Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1085/2021 06.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 nömrəli qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilmiş, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Azərbaycan Respublikasının Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə müvafiq ödənilən 25000 (iyirmi beş min) manat pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh1 qaytarılmasını, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilməsini qət etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticəsi kimi həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına 04 fevral 2020-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0.03 ha torpaq sahəsi və ümumi sahəsi 118.95 kv.m. olan fərdi yaşayış evi atası X5 tərəfindən alınmış, tikilmiş və 2018-ci ildə onun adına çıxarış alınmışdır ki, o ailəsi ilə birlikdə lıəmin evdə yaşasın. Ona qədər o və ailəsi valideynləri ilə birlikdə yaşayırdılar. Atası, qardaşı və o Zaqatalada xalça satışı ilə məşğul olaraq ailələrini saxlayırlar. Cavabdehlər Zaqatalada lombard fəaliyyəti ilə məşğul olurlar. Bir dəfə keçmiş həyat yoldaşı X6 maddi imkanlarını yaxşılaşdırmaq üçün Türkiyədən mal gətirib Zaqatalada satmaq istədiyini bildirmişdir. Bu işlə məşğul olan tanışlarının olduğunu, yaxşı gəlir əldə etdiklərini və onlara da kömək edə biləcəklərini söyləmişdir. O, da razılaşmışdır, amma pulu haradan əldə edəcəklərini söyləyəndə bildirmişdir ki, Zaqatalada lombard fəaliyyəti ilə məşğul olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara müəyyən faizlə pul verə bilərlər. Onlar Gülnarla birlikdə lombarda gedib cavabdehlərlə danışmışlar, onlar isə pul verə biləcəklərini, lakin bunun əvəzində evinin onların adına rəsmiləşdirilməsini təklif etmişlər. O, bununla razılaşmayıb, evini girov qoya biləcəyini bildirmişdir. Cavabdeh2 isə lombardın ancaq qızılları girov götürdüyünü, evi götürə bilməyəcəyini, evlə bağlı formal olaraq alqı-satqı müqaviləsinin bağlanmasının gərəkli olduğunu bildirmişdir. Keçmiş həyat yoldaşının israrlı xahişləri nəticəsində o, valideynlərinin xəbəri və razılığı olmadan həmin evin sənədlərinin cavabdehlərin adına rəsmiləşdirilməsinə razılıq vermişdir ki, pulu ödəyən kimi evi yenidən öz adına qaytarsınlar. Cavabdeh2 öz adına bankdan götürərək onlara verdiyi 20 000 ABŞ dollarının müqabilində isə o, evin sənədlərini Cavabdeh1 adına keçirmişdir. Cavabdeh2 onlara verdiyi 20 000 ABŞ dollarını isə həyat yoldaşı götürərək Türkiyəyə mal gətirməyə getmiş, qayıdandan sonra isə onunla boşanmaq istədiyini bildirmiş, bıından sonra həyat yoldaşı ilə aralarında mübahisələr yaranmış və aralarında olan nikah həqiqətən də məhkəmə qətnaməsi ilə pozulmuşdur. Evlərinə məhkəmə bildirişi gələndə onlara məlum olmuşdur ki, hazırkı iş üzrə Cavabdeh1 onları öz evlərindən çıxarılmalarına dair məhkəmədə iddia qaldırmışdır. Bundan sonra valideynləri məsələdən agah olmuş və məsələni aydınlaşdırmaq üçün cavabdehlərlə görüşmüşlər, (cavabdehlər həmin görüşlərdə bildirmişlər ki: “Sizin ev bizə lazım deyil, nəinki sizə verdiyimiz pulu, keçmiş həyat yoldaşının qohumlarının da götürdüyü bütün borcları ödəyəndən sonra evin sənədlərini sizin adınıza geri keçirəcəyik.” (Həmin görüşlərin video yazısı, səs yazısı, telefon danışıqları qeydə alınmış, müvafiq disklərə köçürülmüşdür). Sonradan onlara məlum olmuşdur ki, həyat yoldaşı hazırkı iş üzrə cavabdehlər və digər ortaq tanışları ilə əlbir olaraq, onun inamından istifadə edərək, öz məqsədləri üçün onun evini əlindən bu formada alıb satmaq və əldə olunan pulu aralarında bölmək barədə əvvəlcədən plan qurmuşlar. Alqı-satqı müqaviləsində evin qiyməti 25 000 manat göstərilmişdir. Halbuki mübahisəli evin hazırkı bazar qiyməti əslində 70000-80000 manat civarındadır. Hətta keçmiş həyat yoldaşı özü evin əşyaları ilə birlikdə 95 000 manata satılmasına dair internet səhifələrində elanlar da yerləşdirmişdir. Hazırda da mübahisəli evdə yaşamaqda davam edir. Bundan başqa, qeyd edir ki, Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2(033)-620/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, X8, X5 və X3 qarşı cavabdehlərin Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsini və ümumi sahəsi 118.95 kv.m. olan fərdi yaşayış evindən istifadə və sahibliyə qapını bağlamaq və əmlaka daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərinə son qoyulması, cavabdehlərin zəbt etdikləri həmin əmlaklardan çıxarılması və özünün həmin əmlaklara köçürülməsi tələbinə dair iddiası təmin edilmişdir. Onlar tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Yuxarıda qeyd etdiklərindən də bəlli olduğu kimi onunla Cavabdeh1 arasında ona məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin satılması ilə bağlı alqı-satqı müqaviləsi formal bağlanmış, onun evi satmaq, onun da ev almaq niyyətləri olmamışdır. O, sadəcə digər Cavabdeh2 bankdan öz adına götürərək onlara (keçmiş həyat yoldaşına) verdiyi 20000 ABŞ dollarına görə evinin girov kimi borc ödənilənə qədər müvəqqəti olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Onunla Cavabdeh1 arasında ona məxsus torpaq sahəsinin və fərdi yaşayış evinin satılması ilə bağlı alqı-satqı müqaviləsi formal bağlanmış, nə onun ev satmaq, nə də cavabdehin ev almaq niyyəti olmamışdır, sadəcə digər Cavabdeh2 bankdan öz adına götürərək ona və onun keçmiş həyat yoldaşına verdiyi borcla bağlı evə dair cavabdehin adına rəsmiləşdirmə aparılmışdır. Belə ki, o, Cavabdeh2 müraciət edərək pul lazım olduğunu bildirmiş, Cavabdeh2 isə ona pul verə bilməyəcəyini, ancaq evi formal alqı-satqı ilə onun adına keçirdiyi təqdirdə ona pul verəcəyini bildirmişdir. O, da razılaşmışdır. Bundan sonra cavabdeh onun adına ev alqı-satqısı üçün 25000 manat pul vəsaitini depozit hesaba qoymuş, o da həmin pulu bankdan götürmüşdür. Pulu götürdükdən sonra həmin pulu evə apararaq keçmiş həyat yoldaşı Gülnara vermişdir. Həmçinin Gülnar əlavə olaraq 12000 manat pul vəsatini Mehriban xanımdan şəxsən almışdır. Həmin puldan isə onun xəbəri olmamış, həmin 12000 manat pulun alınmasında iştirak etməmişdir. Ona görə də, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı İddiaçı vəkili X4 məhkəmə çıxışını yazılı şəkildə məhkəməyə təqdim edərək çıxışında göstərdiklərinə uyğun çıxış edərək İddiaçı ilə Cavabdeh1 arasında Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,03 ha torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evinə dair bağlanmış, Zaqatala rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən reyestrdə 4Ə-137 nömrə ilə təsdiq edilmiş AN-İ ******* nömrəli, 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticəsi kimi həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına 04 fevral 2020-ci il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 izahatında göstərdi ki, onlar həyat yoldaşı Cavabdeh2 ilə lombard fəaliyyəti ilə məşğul olurlar. İddiaçı və həyat yoldaşı olmuş Gülnarı tanıyır. Gülnar onların müştərisi olmuşdur. Onlar onun yanına gələrək pul lazım olduğunu, bununla bağlı evləri olduğunu və həmin evi girov qoymaq istədiklərini bildirmişlər. Onlar tərəfindən Gülnarla İlkinə bildirilmişdir ki, evi girov götürərək pul verə bilmirlər. Onlar dəfələrlə bununla bağlı gəlmişlər. Sonra Gülnarın vəziyyətinin pis olmasını nəzərə alaraq onlar razılığa gəldilər ki, evi alqı-satqı yolu ilə alıb, onlara pul versinlər. Yoldaşı Cavabdeh2 gedib evə baxmış, onun özü isə heç bir dəfə də olsun evə baxmamışdır. Onların həmin evə ehtiyacları da yoxdur. Əslində onların özlərinin çox yaxşı evləri var, ev almağa ehtiyacları və ev almaq barədə fikirləri olmamışdır, Gülnar və İlkinin pula ehtiyacları olmuş, buna görə də bir neçə dəfə onların işlədikləri şirkətə gedib-gəlmiş, ona və həyat yoldaşına təklif etmişlər ki, evlərini girov götürüb onlara pul versinlər, onlar isə bildirmişlər ki, onların şirkəti evi girov kimi götürə bilmir, Gülnara çox yazıqları gəldiyindən və kömək etmək istədiklərindən bankdan Zakirin adına kredit götürərək evi almışlar. Evin alınmasına dair pul məsələsinə gəldikdə onlar evin qiymətini 20000 ABŞ dollarına danışmışlar. Həmin pulun 25000 manatı bank vasitəsilə İlkinin adına keçirilmiş, qalan 12000 manat pul isə şəxsən Gülnara verilmişdir. 12000 manatı Gülnara ona görə vermişdir ki, Gülnar ona dedi ki, bundan İlkinin xəbəri var. O, da inanaraq 12000 manatı Gülnara vermişdir. Bu hadisələrdən sonra İlkinin valideynləri onların yanına gəlmiş, onlarla da aralarında danışıqlar olmuş, onlara da demişdir ki, İlkin və Gülnar pullarını versinlər, evi qaytarırlar. Hazırda da həmin evin qaytarılmasına razıdır, lakin onun iddiaçıya verdiyi pullar, eyni zamanda kreditlə bağlı faizlər birlikdə qaytarıldıqdan sonra o, həmin evi qaytaracaqdır. Çünki onlar İlkin və Gülnara rəhbərlik etdikləri şirkətdən kredit götürərək həmin pulu onlara vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Cavabdeh1 və Cavabdeh2 kredit işçiləri kimi tanımışdır. Ona lazım olanda onlardan kredit götürmüşdür. Hazırda pula ehtiyacları olduğundan, həm də borcları olduğundan evi satmaq istəmişlər. O, satmaq barədə elanlar da vermişdir. Amma alan yox idi. 20 000 ABŞ dollarına ehtiyacları var idi. Borcun qaytarılması ilə bağlı ayın 27-ə kimi onlara vaxt qoymuşdular. Borc almaq məqsədilə Zakir və Mehribanın yanına getmişlər. Zakir və Mehriban həmin məbləği onlara verə bilməyəcəklərini dedilər, evi də girov kimi götürmədilər. Sonra razılığa gəldilər ki, evi Zakirgilə formal olaraq satsınlar, onlar da borca pul versinlər. Buna görə də Zakirgil onlara pul verdilər və onlar da evi verdilər. Zakir həmin pulu öz adına bankdan kredit götürüb onlara verdi. Evlə bağlı onun özü şəxsən bir neçə ay kredit ödəmişdir. Sonra vəziyyəti yaxşı olmadı ödəmədi. O, Mehribandan icazə alıb evdə bir müddət yaşamış, sonra həqiqətən də evin əşyalarını götürüb evdən çıxmışdır. Pulu alan ərəfədə həqiqətən də mal gətirmək üçün Türkiyəyə getmişdir. Amma ordan cəmi 5000 manatlıq mal gətirmiş, qalan evin pullarını borclara vermişdir. İlkin evə görə bankdan götürdüyü 25 000 manatı evə gətirib ona vermişdir. 25000 manat puldan əlavə 12 000 manatı da Mehriban ona vermişdir. O, da aparıb "xxxx"a olan borcunu ödəmişdir. Həmin evin satılması ilə bağlı verilən ümumi 37000 manat pulun hamısı şəxsən ona verilmişdir. O, da borclarını ödəmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Zaqatala Rayon Məhkəməsinin qətnaməsini əsassız hesab edir. Belə ki, iddiaçının polis şöbəsində vermiş olduğu ifadələri ilə iddia ərizəsində qeyd etdiyi ifadələri ziddiyyət təşkil edir. Polis şöbəsində vermiş olduğu ifadəsində həyat yoldaşı ilə birlikdə cavabdehlərin iş yerinə getdiyini, evi cavabdehlərin adına qeydə alaraq, cavabdehlərdən 20000 ABŞ dolları məbləğində pulu götürdüyünü bildirmişdir. Məhkəməyə təqdim olunan iddia ərizəsində evi cavabdehin adına alqı-satqı olunmasına etiraz etdiyini, yalnız həmin pulun müqabilində girov qoya biləcəyini qeyd etmişdir. Vəkil2 tərəfindən qeyd olunan ifadələr arasında ziddiyyətin olduğu məhkəmə iclasında bildirilmiş, məhkəmə tərəflərin qeyd olunan izahatlarına əhəmiyyət verməmiş, istinad etdiyi dəlilləri yalnız iddiaçının məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə kifayətlənmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdan öncə 15 yanvar 2020-ci il tarixdə ilkin müqavilə bağlanmış, 12 gün sonra 27 yanvar 2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. 15 yanvar 2020-ci il tarixli ilkin müqavilənin 2-ci bəndinə əsasən tərəf həmin yaşayış evi sahəsi ilə əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir, 3-cü bəndinə əsasən alıcının bəyənib qiymətində razılaşdığı vəziyyətdə ilkin müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə yaşayış evini qəbul etməyi öhdəsinə götürü, 9-cu bəndi müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətlərindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə maneə ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadığını bildirmələri qeyd olunur. Bundan başqa, Cavabdeh1 12000 manat pulu iddiaçının həyat yoldaşı Gülnara verməsinə dair iddiaçının məlumatı və razlığı olmuşdur. Alqı-satqı müqaviləsinin predmeti olan ev birgə nikah dövründə əldə olunduğu üçün ər-arvadın birgə mülkiyyətidir. İddiaçı özü qeyd etmişdir ki, 20000 ABŞ dolları pulu cavabdeh özlərinə ödəmişdir. İddiaçının 20000 ABŞ dolları məbləğində pulu alması, iddiaçının özü, valideynləri, polis şöbəsində vermiş olduğu ifadələr və iddia ərizəsində qeyd etdikləri ilə tam təsdiq olunur. Fərdi yaşayış evinin dəyəri barədə razılaşma iddiaçı ilə cavabdehlər arasında olmuşdur. İddiaçı vermiş olduğu ifadələr də bunu təsdiq edir. Bundan başqa Gülnarı müştəri olaraq çoxdan tanıyır. Dəfələrlə işlədiyi bankdan kredit götürməyə gəlmiş, daha sonra məlumatı olmuşdur ki, bankdan başqa şəxslərin adına götürülən kredit məbləği Gülnara çatmış və Gülnar tərəfindən ödənilir. Lakin yoldaşı İddiaçı aralarında evin alqı-satqısı ilə bağlı razılıq olan zaman tanımışdır. Evə həyat yoldaşı gedib baxmış, evin qiyməti münasib olduğu üçün almışlar. O daşınmaz əmlakı bankdan kredit götürərək almışdır. Bundan başqa məhkəmənin iddiaçının hər hansı bir gəlir əldə etmədiyinə və fayda götürməməsinə dair gəldiyi mövqe tam əsassızdır. İddiaçı ilə aralarında razılaşmaya əsasən alqı-satqı müqaviləsi predmeti olan pul məbləğini iddiaçıya ödənilmişdir. İddiaçı 20000 ABŞ dollarını aldığını etiraf edir. İddiaçıya pul ödənildikdən sonra həmin pulun iddiaçı tərəfindən kimə, nəyə, hansı məqsədlə xərclənməsi, iddiaçının həmin pul məbləğini yoldaşına, üçüncü şəxsə verməsi və ya hər hansı bir gəlir əldə etmədiyi və fayda götüməsi ilə bağlı məhkəmənin alqı-satqı müqaviləsinin etibarsız hesab olunması ilə bağlı gəldiyi qənaətə dair heç bir hüquqi əsas yoxdur. İddiaçının heç bir gəlir əldə etməməsi, xeyir götürməməsi haqlı alqı-satqı müqaviləsinin etibarsızlığına əsas ola bilməz. İddiaçı ilkin olaraq özü bildirmişdir ki, evin alqı-satqısı ilə bağlı 20000 ABŞ dollarına özü razılaşmışdır. Əgər iddiaçının evi həqiqətən satmaq niyyəti olmamışsa, girov qoyaraq pul götürmək niyyəti olmuşdursa, o zaman daşınmaz əmlakı digər banklara girov qoyaraq pul götürmək mümkün idi. Həmin yaşayış evi alqı-satqı müqaviləsi bağlanmamışdan 1 neçə gün qabaq AccessBank QSC-nin Zaqatala filialında yüklü olmuşdur. İddiaçılara verdiyi 12000 manat pulu AccessBanka ödənilmiş, yaşayış evi girovdan azad edilmişdir. Daha sonra aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin məhkəmə qərarında məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsi səhv təsvir edilmişdir. Belə ki, şahid pulu aldıqdan sonra mal gətirmək üçün Türkiyəyə getdiyini, evin kredit pulunun özü tərəfindən ödənilməsini bildirməmişdir. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia ərizəsinin rədd olunması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 nömrəli qətnaməsinin ləğv olunması və iddia ərizəsinin rədd olunması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının vəkili Vəkil1, iddiaçının nümayəndəsi X5 hər biri ayrılıqda apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşə əlavə edilmiş İddiaçı ilə Cavabdeh1 arasında 27 yanvar 2020-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda həmin tarixdə reyestrdə 4Ə-137 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan İddiaçı tərəfindən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 25.09.2018-ci il tarixdə verilmiş **********29-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi 25000 (iyirmi beş min) manata Cavabdeh1 satılmışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində olan 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının həmin daşınmaz əmlakı satmaq niyyəti olmamış, cavabdehin isə həmin daşınmaz əmlakı almaq niyyəti olmamışdır. İddiaçı tərəfə pul vəsaiti lazım olduğundan cavabdehə müraciət etmiş, cavabdeh isə ona nağd şəkildə pul verə bilməyəcəyini, ancaq adına olan daşınmaz əmlakı onun adına rəsmiləşdirdiyi təqdirdə ona istədiyi pulu verəcəyini bildirmişdir. Bunun da nəticəsi olaraq alqı-satqı müqaviləsi formal olaraq bağlanmış, cavabdeh iddiaçının adına şifahi razılaşdırılmış 37000 manat puldan 25000 manat pulu iddiaçının adına depozitə qoymuş, iddiaçı isə həmin pulu götürərək həyat yoldaşı olmuş Gülnara vermişdir. Bundan sonra cavabdeh 12000 manat pul vəsaitini həmin evin mülkiyyətçisi olmayan iddiaçının həyat yoldaşına şəxsən vermişdir. (halbuki işdən görünür ki, cavabdehlə iddiaçının həyat yoldaşı arasında daşınmaz əmlakın alqısatqısı ilə bağlı 20000 ABŞ dollarına (34000 manata) razılıq əldə edilmişdir). Cavabdeh özü də qeyd edilənləri təsdiq edərək həmin pul vəsaitinin ona qaytarıldığı halda daşınmaz əmlakı qaytaracağını bildirmişdir. İddiaçının həyat yoldaşı ilə cavabdehin arasında yaranmış borc pul münasibətləri pərdələmək olmuşdur. Buda alqı-satqı müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlansa da, həmin müqavilənin tərəfləri olan iddiaçı və cavabdehin həmin daşınmaz əmlakın alqı-satıqısına dair həqiqi niyyətləri olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin aşagıda qeyd olunan maddələrə istinad etmişdir: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, mübahisə ilə bağlı işin faktiki hallarının hərtərəfli araşdırılaraq tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi əsası ilə iddianın təmin edilməsini qət etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlməklə maddi və prosessual hüquq tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi hazırkı mülki mübahisəyə qeyd olunan maddi hüquq normasının tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. İddiaçının əmlakın satılması barədə həqiqi niyyəti olmadığı halda, hansı səbəbdən iddiаçı və cavabdehlər arasında əmlakın satılması ilə bağlı razılaşmalar olmasını, cavabdehlərin evin alq-satqı müqaviləsinin bağlanması üçün bankdan 18 faizlə 20000 ABŞ dollar kredit götürmələrini, 25 oktyabr 2018-ci il tarixdə AccessBank QSC- nin Zaqatala filialında ipoeka yüklü edilmiş əmlakın ipoteka yükündən azad edilməsi məqsədilə cavabdehlərin əvvəlcədən iddiaçının həyat yoldaşı Gülnara 12000 manat məbləğində pul verməklərini, həmin vaxt əmlakın yüklü edildiyi bankdan yenidən kredit götürülə bilməsini, həmçinin iddiaçının hansı faizlə borcun götürülməsini araşdırmamasını, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsini öz iradəsi əsasında, ona heç bir kənar təsir olmadan, müqavilənin mahiyyətini dərk edərək imzalamasını, qanunveriçiliyin tələblərinə uuğun olaraq Cavabdeh1 ilə aralarında 2020-ci il tarixdə 15 yanvar ayında ilkin və 25 yanvar ayında bağlanmış alqı-satqı müqavilələrini nəzərə almamış və nəticədə işin bu halları üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməsinə, qətnamənin ləğv olunmasına və iddianın təmin olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 saylı qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında bildirmişdir ki, kecmiş həyat yoldaşı Gülnar ona pula ehtiyac olduğunu bildirmiş və cavabdehlərdən borc pul götürməyi təklif etmişdir. Bildirmişdir ki, əvvəllərdə onlardan borc pul götürüb qaytarıb, tanıdığı adamlardır. İddiaçı onunla razılaşmış və Zakir Nəcəfovla ona məxsus lombardda görüşmüşdür. Cavabdehlərlə görüşən zaman Zakir Nəcəfov ona ancaq qızıl girov qoyduğu təqdirdə pul verəcəyini, evi girov olaraq qəbul etmədiyini bildirmişdir. Ona görə də aralarında razılığa gəlmişlər ki, evi Cavabdeh1 adına keçirsinlər, borcu qaytardıqdan sonra isə ev yenidən iddiaçının adına qaytarılsın. 20000 ABŞ dolları müqabilində evi Cavabdeh1 adına keçirmişdir. Cavabdeh 20000 ABŞ dollarını bankdan götürüb bankın içində ona vermişdir. Ancaq borcun neçə faizə verilməsi barədə aralarında heç bir danışıq olmamışdır. Cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsini öz iradəsi əsasında, ona heç bir kənar təsir olmadan, müqavilənin mahiyyətini dərk edərək imzalamışdır. Müqavilədə cavabdeh tərəfindən ödənilən məbləğ 25000 manat qeyd edilsə də, faktiki olaraq ona 20000 ABŞ dolları verilmişdir. Ev əvəllər AccessBank QSC- nin Zaqatala filialında ipoteka yüklü edilmişdir. Cavabdehlərin verdiyi pul ilə kredit borcunu ödəmişdir. Həmin ona məxsus evi ipoteka yüklü edilmiş bankdan yenidən kreditə pul götürmək istəsələr də, bank ona kredit verməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Cavabdeh1 və Cavabdeh2 kredit işçiləri kimi tanımışdır. Ona lazım olanda onlardan kredit götürmüşdür. Hazırda pula ehtiyacları olduğundan, həm də borcları olduğundan evi satmaq istəmişlər. O, satmaq barədə elanlar da vermişdir. Amma alan yox idi. 20 000 ABŞ dollarına ehtiyacları var idi. Borcun qaytarılması ilə bağlı ayın 27ə kimi onlara vaxt qoymuşdular. Borc almaq məqsədilə Zakir və Mehribanın yanına getmişlər. Zakir və Mehriban həmin məbləği onlara verə bilməyəcəklərini dedilər, evi də girov kimi götürmədilər. Sonra razılığa gəldilər ki, evi Zakirgilə formal olaraq satsınlar, onlar da borca pul versinlər. Buna görə də Zakirgil onlara pul verdilər və onlar da evi verdilər. Zakir həmin pulu öz adına bankdan kredit götürüb onlara verdi. Evlə bağlı onun özü şəxsən bir neçə ay kredit ödəmişdir. Sonra vəziyyəti yaxşı olmadı ödəmədi. O, Mehribandan icazə alıb evdə bir müddət yaşamış, sonra həqiqətən də evin əşyalarını götürüb evdən çıxmışdır. Pulu alan ərəfədə həqiqətən də mal gətirmək üçün Türkiyəyə getmişdir. Amma ordan cəmi 5000 manatlıq mal gətirmiş, qalan evin pullarını borclara vermişdir. İlkin evə görə bankdan götürdüyü 25 000 manatı evə gətirib ona vermişdir. 25000 manat puldan əlavə 12 000 manatı da Mehriban ona vermişdir. O, da aparıb "xxxx"a olan borcunu ödəmişdir. Həmin evin satılması ilə bağlı verilən ümumi 37000 manat pulun hamısı şəxsən ona verilmişdir. O, da borclarını ödəmişdir. İşə əlavə edilmiş 14 yanvar 2020-ci il tarixli 002538/20 saylı Cavabdeh2 ilə “Finex Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsindən görünür ki, Cavabdeh2 36 ay müddətinə, illik 18 faizlə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. İşə əlavə edilmiş 14 fevral 2020, 13 mart 2020, 14 aprel 2020, 14 may 2020, 16 iyun 2020, 14 iyul 2020, 14 avqust 2020, 14 sentyabr, 14 oktyabr 2020, 16 noyabr, 11 dekabr 2020, 6 yanvar 2021, 04 fevral 2021, 08 fevral 2021, 01 mart 2021, 13 aprel 2021, 04 may 2021, 06 may 2021, 10 iyun 2021, 14 iyul 2021 tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh2 tərəfindən “Finex Kredit” BOKT-a kredit borcu üzrə hər ay mütəmadi olaraq ödənişlər edilmişdir. İşə əlavə edilmiş "xxxx" QSC tərəfindən verilmiş hesab üzrə çıxarışdan görünür ki, 07.01.2020 və 07.01.2020-ci il tarixlərdə X6 tərəfindən kredit üzrə ümümi 9389 manat pul "xxxx" QSC-yə ödənilmişdir. İşə əlavə edilmiş 10 yanvar 2020-ci il tarixli "xxxx" QSC tərəfində Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə göndərilmiş məktubdan görünür ki, 25 oktyabr 2018-ci il tarixli 019M**********01 saylı İpoteka Müqaviləsi ilə təmin olunmuş "xxxx" QSC-nin Zaqatala filialı ilə X6 arasında 25 oktyabr 2018-ci il tarixdə 019L**********59 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə borclu öz öhdəliklərini icra edərək təminatlı kredit borcunu ödəmişdir. 25 oktyabr 2018-ci il tarixli, 019M**********01 saylı ipoteka müqaviləsinə əsasında İddiaçı məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən. 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 118,95 kv.m-dən ibarət fərdi yaşayış evi, reyestr nömrəsi-**********29-10301, ipotekaya qoyulduğu barədə aparılmış müvafiq qeydiyyatın ləğv edilməsi, daşınmaz əmlakın girovdan azad edilməsi və onun özgəninkiləşdirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, iddiаçı iddiаsının əsаsı kimi istinаd etmişdir ki, lombard fəaliyyəti ilə məşgul olan Cavabdeh1 ilə əmlaka dair aralarında bağlanmış alqı-satqı müqaviləsi cavabdehdən alınmış faizlə borcun geri qaytarılmasının təminatı olmuşdur. Bununla bağlı göstərilən dəlillər məhkəmə kollegiyasının iclasında öz təsdiqini tаpmаdığına görə kollegiya hesab edir ki, iddiaçının ona məxsus əmlakı satmaq niyyətinin olmadığını inandırıcı hesab etmir. Bekə ki ,cavabdeh 12000 manat pul vəsaitini həmin evin mülkiyyətçisi olmayan iddiaçının arvadı Gülnar Məmmədovaya şəxsən verməsi ilə bağlı kollegiya ilk olaraq onu qeyd edir ki, iddiaçının arvadı Gülnar həmin pul vəsaiti ilə 25 oktyabr 2018-ci il tarixdə AccessBank QSC- nin Zaqatala filialında ipoteka ilə yüklü edilmiş yaşayış evinə dair banka olan kredit üzrə 8988 mana borcu ödəmiş və 10 yanvar 2020-ci il tarixdə əmlak ipoteka yükündən azad edilmişdir. Bundan sonra tərəflər arasında 15 yanvar 2020-ci il tarixdə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, iddiaçının keçmiş arvadı tərəfindən alınmış 12000 manat məbləğdən pul vəsaiti ilə kredit borcu ödəndikdən sonra 10 yanvar 2020-ci il tarixdə kredit üzrə ipoteka ilə yüklü olunmuş daşınmaz əmlak ipotekadan azad edilməsi barədə məlumatı olmuşdur. Əgər iddiaçının ona məxsus əmlakın satılması barədə həqiqi niyyəti olmamışdırsa, yuxarıda qeyd olunan Bankla müqaviləni təzələməklə yenidən kredit müqaviləsi bağlaya bilərdi, lakin onun özünün dediyinə görə yaşayış evini ipoteka ilə yüklü etmək niyyəti olduğu halda AcsessBankla yeni müqavilə bağlamamış, həmin niyyətini cavabdehlə əmlakın alqı-satqısı barədə 15 yanvar 2020-ci il tarixli ilkin müqavilə və bundan 12 gün sonra 27 yanvar 2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlamaqla həyata keçirmişdir. Kollegiya iddiaçının kredit əldə etməsi üçün AcsessBankla yeni müqavilə bağlayaraq əmlakı yenidən ipoteka yüklü edə biləcəyi, daha az faizə və daha çox məbləğdə kredit əldə edə biləcəyi halda, cavabdehlərə əmlakın satılması barədə iddiaçının həqiqi niyyətinin olmaması və alqı-satqı müqaviləsini götürdüyü borcun təminatı kimi bağlamasını inandırıcı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir.. 567-ci maddəsinə əsasən alqı- satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür Bundan başqa iddiаçı iddia ərizəsində və izahatında göstərmişdir ki, Zaqatalada lombard fəaliyyəti ilə məşğul olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müəyyən faizlə pul alması ilə bağlı o, Gülnarla birlikdə lombarda gedib cavabdehlərlə danışmışlar, onlar isə öz növbəsində faizlə pul verə biləcəklərini, lakin bunun əvəzində evinin onların adına rəsmiləşdirilməli olduğunu bildirmişlər. İddiaçının göstərdiyi dəlilləri kollegiya razılaşmayaraq qeyd edir ki, Cavabdeh2 yaşayış evini almaq ilə bağlı həqiqi niyyəti olmamışdırsa və o, iddiaçıya faizlə borc verməklə verdiyi məbləğdən gəlir əldə edəcəyini güman edirdisə, hansı məntiqlə FİNEX kredit BOKT ASC 18 faizlə kredit müqaviləsi bağlayaraq 20000 ABŞ dolları götürərək, həmin məbləgi iddiaçıya faizlə borca versin. Həmçinin İddiaçı Cavabdeh2 aldığı 20000 ABŞ dolları müqabilində həmin borc üzrə ayda neçə faizlə ödəniş etməli olduğunu bilmir. Bu hal da onu təsdiq edir ki, iddiaçı öz hərəkətini başa düşərək, nəticələri barədə şüurla dərk edərək ,onun niyyəti özünə məxsus əmlakın satılması olmuşdur. Birinci instansiya məhkəməsinin iclası zamanı Cavabdeh1 izahatında göstərmişdir ki,. hazırda da həmin evin qaytarılmasına razıdır, lakin onun iddiaçıya verdiyi pullar, eyni zamanda kreditlə bağlı faizlər birlikdə qaytarıldıqdan sonra o, həmin evi qaytaracaqdır. Bununla bağlı məhkəmə hesab etmişdir ki, tərəflərin daşınmaz əmlakın alqı-satqısına dair niyyətləri olmamış və müqavilənin başqa əqdi pərdələmək məqsədi daşıdığını qeyd etmişdir. Apellyasiya şikayətində və kollegiyanın iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, məhkəmə iclasında, istərsə də məhkəmə iclasından kənarda iddiaçı və onun ailəsinə bildirilmişdir ki, mübahisəli ev ona lazım deyil. Özünün xərclərini ödəsinlər, evi istədiyi qiymətə satsınlar. Xərclər dedikdə 25000 manat, 12000 manat, bankdan götürülən pula bugünə qədər hesablanmış faiz, notariat kontorunda çəkmiş olduqları xərclər, Reyestrdən çıxarış götürülərkən çəkmiş olduğu xərclər aiddir. Bu günə qədər həmin xərclər 47000 manat təşkil edir. Göründüyü kimi, həm birinci instansiya məhkəməsində, həm də kollegiyanın iclasında cavabdeh alqısatqı predmeti olan mübahisəli yaşayış evinə xərclənən məbləği yalnız ona qaytardığı halda əmlakı qaytaracağını bildirmişdir. Bununla baglı kollegiyanın qənaətinə görə, cavabdehin əmlakin alması üçün Bankdan faizlə kreditin götürülməsi, kredit üzrə faizlərin ödənilməsi, alqı-satqı müqaviləsinin bağlanması və digər aparılmış əməliyyatlarla bağlı sərf edilmiş xərclərini nəzərə almayan məhkəmə Cavabdeh1 məhkəmə iclasında vermiş olduğu izahatı səhv təfsir edərək iddiaçı və cavabdehin almaq-satmaq niyyətləri olmadıqlarını, müqavilənin başqa əqdi pərdələmək məqsədi daşıdığını hesab etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçının hər hansı bir gəlir əldə etmədiyi, fayda götürmədiyi, eyni zamanda müqavilənin yalnız görünüş üçün bağlanmasını qeyd etmişdir. Bununla razılaşmayan kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən iddiaçıya 20000 ABŞ dolları verildiyini və iddiaçı həmin məbləği aldığını kollegiyanın iclasında etiraf etmişdir. Bu işin mübahisələndirilməyən halıdır. İddiaçı tərəfin qeyd olunan məbləği hansı məqsəd ilə xərcləməsi, iddiaçının həmin pul məbləğini yoldaşına, qohumuna verməsi, hər hansı bir gəlir əldə etməməsi və fayda götürməməsi alqı-satqı müqaviləsinin yalnız görünüş üçün və tərəflər arasında borcun verilməsini və qaytarılmasını təmin etmək məqsədi ilə bağlandığı qəanitinə gəlinməsi üçün əsas deyil. Odur ki, qeyd edilən halların müqavilənin etibarsız hesab olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə dair heç bir hüquqi əsası yoxdur. Belə ki, məhkəmə tərəfindən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində pula ehtiyacları olduğundan, həm də borcları olduğundan evi satmaq istədiklərini, Zakir həmin pulu öz adına bankdan kredit götürüb onlara verdiyini, Mehribandan icazə alıb evdə bir müddət yaşadığını, sonra həqiqətən də evin əşyalarını götürüb evdən çıxdığını, 25000 manat puldan əlavə 12 000 manatı da Mehribanın ona verdiyini, o, da aparıb "xxxx"a olan borcunu və həmin evin satılması ilə bağlı verilən ümumi 37000 manat pulun borclarını ödəməsi ilə bağlı göstərdiklərinə hüquqi qiymət verməmişdir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, evə dair alqı-satqı müqaviləsi bağlanarkən, iddiaçı qanunla qorunan hər hansı hüquqları pozulmadığından, iddiaçının heç bir gəlir əldə etməməsi, xeyir götürməməsi halı alqı-satqı müqaviləsinin etibarsızlığına əsas ola bilməz. Məhkəmə kollegiyasının iclasında tərəflərin onların nümayəndələrinin və vəkilərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları ilə bağlı müəyyən edildi ki, iddiaçı və cavabdehlər arasında əmlakın alqı satqı razılaşmasına görə İddiaçı Cavabdeh2 tərəfindən Bankdan kredit müqaviləsi ilə götürdüyü 18 faizlə 20000 ABŞ dolları verilmişdir. Cavabdeh1 12000 manat pul vəsaitini iddiaçının arvadı Gülnar Məmmədovaya vermiş, sonuncu yaşayış evinin 25 oktyabr 2018-ci il tarixdə AccessBank QSC- nin Zaqatala filialında ipoteka ilə yüklü edilmiş banka olan kredit üzrə 8988 manat məbləgində borcu ödəmiş, 10 yanvar 2020-ci il tarixdə əmlak ipoteka yükündən azad edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında 27 yanvar 2020-ci il tarixdə Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda həmin tarixdə reyestrdə 4Ə-137 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı olan İddiaçı tərəfindən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən 25.09.2018-ci il tarixdə verilmiş **********29-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,03 ha olan torpaq sahəsi və ümumi sahəsi 118,95 kv.m. olan fərdi yaşayış evi 25000 (iyirmi beş min) manata Cavabdeh1 satılmışdır. Yuxarıda göstərilənlərə nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əmlaka dair alqı satqı müqavilə bağlanmasının məqsədi cavabdehdən götürdüyü 20000 ABŞ dolları öhdəliyinin icrasını təmin etməklə tərəflər arasında yaranmış borc pul münasibətlərini pərdələmək üçün deyildir, əslində qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçı və cavabdeh arasında bağlanan ilkin və əsas alqı-satqı müqavilələri daşınmaz əmlakın alqı-satıqısına dair həqiqi niyyətləri olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəllilərlə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin: 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392 və 393-cü maddələrini QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(033)-103/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. .
Məhkəmə qərarları › İş №2(107)-1085/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1085/2021
06.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver