Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1056/2023 04.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Şəki Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı miras qalmış evdən və torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Şəki Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı miras qalmış evdən və torpaq sahəsindən payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı və Şəki Regional Cavabdeh1ndə Notariat Ofisinə qarşı mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması ilə bağlı Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(075)-1606/2023 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş bacısı X1 miras qalmış əmlaklardan vərəsəlikdə üstünlük hüququ nəzərə alınmaqla payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 13 iyul 2023-cü il tarixdə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların mərhum bacıları X1 miras qalmış Şəki şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və ünvan 2ərrüfatı təyinatlı torpaq sahəsindən ibarət mirasın yalnız Cavabdeh2, Cavabdeh4 və X2 tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi və ilk iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(075)-1606/2023 nömrəli qərardadı ilə “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” barədə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(075)-1606/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(075)- 1606/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 10.1 və 10.2-ci bəndlərində göstərilir ki, Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Göründüyü kimi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən bəhs edir. Buna görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tələblərinə qarşılıqlı iddia ərizəsi kimi iddia icraatı qaydasında baxılmalı deyildir. Cavabdehlər xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 35.3-cü maddəsinə əsasən qarşılıqlı iddia, ərazi aidiyyətindən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(075)-1606/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(075)-1606/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(075)-1606/2023 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1056/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1056/2023
04.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver