Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1081/2023 15.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və X4 ibarət tərkibdə; İddiaçı "xxxx" ASC-nin cavabdeh X8 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qətnaməsindən cavabdeh X7 nümayəndəsi Nümayəndə2 “apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilməsi barədə” həmin məhkəmənin 09 avqust 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qərardadından cavabdeh X7 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdeh X8 qarşı “borcun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X7 istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1212,20 (bir min iki yüz on iki manat iyirmi qəpik) manat borc və ödənilmiş 32,40 manat məbləğində dövlət rüsumunun cavabdeh X6 tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 13 iyun 2023-cü il tarixli, 2(025)- 966/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh X6 1212,20 manat borc, ödənilmiş 32,40 manat dövlət rüsumu, ümumilikdə isə 1244,6 (bir min iki yüz qırx dörd manat altmış qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qətnaməsindən cavabdeh X7 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə daxil olmuşdur. Cavabdeh X7 nümayəndəsi Nümayəndə2 eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, etibarnamə üzrə nümayəndəsi olduğu anası X9 hüquqi savadı olmadığından qətnamədən şikayət müddətinin 1 ay olmasını bilməmişdir. Ümumiyyətlə yaşlı qadın olduğundan belə şeylərdən xəbəri yoxdur. Qətnaməni isə anası qəbul etmiş, həmin sənədin mahiyyətini bilməmiş və kənara atmışdır. Bu yaxınlarda həmin sənədi evdə görmüş və açaraq oxumuşdur. Ondan sonra anasının barəsində qətnamə çıxarılmasından xəbərdar olmuşdur. Hesab edir ki, qətnamədən şikayət verilməsi üçün çox uzun müddət ötməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 cavabdeh tərəfindən müddətin üzürlü ötürülməsinə dair sübut təqdim edilmədiyini, bu səbəbdən ərizənin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X7 nümayəndəsi Nümayəndə2 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 09 avqust 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qətnaməsindən cavabdeh X7 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizə təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti cavabdeh X7 nümayəndəsi Nümayəndə2 geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə şikayəti gec verməyimə dair üzürlü səbəb qeyd etməməyimi göstərmişdir. Halbuki kifayət qədər üzürlü səbəb vardır. Belə ki, etibarnamə üzrə nümayəndəsi olduğu anası X9 hüquqi savadı olmadığından qətnamədən şikayət müddətinin 1 ay olmasını bilməmişdir. Ümumiyyətlə yaşlı qadın olduğundan belə şeylərdən xəbəri yoxdur. Qətnaməni isə anası qəbul etmiş, həmin sənədin mahiyyətini bilməmiş və kənara atmışdır. Bu yaxınlarda həmin sənədi evdə görmüş və oxumuşdur. Ondan sonra anasının barəsində qətnamə çıxarılmasından xəbərdar olmuşdur. Hesab edir ki, qətnamədən şikayət verilməsi üçün çox uzun müddət ötməmişdir.ona görə də şikayətinin temin olunması, sözügedən qərardadın tam ləğv olunması və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə tərəflərə, həmçinin cavabdeh X8 göndərilmiş, qətnamənin surəti xx.xx.2023-cü ildə cavabdeh X9 tərəfindən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilərək, qəbul edilmişdir. Qətnamə 25 iyul 2023-cü il tarixdə qanuni quvvəsini almışdır. Sözügedən qətnamədən isə cavabdeh X7 nümayəndəsi Nümayəndə2 tərəfindən apellyasiya şikayəti 01 avqust 2023-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsilə göndərilmiş və prosessual baxımdan müddət ötürülmüşdür. Göründüyü kimi, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, müvafiq qətnaməni cavabdeh X9 xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişlər. Göstərilən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan bir ay müddəti olmasına baxmayaraq, o öz növbəsində həmin qətnamədən apellyasiya şikayətini xəbəri olduğu vaxtdan 1 ay 17 gün keçəndən sonra vermişdir, müvafiq şikayətə həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxdığı prosessual müddəti bərpa etməyi məhkəmədən xahiş etmişdir. O, məhkəməyə qətnamədən buraxılmış apellyasiya şikayəti verilməsi müddətini ötürməsinin üzrlü səbəbdən baş verməsinə dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 363.4-cü maddəsin əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2-ci, 135.3-cü ... maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.Həmin məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.4-cü maddəsin əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, istinad olunan prosessual hüquq normasında apellyasiya şikayəti məhkəmə tərəfindən qaytarıldıqdan sonra şikayət vermiş şəxsin yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etməsi, yalnız apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmadan verildikdə mümkündür. Qalan hallarda müddətin ötürülməsinin səbəblərinin üzürlü sayılması üçün təkzibolunmaz əsaslar təqdim edilməlidir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun əlverişli şəraitdə həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici kifayət qədər böyük - 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Mülki Prosessual Məcəllənin 133-cü maddəsi prosessual müddətlərin, o cümlədən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası üzrə məsələnin həllini həmin müddətin davamiyyətindən asılı etmir. Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, Mülki Prosessual Məcəllənin 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları qüvvəyə minmiş məhkəmə aktının istənilən vaxt mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Çünki, apellyasiya şikayəti vermək hüququ, konkret şəxsin, pozulduğunu ehtimal etdiyi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş vəzifələrin növbəti məhkəmə instansiyasında müdafiə vasitəsi olub, mülki-mühakimə icraatında fərdi maraqların təminat mexanizmi kimi çıxış edir. Lakin bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə şikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə “hüquqi müəyyənlik” prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 1 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzib edilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən MPM-in 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki, ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Aydındır ki, qüvvəyə minmiş məhkəmə aktına müddət keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də baxılan məsələyə həmin aspektdən yanaşır. Konstitusiya Məhkəməsi Cavid İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res cudikata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”. Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Məhkəmə kollegiyasının bu mülahizələri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. Məsələn: “V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə” 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirdi ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnız fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü bənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əlaqələndirərək, qeyd etdi ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı Brumareskunun Rumıniyaya qarşı 28 oktyabr 1999-cu il tarixli, X1rşı 25 iyul 2002-ci il tarixli, Ryabıxın Rusiyaya qarşı 24 iyul 2003-cü il tarixli, X3rşı 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. Həmin qərarlar mülki işlər üzrə çıxarılmış qətnamələrin nəzarət icraatında təkrar araşdırılması ilə bağlı olsalar da, beynəlxalq məhkəmə bu işlərə baxarkən, ümumiyyətlə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxılması məsələsinə dair hüquqi mövqeyini açıqladığından, kollegiya həmin presedentlərə baxdığı məsələyə aid olan mühüm beynəlxalq hüquqi mənbələr kimi istinad edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh X7 nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 2(025)-966/2023 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-1081/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1081/2023
15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver