Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1059/2022 31.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi Məcid oğlunun maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Mərkəzi Aran regional filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, iddiaçı Ərizəçi Məcid oğlunun və maraqlı tərəf Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun nümaynədəsi X5 iştirakları ilə, İddiaçı Ərizəçi Məcid oğlunun maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Mərkəzi Aran regional filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(035)-297/2022 saylı qətnaməsindən maraqlı tərəf Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Mərkəzi Aran regional filialının nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Birinci instansiya məhkəməsində icraat: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Mərkəzi Aran regional filialına qarşı ərizə və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışında göstərilən Novruzov Qəhrəman və Əmək kitabçasında göstərilən X3 ilə AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz ərizəsi göndərərək Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərmişdir ki, 1990-1997-ci illərdə Zərdab rayonunun sabiq “Musabəyov” adına kolxozunda işləmişdir. Kolxozda işlədiyi müddətdə əmək haqqı cədvəllərində adı müəyyən illərdə səhvən Qəhrəman, əmək kitabçasında isə adı səhvən Valeh, atasının adı isə Medjit kimi yazılmışdır. Rəsmi adı Valik olsa da, ailədə və el arasında babasının adına uyğun olaraq Qəhrəman adı ilə çağrıldığından kolxozda işlədiyi müddətdə əmək haqqı cədvəllərində adı müəyyən illərdə səhvən Qəhrəman kimi yazılmışdır. Zərdab rayonunun sabiq “Musabəyov” adına kolxoz islahat nəticəsində ləğv olunduğu üçün sözügedən uyğunsuzluğun başqa qaydada aradan qaldırılması mümkün deyildir. Arxiv sənədlərinin təhvil verildiyi Zərdab Rayon Dövlət Arxivi isə sözügedən uyğunsuzluğun aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişdir. Qeyd edilən uyğunsuzluq onun əmək stajının hesablanmasında, ünvanlı sosial yardım almaq hüququnun həyata keçirə bilməsində müəyyən çətinlik yaratmış və uyğunsuzluğun aradan qaldırılması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən ərizənin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçinin rəsmi adı Valik olsa da, ailədə və el arasında babasının adına uyğun olaraq onu Qəhrəman adı ilə çağırmışlar. Ona görə də Zərdab rayonunun sabiq “Musabəyov” adına kolxozunda işlədiyi müddətdə əmək haqqı cədvəllərində adı bəzən Valik, bəzən də Qəhrəman kimi yazılmışdır. Həmçinin ərizəçiyə məxsus İT-İ ******* nömrəli əmək kitabçasında adı səhvən Valeh, atasının adı isə Məcid əvəzinə Medjit kimi yazılmışdır. Nəticədə ərizəçiyə məxsus digər sənədlərlə (şəxsiyyət vəsiqəsi və s.) onun kolxoxzda işləməsinə dair sənədlər (arxiv arayışı), eləcə də İT-İ ******* nömrəli əmək kitabçası arasında uyğunsuzluq yaranmışdır. Bu hal ərizəçiyə əmək stajının hesablanmasında, ünvanlı sosial yardım almaq hüququnun həyata keçirə bilməsində müəyyən çətinlik yaratmışdır. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, o, hazırkı ərizəni verməkdə hüquqi baxımdan haqlı olmuşdur. Məhkəmə maraqlı şəxsin ərizəyə qarşı etirazı ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, maraqlı şəxs öz etirazında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında müəyyənləşdirdiyi hüquqi mövqeyə istinad edərək hazırkı ərizənin təmin olunmamasını xahiş etməkdə haqlı deyildir. Belə ki, maraqlı şəxs ərizəyə qarşı etirazını onunla əsaslandırmışdır ki, işdə hüquq müəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab mövcud deyildir. Ərizəçi lazımı sənədlərin alına bilməməsini, yaxud həmin sənədlərin mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, əslində işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Belə ki, birincisi ərizəçinin Zərdab rayonunun sabiq “Musabəyov” adına kolxozunda işləməsi barədə arxiv arayışındakı adı, əmək kitabçasındakı adı və atasının adı ilə ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddəki adı və atasının adı düz gəlmir. İkincisi, sözügedən arayış ərizəçiyə pensiyaya çıxmaq üçün iş stajının hesablanmasına əsas verən (hüquq verən) sənəd olmaqla hüquqmüəyyənedici sənəddir. Üçüncüsü həmin hüquqmüəyyənedici sənədi verən Zərdab rayonunun sabiq “Musabəyov” adına kolxozu islahat nəticəsində ləğv olunduğu üçün sözügedən uyğunsuzluğun başqa qaydada aradan qaldırılması artıq mümkün deyildir. Arxiv sənədlərinin təhvil verildiyi Zərdab Rayon Dövlət Arxivi isə sözügedən uyğunsuzluğun aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişdir. Məhkəmə işin yuxarıda müəyyən edilən hallarına əsaslanaraq və yuxarıda adı çəkilən maddi və prosesual qanunvericilik normalarının müdəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin sözügedən sənədlərdə uyğunsuzluğu başqa qaydada aradan qaldırmaq imkanı yoxdur. Ona görə də ərizəçiyə pensiyaya çıxmaq və yaxud pensiyasının düzgün hesablanması üçün iş stajının hesablanmasına əsas verən (hüquq verən) Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 08 saylı arxiv arayışında göstərilən Novruzov Qəhrəman və İT-İ ******* nömrəli Əmək kitabçasında göstərilən X3 ilə AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Zərdab Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(035)-297/2022 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) ərizə təmin olunmuş, Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 08 saylı arxiv arayışında göstərilən Novruzov Qəhrəman və İT-İ ******* nömrəli Əmək kitabçasında göstərilən X3 ilə AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305, 307 və 308-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan Zərdab Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 08 saylı arxiv arayışından görünür ki, Zərdab rayonunun sabiq “Musabəyov” adına kolxozunun üzvü olmuş Ərizəçi 1990-1997-ci illərdə həmin kolxozda işləmiş, əmək haqqı cədvəllərində onun adı Novruzov Qəhrəman, Ərizəçi (Qəhrəman) kimi yazılmışdır. İşdə olan İT-İ ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, əmək kitabçasının sahibinin soyadı, adı və atasının adı X1 yzılmışdır. İşdə olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin (ərizəçinin) soyadı, adı, atasının adı Ərizəçi kimi qeyd edilmişdir. İşdə olan Zərdab rayon Məmmədqasımlı kənd Soveti tərəfindən xx.xx.1973-cü il tarixdə təkrar verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə sahibinin (ərizəçinin) adı, soyadı və atasının adı Ərizəçi Məcid oğlu kimi yazılmışdır. İşdə olan Zərdab rayon İHB-nin Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 110 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi kənd sakinləri arasında Qəhirman kimi tanınır, Valik və Qəhirman adları ona məxsusdur. İşdə olan Zərdab Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə Ərizəçi ünvanlanmış 20 nömrəli məktubdan görünür ki, Musabəyov adına kolxozun şəxsi hesab kitablarında Ərizəçi adında qeyd edilmiş uyğunsuzluqlar onun əmək fəaliyyəti barədə tərtib edilmiş arayışda öz əksini tapmışdır. Həmin uyğunsuzluğun aradan qaldırılması onların səlahiyyəti çərçivəsində deyil. Qeyd edilmiş adların ərizəçiyə məxsus olmasını təsdiq etmək üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Qətnаmədən nаrаzı qаlаn maraqlı tərəf Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Mərkəzi Aran regional filialının nümayəndəsi X2 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlı tərəf Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Mərkəzi Aran regional filialının nümayəndəsi X2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ərizəçi adının və ata adının səhvən 26.01,2022-ci il tarixli 08 nömrəli arxiv arayışında Novruzov Qəhrəman və Ərizəçi, Doğum haqqında şəhadətnamədə Ərizəçi Məcid, Əmək kitabçasında X10, Hərbi biletdə isə X6raq qeyd edildiyini iddia etsə də, bunun nə ilə əlaqədar olmasını əsaslandıra bilməmiş və heç bir sübut təqdim etməmişdir. İş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli): 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin hazırki iş üzrə məhkəmə iclasında heç bir şahid iştirak etməmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən 1-ci instansiya məhkəməsi tərəfindən məsələyə düzgün hüquqi qiymət verilməmiş və ərizəçinin tələbi təmin edilmişdir. Şahidlər ərizəçini birqə isdən tanımalı (evni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Alınma mənbəyini göstərə bilmədən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Hazırkı iş üzrə ərizəçi X7 rayon filialının 26 yanvar 2021 -ci il tarixli 08 nömrəli arxiv arayışı, Zərdab rayon Hərbi Komissarlığı tərəfində verilmiş hərbi bilet və əmək kitabçasında adı və ata adının AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi mənsub olması faktını təsdiq edəcək hər hansı sübut təqdim edə bilməmiş və heç bir şahid gətirməmişdir. İddiaçı Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(035)-297/2022 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında maraqlı tərəf Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun nümaynədəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ərizəçi Məcid oğlu apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(035)-297/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində formalaşdırdığı hüquqi mövqeyə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin ... həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Zərdab Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(035)-297/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarına istinad edərək göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi işin yuxarıda müəyyən edilən faktiki halları Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarındakı hüquqi mövqeyi ilə tam uzlaşır və sənəddəki uyğunsuzluğun aradan qaldırıla bilməsi üçün Ali Məhkəmənin adı çəkilən qərarında müəyyən etdiyi zəruri şərtlərin hamısı hazırkı halda mövcuddur. Belə ki, birincisi ərizəçinin Zərdab rayonunun sabiq “Musabəyov” adına kolxozunda işləməsi barədə arxiv arayışındakı adı, əmək kitabçasındakı adı və atasının adı ilə ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddəki adı və atasının adı düz gəlmir. İkincisi, sözügedən arayış ərizəçiyə pensiyaya çıxmaq üçün iş stajının hesablanmasına əsas verən (hüquq verən) sənəd olmaqla hüquqmüəyyənedici sənəddir. Üçüncüsü həmin hüquqmüəyyənedici sənədi verən Zərdab rayonunun sabiq “Musabəyov” adına kolxozu islahat nəticəsində ləğv olunduğu üçün sözügedən uyğunsuzluğun başqa qaydada aradan qaldırılması artıq mümkün deyildir. Arxiv sənədlərinin təhvil verildiyi Zərdab Rayon Dövlət Arxivi isə sözügedən uyğunsuzluğun aradan qaldırılmasının onların səlahiyyətinə aid olmadığını bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində iş üzrə məhkəmə iclasında heç bir şahidin iştirak etmədiyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya baxışı zamanı məhkəmə iclasında şahidlər dindirilmiş və şahidlərin ifadələri ilə iddiaçı Ərizəçi Məcid oğlunun göstərdikləri təsdiq edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində X7 rayon filialının 26 yanvar 2021-ci il tarixli 08 nömrəli arxiv arayışı, Zərdab rayon Hərbi Komissarlığı tərəfində verilmiş hərbi bilet və əmək kitabçasında adı və ata adının AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi mənsub olması faktını təsdiq edəcək hər hansı sübutun təqdim edilmədiyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Zərdab rayon İHB-nin Gödəkqobu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 110 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi kənd sakinləri arasında Qəhirman kimi tanınır, Valik və Qəhirman adları ona məxsusdur. Bu hal şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlərlə də təsdiq edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlı tərəf Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Mərkəzi Aran regional filialının nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(035)- 297/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı tərəf Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondunun 1 saylı Mərkəzi Aran regional filialının nümayəndəsi X2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(035)-297/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1059/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1059/2022
31.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver