Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-107/2023 12.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- qaz kəmərinin mühafizə zonasının boşaldılması, yolun açılması, torpaqdan istifadə hüququ) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X6 iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(033)-84/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İstehalat Birliyi Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasında qanunsuz inşa olunmuş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasında inşa etdiyi tikilinin, cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İstehalat Birliyi iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları’nın tələblərini pozaraq ’’Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 25 (iyirmi beş) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində "xxxx" MMC-yə məxsus tikili inşa edilmiş və qaz xətti tikilinin qarşısına döşənmiş səkinin altına salınmışdır. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları" təsdiq edilmişdir. Belə ki, “Qaydalar”ın 2 və 5 nömrəli əlavələrinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli yeraltı və yerüstü qaz kəmərinin mühafizə zonası 2 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Azərbaycan Respublikasının Mülkü Məcəllsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Bundan əlavə gələcəkdə insan təlafatı ilə nəticələnə biləcək hər-hansı qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə və kəmərə texniki xidmətin göstərilməsi üçün təhlükəsizlik zonasında inşa edilmiş tikililnin mühafizə zolağına düşən hissəsinin öz vəsaiti hesabına sökülməsi və ya kəmərin təhlükəsiz zonaya çıxarılması üçün texniki icra sənədlərinin hazırlanması məqsədilə Zaqatala RQİİ-nin Texniki istismar şöbəsinə müraciət edilməsi, əks təqdirdə tikililərin sökülməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. İddiaçı Zaqatala RQİİ tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh tərəfindən adı çəkilən qanunsuz tikili ilə bağlı tələblərin yerinə yetirilməsindən imtina edildiyindən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(033)-84/2022 saylı qətnaməsi ilə (V. Məmmədov), iddianın təmin edilməsi, Cavabdeh tərəfindən Zaqatala şəhəri Azərbaycan prospektində ona məxsus qeyri-yaşayış binasının 3,5 metr hissəsinin qarşısından keçən d-108 mm diametri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün həmin tikilinin cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarıması, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçınə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ’’Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 25 (iyirmi beş) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində "xxxx" MMC-yə məxsus tikili inşa edilmiş və qaz xətti tikilinin qarşısına döşənmiş səkinin altına salınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində xx.xx.2015-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/517 №-li rəyindən, birinci sual üzrə 2016-cı il tarixli “X9”na əsasən (İnventar N 39) qaz boru kəmərinin yerləşmə dərinliyinin (-0,3), yəni yer səviyyəsindən 30 sm aşağı göstərildiyini nəzərə alaraq, həmin pasport üzrə Zaqatala şəhəri, Azərbaycan prospektindən keçən d108 mm diametri olan orta təzyiqli qaz kəmərinin yeraltı çəkilməsi nəzərə tutulması müəyyən olunmuşdur. İkinci sual üzrə qaz kəmərlərinin zaman etibarı ilə nə vaxt çəkilməsini müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bununla belə “X9”na əsasən qaz boru kəmərinin yerləşmə dərinliyinin (-0,3) göstərildiyi halda tədqiq olunan ərazidə həmin qaz boru kəmərinin bəzi yerlərdə yeraltı, bir çox yerlərdə isə yerüstü çəkildiyi müəyyən olunmuşdur. Üçüncü sual üzrə isə tədqiq olunan ünvanda İddiaçı Zaqatala RQİİ-nin balansında və istismarında 108 mm diametrli orta təzyiqli qaz kəməri ilə Cavabdeh məxsus qeyri-yaşayış binası arasında məsafə təqribən 0,5 metr təşkil etdiyi nəzərə alaraq, həmin qeyri-yaşayış binasının təqribən 3,5 metr hissəsinin Zaqatala şəhəri, Azərbaycan prospektindən keçən d-108 diametri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işin məhkəmə baxışı zamanı toplanmış sübutları qiymətləndirib hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh məxsus qeyri-yaşayış binasının 3,5 metr hissəsi Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 mm diamteri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasına düşdüyündən, tikinti qaz kəmərinin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanların sağlamlığı və əmlakı üçün ciddi təhlükə yaratdığından qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün həmin tikili cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək mühafizə zonasından çıxarılmalıdır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçınə ödənilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilməlidir. Eyni zamanda məhkəmə mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4.3, 22.2-ci maddələri, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı Qərarı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 sentyabr 2000-ci il tarixli 160 saylı qərarı ilə təsdiq edilmiş «şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları»-nın 5-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7-ci bəndi, 3.32-ci bəndi, Azərbaycan Respublikası Müki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 106.1, 217.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçının mövqeyinə münasibətdə icra etmişdir. MPM 218.1-ci maddəyə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sözügedən maddənin tələbləridə məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Qeyd edir ki, məhkəmə qərarında sübut növü olaraq iş materiallarına əlavə olunmuş ekspert rəyinə, fotoşəkillərə düzgün hüquqi qiymət verməmişdir. Qeyd edir ki, mülki iş üzrə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertiza qarşısında 3 sual qoyulmuşdur. İkinci sual üzrə kəmər yeraltı çəkilərkən texniki normalar pozulmuşdurmu ? sualına ekspert tərəfindən cavab verilməmişdir. Çünki həmin suala cavab verildikdə məlum olur ki, bəli iddiaçı orqan tərəfindən qaz xətti çəkilərkən texniki normalar pozulmuşdur. Lakin iddiaçı orqan özü tərəfindən pozulmuş texniki tələblərin aradan qaldırılması vəzifəsini məhkəmə tərəfindən cavabdehin üzərinə qoymuşdur. İddiaçı tərəfindən iş materiallarına 2016-cı il tarixli “X9” (İnventar N 39) və cavabdehin adına qeydə alınan daşınmaz əmlakın çıxarışı əlavə olunmuşdur. Həmin sənədlərdən görünür ki, qaz kəmərinə texniki pasport 2016-cı il tarixdə verilmişdir. Lakin cavabdehin daşınmaz əmlaka dair hüquqları xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlaka dair hüquqların qeydə alınmasına nəzər yetirildikdə qaz kəmərinin texniki pasportu hüquqların qeydiyyata alındığı tarixdən 1 il sonraya təsadüf edir. Eyni zamanda mülki işə əlavə olunan şəhərin müxtəlif istiqamətlərində çəkilmiş fotoşəkillər mülki iş materiallarına əlavə olunmuşdur. Həmin şəkillərdən aydın olur ki, şəhərin bir çox küçələrindən hətda diametri böyük olan qaz kəmərləri belə yer altıynan çəkilmişdir. Qeyriyaşayış sahəsindən 100-150 metr aşağıda 2 mərtəbəli bina evləri yerləşir. Həmin bina evlərinin qarşısından keçən qaz xətti yer altı çəkilmişdir və yeraltı çəkilməsi nəzərdə tutulmamış olsa belə yerin altından keçir. İddiaçı orqan iddia ərizəsində qeyd edir ki, yerüstü qaz kəmərinin 25 metr hissəsində qaz xəttinin mühafizə zonasını pozaraq üzərində tikili “Azərstor” inşa edilmiş və qaz xətti tikilinin qarşısına döşənmiş səkinin altına salınmışdır. Keçirilmiş ekspertiza rəyindən və iddiaçının iddia ərizəsində qeyd etdiyi iddia tələbindən bir daha aydın olur ki, iddia tam əsassızdır, həmin qaz xəttinin yeraltı çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə məhkəmə iclasında araşdırılan məsələlərə düzgün hüquqi qiymət verməmiş əsassız qərar qəbul etmişdir. Hesab edir ki, həmin qətnamə məhkəmə tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Zaqatala Rayon Məhkəməsinin 2(033)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(033)-84/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mükün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsı Mülki Məcəlləsi: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 180.1-ci mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci mаddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü mаddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü mаddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnunu: «Qаz təchizаtı hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 19-cu mаddəsinin 2-ci hissəsinə görə, mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na yeraltı qaz kəmərlərindən binalara və tikililərə qədər olan məsafəyə aid 2 nömrəli əlavədə orta təzyiqli qaz kəmərlərinin bina və qurğuların özülünə qədər məsafə 4 metr, alçaq təzyiqli qaz kəmərlərinin məsafə isə 2 metr müəyyən edilmişdir. Həmin Qaydaların 2.13-cü bəndində əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətlərindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirir. Zaqatala rayon Məhkəməsinin 2(033)-84/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(033)-84/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ’’Azəriqaz” X1 istismarı İdarəsinin balansında və istismarında olan Zaqatala şəhəri Azərbaycan prospektindən keçən d-108 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin 25 (iyirmi beş) p/m. hissəsində qaz xəttinin mühafizə zonası pozaraq üzərində "xxxx" MMC-yə məxsus tikili inşa edilmiş və qaz xətti tikilinin qarşısına döşənmiş səkinin altına salınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********53-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində xx.xx.2015-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyun 2022-ci il tarixli 10/520 №-li rəyindən, birinci sual üzrə 2016-cı il tarixli “X9”na əsasən (İnventar N 39) qaz boru kəmərinin yerləşmə dərinliyinin (-0,3), yəni yer səviyyəsindən 30 sm aşağı göstərildiyini nəzərə alaraq, həmin pasport üzrə Zaqatala şəhəri, Azərbaycan prospektindən keçən d108 mm diametri olan orta təzyiqli qaz kəmərinin yeraltı çəkilməsi nəzərə tutulması müəyyən olunmuşdur. İkinci sual üzrə qaz kəmərlərinin zaman etibarı ilə nə vaxt çəkilməsini müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bununla belə “X9”na əsasən qaz boru kəmərinin yerləşmə dərinliyinin (-0,3) göstərildiyi halda tədqiq olunan ərazidə həmin qaz boru kəmərinin bəzi yerlərdə yeraltı, bir çox yerlərdə isə yerüstü çəkildiyi müəyyən olunmuşdur. Üçüncü sual üzrə isə tədqiq olunan ünvanda İddiaçı Zaqatala RQİİ-nin balansında və istismarında 108 mm diametrli orta təzyiqli qaz kəməri ilə Cavabdeh məxsus qeyri-yaşayış binası arasında məsafə təqribən 0,5 metr təşkil etdiyi nəzərə alaraq, həmin qeyri-yaşayış binasının təqribən 3,5 metr hissəsinin Zaqatala şəhəri, Azərbaycan prospektindən keçən d-108 diametri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Belə ki, magistral qaz boru kəmərlərinin mühafizəsindən bəhs edən Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 iyul 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndində göstərilmişdir ki, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri sadəcə formal mülahizədən ibarətdir. Belə ki, cavabdeh apellyasiya şikayətində göstərilən dəlillərlə bağlı hər hansı mötəbər sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə cavabdeh tərəfindən inşa olunmuş tikili qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daimi təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və insan tələfatı ilə nəticələnə bilən digər bədbəxt hadisələrə səbəb ola bilər. Tikilinin inşa olunması qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, ətrafda yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Qanunvericiliyin tələbinə görə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər, iddiaçının tələbi əsaslı və qanunauyğundur. Kollegiya şikayətin birinci instansiya məhkəməsinin Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinin tələblərinin pozulması hissəsinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlili əsassızıdır. Məhkəmə kollegiyası bildirir ki, məhkəmə tərəfindən çəkişmə prinsipinin həyata keçirilməsi üçün şərait yaradılmışdır. Belə ki, iş materiallarında olan məhkəmə iclasının vaxtı və yeri barədə məlumatın verilməsinə dair sms bildirişdən (səhifə 33) məlum olur ki, mülki proses tərəfləri məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışlar. Bundan başqa məhkəmə iclasının protokollarından və qətnamədən də göründüyü kimi Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək izahat vermiş, iddia tələbini qəbul etməyərək izahatında iddia tələbinin rədd edilməsinə dair mülahizələrini bildirmişdir. Bu isə onu deməyə əsas verir ki, mülki proses tərəflərindən hər biri üçün çəkişmə prinsipinin həyata keçirilməsi üçün yetərli şərait yaradılmışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Sözügedən maddənin tələbləridə məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili də əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmiş, eyni zamanda məhkəmə iclasında proses tərəflərinin iştirakı təmin olunmuş, 14 sentyabr 2022-ci il tarixli məhkəmə iclasını protokolundan da göründüyü kimi tərəflərin iddiaya münasibəti müəyyənləşdirilmiş, nəticədə iş üzrə ədalətli və düzgün qətnamə çıxarılmışdır. Bundan başqa kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Daha sonra apellyator verdiyi apellyasiya şikayətində qeyd edir ki, cavabdehin daşınmaz əmlaka dair hüquqları xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlaka dair hüquqların qeydə alınmasına nəzər yetirildikdə qaz kəmərinin texniki pasportu hüquqların qeydiyyata alındığı tarixdən 1 il sonraya təsadüf edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, 39 invantar nömrəli, 2016-cı il tarixli qaz kəmərinin texniki pasportundan görünür ki, qaz kəməri sözügedən ərazidə 2002-ci ildə quraşdırılmışdır. Yəni qaz kəmərinin texniki pasportu 2016-cı il tarixdə tərtib edilsə də, onun quraşdırılma tarixi 2002-ci ilə təsadüf edir. Yuxarıda qeyd edilən hallara və maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(033)- 84/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 2(033)-84/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-107/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-107/2023
12.01.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver