Məhkəmə qərarları › İş №2(107)-1097/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1097/2021

28.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1097/2021 28.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, İddiaçı və cavabdeh və digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X29 qarşı «miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(025)-81/2021 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(025)-81/2021 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbi qismən təmin edilmiş, mərhum X13 17.07.2001-ci ildə, mərhum X7 isə 04.02.2004-cü ildə miras qalmış əmlakların, yəni Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən JN-1621A (kod:********), JN-1621C (kod:********), JN1621B «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələrə əsasən verilmiş 0,25 ha, 0,19 ha və 0,08 ha həyətyanı torpaq sahələrinin, JN-1570 (kod: ********) «Torpağa mülkiyyət hüququna dair» dövlət aktına əsasən verilmiş 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanun üzrə birinci növbəli vərəsə kimi, həmçinin də vəsiyyət üzrə vərəsə kimi İddiaçı tərəfindən miras əmlaklar olaraq faktiki qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaklar üzərində vərəsəlik hüququ tanınması qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X18, Cavabdeh6 və Cavabdeh7 qarşı “miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X19 17.07.2001-ci ildə, atası X8 isə 04.02.2004-cü ildə Vəndam kəndində ölməsindən və miras əmlaklara vərəsəliyinin açılmasından sonra onlardan miras qalmış əmlakların, yəni torpağın mülkiyyətə verilməsinə dair şədətnaməyə (JN-1621 A) əsasən 0,25 ha həyətyanı torpaq sahəsinin və orada yerləşən ümumi sahəsi 93,8 kv.m olan 3 otaqı və ümumi sahəsi 57,26 kv.m olan 2 otaqlı yaşayış evinin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-1621 C) əsasən 0,19 hektar həyətyanı torpaq sahəsinin, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN-1621 B) əsasən 0,08 hektar həyətyanı torpaq sahəsinin, torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən (JN-1570) 0,24 hektar pay torpaq sahəsinin qanun üzrə birinci növbəli vərəsə kimi, həmçinin də vəsiyyyət üzrə vərəsə kimi yalnız onun tərəfindən miras əmlaklar olaraq faktiki qəbul edilməsinin müəyyən edilməsi və bütün həmin miras əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdi. 09.02.2021-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, atası X8 ölümündən sonra miras qalmış əmlakları faktiki olaraq vəsiyyətnamə üzrə mirası qəbul etdiyindən, mirasda məcburi pay hüququ olanların məcburi payı qəbul etməmələrinin məhkəmə qaydasında müəyyən edilməsi ilə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı 25.02.2021-ci il tarixdə ərizə ilə məhkəməyə mürəciət edərək cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh6 və X29 qarşı qaldırdığı miras qalmış əmlaklar üzərində vərəsəlik hüququnun müəyyən edilməsi tələbinə dair ilkin iddia (20 oktyabr 2020-ci il tarixli) üzrə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X32 iddianı müdafiə edərək göstərmişdir ki, o, xx xxxxxx 1965-ci ildə Qəbələ rayonun Vəndam qəsəbəsində doğulmuşdur. 1983-cü ildə Vəndam qəsəbə 1 saylı orta məktəbini bitirmişdir. 1984-1986-cı illərdə keçmiş Çexoslavakiya Respublikasında hərbi xidmətdə olarkən yerli çex millətinin nümayəndəsi ilə tanış olmuş və həmin tanışlıq uzun müddət davam etmişdir. Dostlarını görmək üçün həmin ölkəyə səfərlər etmişdir. Səfərlərində respublikanın iqtisadi inkişafını görmüş, gələcək həyatını bu ölkə ilə qurmaq barədə planları olmuşdur. 1986-cı ilin təxminən iyun ayında çex dostlarından ona gələn dəvət məktubundan və gələcəyini həmin ölkədən qurmaq barədə planlarından xəbər tutan anası bundan narahat olmuş və yaşa dolduqlarını, onlara qayğı lazım olduğunu bildirmişdir. Anasının göz yaşları onu gələcək planlarından imtina etməyə məcbur etmişdir. Bundan sonra Bakı şəhərində beş il ali təhsil almışdır. Sonrakı əmək fəaliyyəti dövründə də hər həftə sonu, hətta bütün bayramlarda valideynlərinin yanında olması üçün Vəndam qəsəbəsinə gəlib-getmişdir. 1992-ci ildə ailə həyatı qurduqdan sonra böyük oğlu İsmayıl birinci sinifə gedənə kimi valideynlərinin yanında olmuşdur. Həyatlarının sonuna kimi atası və anası onun himayəsində yaşamışlar. 1990-cı və 2000-ci illərdə anası onkoloji xəstəlik səbəbindən iki dəfə əməliyyat edilmişdir. Əməliyyat və sonrakı bütün müalicə xərclərini özü çəkmişdir. Qarşadı Nazir nə əməliyyat vaxtı və nədə ki, sonrakı vaxtı ona heç bir köməklik etməmişdir. O, atasına qarşı da eyni hərəkətləri etmişdir. 2003-cü ildə atası xəstə olub əməliyyat ediləndə də Nazir atasına qarşı eyni hərəkətləri etmişdir. Anasının ölümündən sonra atasını görməyə gəlməmiş və onunla maraqlanmamışdır. Valideynlərinin sağlığında onlara məxsus daşınar və daşınmaz əmlaklara dair heç bir iddianın olmadığını digər vərəsələrə bildirmiş və əmlaklarını istədikləri kimi övladlarının adına rəsmiləşdirə bildiklərini onlara demişdir. Valideynlərinin ölümündən bir neçə il sonra Seyfəddin Mirzalıyevin 28 dekabr 1999-cu ildə notariat qaydasında verdiyi vəsiyyətnamə ilə öləcəyi günə özünə məxsus əmlakı və mülki ona vəsiyyət etməsi barədə məlumatı olmuşdur. Bu barədə ona məlum olanda vərəsəliyin notarial qaydada qəbulu ilə bağlı müddət tərəfindən buraxılmışdır. Valileynlərinin ölümündən sonra onlardan miras qalmış bütün əmlakı qəbul etmiş və sahiblik etmişdir. Uzun müddət mirası qəbul etməsi barədə məhkəməyə müraciət etməməyinin səbəbi isə miras qalmış əmlaklarla bağlı hər hansı iddiasının olmadığını bacı və qardaşlarına göstərmək olmuşdur. Miras əmlakın saxlanılmasına külli miqdarda vəsait xərcləməyi və fiziki qüvvə sərf etməyi sonda həmin əmlakların hüquqi cəhətdən mülkiyyətinə keçməsi üçün məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. 0,25 hektar həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi tərəfindən ayrı-ayrı illərdə iki dəfə əsaslı təmir olunmuş, sonuncu dəfə təmirə təxminən otuz min manatdan artıq vəsait xərcləməklə yaşayış üçün normal hala gətirmişdir. Yenidənqurma və təmir işlərində iştirak edən usta və fəhlələr haqqında, həmçinin tikinti materiallarının alındığı mağazalar barədə məlumat verə bilər. Təmir tikinti işlərindən sonra Cavabdeh1 həmin yaşayış evinə məxsus açarların bir nüsxəsinin daim onda da olmasını tələb etdikdə Sumqayıt şəhərində onun yaşadığı mənzili olmaqla daim orada yaşadığını, Vəndam qəsəbəsində bir təqvim ili ərzində maksimum bir dəfə gələ bildiyini və ata-anasından miras qalmış yaşayış evində ona məxsus hər hansı bir əmlakın olmaması səbəbindən tələbinin qəbul edilən olmadığı nəzərinə çatdırılmışdır. Sonradan həmin torpaq sahəsində əlavə olaraq iki otaqlı yaşayış evi tikmişdir ki, hazırda həmin evlərdən birində ailəsi ilə birlikdə özü, digər yaşayış evində isə oğlu İsmayıl Mirzəli ailəsi ilə yaşayır. Mirası qəbul etməklə uzun müddət sahiblik edir və onu normal, səliqəli saxlanması üçün küllü vəsait sərf etmişdir. Təmir tikinti işlərində qardaşı Nazir usta olaraq çalışmış və gördüyü işlər və xidmətin dəyərini ona tam olaraq ödəmişdir. Bu zaman qardaşı ona heç bir güzəşt etməmişdir. Valideynlərinin ölümündən sonra 2017-ci ilədək cavabdehlər hər il, xüsusən yay aylarında onunla Vəndam qəsəbəsinə gələrək yararlı vəziyyətə gətirdiyi evdə yaşamış, onların bütün xərclərini özü çəkmişdir. Bacı və qardaşlarının ayrıca təsərrüfatları vardır və ayrı-ayrı ünvanlarda yaşayırlar. 1986-cı ildən etibarən onların heç biri miras əmlaklarda yaşamamış, həmin əmlaklarla bağlı hər hansı bir hərəkətləri olmamış və mirasın qorunub saxlanmasında, yararlı vəziyyətə gətirilməsində iştirak etməmişlər. Mirası faktiki qəbul etməyindən sonrakı dövrdə cavabdehlər 0,25 hektar həyətyanı torpaq sahəsində olan yaşayış evinə gələn zaman onlara qarşı mehribançılıq göstərmiş və onların həmin evdə qalmalarına hər hansı maneə törətməmişlər. Qeyd olunan xüsusatlara görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinə ərizə təqdim edərək, cavabdeh olduğu mülki iş üzrə miras əmlakdan qardaşının (iddiaçının) xeyrinə imtina etdiyini və nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh4 və Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeyd edilən qətnamə qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması şəraitində çıxarılmış, mövcud mülki işin hallarına uyğun gəlmir. Belə ki, İddiaçı vərəsə kimi mərhum anası X20 və X3 miras qalmış əmlakların payına düşən hissəsi qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə keçməlidir. Lakin hakim işə baxarkən bir tərəfli mövqedən çıxış edib miras qalmıpş əmlakların bütövlükdə təkbaşına iddiaçıya verilməsi haqqında qanunsuz qətnamə çıxarmışdır. 25.02.2021-ci ildə hakim həmin iş üzrə məhkəmə baxışı təyin etmiş, lakin onun tərəfindən məhkəmənin təxirə salınması barədə teleqram göndərilsə də, hakim mövcud prosessual qaydaları pozaraq onun iştirakı olmadan baxıb qətnamə qəbul etmişdir. Qardaşı İddiaçı onun və digər qardaş və bacılarının icazəsi olmadan atasından qalmış 2 otaq və şüşəbənddən ibarət olan mənzili yeniləşdirərək əlavə tikililər edib təmir edərək özü üçün istifadə edir. Eyni zamanda həmin evin torpaqyanı sahəsində qardaşı Musa əlavə olaraq 3 otaqlı başqa mənzil tikərək dincəlməyə gələn turistlərə kirayə verərək pul qazanır. Onlar dəfələrlər ona bildirmişlər ki, yenidən inşa etdiyi 3 otaqlı mənzili özü üçün istifadə etsin, həmin həyətdə atasından qalan 2 otaqlı mənzili isə onlara versin. Lakin o dediklərinə məhəl qoymayaraq məhkəməyə müraciət etmiş və hakim onun maraqlarından çıxış edərək qətnaməni onun xeyrinə çıxarmışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(025)- 81/2021 nömrəli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeyd edilən qətnamə qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması şəraitində çıxarılmış, mövcud mülki işin hallarına uyğun gəlmir. Belə ki, İddiaçı vərəsə kimi mərhum anası X20 və X3 miras qalmış əmlakların payına düşən hissəsi qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə keçməlidir. Lakin hakim işə baxarkən bir tərəfli mövqedən çıxış edib miras qalmıpş əmlakların bütövlükdə təkbaşına iddiaçıya verilməsi haqqında qanunsuz qətnamə çıxarmışdır. 25.02.2021-ci ildə hakim həmin iş üzrə məhkəmə baxışı təyin etmiş, lakin onun tərəfindən məhkəmənin təxirə salınması barədə teleqram göndərilsə də, hakim mövcud prosessual qaydaları pozaraq onun iştirakı olmadan baxıb qətnamə qəbul etmişdir. İddiaçı ata yurdunda olan 2 otaq və şüşəbənddən ibarət olan mənzili bacı və qardaşlarına demədən yeniləşdirərək təmir edib özü üçün istifadə edir. Əlavə olaraq 3 atasına məxsus həmin torpaqyanı sahədə 3 otaqlı başqa mənzil inşa edib, həmin mənzili “katej” kimi dincəlməyə gələn turistlərə kirayə verərib pul qazanır. Onu və bacı-qardaşlarını həyətə buraxmır. Onların ata yurdu kimi həmin evdən istifadə etməklərinə imkan vermir. Onlar dəfələrlər iddiaçıya bildirmişlər ki, inşa etdiyi həmin mənzil onda qalsın, eyni həyətdə olan 2 otaqlı evi isə digər bacı və qardaşlarının istifadəsinə versin. Lakin o müxtəlif bəhanələr gətirərək bundan imtina etmişdir. İddiaçı uzun müddət Baş Gömrük idarəsində yüksək vəzifələrdə çalışmış, halhazırda onun 3 yerdə mənzili var. Lakin o bununla kifayətlənməyərək, bacı və qardaşlara qarşı ata yurdunda olan evləri də qanunu pozaraq mənimsəmişdir. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(025)-81/2021 nömrəli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh və digər Cavabdeh4 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(025)-81/2021 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(025)- 81/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 birinci instansiya məhkəməsinə təqdim etdiyi cavabdeh olduğu mülki iş üzrə miras əmlakdan qardaşının (iddiaçının) xeyrinə imtina etməsinə dair ərizəni müdafiə etdiyini və apellyasiya şikayətinin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və X40 iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: JN-1621 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X8 və X21 mülkiyyətinə 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-1621 C, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X8 və X21 mülkiyyətinə 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-1621 B, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X8 və X21 mülkiyyətinə 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-1570, kod 40600048 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı»nın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X8 və X21 mülkiyyətinə 0,24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayon VVADQ şöbəsinin 23 oktyabr 1948-ci il tarixdə verdiyi, İE 01332 nömrəli «Evlənmə haqqında şəhadətnamə»nin surətindən görünür ki, X22 ilə X41 arasında 23.10.1948-ci il tarixdə nikah bağlanmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 18 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra Sənəm İsrəfilova ərinin soyadını qəbul etmişdir. Qəbələ rayon VVADQ şöbəsinin 03 sentyabr 1991-ci il tarixdə verdiyi XİV-JQ 471940 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1965-ci ildə Qəbələ rayonu Vəndam kəndində doğulmuşdur. Bakı şəhəri, Yasamal rayon Qeydiyyat şöbəsinin 26 sentyabr 2019-cu il tarixdə verdiyi (təkrar) AZ-İ 026731 nömrəli «Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə»nin surətindən görünür ki, xx xxxxxx 1965-ci ildə doğulmuş X1 «Mirzalıyev»dən «Mirzəli»yə, adı isə «Müsavər»dən «Musa»ya dəyişdirilmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 17.07.1991-ci il tarixdə 37 nömrə ilə qeyd aparılmışdır. Qəbələ rayon VVADQ şöbəsinin 06 fevral 2004-cü il tarixdə verdiyi AZ-İ 059385 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X22 04 fevral 2004-cü il tarixdə «mikrokard infarktı»ndan vəfat etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 28 avqust 2019-cu il tarixdə (təkrar) verdiyi AZ-İİ 029812 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X33 17 iyul 2001-ci il tarixdə «şiş infeksiyası»ndan vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ regional «Asan xidmət» mərkəzində Qeydiyyat şöbəsinin 18 iyul 2020-ci il tarixli 5/Q-63/69 nömrəli arayışında İddiaçı barədə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlamanın 18.07.2020-ci il tarixədək aparıldığı və aşağıdakı məlumatların aşkar edildiyi qeyd edilmişdir: 1. Atası – X22 04.02.2004-cü ildə vəfat etmişdir; 2. Anası - X33 17.07.2001-ci ildə vəfat etmişdir; 3. Qardaşı - X14 08.06.1957-ci ildə vəfat etmişdir; 4. Bacısı - Cavabdeh1 xx.xx.1961-ci il təvəlüdlü; 5. Bacısı – X23 xx.xx.1963-cü il təvəllüdlü;

6. Bacısı - X28 xx.xx.1952-ci il təvəllüdlü; 7.Qardaşı - Cavabdeh4 xx.xx.1955- ci il təvəllüdlü; 8. Bacısı- X24 xx.xx.1950-ci il təvəllüdlü; 9. Qardaşı - X15 12.04.2012-ci ildə vəfat etmişdir. 28 dekabr 1999-cu ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2V-1/101 reystr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, Qəbələ rayonu Vəndam kəndində yaşayan X22 vəfat edəcəyi günə ona məxsus Vəndam kəndindəki mülkini yaşayış evlərini, digər bütün tikililəri və digər bütün əmlakını kiçik oğlu X16 vəsiyyət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin İddiaçı müraciətinə 14 oktyabr 20111-ci il tarixdə verdiyi 05/01-M-218/13 nömrəli cavab məktubunda 28 dekabr 1999-cu il tarixdə Qəbələ rayonu dövlət notariat kontorunda 2B- 1/101 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin həmin tarixədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumatın daxil olmadığı göstərilmişdir. Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20.02.2020-ci il tarixli, 257 nömrəli arayışında X8 04.02.2004-cü il tarixdə Vəndam qəsəbəsində vəfat etdiyi, qəsəbənin “Dəşmir” adlanan qəbristanlığında dəfn edildiyi qeyd olunmuşdur. Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20.02.2020-ci il tarixli, 258 nömrəli arayışında X19 17.07.2001-ci il tarixdə Vəndam qəsəbəsində vəfat etdiyi, qəsəbənin “Dəşmir” adlanan qəbristanlığında dəfn edildiyi qeyd olunmuşdur. Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20.02.2020-ci il tarixli, 256 nömrəli arayışında 17.07.2001-ci il tarixdə vəfat etmiş X19 Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evində miras qoyanla birgə yaşayan və mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə yaşamağa davam edən oğlu- 1965-ci il təvəllüdlü İddiaçı vərəsə olaraq qaldığı göstərilmişdir. Qəbələ rayon İHB-nın Vəndam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 20.02.2020-ci il tarixli, 255 nömrəli arayışında 04.02.2004-cü il tarixdə vəfat etmiş X8 Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evində miras qoyanla birgə yaşayan və mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə yaşamağa davam edən oğlu - 1965-ci il təvəllüdlü İddiaçı vərəsə olaraq qaldığı göstərilmişdir. Qəbələ rayonu Vəndam bələdiyyəsinin 20 fevral 2020-ci il tarixli, 13-M saylı arayışında Qəbələ rayonu AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə X22 və X19 adlarına verilmiş şəhadətnamələrə əsasən (JN-1621 A) 0,25 ha, (JN-1621 B) 0,08 ha, (JN-1621 C) 0,19 ha torpaq sahələrini və JN-1570 nömrəli Dövlət aktına əsasən 0,24 ha torpaq sahəsini valideynlərinin vəfat etdikləri tarixlərdən (17.07.2001-ci il tarixdə Seyfəddin Mrzalıyev və 04.02.2004-cü il tarixdə Sənəm Mirzalıyeva) hal-hazıradək oğlu İddiaçı idarə, sahiblik və istifadə etdiyi, torpaq vergilərini vaxtında ödədiyi qeyd olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 26.02.2020-ci il tarixli, 2(025)-193/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Qəbələ rayon Qeydiyyat Şöbəsinə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbi ilə müraciət etmiş, ərizəsi təmin edilmişdir. Qətnamə ilə 01.05.1957-ci il təvəllüdlü X4 08.06.1967-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(025)-1348/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair məhkəməyə müraciət etmiş, ərizəsi təmin edilmişdir. Qətnamə ilə 06.02.2004-cü il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində vəfat etmiş X22 tərəfindən bütün əmlaklarını kiçik oğlu X16 vəsiyyət etdiyinə dair 28.12.1999-cu il tarixdə verilmiş, Qəbələ rayon notariat kontorunda qeydə alınmış vəsiyyətnamənin İddiaçı məxsus olması hüquqi əhəmiyyət olan faktın müəyyən edilməsi qət edilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 30.09.2020-ci il tarixli çıxarışında X15 ilə X34 arasındakı nikahın akt qeydləri kitabında 05.05.1987-ci il tarixdə 40 nömrə ilə qeydə alındığı göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 30.09.2020-ci il tarixli çıxarışında X17 ilə X23 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında 26.04.1985-ci il tarixdə 25 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Sara Mirzalıyeva ərinin soyadını qəbul etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 30.09.2020-ci il tarixli çıxarışında X48 ilə X28 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında 07.09.1974-cü il tarixdə 40 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Səkinə Bilalova ərinin soyadını qəbul etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 30.09.2020-ci il tarixli çıxarışında X49 ilə X24 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında 01.08.1968-ci il tarixdə 23 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Yasəmən Bilalova ərinin soyadını qəbul etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli çıxarışında X35 ilə X36 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında 13.08.2013-cü il tarixdə 103 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Lalə Mirzalıyeva ərinin soyadını qəbul etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 30.09.2020-ci il tarixli çıxarışında X48 ilə X28 arasındakı nikahın, nikahın bağlanmasına dair akt qeydləri kitabında 07.09.1974-cü il tarixdə 40 nömrə ilə qeydə alındığı göstərilmişdir. Nikahdan sonra Səkinə Bilalova ərinin soyadını qəbul etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında X9 xx.xx.1950-ci il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında Cavabdeh1 17.02.1951-ci il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında X11 xx.xx.1952ci il tarixdə Vəndam kəndinə anadan olduğu göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında X25 xx.xx.1955ci il tarixdə Vəndam kədində anadan olduğu göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında X5 07.11.1958-ci il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında X5 12.04.2012-ci il tarixdə «mikrokard infarktı»ndan vəfat etdiyi göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında X10 xx.xx.1963cü il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında Cavabdeh6 xx.xx.1985-ci il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli arayışında X26 09.06.1990cı il tarixdə Vəndam kəndində anadan olduğu göstərilmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsinin 29.09.2020-ci il tarixli çıxarışında X12 ilə X34 arasındakı nikahın pozulması barədə akt qeydləri kitabında 19.06.2000-ci il tarixdə 16 nömrə ilə qeyd aparıldığı göstərilmişdir. Qəbələ Regional «ASAN xidmət» mərkəzində notariat ofisinin İddiaçı 21 oktyabr 2020-ci il tarixdə ünvanladığı 1606 və 1607 nömrəli məktublarda 04.02.2004-cü il tarixdə vəfat etmiş atası X6 qalmış miras payını qəbul etmək və miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 21.10.2020-ci il tarixli ərizəsinə baxıldığı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1243 və 1322-ci maddələrinin tələbləri nəzərinə çatdırılmaqla qanunvericiliyin şərh olunmuş tələblərinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. ünvan 1ünvanda yaşayan Cavabdeh4 26.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, atasından miras qalmış torpaq sahəsindən imtina etdiyini, anasından miras qalmış torpaq sahələrindən ona düşən payın bölünərək verilməsini tələb etdiyini bildirməklə, növbəti məhkəmə iclaslarının iştirakının olmadan keçirilməsini xahiş etmişdir. İşdə olan Cavabdeh7 26.11.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, miras əmlakdan imtina etdiyini bildirməklə, növbəti məhkəmə iclaslarının iştirakının olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh3 07.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, vərəsə olaraq mirası qəbul etmədiyini və iddiaçının iddia tələbi ilə bağlı hər hansı bir tələbinin olmadığıı bildirmişdir. Cavabdeh5 14.12.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, vərəsə olaraq mirası qəbul etmədiyini və iddiaçının iddia tələbi ilə bağlı hər hansı bir tələbinin olmadığıı bildirmişdir. Cavabdeh6 Seyfəddin qızının 09.02.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, miras əmlakdan imtina etdiyini bildirmişdir Cavabdeh2 25.02.2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində o, miras əmlakdan iddiaçı qardaşı İddiaçı xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin təmin edilməməsinə və qətnamənin dəyişdirilməməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsə sayılırlar. 1170.1-ci maddəsinə görə, vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1170-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alır. 1171-ci maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. 1193-ci maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1262-ci maddəsinə əsasən, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1274-cü maddəsinə əsasən, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1282.1-ci maddəsinə əsasən, əgər kəndli təsərrüfatının yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın mülkiyyətçisi vəsiyyətnamə ilə onu bir neçə vərəsəyə qoymuşdursa və ya vəsiyyətnamə qoyulmamışdırsa və qanun üzrə bir neçə vərəsə vardırsa, kənd təsərrüfatı təyinatlı torpaq orada yerləşən kəndli təsərrüfatı ilə birlikdə vərəsələr arasında bölüşdürülə bilər, bu şərtlə ki, bölgü nəticəsində vərəsələrdən hər birinə keçən torpaq sahəsi həyat qabiliyyətli təsərrüfatın mövcudluğunu təmin etsin. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki, JN-1621 A, kod 40600048 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» və Qəbələ rayonu Aqrar İslahat Komissiyasının 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə Qəbələ rayonu Vəndam kəndində X8 və X21 mülkiyyətinə 0,25 ha, JN-1621 c (kod ********) saylı şəhadətnamə ilə 0,19 ha və JN-1621 b (kod ********) saylı şəhadətnamə ilə 0,08 ha həyətyanı torpaq sahələri verilmişdir. Bundan başqa JN- 1570, kod 40600048 saylı «Torpağa mülkiyyət hüququna dair Dövlət aktı» ilə Qəbələ rayonu Vəndam kəndində X8 və X21 mülkiyyətinə 0,24 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X22 ilə X42 arasında 23.10.1948-ci il tarixdə nikah bağlanmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 18 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra Sənəm İsrəfilova ərinin soyadını qəbul etmişdir. X22 04 fevral 2004-cü il tarixdə «mikrodakr infarktı»ndan, X33 17 iyul 2001-cü il tarixdə «şiş infeksiyası»ndan vəfat etmişlər. X22 28 dekabr 1999-cu ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2V-1/101 reystr nömrəsi ilə qeydə alınmış vəsiyyətnamə ilə vəfat edəcəyi günə ona məxsus Vəndam kəndindəki mülkini yaşayış evlərini, digər bütün tikililəri və digər bütün əmlakını kiçik oğlu X16 (İddiaçı) vəsiyyət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ regional «Asan xidmət» mərkəzində Qeydiyyat şöbəsinin 18 iyul 2020-ci il tarixli 5/Q-63/69 nömrəli arayışında İddiaçı barədə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlamanın 18.07.2020-ci il tarixədək aparıldığı və aşağıdakı məlumatların aşkar edildiyi qeyd edilmişdir: 1. Atası - X22 04.02.2004-cü ildə vəfat etmişdir; 2. Anası - X33 17.07.2001-ci ildə vəfat etmişdir; 3. Qardaşı - X14 08.06.1957-ci ildə vəfat etmişdir; 4. Bacısı - Cavabdeh1 xx.xx.1961-ci il təvəlüdlü; 5.Bacısı - X23 xx.xx.1963-cü il təvəllüdlü; 6. Bacısı - X28 xx.xx.1952-ci il təvəllüdlü; 7.Qardaşı - Cavabdeh4 xx.xx.1955-ci il təvəllüdlü; 8. Bacısı - X24 xx.xx.1950-ci il təvəllüdlü; 9. Qardaşı - X15 12.04.2012-ci ildə vəfat etmişdir. 17.07.2001-ci il tarixdə vəfat etmiş X19 və 04.02.2004-cü il tarixdə vəfat etmiş X8 Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evində miras qoyanla birgə yaşayan və mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə yaşamağa davam edən oğlu - 1965-ci il təvəllüdlü İddiaçı vərəsə olaraq qaldığı Qəbələ rayon İHB-nın Vədam qəsəbə inzibati ərazi dairəsi üzrə nümayndəsinin 20.02.2020-ci il tarixli, 255 və 256 nömrəli arayışlarında təsdiq olunmuşdur. Qəbələ rayonu Vəndam bələdiyyəsinin 20 fevral 2020-ci il tarixli, 13-M saylı arayışında isə Qəbələ rayonu AİK-nın 28 oktyabr 1998-ci il tarixli, 19 saylı qərarı ilə X22 və X19 adlarına verilmiş şəhadətnamələrə əsasən (JN-1621 A) 0,25 ha, (JN-1621 B) 0,08 ha, (JN-1621 C) 0,19 ha torpaq sahələrini və JN-1570 nömrəli Dövlət aktına əsasən 0, 24 ha torpaq sahəsini valideynlərinin vəfat etdikləri tarixlərdən (17.07.2001-ci il tarixdə Seyfəddin Mrzalıyev və 04.02.2004-cü il tarixdə Sənəm Mirzalıyeva) hal-hazıradək oğlu İddiaçı idarə, sahiblik və istifadə etdiyi, torpaq vergilərini vaxtında ödədiyi qeyd olunmuşdur. Mülki işin kollegiya tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı mirası faktiki surətdə qəbul edərək şəriksiz (miras əmlakla bağlı) idarə etdikyini şəksiz nümayiş etdirir, miras əmlaka sabiblik etməyə və əmlakı idarə etməyə faktik olaraq valideynlərinin saglığında və ölümlərindən dərhal sonra başlamışdır. İşin qeyd olunan halını, iş üzrə tətərflər, yəni iddiaçının bacı və qardaşları bilirlər və bu barədə kifayət qədər məlumatlıdırlar. İddiaçı mirası faktiki qəbul etməklə qoruyub saxlamış, əsaslı tikinti və təmir işlərini həyata keçirmişdir. İddia tələbi üzrə bütün digər cavabdehlər isə miras qoyan valideynlərinin ölümündən xeyli əvvəllərdən valideynlərinə məxsus evdən və təsərrüfatdan ayrılmaqla daimi yaşamaq üçün başqa təsərrüfatlara və yaşayış məntəqələrinə köçmüş, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdikləri barədə ərizə verməmiş, miras əmlaka sahiblik etməyə və əmlakları faktiki idarə etməyə başlamamış, mirası qəbul etməmiş, mirasla hər hansı daimi əlaqələri olmamış, yəni qanunla müəyyən edilmiş qaydada, formada və müddətdə miras əmlaklarını qəbul etməmişlər. Onların heç biri miras əmlaklarda yaşamamış, həmin əmlaklarla bağlı hər hansı bir hərəkətləri olmamış və mirasın qorunub saxlanmasında, yararlı vəziyyətə gətirilməsində iştirakları olmamışdır. İşin qeyd olunan hallarını və işdə olan sübutları, eləcə də cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mirasdan imtinaları barədə ərizələrini nəzərə alaraq məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının valideynlərindən miras qalmış Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, JN-1621 A saylı şəhadətnamə üzrə 0,25 hektar, JN-1621 C saylı şəhadətnamə üzrə 0,19 ha və JN-1621 B saylı şəhadətnamə üzrə 0,08 ha həyətyanı torpaq sahələri, eləcə də JN-1570 saylı dövlət aktı üzrə 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanun üzrə, həmçinin vəsiyyət üzrə birinci dərəcəli vərəsə kimi İddiaçı tərəfindən miras əmlak olaraq faktiki qəbul edilməsi hissəsində məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Bu həm də qanun üzrə vərəsəliklə pay almaq hüququna malik vərəsələrin qanunla qorunan mənafelərinə xələl yetirmir (huquqlarını məhdudlaşdırmır və ya pozmur) və məhkəmənin qənaətinə görə mübahisənin bu qaydada həlli qanuni olmaqla onların qanunla qorunan mənafelərinə zidd deyil, uyğundur. Məhkəmə kollegiyası iddiaçının vəsatəti əsasında Sumqayıt şəhər 1 saylı Dövlət Notariat ofisinə sorğu etmiş və bununla bağlı verilmiş cavabda notariat hərəkətlərinin qeyd edilməsi üçün reyestr kitabından 15.09.2011-ci il tarixə dair çıxarışın surətindən müəyyən olunur ki, X27 15.09.2011-ci il tarixli ərizəsi 13922 saylı reyestrdə qeydə alınmış və məzmunda miras əmlakdan imtina etdiyi qeydi yazılmışdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 178.1-ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bununla yanaşı İddiaçı 28 dekabr 1999-cu ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2V-1/101 reystr nömrəsi ilə qeydə alınmış mərhum atası - X8 vəsiyyətnaməsi ilə, eləcə də qanun üzrə vərəsəliklə Vəndam kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93,8 kv.m olan 3 otaqlı və ümumi sahəsi 57,26 kv.m olan 2 otaqlı yaşayış evlərinin birinci dərəcəli vərəsə kimi onun tərəfindən faktik qəbul edilməsinin müəyyən olunması barədə tələb irəli sürsə də, məhkəmə haqlı olaraq belə nətiəcyə gəlmişdir ki,həmin evlərin mərhum valideynlərinin xüsusi mülkiyyətində olmuş miras əmlak olmasına dair hüquqmüəyyənedici (mülkiyyətin məxsusluğuna və statusuna dair) sənədlərin olmaması səbəbindən məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları, qanunvericiliyin sadalanan müddəalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi 28 dekabr 1999-cu ildə Qəbələ rayon Dövlət Notariat Kontorunda 2V-1/101 reystr nömrəsi ilə qeydə alınmış, mərhum X8 vəsiyyətnamə ilə, eləcə də qanun üzrə vərəsəliklə Vəndam kəndindəki 0,25 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93,8 kv.m olan 3 otaqlı və ümumi sahəsi 57,26 kv.m olan 2 otaqlı yaşayış evlərinin hüquqmüəyyənedici sənədləri olmadığından və həmin əmlaklar vərəsəlik kütləsinə daxil edilmədiyindən birinci dərəcəli vərəsə kimi onun tərəfindən faktik qəbul edilməsinin müəyyən olunması hissəsində təmin edilməməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Qəbələ Rayon Məhkəməsi iddianı qismən təmin etməkdə ümumilikdə düzgün nəticəyə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(025)-81/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar