Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1061/2023 01.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı borc tələbinə dair bir icraatda birləşdirilmiş iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi, borcun tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı borc tələbinə dair bir icraatda birləşdirilmiş iddiaları ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(075)- 763/2023 nömrəli qətnaməsindən cavabdeh (iddiaçı) Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ünvan 1 ünvanda sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edilmiş və bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 29 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə itirilmiş qazın miqdarı 37584 m3 müəyyən edilmişdir. İddiaçı **********10000 saylı qaz hesabında 2022-ci ilin dekabr ayında ödənilməmiş 4510.08 manat borc göstərilmişdir.
2. İddiaçı həmin – 4510 manat borcun silinməsini, Cavabdeh İB isə sayğac göstəricisinə əsasən 171.90 manat və qeyri-qanuni qazdan istifadəyə əsasən 4510.08 manat olmaqla, cəmi 4681.98 manat borcun tutulmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış qaz sərfiyyatının və **********10000 abonent koduna vurulmuş 4510 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhəri M.Hacıyev küçəsi ev 2A ünvanında yaşayır. Həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçt şöbəsinə sayğac üzrə ödəmişdir. **********210000 olan abonetin saldosundan görünür ki, 2022- ci ilin müvafiq ayları üzrə vaxtı-vaxtında ödənişlər etmişdir. X4 tərəfindən 26 dekabr 2022-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, sayğacdan kənar qaz xəttinə qoşulma aşakar edilmişdir. X4 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 dekabr 2022-ci il tarixli tələbnamdə göstərilmişdir ki: Qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat günlük iş rejimli 24 saaat hesabat müddəti 360 gün: Dəmir sobasının maksimal saatlıq qaz sərfi 1.4 m3/saat günlük iş rejimli 24 saat hesabat müddəti 180 gün; Q.S.Q-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat günlük iş rejimli 24 saat hesabat müddəti 180 gün; Radiatorsobasının maksimalsaatlıq qaz sərfi 0.8 m3/saat günlük işrejimli 24 saat hesabat müddəti 180 gün; PQ-2-nin maksimal saatlıq qaz sərfi 0.6m3/saat günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablansın. PQ-4 – 1.2x24 saat x360 gün = 10368m3 Q,S,Q – 1.5x24 saatx180 gün = 6480 m3 Dəmir soba (2 ədəd) – 1.4x2x24 saatx180 gün =12096m3 Radiator soba – 0.8x24 saat x180 gün =3456 m3 PQ-2 – 0.6x24 saat x360 gün =5184 m3 X4 tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat əsassız və qanunsuz olaraq 4510 məbləğində cərimə etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər hal şahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə, onu da qeyd etmişdir ki, istifadəsində olan qaz saygacı fərdi yaşayış evinə giriş qapısından çöldə quraşdırılmışdır. Ancaq istifadəsində olan saygac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və saygac müvafiq ötrüklə örtülməmişdir. Cavabdeh qanunsuz olaraq 26 dekabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında **********10000 nömrəli abonent koduna 4510 manat borc hesablamışdır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. İddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri, M.Hacıyev küçəsi 2A-da yaşayan İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 171.90 (bir yüz yetmiş bir manat doxsan qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 4510.08 (dörd min beş yüz on manat səkkiz qəpik) manat, cəmi 4681.98 (dörd min altı yüz səksən bir manat doxsan səkkiz qəpik) manat borcun, əvvəlcədən ödənilmiş 66.85 (altmış altı manat səksən beş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqının, ümumilikdə isə 4749.23 (dörd min yeddi yüz qırx doqquz manat iyirmi üç qəpik) manat borcun tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi (bank hesabları: ABB, kod 8051700, M/H; AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T İBAZAZ2X AZ95;BAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, M.Hacıyev küçəsi 2A-da cavabdeh İddiaçı məxsus mənzilində 17200/2021 saylı alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı **********10000 saylı qaz hesabında ödənilməmiş 4681.98 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 171.90 manat hissəsi sayğac göstəricisinə və 4510.08 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: 171.90 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********933 nömrəli sayğacın 33627 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 2073.60 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı Şəki şəhəri M.Hacıyev küçəsi 2A-da yerləşən mənzilində istismarda olmuş əvvəlcədən ödənişli Smart kart tipli qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİnin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan əvvəlcədən ödənişli Smart kart tipli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyriqanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-ninxx.xx.2022- cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 37584 m (və ya 4510.08 manat) həcmində müəyyən edilmişdir. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Şəki Rayon Məhkəməsinin 2(075)-970/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-970/2023 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İslahat Birliyinin cavabdeh İddiaçı qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)- 763/2023 nömrə ilə qeydiyyata alınmış İddiaçı Cavabdeh İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin bir icraatda birləşdirilməsi və mülki işlər 2(075)-763/2023 nömrə ilə qeydiyyata alınması qərara alınmışdır.
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2022-ci ilin dekabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 4510.08 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, İddiaçı 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, PQ-4 üçün 360 gün, Dəmir soba üçün 180 gün, Q.S.Q üçün 180 gün, Radiator sobası üçün 180 gün, PQ-2 üçün 180 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 4510.08 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır.
10. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi 4510.08 manat pulun cavabdeh İddiaçı alınaraq Cavabdehnə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
11. Şəki Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(075)-763/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) İddiaçı iddiası qismən təmin edilmiş, 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 3913.84 (üç min doqquz yüz on üç manat səksən dörd qəpik) manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 59.13 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, iddiaçı Cavabdeh İB-nin iddiasının qismən təmin edilməsi, İddiaçı sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 171.90 (bir yüz yetmiş bir manat doxsan qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 596.16 (beş yüz doxsan altı manat on altı qəpik) manat tutularaq Cavabdeh İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilməsi, İddiaçı 66.85 (altmış altı manat səksən beş qəpik) manat ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pulun tutularaq Cavabdeh İB-nin xeyrinə (bank hesabı:ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4-cü bnədinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. 21 dekabr 2021-ci il tarixli, 13200 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır.
14. Abonentin saldosundan görünür ki, İddiaçı **********10000 saylı qaz hesabında 2022-ci ilin dekabr ayında ödənilməmiş 4510.08 manat borc vardır.
15. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli təsdiq edilmiş aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 2 ünvanında Cavabdeh Zaqatala X7 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə “sayğacdan kənar qaz xəttinə qoşulduğu” göstərilmişdir. Aktın doğruluğu Cavabdeh Zaqatala X7 İdarəsinin əməkdaşları tərəfindən təsdiq edilmiş, sözügedən akt İddiaçı tərəfindən imza etməkdən imtina edilmişdir.
16. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 29 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən evində qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat günlük iş rejimi 24 saat hesabat müddəti 360 gün, Dəmir sobasının maksimal saatlıq qaz sərfi 1.4 m³/saat günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün, Q.S.Q-nın maksimal saatlıq qaz sərfi 1.5 m³/saat günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün, Radiator sobasının maksimal saatlıq qaz sərfi 0.8 m³/saat günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün, PQ-2-nin maksimal saatlıq qaz sərfi 0.6 m³/saat günlük iş rejimi 24 saat hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 37584 m3 müəyyən edilmişdir.
17. Qətnаmədən nаrаzı qаlаn cavabdeh (iddiaçı) Cavabdeh İB аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh (iddiaçı) Cavabdeh İB apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı mövqeyi hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğacdan kənar qeyriqanuni olaraq qaz xəttinə qoşulmaqla, qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. istehlakçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Cavabdeh İB məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qaz paylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
19. Ona görə də, Şəki Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(075)- 763/2023 nömrəli qətnaməsinin qismən - İddiaçı iddia tələbinin təmin edilən və Cavabdeh iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilərək, İddiaçı iddia tələbinin rədd edilməsi və Cavabdeh İB-nin iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(075)-763/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdeh İB Şəki Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(075)- 763/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 9-cu bəndində göstərilmiş əsaslarla İddiaçı sayğac göstəricisinə və qeyri-qanuni qazdan istifadəyə görə hesablanmış borcu ödəməli olması, lakin qeyri-qanuni qazdan istifadəyə görə borcun 1 ay (30 gün) müddət üçün hesablanmalı olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı 2022-ci ilin dekabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozması nəticəsində 4510.08 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, İddiaçı 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə İddiaçı qaz işlədicisi olan PQ-4-ün maksimal saatlıq qaz sərfiyyatını 1.2 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 360 gün, qaz işlədicisi olan QSQ-nin maksimal saatlıq qaz sərfiyyatını 1.5 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 180 gün, qaz işlədicisi olan 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfiyyatını 1.4 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 180 gün, qaz işlədicisi olan radiator sobanın maksimal saatlıq qaz sərfiyyatını 0.8 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 180 gün və qaz işlədicisi olan PQ-2-nin maksimal saatlıq qaz sərfiyyatını 0.6 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 360 gün hesablayaraq təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 4510.08 manat borc hesablamışdır. Buna görə də, kollegiya hesab edir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməklə dəymiş ziyanın 1 ay (30 gün) müddətinə hesablanması ağalabatan və qanuni olmuşdur.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hər iki iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh (iddiaçı) Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(075)-763/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh (iddiaçı) Cavabdeh İB tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli 2(075)-763/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev