Məhkəmə qərarları › İş №2(107)-1084/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1084/2025

18.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1084/2025 18.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin ləğv edilməsi barədə ərizənin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və X10 ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəmənin 26 avqust 2025-ci il tarixli, 2(033)-636/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları 1.ünvan 1 ünvanda yerləşən 0.0226 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi X13 məxsus olmuşdur. O, reyestrdə 2V1088 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamə ilə həmin əmlakını xx.xx.2014-cü il təvəllüdlü X19 vəsiyyət etmişdir. xx.xx.2023-cü il tarixli **********5779 saylı ərizə ilə isə reyestrdə 2V-1088 nömrə ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir. Ərizə Reyestrdə 8İ15779 nömrə ilə qeydə alınmışdır. İddiaçı qeyd edilmiş vəsiyyətnamənin ləğv edilməsi barədə ərizənin etibarsız hesab edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin ləğv edilməsi barədə ərizənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək X20 tərəfindən verilən xx.xx.2023-cü il tarixli 8İ-15779 saylı “xx.xx.2021-ci il tarixli 2V-1088 saylı vəsiyyətnamənin ləğv edilməsi” barədə ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X21 iddiaçının atasıdır. O, iddiaçının anası X7 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1971-ci il tarixdə X14 və xx.xx.1972-ci il tarixdə İddiaçı doğulmuşdur. X21 ilə X4 aralarında olan nikah pozulmuş və xx.xx.1988-ci il tarixdə Aslan X3 ilə nikaha daxil olmuşlar. Birgə nikahdan onların övladları olmamışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 saylı qərarı ilə iddiaçının atası A.Hüseynovun və onun arvadı X.Rəcəbovanın ümumi birgə mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0.0226 hatorpaq sahəsi verilmişdir. X21 xx.xx.2015-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 1 ünvanda yerləşən 0.0226 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhumun vəfatından sonra övladları onun dəfnində iştirak etmiş, iddiaçı mütəmadi olaraq evə baş çəkmiş, təmir-bərpa işləri ilə məşğul olmaqla mirası faktiki olaraq qəbul etmişdir. Aralarındakı münasibətlər yaxşı olduğu üçün heç vaxt əmlakla bağlı mübahisələri olmamış, doğma-ögeylik münasibətləri hiss olunmamışdır. X31 mərhum əri Aslan Hüseynovun evi nəvəsi yəni iddiaçının oğlu X19 verəcəyini bildirmiş və nə vaxt lazım olsa sənədləşmə üçün getməyi təklif etmişdir. Mental dəyərləri nəzərə alan iddiaçı heç vaxt mal-mülk hərisi olmadığı üçün belə məsələlərə ciddi əhəmiyyət verməmişdir. Xanım Rəcəbova 2024-cü ilin may ayında vəfat etmiş və onun dəfn xərclərinə yardım etmiş, Rusiya Federasiyasından qayıtdıqdan sonra həmin evdə yaşamışdır. Atasından qalan mirası qəbul etmək üçün notariat ofisinə müraciət etdikdə bildirilmişdir ki, sözügedən əmlakla bağlı vərtəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ondan sonra iddiaçı vəkil sorğusu əsasında vərəsəlik işinin təsdiq olunan surətini əldə etmişdir. Həmin sənədlərə baxanda məlum olmuşdur ki, X20 iddiaçıdan və digər vərəsədən xəbərsiz vərəsələrin sayını gizlədərək Zaqatalata Rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2017-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Lakin iş materiallarında olan xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X20 2 nəfər hal şahidlərinin iştirakı ilə ona məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini nəvəsi, yəni iddiaçının oğlu X19 vəsiyyyət etmiş, vəsiyyətnamə Zaqatalata Rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova tərəfindən təsdiq edilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023cü il tarixli ərizədən də görünür ki, X11 həmin vəsiyyətnaməni ləğv etmək barədə ərizəsi notariat qaydasında təsdiq edilmişdir. Sözügedən ərizəyə nəzər yetirəndə bəzi ziddiyyətli məqamlar olduğu müyyən olunur. Belə ki, ərizənin mətni kiçik şriftlərlə latın qrafikası ilə yazılmış, X.Rəcəbovanın notariat ofisində deyil hansısa nəqliyyat vasitəsində əyləşdiyi, ərizəçinin mobil telefon nömrəsi yazılan qrafasında (050)000-00-00 qeyd olunması, ümumiyyətlə ərizənin hansı şəraitdə yazılması çap edilib şəxsə imzalatdırılması prosesi ciddi mübahisə predmetidir. Hazırkı iş üzrə iddiaçı Rəhim Hüseynov mübahisəli əmlakın vəsiyyət edildiyi şəxs X17 atasıdır. X6 tərəfindən naməlum səbəblərdən və şəraitdə verilən ərizənin ləğv edilməsini tələb etməyə subyektiv hüququ yaranır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 15-ci bəndinə görə Notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs (sosial xidmət müəssisəsində yerləşdirilən şəxslər istisna olmaqla) tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyar qaydada) da aparıla bilər. Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində həm notariat ofisində, həm də ofisdən kənar aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə hər bir notariusun özü tərəfindən müəyyən edilən haqqın məbləğini müəyyən edən meyarlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Ofisdən kənar notariat hərəkətlərinin aparılması zamanı ödənişlər POS-terminallar, ödəniş sistemləri, yaxud yaxınlıqda olan banklar vasitəsilə, habelə notariuslar tərəfindən qəbz verilməklə nağd şəkildə qəbul edilir. Notariat hərəkətləri notariat ofisinin binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxt və ünvan qeyd olunur. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan, dövlət rüsumu və haqlar ödənildikdən sonra “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə videoyazı vasitəsilə aparıla bilər. İş materiallarından göründüyü kimi ərizə heç də təlimatın 15-ci bəndinin tələbləri gözlənilmədən icra olunmuşdur. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, qeyd olunan vəsiyyətnamənin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə etibarsızdır.

4. İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mərhum Aslan Hüseyinovun birinci nikahı Dilbər Hüseynova olmuşdur və bu nikahdan onların iki övladı Rəhim Hüseynov və Sevinc Hüseynova doğulmuşdur. İddiaçı Rusiya Federasiyasında, Sevinc Hüseynova isə Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 15-ci bəndinə görə Notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilətəmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda da aparıla bilər. 22 noyabr 2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X20 2 nəfər hal şahidlərinin iştirakı ilə ona məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini nəvəsi, yəni iddiaçının oğlu X19 vəsiyyyət etmiş, vəsiyyətnamə Zaqatalata Rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova tərəfindən təsdiq edilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X11 həmin vəsiyyətnaməni ləğv etmək barədə ərizəsi notariat qaydasında təsdiq edilmişdir. Xanım Rəcəbovanın vəsiyyətnamənin ləğv edilməsi barədə ərizəsindən görünür ki, o ərizəni avtomobilin içərisində imzalamışdır. Ərizə kiçik şriftlərlə və latın qrafikası ilə yazılmışdır. Bundan başqa ərizədə “izah olundu razıyam” sözləri qeyd olunsa da Xanım Rəcəbovaya nə izah olunması bəlli deyildir. X27 notariat ofisinin yaxınlığına gələcək qədər səhhəti yerində olmuş idisə nə üçün binaya daxil olmamış və notariat hərəkərləri avtomobildə aparılmışdır. Notariat ofisinə daxil omaq üçün bir neçə pilləkən vardır və cavabdeh də binanın birinci mərtəbəsində fəaliyyət göstərir. Cavabdeh özü məhkəmə iclasında bunu təsdiq etmişdir. Xanım Rəcəbova ilə İddiaçı arasında heç bir mübahisə və narazıçılıq olmamışdır. Onun iddiaçının övladına vəsiyyətnamə qoyduqdan iki il sonra qəfildən həmin vəsiyyətnamənin ləğv etmək istəməsi şübhə doğurur. Həmin vaxtdan bir neçə ay keçdikdən sonrada Xanım Rəcəbova vəfat edir. Xanım Rəcəbovanın notariat ofisinə notariat hərəkərlərinin səyyar qaydada aparlması barədə müraciəti olmamışdır. Onun vəsiyyətnamənin ləğv edilməsi barədə ərizəsində mobil nömrəsi sıfırlarla qeyd olunmuşdur. Əgər həmin qrafaya nöqtə qoyulsa idi sistem həmin ərizəni qəbul etməyəcəkdi. Cavabdeh tərəfindən ərizənin məzmunu Xanım Rəcəbovaya izah edilməsi barədə videogörüntü və ya hər hansı bir sübut yoxdur. Xanım Rəcəbovanın qohumlarınının verdiyi məlumata görə sonuncu fikrini bildirməkdə və qavramaqda çətinlik çəkirdi. Cavabdeh özü də məhkəmə iclasında verdiyi izahatında etiraf etmişdir ki, binaya daxil olmaq çətin deyildir. Xanım Rəcəbova ərizənin məzmunu oxumamışdır. Ona ərizə izah olunmuş və o ərizədə “izah olundu” sözlərini qeyd etmişdir. Lakin ona nə izah olunması bilinmir. Sistemdə aparılan əməliyyatlardan da görünür ki, vəsiyyətnamənin ləğv edilməsi barədə ərizə 31 oktyabr 2023-cü ildə sistemə daxil olmuş, 01 noyabr 2023-cü il tarixdə isə qeydiyyata alınaraq təsdiq edilmişdir. Buradan göründüyü kimi cavabdeh qanunsuz olaraq vəsiyyətnamənin ləğv edilməsi barədə ərizə almış və təsdiq etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. 11 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, X20 22 noyabr 2021-ci il tarixdə ünvan 1 ünvanda yerləşən torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini nəvəsi, yəni iddiaçının oğlu X19 vəsiyyyət etmiş və həmin tarixdə vəsiyyətnamə tərəfindən təsdiq edilmişdir.Vəsiyyətnamə ilə bağlı bütün işlərdə şəxsən özü iştirak edir. X20 01 noyabr 2023-cü il tarixdə notariat ofisinə vəsiyyətnamənin ləğv edilməsi barədə ərizə ilə müraciət etmişdir. O, notariat ofisinə avtomobillə yaxınlaşmış və sonuncu yaşlı qadın olduğu üçün o, sonuncunu avtomobildən düşürtməmişdir. O, Xanım Rəcəbovaya ərizənin məzmununu izah etmiş və sonuncu ilə söhbət edərkən onun tam şüurlu və dərk etmək qabiliyyətində olduğunu görmüşdür. Xidmətlə bağlı Xanım Rəcəbovadan rüsum almamışdır. Əgər əməliyyat başqa bir məkanda aparılmış olsa idi o təlimata uyğun hərəkət edərdi və ərizəçiyə rüsum ödətdirərdi. O, humanistlik edərək Xanım Rəcəbovaya rüsum ödətdirməmiş və ona köməklik göstərmişdir. Xanım Rəcəbovanın fotoşəkli avtomobildə çəkilmiş və daha sonra kompyuterə daxil edilmişdir. Ərizədə telefon nömrəsinin qeyd olunacaq qrafaya sıfırlar ona görə qoyulmuşdur ki, ərizəçinin əlaqə nömrəsi olmamışdır. O, ehtiyac duymamışdır ki, ərizə Xanım Rəcəbovaya oxunarkən videoçəkiliş aparılsın. Xanım Rəcəbovanın yaşı çox olduğundan o ərizədə “izah olundu razıyam” sözlərinin hərflərini latın və kiril hərfləri ilə yazmışdır. 01 noyabr 2023-cü il tarixdə Xanım Rəcəbovanı ofisə gətirən şəxs 31 oktyabr 2023-cü il tarixdə ona yaxınlaşaraq sonuncunun narahat adam olduğunu bildirmiş və onun şəxsiyyət vəsiqəsini təqdim edərək ərizəçinin vəsiyyətnamənin ləğv edilməsi barədə ərizə vermək istədiyini bildimişdir. O, həmin şəxsə Xanım Rəcəbovanın şəxsən özünün iştirak etməli olduğunu və onu dinləmək istədiyini bildirmişdir. Buna görə ərizənin lahiyəsi 31 oktyabr 2023-cü il tarixdə tərtib edilib sistemə daxil edilmiş, sonrakı günü isə, yəni 01 noyabr 2023-cü il tarixdə Xanım Rəcəbovanı dinləmiş və ərizə tam hazırlanıb qeydiyyata alınaraq tərəfindən təsdiq edilmişdir. Tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. İddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X5 20 iyun 2025-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, X20 22 noyabr 2021-ci ildə özünə məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsini X19 vəsiyyət etmişdir. 31 oktyabr 2023-cü ildə Rəcəbova Xanım notariat ofisinə müraciət edib yazmış olduğu vəsiyyətnaməni ləğv etmək istədiyini bildirmişdir.Onu da qeyd etmişdir ki, vəsiyyətnaməni o Hüseynov Aslana verməmiş, özündədir. Ondan həmin vəsiyyətnaməni onlara təqdim etməyi xahiş etmişdir. Onlar da bildirmişlər ki, vəsiyyətnamənin surətini gətirməmişlər, əsli isə evdədir. Həmin gün onlar əməliyyatı başa vurmadan qayıtmış, lakin ərizənin layihəsi sistemdə qalmışdır. Səhəri gün vətəndaş vəsiyyətnamənin özündə olan nüsxəsini gətirərək yenə onlara müraciət etmişdir. Rəcəbova Xanımı gətirən şəxs xahiş etmişdir ki, qadın çox yaşlıdır, onu maşından düşürməsinlər və onu maşında dindirsinlər. O qadının 84 yaşında olduğunu və vətəndaş məmnunluğunu nəzərə alaraq onu maşında sorğulamışdır. Rəcəbova Xanım tam fəaliyyət qabiliyyətli idi və onun bütün sorğularına aydın cavab verirdi. Rəcəbova Xanım çox yaşlı olsa da, ayaqlarında yaxud başqa fiziki qüsuru olsa da fikrini təmiz ifadə edirdi. Onun maşından düşə bilmədiyi üçün ofisin pilləkənlərinin yanında ona ofisdən kənar əməliyyat aparmağa lüzum görməmişdir. Bundan başqa, sistemə daxil olan əməliyyatların səhəri yaxud bir neçə gün sonra təsdiq olunması notariusda adi haldır. Çünki vətəndaş onlara əvvəlki gündən müraciət edir, onlar notariat əməliyyatlarının layihəsini hazırlayırlar, iş tam hazır olanda tərəflər yaxud tərəf gəlir. Ona izah olunur, şəkil çəkilir və əməlliyat tam başa çatır. Əvvəlki gün hazırlanan layihəni bu gün dünənki tarixlə çap etmək mümkün deyil. Onun üçün tarix dəyişilməli, yəni bu günki tarix yazılmalı və şəkil yenidən çəkilməlidir. Rəcəbova Xanımın yazmış olduğu ərzə özünün iştirakı ilə yazılmış, onun fəaliyyət qabiliyyəti yoxlanılmış və heç bir qanunsuzluğa yol verilməmişdir. Nəzərə alınmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, X11 fotoşəkili xx.xx.2023-cü il saat 11:15:55-də sisteminə daxil edilmiş, bundan sonra ərizə xx.xx.2023-cü il saat 11:19:07-də X25 tərəfindən tərtib edilmiş, X5 tərəfindən təsdiq edilmişdir. Vaxt aralarındakı qısa müddət və ardıcıllıq onun eyni məkanda və notariat ofisindən kənarda aparılmadığını təsdiq edir. Belə olan halda X11 notariat ofisinin qarşısında avtomobildə sorğulanması, fəaliyyət qabiliyyətinin yoxlanılması iddia tələbinin təmin edilməsinə əsas ola bilməz.

8. Məhkəmə X11 vəsiyyətnaməni verdikdən sonra fikrinin dəyişməsinə səbəb ola biləcək halın baş verməsini istisna edən halın olmaması, ərizəni verdiyi zaman isə öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi hallarının təsdiq edilmədiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli ərizənin X11 iradəsini ifadə etdiyi nəticəsinə gəlmişdir.

9. Məhkəmə onu da qeyd etməyi zəruri saymışdır ki, xx.xx.2023-cü il tarixli ərizənin X11 iradəsini ifadə etdiyindən onun rəsmiləşdirilməsi zamanı, qanunun hər hansı tələbinə formal olaraq riayət olunmaması (X13 güzəşt edilərək onun notariat ofisinin qarşısında avtomobildə sorğulanması və fəaliyyət qabiliyyətnin yoxlanılması, sistemə 31 oktyabr 2023-cü il tarixdə daxil olmuş ərizənin, 01 noyabr 2023-cü il tarixdə təsdiq edilməsi və s.) onun iradəsini ifadə edən ərizənin etibarsız sayılmasına əsas ola bilməz.

10. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli 8İ-15779 saylı ərizəni mübahisələndirmək hüququ X19 aid olmaqla, onun adından mübahisələndirilməli, qanuni nümayəndəsi İddiaçı isə məhkəmədə onun hüquq, azadlıq və qanunla qorunan mənafelərinin qorumalı olsa da, ərizə onun üçün hər hansı hüquqi nəticələrə səbəb olmayan İddiaçı, subyektiv hüququ olmayan şəxsin adından mübahisələndirilmişdir. Notariat hərəkətləri videoyazı vasitəsilə həyata keçirilmədiyindən isə cavabdeh tərəfindən ərizənin məzmununun Xanım Rəcəbovaya izah edilməsinin videoyazının aparılması qanunla nəzərdə tutulmamışdır.

11. Məhkəmə onu da qeyd etmişdir ki, X20 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizənin etibarsız sayılmasına dair hazırkı tələb cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı ona cavab verməli olmayan şəxsə qarşı verilmişdir.

12. Məhkəmə iş üzrə belə nəticəyə gəlmişdir ki, X11 iradəsini ifadə edən xx.xx.2023cü il tarixli 8İ-15779 saylı ərizənin Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtlərə riayət edilmədən verilməsi halı təsdiq edilmədiyindən, eləcə də hazırkı iddia tələbi cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı iddiaya cavab verməli olmayan şəxsə qarşı, ərizəni mübahisələndirmək üçün subyektiv hüquqa malik olmayan iddiaçı tərəfindən və mübahisə açmaq üçün müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, iddia tələbi təmin edilə bilməz. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmalıdır.

13. Zaqatala Rayon Məhkəmənin 26 avqust 2025-ci il tarixli, 2(033)-636/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) İddiaçı cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinə qarşı X20 tərəfindən verilən xx.xx.2023-cü il tarixli 8İ15779 saylı “xx.xx.2021-ci il tarixli 2V-1088 saylı vəsiyyətnamənin ləğv edilməsi” barədə ərizəsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmiş, iddiaçının nümayəndəsi Nümayəndə dövlət rüsumu olaraq ödədiyi 100 (bir yüz) manatın onun özünə aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: JN-1940A KOD 40201004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə; Moskva şəhəri Vernad rayon VVAQ Şöbəsi tərəfindən 31 dekabr 2014-cü il tarixdə verilmiş Vİİ-MÖ 507925 nömrəli doğum haqqında şəhadətnamə; Moskva şəhəri Xamovni VVAQ Şöbəsi tərəfindən verilmiş 20 avqust 2015-ci il tarixli Vİ-MYU 793999 saylı ölüm haqqında şəhadətnamə; Zaqatala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 16 yanvar 2017-ci il tarixli arayış; 16 yanvar 2017-ci il tarixdə Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoruna verilmiş ərizə; Reyestrdə 2V-31 nömrə ilə qeyd edilmiş 19 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; Reyestrdə 2V-1088 nömrə ilə qeyd edilmiş 22 noyabr 2021-ci il tarixli vəsiyyətnamə; Reyestrdə 8İ-15779 nömrə ilə qeyd edilmiş X20 tərəfindən verilmiş 01 noyabr 2023cü il tarixli **********5779 saylı ərizə; 11 iyun 2025-ci il tarixli “Elektron notariat” X1 Çıxarış; 10 mart 2025-ci il tarixli qəbz.

15. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, X21 iddiaçının atasıdır. O, iddiaçının anası X7 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1971-ci il tarixdə X14 və xx.xx.1972-ci il tarixdə İddiaçı dünyaya gəlmişdir. X21 ilə X4 aralarında olan nikah pozulmuş və xx.xx.1988-ci il tarixdə Aslan X3 ilə nikaha daxil olmuşlar. Birgə nikahdan onların övladları olmamışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 117 saylı qərarı ilə iddiaçının atası A.Hüseynovun və onun arvadı X.Rəcəbovanın ümumi birgə mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün 0.0226 ha torpaq sahəsi verilmişdir. X21 xx.xx.2015-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ünvan 1 ünvanda yerləşən 0.0226 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Mərhumun vəfatından sonra övladları onun dəfnində iştirak etmiş, iddiaçı mütəmadi olaraq evə baş çəkmiş, təmir-bərpa işləri ilə məşğul olmaqla mirası faktiki olaraq qəbul etmişdir. Aralarındakı münasibətlər yaxşı olduğu üçün heç vaxt əmlakla bağlı mübahisələri olmamış, doğma-ögeylik münasibətləri hiss olunmamışdır. X.Rəcəbova mərhum əri Aslan Hüseynovun ev nəvəsi yəni iddiaçının oğlu X19 verəcəyini bildirmiş və nə vaxt lazım olsa sənədləşmə üçün getməyi təklif etmişdir. Mental dəyərləri nəzərə alan iddiaçı heç vaxt mal-mülk hərisi olmadığı üçün belə məsələlərə ciddi əhəmiyyət verməmişdir. X.Rəcəbova 2024-cü ilin may ayında vəfat etmiş və onun dəfn xərclərinə yardım etmiş, Rusiya Federasiyasından qayıtdıqdan sonra atasından qalan mirası qəbul etmək üçün notariat ofisinə müraciət etdikdə ona bildirilmişdir ki, sözügedən əmlakla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ondan sonra iddiaçı vəkil sorğusu əsasında vərəsəlik işinin təsdiq olunan surətini əldə etmişdir. Həmin sənədlərə baxanda məlum olmuşdur ki, X20 iddiaçıdan və digər vərəsədən xəbərsiz vərəsələrin sayını gizlədərək Zaqatalata Rayonu 2 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2017-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir” Lakin iş materiallarında olan xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, X20 2 nəfər hal şahidlərinin iştirakı ilə ona məxsus ünvan 1 ünvanda yerləşən torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini nəvəsi yəni iddiaçının oğlu X19 vəsiyyyət etmiş, vəsiyyətnamə Zaqatalata Rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu Gözəl İsgəndərova tərəfindən təsdiq edilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2023cü il tarixli ərizədən də görünür ki, X11 həmin vəsiyyətnaməni ləğv etmək barədə ərizəsi notariat qaydasında təsdiq edilmişdir. Sözügedən ərizəyə nəzər yetirəndə bəzi ziddiyyətli məqamlar diqqətlərini cəlb edir. Belə ki, ərizənin mətni kiçik şriftlərlə latın qrafikası ilə yazılmış, X.Rəcəbovanın notariat ofisində deyil hansısa nəqliyyat vasitəsində əyləşdiyi, ərizəçinin mobil telefon nömrəsi yazılan qrafasında (050)000-00-00 qeyd olunması, ümumiyyətlə ərizənin hansı şəraitdə yazılması çap edilib şəxsə imzalatdırılması prosesi ciddi mübahisə predmetidir. Qanunun qeyd edilən normalarının birgə təhlilindən görünür ki, müqavilə (əqd) bağlanması üçün mülki hüquq subyektlərinin iradə sərbəstliyi, yəni tərəflərin razılaşdırılmış iradə ifadəsi zəruri olmalı, yazılı müqavilə onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Qeyd edilən şərtlərə riayət olunmadan bağlanmış müqavilə etibarsız hesab edilir. Məhkəmə iclasında cavabdeh Gözəl İsgəndərova ona verilən suallara qeyri səmimi və qeyri dəqiq cavabları ilə də diqqəti çəkmişdir. Belə ki, o, vətəndaşın onun ofisinə özünün gəldiyini, lakin düşə bilmədiyini, bu səbəblə də onun özünün çölə çıxıb ona maşında xidmət göstərdiyini, ofisə onun xidməti otağına gəlinməsində hər hansı çətinliyin olmadığını, bu halda videoçəkilişdən istifadə etməsinə zərurət görmədiyini bildirmişdir. Halbuki özünün məhkəməyə təqdim etdiyi elektron notariat informasiya sistemində sözügedən əməliyyatla bağlı bir gün öncədən müraciət olunmasının, nə üçün əməliyyatın növbəti gün aparılmasının izahını verə bilməmişdir.

17. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-cil tarixli e-2(033)- 636/2025 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçı nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə kollegiyasının iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Konstitusiyası: 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər.

22. Qərarlar: Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı;

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarı.

23. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. İddiaçı Zaqatala Rayon Məhkəmənin 26 avqust 2025-ci il tarixli, 2(033)-636/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Apellyasiya şikayətinin dəlilləri hazırki qətnamənin 16-cı bəndində öz əksini tapmışdır. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, ərizənin mətni kiçik şriftlərlə latın qrafikası ilə yazılmış, X.Rəcəbovanın notariat ofisində deyil hansısa nəqliyyat vasitəsində əyləşdiyi, ərizəçinin mobil telefon nömrəsi yazılan qrafasında (050)000-00-00 qeyd olunması, ümumiyyətlə ərizənin hansı şəraitdə yazılması çap edilib şəxsə imzalatdırılması prosesi ciddi mübahisə predmetidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və buna görə də apellyasiya şikayəti təmin edilməməlidir.

29. İşin halları bundan ibarət olmuşdur ki, iddiaçının atası X21 iddiaçının anası X7 ilə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.1971-ci il tarixdə X14 və xx.xx.1972-ci il tarixdə İddiaçı doğulmuşdur. X21 ilə X4 aralarında olan nikah pozulmuş və xx.xx.1988-ci il tarixdə Aslan X3 ilə nikaha daxil olmuşlar. Birgə nikahdan onların övladları olmamışdır. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 saylı qərarı ilə Zaqatala şəhərində X20 və X12 mülkiyyətinə 0,02 ha torpaq sahəsi verilmişdir. X21 19 avqust 2015-ci ildə ölmüşdür. X20 16 yanvar 2017-ci il tarixdə Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontoruna ərizə verərək X8 miras qalmış Zaqatala şəhər ərazisində yerləşən torpaq sahəsinə görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Reyestrdə 2V-31 nömrə ilə qeyd edilmiş 19 yanvar 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 avqust 2015-ci ildə vəfat edən X12 vərəsəsi arvadı X15r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak Zaqatala rayon Aqrar İslahat Komissiyasının 19 oktyabr 2005-ci il tarixli 117 nömrəli qərarı ilə 01 iyul 2006-cı il tarixdə X16 verilmiş seriya nömrəsi JN1940A KOD40201004 olan şəhadətnaməyə əsasən Zaqatala şəhəri Qarabağ küçəsi ünvanında yerləşən ümumi sahəsi 0,02 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. Reyestrdə 2V-1088 nömrə ilə qeyd edilmiş 22 noyabr 2021-ci il tarixli vəsiyyətnamə ilə X20 ölən günədək ona məxsus olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini Rusiya vətəndaşı olan nəvəsi X19 vəsiyyət etmişdir. Reyestrdə 8İ-15779 nömrə ilə qeyd edilmiş X20 tərəfindən verilmiş 01 noyabr 2023cü il tarixli **********5779 saylı ərizə ilə o, 22 noyabr 2021-ci il tarixdə Zaqatala rayonu 2 saylı Notariat Ofisində 2V-1088 reyestr nömrə ilə qeyd edilmiş X19 qoyulmuş vəsiyyətnamənin ləğv edilməsini xahiş etmişdir.

30. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, telefon nömrəsinin yazılması, yalnız sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildirişdə göstərilməli olduğundan, ərizəçi Xanım Rəcəbova isə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxs olmadığından və notariat orqanına bilavasitə müraciət etdiyindən ərizənin qeydə alınması üçün onun telefon nömrəsinin göstərilməməsi qanunun tələbinin pozulması sayıla bilməz. Ümumiyyətlə ərizəçi telefon istifadəçisi olmamışdır. Eyni zamanda Azərbaycan Respublikasında kargüzarlıq latın qrafikalı əlifa ilə aparılmalı olduğundan, ərizənin mətninin latın qrafikası ilə yazılması düzgün olmuş, ərizənin məzmunu ərizəçiyə izah edilmişdir. Bundan başqa, iddiaçının bildirdiklərinin əksinə olaraq yanaşı yoxlanılmış “Elektron notariat” X1 xx.xx.2025-ci il tarixli Çıxarışla təsdiq edilmişdir ki, notariat hərəkətləri notariat ofisindən kənarda aparılmamışdır. Belə ki, həmin sübutla müəyyən edilmişdir ki, X11 fotoşəkili xx.xx.2023-cü il saat 11:15:55-də sisteminə daxil edilmş, bundan sonra ərizə xx.xx.2023-cü il saat 11:19:07-də X25 tərəfindən tərtib edilmiş, X5 tərəfindən təsdiq edilmişdir. Vaxt aralarındakı qısa müddət və ardıcıllıq onun eyni məkanda və notariat ofisindən kənarda aparılmadığını təsdiq edir. Belə olan halda X11 notariat ofisinin qarşısında avtomobildə sorğulanması, fəaliyyət qabiliyyətnin yoxlanılması iddia tələbinin təmin edilməsinə əsas ola bilməz. Məhkəmə X11 vəsiyyətnaməni verdikdən sonra fikrinin dəyişməsinə səbəb ola biləcək halın baş verməsini istisna edən halın olmaması, ərizəni verdiyi zaman isə öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi hallarının təsdiq edilmədiyini nəzərə alaraq, xx.xx.2023-cü il tarixli ərizənin X11 iradəsini ifadə etdiyi nəticəsinə gəlmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli ərizənin X11 iradəsini ifadə etdiyindən onun rəsmiləşdirilməsi zamanı, qanunun hər hansı tələbinə formal olaraq riayət olunmaması (X13 güzəşt edilərək onun notariat ofisinin qarşısında avtomobildə sorğulanması və fəaliyyət qabiliyyətnin yoxlanılması, sistemə 31 oktyabr 2023-cü il tarixdə daxil olmuş ərizənin, 01 noyabr 2023-cü il tarixdə təsdiq edilməsi və s.) onun iradəsini ifadə edən ərizənin etibarsız sayılmasına əsas ola bilməz. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ərizəçinin telefon istifadəçisi olmasını, Xanım Rəcəbova ilə aralarında heç bir mübahisə və narazıçılıq olmadığını, Xanım Rəcəbovanın fikrini bildirməkdə və qavramaqda çətinlik çəkməsini, həmçinin xx.xx.2021-ci il tarixli vəsiyyətnamə və onun ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizə barədə məlumatı Xanım Rəcəbovanın 2024-cü ilin may ayında vəfat etməsi ilə bağlı Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtdıqdan sonra vəkil sorğusu əsasında surətlərini əldə etdiyi müvafiq sənədlərdən öyrəndiyini bildirsə də, xx.xx.2023-cü il tarixli ərizənin verildiyi vaxtdan 2024-cü ilin may ayınadək Azərbaycan Respublikasına gəlibgetməməsi hallarının təsdiqi üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş üzrə sübutlarla xx.xx.2023-cü il tarixli ərizənin mövcudluğunun iddiaçıya yalnız Xanım Rəcəbovanın 2024-cü ilin may ayında vəfat etməsindən sonra bəlli olması halı təsdiq edilməmişdir. Bu isə xx.xx.2023-cü il tarixli ərizənin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətin iddiaçı tərəfindən ötürüldüyünü təsdiq edir.

31. Şəki Apellyasiya Məhkəməsində icraat zamanı İddiaçı nümayəndəsi vəkil Nümayəndə vəsatət verərək imza xətt nümunələrinin təyin olunması ilə bağlı ekspertiza keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatəti təmin edərək Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(107)-1084/2025 nömrəli qərardadı ilə Zaqatala 2 saylı dövlət notariat kontorunda olan ərizədəki əl yazılarının və imzanın X20 tərəfindən icra edilibedilməməsini müəyyən etmək üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin etmiş, ekspert qаrşısındа 1. İddiaçı tərəfindən mübahisələndirilən, surəti mülki işin 50-ci vərəqində yerləşən X20 tərəfindən Zaqatala 2-saylı dövlət notariat ofisinə ünvanlanmış 01 noyabr 2023-cü il tarixli X2 adının qarşısında əl ilə yazılmış “Rəcəbova”və“izah olundu razıyam” söz birləşməsi və imza X20 tərəfindən icra edilmişdirmi? 2. “Surəti mülki işin 48ci vərəqində yerləşən 22 noyabr 2021-ci il tarixli vəsiyyətnamədə vəsiyyət edən X20 tərəfindən əl ilə yazılmış “Rəcəbova Xanım””vəsiyyətnamə mənim sözlərimlə yazılıb” ad,soyad, cümlə və imza”, “surəti mülki işin 49-cu vərəqində yerləşən 22 noyabr 2021-ci il tarixli vəsiyyətnamədə vəsiyyət edən X20 tərəfindən əl ilə yazılmış “Rəcəbova Xanım””vəsiyyətnamə mənim sözlərimlə yazılıb” ad,soyad, cümlə və imza” və surəti mülki işin 72 və 84-cü vərəqində yerləşən Zaqatala 2 saylı dövlət notariat kontoruna X20 tərəfindən ünvanlanmış 16 yanvar 2017-ci il tarixli əl ilə yazılmış ərizədəki ərizəni yazan X11 “Rəcəbova”soyadı və imzanı icra edən şəxslə 01 noyabr 2023-cü il tarixli ərizədəki “Rəcəbova” və“izah olundu razıyam” söz birləşməsi və imzanı icra edən şəxs eyni şəxs, yoxsa başqa şəxsdir? sualları qoyulmuş, ekspertin rəyi аlınаnаdək iş üzrə icrааt dаyаndırılmışdır.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2026-cı il tarixində Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş 19 yanvar 2026cı il tarixli, 4/2023 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 163-cü vərəqində olan 16 yanvar 2017-ci il tarixli ərizənin aşağı sağ hissəsində “İmza” qrafasındakı imza və “Rəcəbova” yazısı; mülki işin 164-cü vərəqində olan xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin 1-ci imza qrafasındakı “Rəcəbova Xanım”, “vəsиyətnamə mənиm sоzlərиmlə yazılıб” yazıları və “Rəcəbova Xanım” yazısının qarşısındakı imza; mülki işin 165-ci vərəqində olan xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin 1-ci imza qrafasındakı “Rəcəbova Xanım", “vəcyəTHaMa MƏHиM sоzлərиmлə yazılıб" yazıları və “Rəcəbova Xanım” yazısının qarşısındakı imza və həmçinin 01588№-li Notariat hərəkətlərinin qeyd edilməsi üçün 2V reyestr kitabının 99-cu vərəqində 1088 nömrə ilə qeydə alınmış “X20” yazıları qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasının aşağı hissəsində “Rəcəbova” yazısı və yazının üst hissəsindəki imza; mülki işin 166-cı vərəqində olan 01 noyabr 2023-cü il tarixli X2 adının qarşısında “Rəcəbova”, “иzah oлundu razıyaM” yazıları və “Rəcəbova” yazısının qarşısındakı imza- eyni şəxs tərəfindən icra olunmuşdur.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə kollegiyası ekspert rəyini işin halları ilə birlikdə qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut qismində qəbul edilməlidir.

34. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə; notariat orqanına ərizə verməklə; vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər.

36. “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”-ın 15-2-ci bəndinə əsasən sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər notariat ofisinə gəlmədən, əvvəlcədən onların xahişi ilə sosial xidmət müəssisəsinin müdiriyyəti tərəfindən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətlərinin aparılması üçün qanunvericiliklə tələb olunan sənədlər, o cümlədən sosial xidmət müəssisələrinə yerləşdirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd (“Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsi nəzərə alınmaqla) notariusa təqdim edilməklə notariat hərəkəti sosial xidmət müəssisəsində aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir: 15-2.1-ci bəndinə əsasən bildirişdə müraciət edilən notariat hərəkətlərinin adı və sayı, xidmətin göstərildiyi yer və başlanma və başa çatma vaxtı (gün və saat), müraciət edənin adı, soyadı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi və əlaqə vasitələri (mobil və stasionar telefon nömrələri) əks edilir.

37. Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisələndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəmənin 26 avqust 2025-ci il tarixli, 2(033)-636/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəmənin 26 avqust 2025-ci il tarixli, 2(033)-636/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar