Məhkəmə qərarları › İş №2(107)-1079/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1079/2021

11.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1079/2021 11.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının cavabdehlər “xxxx” KB ASC, Şəki şəhər 1 saylı Notariat Kontoruna və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tаrixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hаkim Elçin Mehdiyev) 03 mart 2021-ci il tarixli 2(075)- 5/2021 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının cavabdehlər “xxxx” KB ASC, Şəki şəhər 1 saylı Notariat Kontoruna və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evini, X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsini və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evini və X4 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsini və onun üzərində yerləşən qeyri yaşayış binası ilə bağlı cavabdeh “xxxx” KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu, X22 və X7 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş 05bsi/10 saylı və Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02bsZi/10 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddialarının təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının iddia ərizələri ilə bağlı dövlət büdcəsinə ödədikləri dövlət rüsumunun xərcini onların özlərinə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 276 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızından müştərək qaydada tutularaq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X11, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. İşin hаllаrı : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızı cavabdehlər “xxxx” KB ASC, Şəki şəhər 1 saylı Notariat Kontoruna” və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi, X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi və X4 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası ilə bağlı cavabdeh “xxxx” KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu, X22 və X7 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş 05bsi/10 saylı və 02bsZi/10 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı İddiaçı1 nümayəndəsi (vəkili) və digər iddiaçıların vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı1 atası ilə cavabdeh “xxxx” KB ASC arasında 06 dekabr 2010-cu il tarixdə 05bs/10 saylı ipoteka müqavilə bağlanmışdır. Həmin ipoteka müqaviləsi üzrə İddiaçı1 və “xxxx” MMC-nin “xxxx” KB ASC qarşısında 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsi, kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsi üzrə Xasməmmədov Cumalı Məhərrəm oğlu mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evini, X22 isə mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evini “xxxx" KB ASC-nə ipotekaya qoymuşdur. Bundan başqa öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X4 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası “xxxx” KB ASC-nə ipotekaya qoyulmuşdur. Həmin müqavilə əsasında Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi, X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi, onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi və X4 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binasını “xxxx” KB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı1 kredit götürdükdən sonra bankdan alınmış kreditin 160000 və 40000 manatını ödəməsinə baxmayaraq sonradan kredit borcunu tam şəkildə banka ödəməmiş, bu səbəbdən ‘'xxxx” KB ASC iddiaçı olaraq hazırki iş üzrə iddiaçıları məhkəməyə vermişdir. Məhkəmə tərəfindən bankın iddiası qismən təmin edilərək, İddiaçı1 və “xxxx” MMC-dən 98252,29 manat əsas borc, 6195,50 manat isə faiz borcu, cəmi 104447,79 manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pulun müştərək qaydada tutularaq “xxxx” KB ASC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə, X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evinə, X4 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,021 torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldilərək hərraca çıxarılaraq satılması və onların satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh “xxxx” MMCnin kredit müqaviləsi üzrə borcunun iddiaçı “xxxx” KB ASC-nə ödənilməsi qət edilmişdir. Həmin evlər boşaldılacağı təqdirdə onların yaşamalarını təmin edə biləcək digər bir yaşayış sahələri yoxdur. Həmçinin, Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ipotekaya qoyularkən İddiaçı1 mərhum atası X6 ilə birgə nikah dövründə əldə olunmuş əmlak olmasına baxmayaraq 14 mart 2019-cu il tarixdə rəhmətə getmiş anası X14, habelə oğlu Natiqin oğlu İddiaçı2 rəsmi razılığı alınmamışdır. X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən birgə nikah dövründə əldə olunmuş əmlak olunmasına baxmayaraq həyat yoldaşı olaraq İddiaçı3 və övladı Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının rəsmi razılığı alınmamışdır. Bundan başqa mərhum X4 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ipoteka ilə yüklü edilərkən 02bsZi/10 saylı ipoteka müqaviləsində borc alan qrafasında “xxxx" MMCnin direktoru şəxsində İddiaçı1 tərəfindən imzanın atılmadığı aydın şəkildə görünür. Kredit üzrə öhdəliklərin icrasının təminatı olaraq “xxxx” KB ASC ilə ipoteka qoyan İddiaçı1, Xasməmmədov Cumalı Məhərrəm oğlu, X22 və üçüncü tərəfdən “xxxx” MMC-nin drektoru şəxsində Natiq Məmmədov arasında bağlanmış 06 dekabr 2010-cu il tarixli, 05bsi/10 saylı İpoteka müqaviləsində X12 adları qarşısında olan imzaların onlara məxsus olmadığı, habelə Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ipotekaya qoyularkən X2 arvadı olaraq birgə nikah dövründə əldə etdiyi əmlaka X14 və İddiaçı2 rəsmi razılığı alınmadığı, o cümlədən X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən birgə nikah dövründə əldə olunmuş əmlak olunmasına baxmayaraq həyat yoldaşı olaraq İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının rəsmi razılığı alınmadığı müəyyən edilir. Bu səbəbdən də iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraiət etmişlər. Hesab edir ki, iddiaçıların iddia tələbləri əsaslıdır və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclası zamanı cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X15 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı “xxxx” KB ASC ilə borclu “xxxx” MMC arasında bağlanmış 06.12.2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsinə əsasən “xxxx” MMC-nə 48 ay müddətinə 06.12.2014-cü il tarixədək, illik 18 % ödəmək şərtilə 200000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu arasında bağlanmış 06.12.2010-cu il tarixli 05bs/10 saylı ipoteka müqaviləsinə əsasən Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 0,01693 ha torpaq sahəsi və onun üzərində yerləşən 13 saylı fərdi yaşayış evi, X22 arasında bağlanmış 06.12.2010-cu il tarixli 05bsi/10 saylı ipoteka müqaviləsinə əsasən X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi, X7 arasında bağlanmış 06.12.2010-cu il tarixli 02bsZi/10 saylı ipoteka müqaviləsinə əsasən X4 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası (səadət sarayı) «xxxx» Kommersiya Bankı ASCnə ipotekaya qoyulmuşdur. Kredit müqavilələrindən irəli gələn Öhdəliyin icrasının təmini üsulu kimi, eyni zamanda "xxxx" KB ASC ilə İddiaçı1 arasında bağlanmış 06.12.2010-cu il tarixli 05bsz/10 saylı zaminlik müqaviləsi çıxış edir və bu müqaviləyə görə İddiaçı1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu "xxxx" MMC ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsi üzrə öhdəlik icra olunmadığından "xxxx" KB ASC 2015-ci ilin oktyabr ayında iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, cavabdeh tərəfin vəsatətləri üzrə iki dəfə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və əmlakların qiymətlərinin müəyyən olunması üzrə mütəxəssis rəyləri alınmışdır. "xxxx" KB ASC-nin iddiası üzrə Şəki Rayon Məhkəməsi tərəfindən 19.02.2018-ci il tarixdə 2(075)-11/2018 saylı qətnamə çıxarılmış, həmin qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 07.06.2018-ci il tarixli, 2(107)-1449/2018 saylı qətnaməsi ilə təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin 2(075)-11/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Şəki Apellyasiya Məhkəməsinin 07.06.2018-ci il tarixli, 2(107)-1449/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30.10.2018-ci il tarixli, 2(102)-7066/18 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin 07.06.2018-ci il tarixli, 2(107)- 1449/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Artııq, Şəki Rayon Məhkəməsinin 2(075)11/2018 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. "xxxx" KB ASCnin həmin iddia tələbi üzrə mülki işə baxılarkən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının qeyd edilən ipoteka müqavilələrindən məlumatları olmuşdur. Ümumiyyətlə, iddiaçıların iddiaları əsassızdır. İddiaçının hazırkı mərhələdə müqavilənin etibarsızlığını mübahisələndirməkdə məqsədi borcun ipoteka hesabına ödənilməsini yubandırmaq məqsədini daşıyır Bununla belə iddiaçıların cavabdeh “xxxx” KB ASC-yə qarşı əqdın etibarsız hesab olunması tələbinə dair hazırkı iddia tələbləri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddəti də ötürülmüşdür. Odur ki, həm əsassızlığına görə, həm də iddia müddəti ötürüldüyünə görə iddia müddəti tətbiq edilməklə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının hazırki iddialarının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Şəki şəhər 1 saylı Notariat Kontoru və Zaqatala rayon 2 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilmələrinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə Şəki şəhər 1 saylı Notariat Kontoru və Zaqatala rayon 2 saylı Notariat Kontorunun nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(075)11/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən cavabdehlər «xxxx» MMC-dən və İddiaçı1 98252,29 manat əsas borcu, 6195,50 manat isə faiz borcu, cəmi 104.447,79 manat məbləğində kredit borcu, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun müştərək qaydada tutularaq «xxxx» KB ASC-nin hesabına ödənilməsi, ipoteka predmeti olan Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə, X12 mülkiyyətində olan Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evinə, X4 mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına tutma yönəldilərək Şəki şəhəri Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 60.000 manatla, Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 75.000 manatla, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 70000 manatla hərraca çıxarılaraq hərracda satılması və onların satışından əldə edilmiş pul vəsaitinin hesabına cavabdeh «xxxx» MMC-nin kredit müqaviləsi üzrə 104.447,79 manat məbləğində kredit borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdeh «xxxx» MMC-dən alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X11, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin edilməmişdir. İşdə olan seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Məmmədiyə Məmmədov küçəsində olan 0.01693 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 57.1 kv.m yaşayış, 92,6 kv.m köməkçi sahədən ibarət 13 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Xasməmmədov Cumalı Məhərrəm oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan seriya MH ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Məzahir Abbasov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 69,2 kv.m yaşayış, 42,7 kv.m köməkçi sahədən ibarət 51 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan X7 ilə “xxxx” KB ASC və üçüncü tərəfdən “xxxx” MMC direktor şəxsində İddiaçı1 arasında bağlanmış 06 dekabr 2010-cu il tarixli, 02bsZi/10 saylı oteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi X5 məxsus Zaqatala rayonu, Nuxax kəndində 0,021 ha torpaq sahəsi və həmin sahədə yerləşən 1 girişli 2 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı1, Xasməmmədov Cumalı Məhərrəm oğlu, X22 ilə “xxxx” KB ASC arasında bağlanmış 06 dekabr 2010-cu il tarixli, 05bsi/10 saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, 19 may 2006-cı tarixdə 1 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində reyestr nömrəsi **********041-10301 qeydiyyat nömrəsi **********, qeydiyyat aparılmış MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaasən tam mülkiyyət hüququ üzrə Xasməmmədov Cumalı Məhərrəm oğluna məxsus olan və ipoteka kimi çıxış edən Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 3 otaqlı 2 mərtəbəli 13 nömrəli fərdi yaşayış evini ipoteka saxlayana ipotekaya qoyur. 01 may 2009-cu tarixdə 12 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində reyestr nömrəsi **********802-10301 qeydiyyat nömrəsi **********, qeydiyyat aparılmış MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaasən tam mülkiyyət hüququ üzrə X16 məxsus olan və ipoteka kimi çıxış edən Şəki şəhəri, Məzahir Abbasov küçəsində mülkyyətində olan 0,06 hektar torpaq sahəsi və həmin sahədə yerləşən 51 nömrəli 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini ipoteka saxlayana ipotekaya qoyur. İşdə olan X1 06.12.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, M.Məmmədov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin “xxxx” KB-na ipoteka qoyulmasına razıdır, həmin fərdi-yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu ərizə yuxarıda göstərilən fərdi-yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx” KB qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə edir. İşdə olan X14 06.12.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, M.Məmmədov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin “xxxx” KB-na ipoteka qoyulmasına razıdır, həmin fərdi-yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu ərizə yuxarıda göstərilən fərdi-yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx” KB qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə edir. İşdə olan İddiaçı1 06.12.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, M.Məmmədov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin “xxxx” KB-na ipoteka qoyulmasına razıdır, həmin fərdi-yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu ərizə yuxarıda göstərilən fərdi-yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx” KB qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə edir. İşdə olan İddiaçı4 Natiq qızının 06.12.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, M.Məmmədov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin “xxxx” KBna ipoteka qoyulmasına razıdır, həmin fərdi-yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu ərizə yuxarıda göstərilən fərdi-yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx” KB qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə edir. İşdə olan X9 06.12.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, M.Məmmədov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin “xxxx” KB-na ipoteka qoyulmasına razıdır, həmin fərdi-yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu ərizə yuxarıda göstərilən fərdi-yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx” KB qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə edir. İşdə olan İddiaçı2 06.12.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, M.Məmmədov küçəsində yerləşən 13 nömrəli fərdi yaşayış evinin “xxxx” KB-na ipoteka qoyulmasına razıdır, həmin fərdi-yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu ərizə yuxarıda göstərilən fərdi-yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx” KB qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə edir. İşdə olan X17 06.12.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, X12 mülkiyyətində olan Şəki şəhəri, M.Abbasov küçəsində olan 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 51 nömrəli fərdi-yaşayış evinin “xxxx” KB-na ipoteka qoyulmasına razıdır, həmin fərdiyaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu ərizə yuxarıda göstərilən fərdi-yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx” KB qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə edir. İşdə olan İddiaçı3 06.12.2010-cu il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, o, X12 mülkiyyətində olan Şəki şəhəri, M.Abbasov küçəsində olan 0,06 ha torpaq sahəsi və həmin sahədə yerləşən 51 nömrəli fərdi-yaşayış evinin “xxxx” KB-na ipoteka qoyulmasına razıdır, həmin fərdiyaşayış evinə tutma yönəldildikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürür. Bu ərizə yuxarıda göstərilən fərdi-yaşayış evinin ipotekası ilə təmin olunan əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti gələcəkdə dəyişdiyi hallarda da, həmçinin “xxxx” KB qarşısında gələcəkdə yaranacaq digər öhdəliklərin icrasının təmin olunması üçün onun həmin mənzilin ipotekasına dair razılığını ifadə edir. İşdə olan AZ-İ 863931 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 24 mart 2017-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 010490 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X24 14 mart 2019-cu il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İ 856269 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 26 mart 2017-ci il tarixdə Zaqatala rayonu, Muxax kəndində ölmüşdür. İşdə olan AZ-İ 683873 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 01 iyul 2014-cü il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, 30771 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertrizaya təqdim olunmuş, fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair X14 adından olan 06.12.2010-cu il tarixli razılılq ərizəsində “İmza:” qrafasındakı imza - X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair İddiaçı2 adından olan 06.12.2010-cu il tarixli razılılq ərizəsində İmza:” qrafasındakı imza-İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 138 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli, 4/837 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 06 dekabr 2010-cu il tarixli, 05bsi/10 saylı ipoteka müqaviləsində “ipoteka qoyan” qrafasında “X22” yazılarının aşağı hissəsində yerləşən imza X22 tərəfindən icra olunmuşdur. Ekspertrizaya təqdim olunmuş fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair İddiaçı3 adından olan 06 dekabr 2010-cu il tarixli razılıq ərizəsində “İmza” qrafasındakı imza İddiaçı3 tərəfindən icra olunmuşdur. Ekspertrizaya təqdim olunmuş fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair X17 adından olan 06 dekabr 2010-cu il tarixli razılıq ərizəsində “İmza” qrafasındakı imza Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızı tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 138 manat təşkil edir. İş üzrə yuxаrıdа göstərilən məhkəmə qətnаməsi çıxаrılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(075)-5/2021 saylı qətnaməsindın apellyasiya şikayəti vermişdir. Аpellyаsiyа şikаyətinin dəlilləri : İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində göstərmişdir ki, o, və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızı cavabdehlər "xxxx” KB ASC, Şəki şəhər 1 saylı Notariat Kontoruna və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi, X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi və X4 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0.021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası ilə bağlı cavabdeh "xxxx“ KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu, X22 və X7 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş 05bsi/10 saylı və 02bsZi/10 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(075)-5/2021 nömrəli qətnaməsi ilə bizim cavabdehlər "xxxx” KB ASC, Şəki şəhər 1 saylı Notariat Kontoruna və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi. X12 mülkiyyətində olan Şəki şəhəri. Məzahir Abbasov küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi və X4 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ilə bağlı cavabdeh "xxxx" KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu. X22 və X7 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş 05bsi/10 saylı və Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02bsZi/10 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaların təmin edilməməsi qət edilmişdir. Hesab edirlər ki, hazırkı mülki işə baxan məhkəmə iddia tələbini təmin etməyərkən işin hallarını düzgün müəyyən etməmiş, iş üzrə zəruri araşdırma aparmamış və hansı halları nəzərə almasını əsaslandırmamışdır. Buna baxmayaraq qanunun qeyd olunan tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuş, məhkəmə qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun deyil. Göründüyü kimi, bütün məhkəmələr üçün məcburi olan bu qərarın tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi iddialarına münasibətdə qətnamə qəbul edərkən tərəflərin qarşılıqlı münasibətlərinə, birinci instansiya məhkəmə iclasında təqdim etdiyi sənədlərə, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, 30771 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə əhəmiyyət verməmiş və bununla da reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Belə ki, qətnamədə qeyd edilmişdir ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, 30771 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertrizaya təqdim olunmuş, fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair Qaffarova Humay (əlil qızının adından olan 06.12.2010-cu il tarixli razılılq ərizəsində "İmza:” qrafasındakı imza - X24 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair İddiaçı2 adından olan 06.12.2010-cu il tarixli razılılq ərizəsində “İmza:” qrafasındakı imza-İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qətnamədə o da qeyd edilmişdir ki, onlar öz hüquqlarının pozulduğunu iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən 4 ildən də əvvəl bilmişlər. Buna görə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən də 4 il əvvəldən iddia müddətinin axımı başlanılmışdır. Onlar həmin müqavilənin etibarsızlığı ilə bağlı mübahisənin həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müddətində məhkəməyə müraciət etməli olduqları halda, həmin müddət ərzində bu hüquqlarından istifadə etməmişlər. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan və digər bu kimi hallara hüquqi qiymət vermədən formal mülahizələrə əsaslanaraq iddianı rədd etmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(075)-5/2021 saylı qətnaməsini ləğv edib iddianın təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş edir. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(075)-5/2021 saylı iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tərəflər işə bаxılmаsının vаxtı və yeri bаrədə lаzımi qаydаdа xəbərdаr edilməsinə bаxmаyаrаq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Kontoru məhkəməyə məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə yoxlayıb, cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli qərarının 49-cu bəndində göstərilir ki, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Ümumi mülkiyyətdə olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizələrini notariusa şəxsən təqdim edən şəxslərin imzalarının həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda notarius razılıq vermiş şəxslərin şəxsiyyətini müəyyən edir və onların imzalarının həqiqiliyini yoxlayır, bu barədə ərizələrdə qeyd edir və onların şəxsiyyətini təsdiq edən sənədin adını, nömrəsini, verildiyi tarixi və sənədi vermiş idarənin adını göstərir. Ərizələrdə razılıq verən şəxsin əmlakın konkret kimə (şəxsin soyadı, adı, atasının adı, təşkilatın adı) satılmasına, bağışlanmasına, dəyişdirilməsinə və ya girov qoyulmasına razı olduğu göstərilmişsə, yaxud qiymət və digər şərtlər göstərilmişsə, notarius özgəninkiləşdirmə və ya girov müqaviləsini təsdiq edərkən ərizələrdə göstərilmiş şərtlərə riayət olunub-olunmadığını yoxlamalıdır. Nikah müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, nikahın qeydə alınmasından sonra əldə edilən və ər-arvadın ümumi (birgə) mülkiyyəti olan əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər o zaman təsdiq oluna bilər ki, əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ər-arvadın digərinin harada daimi qeydiyyatda olmasından asılı olmayaraq yazılı razılığı olsun. Əmlakı özgəninkiləşdirən və ya girov qoyan şəxs onun ərinin (arvadının) olmaması (subay, dul olması) haqqında ərizə təqdim edərsə, notarius bunu əqdin digər iştirakçısının nəzərinə çatdırır, o isə ərizədə imza etməklə, həmin halın ona məlum olduğunu təsdiq edir. Göstərilən ərizə əmlakı özgəninkiləşdirən və ya girov qoyan şəxsin özü tərəfindən, əqd nümayəndə vasitəsilə bağlandıqda isə nümayəndə tərəfindən verilməlidir. Əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdləri təsdiq edərkən, notarius bu əmlak üzərində mülkiyyət hüququnun nə vaxt yaranmasını yoxlayır. Əgər özgəninkiləşdirilən və ya girov qoyulan əmlakın mülkiyyətçisi bu əmlakı nikaha daxil olmadan, habelə nikah müddətində hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər təmənnasız əqdlər üzrə əldə etmişsə, bu əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına ərin (arvadın) razılığı tələb edilmir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipotekaya qoyula bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası MM-nin 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. İş üzrə iddiaçılar hazırki iddia tələblərində X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən birgə nikah dövründə əldə olunmuş əmlak olunmasına baxmayaraq həyat yoldaşı olaraq İddiaçı3 və övladı Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının rəsmi razılığı alınmadığını bildirsələr də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli, 4/837 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə ekspertrizaya təqdim olunmuş 06 dekabr 2010-cu il tarixli, 05bsi/10 saylı ipoteka müqaviləsində “ipoteka qoyan” qrafasında “X22” yazılarının aşağı hissəsində yerləşən imzanın X22 tərəfindən, ekspertrizaya təqdim olunmuş fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair İddiaçı3 adından olan 06 dekabr 2010-cu il tarixli razılıq ərizəsində “İmza” qrafasındakı imzanın İddiaçı3 tərəfindən və ekspertrizaya təqdim olunmuş fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair X17 adından olan 06 dekabr 2010-cu il tarixli razılıq ərizəsində “İmza” qrafasındakı imzanın Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızı tərəfindən icra olunduğu öz təsdiqini tapmışdır. Beləliklə də qeyd edilən ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir və bununla bağlı iddianın əsaslı olmasını sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının iddia tələblərinin X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi ilə bağlı cavabdeh “xxxx” KB ASC ilə X22 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissəsini əsassız hesab edir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, 30771 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə ekspertizaya təqdim olunmuş, fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair X14 adından olan 06.12.2010-cu il tarixli razılılq ərizəsində “İmza:” qrafasındakı imzanın-X24 tərəfindən yox, başqa şəxs tərəfindən, ekspertizaya təqdim edilmiş, fərdi yaşayış evinin ipotekaya qoyulmasına dair İddiaçı2 adından olan 06.12.2010-cu il tarixli razılılq ərizəsində İmza:” qrafasındakı imzanın-İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən edilsə də, iş üzrə iddiaçılar Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə dair cavabdeh “xxxx” KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbləri ilə bağlı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir. Birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəfərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır Göründüyü kimi cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X15 izahatında əsassızlığına görə, həm də iddia müddəti ötürüldüyünə görə iddia müddəti tətbiq edilməklə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının hazırki iddialarının təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, həmçinin, cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə də iddiaçıların hazırki tələbləri ilə bağlı iddia müddətini ötürdüklərini və iddia müddəti tətbiq edilərək iddianın təmin edilməməsi tələb edilmişdir. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, “xxxx” KB ASC ilə «xxxx» MMC-nin arasında bağlanmış 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsinə əsasən «xxxx» MMC-yə 48 ay müddətinə 06 dekabr 2014-cü il tarixədək illik 18% ödəmək şərtilə 200.000 manat kredit verilmişdir. «xxxx» MMCnin bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 06 dekabr 2010-cu il tarixdə «xxxx» KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu arasında sonuncunun mülkiyyətində olan Şəki şəhəri Məmmədiyə Məmmədov küçəsində yerləşən 0,01693 ha torpaq sahəsi və onun üzərində yerləşən 13 saylı fərdi yaşayış evi, «xxxx» KB ASC ilə X12 arasında sonuncunun mülkiyyətində olan Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi, «xxxx» KB ASC ilə X4 arasında sonuncunun mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqavilələri imzalanmışdır. İpoteka predmeti olan həmin əmlaklar «xxxx» MMC-nin «xxxx» KB ASC qarşısındakı 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilmişdir. Bundan başqa İddiaçı1 ilə «xxxx» KB ASC-nin arasında 06 dekabr 2010-cu il tarixdə 05bzs/10 saylı zaminlik müqaviləsi imzalanmış və zamin İddiaçı1 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsi üzrə «xxxx» MMC-nin öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. «xxxx» KB ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək kredit məbləği «xxxx» MMC-yə verilmişdir. Lakin «xxxx» MMC «xxxx» KB ASC-yə olan kredit borcunun bir hissəsini bankın hesabına ödəməsinə baxmayaraq kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə ödəmələri aparmadığından iddiaçı “xxxx” KB ASC cavabdehlər «xxxx» MMC, İddiaçı1, Xasməmmədov Cumalı Məhərrəm oğlu, X24, X3, X19, İddiaçı4 Natiq qızı, X13, X22, İddiaçı3, X25 və X5 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və həmin iddia tələbi 13 oktyabr 2015-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən 19 fevral 2018-ci il tаrixli, 2(075)-11/2018 saylı iddianın qismən təmin edilməsi barədə qətnаmə çıxarılmışdır. Həmçinin, Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tаrixli, 2(075)-11/2018 saylı qətnаməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri üzrə müvafiq olaraq «xxxx» KB ASC-nin həmin iddia tələbinə Şəki Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikası Ali Məhkəməsində baxılaraq işin hallarına hüquqi qiymət verilmişdir. Bununla belə «xxxx» KB ASC-nin həmin iddia tələbinə məhkəmələrdə baxılmağa başladığı 13 oktyabr 2015-ci il tarixdən iş üzrə tərəflərə, İddiaçı1, İddiaçı2 və mərhum X20 məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə məlumat verilmiş, «xxxx» KB ASC-nin iddia ərizəsinin surəti onlara göndərilmişdir. Bundan başqa həmin işə baxılarkən ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilmələrinə dair məhkəmə tərəfindən qəbul edilmiş qərardadlar, həmin qərardadlar əsasında verilmiş rəylər, sonda iş üzrə çıxarılmış qətnamələr də İddiaçı1, İddiaçı2 və mərhum X20 vaxtında çatdırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, İddiaçı1, İddiaçı2 və mərhum X14 hazırda mübahisələndirilən və Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ilə bağlı cavabdeh “xxxx” KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsindən daha əvvəllər məlumatları olmuşdur. Beləliklə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 öz hüquqlarının pozulduğunu iddia ərizəsinin birinci instansiya məhkəməsinə daxil olduğu gündən 4 ildən də əvvəl bilmişlər. Buna görə hazırki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən də 4 il əvvəldən iddia müddətinin axımı başlanılmışdır. Həmin vaxtdan 4 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçılar 11 aprel 2019-cu il tarixdə məhkəməyə müraciət etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin müqavilənin etibarsızlığı ilə bağlı mübahisənin həll edilməsi üçün hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il müddətində birinci instansiya məhkəməsinə müraciət etməli olduqları halda, həmin müddət ərzində bu hüquqlarından istifadə etməmişlər. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İş üzrə cavabdeh tərəf də iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib hesab edir ki, iddia müddətindən fərqli olaraq, Mülki Məcəllənin 354.1-ci maddəsində müəyyən olunmuş 1 illik müddət kəsici xarakter daşıdığından mübahisə tərəfinin onun tətbiqi barədə ərizə verməsinə ehtiyac yoxdur, başqa sözlə, məhkəmə öz təşəbbüsü ilə həmin müddəti tətbiq etməlidir. Bu baxımdan Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik kəsici müddətin keçməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən onların ipoteka predmeti olan əmlak barəsində bağlanmış ipoteka müqaviləsinin etibarsızlığı tələblərinin təmin olunmasını istisna edir. Qanunda nəzərdə tutulmuş kəsici müddət keçdikdən sonra maraqlı şəxs əqdi (müqaviləni) mübahisələndirmək hüququnu itirir. İddia müddətinin keçməsi isə birinci instansiya məhkəməsinin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi ilə bağlı cavabdeh “xxxx” KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş ipoteka müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissəsi iddia müddəti ötürüldüyündən təmin edilə bilməz. Bundan başqa iddiaçılar iddia tələblərinin X4 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binası ilə bağlı cavabdeh “xxxx” KB ASC ilə X7 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və cavabdeh Zaqatala şəhəri 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş ipoteka müqavilələrinin etibarsız hesab edilməsinin tələblərinin əsası kimi mərhum X4 mülkiyyətində olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0.021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ipoteka ilə yüklü edilərkən 02bsZi/10 saylı ipoteka müqaviləsində borc alan qrafasında “xxxx" MMC-nin direktoru şəxsində onun tərəfindən imzanın atılmadığını göstərsələr də, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə iddia tələbinin həmin hissəsini də əsaslı hesab etmir. Şərh edilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Xasməmmədova (Hüseynova) Nübar Vaqif qızının cavabdehlər “xxxx” KB ASC, Şəki şəhər 1 saylı Notariat Kontoruna” və Zaqatala rayon 2 saylı Notariat Kontoruna qarşı Xasməmmədov Cumalı Məhərrəm oğlunun mülkiyyətində olan Şəki şəhəri, Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evi, X12 mülkiyyətində olan Şəki şəhəri, Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evi və X4 mülkiyyətində olan Zaqatala rayon Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası ilə bağlı cavabdeh “xxxx” KB ASC ilə Xasməmmədov Cumalı Məhərrəm oğlu, X22 və X7 arasında 06 dekabr 2010-cu il tarixdə bağlanmış və Cavabdeh2 tərəfindən təsdiq edilmiş 05bsi/10 saylı və Zaqatala rayon 1 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 02bsZi/10 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməməlidir.Azərbаycаn Respublikаsı Mülki- Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kolleiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli iş üzrə Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(075)-5/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(075)-5/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar