Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1081/2024 17.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh X9 qarşı (açar sözlər: Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X12 ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - X5 iştirakı ilə, İddiaçı X4 cavabdeh X9 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tаrixli, e-2(025)-467/2024 saylı qətnаməsindən cavabdeh X5 nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********55-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, X4 adına Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi sahəsi 121.0 kv.m təşkil edən fərdi yaşayış evi və 0.3270 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi qeydə alınmışdır.
2. İş materiallarında olan “X8” MMC-nin 15 may 2024-cü il tarixli,024/017 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi”nin surətindən görünür ki, qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqı 120 (yüz iyirmi) manat təşkil edir.
3. İş materiallarında olan “X8” MMC-nin 09 iyun 2024-cü il tarixli,24-09910 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi”nin surətindən görünür ki, qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqı 120 (yüz iyirmi) manat, real bazar dəyəri isə 35.000 (otuz beş min) manat təşkil edir.
4. İş materiallarında olan Qəbələ1 saylı Mediasiya təşkilatının Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli MŞQ/MT035-2023-205 nömrəli “Mediasiya prosesinə xitam verilməsi haqqında protokol”un surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya prosesində mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı X14 cavabdeh X9 qarşı“kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə azyaşlı uşaqları ilə birlikdə təklif edilən 5000 (beş min) manat kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X2 Afaq Qəzənfər qızı ilə 2006-cı il tarixdə nikaha daxil olmuş və onun mərhum əri ilə birlikdə tikmiş olduğu fərdi yaşayış evinə gəlin gəlmişdir. Cavabdeh onunla eyni kənddə doğulmuş və qonşuluqda yaşamaqdadır. Eyni kənddə yaşadıqları üçün bir-birni uzun illərdir tanıyırlar. Mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evi 3 (üç) otaq olmaqla hündür kürsülüdür və 1ci mərtəbə yaşayış üçün nəzərdə tutulmamışdır. Cavabdehin oğlu ilə olan nikahından 2 (iki) uşağı vardır. Cavabdeh qonşuluqda yaşayan oğlanla əxlaqa yaraşmayan hərəkətlər etmiş və 2014-cü ilin avqust ayının 2-də gecə növbəti dəfə əxlaqsız hərəkət edərkən qonşuların iştirakı ilə başqa adamla yataqda tutulmuş və elə həmin gecə uşaqlarını da götürərək evdən qaçmışdır. Oğlucavabdeh Afaqla olan nikahını 2017-ci ilin aprelində pozmuş, iki uşağa görə aliment ödəyir. Rəşid 2016-cı ilin iyun ayında təkrar nikaha girərək ailə qurmuş və bu evlilikdən 2017-ci ilin aprelində uşaqları dünyaya gəlmişdir. Cavabdeh utancverici hadisəni törətdikdən sonra qonşuluqda yaşayan atası evinə getmiş və bu yaxınlaradək, yəni onun evinə köçürülənədək atası evində yaşamışdır. Əslində cavabdehin məqsədi evə köçürülmə deyil, istifadə hüququna xitam verilməsi üçün kompensasiya almaqdır. Çünki cavabdeh dəfələrlə bu barədə onlara bildirmiş və demişdir ki, əgər ona 20.000 (iyirmi min) manat kompensasiya verməsələr o, dərhal evə köçəcək. Cavabdehə belə bir məbləği ödəyə bilməyəcəklərini bildirmiş və izah etmişdir ki, elə bir imkanları yoxdur. Əslində hesab edirlər ki, cavabdeh belə bir rüsvayçı əməli törətdikdən sonra kənddə qalmaz, insanların üzünə çıxmaz. Təəssüflər olsun ki, cavabdeh heçnə olmamış kimi hərəkət edir və istədiyi kompensasiyanı ala bilmədiyini görüb dərhal icra məmurları vasitəsilə evə köçmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, cavabdehin köçürüldüyü ev mərhum əri ilə onun tərəfindən keçən əsrin 60-cı illərində tikilmişdir və cavabdeh tərəfindən həmin evdə heç bir əlavə tikili aparılmamış, təmir edilməmişdir. Onun 85 yaşım var və övladları tərəfindən qulluq edilir. Həm yaşı, həm də xəstəlikləri imkan vermir ki, cavabdehlə eyni evdə yaşasın. Hesab edir ki, hər bir azərbaycanlının əsəblərinə toxunar ki, rüsvayçı hərəkətlər edən, ailəsini nüfuzdan salan bir qadın heçnə yaşanmamış kimi yenidən eyni evə gəlib yaşasın və onlara istədiyini diktə etsin. Nəzərə alsalar ki, kənddə yaşayırlar və kənddə hər kəs bir birini yaxşı tanıyır, belə bir utancverici hadisəni kimsəyə unutdurmaq mümkün deyil. Bura kənddir, böyük şəhər deyil ki, insanlar bir birini tanımasın. O, və ailəsi bu hadisəyə görə bu gündə çox mənəvi əziyyət çəkirlər, baxmayaraq ki, bu hərəkətləri edən başqa bir adamın qızıdır. Əslində cavabdehin onların evinə qeydiyyatı belə olmamışdır. İndi artıq məcburdur ki, kredit götürməklə ona müəyyən kompensasiya ödəsin ki, cavabdeh onların istifadəsində olan evi tərk etsin və onun istifadə hüququna xitam verilsin. Başqa bir yolu yoxdur. Oğlu xəstədir və evə normal qazanc gətirə bilmir. Onun pensiyasını da ailəsinə xərcləyir. O, məcbur qalıb məhkəməyə müraciət edir. Əks halda cavabdehin qərəzli davranışları qarşısıalınmaz, arzuolunmaz ağır nəticələr yarada bilər. Yuxarıda qeyd etdiyi kimi o, və cavabdeh hər ikisi eyni kənddə yaşayırlar. Cavabdeh gəlin gələnədək atası evində yaşamışdır. İcra məmurları tərəfindən onun evinə köçürülənədək də atası evində yaşamışdır. Atasının da evi onların evi kimi 3 otaqdan ibarətdir. Hesab edir ki, mental dəyərlərə əsasən bir kişi həm əvvəlki həm də indiki arvadı ilə eyni evdə yaşaya bilməz. Bu həm də evdəki uşaqların tərbiyəsinə çox pis təsir edir.Təəssüf edir ki, cavabdehin pula olan hərisliyi uşaqların tərbiyəsinə çox mənfi təsir edir. Yuxarıda qeyd etdiyi işin faktiki halları və tərəflərin maddi imkanları məhkəmə tərəfindən düzgün qiymətləndirilməklə cavabdehə kompensasiya təyin edilməli vəbu əsasla cavabdehin istifadə hüququna xitam verilməlidir.10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X16 nümayəndəsi və vəkili X30 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Mingəçevir şəhəri X20 İcraiyyə Komitəsinin 26 oktyabr 1972-ci il tarixli qərarı ilə 287 №li 27 oktyabr 1972-ci il tarixli order əsasında Mingəçevir şəhəri Komsomol (hazırda 20 Yanvar küçəsi) 166 №li evin 15 №li mənzili ərizəçinin mərhum atası X17 adına qeyd edilməklə 8 nəfər ailə üzvləri: həyat yoldaşı Elyanə Səfərova, qızları X22, X18, X23, Bazar (Səfərova) Aygün Həsən qızı, X19, və ərizəçi X16 istifadəsinə verilmişdir. Sonradan doğulmuş 1974-cü il təvəllüdlü ərizəçinin bacışı Səfərova (Rəcəbəliyeva) Şərafət Həsən qızı və o, ailə qurduqdan sonra oğlu X1 şəhəri 20 Yanvar küçəsi (keçmiş Komsomol küçəsi) 166 saylı evin 37 saylı mənzilinə qeydiyyata düşmüşdürlər. Həmin mənzildə uzun müddət yaşamadıqları üçün, Qəbələ Rayon Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2(051)-1475/2019 saylı qətnaməsinə əsasən iddia təmin olunmuş cavabdehlər X3 və X10 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Hazırki iş üzrə cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, X18, X23, Bazar (Səfərova) Aygün Həsən qızı, X6 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilində qeydiyyatları yoxdur, ona görə də 2019-cu ildə cavabdehlər X3 və X10 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən istifadə hüquqlarının itirilməsi ilə bağlı müraciət edəndə cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, X18, X23, Bazar (Səfərova) Aygün Həsən qızı, X6 da isitifadə hüqüqlarının itirilməsi məsələsini mübahisləndirməmişdi. Cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, X18, X23, Bazar (Səfərova) Aygün Həsən qızı, X19 mübahisəli mənzildə qeydiyyatda olmasalar da kirayədarın ailə üzvləri kimi orderdə adları vardır. Onların orderdə adları olduğu üçün ərizəçi mənzili özəlləşdirə bilmir. Belə ki, Məmmədova (Səfərova) Aybəniz Həsən qızı-1979-cu ildən, X18 1983-cü ildən, X23 1988-ci ildən ailə qurmuşlar, mübahisəli mənzildən köçmüşlər, həmin vaxtdan bu mənzildə yaşamırlar. Bazar (Səfərova) Aygün Həsən qızı 1997-ci ildən, X19 1996-cı ildən ailə qurmuş, mübahisəli mənzildən köçmüşlər, həmin vaxtdan bu mənzildə yaşamırlar. Onlara məxsus hər hansı əşya mübahisə edilən mənzildə qalmamışdır. Ərizəçinin anası X7 17 aprel 1988-ci ildə, atası X31 07 may 2005-ci ildə vəfat etmişlər. Valideynlərinn vəfatından sonra bacıları ümumiyyətlə qeyd edilən mənzil ilə çox az əlaqə saxlamışlar. Cavabdehlər xarici ölkə vətəndaşlarıdırlar. Əvvəl ailə qurmuş bacısı Aybəniz 40 ildən, sonuncu ailə qurmuş bacısı Nəzakət isə 20 ildən artıqdır ki, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilində yaşamırlar. Cavabdelər 20-40 ildir ki, mübahisəli mənzildə yaşamırlar, onlara aid hər hansı bir əşya mənzildə yoxdur. Mənzil dövlət fondunda olan mənzildir. Özəlləşdirmək istəyir. Cavbdehlərin daimi yaşayış yerləri vardır, onların ərizəçinin yaşadığı və qeydiyyatda olduğu mənzilə ehtiyacları yoxdur. Yaşayış yerləri olmasaydı ərizəçi ilə yaşamaq üçün mənzillə əlaqə saxlayardılar. Mənzilin ərizəçinin adına özəlləşdirilməsi üçün orderdə adları olan hər bir şəxsin razılığı lazımdır. Hazırda onları tapıb razılığını ala bilmir. Ona görə də iddianın təmin olunmasını, Cavabdehlər Məmmədova (Səfərova) Aybəniz Həsən qızı, X18, X23, Bazar (Səfərova) Aygün Həsən qızı, X6 Mingəçevir şəhəri 20 Yanvar küçəsi 166 №li evin 15 №li mənzilindən (keçmiş Komsomol küçəsi) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi (oğlu) X28 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, X2 Afaq Qəzənfər qızı ilə 2006-cı il tarixdə nikaha daxil olmuşdur. AfaqX4 həyat yoldaşı ilə nikahları dövründə inşa etdikləri fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh qonşuluqda yaşayan oğlanla əxlaqa yaraşmayan hərəkətlər etmişdir. 2014-cü ilin avqust ayının 2-də gecə növbəti dəfə əxlaqsız hərəkət edərkən qonşuların iştirakı ilə başqa adamla yataqda tutulmuş və elə həmin gecə uşaqlarını da götürərək evdən qaçmışdır. Rəşid Rəşidovun cavabdeh Afaqla olan nikahları 2017-ci ildə pozulmuşdur. O, sonradan həmin evə köçürülmüş,lakin evin şəraitinin olmadığını nəzərər alaraq orada yaşamamışdır. Qardaşı isə başqa şəxslə nikaha daxil olmuşdur. Cavabdehə fərdi yaşayış evinə görə evin şəraitini nəzərə alaraq bazar qiymətinə uyğun olaraq 5000 manat məbləğində kompensasiya təklif edir. Buna görə də iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X15iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən ona himayəsindəki uşaqları ilə birlikdə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi üçün 5000 manat kompensasiya təklif edilmişdir. Lakin o, uşaqların gələcək şəraitlərinin qurulmasının vacibliyini nəzərə alaraq həmin təklifi qəbul etmir. 20.000 manat məbləğində kompensaiya ödəniləcəyi halda evdən istifadə hüququna xitam verilməsi ilə razılaşa bilər. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 20 iyun 2024-cü il tаrixli, e- 2(025)-467/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək iddiaçı X14 tərəfindən cavabdeh X9 5000 (beş min) manat kompensasiya ödənilməklə cavabdeh X5 yetkinlik yaşına çatmayan uşaqları 15 iyun 2007-ci il təvəllüdlü X32 və 24 may 2011-ci il təvəllüdlü X33 ilə birlikdə Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evindən (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55-10301 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış») istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir.
10. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının təklif etdiyi 5000 manat məbləğində kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə oxşar şəraitdə yaşamaq imkanı verdiyindən iddia tələbi təmin edilməlidir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.4 və 30.5-ci, Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1.1, 139-1.1.3, 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.5, 158.1, 158.1.2, 158.2, 228.1, 228.2 və 228.5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 4.1, 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 217.3, 217.4 və 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh X5 nümayəndəsi və vəkili X13 tərəfindən Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tаrixli, e-2(025)-467/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının oğlu X29 ilə 2006-cı ildə rəsmi qaydada evlənmişlər və həmin mübahisəli evə gəlin köçmüşdür. Nikahlarından olan iki övladları həmin evdə anadan olmuşlar. Uşaqlarının 2-si də hazırda onun (cavabdehin) himayəsindədir. 17 yaşlı oğlu Səməd xəstədir. O biri oğlu Rəşad isə 14 yaşındadır. 2017-ci ildə məhkəmə onların nikahlarını pozsa da, bir müddət sonra yenə uşaqları ilə birgə həmin evə qayıdıb yaşamışlar. Ancaq onlar indi cavabdehi, nə də nəvələrini qəbul edirlər, buna görə də icra məmurları vasitəsilə evə köçürmə qətnaməsi icra olunmuşdur. Onlar isə mübahisəli evdən cavabdehin və balalarının çıxmağını istəyirlər. Qəbələ Rayon Məhkəməsi əsassız qərar ilə onu iki uşağı ilə birlikdə küçəyə atmışdır. Yəni iddiaçı cüzi miqdarda kompensasiya ödəyərək uşaqlarını küçəyə atmaq fikrindədirlər. Məhkəmə tərəfindən cavabehə təyin olunan kompensasiya məbləği ağlabatan deyil. Qadın olaraq təkbaşına 2 azyaşlı övladı ilə harada yaşasın? Məhkəmə onu yeganə yaşayış yerindən məhrum edə bilməz. Əgər onun, yəni cavabdehin evdən tam çıxmağını istəyirlərsə, azı 20.000 (iyirmi min) manat kompensasiya verməlidir. Və ya ona ev almalıdırlar. Vəndam kəndində kiçik evlərin real bazar dəyəri 30.000-35.000 manatdır. İddia ərizəsi tam əsassızdır və həqiqəti əks etdirmir. Məhkəmə qərar verərkən qüvvədə olan qanunvericiliyə istinad etməmişdir. Bununla da səhv qərar qəbul etmişdir. Prosessual norma məhkəmə tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, mülki iş üzrə mübahisəni tam, hərtərəfli araşdırılmaqla həyata keçirilməli olduğu halda, iddiaçı tərəfin irəli sürdüyü kompensasiya məbləğinin həmin ev üçün ağlabatan məbləğ olmaması kimi əsassız fikrə gəlmişdir. Ona görə də qeyd olunanlara əsasən Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tаrixli, e-2(025)-467/2024 saylı qətnaməsini ləğv edilməsini, iddiaçı tərəfindən cavabdehə 20.000 (iyirmi min) manat kompensasiya ödənilərək və ya yeni bir ev alınıb ona verilərək evdən istifadə hüququna xitam verilməsi ilə bağlı qətnamə qəbul edilsin.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh X15 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.
16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
21. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
23. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
30. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
31. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları:
43. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı
44. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin MPM-nin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı
VI. Apellyasiya məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X5 nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tаrixli, e-2(025)-467/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
48. İş materialları müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********55-10301 təşkil edən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la X4 adına Qəbələ rayonu Vəndam qəsəbəsində ümumi sahəsi 121.0 kv.m təşkil edən fərdi yaşayış evi və 0.3270 ha yaşayış məntəqələri torpaqlarına aid torpaq sahəsi qeydə alınmışdır. İddiaçının oğlu Rəşid Rəşidov cavabdeh X15 ilə 2006-cı il tarixdə nikaha daxil olmuş və iddiaçının mərhum əri ilə birlikdə tikmiş olduğu fərdi yaşayış evinə gəlin gəlmişdir. Mülkiyyət hüququ ilə ona məxsus fərdi yaşayış evi 3 (üç) otaq olmaqla hündür kürsülüdür və 1-ci mərtəbə yaşayış üçün nəzərdə tutulmamışdır. Cavabdehin Rəşid Rəşidov ilə olan nikahından 2 (iki) uşağı vardır. Rəşid Rəşidovun cavabdeh Afaqla olan nikahı 2017-ci ilin aprelində pozulmuşdur. O, iki uşağa görə aliment ödəyir. Rəşid Rəşidov 2016-cı ilin iyun ayında təkrar nikaha girərək ailə qurmuş və bu evlilikdən 2017-ci ilin aprelində uşaqları dünyaya gəlmişdir.Cavabdeh yaşayış hüququ əldə etdiyi üçün iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə köçürülmüş, lakin evin şəraitsizliyinə görə gəmin evdə yaşamamışdır.
49. Eyni zamanda müəyyən edilmişdir ki, “X8” MMC-nin 15 may 2024-cü il tarixli,024/017 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi” ilə qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqının 120 (yüz iyirmi) manat təşkil etdiyi müəyyən olunmuşdur. Eləcə də “X8” MMC-nin 09 iyun 2024-cü il tarixli,24-09910 nömrəli “Orta aylıq kirayə haqqının müəyyən edilməsinə dair qiymətləndirmə rəyi”ndən görünür ki, qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqı 120 (yüz iyirmi) manat, real bazar dəyəri isə 35.000 (otuz beş min) manat təşkil edir.
50. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək 5000 manat kompensasiya müqabilində cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Qətnamədən narazı qalan cavabdeh X5 nümayəndəsi və vəkili X13 apellyasiya şikayəti vermişdir.
51. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
52. Tərəflər arasında mübahisələndirilən fərdi yaşayış evinə cavabdehin hüquq münasibətləri, onun iddiaçının oğlu Rəşid Rəşidovla 2006-cı il tarixdə nikaha daxil olması və iddiaçının mərhum əri ilə birlikdə tikmiş olduğu fərdi yaşayış evinə gəlin köçməsi ilə yaranmışdır.
53. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq ona təklif olunan 5000 manat kompensasiya ödənilməsi ilə azyaşlı uşaqlarıyla birlikdə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı cavabdehin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi üçün evin bazar qiymətlərinə uyğun 5000 manat kompensasiya ödənməsinə razıdır. O, iddia tələbinin əsası olaraq “X8” MMC-nin qiymətləndirmənin predmeti olan 1969-cu ildə inşa edilmiş, hündür kürsülü 3 otaq və 1 mətbəxdən ibarət aşağı təmirli fərdi yaşayış evinin uzun müddətli yaşayış üçün orta aylıq kirayə haqqı 120 manat təşkil etməsinə dair rəyini sübut olaraq məhkəməyə təqdim etmişdir.
54. Mülki qanunvericiliyin tələbləri baxımından yaşayış binasının tərkib hissəsindən istifadə hüququna tərəflərin razılaşması, bu olmadıqda isə həmin hüquqa müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Hazırda iddiaçı ilə cavabdehin arasında kompensasiya ödənilməsi ilə əlaqədar fikir ayrılığı vardır.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir.
56. Apellyasiya şikayətinin başlıca dəlili kompensasiya məbləğinin az olması ilə bağlıdır.
57. Apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında cavabdeh minimum 20.000 manat kompensasiya qarşılığında və ya yeni bir ev alınıb ona veriləcəyi təqdirdə onun və iki azyaşlı uşağının istifadə hüququna xitam verilməsini bildirmişdir.
58. İddiaçı isə bütün imkanlarını hesablamaqla 5000 manat məbləği təklif etdiyini bəyan etmişdir.
59. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməməsini, həmçinin dövlətin yaşayış binalarının və evlərin tikintisinə rəvac verməsini, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görülməsini təsbit etmişdir.
60. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı kompensasiya ödənilməklə fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməsini haqlı saymaqla, təklif olunan kompensasiya məbləğini (5000 manatı) yetərli saymışdır.
61. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-cı il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
62. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçinin və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
63. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tаrixli Qərаrındа göstərilmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz, habelə kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.
64. X11 Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
65. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir.
66. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
67. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlmişdir ki: - Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir; - Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir; - Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
68. Konstitusiya Məhkəməsinin istinad edilən qərarlarındakı hüquqi mövqelərdən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.
69. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımından yaşayış sahəsinin mülkiyyətçisinin həmin yaşayış sahəsinin istifadəçisinə istifadə hüququnun xitamı üçün təklif etdiyi kompensasiyanın məbləği ilə mübahisə predmeti olan yaşayış sahəsinin şəraiti və dəyəri (bazar qiyməti) arasında mütənasiblik olmalıdır.
70. Məhkəmə kollegiyasının iclasında cavabdeh X15 iddiaçı tərəfindən cavabdehə 5000 manat kompensasiya məbləğinin verilməsi ilə razılaşmayaraq, həmin məbləğin himayəsində olan 2 uşağını yaşayış sahəsi ilə təmin etməyə, onlar üçün mənzil almağa yetərli olmadığını bildirmiş və hazırkı iş üzrə 20.000 manat kompensasiyanın verilməsini istəmişdir.
71. Lakin qeyd edildiyi kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Eləcə də, mülkiyyətçi onun mənzilindən istifadə hüququ olan şəxslərin başqa mənzil almasına kifayət edəcək məbləğdə kompensasiya verməyə borclu deyildir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Hazırda iddiaçının təklif etdiyi kompensasiya məbləği cavabdehin Qəbələ rayonunun Vəndam kəndində 3 ildən az olmayan müddətdə kirayə mənzildə yaşamasını təmin edə bilər. Yaxud, cavabdeh ona təklif edilən 5000 manat kompensasiya məbləğindən başqa yaşayış sahəsi almaqdan ötrü ilkin ödəniş üçün istifadə edə bilər. Lakin cavabdehin mübahisəli mənzildə onun iddiaçı ilə bərabər payının olması, yaxud iddiaçının ona başqa mənzil ala biləcəyi məbləğdə kompensasiya verməli olması barədə təsəvvürləri və tələbləri yanlış və əsassızdır.
72. Kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi hаqqındа mübаhisəyə bаxılаrkən, məhkəmə tərəfindən kоmpensаsiyаnın məbləği işin konkret xüsusiyyətləri, bаxılаn mübаhisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqlа müəyyən оlunmаlıdır. Bu meyаrlаr kimi məhkəmə kollegiyası hesаb edir ki, mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququnа mаlik şəxslərin sayı, cаvаbdehin mülkiyyətçi ilə münasibətləri, hаbelə qohumluq münasibəti, cаvаbdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya uşаqları ilə birlikdə çıxması, cаvаbdehin istifadə hüququnun yaranma müddəti, cаvаbdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cаvаbdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cаvаbdehin yaşаdığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. çıxış edə bilər.
73. Məhkəmə kollegiyası iddiaçının (mülkiyyətçinin) maddi və əmlak vəziyyətini, ona məxsus və yaşadığı mənzilin şəraitini və dəyərini (real bazar qiymətini), eyni yaşayış məntəqəsində eyni şəraitli mənzillərin aylıq kirayə haqqının mümkün hədlərini, habelə iddiaçının mübahisəli mənzil üzərində mülkiyyətçi kimi daha üstün hüquqları ilə cavabdehin həmin mənzildən istifadə ilə bağlı qanuni mənafeləri arasında ədalətli tarazlıq meyarlarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən cavabdehə təklif edilən 5000 (beş min) manat kompensasiyanın məbləği qənaətbəxşdir və hazırkı işin müəyyən olunmuş hallarına uyğundur. Məhkəmə kollegiyası cavabdehə mübahisəli mənzildən istifadə hüquqlarının xitamı üçün 5000 manat məbləğində kompensasiya verilməsini yetərli sayır.
74. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
75. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
76. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
77. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
78. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
79. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
80. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tаrixli, e-2(025)-467/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh X5 nümayəndəsi və vəkili X13 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tаrixli, e-2(025)-467/2024 saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh X15 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov