Məhkəmə qərarları › İş №2(107)-1112/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1112/2025

20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1112/2025 20.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) X5 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Cavabdeh Balakən Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli e-2(019)-462/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə Balakən Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli e-2(019)-462/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Balakən Rayon Məhkəməsinin e-2(019)-462/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2024-cü il tarixli 19135086 nömrəli müqavilə üzrə 3659.1 manat ödənilməmiş hissə, 20 manat cərimə, xx.xx.2024-cü il tarixli 13906650 nömrəli müqavilə üzrə 125.4 manat ödənilməmiş hissə, 02 manat cərimə, ümumilikdə 3806.5 manat borc və ödənilmiş dövlət rüsumunun 56.35 manatı alınıb İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixdə o, Balakən Rayon Məhkəməsinin e-2(019)-462/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)-462/2025 nömrəli qərardadına əsasən Cavabdeh Balakən Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli e- 2(019)-462/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. Cavabdeh məhkəməyə şikayət ərizəsi verərək şikayətin təmin edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)- 462/2025 nömrəli qərardadının ləğv edilməsi, Balakən Rayon Məhkəməsinin xx.xx.2025- ci il tarixdə 2(019)-462/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş müddətin bərpası barədə ərizəsini təmin edərək, apellyasiya şikаyəti baxılması üçün iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli e-2(019)-462/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli e- 2(019)-462/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli e-2(019)-462/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Digər məhkəmə və icra işləri barədə məlumatlar üzrə “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh iddiaçı qismində elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etmişdir ki, Cavabdeh Balakən Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli e-2(019)- 462/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 (bir) aylıq müddəti buraxmışdır. Buna səbəb kimi elektron kabinetdən heç vaxt istifadə etmədiyini, buna görə də həmin məhkəmə aktından xəbərdar olmadığını bildirsə də, o, elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə iddiaçı qismində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnamə üzrə borc əmək haqqından tutulduğundan qətnaməni mübahisələndirməyə başlamışdır. Buna görə də məhkəmə hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət üzrsüz səbəbdən buraxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 10 oktyabr 2025ci il tarixli e-2(019)-462/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli e-2(019)-462/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 10 oktyabr 2025-ci il tarixli e-2(019)-462/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar