Məhkəmə qərarları › İş №2(107)-1072/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1072/2020

16.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1072/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X7 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh5 QSC-nin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Balakən rayon notoriat ofisi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi və Cavabdeh5 QSC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, yüklülüyə dair qeydiyyatın və həmin qeydiyyata dair çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 Ziyəvəddinovna tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Balakən Rayon Məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, DƏDX-nın 18 saylı Ərazi İdarəsi və Cavabdeh5 QSC-yə qarşı iddia qaldıraraq, Balakən rayon Mahamalar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə dair X3 ilə cavabdeh "Cavabdeh5" QSC arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli 3M-03 nömrəli ipoteka müqaviləsinin etibarsız sayılması, o cümlədən cavabdeh "Cavabdeh5" QSC-nin qeyd olunan əmlak üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının və həmin qeydiyyata dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov)xx xxxxxx 2020-ci il tarixli qətnaməsiilə iddia tələbi təmin edilməmiş, iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Balakən Rayon Məhkəməsində cavabdehlər Cavabdeh2, Cavabdeh1, Balakən rayon dövlət notariat kontoru və Daşmmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 18 saylı ərazi idarəsinə qarşı iddia qaldıraraq X1 adına verilmiş reyestr nömrəsi **********35 saylı çıxarışın ləğv edilməsi, Balakən rayon dövlət notariat kontorunun torpaq sahəsinin İddiaçı X2 bağışlanmasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayon dövlət notariat kontorunun 2V-111 saylı xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında Cavabdeh2 və Cavabdeh1 adına xx xxx 2016-cı il tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1501/2016 saylı qətnaməsi ilə (hakim H.Səlimov) iddia təmin edilmiş, Balakən rayon Mahamalar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin X2 bağışlanmasına dair Balakən rayon dövlət notariat kontorunda 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilmiş, X1 adına xx xxxxxx 2012-ci ildə verilmi RX seriyalı ******* №-li **********35 reyestr nömrəli daşınmaz əmlakıpn dövlət reyestrindən çıxarış, Balakən rayon dövlət notariat kontorunun 2V-111 saylı xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında Cavabdeh2 və Cavabdeh1 adına verilmiş xx xxx 2016-cı il tarixli RX seriyalı ******* nömrəli, **********87- 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. X3 ilə "Cavabdeh5" QSC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsindən də götürdüyü kreditin təminatı olaraq həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "Cavabdeh5” QSC-də ipoteka ilə yüklü etmişdir. "Cavabdeh5" QSC də öz növbəsində, qeyd olunan əmlak üzərindəki ipoteka yüklülüyünü xx xxxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, RX seriyalı 100815 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirmişdir. xx xxxxxx 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsi və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədə olduğu üçün mən həmin əmlak üzərində hüquqlarımı dövlət qeydiyyatına aldıra bilmirəm. Belə ki, qeyd olunan sənədlər qüvvədə olduğu üçün qeydiyyat orqanı torpaq sahəsi üzərində hüquqlarımın dövlət qeydiyyatından imtina edir. X3 xx xxxxxxx 2015-ci il tarixdə ölmüş və ondan miras qalmış əmlakları Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(019)-1501/2016 saylı qətnaməsindən də göründüyü kimi iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qəbul etmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş Balakən şəhər inzibati ərazi dairəsinin arayışı ilə də bu fakt bir daha öz təsdiqini tapır. Bu səbəbdən də hazırda X1 hüquqi varisi qismində iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxış etməlidir. Belə ki, X1 qanunazidd hərəkətləri nəticəsində hazırda 0,15 ha torpaq sahəsi üzərində hüquqlarımı dövlət qeydiyyatına aldıra bilmirəm. Odur ki, Balakən rayonunun Mahamalar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinə dair X3 ilə cavabdeh "Cavabdeh5" QSC arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli 3M-03 nömrəli ipoteka müqaviləsinin etibarsız sayılması, o cümlədən cavabdeh "Cavabdeh5" QSC-nin qeyd olunan əmlak üzərində ipoteka yüklülüyünün dövlət qeydiyyatının və həmin qeydiyyata dair RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Balakən rayonu dövlət notariat kontoruna, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın əvlət Reyestr Xidməti 18 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X1 adına verilmiş reyestr nömrəsi **********35 saylı çıxarışın ləğv edilməsi, Balakən rayon dövlət notariat kontorunun torpaq sahəsinin İddiaçı X2 bağışlanmasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Balakən rayon dövlət notariat kontorunun 2V-111 saylı 1.05.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin və bunun əsasında Cavabdeh2 və Cavabdeh1 adına xx xxx 2016-cı tarixdə qeydə alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(019)-1501/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayonunun Mahamalar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin X2 bağışlanmasına dair Balakən rayon dövlət notariat kontorunda 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilmiş, X1 adına xx xxxxxx 2012-ci ildə verilmiş RX seriyalı, ******* №-li, **********35 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, Balakən rayon dövlət notariat kontorunun 2V-111 saylı, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında Cavabdeh2 və Cavabdeh1 adına verilmiş xx xxx 2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli, **********87-10301 reyestr nömrəli daşınmaz əmlakm dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. X3 ilə Cavabdeh5" QSC arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsindən də götürdüyü kreditin təminatı olaraq həmin torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi "Cavabdeh5" QSC-də ipoteka ilə yüklü edilmişdir. "Cavabdeh5" QSC də öz növbəsində, qeyd olunan əmlak üzərindəki ipoteka yüklülüyünü xx xxxxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldıraraq, RX seriyalı 30815 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən arayışla rəsmiləşdirmişdir. xx xxxxxx 2013-cü il tarixli, 3M-03 nömrəli ipoteka müqaviləsi və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qüvvədə olduğu üçün iddiaçı həmin əmlak üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Belə ki, qeyd olunan sənədlər qüvvədə olduğu üçün qeydiyyata orqanı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatından imtina edir. Lakin işə baxan Balakən Rayon Məhkəməsi mülkiyyətçi olan iş üzrə İddiaçı hüquqlarını pozmuş, ancaq məhdud əşya hüququ olan "Cavabdeh5" QSC-nin hüquqlarını qorumuşdur. Hansıki, "Cavabdeh5" QSC borcunun ödənilməsini başqa üsulla da təmin edə bilərdi. Amma məhkəmənin qərarına əsasən İddiaçı dövlət orqanlarının qanunsuz hərəkətlərinə görə mülkiyyətindən məhrum edilmişdir. Bu halda "Cavabdeh5" QSC özünə dəymiş ziyanı problemin əsas səbəbkarı olan Balakən rayon dövlət notariat kontorundan tələb edə bilərdi. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaranmışdır. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kolegiyasının iclasındaiddiaçının nümayəndəsi Nümayəndə1 Ziyəvəddinovna izаhаt verərək bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Balakən rayonunun Mahamalar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin X2 bağışlanmasına dair Balakən rayon dövlət notariat kontorunda 4Ə-467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X1 adına xx xxxxxx 2012-ci ildə verilmiş RX seriyalı ******* nömrəli **********35 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışın, Balakən rayonu dövlət notariat kontorunun 2V-111 saylı xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında Cavabdeh2 və Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli **********887- 10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Bundan sonra məlum olmuşdur ki, "Cavabdeh5" QSC ilə X3 arasında xx.xx.2013-cü il tarixdə 3M-03 nömrəli ipoteka müqaviləsi bağlanılmış və müqaviləyə əsasən Balakən rayonunun Mahamalar kəndində xüsusi mülkiyyətdə olan 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,4 m2 olan 1 mərtəbəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülüklə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01008515 nömrəli çıxarış əldə olunmuşdur. İpoteka müqaviləsi və yüklülüklə bağlı qeydin olması iddiaçıya özünə məxsus 0,15 ha torpaq sahəsində mülkiyyətinin qeydə aldırmasına imkan vermir X3 xx.xx.2015-ci il tarixdə ölmüş və ondan miras qalmış əmlakı oğlu Cavabdeh1 və arvadı Cavabdeh2 qəbul etmişdir. Beləliklə, Həsən Uluxanovun qanunazidd hərəkətləri nəticəsində iddiaçı hazırda 0,15 torpaq sahəsi üzərində hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Birinci instansiya məhkəməsi ilə iddiaçının hüquqlarını pozmuş, məhdud əşya hüqququ olan Cavabdeh5 QSC-nin hüquqlarını qorumuşdur. Hansıki, Cavabdeh5 QSC borcunun ödənilməsini başqa üsulla da təmin edə bilərdi. Amma məhkəmənin qərarına əsasən iddiaçı dövlət orqanlarının qanunsuz hərəkətlərinə görə mülkiyyətindən məhrum edilmişdir. Bu halda Cavabdeh5 QSC özünə dəymiş ziyanı problemin əsas səbəbkarı olan Balakən rayon dövlət notariat kontorundan tələb edə bilərdi. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Vüsal Həsənli izahat verərək bildirmişdir ki, "Cavabdeh5" QSC ilə X4 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Balakən rayonunun Mahamalar kəndində xüsusi mülkiyyətdə olan 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,4 m2 olan 1 mərtəbəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və yüklülüklə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01008515 nömrəli çıxarış əldə olunmuşdur. Göründüyü kimi, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyətçisi olan X1 adına müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, bankda da bu çıxarışın həqiqiliyi prezumpsiyasından çıxış edərək ipoteka müqaviləsi bağlamış, burada bankın heç bir məsuliyyəti olmamışdır. Bank bilə bilməzdiki çıxarışda hansısa bir qüsur var və ona görə də ipoteka müqaviləsini bağlamaqdan imtina etsin. Mülki Məcəllənin 140 və 182-ci maddələrinin mənasına görə əmlakı özgəninkiləşdirən onun mülkiyyətçisi olmadığı, əldə edənin isə bunu bilmədiyi hallarda vicdanlı alıcı”, yaxud “vicdanlı sahib” hesab olunur. Əgər əldə edən özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmadığını bilmişsə və ya bilməli idisə, o, “vicdansız əldə edən” hesab olunur. Əldə edəni vicdansız hesab etmək üçün onun öz hərəkətlərinə münasibətdə kobud ehtiyatsızlıq və ya qəsd formasında təqsirinin olması gərəkdir. Qəsdin və ya kobud ehtiyatsızlığın bir subyektiv yanaşma kimi hazırki vəziyyətə münasibətdə mövcudluğunun təsdiq olunması üçün müəyyən edilməlidir ki, "Cavabdeh5" QSC ipoteka müqaviləsi bağlanılarkən X1 torpaq sahəsi və yaşayış evini qanunsuz yolla əldə etməsini bilmişdir, yaxud bunu bilməsə də kifayət qədər diqqətli olsaydı bunu bilərdi. Sözügedən əmlakın kredit borcunun qaytarılmasının təmin edilməsi üsulu kimi ipoteka qoyulmasını nəzərə alaraq hesab edirlər ki, iddiaçının mübahisəli daşınmaz əmlaka iddia etdiyi hər hansı hüququnun pozulması halı, ipoteka müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən "Cavabdeh5" QSC-nin hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz və iddiaçı ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı ipoteka qoyana qarşı ayrıca iddia qaldırmaqla mübahisə aça bilər. Apelyasiya şikayətinə etirazımızı Mülki Məcəlləsinin 140, 148 və 149-cu maddələləri ilə əsaslandırırıq. Əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarları da var, həmin qərarlar da qeyd etdiklərimi təsdiq edir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı, onun vəklili Vəkil, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Balakən rayon notoriat ofisinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin rəisi Ehtiram Səmədov məhkəmə kollegiyasına məktub göndərərək hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan, yəni: Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)1501/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Balakən rayonunun Mahamalar kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin X2 bağışlamasına dair Balakən rayon dövlət notariat kontorunda 4Ə467 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilmiş, X1 adına xx xxxxxx 2012-ci ildə verilmiş RX seriyalı ******* nömrəli **********35 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışın, Balakən rayon dövlət notariat kontorunun 2V-111 saylı xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında Cavabdeh2 və Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli **********887-10301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reystrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)1462/2016 nömrəli qətnamənin surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-1501/2016 nömrəli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. "Cavabdeh5" QSC ilə mülkiyyətçi X4 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Balakən rayonunun Mahamalar kəndində xüsusi mülkiyyətdə olan 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,4 m2 olan 1 mərtəbəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)- 1501/2016 nömrəli qətnaməsinə istinad edərək, Cavabdeh5" QSC ilə X4 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsızlığını mübahisələndirməsi bu iddianın təmin olunmasına əsas deyildir. Sözügedən müqavilənin bağlanıldığı zaman müqavilənin etibarsızlığınına gətirib çıxaracaq digər şərtlər mövcud olmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "Cavabdeh5" QSC ilə X4 arasında xx.xx.2013-cü ildə ipoteka müqaviləsi bağlanmış, Balakən rayonunun Mahamalar kəndində xüsusi mülkiyyətdə olan 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 109,4 m2 olan 1 mərtəbəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülüklə bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01008515 nömrəli çıxarış verilmiş, ipoteka predmeti olan torpaq sahəsi və fərdi yaşayış evinin mülkiyyətçisi olan X1 adına müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, bankda da bu çıxarışın həqiqiliyi prezumpsiyasından çıxış edərək ipoteka müqaviləsi bağlamışdır. Hazırda həmin ipoteka müqaviləsinin düzlüyü və tamlığı prezumpsiyası qüvvədədir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuş, işin faktiki hallarına və tərəflərin qaşılıqlı münasibətlərinə uyğun olan nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) tələblərinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (mad. 324.1). Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (mad. 324.2). Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (mad. 324.4). İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (mad. 324.5). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. İpoteka haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (mad. 337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (mad. 337.2). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (mad. 337.4). Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin (mad. 339.2). Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin (mad. 339.3). Əqdin etibarsızlığı məsələsi ilə bağlı qeyd olunlıdır ki, MM-in 140-cı madəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan başqa, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır (MM-in 149.2-ci maddəsi). Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir (MM-in 148.2-ci maddəsi). Beləliklə, apelyasiya şikayətinin barəsində şikayət verilən qətnaməni qəbul etmiş məhkəmənin maddi və prosessual qanunvericiliyin tələblərini pozması və buna görə də həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsas olması barədə dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi iddiaçının mülkiyyətində olan 0,15 ha torpaq sahəsinin cavabdeh Həsən Uluxanovova bağışlanmasına dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı Həsən Uluxanova verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi Həsən Uluxanovla bank arasında bağlanmış və hazırda mübahisələndirilən ipoteka müqaviləsinin ləğv edilməsi və ipoteka müqaviləsi üzrə vicdanlı tərəf qismində çıxış edən "Cavabdeh5" QSC-nin hüquqlarının pozulması hesabına aradan qaldırlıa bilməz. MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün əhəmiyyətli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu MPM-in 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-in 106.1-ci mad). İstinad olunan hüquq normalarının mənasına görə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçı və cavabdehin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). X10 Məhkəməsinin presedentləri baxımından da məhkəmə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartlarını qəbul etməlidir. Belə ki, Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” iş üzrə (№ 25657/94 § 282) qərarında göstərmişdir ki, belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Şərh olunanlara əsasən, apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kifayət qədər araşdırma aparmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla əsaslı deyil və təmin oluna bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir (MPM-in 9.1-ci maddəsi). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəldiyindən, qətnamə faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan və işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar