Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1053/2024 03.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, MM 1272, kəsici müddət) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı və digər İddiaçı3, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi İddiaçı2, Cavabdeh1, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3-cü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)-808/2024 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3cü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı məhkəməyə müraciət edərək, Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun bütün hüquqi nəticələrinin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhərinin Koroğlu küçəsindəki 0.0652 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 45/11 saylı fərdi yaşayış evi onun və mərhum qardaşı Aydın Əliyevin paylı mülkiyyətindədir. Belə ki, həmin mənzilə dair 29 dekabr 2015-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmin onlara rəhmətlik atasından miras qalmışdır. X5 1989-cu ilin avqustun 28-də, anası X9 isə 28 may 1998ci ildə rəhmətə getmişlər. Atası rəhmətə gedəndən sonra qeyd olunan torpaq sahəsini və onun üzərində inşa olunmuş evi onlar 3 qardaş və 2 bacılar miras əmlak kimi qəbul edib orada yaşamışlar. Cavabdeh1 ona qarşı paylı mülkiyyətdən onun və övladlarının payının naturada ayrılıb onlara verilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman məlum olmuşdur ki, mərhum X5 rəhmətə gedəndən sonra onun varisləri kimi yalnız İddiaçı2 və X17 qeyd olunmuşdur. Halbu ki, digər qardaşları İddiaçı3, X18 və bacısı X13 vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmamışlar. Onların bundan bu yaxınlarda xəbərləri olmuşdur. Hesab edir ki, digər bacı və qardaşların adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmadığına görə və onlar miras payından qanunsuz məhrum olduqlarına görə, Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Bundan başqa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Mingəçevir şəhərinin Koroğlu küçəsində 0.0652 ha torpaq sahəsində yerləşən 45/11 saylı evin və torpaq sahəsinin 2/4 hissəsi onun, ¼ hissəsi Cavabdeh1 və ¼ hissəsi isə Cavabdeh2 paylarının müəyyən olunduğunu öyrəndi. Onu da məhkəmənin nəzərinə çatdırır ki, onlar 2 bacı 3 qardaşdırlar. Qardaşı Aydın xx.xx.2011-ci il tarixdə rəhmətə getmişdir. Qalanları isə sağdır və onlar da atasından miras qalmış torpaq sahəsi və yaşayış evinin varisləridir. Ancaq RX seriyalı, ******* saylı, 03 may 2018-ci il qeydiyyat tarixli çıxarışda bunların heç birinin adları qeyd olunmamışdır. Həmin çıxarışın alınması üçün heç bir bacı və qardaş razılıqlarını verməmişlər. Lakin, baxmayaraq Cavabdeh1 qeyd olunan çıxarışı hansı qaydada əldə etməsini başa düşmək mümkün deyildir. Bu isə həm onun, həm də bacı və qardaşlarının qanunla qorunan hüquqlarını pozmuşdur. Onlar iddiaçılar mərhum ataları X10 vərəsələri olduğuna görə, Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və onun bütün hüquqi nəticələri ləğv edilməlidir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclası zamanı İddiaçı2 əsasən iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və onun bütün hüquqi nəticələrinin ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etməmiş və verdiyi izahatında göstərmişdir ki, İddiaçı2 məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Nəzərə çatdırmışdır ki, mübahisə predmeti olan Mingəçevir şəhəri 1-ci notariat kontorunda 2V-İ- 73-li nömrə qeydə alınmış şəhadətnamə xx.xx.2002- ci il tarixdə tərtib edilmişdir. Odur ki, məhkəmədən iddianın müddətin keçməsi səbəbilə rədd edilməsini xahiş etmişdir.
6. Cavabdeh1 vəkili Vəkil2 məhkəmə iclası zamanı cavabdehin izahatına uyğun izahat vermiş və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
7. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 və 3-cü şəxs Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, qeyd edilən tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər.
8. Lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 məhkəmə iclasında iştirak etmişdir və onların adından iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.
9. Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)-808/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Hüseynov) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 3- cü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun bütün hüquqi nəticələrinin ləğv olunması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil Mingəçevir şəhər X16 İcraiyyə Komitəsinin 79 №-li 26 mart 1990-cı il tarixli qərarına əsasən 20 sentyabr 2002-ci il tarixdə X10 adına qeydə alınmışdır. X19 27 avqust 1989-cu ildə, onun arvadı X12 29 may 1998-ci ildə ölmüşdür. Bundan sonra qanun üzrə vərəsəlik işi açılmış və İddiaçı2 və X17 qanun üzrə vərəsə kimi qəbul edilərək onlara mübahisəli mənzil olan miras əmlakdan bərabər hissələrdə irs verilməsi qərarlaşdırılmışdır. Bu barədə xx.xx.2002-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib edilmişdir. Buna əsasən qeydiyyat tarixi xx.xx.2015-ci il tarixli çıxarış verilmiş və həmin çıxarışda Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 saylı fərdi yaşayış evi ½ hissə İddiaçı2 və ½ hissə Əliyev Aydın oğlunun mülkiyyətində olması müəyyənləşdirilmişdir. Sonra isə xx.xx.2018-ci il tarixli çıxarış verilmiş və orada isə Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 saylı fərdi yaşayış evi 2/4 hissə İddiaçı2, ¼ hissə Cavabdeh1 və ¼ hissə Cavabdeh2 mülkiyyətində olması müəyyənləşdirilmişdir. Bundan narazı qalan iddiaçı tərəf məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi qeyri mümkündür. Belə ki, Mülki Məcəllənin irəli gələn tələblərindən görünür ki, mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin şəhadətnamə isə xx.xx.2002-ci il tarixdə qəbul edilmişdir. İddiaçı tərəf isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Yəni aradan 22 ilə yaxın bir müddət keçmişdir. İddiaçı tərəf onların bundan xəbəri olmadıqlarını bildirsə də, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-67/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan aydın olur ki, iddiaçı tərəfin şəhadətnamədən xəbəri olmuşdur. Buna baxmayaraq keçən müddət ərzində onu mübahisələndirməmişdir. Hazırda qanunvericiləyə əsasən həmin müddət keçmişdir. Məhkəmə hesab edir ki, kəsici müddət tətbiq edilməlidir.
12. Cavabdeh tərəf məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iş üzrə müddət tətbiq olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırki iş üzrə tətbiq edilməli müddət kəsici müddət olduğundan bunu məhkəmə öz təşəbbüsü ilə tətbiq edir.
13. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcələsinin 1272-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli, B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:
a)Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhərinin Koroğlu küçəsindəki 0.0652 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 45/11 saylı fərdi yaşayış evi onun və mərhum qardaşı Aydın Əliyevin paylı mülkiyyətlərindədir. Həmin mənzilə dair 29 dekabr 2015-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. Həmin ev onlara rəhmətlik atalarından miras qalmışdır. X5 1989-cu ilin avqustun 28-də, anası X9 isə 28 may 1998ci ildə rəhmətə getmişlər. Atası rəhmətə gedəndən sonra qeyd olunan torpaq sahəsini və onun üzərində inşa olunmuş evi onlar 3 qardaş və 2 bacılar miras əmlak kimi qəbul edib orada yaşamışlar. Cavabdeh1 ona qarşı paylı mülkiyyətdən onun və övladlarının payının naturada ayrılıb onlara verilməsi tələbinə dair iddia ərizəsi üzrə işə Mingəçevir Şəhər Məhkəməsində baxılan zaman məlum olmuşdur ki, mərhum X5 rəhmətə gedəndən sonra onun vərəsələri kimi yalnız İddiaçı2 və X17 qeyd olunmuşdur. Halbu ki, digər qardaşları İddiaçı3, X18 və bacısı X13 vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmamışlar. Onların bundan bu yaxınlarda xəbərləri olmuşdur. Digər iddiaçıların isə bundan ümumiyyətlə xəbərləri olmamışdır. Hesab edirlər ki, digər bacı və qardaşların adı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qedy olunmadığına görə və onlar miras payından qanunsuz məhrum olunduqlarına görə, Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2Vİ-73 nömrə ilə qeyd edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməsi etibarsız hesab edilməlidir. Bundan başqa Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Mingəçevir şəhərinin Koroğlu küçəsində 0.0652 ha torpaq sahəsində yerləşən 45/11 saylı evin və torpaq sahəsinin 2/4 hissəsi onun, ¼ hissəsi Cavabdeh1 və ¼ hissəsi isə Cavabdeh2 paylarının müəyyən olunduğunu öyrənib. Onlar 2 bacı 3 qardaşdırlar. Qardaşı Aydın xx.xx.2011-ci il tarixdə və bacısı X13 da rəhmətə getmişlər. Qalanları isə sağdır və onlar da atalarından miras qalmış torpaq sahəsi və yaşayış evinin varisləridir. Ancaq RX seriyalı, ******* saylı, 03 may 2018-ci il qeydiyyat tarixli çıxarışda bunların heç birinin adları qeyd olunmamışdır. Həmin çıxarışın alınması üçün heç bir bacı və qardaş razılıqlarını verməmişlər. Lakin, buna baxmayaraq Cavabdeh1 qeyd olunan çıxarışı hansı qaydada əldə etməsini başa düşmək mümkün deyildir. Bu isə həm onun, həm də bacı və qardaşlarının qanunla qorunan hüquqlarını pozmuşdur. Bundan başqa Mingəçevir Şəhər Məhkəməsi X11 da iddiaçı kimi işə cəlb etsə də, bununla bağlı 03 iyun 2024-cü il tarixli qətnaməsində onu iddiaçılar siyahısında göstərməmişdir. Hesab ediri ki, bu kobud Qanun pozuntusudur. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halların heç birini nəzərə almamış, digər bacı və qardaşlarının pay hüquqlarından qanunsuz məhrum olmalarına heç bir hüquqi qiymət verməmişdir. Halbu ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tətqiq olunmuş Mingəçevir şəhər birinci dövlət notariat kontorunda xx.xx.2002-ci il tarixdə, 2V-İ-73 nömrə ilə qeyd edilmiş vərəsəlik işində olan sənədlərdən açıq aydın görünür ki, vərəsəlik zamanı digər bacı və qardaşları vərəsəliyə çağırılmamış, bununla bağlı qeydiyyat şöbəsindən vərəsəlik arayışı tələb olunmamışdır. Görünür ki, digər bacı və qardaşları vərəsəlik zamanı rəhmətə gedən qardaşı X17 tərəfindən gizlədilmişlər. Bu isə Qanunvericiliyin tələblərinə tam ziddir.
16. Bununla bağlı bildirir ki, mərhum X5ndan miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul etmək üçün bacısı X13, qardaşları İddiaçı3 və X18 notariat kontoruna çağırılmamışlar. Bununla da digər bacı və qardaşlarım qanunsuz olaraq miras paylarından məhrum olmuşlar.
17. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir.
18. İşə baxan Mingəçevir Şəhər Məhkəməsi digər bacı və qardaşlarımın nə üçün vərəsəliyə çağırılmadıqlarını heç araşdırmamışdır. Halbu ki, bacısı Rəna Cəlilova, qardaşları İddiaçı3 və İlqar Əliyev də rəhmətlik ataları X10 vərəsələridirlər. Lakin, vərəsəlik zamanı onlar qanunsuz olaraq gizlədilmişlər. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır.
19. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)- 808/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)-808/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddia ərizəsində etibarsız hesab edilməsini xahiş etdiyi Mingəçevir şəhər birinci dövlət notariat kontorundan verilmiş xx.xx.2002-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni 2015-ci ildə əldə etdiyini, lakin mahiyyətindən məlumatsız olduğundan onu vaxtında mübahisələndirmədiyini göstərmişdir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)-808/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)-808/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq İddiaçı1, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mingəçevir regional “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq 2 6 . Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
27. Azərbaycan SSR-in Mülki Məcəlləsinin (11 sentyabr 1964-cü ildə qəbul edilmiş); 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. 563-cü maddəsinə əsasən miras əmlakının bölünməsi qanun üzrə və vəsiyyət üzrə vərəsələrin hər birinə düşən hissəyə müvafiq olaraq, mirası qəbul edən vərəsələrin razılığı ilə verilir. Razılıq olmadıqda bölgü, məhkəmə qaydasında aparılır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Yeni Məcəllə); 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
31. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun: 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
32. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun: 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. İddiaçı Əliyeva X3 Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)-808/2024 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiklərindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı2 apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 nömrəli fərdi yaşayış evi Mingəçevir şəhər X16 İcraiyyə Komitəsinin 79 №-li 26 mart 1990-cı il tarixli qərarına əsasən 20 sentyabr 2002-ci il tarixdə X10 adına qeydə alınmışdır. X19 27 avqust 1989-cu ildə, onun arvadı X12 29 may 1998-ci ildə ölmüşlər. Bundan sonra X10 vərəsələrindən İddiaçı2 və X17 atalarından miras qalmış Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 nömrəli fərdi yaşayış evindən irs alınması məqsədi ilə Mingəçevir şəhər Birinci Dövlət Notariat Kontoruna ərizə ilə müraciət etmişlər. Mingəçevir şəhər Birinci Dövlət Notariat Kontorunun xx.xx.2002-ci il tarixdə verdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən İddiaçı2 və X2 Talıb Musa oğlundan miras qalmış Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 nömrəli fərdi yaşayış evindən bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 29 dekabr 2015ci il tarixdə verdiyi RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 nömrəli fərdi yaşayış evi ½ hissələrlə İddiaçı2 və X8 mülkiyyətinə rəsmiləşdirilmişdir. X8 da vəfat etməsi nəzərə alınaraq, sonuncudan miras qalmış hissə Cavabdeh1 və Cavabdeh2 adlarına rəsmiləşdirilməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 may 2018-ci il tarixdə verdiyi RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Mingəçevir şəhəri, Koroğlu küçəsi, 45/11 nömrəli fərdi yaşayış evi 2/4 hissədə İddiaçı2, ¼ hissədə Cavabdeh1 və ¼ hissədə Cavabdeh2 paylı mülkiyyətlərindədir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər bacı və qardaşlarının pay hüquqlarından qanunsuz məhrum olmalarına heç bir hüquqi qiymət verilməməsi, digər bacı və qardaşların adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd olunmadığına görə, onlar miras payından qanunsuz məhrum olunduqlarına görə, xx.xx.2002-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməli olması, bacısı X13, qardaşları İddiaçı3 və X18 notariat kontoruna çağırılmadıqlarından digər bacı və qardaşların qanunsuz olaraq miras paylarından məhrum olmalarına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Apellyatorun qeyd etdiyi digər bacı və qardaşların qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni, onun əsasında verilmiş digər hüquqmüəyyənedici sənədləri mübahisələndiribmübahisələndirməmələri digər bacı və qardaşların özlərinin səlahiyyətlərinə aid olan bir məsələdir. Hansı ki, birinci instansiya məhkəməsinin qətnaməsi də işdə iştirak edən digər şəxslər tərəfindən mübahisələndirilməmişdir.
42. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Mingəçevir Şəhər Məhkəməsi X11 da iddiaçı kimi işə cəlb etsə də, bununla bağlı 03 iyun 2024-cü il tarixli qətnaməsində onu iddiaçılar siyahısında göstərməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan birinci instansiya məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərardadından görünür ki, X18 iş üzrə mübahisə predmeti barəsində mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
44. Həmçinin məhkəmədə iddia irəli sürmə bu kimi niyyətdə olan şəxsin hüququdur. Qanunvericilikdə məhkəmə tərəfindən sonradan əlavə cavabdehin, üçüncü şəxsin cəlb edilməsinin mümkünlüyü nəzərdə tutulsa da, məhkəmə tərəfindən sonradan iş üzrə əlavə iddiaçının cəlb edilməsi imkanları nəzərdə tutulmamışdır.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin RX seriyalı, ******* saylı, 03 may 2018ci il qeydiyyat tarixli çıxarışda heç birinin adlarının qeyd olunmaması, həmin çıxarışın alınması üçün heç bir bacı və qardaşın razılıqlarını verməmələrinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab edilirlər. Qanunvericilikdə Daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın digər vərəsələri də cəlb edərək, çıxarışın verilməsindən öncə onlardan da razılıq almalı olması imkanları nəzərdə tutulmamışdır.
46. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatından iddiaçı tərəfindən mübahisələndirilən şəhadətnamənin 2015-ci ildə əldə edildiyi, lakin onun etibarsızlığına dair hazırkı iddia ərizəsinin isə 15 fevral 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olması müəyyən edilmişdir.
47. Beləliklə iddiaçı 2V-İ-73 reyestr nömrəsi ilə xx.xx.2002-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsindən 2 aydan da əvvəldən xəbərdar olduğundan, iddiaçının hazırkı iddia ərizəsi isə birinci instansiya məhkəməsinə 15 fevral 2024-cü il tarixdə təqdim edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür.
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
49. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
50. “A.Nadirova və qeydlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir.
51. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyrimüəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
52. Kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
53. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçının qanunda müəyyən edilmiş 2 aylıq müddəti ötürməklə xx.xx.2002-ci il tarixli, 2V-İ-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququnu itirməsi, bundan sonrakı tələbin də ilkin tələbdən törəmə tələb olmaqla ümumilikdə iddianın rədd edilməsi nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsi, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməməsi, işi tam və hərtərəfli araşdırmaması, həqiqəti əks etdirməyən qətnamə qəbul etməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
55. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)-808/2024 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
İddiaçı2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(051)- 808/2024 nömrəli qətnaməsi İddiaçı2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.