Məhkəmə qərarları › İş №2(107)-1055/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1055/2025

14.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1055/2025 14.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 ilk iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh-ilk iddia üzrə İddiaçı1 qarşı miras əmlakın bölüşdürülməklə payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Açar sözlər: (mirasda payın müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X13 və X14 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə2, Cavabdehin nümayəndə və vəkili Nümayəndə1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı1 ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh3, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı miras payının müəyyən edilməsi tələbinə dair ilk iddiası, qarşılıqlı iddia üzrə iddiaçı-ilk iddia üzrə Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh-ilk iddia üzrə İddiaçı1 qarşı miras əmlakın bölüşdürülməklə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(019)-404/2025 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları 1.İddiaçı1 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı Balakən Rayon Məhkəməsinə müraciət edərək, JN221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X12 məxsus ½ hissəsi üzərində və JN1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X12 məxsus ½ hissəsi üzərində İddiaçı1 tam şəkildə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 mərhum atası X15 26 yanvar 1957-ci il tarixdə mərhum anası X25 ilə rəsmi nikaha daxil olmuş, nikahdan sonra qadına “Bayramova” soyadı verilmişdir. Həmin nikahdan onların 4 övladı - xx xxxxxx 1957-ci il tarixdə Cavabdeh2, 15 oktyabr 1959-cu il tarixdə X17, xx xxxxx 1962-ci il tarixdə Cavabdeh1 və xx xxxxxx 1965-ci il tarixdə İddiaçı1 adlı uşaqları doğulmuşdur. İddiaçının anası X20 13 dekabr 1992-ci il tarixdə, atası X15 11 noyabr 1996-cı il tarixdə, qardaşı X17 isə 25 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN221A nömrəli (kod: ********) şəhadətnaməyə əsasən, ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsi iddiaçının atası X15 və qardaşı X8 ümumi birgə mülkiyyətinə verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN-1224 nömrəli (kod: ********) dövlət aktına əsasən, ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının atası X15 və qardaşı X8 ümumi birgə mülkiyyətinə verilmişdir. ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsində 1987-ci il tarixdə inşa edilmiş 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə dair iddiaçının adına 2005-ci il tarixdə keçmiş Balakən rayon DTİİ tərəfindən 206 inventar nömrəli texniki pasport hazırlanmışdır. X1 vəfatından sonra iddiaçı atasından qalmış miras əmlakı faktiki olaraq idarə etmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamış, mirasın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında mübahisə yaranmışdır. Bu səbəbli iddiaçı, müvafiq iddia tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən Rayon Məhkəməsinin 13 may 2024- cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsi ilə İddiaçı1 mərhum atasına münasibətdə miras payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024cü il tarixli, 2(107)-921/2024 nömrəli qətnaməsinə əsasən, JN221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X9 məxsus ½ hissəsi üzərində və JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X9 məxsus ½ hissəsi üzərində İddiaçı1, X8, Cavabdeh1 və Cavabdeh2 hər birinin ¼ hissə payı müəyyən edilmişdir. İşə baxarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X15 öldükdən bəri ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsində yaşamış, o cümlədən ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı dövlət vergilərini ödəmişdir. Belə olan halda, iddiaçı atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. Digər vərəsələrə gəldikdə apellyasiya instabsiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhkəmə iclaslarında etiraf etmişdir ki, atası öldükdə onun yas mərasimini bütün övladlar birlikdə təşkil etmişlər. Həmçinin, məhkəməyə təqdim edilmiş aktda qonşular təsdiq etmişdir ki, X6 qardaşları X17 1992-ci ildən 1998-ci il tarixədək mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəlmiş, Cavabdeh2 2000-cı il tarixdən Rusiya Federasiyasında, Cavabdeh1 isə 2002-ci il tarixdən Almaniya Respublikasında yaşayır. Göründüyü kimi, iddiaçının atası mirasqoyan X15 öldüyü vaxt – 1996-cı ildə iddiaçı X3 başqa, qardaşlar X17, Cavabdeh2 və Cavabdeh1 da yerində olmuşlar. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, X17 mirası qəbul etdikdən sonra – 2018-ci ildə öldüyündən onun vərəsələri ondan qalan mirasın qəbul edilməsi ilə bağlı müvafiq qaydada müraciət etmək hüququna malikdirlər. İddiaçının mərhum qardaşı X17 07 aprel 1994-cü ildə X23 ilə nikaha daxil olmuş, tərəflər arasında bağlanmış nikah Balakən rayon Qeydiyyat şöbəsi tərəfində 07 may 2009-cu il tarixli 28 nömrəli nikahın pozulması haqqında akt qeydinə əsasən pozulmuşdur. Həmin nikahdan 23 noyabr 1994-cü il tarixdə X16 doğulmuş, sonuncunun soyadı, adı Balakən rayon İcra Hakimiyyəti başçısının 163 nömrəli sərəncamına əsasən milli mənsubiyyətə uyğun olaraq Cavabdeh3 olaraq dəyişdirilmişdir. Cavabdeh3 tərəflərin nikahları pozulduğu vaxtdan anası X23 ilə birlikdə Balakən rayonu Kortala kəndində yaşayır. O, mərhum X2ndan qalmış mirası nə rəsmi, nə də faktiki olaraq qəbul etmişdir. Cavabdeh3 atasından qalmış mirası qəbu etmədiyindən mərhumdan qalmış miras əmlaka ikinci növbəli vərəsələrin hüququ yaranmışdır. Qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(107)-921/2024 nömrəli qətnaməsi ilə də müəyyən olunduğu kimi, ikinci növbəli vərəsələrdən Cavabdeh2 2000-cı il tarixdən Rusiya Federasiyasında, Cavabdeh1 isə 2002-ci il tarixdən Almaniya Respublikasında yaşayır. Göründüyü kimi, iddiaçıdan başqa, digər vərəsələr mərhum X8 mirasını qəbul etməmişdir. İddiaçı qanuni qüvvəsini almış məhkəmə qətnaməsini təqdim etməklə Balakən Regional ASAN Xidmət mərkəzində notariat ofisinə müraciət edərək mirası qəbul etmiş 2-ci növbə vərəsə kimi tam həcmdə miras əmlaka şəhadətnamə verilməsini xahiş etmiş, sonuncu bundan imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmadığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlakların - ünvan 1ində yerləşən JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1/2 hissəsi və JN 1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1/2 hissəsinin qanun üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan Cavabdeh3 tam hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, xx.xx.1994-cü ildə hazırda miras əmlakla bağlı mübahisələndirilən evdə doğulmuşdur. X2, anası X18r. Anası və atası xx.xx.1994-cü ildə rəsmi nikah bağlamaqla evlənmiş və onların nikahı 07 may 2009-cu ildə pozulmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarına əsasən ünvan 1ində yerləşən 0,19 ha həyətyanı torpaq sahəsi və 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2nun və babası X5 mülkiyyətinə verilmiş, onlara bu barədə JN 221A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və 1224 saylı Torpağın mülkiyyətə verilməsinə dair hüquqmüəyyənedici sənədlər verilmişdir. 0.19 ha həyətyanı torpaq sahəsində atası və babasından qalmış fərdi yaşayış evi olmuşdur. X15 11 noyabr 1996-cı il tarixdə, X2 isə 25 aprel 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xüsusi notariusu X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli 2(019)-351/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-921/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X9 məxsus 1/2 hissəsi üzərində və JN-1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X9 məxsus 1/2 hissəsi üzərində iddiaçı X6, X8, Cavabdeh1 və Cavabdeh2 hər birinin 1/4 hissə payı müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1 /2 hissəsi üzərində və JN1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1 /2 hissəsi üzərində iddiaçı X6 tam şəkildə miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o mərhum X2nun birinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır. İş materiallarına əlavə etdiyi Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışdan da görünür ki, o, mərhum X2nun vəfat etdiyi xx.xx.2018-ci il tarixədək ünvan 1i ünvanında daimi qeydiyyatda olmuş və ona məxsus təsərrüfatda qeydiyyatda qalmışdır. Həmin arayışın özü də onu deməyə əsas verir ki, o, atasından qalmış mirası birinci növbəli vərəsə kimi qəbul etmişdir. Eyni zamanda Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2025-ci il tarixli 105 nömrəli arayışdan da görünür ki, ünvan 1i 2016-2020-ci illər üzrə və 2021- 2025-ci illər üzrə 2 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 158-ci şəxsi hesab nömrəsində İddiaçı1 ayrıca təsərrüfatının olduğu, həmin təsərrüfatda qızı X10 qeyd edildiyi, 2014-cü ildə inşa edilmiş 70 kvm sahədən ibarət fərdi yaşayış evinin olduğu, eyni zamanda həmin təsərrüfatda 0.20 ha həyətyanı torpaq sahəsi, 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Eyni zamanda o, xx.xx.2023-cü il tarixdə Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum X2ndan miras qalmış əmlaklara (torpaq sahəsi, fərdi yaşayış evi və s) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Göründüyü kimi o atasından miras qalmış əmlakdan imtina etməmişdir, atasına məxsus təsərrüfatda tək qeydiyyatda olmaqla həmin mirasdan birinci növbəli vərəsə kimi öz payını tələb etmişdir. Eyni zamanda atasının vəfat etdiyi müddətdə İddiaçı1 ayrıca təsərrüfatı olmuş, atasına məxsus təsərrüfatda qeydiyyatda olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

5. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi Nümayəndə2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin vəsatət verərək bildirmişdir ki, Cavabdeh3 məhkəməyə sübut qismində Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 oktyabr 2023-cü il tarixli, 919 nömrəli arayışını təqdim etmiş, həmin arayışda onun 25 aprel 2018-ci il tarixədək onun ünvan 1ində daimi qeydiyyatda olması göstərilmişdir. İş materiallarına sübut qismində əlavə etdiyi Balakən RPŞ-nin 31 mart 2025-ci il tarixli məktubundan, Balakən RİH-nin 29 aprel 2025-ci il tarixli 5-36/2-345/2025 və 5- 36/2-346/2025 nömrəli məktublarından göründüyü kimi, əslində Cavabdeh3 15 dekabr 2011-ci il tarixdən Balakən rayonu Kortala ərazi idarəsi Kortala kəndində daimi pasport qeydiyyatındadır və 18 oktyabr 2023-cü il tarixli, 919 nömrəli arayışda qeyd olunanlar təsərrüfatbaşına uçot kitablarında aparılmış qeydlərlə ziddiyət təşkil edir. Göründüyü kimi, Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 oktyabr 2023-cü il tarixli, 919 nömrəli arayışında həqiqəti əks etdirməyən məlumatlar yazılmış, həmin məlumatların həqiqətə uyğun olmadığını bildiyi halda, iddiaçı həmin arayışı sübut qismində məhkəməyə təqdim etmişdir. Qeyd olunanlara əsasən, xüsusi qərardad qəbul edilməklə saxta arayışı tərtib və təsdiq edən nümayəndəliyin müavini X11 və həmin saxta arayışdan bilə-bilə istifadə etmiş Cavabdeh3 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

6. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İş materiallarından görünür ki, məhkəmə bildirişinin Cavabdeh2 çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəliyin xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən cavabdeh Hənifə kəndində yaşamadığından və yaxınlarının dediyinə görə Rusiyada yaşadığından məktubun ona çatdırılması mümkün olmamışdır. Məhkəmə bildirişinin Cavabdeh1 çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə göndərilmiş, xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən cavabdeh ailə üzvləri ilə birlikdə ünvanda yaşamadığından məktubun ona çatdırılması mümkün olmamışdır.

8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Balakən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(019)-404/2025 nömrəli qətnaməsi ilə (hakim A.Cəfərova) ilk iddia tələbinin təmin olunması, JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin miras qoyan X12 məxsus ½ hissəsi üzərində və JN1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X12 məxsus ½ hissəsi üzərində İddiaçı1 tam şəkildə miras payının müəyyən edilməsi, Cavabdeh3 ünvan 1ində yerləşən JN-221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ümumi birgə mülkiyyətə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsinin miras qoyan X12 məxsus 1/2 hissəsi və JN 1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə ümumi birgə mülkiyyətə verilmiş 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mirasqoyan X12 məxsus 1/2 hissəsinin qanun üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan tam hissədə payının müəyyən edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun tərəflərin özünə aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, miras qoyan X17 xx.xx.2018ci il tarixdə Rusiya Federasiyası Rostov vilayəti Rostov-Don şəhərində vəfat etmişdir. Ondan miras qalmış əmlak ünvan 1i ərazisində 0.19 ha həyətyanı torpaq sahəsinin və 0.66 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Miras qoyanın atası X15 11 noyabr 1996-cı ildə, anası X20 13 dekabr 1992-ci ildə ölmüşdür. Miras qoyan xx.xx.1994-cü il tarixdə X23 ilə nikaha daxil olmuş və Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli nikahın pozulması haqqında akt qeydinə əsasən nikahları pozulmuşdur. Onların birgə nikahlarından xx.xx.1994-cü il tarixdə Cavabdeh3 doğulmuşdur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

12. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

13. Məhkəmə Cavabdeh3 miras qoyan X8 birinci növbəli vərəsəsi olmasını nəzərə alaraq ilk növbədə onun qarşılıqlı iddiasının dəlillərinə hüquqi qiymət verməyi zəruri hesab etmişdir. Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək atasından miras qalmış əmlakdan tam hissədə payının müəyyən edilməsi xahiş etmişdir. O, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Notariat Ofisinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi qanunvericlikdə müəyyən edilmiş müddət ərzində notariat ofisinə müraciət etməmişdir.

14. Bundan başqa o, atasından qalmış mirası birinci növbəli vərəsə kimi qəbul etməsinə dair sübut kimi Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışını təqdim etmiş, həmin arayışda qeyd edilmişdir ki, Cavabdeh3 mərhum X2nun vəfat etdiyi xx.xx.2018-ci il tarixdən sonrakı 6 ay ərzində ünvan 1i ünvanında qeydiyyatda qalmışdır. Lakin həmin arayışda qeyd edilmiş Cavabdeh3 Hənifə kəndi ünvanında qeydiyyatda qalması barədə məlumat məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında təkzib edilmişdir. Belə ki, Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Balakən rayon Hənifə kəndində xx.xx.1994-cü ildə anadan olmuş Cavabdeh3 xx.xx.2011-ci il tarixdən halhazıradək Balakən rayon Kortala ərazi dairəsi Kortala kəndində daimi pasport qeydiyyatındadır. Bundan başqa Balakən Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 5-36/2-346/2025 nömrəli məktuba əsasən 2016-2020-ci illərin təsərrüfatbaşına uçot kitabının 158-ci şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 0,84 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin,1968-ci ildə inşa edilmiş (sözügedən fərdi yaşayış evi 2014-cü ildə əsaslı təmir üsulu ilə bərpa edilmişdir), ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin, 20 kv metr sahəsi olan tövlənin olduğu, İddiaçı1 və X10 adları qeyd olunmuşdur. X24 və qızı Samurat (Humay) Bayramova 1994-cü ildə Qullar kəndinə getdikləri və təsərrüfatdan silinmələri qeyd edilmişdir. Həmin məktubda xx.xx.2023-cü il tarixli, 919 saylı arayışda Cavabdeh3 mərhumun tək varisi olduğu və Aslan Bayramovun vəfat etdiyi tarixdən bilavasitə sonrakı 6 (altı) ay ərzində eyni evdə qeydiyyatda qalması barədə qeydin təsərrüfatbaşına uçot kitablarında aparılmış qeydlərlə ziddiyyət təşkil etməsi göstərilmişdir. Göründüyü kimi Cavabdeh3 atasının öldüyü tarixdən sonrakı 6 ay ərzində ünvan 1i ünvanında qeydiyyatda qalmamış, əksinə xx.xx.2011-ci il tarixdən hal-hazıradək Balakən rayon Kortala kəndində qeydiyyatdadır. Odur ki, Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışı Cavabdeh3 atasından qalmış mirası birinci növbəli vərəsə kimi qəbul etməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, işin faktiki hallarının məcmusu ilə Cavabdeh3 miras əmlakı qəbul etməsi müəyyən olunmur. Buna görə də qarşılıqlı iddia rədd edilməlidir.

15. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, məhkəmə Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 oktyabr 2023-cü il tarixli, 919 nömrəli arayışı ilə bağlı X11 və Cavabdeh3 hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarmamış, bu səbəbdən xüsusi qərardad qəbul edilməmişdir.

16. Miras qoyan X8 ikinci növbəli vərəsələri bacı-qardaşları Cavabdeh2, Cavabdeh1 və İddiaçı1dır. Onlardan İddiaçı1 ilk iddia ərizəsi ilə qardaşının mirası üzərində tam şəkildə miras payının müəyyən edilməsini xahiş etmişdir. İş materialları əsasında müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsində 1987-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinə dair iddiaçının adına 2005-ci il tarixdə keçmiş Balakən rayon DTİİ tərəfindən 206 inventar nömrəli texniki pasport hazırlanmış, atası X5 vəfatından sonra həmin əmlakı faktiki olaraq idarə etmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmçinin 0.66 ha pay torpaq sahəsinə görə Hənifə bələdiyyəsi tərəfindən hesablanmış torpaq vergisini halhazıradək bələdiyəyə İddiaçı1 tərəfindən ödənilir. Qanuni qüvvəsini almış Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2024-cü il tarixli, 2(107)- 921/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, digər vərəsələr Cavabdeh2 2000-cı il tarixdən Rusiya Federasiyasında, Cavabdeh1 isə 2002-ci il tarixdən Almaniya Respublikasında yaşayır. Həmçinin iş materiallarından görünür ki, Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh2 Hənifə kəndində yaşamır, yaxınlarının dediyinə görə Rusiyada yaşayır, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən Cavabdeh1 ailə üzvləri ilə birlikdə ünvanda yaşamır.

17. Göründüyü kimi İddiaçı1 başqa digər vərəsələr mərhum X8 mirasını qəbul etməmişdir. Odur ki, ilk iddia tələbi təmin edilməlidir.

18. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab etmişdir ki, ilk iddia təmin edilməli, JN- 221A nömrəli (kod: ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin miras qoyan X12 məxsus ½ hissəsi üzərində və JN1224 nömrəli (kod: ********), Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 1ində yerləşən 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X12 məxsus ½ hissəsi üzərində İddiaçı1 tam şəkildə miras payı müəyyən edilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir.

19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1145. 1146, 1148, 1151.1, 1159.1.1, 1159.2, 1163. 1243.2, 1246, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri:

a)Apellyasiya şikayətinin dəlilləri

20. Qətnamədən narazı qalan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayəti vermişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin aşağıda qeyd edilən hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir.

22. Belə ki, o, mərhum X2nun birinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır. O, atasına məxsus olan mirasdan imtina etməmişdir.

23. İş materiallarına əlavə etdiyi Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışdan da görünür ki, o, mərhum X2nun vəfat etdiyi xx.xx.2018-ci il tarixədək ünvan 1i ünvanında daimi qeydiyyatda olmuş və ona məxsus təsərrüfatda qeydiyyatda qalmışdır. Həmin arayışın özü də onu deməyə əsas verir ki, o, atasından qalmış mirası birinci növbəli vərəsə kimi qəbul etmişdir.

24. Eyni zamanda Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2025-ci il tarixli 105 nömrəli arayışdan da görünür ki, ünvan 1i 2016-2020-ci illər üzrə və 2021-2025-ci illər üzrə 2 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 158-ci şəxsi hesab nömrəsində İddiaçı1 ayrıca təsərrüfatının olduğu, həmin təsərrüfatda qızı X10 qeyd edildiyi, 2014-cü ildə inşa edilmiş 70 kvm sahədən ibarət fərdi yaşayış evinin olduğu, eyni zamanda həmin təsərrüfatda 0.20 ha həyətyanı torpaq sahəsi, 0.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Eyni zamanda o, xx.xx.2023-cü il tarixdə Balakən regional Asan xidmət mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək xx.xx.2018-ci il tarixdə vəfat etmiş mərhum X2ndan miras qalmış əmlaklara (torpaq sahəsi, fərdi yaşayışevi və s) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.

25. Göründüyü kimi o, atasından miras qalmış əmlakdan imtina etməmiş, atasına məxsus təsərrüfatda tək qeydiyyatda olmaqla həmin mirasdan birinci növbəli vərəsə kimi öz payımı tələb etmişdir. Eyni zamanda atasının vəfat etdiyi müddətdə İddiaçı1 ayrıca təsərrüfatı olmuş, atasına məxsus təsərrüfatda qeydiyyatda olmamışdır.

26. Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci və 1243.3-cü maddələrinin tələblərini, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işi tam araşdırmadan Mülki Məcəllənin 1159, 1243.2-ci, 1243.3-cü, 1256, 1257-ci, 1262,1263, 1291-ci maddələrinin tələblərini pozaraq mərhuma məxsus mirası onun vərəsələri arasında düzgün bölüşdürməmiş, iddiaçını miras payından məhrum etmişdir.

27. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi ləğv edilərək ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.

28. Odur ki, Apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 29 iyul 2025-cil tarixli, e-2(019)-404/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddia əsassız olduğundan rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. İddiaçının vəkili Nümayəndə2 apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin olunmaması, Balakən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(019)-404/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 nümayəndə və vəkili Nümayəndə1 izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(019)-404/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili Nümayəndə2 çıxışında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, şikayətinin təmin olunmamasını və Balakən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(019)- 404/2025 qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 32.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publikhüquqi şəxsinin 18 saylı Zaqatala ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin mümkünsüzlüyü barədə məlumat verməmişlər.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 3 4 . Azərbaycan Respublikası Konstitusiyası Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1148. Müvəqqəti xaricdə yaşamış və orada ölmüş Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun xaricə getməzdən əvvəl Azərbaycan Respublikasında yaşadığı yer, bu yer məlum olmadıqda isə mirasın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

37. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyator Balakən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(019)- 404/2025 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.

41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

42. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyan X17 xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyası Rostov vilayəti Rostov-Don şəhərində vəfat etmişdir. Ondan miras qalmış əmlak ünvan 1i ərazisində 0.19 ha həyətyanı torpaq sahəsinin və 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Miras qoyan xx.xx.1994-cü il tarixdə X23 ilə nikaha daxil olmuş və Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli nikahın pozulması haqqında akt qeydinə əsasən nikahları pozulmuşdur. Onların birgə nikahlarından xx.xx.1994-cü il tarixdə Cavabdeh3 doğulmuşdur. Cavabdeh3 tərəflərin nikahları pozulduğu vaxtdan anası X23 ilə birlikdə Balakən rayonu Kortala kəndində yaşamışdır. İddiaçı Balakən Regional ASAN Xidmət mərkəzində notariat ofisinə müraciət edərək mirası qəbul etmiş 2-ci növbə vərəsə kimi tam həcmdə miras əmlaka şəhadətnamə verilməsini xahiş etmiş, sonuncu bundan imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. İddiaçı Cavabdeh3 atasından qalmış mirası qəbul etmədiyini, mərhumdan qalmış miras əmlaka ikinci növbəli vərəsələrin hüququ yarandığını və ikinci növbə digər vərəsələr mərhum X7 qalmış mirası qəbul etmədiklərini, hazırda qardaşının yeganə mirası qəbul etmiş vərəsəsi olduğunu iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Eyni zamanda Cavabdeh3 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atasından miras qalmış əmlakdan imtina etmədiyini, atasına məxsus təsərrüfatda tək qeydiyyatda olmaqla həmin mirasdan birinci növbəli vərəsə kimi payını tələb etmişdir.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin ləğv edilməli olmasına dair dəlilləri ilə razılaşmır və kollegiya hesab edir ki, ilk iddia tələbini təmin etməkdə və qarşılıqlı iddianı rədd etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

44. İşdən müəyyən olunur ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 bu iddianı qaldırmaqda əsasən niyyəti (son hüquqi hədəfi) mirasdan pay almağa yönəlmişdir.

45. Baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Qeyd olunmalıdır ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Mirası açılan zaman qüvvədə olmuş Mülki Məcəllənin 1246-cı maddəsində (redaksiyadan çıxarılıb) deyilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

48. Yuxarıda da qeyd olunduğu kimi mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

49. “G. Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

50. Məhkəmə kollegiyasının iclasında işin müəyyən olunmuş hallarından görünür ki, miras qoyan X8 vəfat etdiyi 25 aprel 2018-ci il tarixdən sonra ikinci növbə vərəsə olan bacısı İddiaçı1 mirası faktiki qəbul edərək idarə etmiş, birinci növbə vərəsə olan Cavabdeh3 isə 5 ildən artıq müddət keçdikdən sonra 18 oktyabr 2023-cü il tarixdə Notariat Ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. 51.Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun mərhum X2nun birinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalı olması, atasına məxsus olan mirasdan imtina etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi apellyator atasının vəfatından sonra ayrı təsərrüfatda yaşamışdır. Onun tərəfindən atasından qalmış mirasın faktiki olaraq qəbul edilməsi, mirasın idarə edilməsi, mirasa faktik sahiblik edilməsinə dair heç bir sübut təqdim edilməmişdir.

52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş materiallarına əlavə etdiyi Balakən rayon İHB-nın Hənifə kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsinin xx.xx.2023-cü il tarixli 919 nömrəli arayışda, onun mərhum X2nun vəfat etdiyi xx.xx.2018ci il tarixədək ünvan 1i ünvanında daimi qeydiyyatda olması və ona məxsus təsərrüfatda qeydiyyatda qalmasının göstərilməsi, onun atasından qalmış mirası birinci növbəli vərəsə kimi qəbul etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Balakən rayon Hənifə kəndində xx.xx.1994-cü ildə anadan olmuş Cavabdeh3 xx.xx.2011ci il tarixdən hal-hazıradək Balakən rayon Kortala ərazi dairəsi Kortala kəndində daimi pasport qeydiyyatındadır. Bundan başqa Balakən Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 5-36/2-346/2025 nömrəli məktuba əsasən 2016-2020-ci illərin təsərrüfatbaşına uçot kitabının 158-ci şəxsi hesab nömrəsində 0,20 ha həyətyanı torpaq sahəsi, 0,84 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin,1968-ci ildə inşa edilmiş (sözügedən fərdi yaşayış evi 2014-cü ildə əsaslı təmir üsulu ilə bərpa edilmişdir), ümumi sahəsi 70 kv.metr, yaşayış sahəsi 54 kv.metr olan fərdi yaşayış evinin, 20 kv metr sahəsi olan tövlənin olduğu, İddiaçı1 və X10 adları qeyd olunmuşdur. X24 və qızı Samurat (Humay) Bayramova 1994-cü ildə Qullar kəndinə getdikləri və təsərrüfatdan silinmələri qeyd edilmişdir. Həmin məktubda xx.xx.2023-cü il tarixli, 919 saylı arayışda Cavabdeh3 mərhumun tək varisi olduğu və Aslan Bayramovun vəfat etdiyi tarixdən bilavasitə sonrakı 6 (altı) ay ərzində eyni evdə qeydiyyatda qalması barədə qeydin təsərrüfatbaşına uçot kitablarında aparılmış qeydlərlə ziddiyyət təşkil etməsi göstərilmişdir. Göründüyü kimi Cavabdeh3 atasının öldüyü tarixdən sonrakı 6 ay ərzində ünvan 1i ünvanında qeydiyyatda qalmamış, əksinə xx.xx.2011-ci il tarixdən hal-hazıradək Balakən rayon Kortala kəndində qeydiyyatdadır. Göründüyü kimi cavabdeh atasının vəfatından sonra qanunvericilikdə nəzərdə tutulmuş 6 aylıq müddət ərzində miras qalmış əmlaka faktiki sahiblik etməsi, miras əmlakı faktiki idarə etməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. 53.«L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

54. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Balakən Rayon Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci və 1243.3-cü maddələrinin tələblərini, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işi tam araşdırmadan Mülki Məcəllənin 1159, 1243.2-ci, 1243.3-cü, 1256, 1257-ci, 1262,1263, 1291-ci maddələrinin tələblərini pozaraq mərhuma məxsus mirası onun vərəsələri arasında düzgün bölüşdürməməsi, iddiaçını miras payından məhrum etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh3 atasının 25 aprel 2018-ci il tarixdə ölümündən məlumatlı olmuşdur. Kollegiya qeyd edir ki, əgər Cavabdeh3 atasının ölümündən sonra mirası qəbul etmək niyyəti olmuş olsaydı, bu halda sonuncu ən geci 6 ay müddətində notariat ofisinə mirasın qəbulu barədə ərizə verərdi. Lakin, işdən göründüyü kimi iddiaçı mirasın qəbulu barədə ərizə verməmişdir. Eləcədə miras qalmış əmlaka faktiki olaraq sahibliyi həyata keçirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

56. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh3 mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etmədiyindən atasının birinci növbə vərəsəsi olsa belə ondan qalmış mirasdan pay almaq hüququnu itirmişdir.

57. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

59. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-404/2025 nömrəli qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, e-2(019)-404/2025 nömrəli qətnaməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar