Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-108/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin boşaldılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X16 və cavabdeh X3 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)-603/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Şimal-qərb filialının Zaqatala şöbəsi (əvvəlki X2) Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşir. İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. Şimal-qərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsində, yəni İddiaçı MMC-nin balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan başqa Cavabdeh Nurəddin oğlu tərəfindən fərdi yaşayış evi tikilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin Cavabdeh Nurəddin oğlu tərəfindən zəbt edilmiş 0,0084 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şimal-qərb filialının Zaqatala şöbəsi (əvvəlki X2) Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşir. Şimal-qərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş Texniki Pasportdan da göründüyü kimi İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. Şimal-qərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsində, yəni İddiaçı MMC-nin balansında olan dövlətə məxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan başqa Cavabdeh Nurəddin oğlu tərəfindən fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evinin tikildiyi 0.0084 ha torpaq sahəsinin Zaqatala şəhər sakini Cavabdeh Nurəddin oğlu tərəfindən zəbt edilməsi onun da imzaladığı xx.xx.2022-ci il tarixli aktla öz təsdiqini tapır. İddiaçı MMC tərəfindən cavabdehə Şimal-qərb filialının Zaqatala şöbəsinin ərazisinin zəbt edilmiş 0,0084 ha hissəsinin boşaldılaraq təhvil verilməsi barədə xəbərdarlıq məktubları (sonuncu xəbərdarlıq xx.xx.2022-ci il tarixində göndərilmişdir) təqdim edilsə də, bu günə qədər heç bir tədbir görülməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X22 iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh Nurəddin oğlu və onun vəkili Vəkil1 27 may 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişlər ki, iddiaçı tələb etdiyi torpaq sahəsinin özünün mülkiyyətində olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Həmin torpaq sahəsi islahat zamanı cavabdehin mülkiyyətinə verilmişdir. İddiaçı iddiasında haqlı olmasa da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində qeyd olunur ki, iddia müddəti 10 il təşkil edir. Cavabdeh isə 30 ildən çoxdur ki, fərdi yaşayış evini tikmiş və ailəsi ilə həmin evdə yaşayır. 30 il müddət ərzində iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdir. Məhkəmə iddiaçını haqlı hesab etdiyi halda iddiaya iddia müddəti tətbiq olunaraq iddia tələbi rədd edilməlidir.
7. Cavabdeh Nurəddin oğlu məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən 0,0084 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi onun istifadəsindədir və onun həmin evdən istifadə hüququ yaranmışdır. Belə ki, o, torpaq sahəsini özbaşına olaraq zəbt etməmişdir. Torpaq sahəsi o, Sevinc İbrahimova ilə ailə qurarkən gənc ailə kimi Aztelekomda işləyən yoldaşına verilişdir. Həmin torpaq sahəsində yarımçıq tikilmiş ev olmuşdur. Onlara verilmiş icazə əsasında yarımçıq tikilini başa çatdıraraq orada özləri üçün yaşayış evi inşa etmişlər. Həmin evdə hazırkı iddia qaldırılanadək hər hansı etiraz olmadan 29 ildən artıqdır ki, yaşayır. Üçüncü şəxs Sevinc İbrahimova ilə 2008-ci ildə rəsmi qaydada ayrılmışlar. Mübahisələndirilən ev onlar evlənərkən yaşamaq üçün verilmişdir və həmin evin iddiaçının mülkiyyətində olması barədə heç bir sənəd yoxdur. Həmin evin tikintisinə icazə Zaqatala rayon X14 Komitəsinin 9 sentyabr 1993-cü il tarixli protokolundan çıxarış əsasında verilmişdir. Onlara icazə verilməsəydi o, başqa yerdə özünə ev tikib yaşayardı. Ona məxsus ev sökülərsə onun ailəsi ilə başqa yaşamağa yeri olmayacaqdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X8 nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında göstərmişdir ki, 1993-cü ildə X18 rabitə qovşığının əməkdaşı olmuş və o Cavabdeh ilə evlənərkən onların yaşamağa evləri olmadı üçün iddiaçının balansında olan torpaq sahəsindəki yarımçıq tikilini başa çatdıraraq orada yaşamalarına icazə verilmiş, onlar da tikintini tamamlayıb orada yaşamağa başlamışlar. 2008-ci ildə Sevinc İbrahimova və Cavabdeh rəsmi qaydada ayrılmışlar və Sevinc İbrahimova həmin evdən çıxıb getmişdir. Həmin vaxtdan mübahisəli evdə cavabdeh uşaqları ilə yaşayır.
9. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 0,0084 ha hissəsində fərdi yaşayış evi tikilmiş torpaq sahəsi iddiaçının balansındadır. Cavabdehin arvadı- müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 xx.xx.1990-cı il tarixdən iddiaçı təşkilatda əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir. Yaşayış sahəsi olmayan bununla da mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan və yaşayış sahəsi növbədənkənar verilməli şəxs sayılan cavabdehlə evlənmiş Sevinc İbrahimovaya müdiriyyətin razılığı ilə və həmkarlar ittifaqı təşkilatının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli qərarı ilə qovşağın anbarı sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 m 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verilmişdir. Yaşayış evi daxil olmaqla 12 metr uzunluğunda və 8 metr enində sahənin onun istifadəsinə verilməsi rabitə qovşağı müdiriyyətindən xahiş edilmiş və müstəqil tələb irəli sürməyən üçüncü şəxs mənzil şəraiti yaxşılaşdırılmış şəxs olaraq uçotdan çıxarılmış və ona başqa yaşayış sahəsi verilməmiş, həmçinin 07 avqust 2004-ü il tarixli 15 saylı məktubla sonuncunun yaşayış sahəsini genişləndirmək üçün əlavə tikinti aparması üçün səlahiyyətli orqanlara müraciət etməsi tövsiyə edilmiş, mübahisəli tikilidə yaşamasına etirazın olmadığı bildirilmişdir. Hazırkı iddia qaldırılanadək hər hansı etiraz olmadan 29 ildən artıqdır ki, tikilidə 6 nəfər ailə üzvü ilə birlikdə cavabdeh yaşayır. Tikinti yaşayış sahəsi olaraq komunal (elektrik, qaz, su) və rabitə xidmətləri ilə təmin edilmişdir.
10. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmədiyindən, əksinə üzərindəki yarımçıq tikilini tamamlayaraq yaşayış sahəsi olaraq birgə yaşamaları üçün iddiaçı tərəfindən cavabdehin arvadının istifadəsinə verildiyindən, sonuncunun ailə üzvü olmuş cavabdehin yaşayış sahəsi olaraq verilmiş və özlərinin tamamladıqları tikilidən istifadə hüququ əmələ gəldiyindən, sonradan ər-arvad arasındakı nikahın pozulması isə istifadə hüququnun itirilməsinə əsas olmadığından, eyni zamanda iddiaçı tərəfindən üçüncü şəxsə sonradan başqa yaşayış sahəsi verilmədiyindən mübahisəli torpaq sahəsində yerləşən, yaşayış sahəsi olaraq nəzərdə tutulan və iddiaçının özünün razılığı ilə tamamlanmış yarımçıq tikintinin sökülməsi barədə hazırkı tələb, onun hüququnu əvvəlki rəftarına zidd həyata keçirməsi və digər yaşayış sahəsi olmayan cavabdehi iddiaçının əvvəlki hərəkətinə güvənərək yaratdığı mənzilindən qanunsuz məhrum etmə xarakteri daşıyır.
11. Bundan başqa, hazırkı iddia qaldırılanadək 29 ildən artıq müddət ərzində fərdi yaşayış evinə dair dövlət orqanları və ya iddiaçı tərəfindən hər hansı xəbərdarlıq olmamış, əksinə ev təsisçiləri Dövlət olan təşkilatlar tərəfindən elektrik enerjisi, qaz və su təmin edilir. Bu qeyd edilənlər isə cavabdehin inşaatını tamamladığı tikiliyə mülkiyyət hüququnun yarandığını təsdiq edir.
12. Belə vəziyyətdə məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilə bilməz.
13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin Cavabdeh Nurəddin oğlu tərəfindən zəbt edilmiş 0,0084 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi tələbinə dair iddiası rədd edilməlidir.
14. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
15. Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)-603/2022 saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı Cavabdeh Nurəddin oğluna qarşı Zaqatala şəhəri, A.Həmidov küçəsi, döngə 5 ünvanında yerləşən İddiaçı MMC-nin Şimalqərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin Cavabdeh Nurəddin oğlu tərəfindən zəbt edilmiş 0,0084 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi tələbinə dair iddiasının rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin, Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli 254-Xİİ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin maddələrinə və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Önəryıldız Türkiyəyə Qarşı 18 iyun 2002-ci il tarixli qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
17. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş inventar nömərsi 5694 olan 17 sentyabr 2010-cu il tarixli **********94 daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Zaqatala şəhəri A.Həmdov küçəsi döngə 5 Azərbaycan Respublikası Rabitə və İTN İddiaçı X15 rayon Telekommunikasiya qovşağının balansındadır.
18. İş materiallarına əlavə edilmiş 25 fevral 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Şimal-qərb regional filialının ünvan 4 ünvanında yerləşən torpaq sahəsində Zaqatala şəhər sakini Cavabdeh Nurəddin oğlu 0.0084ha (4mx21m) sahəsi olan ərazidə özü üçün fərdi ev tikmişdir və ailə üzvləri (6 nəfər) ilə birlikdə hal-hazıradək həmin evdə yaşayır.
19. İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 05 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, 0,41 ha torpaq sahəsi “Aztelekom" İstehsalat Birliyinin balansındadır və texniki pasport sənədində torpaq sahəsi barədə qeydlər aparılmışdır.
20. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiya Nazirliyi İddiaçı X15 rayon Telekommunikasiya qovşağının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə ünvanlanmış 17 fevral 2010-cu il tarixli 85 saylı məktubundan görünür ki, Zaqatala rayon Telekommunikasiya qovşağı Əmlak Məslələri dövlət komitəsinin RX-23/4944 saylı 16 dekabr 2010-cu il tarixli “Dövlət əmlakının qorununb saxlanılması və səmərəli istifadə edilməsinin təkmilıləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 saylı Fərmanından və həmin Fərmanla əlaqədar təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar məktubundan irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı qovşağın balansında olan daşınmaz əmlakın texniki inventarlaşdırılmasının həyata keçirilməsi məqsədi ilə qovşağın binasının və təsərrüfat sahəsinin texniki pasportlarının hazırlanması xahiş olunmuşdur.
21. İş materiallarına əlavə edilmiş X1 11 aprel 2019-cu il tarixli arayışınan görünür ki, X11 ******* saylı telefonun abunəçisi olmuş və 19 aprel 2011-ci il tarixdə telefonu TRİQ-na uyğun qovşağa təhvil vermişdir.
22. İş materiallarına əlavə edilmiş X11 tərəfindən Zaqatala rayon Telekommunikasiya Qovşağına verilmiş ərizədən görünür ki, o, adına olan 5-44-90 nömərli telefonu 01 yanvar 2010-cu il tarixdən 6 ay müddətinə şəbəkədən ayrılmasına dair sərəncam verilməsini xahiş etmişdir.
23. İş materiallarına əlavə edilmiş X27 Həmkarlar Komitəsi heyəti iclasının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli protokolun çıxarışının surətindən görünür ki, rabitə qovşağının barat nəzarətçisi X5 yeni ailə həyatı qurması və yaşayış evinin olmamasını nəzərə alaraq verdiyi ərizəsinə və rabitə qovşağı rəisinin razılığına əsasən Qaqarində yerləşən qovşağın anbarı sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 m 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verilmişdir. Yaşayış evi daxil olmaqla 12 metr uzunluğuna və 8 metr eninə sahə yoldaşın istifadəsinə verilməsi rabitə qovşağı müdiriyyətindən xahiş edilmişdir.
24. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rabitə X19 Respublikası Komitəsinin Zaqatala X12 Komitəsinin X10 ünvanlanmış 07 avqust 2004-ü il tarixli 15 saylı məktubundan görünür ki, “həmkarlar komitəsinin protokoluna əsasən 1993-cü ildə Rabitə Qovşağına aid olan torpaq sahəsində tikintisi yarımçıq qalan barılardan istifadə etməklə özünüzə yaşayış binası tikmək üçün icazə verilməsi qovşağın rəisindən xahiş olunmuşdur. Həmin vaxtdan siz özünüzə yaşayış evi tikməklə orada yaşayırsınız və buna etiraz olunmur. Hazırda yaşayış sahənizi genişləndirmək üçün tikinti aparmaq istədiynizi bildirirsizniz. Müvafiq qanunlara əsasən torpağın verilməsi və onun üzərində tikintilərin aparılması yalnız aidiyyatı olan təşkilatların razılığına uyğun sənədləşmə əldə olunduqdan aparıla bilər. Odur ki, qeyd olunanlarin həlli üçün səlahiyyətli orqanlara müraciət etməyiniz məsləhət görülür”.
25. İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh Nurəddin oğlu arasında bağlanmış nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2008-ci ilin 11-ci ayının 26 günündə 85 nömrə ilə qeyd edilmişdir.
26. İş materiallarına əlavə edilmiş Zaqatala Bələdiyyəsi tərəfindən verilmiş 02 sentyabr 2022-ci il tarixli 444 saylı arayışdan görünür ki, Cavabdeh Nurəddin oğlunun ünvan 9 ünvanda yerləşən evin xx.xx.2023-cü il tarixədək torpaq və əmlak vergisi borcu yoxdur.
27. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, X13 xx.xx.1990-cı il tarixdən X27nda əməliyyatçı vəzifəsinə işə qəbul edilmişdir.
28. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Nurəddin oğlunun ünvan 10 ünvanında yerləşən evə dair torpaq və əmlak vergisi borcu yoxdur.
29. İş materiallarına əlavə edilmiş 13068 №-li xx.xx.2017-ci il tarixli müqavilənin surətindən məlum olur ki, Zaqatala rayon Qaz İstismar İdarəsi ilə Cavabdeh Nurəddin oğlu arasında ünvan 10 ünvanında yerləşən evə dair təbii qazın istehlakına dair müqavilə bağlanmışdır.
30. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
31. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala şəhəri, A.Həmidov küçəsi,döngə 5 ünvanında yerləşən İddiaçı Şimal-qərb filialının Zaqatala şöbəsinin (əvvəlki X2) yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti (əvvəlki Əmlak Məsələləri Dövlət Komitəsi) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2010-cu il tarixində verilmiş Texniki Pasportdan da göründüyü kimi İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansındadır. İddiaçı MMC-nin balansında olan bütün daşınmaz əmlaklar və torpaq sahələri də dövlətə məxsusdur. Şimal-qərb filialının Zaqatala şöbəsinin yerləşdiyi torpaq sahəsində, yəni İddiaçı MMC-nin balansında olan dövlətəməxsus torpaq sahəsində rabitə məqsədli inzibati və yardımçı binalardan başqa Cavabdeh Nurəddin oğlu tərəfindən fərdi yaşayış evi tikilmişdir. Həmin fərdi yaşayış evinin tikildiyi 0.0084 ha torpaq sahəsinin Zaqatala şəhər sakini Cavabdeh Nurəddin oğlu tərəfindən zəbt edilməsi onun da imzaladığı xx.xx.2022-ci il tarixli aktla öz təsdiqini tapır.
32. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə ziddir
33. Məhkəmə iş materiallarında olan X27 Həmkarlar Komitəsi heyəti iclasının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli protokolun çıxarışının surətinə əsaslanaraq, rabitə qovşağının barat nəzarətçisi hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 (iş üzrə Cavabdeh Nurəddin oğlunun əvvəlki arvadı) yeni ailə həyatı qurması və yaşayış evinin olmamasını nəzərə alaraq verdiyi ərizəsinə və rabitə qovşağı rəisinin razılığına əsasən Qaqarində yerləşən qovşağın anbarı sahəsində tikilərək yarımçıq qalan iki gözdən ibarət və hər biri 5 metr uzunluğunda eni 3 m 50 sm yarımçıq barıların öz hesabına tikintisini davam etdirməklə yaşayış evi üçün istifadə edilməsinə razılıq verildiyini qeyd etmişdir.
34. Qanunvericiliyin tələbinə əsasən, X27 Həmkarlar Komitəsinin həmin icazəni vermək səlahiyyəti olmamışdır.
35. Cavabdeh həmin əmlaka mülkiyyət hüququ əldə etməmişdir. Zəbt edilmiş daşınmaz əmlak hazırda İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin qanuni istifadəsindədir. İddiaçının qanuni istifadəsində olan sahədə cavabdeh tərəfindən zəbt edilmiş ərazi cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır.
36. İddiaçı MMC qanunsuz zəbtedilmiş torpağı geri almaq hüququna malikdir. Cavabdehin həmin ərazidə qanunsuz olaraq yerləşməsi və məhkəmə tərəfindən dövlətin onlara sosial həyat şəraiti qurması üçün imkan verdiyinə görə iddianın rədd edilməsi əsassızdır. İddiaçıya məxsus torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmiş və qanunvericiliklə həmin kateqoriya torpaqlar üçün müəyyən edilmiş məqsədlərdən kənar istifadə edilir.
37. Zaqatala Rayon Məhkəməsi analoji olmayan məhkəmə qərarlarına əsaslanaraq şəxs tərəfindən tikilən tikintinin özbaşına və qanunsuz olması faktını təsdiq edərək həmin dövlət əhəmiyyətli ərazidə tikilən əmlakın boşaldılmasının şəxsin sosial həyat rifahına mənfi təsir edəcəyi halına əsaslanması qanunsuz və qeyri-obyektivdir
38. Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi ilə mübahisə edilən cari məhkəmə işini fərqləndirməyə gərək vardır. Çünki iş materiallarında olan sənədlərdən də göründüyü kimi hazırkı işdə qanunsuz olaraq zəbt edilmiş ərazi hal-hazırda Cavabdeh Nurəddin oğlu və ailə üzvləri tərəfindən əsassızolaraq X27 Həmkarlar Komitəsi heyəti iclasının 9 sentyabr 1993-cü il tarixli 5 nömrəli protokoluna əsasən istifadə edilmişdir və adları qeyd olunan şəxslər həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən, dövlət fondunda olan torpaqlardan istifadə edəcək şəxslər kateqoriyasına aid edilmişdir. Belə ki, onlar həmin ərazininonlara müəyyən müddətə istifadəyə verildiyini, onların mənzil şəraitinin yaxşılaşacağı təqdirdə oradan çıxarılacaqları ehtimalını bilirdilər. İş üzrə qeyd olunan cavabdehin dövlət əmlakında yaşadıqları uzunmüddətli dövr ərzində özləri üçün sosial şərait yaratma imkanları olmuş, lakin onlar dövlətin onlara müəyyən müddətə istifadə üçün verdiyi əmlakdan istifadə edərək, dövlətin onlara göstərdiyi qayğıdan sui-istifadə etmişdirlər.
39. Cari iş üzrə Cavabdeh Nurəddin oğluna və ailəsinə verilmiş həmin əmlakın üzərində müəyyən tikinti işlərinin aparılması həmin əmlak üzərində onlara mülkiyyət hüququnun yarandığını hesab etməyə heç bir hüquqi əsas vermir.
40. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)- 603/2022 saylı qətnaməsinin ləğv edilməsini və İddiaçı MMC-nin Şimal-qərb filialının Zaqatala şöbəsinin balansında olan torpaq sahəsinin Cavabdeh Nurəddin oğlu tərəfindən zəbt edilmiş 0,0084 ha hissəsində tikilmiş fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia tələbi təmin olunmaqla Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
42. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X24 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
43. Məhkəmə kollegiyasının iclasında cavabdeh X9 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)-603/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Konstitusiyası: 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
46. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 29-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər: 1) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar; 2) dövlət və ictimai mənzil fondu evlərində əsas icarədardan icarəyə götürmək şəraitində və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə yaxud da fərdi mənzil fondu evlərində icarə müqavilələri üzrə uzun müddət yaşayan və başqa yaşayış sahəsi olmayan vətəndaşlar; 3) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olanlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; 4) müəyyən edilmiş sanitariya tələblərinə, texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa əsaslara görə də vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilə bilərlər. 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş hallarda müəssisənin, idarənin, təşkilatın əmək kollektivinə bilavasitə xidmət göstərən tibb, mədənimaarif və digər idarə və təşkilatların işçiləri də arzularına görə həmin əmək kollektivinin fəhlə və qulluqçuları ilə bərabər surətdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna götürülürlər. 35-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda vətəndaşlar uçotdan çıxarılırlar. 37-ci maddəsinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların müəssisələrdə, idarələrdə, təşkilatlarda uçotunun vəziyyətinə yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələri və müvafiq həmkarlar ittifaqı orqanları nəzarət edirlər. 39-cu maddəsinə əsasən yaşayış sahəsi hər hansı təhsil müəssisəsini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən buraxılan, azadlıqdan məhrumetmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçməsi mümkün olmayan, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə növbədənkənar verilir.
47. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli 254-Xİİ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 47-ci maddəsinin 10-cu hissəsinə əsasən torpaq mülkiyyətçilərinin və sahiblərinin bu Məcəllənin 15, 17 və 25-ci maddələrində nəzərdə tutulmuş hallarda və qaydada torpağı digər şəxslərin istifadəsinə vermək hüquqları vardır.
48. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
49. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Önəryıldız Türkiyəyə Qarşı 18 iyun 2002-ci il tarixli qərarının 139-cu bəndində qeyd edilmişdir ki, Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər (bax: İatridis Yunanıstana qarşı iş, b. 54; Beyeler İtaliyaya qarşı iş, b. 100). Qərarın 141-ci bəndində qeyd edilmişdir ki, Məhkəmənin öz təşəbbüsü ilə toplaya bildiyi az miqdarda sübutlar göstərir ki, ərizəçinin qurduğu ev şəhərsalma qaydalarını pozub (bax: b. 50, 51, 131). Üstəlik, ərizəçi də buna etiraz etmir. Lakin etiraf etmək lazımdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı. Qərarın 142-ci bəndində qeyd edilmişdir ki, xülasə, Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qeyd edilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Önəryıldızın şəhərin planlaşdırılması qaydalarını pozmaqla və hər hansı etibarlı hüquqi sənədi olmadan inşa etdiyi evdə dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan yaşadığından, həmin evə mülkiyyət hüququ mövcuddur.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
51. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
52. Cavabdeh Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)- 603/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
54. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 31-39-cu bəndlərində göstərilmiş arqumentlərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 9-12-ci və 49-cu bəndlərində göstərilmiş əsaslarla iddianı rədd etməkdə haqlı olmuşdur.
55. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə cavabdeh X3 mübahisəli torpaq sahəsi və yaşayış evi üzərində sərəncam vermək hüququ əmələ gəlməsə də, onun həmin torpaq və yaşayış sahəsi üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. AR MM-nin 157.9-cu maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qanunun göstərilən maddəsinə əks yanaşma mülkiyyət hüququnun müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsi Plenumunun «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 yanvar 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.
56. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)-603/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli 2(033)-603/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev