Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1077/2020 14.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və cavabdeh X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X4 qarşı pul tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-101/2020 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hаkim Namidar Misirzadə) xx xxxxxx 2020-ci il tarixli, 2(016)-101/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 2591.70 manat əsas borc, 110 manat cərimə borcun, ümumilikdə 2701.70 manat məbləğində borcu və 20 manat məbləğində dövlət rüsumunun cavabdeh X2 alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməs qət edilmişdir. İşin hаllаrı : İddiaçı MMC cavabdeh X4 qarşı – cavabdehdən əsas borca görə 2591.70 manat, hesablanmış cərimə borcuna görə 1107.70 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3729.40 manat pulun alınaraq cəmiyyətə verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-in “MKT-Ucar” filialı və cavabdeh X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 9.4 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 18.8 ton xam-pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə bağlı cavabdeh iddiaçıdan 6461.36 manat məbləğində avans vəsaitləri götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə cavabdeh 3734.66 manat məbləğində 7723.02 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh avans vəsaitləri dəyərinə görə yaranmış ümumi borcundan 135 manat dəyərində avans vəsaitləri iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin iddiaçıya 2591.70 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xam-pambığın tədarükünü həyata keçirən “MKT-Ucar” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın İ-ci növ qiyməti ilə (İ-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 1107.70 manat təşkil edir. Müqavilə üzrə cavabdeh 18.8 ton məhsul təhvil verməli olduğu halda 7723.02 kq məhsul təhvil vermişdir. (18800 kq – 7723.02 kq) x 500 manat = 5538.49 manat x 20% = 1107.70 manat verilməmişdir. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Beləliklə, cavabdeh 2591.70 manat əsas borcdan əlavə 1107.70 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 3699.40 manat təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X5 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı MMC-in “MKT-Ucar” filialına 13700 kq pambıq təhvil vermişdir. Lakin adına 7 ton pambıq yazılmışdır. Ona əkin üçün xarab çiyid verilmişdir. Borc götürüb çətinliklə pambığı yetişdirmişdir. Həmin müddət ərzində filialın mütəxəssisləri gəlib pambığa nəzarət etməmişlər. Pulu da qəbzə qol çəkib götürməmişdir. Götürdüyü avans məbləğini də çiyidə və dərmana hesablamışlar. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC-in “MKT-Ucar” filialı ilə X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı 2017-ci il mövsümü üzrə xam-pambığın alqı-satqısına dair müqavilə ilə müəyyən olunur ki, X5 9.4 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla məhsul əldə etməklə 18.8 ton xampambıq məhsulu istehsal edib tədarükçüyə satmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən cavabdeh X4 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 81 saylı pretenziyadan görünür ki, cavabdehdən cəmiyyətə olan borclarının 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. Cavabdeh X1 Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-101/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : Cavabdeh X5 аpelyаsiyа şikаyətində göstərmişdir ki, Ağsu rayon məhkəməsinin 2(016)-101/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixdə qəbul etdiyi qətnaməsini xx xxxxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə qəbul etmişəm. Belə ki, Ağsu rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)- 101/2020 saylı qətnaməsi ilə mən Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqlarım pozmuşdur. Aşağıda qeyd olunanlarla Ağsu rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-101 /2020 saylı qətnaməsinin qanunsuz və Əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Ağsu rayon məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir və bu səbəbdən qətnamə ləğv edilməlidir və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qətnamə qəbul edərkən mənim təqdim etdiyim sübutlara qiymət vermədən iddianı qismən təmin etmişdir. Halbuki, İddiaçı MMC-in “MKT-Ucar” filialına 13700 kq pambıq təhvil vermişəm. Lakin adıma 7 ton pambıq yazılmış, əkin üçün xarab çiyid verilmişdir. Borc götürüb çətinliklə pambığı yetişdirmişəm və həmin müddət ərzində filialın mütəxəssisləri gəlib pambığa nəzarət etməmişlər. Pulu da qəbzə qol çəkib götürməmişəm. Götürdüyüm avans məbləğini də çiyidə və dərmana hesablamışlar. Məhkəmə isə bu kimi halları nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Sözügedən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir.Odur ki, Ağsu rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(016)-101/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsinixаhiş etmişdir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-101/2020nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apelyasiya şikayətinin təmin edilməsini və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-101/2020 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpelyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Birinci instansiya məhkəməsi araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan avans almaq hüququna malik olduğu kimi, eyni zamanda sahədə pambıq əkmək və hər hektardan məhsul əldə etməklə xampambıq istehsal edib iddiaçıya satmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında avans almasına dair hüququndan istifadə etmiş, lakin müqavilə üzrə vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bələ ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı MMC-in “MKT-Ucar” filialı və cavabdeh X5 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 9.4 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 18.8 ton xam-pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə bağlı cavabdeh iddiaçıdan 6461.36 manat məbləğində avans vəsaitləri götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə cavabdeh 3734.66 manat məbləğində 7723.02 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh avans vəsaitləri dəyərinə görə yaranmış ümumi borcundan 135 manat dəyərində avans vəsaitləri iddiaçıya geri qaytarmışdır. Son nəticədə cavabdehin iddiaçıya 2591.70 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbayan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır”. Həmin Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir”. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 627-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegitası cavabdehX3 İddiaçı MMC-nin “MKT-Ucar” filialına 13700 kq pambıq təhvil verməsi, lakin onun adına 7 ton pambıqın yazılması, ona əkin üçün xarab çiyid verilməsi barədə apelyasiya dəlilləri ilə razılaşmır. Çünki o məhkəməyə bununla bağlı heç bir subut təqdim edə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi cavabdehdən 2591,70 manat pul tutularaq iddiaçıya ödəliməsini qət etməkdə haqlı olmuşdir. Məhkəmə Kollegiyası iddia ərizəsində göstərilən cərimənin 1107.70 manat məbləğində deyil, 110 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq və ədalətli sayır. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kolleiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-101/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: CavabdehX5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(016)-101/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1077/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1077/2020
14.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver