Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1112/2023 06.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun silinməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(075)-900/2023 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ünvan 1 ünvanda sayğacdan kənar qaz xəttinə qoşulma aşkar edilmiş və bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh İB-nin Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə itirilmiş qazın miqdarı 35424 m3 müəyyən edilmişdir. İddiaçı **********00000 saylı qaz hesabında 2022-ci ilin dekabr ayında ödənilməmiş 4250.88 manat borc göstərilmişdir.
2. İddiaçı həmin borcun silinməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hesablanmış 4250,88 manat dəymiş ziyanın silinməsi öhdəliyi Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, ARDNŞ Cavabdeh Zaqatala X11 İdarəsi ilə xx.xx.2022-ci il tarixdə “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Bir istehlakçı kimi təqdim olunmuş bildiriş üzrə istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. Cavabdeh RQİİ Şəki Xidmət Sahsəinin əməkdaşları ona məxsus evə gələrək “sayğacdan kənar qeyri-qanuni xətt aşkar olunması” səbəbi ilə akt tərtib etmiş və ona 4250,88 manat ziyan hesablanmışdır. Sözügedən akt ona təqdim olunmamış, Energetika Nazirliyi Tənzimləmə X6 Agentliyi Şəki filialının xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati təneh vermə haqqında qərarını aldıqdan sonra məlumatı olmuşdur. Həmin qərardan da tərəfindən şikayət verilmişdir. Cavabdeh tərəfindən tərtib olunan akt və akt əsasında hesablanan dəymiş ziyan məbləği əsassızdır. Belə ki, aşkar olunan həmin xətt əvvəldən də mövcud olmuşdur. Lakin həmin xətdən o heç vaxt istifadə etməmişdir. Halbuki həmin xətt sayğac quraşdırılmamışdan əvvəl mövcud olmuş, hər dəfə Təmiz Qaz Xidmətinin və ərazi üzrə Qaz İstismar sahəsinin nəzarətçisi tərəfindən sayğaca və xətlərə baxılarkən heç bir qüsur aşkar edilməmişdir. İndi belə bir halın baş verəməsi və yüksək həddə sərfiyyatın hesablanması qanunsuzdur. Cavabdehdən sayğaca qoyulan vaxtdan indiyədək ərazidə aparılan yoxlamalarla bağlı sənədlər tələb olunsa hər hansı qüsur aşkar olunmadığı müəyyən ediləcək. Bundan başqa nəzarətçi də hər ay sayğacın göstəricisi üzrə bildiriş təqdim edərkən həmin qüsuru görə bilərdi. Hesab edir ki, qanunsuz tərtib edilən akt etibarsız hesab edilməli və onun əsasında hesablanmış borcun silinməsi cavabdehə üzərinə qoyulmalıdır..
5. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Cavabdeh İB tərəfindən hesablanmış 4250,88 manat məbləğində borc əsassızdır. Məhkəmədən iddiannı təmin olunmasını xahiş edir..
6. Məhkəmə iclasında cavabdeh Azəriqaz” İB-nin nümayəndəsi X8 izahat verərək bildirdi ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Qeyd edim ki, İddiaçı adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 4316.48 manat borc vardır. Həmin borcun 65.66 manat hissəsi sayğac üzrə, 4250.88 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirirəm ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı yaşadığı Şəki şəhəri Arxüstü küçəsi 4/3-də yerləşən mənzilində istismarda olmuş qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı xx.xx.2022-ci il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evində həmin dövrdə istismarda olan qaz sayğacına baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Aşkarlanan qeyriqanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Qanunsuz xəttin birləşdirildiyi küçə xətti hasarın üst hissəsi ilə aparıldığından onun küçədən keçərkən vizual müşahidəsi mümkün deyildir. Keçirilmiş baxış zamanı aşkarlanan sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Belə ki, mənzildə istismarda olan qaz cihazlarının maksimal saatlıq qaz sərfləri nəzərə alınmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 35424 m3 (və ya 4250.88 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə sayğacdan kənar əlavə xəttin aşkar edildiyi tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqaisə etdikləri təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Nəzərinizə çatdırıram ki, istehlakçının sayğacdan kənar şəbəkəyə qoşulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X4 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq Enerji X1 Şəki filialı tərəfindən İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. Bundan əlavə İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Energetika Nazirliyi Enerji X1 Şəki filialı tərəfindən tərtib edilmiş 23 fevral 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 07 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(075)- 257/2023 saylı qərarı ilə şikayət təmin edilməmişdir. İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 4250.88 manat borcun silinməsi tələbi bbarədə” iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 2022-ci ilin dekabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozmasına nəticəsində 4250.88 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, İddiaçı 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, PQ-4 üçün 360 gün, Dəmir soba üçün 180 gün, Q.S.Q üçün 180 gün, Q.S.S.Q üçün 180 gün müddətinə təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 4250.88 manat hesablamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 1 ay müddətinə hesablanmalıdır. PQ-4- (1244.16/12=103.68), dəmir soba-(777.6/6=129.6), Q.S.Q- (1451.52/6=241.92), Q.S.S.Q -(777.6/6=129.6) =cəmi 604.8 manat.
8. Məhkəmə baxışı zamanı Cavabdeh nümayəndəsi 4250,88 manat pulun cavabdeh İddiaçı alınaraq Cavabdehnə ödənilməsinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. Şəki Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(075)-900/2023 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia qismən təmin edilmiş, itirilmiş qaz sərfiyyatı kimi 3646.08 manat məbləğində hesablanmış borcun İddiaçı hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 56.46 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4-cü bnədinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
11. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, ARDNŞ Cavabdeh İB-nin sayğacdan kənar qaz xəttinə qoşulması aşkar olunmuş, istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur..
12. Məhkəməyə təqdim edilmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı həmin müqavilədə nəzərdə tutulan şərtlərlə razı olduğuna görə Cavabdeh İB ilə onun arasında təbii qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır..
13. Məhkəməyə təqdim edilmiş **********00000 saylı abonentin saldosundan görünür ki, İddiaçı akta əsasən Azəriqaz İB-nə 4250.88 manat borcu vardır
14. Məhkəməyə təqdim edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı yaşadığı evində qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün, Dəmir sobasının maksimal saatlıq qaz sərfi 1.4 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, Q.S.Q-nın maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün, Q.S.S.Q-nin maksimal saatlıq qaz sərfi 1.5 m³/saat, günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 35424 m3 müəyyən edilmişdir.
15. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh İB аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh İB apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsinin hazırkı mövqeyi hansısa vasitə ilə oğurluq hallarının qarşısının alınmasında çətinliklər yaradır və işin faktiki halları araşdırılmadığından istehlakçı tərəfindən gələcəkdə də qanunsuz qazdan istifadə etməsinə zəmin yaradır. İstehlakçı hazırkı vəziyyətdə sayğacdan kənar qeyri-qanuni olaraq qaz xəttinə qoşulmaqla, qanunsuz qazdan istifadə edərək tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. istehlakçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində Cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, İddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin 1-ci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Cavabdeh İB məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktlarla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qaz paylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
17. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-900/2023 saylı qətnaməsini qismən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinin təmin edilməməsini və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh hesabına ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(075)-900/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Cavabdeh İB-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh İB-nin nümayəndəsi X12 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
23. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
27. Cavabdeh İB Şəki Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(075)-900/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 7-ci bəndində göstərilmiş əsaslarla İddiaçı sayğac göstəricisinə və qeyri-qanuni qazdan istifadəyə görə hesablanmış borcu ödəməli olması, lakin qeyri-qanuni qazdan istifadəyə görə borcun 1 ay (30 gün) müddət üçün hesablanmalı olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, İddiaçı 2022-ci ilin dekabr ayında sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarının pozması nəticəsində 4250.88 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Belə ki, İddiaçı 2022-ci ilin dekabr ayında qanunsuz olaraq qazdan istifadə etmiş, Azəriqaz İB isə İddiaçı qaz işlədicisi olan PQ-4-ün maksimal saatlıq qaz sərfiyyatını 1.2 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 360 gün, qaz işlədicisi olan QSQ-nin maksimal saatlıq qaz sərfiyyatını 1.5 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 180 gün, qaz işlədicisi olan 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfiyyatını 1.4 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 180 gün və qaz işlədicisi olan 100 litrlik QSSQ-nin maksimal saatlıq qaz sərfiyyatını 1.5 m3/saat, günlük iş rejimini 24 saat, hesabat müddətini 180 gün hesablayaraq təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 4250.88 manat borc hesablamışdır. Buna görə də, kollegiya hesab edir ki, İddiaçı qanunsuz olaraq təbii qazdan 1 ay istifadə etməyi əsas götürülməklə dəymiş ziyanın 1 ay (30 gün) müddətinə hesablanması ağalabatan və qanuni olmuşdur.
30. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(075)-900/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh İB tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(075)-900/2023 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev