Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1099/2022 12.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin ləğvi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və maraqlı şəxs Qəbələ regional "Asan xidmət" Mərkəzində Notariat ofisinə qarşı "çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh1 iddianın təmini tədbirinin ləğv edilməsi barədə ərizəsi üzrə Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(025)-65/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı “Çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qanunsuz və əsassız əldə olunmuş Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2019cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması və mərhum anasından miras qalmış ünvan 1 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Eyni zamanda İddiaçı vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə iddianın təmin tədbiri barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışdakı ünvan 1da olan fərdi yaşayış evinin və 0.07 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair hərəkətlərin cavabdehlərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(025)-1113/2020 nömrəli qərardadı ilə, ərizə təmin edilmiş, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışdakı ünvan 1 ünvanında olan fərdi yaşayış evinin və 0.07 ha torpaq sahəsinin cavabdehlər tərəfindən özgəninkiləşdirilməsi qadağan olunması qərara alınmışdır Cavabdeh1 xx.xx.2021-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə ərizə ilə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2(025)- 1113/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli № 2(025)-65/2021 saylı qərardadı ilə Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışdakı ünvan 1 ünvanında olan fərdi yaşayış evinin və 0.07 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan olunmasına dai iddianın təmin tədbirinin ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli № 2(025)-65/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli № 2(025)- 65/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki birinci instansiya məhkəməsi qərar qəbul edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İş materialları ilə müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi və maraqlı şəxs Qəbələ regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə qarşı “Çıxarışın etibarsız hesab olunması və vəsiyyətnamə üzrə miras payının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-69/2022 nömrəli qətnaməsi ilə İddiaçı nümayədəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 2 mart 2022-ci il tarixli 2(107)-69/2022 nömrəli “Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsinin “Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunması” tələbinə dair hissəsində ləğv edilməsi və iddia tələbinin Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışın etibarsız hesab olunmasına aid hissəsində iş üzrə icraata xitam verilməsi ilə bağlı” qərardadı nəzərə alınmaqla, Qəbələ Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(025)-65/2021 nömrəli qətnaməsi ünvan 1 ünvanındakı əmlaka vəsiyyətnamə üzrə 2/1 hissədə miras payının müəyyən edilməsinə dair iddianın rədd olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, zərurət aradan qalxdığından, iddiaçının iddia tələbi təmin edilmədiyindən, qətnamə qanuni qüvvəsini aldığından Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il tarixli, reyestr nömrəsi **********87-10301, qeydiyyat nömrəsi ********** olan Çıxarışdakı ünvan 1 ünvanında olan fərdi yaşayış evinin və 0.07 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan olunmasına dair iddianın təmin tədbiri ləğv edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1.2 və 158.1.3-cü maddələrinə əsasən, məhkəmə müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. Qeyd edilən Məcəllənin 162.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(025)-65/2021 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(025)-65/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(025)-65/2021 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Vəzirxan Məlikov Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-1099/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1099/2022
12.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver