, sübutlara yenidən hüquqi qiymət verilməklə müəyyən olunmuş hallar iddia predmeti üzrə yeni məhkəmə qətnaməsinin qəbuluna əsas verə bilər.
23. Odur ki, Şəki rayon Məhkəməsinin e- 2(075)-285/2024 saylı, 15 may 2024-cü il tarixli qətnaməsini ləğv edib, birinci instansiya məhkəməsinmdə müəyyən edilən hallar və sübutlar əsasında iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Səmədova X26 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, e-2(075)-285/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Səmədova X26 cavabdehlər Cavabdeh1 AbdulƏzim qızına və Şəki rayonu 2 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, miras əmlakdan vərəsələrin miras payının müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmçinin izahatında mübahisələndirilən şəhadətnamənin tərəflərindən notariat orqanından 01 avqust 2023-cü il tarixdə rəsmi qaydada alındığını, bundan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 iddiaçı Səmədova X31 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Abbasova (Qaffarova) Yeganə AbdulƏzim qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, e-2(075)-285/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
29. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Şəki rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Məmmədova (Qaffarova) Aləmzar Abduləzim qızı, X22, X23 məhkəmə iclasına gəlməmişlər. Şəki regional ASAN xidmət mərkəzində notariat ofisi məhkəmə kollegiyasına göndərdiyi müraciətində iş yükünün çoxluğu nəzərə alınaraq işə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etsə də, digər üçüncü şəxslər gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər.
30. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
3 1 . Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
32. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 556-cı maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Yeni Məcəllə); 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
36. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
37. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, e-2(075)-285/2024 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçı Səmədova X26 apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Səmədova X26 atası X15 24 dekabr 1999-cu il tarixdə vəfat etmişdir. X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. X1 vəfatından sonra onun arvadı X11, qızları Məmmədova (Qaffarova) Alimzər Abduləzim qızı, X13, Səmədova X31, Abbasova (Qaffarova) Yeganə AbdulƏzim qızı və oğlu X6 ibarət vərəsələri qalmışlar. Onun vərəsələrindən arvadı X11 05 may 2012-ci ildə, oğlu X16 isə 19 fevral 2016-cı il tarixdə vəfat etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22 və X23 19 fevral 2016-cı il tarixdə vəfat etmiş X10 övladlarıdırlar. 06 yanvar 2006-cı il tarixdə Şəki rayon 2 saylı notariat ofisi tərəfindən 24 noyabr 1999cu il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh1 Abduləzim qızına Şəki şəhəri, M.Əliyev küçəsindəki 600 kv.m, torpaq sahəsində yerləşən 32 saylı evə münasibətdə irs almasına dair 2V-01/02 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Şəhadətnamə verilərkən notariat kontoruna mirasqoyanın vərəsələrinin X11, Məmmədova (Qaffarova) Alimzər Abduləzim qızı, X13, Səmədova X31, Cavabdeh1 AbdulƏzim qızından ibarət olmasına dair Şəki şəhər İcra Hakimiyyəti Topqarağac məhəllə nümayəndəsinin 21 dekabr 2005-ci il tarixli, 1800 nömrəli arayış təqdim edilmiş, lakin vərəsələrdən X16 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən cəlb edilməmişdir. 06 yanvar 2006-cı il tarixli, 2V-01/02 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən 13 oktyabr 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0367 ha torpaq sahəsi cavabdeh Qaffarova (Abbasova) Yeganə Abdul-Əzim qızının mülkiyyətinə rəsmiləşdirilmişdir. İddiaçı Səmədova X31 cavabdehin adına 06 yanvar 2006-cı il tarixli, 2V-01/02 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin tələblərinin pozulmasını əsas gətirərək hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, cavabdeh tərəfdən iddia tələbi qəbul edilməmişdir.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Şəki rayon 2 saylı notariat ofisi cavabdeh qismində işə cəlb edilsə də, məhkəmənin notariusun nümayəndəsinin iştirakını təmin etməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin 20 noyabr 2023-cü il və 18 yanvar 2024-cü il tarixli bildirişlərindən görünür ki, ünvan 4 ünvanlanmış həmin bildirişlərdə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar öz əksini tapmışdır. İş üzrə qəbul edilən məhkəmə aktı işdə iştirak edən digər şəxslərlə yanaşı cavabdeh notariat orqanına da göndərilməsinə baxmayaraq, həmin təşkilat nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməməsinə dair iddiaçının apellyasiya şikayətində istinad etdiyi halı mübahisələndirməmişdir.
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən miras əmlakın tam həcminin müəyyən edilməməsinə, miras əmlakın hazırki durumu barədə məhkəməyə vəsatətlər verilsə də, təmin olunmamasına, məhkəməyə müraciət edənədək sərbəst şəkildə miras qalmış evə getməyi, orada qalmağı hallarına düzgün qiymət verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində yalnız bir əmlakla, yəni Şəki şəhəri Mahmud Əliyev küçəsində yerləşən 600 kv. metr torpaq sahəsinin üzərində inşa edilmiş daşınmaz əmlaka dair Cavabdeh1 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş hüquqmüəyyənedisi sənəd mübahisələndirilmiş, mirasın kütləsinə daxil olan digər hər hansı bir əmlak, həmçinin miras əmlakın hazırki durumu, mirasdan kimin istifadə etməsi ilə bağlı məsələlər mübahisənin predmetini təşkil etməmişlər. İddia tələbi üzrə mübahisələndirilməyən bir məsələnin məhkəmə tərəfindən özbaşına və yaxud da vəsatət şəklində müzakirə edilməsi qanunvericiliyin tələbinə zidd olan bir haldır.
47. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin verilmiş şifahi izahatların təhrif olunmuş qaydada göstərilməsi, maraqlı şəxs X5 və nümayəndəsinin fikirlətinin təhrif olunmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materialları öyrənilərkən işdə iştirak edən şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsində əksini tapmış izahatlarının birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarındakı izahatları ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Lakin işdə iştirak edən şəxslərdən hər hansı birinin izahatının təhrif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına qeyd verməsi halı müəyyən edilməmişdir.
49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 3-cü şəxs qismində cəlb edilən şəxslərin mərhum atalarına çatan paydan məhrum olmalarına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
50. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Apellyatorun qeyd etdiyi üçüncü şəxslərin həmin məsələni mübahisələndirib-mübahisələndirməmələri qeyd edilən üçüncü şəxslərin səlahiyyətində olan bir məsələdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfindən “vərəsəlik arayışı” notariat ofisinə təqdim edilərkən vərəsələrin dairəsinin gizlədilməsi, X9 bilərəkdən vərəsəliyə çağırılmaması, notariat sənədləri saxtalaşdırıldığına baxmayaraq, məhkəmə tərəfindən bu yönümdə heç bir tədbir görülməməsi, nəticədə sağ olan vərəsənin sağlığında miras əmlakdan məhrum olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin 14 mart 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, 2015-ci ildə onlara müəyyən olmuşdur ki, cavabdeh notariat orqanına saxta sənədlər təqdim edərək miras əmlaka dair vərəsəlik şəhadətnaməsi və mülkiyyət çıxarışı almışdır.
52. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında isə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 mübahisələndirilən şəhadətnamənin tərəflərindən notariat orqanından 01 avqust 2023-cü il tarixdə rəsmi qaydada alındığını, bundan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini göstərsə də, hazırkı iddia ərizəsinin birinci instansiya məhkəməsinə 01 avqust 2023-cü il tarixdən də 3 aydan artıq bir müddətin keçməsindən sonra, yəni 15 noyabr 2023-cü il tarixdə verilməsi müəyyən edilmişdir.
53. Beləliklə iddiaçı 2V-1/02 reyestr nömrəsi ilə 06 yanvar 2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən 2 aydan da əvvəldən xəbərdar olduğundan, iddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 15 noyabr 2023-cü il tarixdə elektron qaydada təqdim edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün artıq qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür.
54. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
55. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
56. “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
57. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
58. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
59. Bu baxımdan birinci instansiya məhkəməsi şəhadətnamənin verilməsinə səbəb olan imtina ərizəsinin etibarsız hesab edilməsi üçün əsasların müəyyən edilməməsi, iddiaçının qanunda müəyyən edilmiş 2 aylıq müddəti ötürməklə 06 yanvar 2006-cı il tarixli, 2V-1/02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququnu itirməsi, bundan sonrakı tələblərin də ilkin tələbdən törəmə tələblər olmaqla ümumilikdə iddianın rədd edilməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq etməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
61. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Səmədova X31 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, e-2(075)-285/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli, e-2(075)-285/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.