Məhkəmə qərarları › İş №2(107)-1076/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1076/2020

07.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1076/2020 07.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi və iddiаçı İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsindən Cavabdeh Zülfi oğlu tərəfindən verilmiş apelyasiya şikayətinəaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yevlax RayonMəhkəməsində cavabdehə qarşı iddia qaldıraraq, 29.049 manat məbləğində əsas borc, 10.664 manat məbləğində cərimə borcu və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “İddiaçı" ASC-yə ödənilməsi, müqavilənin ləğv edilməsi və 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, 1 ədəd MTZ 89,2 markalı traktorun, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi sonra birinci instansiya məhkəməsinə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehdən 5.083 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Q.Abbasov) xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiа təmin оlunmuş, iddiaçı ilə cavabdeh arasında bağlanmış 53-L №-li, xx xxxxx 2007-ci il tarixli, 246-L/l 1 №-li, xx xxxx 2011-ci il tarixli və 403-L №-li, xx xxxxx 2011-ci il tarixli müqavilələri ləğv olunmuş, lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması, Cavabdeh 5.083 manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxxxx” ASC-yə ödənilməsi və məhkəmə xərcləri hesabına ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınıb İddiaçı ASC-yə qaytarılması qət edilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 58 №-li qərarı ilə təsdiq olunmuş İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydalarına müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2007-ci il tarixli 53-L №-li, xx xxxx 2011-ci il tarixli 246-L/ll №-li və xx xxxxx 2011-ci il tarixli 403-L nömrəli müqavilələrə əsasən, Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89,2 markalı traktoru, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanı lizinqə götürmüşdür. Cavabdeh tərəfindən texnikaların dəyərindən 7.327 manat ilkin ödəniş aparılmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə xx xxxxx 2016-cı il tarixədək 40745 manat məbləğində ödənilməli olduğu halda, ondan 11696 manat ödəniş olmuş və 29049 manat borcu qalmışdır. Cavabdehə öhdəliyini icrası üçün xx xxxxxx 2014-cü il tarixli ASC/2-1969 nömrəli pretenziya göndərilmişdir. Müqavilələrin 4.2-ci maddəsinə görə, lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh Zilfı oğlu) gecikdirilən hər bir günə gecikdirikmiş məbləğin 0,1 %-i həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən, ödəniş qrafiki üzrə xx xxxxx 2016-cı il tarixədək olan borcun məbləği 29.049 manat və gecikdirilən günlərə görə hesablanmış cərimənin məbləği 10.664 manat təşkil etmişdir. Ona görə də 29.049 manat məbləğində əsas borcu, 10.664 manat cərimə borcu və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “İddiaçı" ASC-yə ödənilməli, müqavilə ləğv edilərək 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ- 1221 markalı, MTZ 89,2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotan saz vəziyyətdə geri alınmalıdır. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyiləm. Mən ilkin obyekt olan 1 ədəd ot dırmığının və 2 ədəd kotanın dəyərini “İddiaçı" ASC-yə ödəmişəm. “İddiaçı" ASC-yə 5.083 maat məbləğində borcum yoxdur. İddiaçı əsassız olaraq məndən 1 ədəd ot dırmığı və 2 ədəd kotan tələb edir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilməli və iddiaçının mənə qarşı müqavilənin ləğvi, texnikanın saz vəziyyətdə qaytaılması və pul tələbinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ İddiaçı nümayəndəsi Məftun Süleymanov məhkəmə kollegiyasının iclasında izahat verərək bildirmişdir ki, təqdim etdiyimiz cədvəldən görünür ki, cavabdeh 2007-ci ildə götürdüyü OT-39 markalı ot dırmığının dəyəri olan 2182 manatı 2014-cü ilədək tamamilə ödəmişdir. Traktor-Belarus-1221 adlı texnikaya görə cavabdehin 10.1555 manat, Traktor- Belarus-892 adlı texnikaya görə isə 7.977 manat borcu var. 5 gövdəli asma KR-14-5 və 4 gövdəli asma KR-14 markalı kotanlara görə cavabdehin borcu yoxdur, yalnız traktorlara görə borcu var. İmtina barədə müraciətimiz yoxdur, ot dırmığı və kotanların geri qaytarılması məsələsini məhkəmənin mülahizəsinə buraxırıq. Güzəşt tətbiq edildikdən sonra cavabdeh 6283 manat pul ödəmişdir. Beləliklə, ot dırmığının və kotanların dəyəri ödənilsə də, traktorların dəyəri ödənilməmiş qalır. Cavabdeh birinci instansiya məhkəməsində qət edilmiş 5083 manat ödədiyini apelyasiya şikayətində göstərsə də, bu günə iki texnikaya görə onun 18.132 manat borcu var. İddiaçıin keçmiş nümayəndəsi X2 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəməyə cavabdehin 5.083 manat borcunun qalması barədə ərizə təqdim etməsindən məlumatım yoxdur. Cavabdeh lizinqə götürdüyü texnikalar üzrə ödənişləri və borcu barədə cədvəldən görünür ki, o 53-L №-li, xx xxxxx 2007-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd OT-39 markalı ot dırmığı, 246-L/l 1 №-li, xx xxxx 2011-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd KR-14-5 markalı beş gövdəli asma kotan və xx xxxxx 2011 403-L/11 markalı KR-14 markalı dörd gövdəli asma kotan üzrə müəyyən edilmiş (müvafiq olaraq 2182, 2650 və 2310 manat) güzəştli qiymətləri ödəyib qurtarmışdır. Hazırda cavabdehin həmin texnikalara görə borcu yoxdur. Ancaq hazırda cavabdehin 246-L/l 1 nömrəli xx xxxx 2011-ci il tarixli müqavilə üzrə Traktor Belarus-1221 markalı və xx xxxxx 2011 403-L/11 nömrəli müqavilə üzrə Traktor Belarus-892 markalı texnikalara görə İddiaçı ASC-yə 18.132 manat borcu vardır. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasınа baxmayaraq, Cavabdeh Zülfi oğlu məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan sübutlardan, yəni: xx xxxxx 2007-ci il tarixli 53-L №-li kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilənin təstiq olunmuş surətindən görünür ki, Cavabdeh 2182 manat olan 1 ədəd OT- 39 markalı ot dırmığını İddiaçı ASC-dən lizinqə götürmüşdür. xx xxxx 2011-ci il tarixli kənd təsərrüfatı texnikasının lizinq verilməsi barədə müqavilənin təstiq olunmuş surətindən görünür ki, Cavabdeh dəyəri 36500 manat olan 1 ədəd MTZ- 1221 markalı traktoru və dəyəri 2650 manat olan 1 ədəd KR-14-5 markalı kotanı İddiaçı ASC-dən lizinqə götürmüşdür. xx xxxxx 2011-ci il tarixli kənd təsərrüfatı texnikasının lizinq verilməsi barədə müqavilənin təstiq olunmuş surətindən görünür ki, Cavabdeh dəyəri 27300 manat olan 1 ədəd MTZ-89.2 markalı traktoru və dəyəri 2310 manat olan 1 ədəd KR-14 markalı kotanı İddiaçı ASC-dən lizinqə götürmüşdür. Müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh) gecikdirilən hər bir günə gecikdirikmiş məbləğin 0,1 % həcmində cərimə tələb hüququna malikdir. İddiaçı ASC-nin xx xxxxx 2016-cı il tarixli lizinq müqavilələri üzrə ödənişlərə görə cərimənin hesablanması qrafikindən və xx xxxxx 2016-cı il tarixli ASC/2-858 nömrəli məktubdan görünür ki, cavabdeh xx xxxxx 2016-cı il tarixədək 40745 manat ödəməli olduğu halda, ondan 11696 manat ödəniş etmiş və 29049 manat borcu və lizinq müqaviləsinin 4.2-ci bəndinə əsasən hesablanmış cərimə 10664 manat təşkil edir. Bunlardan əlavə, xx xxxxx 2007-ci il tarixli 53-L nömrəli lizinq müqaviləsinin 6.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, Cavabdeh bir ədəd OT-39 markalı ot dırmığına görə ödönilmiş 437 manat nəzərə alınmaqla, 2007-2010-cu illərdə 1745 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan əlavə, xx xxx 2011-ci il tarixli 246-L/11 nömrəli lizinq müqaviləsinin 4.1-ci bəndinin ödəniş qrafikindən görünür ki, Cavabdeh bir ədəd MTZ-1221 markalı traktora və bir ədəd KR-14-5 markalı kotana görə qabaqcadan ödənilmiş 3920 manat nəzərə alınmaqla, 2011-2019-cu illərdə 35230 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. Göstərilənlərlə yanaşı, xx xxx 2011-ci il tarixli 403-L/11 nömrəli lizinq müqaviləsinin 4.1ci bəndinin ödəniş qrafikindən görünür ki, Cavabdeh bir ədəd MTZ-89.2 markalı traktora və bir ədəd KR-14 markalı kotana görə qabaqcadan ödənilmiş 2970 manat nəzərə alınmaqla, 2011-2019-cu illərdə 26640 manat ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçıin nümayəndəsi X2 Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixdə keçirilən iclasında məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Cavabdeh İddiaçı ASC-yə 5.083 manat borcu qalmışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur idiaçı ilə cavabdeh arasındabağlanmış xx xxxxx 2007-ci il tarixli 53-L №-li xx xxxx 2011-ci il tarixli 246-L/11 №-li və xx xxxxx 2011-ci il tarixli 403-L nömrəli müqavilələrə əsasən Cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, MTZ 89.2 markalı traktoru, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotan lizinqə götürmüş, indiyədək 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotan üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, 1 ədəd MTZ-1221 markalı və MTZ 89.2 markalı traktora görə qeyd olunan müqavilələrin tərkib hissəsi olan ödəniş qrafiki üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh azad surətdə lizinq müqaviləsi bağlamış və həmin müqavilənin məzmununu müəyyənləşdirmişlər. Həmin müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlir.Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini iki dəfədən də artıq yerinə yetirməmişdir. Buna görə də iddiaçının ödənilmiş pul məbləğlərini tələb etmək və aralarında bağlanmış lizinq müqaviləsi ləğv edilməklə, lizinq obyektini mübahisəsiz geri almaq hüququ vardır. Cavabdeh isə apelyasiya şikayətində əsas dəlil kimi göstərmişdir ki, 1 ədəd ot dırmığı və 2 ədəd kotanın dəyərini “İddiaçı" ASC-yə ödəmişdir, iddiaçı əsassız olaraq məndən 1 ədəd ot dırmığı və 2 ədəd kotan tələb edir. Apelyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Halbuki, MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində isə göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşdən görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdehin lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsindən irəli gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra MM) görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (mad. 385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (mad. 386.1). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (mad. 425.1). Öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur (mad. 443.1). Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (mad. 747.1). Lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır (mad. 747-2). Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır (mad. 748-1.5). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (mad. 748-1.12.4). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (mad. 421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (mad. 421.2). Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır (mad. 423.1) Tərəflər arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli 403-L və 246-L/11 nömrəli İddiaçı ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilələrin 1.4-cü bəndində göstərilmişdir ki, texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. MPM-in 218.1-ci mаddəsinə əsаsən, qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. İddiaçının nümayəndəsi Məftun Süleymanovun məhkəmə kollegiyasına təqdim etdiyi Cavabdeh ASC-dən lizinqə götürdüyü texnikalar üzrə ödənişləri və borcu barədə cədvəldən görünür ki, cavabdeh 53-L №-li xx xxxxx 2007-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd OT-39 markalı ot dırmığı, 246-L/11 №-li xx xxxx 2011-ci il tarixli müqavilə üzrə lizinqə götürdüyü 1 ədəd KR-14-5 markalı beş gövdəli asma kotan və 403- L/11 nömrəli xx xxxxx 2011-ci il tarixli 1 ədəd KR-14 markalı dörd gövdəli asma kotanın dəyərini ödəyib qurtarmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin texnikalara dair iddia tələbi təmin oluna bilməz. Çünki, tərəflər arasında bağlanmış lizinq müqavilələrində nəzərdə tutulmuşdur ki, texnikaya mülkiyyət hüququ lizinq alan tərəfindən öhdəliklər tam yerinə yetirilənədək lizinq verənə məxsusdur. Cavabdeh həmin texnikalara dair öhdəliklərini tam yerinə yetirmiş və həmin texnikaları mülkiyyətinə keçirmişdir. MPM-in 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci mаddəsinə görə, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Yevlax RayonMəhkəməsininxx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 53-L №-li xx xxxxx 2007-ci il tarixli, 246-L/l 1 №-li xx xxxx 2011-ci il tarixli və 403-L №-li xx xxxxx 2011-ci il tarixli müqavilələrin ləğv olunması və lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, 1 ədəd MTZ 89.2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdehlə iddiaçı arasında bağlanmış 53-L №li, xx xxxxx 2007-ci il tarixli müqavilə üzrə 1 ədəd OT-39 markalı ot dırmığı, 246-L/l 1 №-li, xx xxxx 2011-ci il tarixli müqavilə üzrə 1 ədəd KR-14-5 markalı beş gövdəli kotan və 403-L №-li, xx xxxxx 2011-ci il tarixli müqavilə üzrə 1 ədəd KR-14 markalı dörd gövdəli kötana aid hissədə təmin olunmalıdır. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Yevlax RayonMəhkəməsininxx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi qismən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 53-L №-li xx xxxxx 2007-ci il tarixli, 246-L/l 1 №-li xx xxxx 2011-ci il tarixli və 403-L №-li xx xxxxx 2011-ci il tarixli müqavilələrin ləğv olunması və lizinq obyekti olan 1 ədəd OT-39 markalı ot dırmığı, 1 ədəd MTZ-1221 markalı, 1 ədəd MTZ 89.2 markalı traktor, 1 ədəd KR-14-5 markalı və 1 ədəd KR-14 markalı kotanın saz vəziyyətdə geri alınması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi cavabdehlə iddiaçı arasında bağlanmış 53-L №-li, xx xxxxx 2007-ci il tarixli müqavilə üzrə 1 ədəd OT-39 markalı ot dırmığı, 246-L/l 1 №-li, xx xxxx 2011-ci il tarixli müqavilə üzrə 1 ədəd KR-14-5 markalı beş gövdəli kotan və 403-L №-li, xx xxxxx 2011-ci il tarixli müqavilə üzrə isə 1 ədəd KR-14 markalı dörd gövdəli kotana aid hissədə təmin edilməsin. Qətnamə baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar