Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1054/2021 24.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (sədrlik edən) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(039)-2168/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(039)-2168/2016 saylı qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddiа təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 53-L №-li, 02 aprel 2007-ci il tarixli, 246-L/11 №-li, 09 mart 2011-ci il tarixli və 403-L №-li, 11 aprel 2011-ci il tarixli müqavilələrin ləğv edilməsi, lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması, Cavabdeh 5.083 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ASC-yə qaytarılması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 07 avqust 2020-ci il tarixli, 2(107)-1076/2020 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(039)-2168/2016 saylı qətnaməsi qismən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 53-L №-li 02 aprel 2007-ci il tarixli, 246-L/l 1 №-li 09 mart 2011-ci il tarixli və 403-L №-li 11 aprel 2011-ci il tarixli müqavilələrin ləğv olunması və lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, 1 ədəd MTZ 89.2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbinin cavabdehlə iddiaçı arasında bağlanmış 53-L №-li, 02 aprel 2007-ci il tarixli müqavilə üzrə 1 ədəd OT-39 markalı ot dırmığı, 246-L/l 1 №-li, 09 mart 2011-ci il tarixli müqavilə üzrə 1 ədəd KR-14-5 markalı beş gövdəli kotan və 403-L №-li, 11 aprel 2011-ci il tarixli müqavilə üzrə isə 1 ədəd KR-14 markalı dörd gövdəli kotana aid hissədə təmin edilməməsi qət edilmiş, qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(102)-990/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli, 2(107)- 96/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, 29.049 manat məbləğində əsas borc, 10.664 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Aqrolizinq" ASC-yə ödənilməsi, lizinq müqavilələrinin ləğv edilməsi və 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ1221 markalı, 1 ədəd MTZ 89,2 markalı traktorun, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR14 markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi sonra birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 5.083 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli, 58 №-li qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2007-ci il tarixli 53-L №-li, 09 mart 2011-ci il tarixli 246-L/11 №-li və 11 aprel 2011-ci il tarixli, 403-L №-li müqavilələrə əsasən, Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktoru, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanı lizinqə götürmüşdür. Cavabdeh tərəfindən texnikaların dəyərindən 7.327 manat ilkin ödəniş aparılmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 01 aprel 2016-cı il tarixədək 40745 manat məbləğində ödənilməli olduğu halda, ondan 11696 manat ödəniş olmuş və 29049 manat borcu qalmışdır. Cavabdehə öhdəliyini icrası üçün 13 avqust 2014-cü il tarixli ASC/2-1969 nömrəli pretenziya göndərilmişdir. Müqavilələrin 4.2-ci maddəsinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh Zilfı oğlu) gecikdirilən hər bir günə gecikdirikmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən, ödəniş qrafiki üzrə 01 aprel 2016-cı il tarixədək olan borcun məbləği 29.049 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği 10.664 manat təşkil etmişdir. Ona görə də 29.049 manat məbləğində əsas borcu, 10.664 manat cərimə borcu və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Aqrolizinq" ASC-yə ödənilməli, müqavilə ləğv edilərək 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ- 1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotan saz vəziyyətdə geri alınmalıdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, ilkin obyekt olan 1 ədəd ot dırmığının və 2 ədəd kotanın dəyərini “Aqrolizinq" ASC-yə ödəmişdir. “Aqrolizinq" ASC-yə 5.083 maat məbləğində borcu yoxdur. İddiaçı əsassız olaraq ondan 1 ədəd ot dırmığı və 2 ədəd kotan tələb edir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(039)-2168/2016 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(039)-2168/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(039)-2168/2016 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş 02 aprel 2007-ci il tarixli, 53-L №-li kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin təstiq olunmuş surətindən görünür ki, Cavabdeh 2182 manat olan 1 ədəd OT-39 markalı ot dırmığını İddiaçı ASC-dən lizinqə götürmüşdür. İş materiallarına əlavə edilmiş 09 mart 2011-ci il tarixli, 246-L/11 №-li kənd təsərrüfatı texnikasının lizinq verilməsi barədə müqavilənin təstiq olunmuş surətindən görünür ki, Cavabdeh dəyəri 36500 manat olan 1 ədəd MTZ-1221 markalı traktoru və dəyəri 2650 manat olan 1 ədəd KR-14-5 markalı kotanı İddiaçı ASC-dən lizinqə götürmüşdür. İş materiallarına əlavə edilmiş 11 aprel 2011-ci il tarixli, 403-L №-li kənd təsərrüfatı texnikasının lizinq verilməsi barədə müqavilənin təstiq olunmuş surətindən görünür ki, Cavabdeh dəyəri 27300 manat olan 1 ədəd MTZ-89.2 markalı traktoru və dəyəri 2310 manat olan 1 ədəd KR-14 markalı kotanı İddiaçı ASC-dən lizinqə götürmüşdür. İş materiallarına əlavə olunmuş 14 may 2015-ci il tarixli, 1853-GL №-li Müqavilənin (Güzəşt) təsdiq olunmuş surətindən və həmin müqavilənin spesifikasiyasından görünür ki, Cavabdeh dəyəri 36500 manat olan 1 ədəd Traktor Belarus- 1221, dəyəri 2650 manat olan 1 ədəd KR-14-5 markalı 5 gövdəli asma kotan, dəyəri 27300 manat olan 1 ədəd Traktor Belarus-892, dəyəri 2310 manat olan 1 ədəd KR-14 markalı 4 gövdəli kotanı lizingə götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, idiaçı ilə cavabdeh arasındabağlanmış 02 aprel 2007-ci il tarixli, 53-L №-li, 09 mart 2011-ci il tarixli 246-L/11 №-li və 11 aprel 2011-ci il tarixli 403-L nömrəli müqavilələrə əsasən Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, 1 ədəd MTZ 89.2 markalı traktoru, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotan lizinqə götürmüş və müqavilə üzrə öhdəliyi yerinə yetirmişdir. İddia tələbini əsaslı sayan birinci instansiya məhkəməsi qətnamədə gəldiyi nəticəni bununla əsaslandırmışdır ki, Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh azad surətdə lizinq müqaviləsi bağlamış və həmin müqavilənin məzmununu müəyyənləşdirmişlər. Həmin müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlir. Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini iki dəfədən də artıq yerinə yetirməmişdir. Buna görə də iddiaçının ödənilmiş pul məbləğlərini tələb etmək və aralarında bağlanmış lizinq müqaviləsi ləğv edilməklə, lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır və hesab edir ki, həmin nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Məhkəmə kollegiyasının iclasında “Aqroservis” (keçmiş İddiaçı) ASC-nin nümayəndəsi Kаzımоv Tаle Zаkir оğlu göstərdi ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin qаnuni və əsаslı olduğunu hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli, 58 №-li qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 aprel 2007-ci il tarixli 53-L №-li, 09 mart 2011-ci il tarixli 246-L/ll №-li və 11 aprel 2011-ci il tarixli, 403-L №-li müqavilələrə əsasən, Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktoru, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanı lizinqə götürmüşdür. Cavabdeh tərəfindən texnikaların dəyərindən 7.327 manat ilkin ödəniş aparılmışdır. Bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən lizinq alana güzəstlər tətbiq edildiyindən tərəflər arasında bağlanmış 02 aprel 2007-ci il tarixli, 53-L №-li, 09 mart 2011-ci il tarixli, 246-L/11 nömrəli və 11 aprel 2011-ci il tarixli, 403L №-li müqavilələr ləğv edilmiş və əvəzində 14 may 2015-ci il tarixli, 1853-GL nömrəli Müqavilə (güzəst) bağlanmışdır. Həmin müqavilə (güzəst) üzrə cavabdehin lizinqə götürdüyü texnikalara görə 24 415 manat borcu qalmışdır. Əlavə olaraq bildirir ki, müqavilələrdə göstərilən MTZ-1221 markalı, traktorla Traktor Belarus 1221, MTZ-89.2 markalı traktor ilə Traktor Belarus-892 eynilik təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyul 2021-ci il tarixli, 9/4584 nömrəli rəyindn görünür ki: - Rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən, cədvəl məlumatlarından göründüyü kimi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 02 aprel 2007-ci il tarixli 53-L saylı lizinq müqaviləsi üzrə borcun ödənilməsi müəyən olunur. - Rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən, cədvəl məlumatlarından göründüyü kimi, 09 mart 2011-ci il tarixli 246-L/11 saylı lizinq müqaviləsinnin qeyd edilən şərtləri nəzərə alınmaqla Traktor MTZ-1221 nömrəli texnikası üzrə Cavabdeh borcu 01 aprel 2016-cı il tarixə ümüilikdə borcu 32.953,0 manat (əsas borc üzrə 27454,0 manat, cərimə borcu üzrə 5499,0 manat) məbləğində müəyyən edilir. - Rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən, cədvəl məlumatlarından göründüyü kimi, 09 mart 2011-ci il tarixli 246-L/11 saylı lizinq müqaviləsinnin qeyd edilən şərtləri nəzərə alınmaqla Kotan KR-14-5 nömrəli texnikası üzrə Cavabdeh borcu 01 aprel 2016-cı il tarixə ümüilikdə borcu 1877,25 manat (əsas borc üzrə 1425,0 manat, cərimə borcu üzrə 452,25 manat) məbləğində müəyyən edilir. Beləliklə, Traktor MTZ-1221 nömrəli texnikası və Kotan KR-14-5 nömrəli texnikası üzrə ümumilikdə 34.830,25 manat borc müəyyən edilir. (32953,0 + 1877,25) - Rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən, cədvəl məlumatlarından göründüyü kimi, 11 aprel 2011-ci il tarixli 403-L/11 saylı lizinq müqaviləsinnin qeyd edilən şərtləri nəzərə alınmaqla Traktor belarus 892 nömrəli texnikası üzr Cavabdeh 01 aprel 2016-cı il tarixə ümuilikdə borcu 25399,5 manat (əsas borc üzrə 21570,0 manat, cərimə borcu üzrə 3829,50 manat) məbləğində müəyyən edilir. - Rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən, cədvəl məlumatlarından göründüyü kimi, 11 aprel 2011 -ci il tarixli 403-L/11 saylı lizinq müqaviləsinnin qeyd edilən şərtləri nəzərə alınmaqla Kotan KR-14 texnikası üzrə Cavabdeh borcu 01 aprel 2016-cı il tarixə ümüilikdə borcu 1945,20 manat (əsas borc üzrə 1470,0 manat, cərimə borcu üzrə 475,20 manat) məbləğində müəyyən edilir. Beləliklə, Traktor belarus 892 nömrəli texnikası və Kotan KR-14 nömrəli texnikası üzrə ümumilikdə 27344,7 manat borc müəyyən edilir (25399,5+1945,20). - Rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən, maliyyə arayışından və cədvəl məlumatlarından göründüyü kimi, 14 may 2015-ci il tarixli, 1853-GL/15 saylı lizinq müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh borcu 01 aprel 2016-cı il tarixə ümüilikdə borcu 24941,0 manat (əsas borc üzrə 24415,0 manat, cərimə borcu üzrə 526,05 manat) məbləğində müəyyən edilir. - İş materiallarında olan maliyyə arayışından və ödənişləri və borcu barədə cədvəl məlumatlarından göründüyü kimi, borclu tərəfindən 1200 manat məbləğində pul vəsaiti ödəniləsi müəyyn edilir. - Rəyin tədqiqat hisəsində göstərilənlərə əsasən, maliyyə arayışından və cədvəl məlumatlarından göründüyü kimi, 14 may 2015-ci il tarixli 1853-GL/15 saylı lizinq müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh borcu 29.09.2016-cı il tarixə ümüilikdə borcu 23.437,84 manat (əsas borc üzrə 23,215 manat, cərimə borcu üzrə 222,84 manat) məbləğində müəyyən edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 aprel 2007-ci il tarixli 53-L №-li, 09 mart 2011-ci il tarixli 246-L/11 №-li və 11 aprel 2011-ci il tarixli, 403-L №-li müqavilələrə əsasən Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89.2 markalı traktoru, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotan lizinqə götürmüşdür. İş materiallarında görünür ki, iddiaçı verdiyi iddia ərizəsində 02 aprel 2007-ci il tarixli, 53-L №-li, 09 mart 2011-ci il tarixli, 246-L/11 №-li və 11 aprel 2011-ci il tarixli, 403-L №-li lizinq müqavilələri üzrə cavabdehin 01 aprel 2016-cı il tarixədək olan borcunun məbləğinin 29.049 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləğinin 10.664 manat təşkil etdiyini göstərərək lizinq obyektlərinin geri qaytarılması ilə birlikdə cavabdehdən 29.049 manat məbləğində əsas borcu, 10.664 manat cərimə borcunun ödənilməsini tələb etmişdir. Bundan sonra işə birinci instansiya məhkəməsində baxılarkən, iddiaçı ərizə verərək cavabdehin ona cəmi 5083 manat borcu qaldığını qeyd etmişdir. Birinci instansiya məhkəməsi həmin ərızəni əsas tutatarq cavabdehdən 5083 manat pul tutmuş, lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul etmişdir. İşin təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 02 aprel 2007-ci il tarixli, 09 mart 2011-ci il tarixli və 11 aprel 2011-ci il tarixli lizinq müqavilələri əvəzinə yenilənmiş 14 may 2015-ci il tarixli, 1853-GL/15 saylı lizinq müqaviləsi bağlanmışdır. İddiaçının nümayəndəsinin bildirdiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərin təbiqi barədə Qərarına əsasən tərəfər arasında 2007 və 2011-ci illərdə bağlanmşş 3 müqavilə ləğv edilərək həmin müqavilələr əsasında 14 may 2015-ci il tarixdə tərəflərin hüquq və vəzifələrini müəyyən edən yeni müqavilə bağlanmşdır. Həmin müqavilənin şərtləri nəzərə alınmaqla Cavabdeh borcu 01 aprel 2016-cı il tarixə ümüilikdə borcu 24941,0 manat (əsas borc üzrə 24415,0 manat, cərimə borcu üzrə 526,05 manat) məbləğində müəyyən edilir. İddiaçı isə göstərilənləri nəzərə almadan 2016-cı ilin aprel ayında hazırkı iddia tələbləri -29.049 manat məbləğində əsas borc, 10.664 manat məbləğində cərimə borcunun cavabdehdən tutuması, 53-L №-li, 02 aprel 2007-ci il tarixli, 246-L/11 №-li, 09 mart 2011-ci il tarixli və 403-L №-li, 11 aprel 2011-ci il tarixli müqavilələrinin ləğv edilməsi, lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması tələləri barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən tələblər üzrə işə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, birinci instansiya məhkəməsi işə baxan zaman 53-L №-li, 02 aprel 2007-ci il tarixli, 246-L/11 №-li, 09 mart 2011-ci il tarixli və 403-L №-li, 11 aprel 2011-ci il tarixli lizinq müqavilələri qüvvədə olmamışdır. Qətnamə ilə qüvvədə olmayan müqavilələrin ləğv olunması, qüvvədə olmayan müqavilələr üzrə yaranmış borcun tutulması və həmin müqavilələr üzrə lizinqə verilmiş lizinq obyektlərinin geri qaytarılması qət edilmişdir. İstər birinci instansiya məhkəməsində, istərsə də yuxarı instansiya məhkəmələrində hazırkı mübahisəyə baxılarkən tərəflər 53-L №-li, 02 aprel 2007-ci il tarixli, 246-L/l 1 №-li, 09 mart 2011-ci il tarixli və 403-L №-li, 11 aprel 2011-ci il tarixli lizinq müqavilələri qüvvədə olmadığı, həmin müqavilələr əsasında tərəflər arasında yeni lizinq müqaviləsinin (14 may 2015-ci il tarixli, 1853-GL/15 №-li) mövcudluğu barədə bildirməmişlər. Halbuki, tərəflərin öhdəlikləri artıq qüvvədə olmayan köhnə müqavilələr üzrə deyil, yeni, 14 may 2015-ci il tarixli, 1853-GL/15 №-li müqavilə üzrə yaranmışdır. İddiaçı isə cavabdehin həmin müqavilədən irəli qələn öhdəliklərinin yerinə yetirməsindən yayınması barədə iddia qaldırmalı olduğu halda bunu etməmişdir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbləri təmin edilə bilməz. Mülki Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehin tərəflər arasında bağlanmış 14 may 2015-ci il tarixli, 1853-GL/15 saylı lizin müqaviləsinin şərtlərini pozduğu halda (məhkəmə kollegiyasının iclasında iddiaıçının nümayəndəsi bunu bəyan etmişdir) iddiaçı bununla bağlı məhkəmədə iddia qaldırmaq hüququnu özündə saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(039)-2168/2016 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı ASC -dən tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 29 sentyabr 2016-cı il tarixli, 2(039)-2168/2016 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1054/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1054/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver