Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1083/2020 29.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-42/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və Qax rayonu Güllük kəndində yerləşən 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 178.9 kv.m olan fərdi yaşayış evinin qanuni mülkiyyətçisi İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasına xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 1xx xxxxxx 2020-ci il tarixli 2(024)- 42/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı Cavabdeh qarşı “İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və Qax rayonu Güllük kəndində yerləşən 0.25 ha torpaq sahəsi və ümumi sahəsi 178.9 kv.m olan fərdi yaşayış evinin qanuni mülkiyyətçisi İddiaçı qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-42/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-42/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmsinə baxmayaraq məhkəmə kollegiyasının hazırki iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-42/2020 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.7-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Göstərilən maddələrin tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsini icraata qəbul etmiş və işə mahiyyəti üzrə baxaraq yekun məhkəmə qətnaməsi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, cavabdehQəniyev X1 rayonu Privolnoye kəndi qeydiyyatda olmaqla həmin kəndə yaşayır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, hazırki işə Qax Rayon Məhkəməsində baxılması düzgün olmamışdır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarında mülki işlərə baxılmasının ərazi aidiyyəti müəyyən edilsə də, birinci instansiya məhkəməsi bu hala diqqət yetirməmiş, cavabdehin Cəlilabad rayon qeydiyyatındadır, iddia tələbinin Azərbaycan Respublikası MPM-nin 39-cu maddəsinin təsiri altına düşməsinə baxmayaraq, iddia ərizəsini icraata götürmüş, nəticədə aidiyyət qaydalarının pozulması ilə qətnamə çıxarmışdır ki, bu da iş üzrə tərəflərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə, iddia ərizəsi ərazi aidiyyəti üzrə verilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi əvvəlcədən aidiyyət qaydalarının pozulması ilə işi icraata qəbul etmiş, sonradan da işi başqa məhkəmədə baxılmağa verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Ancaq birinci instansiya məhkəməsi səhvə yol verərək iddia ərizəsini icraata qəbul edərək mahiyyəti üzrə baxmişdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ərazi aidiyyətlə bağlı tələbləri pozulduğundan, apelyasiya şikayəti qismən təmin edilməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-42/2020 nömrəli qətnaməsi ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.2, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(024)-42/2020 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1083/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1083/2020
29.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver