Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-107/2020 04.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Hüseynov X1 ASC-yə qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri 20 Yanvar döngəsində yerləşən ona məxsus fərdi yaşayış evinin elektrik enerjisi və sayğacı ilə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Mingəçevir şəhər 20 Yanvar döngəsində ona məxsus 0.05 ha torpaq sahəsi vardır. Torpaq sahəsi üzərəində mülkiyyət hüquqları qeydə alınmışdır. Təstiq dilmiş lahiyyə əsasında fərdi yaşayış evi inşa edilmişdir. Yaşayış evini elektrik təchizatı ilə təmin edilməsi məqsədi ilə texniki şərtin verilməsi və enerji təchizatı qoşulması üçün Azərişıq ASC-nin perspektiv İnkişaf və “Asan Xidmət”lə iş idarəsinə rəsmi müraciət etmiş və qanunsuz olaraq işıq dirəyi ilə onun evinin arasında 42 metr olmasına baxmayaraq tərtib olunmuş smeta lahiyə üzrə ondan 580 manat pul ödənişi barədə rəsmi məlumat verilmişdir. Tərtib olunmuş lahiyə üzrə tələb olunan avadanlıqların qiyməti və sayı şişirdilmiş, həmçinin fiziki şəxs olmağına baxmayaraq ona 80 manat əlavə dəyər vergisi hesablanmışdır. Bununla onun istehlakçı kimi hüquqları pozulmuş, elektrik enerjisi ilə təminatı məhdudlaşdırılmışdır. Qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnаməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhər 20 Yanvar döngəsində iddiaçıya məxsus 0.05 ha torpaq sahəsi vardır. Torpaq sahəsi üzərəində mülkiyyət hüquqları qeydə alınmışdır. Təstiq edilmiş lahiyyə əsasında fərdi yaşayış evi inşa edilmişdir. Yaşayış evini elektrik təchizatı ilə təmin edilməsi məqsədi ilə texniki şərtin verilməsi və enerji təchizatı qoşulması üçün Azərişıq ASC-nin perspektiv İnkişaf və “Asan Xidmət”lə iş idarəsinə rəsmi müraciət etmiş və qanunsuz olaraq işıq dirəyi ilə onun evinin arasında 26 metr olmasına baxmayaraq tərtib olunmuş smeta lahiyə üzrə ondan 580 manat pul ödənişi barədə rəsmi məlumat verilmişdir. Tərtib olunmuş lahiyə üzrə tələb olunan avadanlıqların qiyməti və sayı şişirdilmiş, həmçinin fiziki şəxs olmağına baxmayaraq ona 80 manat əlavə dəyər vergisi hesablanmışdır. Bununla onun istehlakçı kimi hüquqları pozulmuş, elektrik enerjisi ilə təminatı məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3 və 560.3.5.2.-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.1-ci maddəsinə əsasən Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlili ilə razılaşır. Apelyasiya şikayəti əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 463 nömrəli qərarı ilə “istehlakçıların elektrik enerisi(gücü) alması üçün texniki şərtlərin verilməsi və eneri təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na edilmiş dəyişikliyə görə Tikinti obyektləri üçün tələb olunan güc 7 kVt-dək (7 kVt daxil olmaqla, mövcud 0.4 kV-luq şəbəkədən) və qeyd edilən tikinti obyektlərindən ETŞyə qoşulma nöqtəsi 50 metrədək olduqda (50 metr daxil olmaqla), qoşulma haqqı ödənilmir, ETŞ-yə qoşulma işləri sifarişçinin müraciəti əsasında verilmiş texniki şərtlərə uyğun olaraq ETM ilə sifarişçi arasında razılaşdırılmış müddətdə sonuncunun hesabına həyata keçirilir.”; Məhkəmə kollegiyası tərəfindən tikinti –texniki ekspertizası təyin edilmiş, xx xxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus Mingəçevir şəhəri 20 Yanvar döngəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarı üzərində quraşdırılmış elektrik sayğacından həmin hasarın kənarı ilə Azərişıq ASC-yə məxsus Elektrik şəbəkəsinin dirəyinə qədər məsafə 26 metr təşkil etdiyi müəyyən olunur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnаməsi ləğv ediləməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnаməsi ləğv ediləməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı məxsus Mingəçevir şəhəri 20 Yanvar döngəsində yerləşən fərdi yaşayış evi elektrik enerjisi və sayğacı ilə təmin olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat pul Azərişıq ASCdən tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-107/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-107/2020
04.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver