Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1110/2024 28.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X21 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın, torpaq sahəsini bağışlanma müqaviləsinin, bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: sənədlərin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh3, Cavabdeh1, onların nümayəndəsi və vəkili Nümayəndə2 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X21 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın, torpaq sahəsini bağışlanma müqaviləsinin, bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(019)-264/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı əsasında İddiaçı1 mərhum atası X12 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X18 həmin torpaq sahəsinə bitişik 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X25 30 mart 2001-ci ildə ölmüşdür. X26 xx.xx.2004-cü ildə Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla ona məxsus olan yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evini X41 adlı şəxsə satmışdır. X26 xx.xx.2012-ci ildə ölmüşdür. xx.xx.2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən X13 miras əmlakından bacısı Cavabdeh3 tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən onun bacısının əri Cavabdeh1 bağışlamış, bu müqavilə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. xx.xx.2023-cü il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində X19 məxsus ünvan 3 ünvanda yerləşən JN1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.0572 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 anası İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ümumi əmlakın 3/8 hissəsinə X12 ailə üzvləri olan İddiaçı1, İddiaçı2 və X36 hər birinə 1/8 hisə miras payı verilmiş, miras əmlakın 1/8 hissəsinə mirası qəbul etmiş, lakin hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhum X22 münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh4 xx.xx.2022-ci il tarixli 2V1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeyd ləğv edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş X1 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X26 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı onlara çatacaq 1/2 hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi, xx.xx.2001-ci ildə vəfat etmiş X1 qalmış miras əmlakın irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X26 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq tam hissə miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.
4. Eyni zamanda iddiaçılar İddiaçı1 qızının, İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 cavabdeh qismində işə cəlb edilmədiyini, Cavabdeh4 Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu olan əsl cavabdeh X27 ilə əvəz edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 hazırda ünvan 5 ünvanında yaşayır. X26 onun atasıdır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə onun atası X12 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evi iddiaçının atasına məxsus olmuşdur. xx.xx.2004-cü ilədək həmin torpaq sahəsində yerləşən evdə yaşamışlar. İddiaçının atası X26 xx.xx.2004-cü ildə Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla ona məxsus olan yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evini X41 adlı şəxsə satmışdır. ünvan 3 ünvanda JN1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum X19 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik iddiaçının atası X12 qardaşı X18 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. Belə ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993cü il tarixli 189 №li Sərəncamı ilə X18 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə ona sərəncam verilmişdir. Həmin sərəncamın əsli Səlim Kərimovun öldüyü andan halhazıradək iddiaçılardadır. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ayrıc aktından görünür ki, Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993cü il tarixli 189 №li Sərəncamı ilə X18 ayrılmış ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ilə JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X12 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsi bir-birinə bitişik yerləşir. X25 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X26 və onun ailə üzvləri olan iddiaçılar İddiaçı1, İddiaçı2 istifadə etmiş, oranı əkib becərmiş, orada meyvə ağacı əkmişlər. Miras əmlak açıldıqdan sonra həmin əmlakdan iddiaçıların istifadə etməsi Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışı ilə təsdiq olunur. 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X26 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X3. Halhazırda həmin torpaq sahələrindən X41 istifadə edir. İddiaçının atası X26 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Atasının ölümündən sonra xx.xx.2023-cü il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində X19 məxsus ünvan 3 ünvanda yerləşən JN1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.0572 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 anası İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ümumi əmlakın 3/8 hissəsinə X12 ailə üzvləri olan İddiaçı1, İddiaçı2 və X36 hər birinə 1/8 hisə miras payı verilmiş, miras əmlakın 1/8 hissəsinə mirası qəbul etmiş, lakin hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhum X22 münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Hazırda məhkəmədə mübahisələndirilən X18 ayrılmış ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə bitişik olan JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X12 mülkiyyətinə verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, 1/8 hissəsinə İddiaçı2, 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə X36 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2001-ci ildə X13 ölümündən sonra xx.xx.2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən X13 bacısı Cavabdeh3 miras əmlakdan tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməni verərkən notarius mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası tam hissədə irsi transmissiya qaydasında iddiaçılar qəbul etdikləri halda, onları miras payından məhrum etmişdir. Cavabdeh3, miras əmlakdan tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən formal olaraq onun bacısının əri Cavabdeh1 bağışlamış, bu müqavilə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. İddiaçının nümayəndəsi Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə mərhum X13 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu Cavabdeh4 xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsinə arayış təqdim edərək göstərmişdir ki, qeyd olunan mirasa dair Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. O, vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş vərəsə Cavabdeh3 ilə aralarında miras əmlaka dair mübahisə olduğunu bildirir. Digər vərəsə olan Cavabdeh3 verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. İddiaçının nümayəndəsi miras əmlakla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ona təqdim edildiyi xx.xx.2023-cü il tarixdə dərhal X18 məxsus olmuş miras əmlakla mübahisə olması və məhkəmə mübahisəsi yekunlaşana qədər qeyd olunan əmlakla əlaqədar notariat hərəkətlərinin aparılmasının dayandırılması barədə notariusa ərizə təqdim etmiş, həmin andan miras əmlakın özgəninkiləşdirilməsi barədə məhdudiyyət notariat sistemində yerləşdirilmişdir. xx.xx.2001-ci ildə X13 ölümündən sonra ona məxsus Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə verilmiş ünvan 1 ünvanında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. X46 bundan başqa heç bir əmlakı olmamış, həmin miras açılarkən iddiaçılar və onların ailə üzvü olmuş X12 istifadəsində olmuş, X46 miras əmlakına bitişik olan 0.06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 292 kv.m olan fərdi yaşayış evi 30 yanvar 2004-cü il tarixdə X2 həmin torpaq sahələri də 2004-cü ildə ona istifadə etmək üçün verilmiş, X19 məxsus olan 0.0572 ha torpaq sahəsi onun ölümü ilə vərəsələrinə keçmiş, X18 məxsus miras əmlak olan 0.06 ha torpaq sahəsi isə onun bacısı olan Cavabdeh3 adına rəsmiləşdirilmişdir. X1 miras qalmış əmlakı X9 başqa heç bir vərəsəsi qəbul etməmiş, ona məxsus əmlakı istifadə etməmiş, onu əkibbecərməmiş, qoruyub saxlamamışdır. X25 öldüyü vaxt Cavabdeh3 Rusiya Federasiyasında olmuş, onun ölümündən iki ay sonra Balakən rayonuna qayıtmışdır. Cavabdeh3 ümumiyyətlə həmin mirasdan məlumatı olmamışdır. Yalnız Balakən Rayon İcra Hakimiyyəti Başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində iddiaçı Cavabdeh3 mərhum qardaşı X18 ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X41 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılması barədə Balakən Rayon Məhkəməsinin e-2(019)-635/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra torpaq sahəsinə daxil olmuş, ölçü işlərindən sonra həmin əmlaka Səlim Kərimovun vərəsəsi kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 xx.xx.2001-ci ildə vəfat etmiş X1 qalmış miras əmlakı bölüşdürərkən onun mirasını faktiki qəbul etmiş digər vərəsəsi olan mərhum X12 vərəsələrini çağırmamış, vərəsələrin dairəsini müəyyən etməmiş, irsi tarnsmissiya qaydasında mirası qəbul etdiklərindən mirasın tam hissəsinə iddiaçılara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməli olduğu halda, bunu etməyərək, mərhum X13 qanun üzrə vərəsələrini mirasdan məhrum etmişdir. Ona görə də iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, həmin şəhadətnamə əsasında Cavabdeh3 adına reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsini, ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi ilə bağlı Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini, bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsini xahiş etmişlər. İddiaçılar hazırki iddianın qaldırılması Azərbaycan Respublikasının Dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişlər.
6. Buna görə də, hazırki işə mübahisə hüquq münasibətinin yarandığı xx.xx.2001-ci il tarixdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir.
7. İddiaçılardan fərqli olaraq Cavabdeh3 X1 miras qalmış əmlakla bağlı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
8. İş materiallarına əlavə edilmiş mərhum X25 barəsində 2V1003 nömrə ilə reyestrdə qeydə alınmış V-582/2021 saylı vərəsəlik işinin materiallarında xx.xx.2021-ci il tarixli 136 nömrə ilə qeydə alınmış Balakən Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X13 dəfn xərcinin bacısı Cavabdeh3 tərəfindən çəkildiyi qeyd edilmişdir. Həmin arayış hər hansı bir fakta, dəfn xərcinin hansı məbləğdə olması və hansı xərcləri əhatə etməsi barədə məlumata əsaslanmadığından və bu halları təsdiq edən rəsmi sənədə istinad etmədiyindən məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda X25 xx.xx.2001-ci il tarixdə vəfat etdiyindən arayışı verən Balakən Bələdiyyə sədrinin hansı vəzifədə olması, həmin müddətdə mərhumun dəfn xərcləri ilə bağlı hansı məlumatlara malik olması şübhə doğurur
9. Məhkəmə iclasında iştirak etmiş cavabdeh tərəf xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış 0.06 ha torpaq sahəsini onun anası X28 tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.
10. İş üzrə Cavabdeh3 qardaşı Səlim Kərimovdan miras qalmış 0.06 ha torpaq sahəsi ilə bağlı mirası şəxsən özü qəbul etdiyini, mərhumun dəfn xərclərini özü çəkdiyini bildirsə də, məhkəməyə verdiyi izahatında qardaşının ölümündən iki ay sonra Rusiya Federasiyasından qayıtdığını, mərhum Səlim Kərimova məxsus olan torpaq sahəsini anası və özü istifadə etdiyini, anası ona həmin torpaq sahəsinin Xalidə məxsus olduğunu bildirdiyini, orada qardaşı Kərim Kərimova məxsus ev olduğunu, Kərimin evi 2004-cü ildə satdığını, ev satıldıqdan sonra Səlim Kərimova məxsus torpaq sahəsindən evi alan şəxs Bəşir Hüşənovun istifadə etdiyini, 2022-ci ildə qardaşı Səlimə məxsus olan torpaq sahəsini rəsmiləşdirmək istədiyini, bununla bağlı notariat orqanına müraciət edərək, bildiriş aldığını, torpaq sahəsinə çıxarış alması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etdiyini, lakin həmin torpaq sahəsindən istifadə edən Bəşir Hüşənovun reyestr əməkdaşlarını ora buraxmadığını, onun da məcbur olub Balakən Rayon İcra Hakimiyyəti Başçısının 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində (hazırki Əziz Əliyev küçəsi) iddiaçı Cavabdeh3 mərhum qardaşı X18 ayrılmış və ondan miras qalmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X41 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılması barədə iddia ilə məhkəməyə müraciət etdiyini, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-635/2024 saylı qətnaməsi ilə iddiasının təmin edildiyini, bundan sonra xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsinə X13 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını, xx.xx.2022-ci il tarixdə isə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin notariusu X27 tərəfindən xx.xx.2022ci il tarixdə miras əmlakın tam hissəsinə öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aldığını, xx.xx.2022-ci il tarixdə qardaşı Səlimdən miras qalmış 0.06 ha torpaq sahəsinə öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını, maddi vəziyyətinin yaxşı olmadığına, tibbi əməliyyata ehtiyacı olduğuna görə torpaq sahəsini bacısının əri Cavabdeh1 satdığını, xx.xx.2023-cü ildə isə aralarında notarial qaydada bağışlanma müqaviləsi bağlandığını, qardaşı Səlimin ölümündən sonra bir müddət həmin torpaq sahəsini istifadə edə bilmədiyini, sonradan isə İddiaçı2 həmin torpağı Bəşir Hüşənova istifadə üçün verdiyini bildirmişdir.
11. Eyni zamanda iş üzrə digər Cavabdeh1 torpaq sahəsini qaynı Səlim Kərimovun adına ayrılmasına özü köməklik etdiyini, Səlimin ölümündən sonra həmin torpaq sahəsini Kərim Kərimovun istədiyini, onunla razılaşaraq həmin torpaq sahəsinin verilməsi barədə İcra Başçısının sərəncamının əslini Kərim Kərimova verdiyini, həmin torpaq sahəsi Kərim Kərimovun həyətyanı torpaq sahəsinə bitişik olduğuna və Kərimin olduğuna görə Kərim ölənə qədər və öləndən sonra oradan başqa heç kim istifadə etmədiyini, Kərim Kərimov öləndən sonra onun həyat yoldaşı İddiaçı2 həmin torpaq sahəsini Bəşir Hüşənova qeyrirəsmi satdığını bildirdiyini, 2022-ci ildə Cavabdeh3 miras əmlakı öz adına rəsmiləşdirdiyini, 2023-cü ilin fevral ayının 23-də isə torpağı ona bağışladıqlarını, hazırda həmin torpaq öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını bildirmişdir.
12. İşin baxılması zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X14 da izahatında Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X18 0.06 ha həyətyanı torpaq sahəsi verildiyini, həmin torpaq sahəsinin X12 torpaq sahəsinə bitişik olduğunu, əslində mərhum qardaşı Səlim Kərimova verilmiş torpaq sahəsinin əri Cavabdeh1 məxsus olduğunu, həmin torpaq sahəsini əri Cavabdeh1 aldığını, yəni həmin torpaq sahəsinin özlərinin olduğunu, Səlim Kərimov öləndən sonra qardaşı Kərimin əri Xalidin icazəsi ilə oranı istifadə etdiyini, qardaşı Kərim Kərimov öldükdən sonra onun arvadı İddiaçı2 həmin torpağı Bəşir Hüşənova satdığını bildirdiyini, sonralar Bəşir Hüşənovun torpağı İddiaçı2 aldığını bildirərək onları ora girməyə qoymadığını, 2022-ci ildə həmin miras torpaq sahəsinin bacısı Cavabdeh3 adına rəsmiləşdirildiyini, Cavabdeh3 öz adına torpaq sahəsinə çıxarış aldıqdan sonra həmin torpaq sahəsini əri Cavabdeh1 bağışladığını bildirmişdir.
13. Göründüyü kimi iş üzrə cavabdeh tərəf məhkəmə iclasında verdikləri izahatlarında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X8 miras qalmış 0.06 ha torpaq sahəsinin onun anası X28 tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmişlər.
14. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 isə mərhum X13 vəfat etdiyi 30 mart 2001-cı il tarixdə onun birinci növbə vərəsəsi olan anası X11 olduğundan, ikinci növbə vərəsələrin vərəsəliyinin istisna edildiyini qeyd etməklə bu əsasla iddiaçıların iddia vermək hüquqlarının olmadığını qeyd etmişdir.
15. Ümumiyyətlə məhkəmə iclasında müəyən edilmişdir ki, mərhum X13 30 mart 2001-cı il tarixdə vəfat etməsindən sonra ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi qardaşı X12 faktiki sahibliyində və istifadəsində olmuşdur.
16. İş materiallarında olan İddiaçı1 ünvanlanmış Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışından görünür ki, o, mərhum atası X19 məxsus ünvan 3 ünvanda JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən X19 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik X12 qardaşı X18 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. X25 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X26 və onun ailə üzvləri istifadə etmişdir. 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X26 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X3. Hal-hazırda həmin torpaq sahələrindən X41 istifadə edir
17. Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışı işin faktiki hallarına uyğun olduğuna, orada qeyd edilən hallar tərəflərin məhkəmə iclasında verdikləri izahatları ilə təsdiq edildiyinə görə məhkəmə həmin arayışı mötəbər sübut kimi qəbul etmişdir.
18. Məhkəmə iclasında o da müəyyən edildi ki, Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən 30 mart 2001-ci ildə ölmüş X13 adına 0.06 ha torpaq sahəsinə dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini düzgün müəyyən etməmiş, mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243.1, 1252 və 1273-1-ci maddələrinin tələblərini pozmuş, irsi transmissiya üzrə mirası yegənə qəbul etmiş vərəsə olan mərhum X25 vasitəsi ilə irsi transmissiya qaydasında iddiaçıları miras payından məhrum etmişdir.
19. O da qeyd edilməlidir ki, 30 mart 2001-ci ildə ölmüş X8 miras qalmış əmlaka vərəsəlik açılarkən Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27 qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh3 mirasdan tam həcmdə pay vermişdir. Cavabdeh3 isə mərhumun öldüyü zaman mirasın qəbulunda iştirak etməmiş, ondan qalan hər hansı bir mirası qəbul etməmişdir.
20. Eyni zamanda məhkəmə iclasında o da müəyyən olundu ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 miras əmlakı bölüşdürərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə istinad etməklə irsi tranmissiya tətbiq etməmiş, Cavabdeh3 münasibətdə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1273-1-ci maddələrinə istinad etməklə mirası qəbul etmədiyinə görə mirasdan tam hissədə ona irs verməkdə haqlı olmamışdır.
21. Məhkəmə iclasında o da müəyyən olundu ki, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 miras əmlakları bölüşdürərkən 30 mart 2001-ci ildə ölmüş X8 miras qalmış əmlakı onun birinci növbəli vərəsəsi olan X28 tərəfindən qəbul edilmədiyini müəyyən etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş mərhum X25 barəsində 2V-1003 nömrə ilə reyestrdə qeydə alınmış V-582/2021 saylı vərəsəlik işinin materiallarında da miras əmlakın X28 tərəfindən qəbul edilmədiyini müəyyən edilir.
22. Belə ki, mərhumun altı nəfər vərəsəsi olsa da, onlardan beş nəfəri mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, qanunda nəzərdə tutulmuş müddətdə mirasın qəbulu barədə mirasın açıldığı yer üzrə notariat orqanına ərizə ilə müraciət etməmiş, mirası faktiki qəbul və idarə etdiklərini məhkəməyə sübut etməmişlər. Buna görə də mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilməlidir.
23. Məhkəmə iclasında 30 mart 2001-ci ildə ölmüş X8 miras qalmış əmlakı qəbul etmiş yeganə vərəsə isə X12 olduğu müəyyən edilmişdir
24. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X27 xx.xx.2001-ci ildə ölmüş X8 miras qalmış əmlakı bölüşdürərkən miras əmlakı qəbul etməmiş Cavabdeh3 adına xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə vermişdir. Buna görə də sözügedən qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə ləğv edilməli, miras əmlak onu yegənə qəbul etmiş vərəsə olan 21 mart 2012-ci il tarixdə ölmüş mərhum X26 vasitəsi ilə irsi transmissiya qaydasında onun vərəsələri olan iddiaçılar arasında bölünməlidir.
25. Balakən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(019)-264/2024 saylı qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuş, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi; Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh3 adına verilmiş reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi; ünvan 4 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-325 reyestr nömrəli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi; Bu müqavilə əsasında Cavabdeh1 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və həmin çıxarış əsasında verilmiş qeydin ləğv edilməsi; xx.xx.2001-ci ildə vəfat etmiş X1 qalmış miras əmlak irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X26 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq tam hissə miras payı müəyyən edilməklə İddiaçı1 1/2 hissə və İddiaçı2 1/2 miras payının müəyyən edilməsi; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər X15, Cavabdeh1, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən müştərək qaydada alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.
26. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19, 139, 146, 337, 350, 354, 1133, 1145, 1151, 1159, 1246, 1255, 1256, 1261, 1262, 1268, 1269, 1272, 1273-1, 1274, 1276, 1291, 1321 və 1322-ci maddələrinə istinad etmişdir.
27. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1990- ci il tarixdə verilmiş V-JQ 332236 nömrəli nikah haqqında şəhadətnamə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016- cı il tarixdə verilmiş AZ-İ 820462 nömrəli ölüm haqqında şəhadətnamə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2013- cü il tarixdə verilmiş AZ-İ 607878 nömrəli ölüm haqqında şəhadətnamə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021- ci il tarixdə verilmiş AZ-İİ 135669 nömrəli ölüm haqqında şəhadətnamə xx.xx.2022-ci il tarixli 2V-1003 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə xx.xx.2023-cü il tarixli 2V-1522 nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnamə xx.xx.2023-cü il tarixli 2V-1523 nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə xx.xx.2004-cü il tarixli Balakən rayon dövlət Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2014-cü il tarixli Çıxarış Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2022-ci il tarixli 1940 saylı arayışı Balakən Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 136 saylı Arayışı Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-1003 nömrəli arayış Notariat Ofisinə ünvanlanmış reyestrdə 8İ-11272 nömrə ilə qeyd edilmiş xx.xx.2021ci il tarixli ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış xx.xx.2022-ci il tarixli ayrıc aktı Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsi Respublika X49 Filiali tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli 961 nömrəli arxiv çıxarışı Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx/xx- 1503/12 nömrəli arayış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-4866/10 nömrəli arayışd Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən Nümayəndə1 verilmiş xx.xx.2023-cü il tarixli 1857 nömrəli arayış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan xx.xx.2022- ci il tarixli Çıxarış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 4Ə-325 nömrəli reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi xx.xx.2015-ci il tarixdə verilmiş İİ-TH 582819 nömrəli nikah haqqında şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********21, qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixli Çıxarış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xx/xx-4866/10 nömrəli arayış Balakən Rayon Məhkəməsinin e-2(019)-635/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı1 ünvanlanmış Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışı
28. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər Cavabdeh3 və Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
29. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya X1 miras qalmış əmlakı X9 başqa heç bir vərəsənin qəbul etməməsi nəticəsinə gəlsə də, mülki iş materiallarında bu halı təsdiq edən hər hansı sübut mövcud olmamışdır. Birinci instansiya məhkəməsi X13 vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X26 və onun ailə üzvləri olan iddiaçılar İddiaçı1, İddiaçı2 istifadə etməsi, oranı əkib becərməsi, orada meyvə ağacı əkməsini müəyyən etsə də, bu halları təsdiq edəcək sübutlar mövcud olmamışdır.
30. Birinci instansiya məhkəməsi tərəfindən də müəyyən olunduğu kimi, miras qoyan X25 30 mart 2001-ci il tarixdə vəfat etmiş, sonuncu vəfat etdiyi zaman anasıX11 olmuş, miras faktiki olaraq onun tərəfindən qəbul edilmiş, sonuncu həmin miras əmlakdan qanunla müəyyən edilmiş qaydada imtina etməmişdir. Birinci instansiya məhkəməsi bununla razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh tərəf X28 tərəfindən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etdiyini təsdiq etməmiş və bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bununla bağlı qeyd etmək istəyirik ki, mübahisə ilkin olaraq məhkəmədə irəli sürülərkən iddiaçı tərəf özü də təsdiq etmişdir ki, Cavabdeh3, habelə onunla birgə yaşamış anası X20 X8 miras qalmış əmlakı vərəsə olaraq qəbul etmişlər. Bu hal işin mübahisəsiz halı olmaqla, iddiaçıların elektron imzaları ilə təsdiq olunmuşdur.
31. Birinci instansiya məhkəməsi iddiaçıların iddia ərizəsində Cavabdeh3 və onun anası X20 vərəsə olmalarını qəbul etdiklərini nəzərə almamış, daha sonra nümayəndəvəkilin iddia tələbinin həcminin artırması nəticəsində verdiyi ərizəyə uyğun həmin halı mübahisəli hal kimi qiymətləndirmiş, bunu sübut etmə yükünü cavabdeh tərəfin üzərinə qoymuşdur, iddiaçı tərəfin etirafını nəzərə almamışdır.
32. Ona görə də, Balakən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(019)- 264/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
34. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1, onların nümayəndəsi və vəkili Nümayəndə2 və üçüncü şəxs X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
35. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(019)-264/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
36. Cavabdehlər 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi, Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27, üçüncü şəxslər X23 və X38 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
37. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1 və 1151.2-ci maddələrinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi, mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Həmin vaxt qüvvədə olan 1273-1-ci maddəsinə görə vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. Cavabdehlər Balakən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(019)- 264/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
42. İşin hallarından görünür ki, JN 1528A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004cü il tarixli 02 nömrəli qərarı əsasında İddiaçı1 mərhum atası X12 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Başçısının 31 Mart 1993-cü il tarixli 189 №li Sərəncamı ilə X18 X12 torpaq sahəsinə bitişik 0.06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. X25 30 mart 2001-ci ildə ölmüşdür. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsini X26 və onun ailə üzvləri olan iddiaçılar İddiaçı1, İddiaçı2 istifadə etmişlər. X26 xx.xx.2004-cü ildə Balakən rayon Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlamaqla ona məxsus olan yaşayış sahəsi 189.20 kvm-dən ibarət olan 1994-cü ildə tikilmiş fərdi yaşayış evini X41 adlı şəxsə satmışdır. Hal-hazırda həmin torpaq sahələrindən X41 istifadə edir. X26 xx.xx.2012-ci ildə ölmüşdür. xx.xx.2022-ci il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X27 tərəfindən X13 miras əmlakından bacısı Cavabdeh3 tam hissədə irs verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1003 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsini Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinə əsasən onun bacısının əri Cavabdeh1 bağışlamış, bu müqavilə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinə qeydiyyat nömrəsi ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. xx.xx.2023-cü il tarixdə Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisində X19 məxsus ünvan 3 ünvanda yerləşən JN1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən verilmiş 0.0572 ha torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı1 anası İddiaçı2 ər arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, ümumi əmlakın 3/8 hissəsinə X12 ailə üzvləri olan İddiaçı1, İddiaçı2 və X36 hər birinə 1/8 hisə miras payı verilmiş, miras əmlakın 1/8 hissəsinə mirası qəbul etmiş, lakin hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş mərhum X22 münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır.
43. İş materiallarından görünür ki, X25 30 mart 2001-ci ildə ölərkən sağ olan 1-ci növbə vərəsəsi anası X30 olmuş, lakin miras əmlakı nə faktiki, nə də rəsmi yolla qəbul etməmişdir. X4 olan beş 2-ci növbə vərəsəsi olmuşdur ki, onlar da qardaşı X26, bacıları Cavabdeh3, X16, X17 və X23 olmuşlar. X13 ölümündən sonra onun mülkiyyətində olan 0.06 ha torpaq sahəsini qardaşı X12 istifadə edərək mirası qəbul etməsi işdə olan bütün sübutlarla təsdiq olunur. Mübahisə olunan hal Cavabdeh3, X16, X17 və X10 mirası qəbul edib-etməməsidir. Cavabdeh3 birinci instansiya məhkəməsinin iclaslarında, həmçinin məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarda X25 ölərkən onun dəfn xərclərində, baş daşı qoyulması üçün xərci çəkməklə mirası qbul etdiyini, torpaq sahəsinə vərəsəlik haqqında şəhadətnaməni aldıqdan sonra torpaq sahəsini bacısının əri Cavabdeh1 bağışlamasının səbəbinin sonuncuya 24.000 manat borcu olması olduğunu, eyni zamanda digər izahatlarında həmin torpaq sahəsini X18 alan şəxsin elə Cavabdeh1 olduğunu bildirmişdir. Cavabdeh3 göstərdiyi hallar iş üzrə digər sübut və ya dəlillərlə təsdiq olunmamaqla birlikdə, cavabdehin müxtəlif vaxtlarda verdiyi izahatlar da bir-birləri ilə ziddiyyət təşkil edir.
44. X13 2-ci növbə vərəsələrindən X17 2016-cı ildə ölmüşdür. Onun və digər 2-ci növbə vərəsələrin mirası qəbul etməsi ilə bağlı heç bir sübut və ya dəlil mövcud deyildir.
45. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyator iddiaçıların mirası qəbul etməsinin sübut edilməməsini bildirsə də, Balakən şəhər İnzibati Ərazi dairəsinin xx.xx.2024-cü il tarixli 33 saylı arayışından görünür ki, mərhum atası X19 məxsus ünvan 3 ünvanda JN-1528A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən X19 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik X12 qardaşı X18 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. X25 30 mart 2001-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra ona məxsus olan 0.06 ha həyətyani torpaq sahəsini X26 və onun ailə üzvləri istifadə etmişdir. 30 yanvar 2004-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən X26 özünə məxsus olan həmin ünvanda yerləşən fərdi yaşayış evini X3. Hal-hazırda həmin torpaq sahələrindən X41 istifadə edir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-635/2022 saylı qətnaməsindən müəyyən olunur ki, X7 Səlim Cəfərqulu oğluna Balakən rayonu Mahamalar (Qazbinə) kəndində verilmiş 0.06 ha həyətyanı torpaq sahəsini Cavabdeh3 digər qardaşı Kərimdən almışdır. Kərimdən həmin torpaq alınan vaxt deyilmişdir ki, X18 məxsus 0.06 ha həyətyanı torpaq sahəsi də ona verilir. Lakin Balakən rayon İcra Hakimiyyətinin 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən mərhum X18 Balakən rayonu Mahamalar (Qazbinə) kəndindən verilən 0.06 ha həyətyanı torpaq sahəsini öz adına sənədləşdirməmişdir. İddiaçı Cavabdeh3 cavabdeh X37 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon İcra Hakimiyyətinin 12 mart 1993-cü il tarixli 139 nömrəli sərəncamına əsasən Balakən rayonu Mahamalar (Qazbinə) kəndində mərhum qardaşı X18 ayrılmış 0.06 ha həyətyanı torpaq sahəsinə dair ölçmə işlərinin aparılmasına cavabdeh X41 tərəfindən edilən maneələr aradan qaldırılmaqla lazımi şəraitin yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sözügedən hazırda qüvvədə olan qətnamə ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən də görünür ki, X18 Balakən rayonu Mahamalar (Qazbinə) kəndində verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə X26 faktiki sahiblik etmiş və özünə məxsus fərdi yaşaşyış evini X5 qardaşına məxsus olmuş və ondan miras qalmış torpaq sahəsini də X31 istifadəsinə vermiş və torpaq sahəsi xx.xx.2022-ci il tarixdə həmin qətnamə qəbul edilən vaxt da X31 istifadəsində olmuşdur. Həmin iş üzrə iddiaçı Cavabdeh3 tərəfindən sözügedən iddia tələbi isə 2022-ci ildə, miras açıldıqdan 21 il sonra verilmişdir. Göründüyü kimi, torpaq sahəsi mirasqoyanın qardaşı, hazırki iddiaçıların birinin atası, digərinin əri olan X26 tərəfindən qəbul edilmişdir.
46. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(019)-264/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(019)-264/2024 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.