Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1096/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMCyə qarşı “hərracın yekunları barədə protokolun ləğv edilməsi və hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin etibarsız hsab edilməsi” tələbinə dair mülki üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və nümayəndə və Vəkil2, Cavabdeh3 və nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(051)-920/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Mingəçevir Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(051)-1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.metr, ümumi 47,69 kv.metr yaşayış, 20.61 kv.metr yardımçı sahədən ibarət, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvanda yerləşən 3 otaqlı mənzilin hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 45970 manat məbləğdə müəyyən edilməsi və satış pulunun paylı mülkiyyətçilər olan X6, İddiaçı1, İddiaçı2 və X4 aralarında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Cavabdeh1 sifarişi əsasında Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin, 9 saylı mənzili hərraca çıxarılmışdır. Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixdə hərrac keçirilmiş və Cavabdeh3 hərracın qalibi elan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1nə və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh2 MMC-i tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçılar iddia tələbinin həcmini artıraraq Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2(051)-1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32- 05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.metr, ümumi 47,69 kv.metr yaşayış, 20.61 kv.metr yardımçı sahədən ibarət, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvanda yerləşən 3 otaqlı mənzilin hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 45970 manat məbləğdə müəyyən edilməsi və satış pulunun paylı mülkiyyətçilər olan X6, İddiaçı1, İddiaçı2 və X4 aralarında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Cavabdeh1 sifarişi əsasında Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin, 9 saylı mənzili hərraca çıxarılmışdır. Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın qalibi Cavabdeh3 olmuş və Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin 9 saylı mənzilini 45970 manata almışdır. Bu barədə "xxxx" MMC tərəfindən Hərracın yekunları barədə 19 nömrəli protokol tərtib olunmuş və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Lakin, iddiaçılar qeyd olunan hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə qəti olaraq razı deyillər. Belə ki, keçirilmiş hərrac barədə onlara heç bir məlumat verilməmişdir. İddiaçılar keçirilmiş hərrac barədə xəbərsiz olmuşlar. Halbuki, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin 9 saylı mənzilinin mülkiyyətçisi kimi qeyd olunan mənzil ilk növbədə onlara təklif olunmalı idi. Hərrac təşkilatı Qanunvericiliyin tələbini kobud şəkildə pozaraq, onlara hərracın keçirdiyi yer və vaxt barədə heç bir məlumat vermədən mənzili hərraca çıxarmışdır. Bu isə onların Qanunvericilik ilə qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Hesab edirlər ki, 15 fevral 2024-cü il tarixli hərrac Azərbaycan Respublikasının Qanunvericiliyinin tələblərinə riayət edilmədən keçirildiyinə görə hərracın yekunları barədə 19 nömrəli protokol ləğv edilməli və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ləğv edilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda hərracın keçirilmə qaydası dəqiq göstərilmişdir. Hesab edirlər ki, Capitals Auction MMC yuxarıda qeyd olunan Qanunvericiliyin tələblərinə riayət etməmişdir. Odur ki, Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32- 05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia üzrə iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı Capitals Auction” MMC-i tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və onun adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin iddia tələbi əsassız olduğuna görə rədd edilməsini xahiş edir. Belə ki, cavabdeh bildirdi ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin, 9 saylı mənzili hərrac nəticəsində əldə etmiş və bununla alqısatqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, sözügən mənzil üçün 45970 manat ödəniş etmişdir. Ona görə də iddiaçılar tərəfindən verilmiş iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddia tələbi tam olaraq əsassızdır. Belə ki, iddiaçıların öz iddialarında guya mənzilin satışından xəbərləri olmaması və mənzili özləri almaq istədiklərini bildirirlər. Lakin cavabdehlər məhkəmə iclaslarında iştirak etmiş və kompensasiya verilməsi ilə bağlı məhkəmə iclasında da öz aralarında razılığa gəlməmişlər. İddiaçıların onlara məlumat verilməsi ilə əlaqədar bildirdikləri yalan olmaqla bərabər onlara məlumat verilməsinə də ehtiyac yoxdur. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, bu maddənin məzmununda nəzərdə tutulmuş bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Bu o deməkdir ki, borcluya məlumat verilməməsi hərracın nəticələrinə heç bir təsir etmir. Bundan əlavə hərracın nəticələri barədə iddiaçılar məlumatlı olmuş və bunu istisna edən iddiaçı tərəfindən heç bir sübut yoxdur. Azərbaycan Respublikası qanunvericiliyində hərracın nəticələrinin ləğvi üçün borcluya məlumat verilməsi ilə bağlı heç bir müddəa yoxdur. Əksinə yuxarıda qeyd etdiyimiz Konstitusiya Məhkəməsinin qərarında buna ehtiyac olmaması qeyd edilmişdir. Ona görə də iddiaçılar tərəfindən verilmiş iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, 79 nömrəli arayışdan görünür ki, Salahbanov X2 ev 52/1, mənzil 41 ünvanda yaşayır. xx.xx.2024-cü il tarixli, 80 nömrəli arayışdan görünür ki, Salahbanov X1 ev 52/1, mənzil 9 ünvanda yaşayır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən İddiaçı2 məhkəmədə iddia qaldırmaq üçün 100.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.m., ümumi, 47.69 kv.m. yaşayış, 20.61 kv.m. yardımçı sahədən ibarət, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvanında yerləşən üç otaqlı mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 45970 (qırx beş min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, satış pulunun paylı mülkiyyətçilər olan X6, İddiaçı1, İddiaçı2 və X10 arasında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-998/2023 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər İddiaçı2, X10 və İddiaçı1 qarşı “paylı mülkiyyətdə olan mənzilin paylı dəyərinin cavabdehdən alınıb verilməsi” tələbinə dair iddia tələbi rədd edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-38/2023 saylı qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər X10, İddiaçı1 və İddiaçı2 qarşı “mənzilin naturada bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 icra məmuru Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1477/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən icraata başlamaq haqqında qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixli e-286434/2023-3-14-003 saylı bildirişdən görünür ki, İddiaçı1, İddiaçı2 və X7 tələbin könüllü icrası üçün bildiriş göndərilmişdir. MA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2011-ci il tarixli, **********32-05101-093008 reyestr nömrəli çıxarışdan görünür ki, 68.30 kv.metr, ümumi 47,69 kv.metr yaşayış, 20.61 kv.metr yardımçı sahədən ibarət, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvanda yerləşən 3 otaqlı mənzil X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərindədir. xx.xx.2024-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, X6, İddiaçı1, İddiaçı2 və X7 məxsus ünvan 3 ünvanda yerləşən 9 saylı mənzilin daşınmaz əmlakın əladə olunan qiyməti 45970 manat məbləğində təşkil edir. İşə əlavə edilmiş xəbərnamələrin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Hərracın keçirilməsi barədə xx.xx.2024-cü il tarixdə X10, X6, İddiaçı1 və İddiaçı2 bildiriş göndərilimiş və bildirişin həmin şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanması barədə xəbərnamə geri qaytarılmışdır. Ödəniş tapşırığına və ödəniş qəbzinə əsasən Ziyadova X8 şəhəri, Naxçıvan küçəsi, 52/1 evin, 9 nömrəli mənzili 43744 manat məbləğinə almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, **********32-05101-093008 reyestr nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvan Cavabdeh3 xx.xx.2024-cü il tarixdən tam mülkiyyətindədir. "xxxx" MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokoluna əsasən Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvan satış qiyməti 45.970 manat təşkil edir. Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(051)-920/2024 nömrəli qətnaməsi (hakim G.Quliyeva) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli, 10 nömrəli bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilin açıq hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti məhkəmə qətnaməsi ilə 45,970 manat müəyyən edilmişdir. Xəbərnamənin sürətindən də görünür ki, Cavabdeh2 MMC hərracın keçirilməsinə dair xx.xx.2024-cü il tarixli, 10 nömrəli bildirişi iddiaçıların yaşayış yeri olan ünvan 5 ünvana çatdırılmışdır. Qeyd olunan bildiriş xx.xx.2024-cü il tarxidə iddiaçılar X10, X6, İddiaçı1 və İddiaçı2 tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh2 MMC tərəfindən keçirilən hərracla bağlı “525ci” qəzetin xx.xx.2024-cü il tarixli, 07 (6295) nömrəli tirajında elan verilmişdir. Hərrac təşkilatı üzərinə düşən öhdəliyi yerinə yetirərək paylı mülkiyyətçilərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İş materialında olan xəbərnamə qəbzdən də müəyyən olunur ki, bildirişlər ünvana çatdırılmışdır. Həmin xəbərnamədə X10, X6, İddiaçı1 və İddiaçı2 qeyd edilərək imza çəkilmişdir. Göndərilən məktublar ünvana çatdırılmışdır. Həmin məktubların mülkiyyətçi tərəfindən şəxsən alınması mütləq şərt deyil. Göründüyü kimi məktub ünvana göndərilmiş və çatdırılmışdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 414, 415, 416, İpoteka haqqında qanun 42 və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin – 14, 77, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lakin, iddiaçılar qeyd olunan hərracın yekunları barədə protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə qəti olaraq razı deyil. Belə ki, keçirilmiş hərrac barədə iddiaçılara heç bir məlumat verilməmişdir. Keçirilmiş hərrac barədə xəbərsiz olmuşlar. Halbu ki, Qanunvericiliyin tələbinə əsasən hərracın keçirilməsinə 30 gün qalmış tərəflərə rəsmi qaydada məlumat verilməli idi. Lakin, hərrac təşkilatı bu barədə onlara heç bir məlumat verməmişdir. Yəni iddiaçılar Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylıevin 9 saylımənzilinin mülkiyyətçisi kimi qeyd olunan mənzil ilk növbədə onlara təklif olunmalı idi. Onlar qeyd olunan mənzili almadığı təqdirdə digər şəxslərə təklif olunmalıydı. Lakin, hərrac təşkilatı Qanunvericiliyin tələbini kobud şəkildə pozaraq, onlara hərracın keçiridiyi yer və vaxt barədə heç bir məlumat vermədən mənzili hərraca çıxartmışdır. Bu isə onıarın Qanunvericilik ilə qorunan hüquqlarımızı kobud şəkildə pozmuşdur. Hesab edirlər ki, Cavabdeh2 MMC ət rəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokol ləğv olunmalı, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilə etibarsız hesab edilməli, onun bütün hüquqi nəticələri ləğv olunmalı və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməlidir. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış və əsassız olaraq iddia tələbini rədd etmişdir. Halbu ki, məhkəmə iclası zamanı Cavabdeh3 bizim, yəni iddiaçılar İddiaçı1 və SalahbanovŞöhrət Qüdrət oğlunun anaları X6 və qardaşı X10 ilə sözügedən mənzilə görə münaqişəli ailə olduqlarını, aralarında mənzil üstündə dəfələrlə mübahisələri olduğunu bildiyini qeyd etdi. Eyni zamanda da Cavabdeh3 anaları Şahbaz Salahbanova ilə yaxşı münasibətinin olduğunu, onlara məxsus mənzilin hərracda satılması barədə məlumatları ondan aldığını bildirmişdir. Lakin, işə baxan Mingəçevir Şəhər Məhkəməsi bu halları nəzərə almamış, Cavabdeh3 anaları Şahbaz Salahbanova əlbir olduğunu nəzərə almamış və Cavabdeh3 vicdanlı alıcı statusunda olmadığına heç bir hüquqi mövqeyini bildirməmişdir. Bundan başqa işə baxan Mingəçevir Şəhər Məhkəməsi prosessual hüquq normalarının tələblərini də pozmuşdur. Belə ki, məhkəmə iclası zamanı qardaşı İddiaçı2 hərracın keçirilməsi ilə bağlı onıara, yəni iddiaçılara ünvanlanmış bildirişlərin onlar tərəfindən qəbul olunmadığını bildirmişdir. Belə ki, İddiaçı2 daimi olaraq ünvan 6 ünvanda yaşayır. Mübahisəli mənzil isə ünvan 7r. Belə olan halda İddiaçı2 Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 52/1 saylı evin 9 saylı mənzilində yaşamadığı halda onun bildirişlərin qəbulunu təsdiq edən xəbərnamələrə imza etməsi mümkün deyildir. İddiaçı2 imzası saxtalaşdırılmışdır və o, heç bir xəbərnaməyə imza etməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onun hərrac barədə məlumatı olmamışdır. Hal-hazırda mübahisəli evdə o və ailəsi yaşayır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh3 doğrudan da evi satmaq istədiyini onlara bildirmişdir. Lakin o, Cavabdeh3 inanmadığı üçün onun təklifini qəbul etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əlavə olaraq bildirdi ki, hərracdan az müddət sonra o, iddiaçılardan Şöhrətə evi hərracda aldığı qiymətə onlara verə biləcəyini demişdir. Şöhrət isə onu 2 ay gözlətsə də, daha sonra təklifini qəbul etməmiş və ona qarşı məhkəmədə hazırki iddianı qaldırmışdır. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxan hakim analıq məzuniyyətinə getdiyi üçün məhkəmə baxış iclasını qısa vaxta təyin etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 1 3 . Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. M a d d ə 2 9 . Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.4. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.5. Hərrac açıq auksion formasında keçirilir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir.
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
“Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 saylı qərarı 9.22. Fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarında müəyyən edilmişdir ki: “... Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. ...”
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə hərracın keçirilməsi ilə bağlıdır. Belə ki, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı Cavabdeh2 MMC tərəfindən keçirilmiş 15 fevral 2024-cü il tarixli hərracın yekunları barədə 19 nömrəli protokolun ləğv olunması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, onun bütün hüquqi nəticələrinin ləğv olunması və Cavabdeh3 adına verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32-05101-093008 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyatorlar isə birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd edilmiş hissəsini mübahisələndirir. Ümumiyyətlə apellyatorlar iddia tələbini təmin edilməsini tələb edir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında da vurğulanmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 1477/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, **********32-05101-093008 reyestr nömrəli çıxarış əsasında iddiaçı X3, cavabdehlər İddiaçı1, İddiaçı2 və X4 ¼ hissədə ümumi paylı mülkiyyətlərində olan, 68.30 kv.m., ümumi, 47.69 kv.m. yaşayış, 20.61 kv.m. yardımçı sahədən ibarət, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvanında yerləşən üç otaqlı mənzilin açıq hərracdan satılması və ilkin satış qiymətinin 45970 (qırx beş min doqquz yüz yetmiş) manat məbləğində müəyyən edilməsi, satış pulunun paylı mülkiyyətçilər olan X6, İddiaçı1, İddiaçı2 və X10 arasında ¼ hissədə paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Həmin qətnamə icra üçün Cavabdeh1nə göndərilmiş və xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar ilə şöbədə icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli e-286434/2023-3-14-003 saylı bildirişdən görünür ki, İddiaçı1, İddiaçı2 və X7 tələbin könüllü icrası üçün bildiriş göndərilmişdir. Daha sonra, hərracın keçirilməsi ilə bağlı sifariş verilmişdir. xx.xx.2024-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə, X6, İddiaçı1, İddiaçı2 və X7 məxsus ünvan 3 ünvanda yerləşən 9 saylı mənzilin daşınmaz əmlakın əladə olunan qiyməti 45970 manat məbləğində təşkil etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, **********32-05101-093008 reyestr nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 52/1, mənzil 9 ünvan Cavabdeh3 xx.xx.2024-cü il tarixdən tam mülkiyyətindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfə harracın keçirilməsinə dair bildiriş göndərilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Belə ki, Cavabdeh2 MMC-nin hərracın keçirilməsinə dair iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli, 10 nömrəli bildirişdən görünür ki, ünvan 3 ünvanında yerləşən 9 saylı mənzilin açıq hərracının keçirilməsi xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Əmlakın satış qiyməti məhkəmə qətnaməsi ilə 45,970 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş xəbərnamələrin surətindən görünür ki, "xxxx" MMC tərəfindən Hərracın keçirilməsi barədə xx.xx.2024-cü il tarixdə X10, X6, İddiaçı1 və İddiaçı2 bildiriş göndərilimiş və bildirişin həmin şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə imzalanması barədə xəbərnamə geri qaytarılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı2 imzasının saxtalaşdırılması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Bundan başqa, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 6 fevral 2016-cı il tarixli 0001 saylı qərarının 9.22 bəndində qeyd edilmişdir ki, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Göründüyü kimi, hərrac təşkilatı üzərinə düşən öhdəliyi yerinə yetirərək paylı mülkiyyətçilərə sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İş materialında olan xəbərnamə qəbzdən də müəyyən olunur ki, bildirişlər ünvana çatdırılmışdır. Həmin xəbərnamədə X10, X6, İddiaçı1 və İddiaçı2 qeyd edilərək imza çəkilmişdir. Göndərilən məktublar ünvana çatdırılmışdır. Həmin məktubların mülkiyyətçi tərəfindən şəxsən alınması mütləq şərt deyil. Göründüyü kimi məktub ünvana göndərilmiş və çatdırılmışdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Cavabdeh2 MMC tərəfindən keçirilən hərracla bağlı “525-ci” qəzetin xx.xx.2024-cü il tarixli, 07 (6295) nömrəli tirajında elan verilmişdir. Bundan başqa, İddiaçı2 ünvan 3 ünvanında yerləşən 41 saylı mənzil qeydiyyatdadır. Kollegiya həmin halla bağlı qeyd edir ki, hazırki iş üzrə digər İddiaçı1 Şöhrətin qardaşıdırlar və iddia tələbindən də görünür ki, Şöhrət və Fəxri eyni mövqedən çıxış edir. Bundan başqa birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qeyd olunan hərracın keçirilməsi ilə bağlı məhkəmə işi gedərkən və qətnamə qəbul olunarkən iddiaçılar məhkəmə proseslərində iştirak etmişlər. Onlara hərrac qiymətindən dəfələrlə az məbləğ iddiaçıya kompensasiya ödənilməklə həmin mənzildən hüquqlarına xitam verilməsi təklif olunmuşdur. Hazırki iş üzrə iddiaçılar bununla razılaşmamışlar. Digər tərəfdən qeyd olunan qətnamədən şikayət verməmişlər. Bununla yanaşı qeyd olunan mübahisə yekunlaşmamışdan öncə bir neçə məhkəmə mübahisəsi olmuş, hazırki iş üzrə iddiaçılar həmin məhkəmə işlərində iştirak etmişlər. Beləliklə paylı mülkiyyətçi olan iddiaçıların hərracla bağlı onlara bildiriş göndərilməsindən də əlavə məlumatları olmuşdur. Kollegiya eyni zamanda qeyd edir ki, qanunverici təsdiq etmə üsulu ilə bildirişin göndərilməsini tələb edir – hazırkı iş üzrə də müəyyən olunan odur ki, hərracı keçirən təşkilat tərəfindən məhz təsdiq etmə üsulu ilə bildiriş göndərilmişdir. Belə olan halda isə, iş üzrə hansısa ekspertizanın keçirilməsi məqsədəmüvafiq hesab edilə bilməzdi. Göründüyü kimi, qanunvericilikdə göstərilən qaydada göndərilən bildirişin çatdırılmalı olması barədə qanunda göstəriş yoxdur və bu hal hərracın etibarsız sayılmasına əsas yaradan hal kimi nəzərdə tutulmamışdır. Xüsussilə nəzərə alınmalıdır ki, hərrac barədə qəzetdə də elan yerləşdirilmiş və hərrac keçirildikdən qısa zaman sonra, təxminən 15 gün sonra iddiaçılar hərracın nəticələrinin etibarsızlığı ilə bağlı iddia qaldırmışlar. Belə olan halda hərracın keçirilməsindən iddiaçının xəbərdar olmaması inandırıcı olmamaqla, ağlabatan mühakimə əsasında onun keçirilmiş hərracdan məlumatlı olması qənaətinə gəlinməsi daha məntiqlidir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərraca çıxarılmış mənzilin birinci iddiaçılara təklif edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər (Mülki Məcəllənin 414.4 və 415.1). Hərrac açıq auksion formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır (“İpoteka haqqında” Qanun 41.5 və 42.5). Göründüyü kimi, qanunvericiliyə əsasən hərraca çıxarılan əmlakın tərəflərdən hansınasa təklif edilməsi nəzərdə tutulmamışdır. Yuxarıda sadalanmış qanunvericilik normalarından açıq şəkildə görünür ki, hərrac açıq formada keçirilir və istənilən şəxs, həmçinin iş üzrə tərəflər həmin hərracda iştirak edə bilərlər. Hərracın qalibi isə, ən yüksək qiyməti təklif etmiş şəxs olur. Məhkəmə kollegiyası evin hərracda aşağı qiymətə satılması ilə bağlı qeyd edir ki, hazırda iddiaçılar evin ilkin satış qiymətinin aşağı olduğunu bildirirlər. Kollegiyası xüsusilə qeyd edir ki, evin ilkin satış qiyməti Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə 45970 manat olaraq müəyyən edilmiş və həmin iş üzrə tərəflər qətnaməni, eyni zamanda da ilkin satış qiymətini mübahisələndirməmişlər. Belə olan halda isə iddiaçıların qeyd etdikləri əsaslı hesab edilə bilməz Kollegiyası bir halı da xüsusilə qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-998/2023 nömrəli qətnaməsi ilə, iddiaçı X3 cavabdehlər İddiaçı2 və digərlərinə qarşı “paylı mülkiyyətdə olan mənzilin paylı dəyərinin cavabdehdən alınıb verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən də müəyyən edilir ki, cavabdehlər hər hansı pulun ödənilməsinə razılıq verməmişlər. Belə olan halda isə cavabdehlərin əmlakı hərracdan almaq istəmələri anlaşılan hal deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərracın qalibi olan şəxs Cavabdeh3 tərəflər arasında olan mübahisədən məlumatlı olması, tərəfləri tanıması və məzili əldə edərkən vicdanlı olmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Məhkəmə kollegiyası vicdanlılıq məsələsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, yuxarıda qeyd olunduğu kimi, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. (Konstitusiya Məhkəməsi Plenumunun S.Məmmədovanın şikayəti üzrə 27 oktyabr 2004cü il tarixli Qərarı). Həmçinin, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Kollegiya iş üzrə gəldiyi nəticəni daha da işıqlandırmaq üçün İnsan Hüquqlarının Müdafiəsi üzrə Avropa Məhkəməsinin presedentinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsi “Qladışeva Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi 06 dekabr 2011-ci il tarixli qərarında mənzilin özəlləşdirilməsində rol oynamış mühüm dövlət orqanlarının qərarlarının “vicdanlılıq” məsələsinin müəyyən olunmasındakı roluna toxunaraq qeyd etmişdir ki, xeyli sayda dövlət orqanlarının mənzili özəlləşdirmək hüququnu təsdiq etməsi həmin mənzili onu özəlləşdirən şəxsdən almış şəxsi özəlləşdirmə zamanı yol verilmiş pozuntulara görə mənzilə sahiblik hüququnu itirmək təhlükəsi altında qoymamalıdır. Dövlət hakimiyyət orqanlarının işdə buraxdıqları səhv və çatışmazlıqlar həmin şəxslərin xeyrinə işləməli, bu səhvlər onların hesabına düzəldilməməlidir. Avropa Məhkəməsi bu qərarında belə mübahisələrin vicdanlı alıcının əldə etdiyi əmlakı itirməsi ilə nəticələnməsinin ilkin mülkiyyətçinin mülkiyyət hüquqlarının qorunmasında ifadə olunan “ictimai maraq”la vicdanlı alıcının hüquqlarının qorunmasında ifadə olunan “fərdi maraq” arasındakı ədalətli tarazlığı pozduğunu qeyd etmiş və belə tarazlığın vicdanlı alıcının hüquqlarının müdafiə olunması hesabına təmin olunması zəruriliyini qabartmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Paduraru Rumıniyaya qarşı” işində daşınmaz əmlakın alqı-satqısında vicdanlı üçüncü şəxslərin hüquqlarının qorunmasına dair yerli qanunvericiliyinin mövcudluğuna əsaslanaraq, həmin işdə ərizəçinin geri tələb edilən əmlakının ona qaytarılmasını mümkün olmadığını qeyd edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Buciaş Ruminiyaya qarşı” işində qeyd edir ki, ləğv olunması istənilən satış müqaviləsinin taleyi tərəflərin vicdanlığı və ya vicdansızlığından asılıdır. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. Bundan başqa, Cavabdeh3 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, hərracdan az müddət sonra o, iddiaçılardan Şöhrətə evi hərracda aldığı qiymətə onlara verə bilər. Şöhrət isə onu 2 ay gözlətsə də, daha sonra təklifini qəbul etməmiş və ona qarşı məhkəmədə hazırki iddianı qaldırmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 isə bildirmişdir ki, Cavabdeh3 doğrudan da evi satmaq istədiyini onlara bildirmişdir. Lakin o, Cavabdeh3 inanmadığı üçün onun təklifini qəbul etməmişdir. Göründüyü kimi, Cavabdeh3 hətda mənzili iş üzrə iddiaçılara qaytarmaq istəsə də onlar buna razı olmamışlar. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 vicdanlı alıcı hesab olunmalıdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hərrac açıq şəkildə keçirilir və istənilən şəxs həmin hərracda iştirak edə bilərdi. Belə olan halda, Cavabdeh3 tərəfləri tanıması halı onun açıq şəkildə keçirilən hərracda iştirakına maneə sayıla bilməz. Xüsusilə qeyd edilməlidir ki, mənzil hərraca çıxarılmış qiymətə satılmışdır. Yəni, aşağı məbləğə yox, məhz həraca çıxarılmış qiymətə satılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin çəkişmə prinsipinin pozulmaqla qəbul edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iş materiallarından iddiaçı tərəfin məhkəmə iclaslarında iştirak etmələri müəyyən edilir. İşdən eyni zamanda müəyyən edilir ki, sonuncu qətnamə qəbul edilən zaman da, iddiaçı tərəf məhkə iclasında iştirak etmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, hər hansı pozuntu aşkar edilməmişdir. Məhkəmə kollegiyası son olaraq vurğulayır ki, iddiaçı tərəfin istinad etdiyi halları təsdiq edən sənədlər dolayı sübutlar kimi qiymətləndirildikdə belə iddianın əsaslı olması öz təsdiqini tapmır. Belə ki, yalnız dolayı sübutlar əsasında nəticəyə gəlmək üçün bir yox, bir neçə dolayı sübut olmalıdır, sübutların heç birinin etibarlığı şübhə doğurmamalıdır, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır, bu sübutlar birlikdə dəyərlənməlidir, bu sübutlar birlikdə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır. Məhkəmə kollegiyası daha sonra bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Bundan başqa, cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, işə baxan hakim analıq məzuniyyətinə getdiyi üçün məhkəmə baxışımı yaxın müddətə təyin etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək mümkün deyil. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddia hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddianın digər hissəsi – bütün hüquqi nəticələrin və çıxarışın ləğv edilməsi hissəsində də təmin edilə bilməz. Çünki, çıxarış və digər hüquqi nəticələr törəmə hüquq münasibəti olub, hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi hissəsindən asılı olmuşdur (törəmişdir). Buna görə də hərrac qanuni olduğundan, törəmə hüquq münasibəti olan çıxarış da qanuni olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2(051)-920/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.