Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1049/2024 15.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə üzrə (Açar sözlər: Hissəvi xitam verilmə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(014)-651/2024 saylı qətnaməsindən iddiaçı “Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ağdaş şəhəri H.Əliyev prospektində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 760,48 (yeddi yüz altmış manat qırx səkkiz qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat, cəmi 2315.68 (iki min üç yüz on beş manat altmış səkkiz qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 43.16 (qırx üç manat on altı qəpik) manat dövlət rüsumun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 2359.24 (iki min üç yüz əlli doqquz manat iyirmi dörq qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.Wİ.F.T İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsininAğdaş xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Ağdaş şəhəri H.Əliyev prospektində Cavabdehməxsus mənzilində 7382-11-20 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh**********02730 saylı qaz hesabında ödənilməmiş 2315.68 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 760,48 manat hissəsi sayğac göstəricisinə və 1555.20 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 760,48 manat məbləğindəki borc Cavabdeh yaşadığı ünvanda xx.xx.2023-cü il tarixdə istismardan açılan G4T markalı **********0 nömrəli sayğacın göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1555.20 manat məbləgindəki borc Cavabdeh yaşadığı Ağdaş şəhəri H.Əliyev prospektində yerləşən mənzilində istismarda olmuş G-4 markalı **********0 nömrəli qaz sayğacına müdaxilə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2023-cü il tarixdə Cavabdeh yaşadığı fərdi yaşayış evində istismarda olan G-4 markalı**********0 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı zərurət olduğundan həmin qaz sayğacı şəbəkədən açılaraq yeni qaz sayğacı ilə əvəzlənmiş və müvafiq rəyin verilməsi üçün dövlət yoxlamasına göndərilmişdir. Keçirilmiş baxış üzrə Metrologiya Departamentinin vermiş olduğu xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-2352-1 saylı rəydə "sayğacın çıxış plastmas borusu deşilib, qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, qoruyucu şüşə dəyişdirilib və çarxlar aşkar olunmadı, sayğac istismara yararsızdır" qeyd edilmişdir. Verlmiş rəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akt əsasında qaz sayğacının nominal qaz buraxma qabiliyyəti 6m orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 12960 m (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, tələb olunan iddia tələbi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1763/2024 saylı qətnaməsi olduğunu, buna görə də iddia tələbini qəbul etmədiyini bildirmişdir. Ağdaş Rayon Məhkəməsinin (hakim C.Sultanov) 27 may 2024-cü il tarixli, e- 2(014)-651/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh sayğac göstəricisinə görə 760,48 (yeddi yüz altmış manat qırx səkkiz qəpik) manat borc 30 (otuz) manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(014)-651/2024 saylı qətnaməsindən iddiaçı “Azəriqaz" İstehsalat Birliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin nümayəndəösi və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyasının iclasında iştiraklarının mümkünsüzlüyünün səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdırıb hesab edir ki, 1555.20 manat borcun tutulması hissəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın rədd edilmiş itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1555.20 manat borcun və əvvəlcədən ödənilmiş 13.16 manat dövlət rüsumunun tutulmasına aid hissələrdə ləğv edilməli, 1555.20 manat borca aid hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilmiş itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1555.20 manat borcun və əvvəlcədən ödənilmiş 13.16 manat dövlət rüsumunun tutulmasına aid hissələrdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, həmin hissələrdə məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mülki iş üzrə Cavabdeh iddiaçı “Azəriqaz" İstehsalat Birliyinə qarşı onun barəsində tərtib edilmiş ******* saylı akta əsasən ona məxsus abonent koduna hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi tələbi ilə məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1763/2024 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(011)-1763/2024 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)- 1763/2024 saylı mülki işlə hazırkı iş üzrə tərəflər və iddianın predmeti hazırda iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh tələb etdiyi 1555.20 manat məbləğə aid hissələrdə üst-üstə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-1763/2024 saylı qətnaməsindən və həmin qətnamə əsasında verilmiş icra vərəqəsindən görünür ki, iddiaçı Cavabdeh “Azəriqaz" İstehsalat Birliyinə qarşı onun barəsində tərtib edilmiş ******* saylı akta əsasən ona məxsus abonent koduna hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi tələbinə dair iddiası təmin edilmiş, ******* saylı akta əsasən Cavabdeh abonent koduna vurulmuş 1555.20 manat məbləğində borcun silinməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallığın müəyyən etdiyi qaydalara görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı) Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.5-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2.8-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ******* saylı akta əsasən hesablanmış 1555.20 manat məbləğində borca aid hissədə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(014)- 651/2024 nömrəli qətnaməsi iddianın rədd edilmiş itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1555.20 manat borcun və əvvəlcədən ödənilmiş 13.16 manat dövlət rüsumunun tutulmasına aid hissələrdə ləğv edilməli, iddiaçı “Azəriqaz" İstehsalat Birliyinin Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1555.20 manat borcun tutulması hissəsində mülki iş üzrə icraata xitam verilməli, ödənilmiş 13.16 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “Azəriqaz" İstehsalat Birliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı “Azəriqaz" İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, e-2(014)-651/2024 nömrəli qətnaməsi iddianın rədd edilmiş itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1555.20 manat borcun və əvvəlcədən ödənilmiş 13.16 manat dövlət rüsumunun tutulmasına aid hissələrdə ləğv edilsin. İddiaçı “Azəriqaz" İstehsalat Birliyinin iddia tələbinin Cavabdeh itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 1555.20 manat borcun tutulması hissəsində mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 13.16 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı “Azəriqaz" İstehsalat Birliyinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1049/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1049/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver