Məhkəmə qərarları › İş №2(107)-1066/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1066/2025

30.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1066/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(033)- 749/2025 nömrəli qərardadından iddiaçı "X1 and Construction" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli AMEC/SA/23/001 nömrəli müqavilə üzrə 5080 ( beş min səksən manat) pul vəsaitinin manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 and Constructıon MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli AMEC/SA/23/001 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1- ci maddəsinə əsasən tərəfimizdən Cavabdeh 2012-ci il buraxılışlı, rəngi ağ olan 1 ədəd “X5” markalı nəqliyyat vasitəsi satılmış, texniki servis və zəmanət xidmətlərini isə öhdəmizə götürmüşdük. Cavabdeh isə qeyd olunan malların dəyərini tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-cimaddəsinə əsasən müqavilənin ümumi məbləği 7080 manat müəyyən edilmişdir. Müqavilə üzrə ödəniş cədvəli hazırlanmış, həmin cədvələ əsasən aylıq 500 manat olmaqla( 1-ci ay 580 manat) xx.xx.2024-cü il tarixə kimi avtomobilin dəyərinin Cavabdeh tərəfindən tam şəkildə ödənilməsi göstərilmişdir. Avtomobil Cavabdeh tam şəkildə təhvil verilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023- cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat tərəfinizdən ödənilsə də, 5080 manat pul hələ də Cavabdeh tərəfindən ödənilməmişdir. Bununla da Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri kobud şəkildə pozmuş, qərəzli şəkildə icra etməmişdir. Hal-hazırda iddia ərizəmə əlavə etdiyim 10 fevral 2025-ci il tarixli, AMEC-1-005/25 saylı pretenziya məktubu da tərəfimizdən Cavabdeh göndərilsə də, Cavabdeh bununla bağlı müəssisəmizin əməkdaşları ilə əlaqə yaratmamış, ödənişi ödəməmişdik. Biz də məcbur qalaraq bununla bağlı məhkəməyə müraciət edirlər. Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(033)- 749/2025 nömrəli qərardadı ilə, iş üzrə Cavabdeh vəsatəti təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə- xətşünaslıq ekspertizasının təyin edilməsi, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılması və iş üzrə ekspertiza rəyi Zaqatala Rayon Məhkəməsinə təqdim edilənədək mülki işin icraatı dayandırılmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı "X1 and Construction" MMC şikаyət verərək qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli, e-2(033)- 749/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, müəssisələri tərəfindən Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edilərək borcu olan 5080 manat pul vəsaiti tələb edilmişdir. Zaqatala Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadla məhkəmə xəttşünaslıq ekspertizası təyin olunaraq iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Ekspertiza təyin olunaraq iş üzrə icraatın dayandırılması barədə e-2(033)-749/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. 22 may 2025-ci il tarixində Zaqatala Rayon Məhkəməsinə qaldırdıqları adı çəkilən iddia ilə əlaqədar ciddi narazılıqları var, belə ki sadəcə 1 epizod üzrə və qısa müddətdə həll olunacaq proses 4 ay çəkmiş və sentyabr ayının 22- də son iclas təyin olunaraq tərəflərindən təqdim etdikləri müqavilə üzrə ekspertiza təyin olunmuşdur. Cavabdeh tərəfindən müqavilənin saxta olduğu bildirilir və həmin müqaviləyə əsasən satış məbləğinin düz olmadığı və avtomobili cəmi 4000 manata aldığı qeyd olunub. Anlaşılmazlığı və şirkətin şəffaf siyasətini təsdiqləmək üçün xx.xx.2025 il tarixində DYPdən cavabdehlə şirkət arasında dövlət alqı-satqı müqaviləsini də məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq hakim təqdim etdikləri sübutları diqqətə almayaraq qarşı tərəfin xeyrinə 22 sentyabr 2025-ci il tarixində işi dayandıraraq ekspertizaya qəti ehtiyac olmadığı halda ekspertiza təyin edib. Onlar bunu hakimin qərəzli mövqeyi olaraq görür. Cavabdeh, Şaban Məmmədov və hakim Zərifə Məmmədova soyadlarının eyni olması da onları şübhəyə salaraq qohumluq əlaqələrinin olması mümkünlüyünü istisna etməyərək məhkəmə prosesinin bilərəkdən 4 ay uzadaraq axırıncı gün ekspertiza təyin etməsi yenə də 3-4 aya qəsdər uzadılması addımı kimi qiymətləndirilir. Həmçinin bir daha qeyd edir ki, Cavabdeh tərəfindən müvəqqəti təminat tədbiri barədə qərardan verilmiş şikayətdə göstərilir, “Minik avtomobilin dəyəri 7080 manat puldan 2000 manat vəsaiti nağd şəkildə ödəmişdir. Qalıq borc məbləği göstərdiyi xidmətlər hesabına əvəzləşdirmişdir”. Hesab edir ki, Cavabdeh bu ifadəsi ilə iddianı etiraf etmişdir. Cavabdeh öz ifadəsində 7080 manatdan sadəcə 2000 manatı ödəməsini bildirir. Belə olduğu halda yenidən ekspertiza barədə qərarın çıxarılması onlarda hakimin qərəzli mövqeyi barədə ciddi narahatçılıq yaradır. Hazırkı iş üzrə artıq 7 məhkəmə prosesi keçirilmişdir. İşi bu qədər uzatmağa nə gərək var idi? Xüsusilə Cavabdeh öz ərizəsində 7080 manatdan 2000 manat almasını etiraf etdiyi halda? Həmçinin hakimin qərəzli mövqeyi onunla təsdiq edilir ki, məhkəmə-xəttşünaslıq ekspertizası üzrə suallar siyahısına sadəcə Cavabdehla aralarında bağlanmış xx.xx.2023cü il tarixli, AMEC/SA/23001 nömrəli müqavilədə imzanın Cavabdeh məxsus olubolmaması qoyulmuşdur. Halbuki tərəflərindən məhkəməyə təqdim edilmiş Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli məktubda avtomobilin 7080 manata alınması və Cavabdeh tərəfindən çəkilmiş imza əks olunmuşdur. Lakin suallar siyahısına DYP tərəfindən təqdim edilmiş məktubda Cavabdeh tərəfindən çəkilmiş imzanın özü tərəfindən çəkilib-çəkilməməsi sual olunmamışdır. Göründüyü kimi hakim birtərəfli qaydada qərardad qəbul etmişdir. Hesab edir ki, iş üzrə icraatın dayandırılması hazırkı iş üzrə qısa müddətdə qərarın qəbul edilməsinə tam maneədir, qərəzlidir. Buna görə də hesab edirlər ki, qəbul edilmiş qərardad hüquqlarını məhdudlaşdırdığından və pozduğundan tamamilə ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(033)- 749/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək bildirmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə razı deyildir. Qeyd edir ki, avtomobilin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqaviləsinin 1-ci səhifəsi iddiaçı tərəfindən dəyişdirilib. Avtomobilin dəyəri tərəfindən tam ödənilmişdir. Faktiki olaraq avtomobil ona 4000 manata satılıb. Hər ay 500 manat olmaqla borcu ödəməliydi. O, həmin şirkətin işçisi olmuşdur. Tərəfindən hər ay 500 manat olmaqla, 4 ay ardıcıl olaraq pul ödənilmişdir. Belə ki, şirkətə aid “CapTain s” corner restoranın quruculuq işlərinin, həmçinin restoran üçün daşınma və s. işlərin görülməsini təmin etmişdir. Bundan başqa doqquz ay ərizində iddiaçının üç uşağını məktəbə aparıb gətirmişdir. Göstərdiyi xidmətlərin haqqını orta hesabla nəzərə alsa, uşaqların məktəbə aparılıb gətirilməsinə görə aylıq 600 manat, restoran üçün isə aylıq 1000 manat ödənilməli idi. Minik avtomobilin dəyəri 4000 manat puldan 2000 manat vəsaiti nəğd şəkildə ödəmiş. Qalıq 2000 manat borc məbləğini göstərdiyi xidmətlər hesabına əvəzləşdirmişdir. İddiaçı ilə bu barədə razılığımı olmuşdur. İddiaçı ilə qohumluq münasibətləri pozulduğundan onlara qarşı yəni, qaynata, qızına və s. digər qohumlara qarşı qərəzli mövqe tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən iddiaçıdan iddia ərizəsinə əlavə edilən sənədlərin əsillərinin tələb edilməsi, Alqı-satqı müqaviləsinin 1-ci səhifəsindəki, saxtakarlığı sübut etmək məqsədilə müvafiq ekspertizanın təyin edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(033)- 749/2025 nömrəli qərardadı ilə, vəsatət təmin edilmiş və iş üzrə icraat dayandırılaraq, məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Birinci instansiya məhkəməsi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Azərbaycan Respublikası MPM-nin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər. Azərbaycan Respublikası MPM-nin 256.0.2-ci maddəsinə əsasən bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda tərəfin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin tərkibində olub dövlət vəzifəsini yerinə yetirməsi qurtaranadək, qulluq ezamiyyətindən qayıdanadək, tərəfin müalicə müəssisəsindən buraxılmasınadək, cavabdehin axtarışının nəticələri məlum olanadək, ekspertin rəyi və ya qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə təqdim edilənədək, məhkəmə tapşırıgına cavab alınanadək iş üzrə icraat dayandırılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(033)-749/2025 nömrəli qərardadını qəbul edərkən məhkəmə düzgün nəticəyə gəlmiş və ona görə də iddiaçıların şikayəti əsassız sayılaraq, təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Zaqatala Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə imzalanmış AMEC/SA/23/001 nömrəli alqısatqı müqaviləsində “Alıcı” qrafasında edilmiş imzanın Cavabdeh özü tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra olunub-olunmaması və yaxud onun imzasına oxşadılmaqla icra olunub-olunmamasının müəyyən edilməsi iş üçün mühüm əhəmiyyətə malikdir. Bu faktın məhkəmə tərəfindən aydınlaşdırılması xüsusi bilik tələb etdiyindən, iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilməsi əsaslıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 255.0.5-ci mаddəsinə əsаsən məhkəmə tərəfindən ekspertizа təyin olunduqdа hаkim işdə iştirаk edən şəxslərin ərizəsi üzrə və yа öz təşəbbüsü ilə iş üzrə icrааtı dаyаndırа bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 257-ci maddəsinə əsasən işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqda və ya bu Məcəllənin 101.3cü maddəsində nəzərdə tutulan ekspertin vəsatətinə baxılması zərurəti yarandıqda, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Şikayətin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(033)- 749/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(033)- 749/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı "X1 and Construction" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 22 sentyabr 2025-ci il tarixli, e-2(033)- 749/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar