Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1115/2024 29.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Bakı Şəhəri 16 saylı Notariat Ofisi, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab olunması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 vəkili, Cavabdeh6 isə həmçinin nümayəndəsi Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Bakı Şəhəri 16 saylı Notariat Ofisi, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/401 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,600051 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43- 03/402 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,həmin alğı-satqı müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə elektron ərizə göndərərək göstərmişlər ki,cavabdehlərə qarşı məhkəmədə iddia qaldıraraq İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43- 03/401 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43- 03/402 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqavilələrinin hüquqi nəticələrinin ləğv edilməsi ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.İsmayıllı rayon Məhkəməsi tərəfindən 08 aprel 2024-cü il tarixli qərardad əsasında iddia ərizəsi baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)- 720/2024 saylı qarardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilmiş,iş yenidən araşdırılması üçün geri qaytarılmışdır. Məhkəmə araşdırması müddətində verilmiş vəkil sorğusuna əsasən müəyyən edilmişdir ki,cavabdehlər mübahisələndirilən alğı-satqı müqavilələri əsasında 16 il sonra notariat ofisinə müraciət edərək,vərəsəlik işi açdırmış,ölən şəxsin adına çıxarış və vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Hesab edirlər ki, iddia tələbində müvafiq düzəliş edilməlidir. Belə ki, qanun tələbinə uyğun olaraq ölən şəxs hüquqi varisləri ilə əvəz edilməli, iddia tələbində müvafiq dəyişiklik edilməlidir. Odur ki, iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılmasına zərurət yaranmışdır.Ona görə də mərhum Cavabdeh4 hüquqi varisləri Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 ilə əvəz edilməsi və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/401 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.600051 ha torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında İsmayıllı rayon Notariat ofisində 26 avqust 2008-ci ildə 43-03/402 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,həmin alğı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatların, həmçinin Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25. 01.2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi,ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər.
3. Məhkəmənin 24 iyun 2024-cü il tarixli, 2(037)-152/2024 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi/Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh4, İsmayıllı rayon Notariat Ofisi və üçüncü şəxs DƏDKR publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 mərhum Cavabdeh4 hüquqi varisləri qismində və Bakı şəhəri 16 saylı Notariat Ofisi isə cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 18 iyul 2001-ci ildə Bakı nikah evində nikahlarını rəsmiləşdirmişlər və hazırkı vaxtadək nikah münasibətləri davam edir. Nikah dövründə birgə vəsait hesabına əmlaklar almışlar.Bu əmlaklardan ikisi İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0,21006 ha torpaq sahəsi və həmin kənddə yerləşən 0,600051 ha torpaq sahəsidir.Həmin torpaq sahələrinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən 2006-cı ilin mart ayında torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmiş,daha sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsi tərəfindən 0,600051 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış, 0,21006 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış verilmişdir.O,həmin dövrdə Maliyyə Nazirliyində dövlət qulluğunda işlədiyinə görə həmin torpaq sahələrinin sənədləşmələrini özünə yaxın dost bildiyi Cavabdeh3 2008-ci ildə 3 illik etibarnamə vermişdir.Həmin şəxs onun etibarından sui-istifadə edib ondan xəbərsiz ona məxsus olmaqla Səbail RPİ tərəfindən xx.xx.2003-cü ildə verilmiş AZE seriyalı 01047454 saylı şəxsiyyət vəsiqəsində ailə vəziyyəti qrafasında "evli" yazıldığı halda, həyat yoldaşı İddiaçı2 da notarial qaydada razılıq ərizəsini almadan hər iki torpaq sahəsini xx.xx.2008-ci ildə İsmayıllı rayon Dövlət Notariat Kontorunda Cavabdeh4 adlı şəxsə satmışdır.Onun bu tarixli şəxsiyyət vəsiqəsinin mövcudluğu notariat işlərində olan 22 may 2008-ci il tarixli etibarnamələrdə də öz təsdiqini tapmışdır. Hesab edir ki, həmin müqavilələr etibarsız hesab edilməklə,müqavilələrin hüquqi nəticələri ləğv edilməlidir. Belə ki,hər iki torpaq sahəsi göstərilən vaxtdan hal-hazıradək onun və arvadının faktiki sahibliyində və mülkiyyətlərindədir. Buna dair çıxarışlar da dövlət reyestrində onların adına qeydə alınmışdır. O, 2023-cü ilin sonlarında daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərkən, belə bir alğı-satqı müqavilələrinin mövcudluğundan məlumatı olmuşdur.Bu barədə Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə rəsmi qaydada ərizə ilə müraciət etmişdir. Həmin Arxiv İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktublarla İsmayıllı rayon dövlət notariat ofisində xx.xx.2008-ci ildə 43-03/401 və 43-03/402 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işlərinin kserosurətləri ona poçt vasitəsilə göndərilmişdir.Bundan başqa, həmin notariat işləri ilə tanış olarkən məlum olur ki, bu müqavilələr İsmayıllı rayon dövlət Notariat ofisində təsdiq edilməsinə baxmayaraq, İsmayıllı rayon Notariat ofisinin notariusu əvəzinə Şamaxı rayon Notariat Ofisinin notariusu Yaşar Eyyubov tərəfindən təsdiq edilməklə Şamaxı rayon Notariat Ofisinin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa,notariat işlərində onu guya ki alğı-satqıda təmsil edən Cavabdeh3 xx.xx.2008-ci il tarixli ərizə ilə İsmayıllı rayon Dövlət Notariat Kontorunun adına müraciət edərək bildirmişdir ki,İddiaçı1 İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmamış və hal-hazırda subaydır.Eyni zamanda ərizədə gələcəkdə satılan torpaq sahəsi barəsində hər hansı mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. Həmin ərizədə alıcı kimi qeyd edilən Cavabdeh4 da bu faktın ona məlum olması barədə imzası ilə təsdiq etmişdir. Bu Həsən kimdi ki, onun evli və ya subay olmağı ona əvvəlcədən məlum olubdur. O, belə bir şəxsi ümumiyyətlə tanımır. Bu şəxs göründüyü kimi saxtakarlıq etmiş, ən azından nikah haqqında şəhadətnamənin surəti onda olmasa belə, ona məxsus 2003cü ildə verilmiş şəxsiyyət vəsiqəsində onun evli olmağı Səbail rayon Polis idarəsi tərəfindən konkret olaraq qeyd edilmişdir.Bu halı onu təmsil edən Cavabdeh3 gizlətsə belə, müqaviləni təsdiq edən Şamaxı rayon dövlət notariusu araşdırma aparmalı idi. Göstərilən xüsusatlar onu sübut edir ki, cavabdehlər cinayət əlaqəsinə girib, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə və sənədləri saxtalaşdırmaqla onun nikah dövründə əldə etdiyi əmlakları ələ keçirmək niyyətində olmuşlar ki, bu hal üzrə sonda məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilməli və cinayətkarlar məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, alıcı qismində çıxış edən Cavabdeh4 2008-ci ildən hazırkı vaxtadək torpaq sahələrinə gəlib sahiblik etməməsi və həmin müqavilələri daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edib çıxarış almaması, bu şəxsin də cinayətkar qrupun üzvü olması və müqavilələrin formal bağlanılmasına dəlalət edir. Eləcə də, müqavilələrdən görünür ki, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 21 sot torpaq sahəsini 10000 manata,eyni kənddə yerləşən və ondan 3 dəfə çox olan 60 sot torpaq sahəsini isə 20000 manata alğı-satqı etmişlər.Habelə,60 sot torpağa dair müqavilənin 3-cü bəndində güya ki, İddiaçı1 satılan torpaq sahəsinin pulunu Cavabdeh4 bütünlükdə alıb, 20 sot torpaq sahəsinə dair müqavilənin 3-cü bəndində isə Cavabdeh3 həmin pulu alması barədə qeyd edilmişdir.Halbuki, o nə alğı-satqıda iştirak etmiş, nə də ki həmin müqavilələrdən məlumatı olmamışdır. Həmçinin, hər iki alğı-satqı müqaviləsində torpaq sahələrinin İsmayıllı rayonun Təzəkənd kəndi əvəzinə "Tircan” kəndində yerləşməsi qeyd edilmişdir,sonradan həmin müqavilələrdə düzəliş edilmişdir.Məhkəmə araşdırması zamanı bu şəxslər məcburi qaydada məhkəmədə dindirilməklə niyyətləri müəyyən oluna bilər ki,bu şəxslərin alğı-satqı müqavilələrini bağlamaqda hansı niyyətləri olmuşdur. Bu deyilənləri təsdiq edəcək kifayət qədər sübutları vardır. Eləcə də cavabdehlərin özləri də yəqin ki, bu halı məhkəmədə etiraf edərlər. Ona görə də hazırkı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir.
5. Cavabdehlərdən Cavabdeh5 iddiaya etirazını onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında olan hazırkı iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun şəkildə verilməmişdir.Belə ki,iddia ərizəsində cavabdehlərin dairəsi düzgün müəyyən olunmamışdır.Ona görə ki, iddia tələbindən görünür ki, tələb İddiaçı1 ilə mərhum atası Cavabdeh4 arasında xx.xx.2008-ci il tarixində bağlanmış alğı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlıdır.Belə olan halda aydın olur ki, iddia ərizəsində cavabdeh qismində göstərilən digər şəxslər,yəni Cavabdeh3 və İsmayıllı rayon notariat ofisi hazırkı iddia tələbi üzrə iddiaya cavab verməli olmayan şəxslərdir və onlara qarşı belə bir iddia irəli sürülə bilməz. Belə ki, həmin cavabdehlər mübahisələndirilən əqdin tərəfləri deyillər, eyni zamanda cavabdeh qismində göstərilən Cavabdeh3 İddiaçı1 özünün nümayəndəsi, yəni əqd üzrə təmsilçisi olmuşdur. Bir sözlə hazırkı iddia tələbi üzrə cavabdeh yalnız alıcı qismində əqdin tərəfi olan,mərhum atası Cavabdeh4 ola bilərdi ki,o da hazırkı iddia məhkəməyə verilməmişdən,yəni xx.xx.2023-cü il tarixindən 15 il 3 ay əvvəl-xx.xx.2008-ci il tarixində vəfat etmişdir. Göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən Cavabdeh4 artıq ölmüş və onun hüquq qabiliyyəti mövcud olmamışdır. Belə olan halda qanunvericiliyin tələbləri baxımından işə baxan məhkəmə ilk öncə hazırkı iddianı icraata qəbul etməməli, əgər bilmədən icraata qəbul edibsə də iş üzrə icraata xitam verməlidir. Bundan başqa,qeyd etmək istəyir ki,hazırkı iddia ərizəsində iddiaçılar iddia tələbinin "əsası” kimi aşağıdakı bəhanələri göstərmişlər.İddiaçı1 bildirir ki,o həmin dövrdə Maliyyə Nazirliyində dövlət qulluğunda işlədiyinə görə həmin torpaq sahələrinin sənədləşməsinə özünə yaxın dost bildiyi Cavabdeh3 2008-ci ildə 3 illik etibarnamə vermişdir” iddiaçının bu bəhanəsi tam əsassız olmaqla yanaşı, yalandır, absurtdur, həqiqətə uyğun deyildir və özünün təqdim etdiyi sübutlarla tam təkzib olunur. Belə ki, iddiaçı guya dostuna etibarnaməni torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı verdiyini qeyd etsə də, iş materiallarında olan, İddiaçı1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Təzəkənd kəndində yerləşən 0.600051 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixində onun adına qeydiyyata alınmış və Çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 tərəfindən dostu Cavabdeh3 etibarnamə xx.xx.2008-ci il tarixində,yəni artıq həmin torpaq sahəsi sənədləşdirildiyi vaxtdan, yəni müvafiq çıxarış alındığı vaxtdan 1 ay 17 gün sonra verilmişdir. Həmçinin həmin etibarnamə ilə səlahiyyətlər torpaq sahəsinə dair sərəncam vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, pulunu almaq, buna dair müqavilə imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməklə bağlı olmuşdur. Eyni zamanda,iş materiallarında olan, İddiaçı1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən 0.21006 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixində onun adına qeydiyyata alınmış və Çıxarış verilmişdir. Lakin həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 tərəfindən dostu Cavabdeh3 etibarnamə xx.xx.2008-ci il tarixində, yəni artıq həmin torpaq sahəsi sənədləşdirildiyi vaxtdan, yəni müvafiq çıxarış alındığı vaxtdan 1 ay 15 gün sonra verilmişdir. Həmçinin həmin etibarnamə ilə səlahiyyətlər torpaq sahəsinə dair sərəncam deyildir. Həmçinin qeyd etmək istəyir ki, həmin vaxt elektron sistem olmadığı üçün satıcınm,yəni İddiaçı1 ailə vəziyyətinin notariat orqanı tərəfindən müəyyən edilməsi mümkün deyildir.Əksinə, notariat işlərində olan,İddiaçı1 özünün adından çıxış edən onun nümayəndəsi, təmsilçisi olan Cavabdeh3 notariat orqanında xx.xx.2008-ci il tarixli ərizələr təqdim edərək bildirmişdir ki, "İddiaçı1 torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmamış və hal-hazırda da subaydır.Gələcəkdə satılan torpaq barəsində hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürürəm.” Göründüyü kimi iddiaçı özü (səlahiyyətli nümayəndəsi- təmsilçisi) müqavilə bağlanarkən notariat orqanına bildirmişdir ki, o, torpaq sahələrini əldə edərkən,eləcə də həmin torpaq sahələri ilə bağlı müqavilə bağlanarkən subay olmuşdur və bununla bağlı gələcəkdə hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürür.Qeyd olunanlardan da aydın olur ki, mübahisələndirilən müqavilələr bağlanan zaman notariat orqanına subay olmasını iddiaçı özü bildirmiş və bununla bağlı məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçıların ərizədə göstərdikləri növbəti "bəhanə” belə olmuşdur ki, hər iki torpaq sahəsi göstərilən vaxtdan hal-hazıradək onun faktiki sahibliyində və mülkiyyətindədir. Buna dair çıxarışlar da dövlət reyestrində onun adına qeydə alınmışdır. Bununla bağlı qeyd etmək istəyir ki, iddiaçıların bu bəhanələri də əsassızdır. Belə ki, ilk öncə bildirir ki, mərhum atası Cavabdeh4 qeyd olunan torpaq sahələrinə dair müqavilələr bağlanan vaxtdan, yəni xx.xx.2008-ci il tarixindən 20 gün sonra, yəni xx.xx.2008-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən də o, torpaq sahələrinə dair müvafiq çıxarışın alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edə bilməmiş, məhz bu səbəbdən də torpaq sahələrinə dair çıxarışlar da dövlət reyestrində iddiaçının adında qalmışdır. Əks təqdirdə, yəni həqiqətən də torpaq sahələrinə dair çıxarışların əsli iddiaçıda olsa idi o, həmin çıxarışların əslini məhkəməyə təqdim edərdi. Bu isə mümkünsüzdür. Belə ki, müvafiq qaydalara əsasən çıxarışların əsli alğı-satqı zamanı notariat orqanına təqdim edilir və notariat işində saxlanılır. Belə olan halda sual yaranır- nece ola bilər ki, İddiaçı1 torpaq sahələrinə dair çıxarışı əvvəlcədən əldə etdiyi halda, həmin torpaq sahələrinin satılmasına dair Cavabdeh3 sonradan etibarnamə verəndə çıxarışlar Cavabdeh3 olsun? Aydın olur ki, İddiaçı1 əvvəlcədən çıxarışları özü əldə etmiş, sonra isə dostuna torpaq sahələrini satmaq üçün etibarnamə vermiş və bu məqsədlə də çıxarışların əsillərini ona təqdim etmişdir. Bundan başqa, iddiaçılar guya torpaq sahələrinin göstərilən vaxtdan hal- hazıradək onların faktiki sahibliyində olduğunu qeyd etsələr də, bunu təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər, bu bəhaləri də tam yalandır və absurtdur. Belə ki, İsmayıllı rayonu Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş 59 nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən təsdiq və sübut olunur ki, mərhum atası Cavabdeh4 xx.xx.2008-ci il tarixdə Təzəkənd bələdiyyəsi ərazisindən notarial qaydada aldığı 0.6001 ha və 0.2101 ha torpaq sahələri aldığı vaxtdan indiyədək istifadə olunmadan kənarları açıq şəkildə qalmışdır. Həmin torpaq sahələri bu vaxta qədər digər vətəndaşlar tərəfindən də istifadə edilməmiş və boş torpaq sahəsi kimi qalmışdır. Qeyd olunan hər iki torpaq sahələri üzrə torpaq vergiləri də torpaq sahəsi alınandan bu vaxtadək Təzəkənd bələdiyyəsinə ödənilməmişdir. Bundan başqa, ərizəyə əlavə olunmuş foto şəkillərdən də görünür ki, torpaq sahələri istifadə olunmadan kənarları açıq şəkildə qalmışdır. Göründüyü kimi, torpaq sahələri mərhum atasına satıldığı vaxtdan indiyədək iddiaçılar tərəfindən istifadə edilməmiş, ümumiyyətlə hasara alınmamış, hər hansı bir ağac belə əkilməmiş, istifadəsiz qalmışdır. Əks halda, həmin torpaq sahələrindən hər hansı formada istifadə olunsa idi, bu fakt öz əksini mütləq qaydada biruzə verərdi və hansısa bir formada təsdiqini tapardı. Hətta deyə bilər ki, bəlkə də iddiaçılar hazırda torpaq sahələrinin yerini belə bilmirlər. Bundan başqa,iş materiallarında olan notariat işlərindəki müqavilələrdən görünür ki, xx.xx.2008-ci il tarixli müqavilələrə əsasən torpaq sahələrinin dəyəri mərhum atası Cavabdeh4 tərəfindən tam ödənilmiş və müvafiq olaraq 20.000 manat və 10.000 manat olmaqla, cəmi 30.000 manat məbləğində pul vəsaiti iddiaçının səlahiyyətli nümayəndəsi təmsilçisi Cavabdeh3 tərəfindən tam olaraq alınmışdır. Göründüyü kimi mərhum atası Cavabdeh4 mübahisələndirilən əqdlər üzrə torpaq sahələrinin dəyərini tam ödəməklə,pozulmamışdır.Mübahisəli torpaq sahələrini əldə edərkən vicdanlılığı şübhə altına alan heç bir hal aşkar edilməmişdir.Alğı-satqı müqavilələri bağlanarkən torpaq sahələri İddiaçı1 mülkiyyətində və sahibliyində olmuş,torpaq sahələri üçüncü şəxslərin yüklülüyündə olmamışdır.Torpaq sahələrini alarkən mümkün olan bütün ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərilmişdir. Həmin vaxt reyestrin tamlığını şübhə altına almağa heç bir əsas olmamışdır. İddiaçılar hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində (müqavilələr bağlandığı vaxtdan 15 ildən sonra) məhkəməyə müraciət etmişlər. Halbuki, iddiaçıların etibarsız hesab edilməsini tələb etdiyi, daşınmaz əmlakın alğı-satqı müqavilələrinin tarixlərindən də göründüyü kimi həmin müqavilələr xx.xx.2008-ci il tarixində bağlanmışdır. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd edilənlərdən bir daha məlum olur ki,iddiaçılar mübahisələndirdikləri əqdlərin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirmişlər. Belə ki, qüvvədə olan mülki qanunvericiliyə görə müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan "kəsici müddətlər” tətbiq edilməlidir.Qeyd olunanlardan da aydın olur ki, hazırkı halda iddiaçılar iddia ərizəsində qeyd etdikləri alğı-satqı müqavilələrinin etibarsızlığını mübahisələndirmək hüququnu itirmişlər. Yuxarıda göstərilənlərdən bir daha aydın olur ki, torpaq sahələrinə dair bağlanmış «daşınmaz əmlakın alğı-satqı» müqavilələri qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanılmışdır və onların etibarsızlığı üçün hər hansı bir əsas mövcud deyildir. Qeyd etmək istəyir ki, iddiaçıların hazırkı tələbləri tam əsassız olmasına, eləcə da iddiaçıların mübahisələndirdikləri əqdlərin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu kəsici müddətlər əsası ilə itirmələrinə baxmayaraq, hazırkı halda prosessual qanunvericiliyin tələbləri baxımından (ölmüş şəxsə qarşı iddia qaldırıldığı üçün) hazırkı iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7, Cavabdeh5,Bakı Şəhəri 16 saylı Notariat Ofisi, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələrin hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçıların etibarnamə üzrə səlahiyyəli nümayəndələri/Vəkil1 məhkəmə iclasında hazırkı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək hazırkı iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh Bakı Şəhəri 16 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş,dəftərxana vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
8. Cavabdehlər Cavabdeh3,Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq,onlar məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
9. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 nömrə ilə qeydə alınmış və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə- 03/402 nömrə ilə qeydə alınmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alğı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatların ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada 100 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsi tərəfindən 0,600051 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış və 0,21006 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarış əsasında İddiaçı1 mülkiyyətində olan torpaq sahələri İddiaçı1 adınadan etibarnamə əsasında çıxış edən Cavabdeh3 ilə xx.xx.2008-ci il tarixdə Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-03/401 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 10000 manata və həmin tarixdə Şamaxı rayon Dövlət Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-03/402 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 20000 manata alıcı qismində iştirak edən Bakı şəhər sakini Cavabdeh4 satmışdır.
11. Notariat işlərində alğı-satqıda İddiaçı1 təmsil edən Cavabdeh3 xx.xx.2008-ci il tarixli ərizə ilə İsmayıllı rayon Dövlət Notariat Kontorunun adına müraciət edərək, İddiaçı1 İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmamasını və hal-hazırda da subay olmasını,gələcəkdə satılan torpaq sahəsi barəsində hər hansı mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürməsini bildirmiş, həmin ərizədə alıcı kimi qeyd edilən Cavabdeh4 da bu faktın ona məlum olması barədə imzası ilə təsdiq etmişdir.
12. Məhkəmə həmçinin müəyyən etmişdir ki, hazırki tələb üzrə İddiaçı1 Cavabdeh3 verdiyi etibarnaməni ona mülkiyyət hüququ ilə məxsus torpaq sahələrini özgəninkiləşdirməsi üçün deyil,müvafiq sənədləşmənin aparılması üçün verdiyini bildirsə də iş materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E- 16/7434-440 nömrə ilə qeydə alınmış 22 may 2008-ci il tarixli və reyestrdə 7E- 16/7433-440 nömrə ilə qeydə alınmış 22 may 2008-ci il tarixli etibarnamələrdə sözügedən torpaq sahələrini sənədləşdirərək, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etdiyi qeyd edilmişdir.
13. Bundan başqa notariat işinin materiallarında İddiaçı1 sözügedən torpaq sahələri əldə edilərkən rəsmi nikahda olmadığı qeyd edilsə də, iş materiallarında olan Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən verilmiş 30 mart 2017-ci il tarixli, AZ-İİ №187026 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş sürətindən görünür ki, İddiaçı1 ilə X3 18 iyul 2001-ci il tarixdə Bakı Nikah evində nikahlarını rəsmiləşdirilmiş, ərə Bayramov, arvada Bayramova soyadı verilmişdir.Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2001-ci ilin iyul ayının 18 günündə 942 nömrə ilə qeyd edilmişdir.
14. Cavabdeh4 sözügedən alğı-satqı müavilələri bağlandıqdan bir müddət sonra, yəni 15 sentyabr 2008-ci il tarixdə vəfat etmiş,hazırkı tələb məhkəmənin icraatında daxil olduqdan sonra onun qanun üzrə birinci növbə vərəsələri notariat orqanına müraciət edərək alğı-satqının predmeti olan torpaq sahələrinə dair xx.xx.2024-cü il tarixli 2V-5 və 2V-6 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar.
15. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, sözügedən torpaq sahələrinə dair alğı-satqı müqaviləsinin bağlanmasından İddiaçı2 məlumatı olmamış, alğı- satqının predmeti olan torpaq sahələri hazırki dövrə qədər onların mülkiyyətində və faktiki sahibliyində olmuş,2023-cü ilin sonlarında daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərkən, belə bir alğı-satqı müqavilələrinin mövcudluğundan məlumatı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, №0006452 nömrəli, xx.xx.2008-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********26 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə İsmayıllı rayonu, Təzəkənd kəndi ərazisində yerləşən 0.21006 hektar həyətyanı torpaq sahəsi və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli,**********27 reyestr nömrəli çıxarışa əsasən isə İddiaçı1 xüsusi mülkiyyətinə İsmayıllı rayonu,Təzəkənd kəndi ərazisindən 0.600051 hektar sənaye,nəqliyyat,rabitə,müdafiə və digər təyinatlı torpaq sahəsi verilmişdir.Bundan başqa iş materiallarında olan İsmayıllı rayonu,Təzəkənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh4 26 avqust 2008-ci il tarixdə Təzəkənd Bələdiyyəsi ərazisindən digər vətəndaşlardan aldığı 0,6001 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təytinatlı torpaq sahəsi və 0,2101 ha yaşayış məntəqələri torpaq sahəsi aldığı vaxtdan indiyə qədər istifadə olunmadan kənarları açıq şəkildə qalmış, həmin torpaq sahələri bu vaxta qədər digər vətəndaşlar tərəfindən istifadə edilməmiş və boş torpaq sahəsi kimi qalmışdır.Qeyd olunan hər iki torpaq sahələri üzrə torpaq vergiləri də torpaq sahəsi alınandan bu vaxtadək Təzəkənd bələdiyyəsinə ödənilməmişdir.Belə ki, mülkiyyətçinin ona məxsus torpaq sahəsindən istifadə etməməsi,onun həmin torpaq sahəsinə sahiblik faktını istisna etmir.
16. Məhkəmə həmçinin müəyyən etmişdir ki, sözügedən torpaq sahələrinə dair bağlanmış alğı-satqı müqavilələri hazırki tələb üzrə İddiaçı2 razılığı və iştirakı olmadan bağlanmaqla, sonradan isə bəyənmə halı məyyən olunmur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
17. Məhkəmə, ilk növbədə mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişdir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı mübahisə üzrə öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir.
18. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1).
19. Məhkəmə qeyd etmişdir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd-mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.
20. Məhkəmə qeyd etmişdir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
21. Məhkəmə qeyd etmişdir ki, sözügedən alğı-satqı müqaviləsi bağlanan zaman satıcı qismində adından müəyyən hərəkətlərin edilməsini etibar edən şəxs, yəni hazırki tələb üzrə İddiaçı1 evli olduğu halda subay kimi qeyd edilmiş, notariat orqanı satıcı şəxsin nikah haqqında şəhadətnaməsini notariat işinə əlavə etməli olduğu halda bu halı araşdırmadan alğı-satqı müqaviləsini həyata keçirmişdir.
22. Məhkəmə həmçinin qeyd etmişdir ki, göründüyü kimi sözügedən torpaq sahələrinin alğı-satqısından hazırki tələb üzrə İddiaçı2 məlumatı olmamış,eyni zamanda onun məlumatlı olması və nəticədə alğı-satqını bəyənməsini təsdiq edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməməklə, onun alğı-satqını bəyənməsinini göstərən hərəkətlər də məhkəmə iclasında müəyyən edilməmişdir.
23. Məhkəmə qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki- hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə etibarsız əqdlər öz kateqoriyasına görə mübahisə edilən və ya əhəmiyyətsiz əqdlərə bölünməklə növündən asılı olaraq onların müxtəlif əsasları müəyyən edilmişdir.Lakin mübahisə edilən və ya əhəmiyyətsiz əqd olmasından asılı olmayaraq daşınmaz əmlakın alğı-satqısından irəli gələn mülkiyyət hüququnun əmələ gəlməsi üçün ən azı iki tərəfin iradə ifadəsinin bildirilməsi, başqa sözlə ən azı iki tərəfin öz aralarında bağlanmış müqavilə şəklində razılaşması tələb olunur.Belə əqdlərdə lazımı subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun ifadə olunmasının vahidliyinin mövcudluğu,əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Sadə dildə dedikdə, birincisi-hər iki tərəf bilavasitə və ya nümayəndəsi vasitəsi ilə məcburi qaydada müqavilənin bağlanmasında iştirak etməlidir, ikincisi-tərəflər müqaviləni bağlamalıdırlar (imzalamalıdırlar). Sonradan həmin əqdin etibarsız hesab edilməsi üçün hər hansı əsasın, o cümlədən əqdin hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, habelə hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün və ya başqa əqdi pərdələmək və ya digər məqsədlərlə bağlanmasının müəyyən edilməsi istisna deyil. Bu da belə əqdlərin Mülki Məcəlləsinin 337-ci maddəsinin tələbləri baxımından etibarsız hesab edilməsi üçün bilavasitə əsas yaradır. Lakin hər bir halda Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı məsələləri tənzimləyən 14-cü fəslindən (337-354-cü maddələr) belə nəticəyə gəlmək olur ki, tərəflərin iştirakı ilə və onlar tərəfindən (şəxsən və ya nümayəndə vasitəsi ilə) imza edilməklə bağlanmış əqdlərin etibarsızlığı mübahisələndirilə bilər.
24. Məhkəmə həmçinin qeyd etmişdir ki, nəticə etibarı ilə sözügedən müqavilənin bağlanması zamanı Mülki Məcəllənin 337-ci maddəsinin tələbləri tamamilə pozulmuş və bu baxımdan məhkəmə hesab edir ki, İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.21006 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 nömrə ilə qeydə alınmış və İsmayıllı rayonun Təzəkənd kəndində yerləşən 0.600051 hektar torpaq sahəsinə dair satıcı İddiaçı1 (etibarnamə üzrə Cavabdeh3) ilə alıcı Cavabdeh4 arasında 26 avqust 2008-ci il tarixdə İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/402 nömrə ilə qeydə alınmış alğı-satqı müqavilələri etibarsız hesab edilməli,İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alğı-satqı müqavilələri əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü ildə daşınmaz əmlakın dövlət reyestrində **********26 reyestr nömrəsi,********** qeydiyyat nömrəsi və **********27 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatlar ləğv edilməlidir.
25. Hazırki iddiaya iddia müddətin tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, MM-nin 354.2-ci maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Etibarsız əqdlər üzrə müddətlər qanunvericilik tərəfindən iddia müddəti kimi müəyyən edilməmişdir.Bəhs edilən maddənin dəyişiklikdən sonrakı mətni "Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər” redaksiyasında verilmişdir. Yuxarıda qeyd olunduğu kimi, MM-nin 354.2-ci maddəsinə əsasən,maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki,maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir.Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil,məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir.
26. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçılar sözügedən alğı-satqı müqaviləsinin mövcudluğundan 2023-cü ilin sonlarında məlumatları olmuş və müddət keçmədən məhkəməyə alğı-satqının etibarsızlığı ilə bağlı tələb irəli sürmüşlər.
27. Məhkəmə əmlak əldə edilərkən mülkiyyətçinin vicdanlılıq faktoruna da hüquqi qiymət verilməsini zəruri hesab etmişdir.
28. Belə ki, əmlakı vicdanlı əldə edənin hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir neçə qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə,vicdanlı sahibin xoş niyyət,ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınması, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyyənin davamlılığına,əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarar.
29. Məhkəmə qeyd etmişdir ki, qanunverici ərlə arvaddın birgə mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı reyestrin həqiqiliyi prizumpsiyasını istisna etmiş, hətda alıcının vicdanlı olduğu halda belə ərlə arvadın birgə mülkiyyətində olan daşınmaz əmlakın alğı-satqısı zamanı tərəfləri razılığını imperativ olarq müəyyən etmişdir.
30. Məhkəmə iddianın Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi tələbinə aid hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
31. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik əqdlərin ləğv və etibarszılığının hüquqi nəticələrini fərqli qaydada müəyyən etməklə,əqdlərin etibarsızlığı və ləğvini subyektiv hüquq baxımından mübahisələndirmə səlahiyyətinə malik olan şəxslərin dairəsini fərqli müəyyən etmişdir.
32. Belə ki, hazırki tələb üzrə Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi üçün hazırki iddiaçılar tərəf olmamaqla əsaslar mövcud olmamaqla yanaşı, sözügedən təktərəfli əqdin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən tələb irəli sürülməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir.
33. Məhkəmə hazırkı iddia tələbinin cavabdehlərdən müştərək qaydada dövlət rüsumunun tutulması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehlərdən Bakı Şəhəri 16 saylı Notariat Ofisi, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi qanunla müəyyən edilmiş dövlət rüsumu ödənilməsindən azad olunduqlarından dövlət rüsumunun tutulması onlara aid hissədə təmin edilməməli, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPMin 119.1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu məbləği cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh5 müştərək qaydada alınaraq İddiaçı1 ödənilməlidir.
34. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6, 14.1, 16.1, 222, 225.6, 337.1, 337.5, 351.2, 351.3, 354.2, 357, 358, 360.2, 389.1, 390.1, 421.1, 421.2, 425.1, 560.1, 560.2, 560.3.4, 567, 646.1, 646.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə, “Notariat Haqqında” Azırbaycan Respublikasının Qanununun 35-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0, və 8.0.4-cü maddələrinə, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarına, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 9.3, 14.2, 77.1, 88, 218.1, 218.3, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətlərinin dəlilləri
35. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh6 apellyasiya şikayəti vermişlər.
36. İddiaçılardan İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın qismən təmin edilməsi işin həllinə hər hansı təsir göstərmir və pozulmuş hüquqlarını bərpa etmir.
37. Birinci instansiya məhkəməsi Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/- 5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi üçün hazırki iddiaçılar tərəf olmamaqla əsaslar mövcud olmamasına istinad etsə də, nəzərə almamışdır ki, bu əqdin bağlanmasına əsas olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat artıq etibarsız hesab edilmişdir. Məhkəmə əqdi və qeydiyyatı etibarsız hesab etmişdirsə, bu zaman onun hüquqi nəticələri də konkret olaraq ləğv edilməli idi. Yəni, mübahisələndirilən Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr konkret olaraq etibarsız sayılmış əqqd əsasında yarandığına görə, o, həmin əqddə tərəf olmasa belə, məhkəmə tərəfindən ləğv edilməli idi.
38. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdehlər bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Eləcə də, onlar məhkəməyə müraciət edəndən sonrakı müddətdə, cavabdehlər belə bir əmlkaın mövcudluğundan məlumatlı olmuş və torpaq sahəsini yerini dövlət qurumları vasitəsilə müəyyən etmişlər. Ümumilikdə 81 ha. torpaq sahəni alan şəxsin arvadı və uşaqları necə olur ki, bu torpaq sahəsinin mövcudluğundan məlumatları olmur. O, məhkəmədə iddia qaldıran kimi, tez gedib notariat ofisinə müraciət edirlər. Məhkəmə iddianın təmin olunmayan hissədə hansı qanuna əsasən rədd olunmalı olmasını müəyyən etməyib.
39. Məhkəmə işə baxarkən ona məxsus şəxsiyyət vəsiqəsinin saxtalaşdırldığını, yəni evli ola-ola və şəxsiyyət vəsiqəmin əslində evli qqeyd edilməsinə baxmayaraq, həmin vəsiqədə subay kimi qeyd edilmiş şəxsiyyət vəsiqəsinin surəti əlavə edilib, notariat ofisi isə öz vəzifəsini yerinə yetriməmiş, onun evli olub-olmamağımı araşdırmadan və bu barədə sənədin səli və ya təsdiq edilmiş surətini əldə etmədən saxta sənədlər əsasında alqı-satqı müqqavilələrini təsdiq etmişdir.
40. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Göründüyü kimi, alqı-satqı müqavilələləri və reyestrdə aparılmış qeydiyyatlar eitbarsız hesab olunmaqla, onun və həyat yoldaşının daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları bərpa olunmur, yenədə həmin əmlaklar sənəd üzrə cavabdehlərin mülkiyyətində qalır.
41. Birinci instansiya məhkəməsi tərəfindən onların birgə nikah dövründə əldə etməklə min bir əziyyətlə əldə etdikləri torpaq sahələri saxta sənədlər əsasında alqısatqı predmeti olmasına baxmayaraq, məhkəmə saxtakarlığı edən şəxslər və notariat kontoru barəsində xüsusi qərardad qəbul etməmişdir. Məhkəmənin hazırki vəziyyətdə iddianı qismən təmin etməsi hər hansı pozuntunu aradan qaldırmır. Bunun əksinə məhkəmə birinci dəfə iddianı əsassız olaraq baxılmamış saxlamaqla, cavabdelərə şərait yaratmışdır ki, onlar qısa müddətdə onun mülkiyyətində olan əmlakları tanışlarını adlarına özgəninkiləşdirsinlər.
42. Birinci instansiya məhkəməsi iddianı rədd olunan hissədə qətnaməsini əsaslandırmaq üçün yalnız onların əqd üzrə tərəf olmadıqlarını və əqdin etibarsızlığı barədə iddia qaldırmadıqlarını qeyd etsə də nəzərə almır ki, o və həyat yoldaşı vərəsəlik əsasında qarşı tərəfin vərəsəsi ola və ya tərəf ola bilməzlər. Lakin həmin əqd birbaşa onların mülkiyyət hüqquqlarını kobudcasına pozduğuna və mənafelərinə xələl gətirdiyinə görə məhkəmə həmin hissədə iddianı təmin etməli idi. Eləcə də, bu şəhadətnamənin verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər etibarsız hesab olunduğuna görə, bu əqd məhkəmə qaydasında etibarsız deyil, ləğv edilməli idi.
43. Odur ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)- 152/2024 saylı qətnaməsinin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
44. İddiaçılardan İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın qismən təmin edilməsi işin həllinə hər hansı təsir göstərmir və pozulmuş hüquqlarını bərpa etmir.
45. Birinci instansiya məhkəməsi Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/- 5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi üçün hazırki iddiaçılar tərəf olmamaqla əsaslar mövcud olmamasına istinad etsə də, nəzərə almamışdır ki, bu əqdin bağlanmasına əsas olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat artıq etibarsız hesab edilmişdir. Məhkəmə əqdi və qeydiyyatı etibarsız hesab etmişdirsə, bu zaman onun hüquqi nəticələri də konkret olaraq ləğv edilməli idi. Yəni, mübahisələndirilən Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr konkret olaraq etibarsız sayılmış əqqd əsasında yarandığına görə, o, həmin əqddə tərəf olmasa belə, məhkəmə tərəfindən ləğv edilməli idi. Bir daha qeyd edir ki, əqd etibarsız hesab edildyi təqdirdə, məhkəmə tərəfindən onun hüquqi nəticələri də ləğv edilməli idi.
46. Birinci instansiya məhkəməsi nəzərə almır ki, mübahisəli torpaq sahələri onunla İddiaçı1 birgə nikah dövründə əldə etdikləri əmlaklardır. Bu əmlakların satılması barədə tərəfindən hər hansı şəxsə etibarnamə verilməmiş, eləcə də bu barədə notarial qaydada razılıq ərizəsi yoxdur. Buna baxmayaraq, notariat orqanı saxtakarlıq edərək, onun mülkiyyət hüquqlarını kobudcasına pozmuş, başqa şəxsə satmışdır. Onun və ya həyat yoldaşının şəhadətnamədə tərəf olub-olmamağı və ya həmin ədin ləğv deyil, etibarsız hesab edilməli olub-olmaması iş üzrə əsassız qətnamənin qəbul edilməsi üçün əsas ola bilməz.
47. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etsə də, cavabdehlər bu barədə hər hansı sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Eləcə də, onlar məhkəməyə müraciət edəndən sonrakı müddətdə, cavabdehlər belə bir əmlkaın mövcudluğundan məlumatlı olmuş və torpaq sahəsini yerini dövlət qurumları vasitəsilə müəyyən etmişlər. Ümumilikdə 81 ha. torpaq sahəni alan şəxsin arvadı və uşaqları necə olur ki, bu torpaq sahəsinin mövcudluğundan məlumatları olmur. O, məhkəmədə iddia qaldıran kimi, tez gedib notariat ofisinə müraciət edirlər.
48. Məhkəmə iddianın təmin olunmayan hissədə hansı qanuna əsasən rədd olunmalı olmasını müəyyən etməyib.
49. Məhkəmə işə baxarkən ona məxsus şəxsiyyət vəsiqəsinin saxtalaşdırldığını, yəni evli ola-ola və şəxsiyyət vəsiqəsinin əslində evli qeyd edilməsinə baxmayaraq, həmin vəsiqədə subay kimi qeyd edilmiş şəxsiyyət vəsiqəsinin surəti əlavə edilib, notariat ofisi isə öz vəzifəsini yerinə yetriməmiş, onun evli olub-olmamağımı araşdırmadan və bu barədə sənədin əsli və ya təsdiq edilmiş surətini əldə etmədən saxta sənədlər əsasında alqı-satqı müqqavilələrini təsdiq etmişdir. Həm notarius, həmdə müqaviləni bağlayan tərəflər barəsində cinayət işi açılmaqla gələcəkdə bu kimi halalrın qarşısı alınmalı idi.
50. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub- olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Göründüyü kimi, alqı-satqı müqavilələləri və reyestrdə aparılmış qeydiyyatlar eitbarsız hesab olunmaqla, onun və həyat yoldaşının daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqları bərpa olunmur, yenədə həmin əmlaklar sənəd üzrə cavabdehlərin mülkiyyətində qalır. Məhkəmə iddianı tam təmin etmək əvəzinə qismən təmin etməklə, onların birgə nikah dövründə əldə etdiyikləri əmlak üzərində mülkiyyət hüquqlarını pozmuşdur.
51. Birinci instansiya məhkəməsi tərəfindən onların birgə nikah dövründə əldə etməklə min bir əziyyətlə əldə etdiyikləri torpaq sahələri saxta sənədlər əsasında alqısatqı predmeti olmasına baxmayaraq, məhkəmə saxtakarlığı edən şəxslər və notariat kontoru barəsində xüsusi qərardad qəbul etməmişdir. Məhkəmənin hazırki vəziyyətdə iddianı qismən təmin etməsi hər hansı pozuntunu aradan qaldırmır. Bunun əksinə məhkəmə birinci dəfə iddianı əsassız olaraq baxılmamış saxlamaqla, cavabdelərə şərait yaratmışdır ki, onlar qısa müddətdə onun mülkiyyətində olan əmlakları tanışlarını adlarına özgəninkiləşdirsinlər.
52. Birinci instansiya məhkəməsi iddianı rədd olunan hissədə qətnaməsini əsaslandırmaq üçün yalnız onların əqd üzrə tərəf olmadıqlarını və əqdin etibarsızlığı barədə iddia qaldırmadıqlarını qeyd etsə də nəzərə almır ki, o və həyat yoldaşı vərəsəlik əsasında qarşı tərəfin vərəsəsi ola və ya tərəf ola bilməzlər. Lakin həmin əqd birbaşa onların mülkiyyət hüquqlarını kobudcasına pozduğuna və mənafelərinə xələl gətirdiyinə görə məhkəmə həmin hissədə iddianı təmin etməli idi. Eləcə də, bu şəhadətnamənin verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər etibarsız hesab olunduğuna görə, bu əqd məhkəmə qaydasında etibarsız deyil, ləğv edilməli idi.
53. Odur ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)- 152/2024 saylı qətnaməsinin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
54. İddiaçılar məhkəmə kollegiyasına göndərdikləri ərizələrində iddia tələbində texniki səhvə yol verərək, sonra etibarsızlıq əvəzinə ləğvetmə kimi qeyd edildiyini göstərərək, Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsız hesab edilməsini xahiş etmişlər.
55. Cavabdeh6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə öz qətnaməsində iddianı təmin etməklə mülki qanunverciliyin maddi hüquq normaları və Ali məhkəmənin nikahda olan əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müvafiq təcrübü qərarının müddəalarını pozaraq səhf nəticəyə gəlməklə cavabdehin və digər hüquqlarına toxunalan şəxsin hüquqlarını kobud surətdə pozulması ilə nəticələnən qərar qəbul etmişdir.
56. Məhkəmə işi araşdırarkən iddia predmeti olan əmlakın hazırda kimin mülkiyyətində olmasını aydınlaşdırmamış, mübahisə edilən müqaviləni notariat orqanından əldə etməklə kifayətlənmişdir. Halbuki iş materiallarında həmin daşınmaz əmlkaın kimin mülkiyyyətində olması barədə müvafiq sorğu verilsəydi həmin vaxt əmlakın üçüncü şəxslərin qanuni sahibliyində və istifadəsində olması aydınlaşar bununlada idianın təmini istisna oluna bilərdi. Lakin məhkəmə həmin hissəni araşdırmamaqla kobud qanun pozuntusuna yol vermişdir.
57. Birinci instansiya məhkəməsi işi araşdırarkən İddiaçı2 münasibətdə iddianı araşdırarkən iddia predmeti olan torpaq sahəsinin alqı satqısında iştirakının olmaması və həmin müqaviləyə razılığının olması məsələsini aydınlıq gətirmədən iddianı təmin etmişdir. Belə ki, İsmayıllı rayon Notariat Ofisində reyestrdə 4Ə-03/401 və 4Ə-03/402 nömrələrlə qeydə alınmış 26 avqust 2008-ci il tarixli alğı-satqı müqavilələrində İddiaçı2 hər hansı şəkildə iştirak etməsədə onun əqdə münasibəti açıq aydın müəyyən olunduğu təqdirdə həmin razılığın əqd formasına riayət edilməsi tələb olunmurdu. Yəni məhkəmə vicdanlılıq məsələsinə qiymət verməli və həmin münasibtə qiymət verərkən həqiqətən İddiaçı2 aldadılmasının, onun xəbərsizliyinin və Sevetlana Bayramavonın özünün hüquqdan sui-istifadə edib etməməsi məsələsi aydınlaşdırılmalı idi.
58. Birinci instansiya məhkəməsi işi araşdırarkən mülkiyyətin hazırki sahibi barədə heç bir araşdırma aparmamışdır. Belə ki, göstərilən torpaq sahələri 15 aprel 2024-cü il tarixdən vərəsəlik qaydasında cavabdehlərin adına qeydiyyata alınmışdır. B undan sonra yəni 09 aprel 2024-cü il tarixdə isə alqı satqı müqaviləsinə əsasən vicdanlı qaydada X2. Bundan sonra əmlak Seymur Ərəbovun adına qeydiyyata alınmışdır. Yəni mülkiyyətin hər iki qaydada qeydiyyata alınması zamanı vicdanlılıq prinsipinə əməl edilmişdir. Həmin qeydiyyatlar da öz növbəsində Ali Məhkəmənin qərarına əsasən Mülki Məcəllənin 225.6-cı maddəsinə görə birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı bağlanmış əqdin etibarsızlığını istisna edən haldır. Yəni əmlakı vicdanlı əldə etmiş şəxsin hüquqların qorunur. Hər iki çıxarış şikayətə əlavə edilir.
59. Birinci instansiya məhkəməsi işə baxarkən plenumun həmin qərarının tələblərini pozmaqla işə baxmışdır. Belə ki, İddiaçı2 həmin əqdin bağlanmasından xəbəri ollmadığı barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəməyə kənd Bələdiyyəsindən verilmiş arayış təqdim edilmiş və həmin arayışdanda görünür ki, həmi torpaq sahəsi tam istifadəsiz vəziyyətdə qalmış və heç bir vergisi ödənilməmişdir. Cavabdeh tərəf olaraq bunu belə əsaslandıra bilərlər ki, mərhum Cavabdeh4 alı satqı müqaviləsi bağlamasında onun ailəsinin bir müddət xəbəri olmamışdır. Belə ki, mərhum müqaviləni bağladıqdan təxminən 20 gün sonra rəhmətə getmiş və bu barədə heç kimə heçnə deməmişdir. İddiaçı tərəfdə torpaq sahəsini satmalarını dərk etdikləri üçün artıq bunla bağlı heç bir tələb irəli sürməmişlər. X7 ailsi vərəslik qaydasında mirası qəbul edərək əmlakları öz adlarına qeydiyyata aldırmışlar. Həmin əmlak vərəsəlik qaydasında qeydə alınarkən yəni fevral ayı cavabdehlərin hazırki iddiadan xəbərləri olmamışdır. Cavabdehlər həmin işə 24 iyun 2024-cü il tarixli qərardadla cavabdeh olaraq cəlb edikdikdən sonra xəbərləri olmuşdur. Yəni, 24 iyun 2024-cü il tarixədək cavabdehlərin heç bir iddiadan xəbərləri olmamışdır. Əmlak üzərinə həbs qoyulması qərardadıda iyun ayında qəbul edilmişdir. Yəni 09 aprel 2024-cü il tarixdə əmlak üçüncü şəxs Seymur Ərəbova satılarkən heç kimin heç bir iddiadan xəbəri olmamış, bütün prosesdur qaydalarına əməl edilməklə alqı-satqı həyata keçirilmişdir.
60. Birinci instansiya Məhkəməsi işi araşdırarkın İddiaçı2 digər İddiaçı1la evlilik zamanı həmin torpaq sahələrinin satılması ilə bağlı hər hansı narzaılıq və ya məhkəmə mübahisəsinin olmaması onun həmin müqavilədən xəbəri olması və bəyənməsi anlamına gəldiyi barədə düşünməyə əsas verir. Yəni İddiaçı2 hazırki vəziyyyətdə verdiyi iddia hüquqdan sui istifadə xarekteri daşıyır.
61. Birinci instansiya məhkəməsi mülki məcəllənin hazırki maddi hüquq normasınıda qətnaməsində pozmuşdur. Belə ki, mülkiyyətin qanuni yolla əldə edilmiş sahibi Seymur Ərəbovun hüquqları müdafiə edilməli olduğu haıda məhkəmə ümumiyyətlə həmin xüssusatı araşdırmamışdır. Yəni mülkiyyət vicdanlı qaydada əldə edənin sahibliyinə keçməsinə baxmayaraq həmin şəxsin hüquqları kobud surətdə pozmuşdur.
62. Birinci instansiya məhkəməsi işi araşdırarkən müliyyətin sonuncu sahibini müəyyən etmədiyi üçün iddiaçı və cavabdehlər arasında olan müqavilənin etibarsızlığı olması şəraitində belə vicdanlı alıcının saxlanılan hüquqlarını qorunması normaları pozulmuşdur. Yəni mülkiyyətlə bağlı ortada mübahisə iddiaçı və cavabdeh arasında həll olunması məhkəmə tərəfindən zənn edilsədə də əslində vicdanlı əldə edənin hüquqları kobud surətdə pozulmuşdur.
63. Birinci instansiya məhkəməsi vicdanlı əldə edənin əldə etdiyi vaxt hər hansı pozuntunun olub olmamasını aydınlıaşdırmamışdır. İstər cavabdehlərin istərsədə vicdanlı üçüncü şəxsin əmlakı əldə edilməsi zamanı vicdansız hərəkətlərinin nədən ibarət olması aydınlaşdırmamışdır.
64. Göründüyü kimi hazırki iş üzrə hakim məcəllənin bu normasına əsasən mülkiyyətin sonuncu sahibi barədə məlumatlar iddiaçı və ya cavabdeh tərəfindən təqdim edilməsəydi belə sorğu verərək müvafiq sənədləri almalı idi. Məhkəmə sübutların əldə edilməsi qaydasını pozmaqla çıxardığı yekun qərardada sübut əskikliyi ilə səhf nəticəyə gəlmişdir. X11 adına olan reyestrdən çıxarışın alınması ilə bağlı sorğu verilsəydi araşdırma nəticəsi fərqli ola bilərdi.
65. Görünüdüyü kimi birinci instansiya məhkəməsi düzgün araşdırma aparmaması nəticəsində Seymur Ərəbovun hüquqlarına ciddi sürətdə zərər vurulmuş və o, üçüncü şəxs qsimində işə cəlb olunmalı olduğu halda bu normaya əməl edilməmişdir. Ona görədə hesab edirlər ki, apellyasiya instansiyasında Seymur Ərəbov üçüncü şəxs qismində cəlb edilərək iddiaya münasibəti aydınlaşdırılmalıdır.
66. Hesab edirlər ki, birinci instansiya məhkəməsi qanunun vicdanlı əldə etmə ilə bağlı normalarını ciddi surətdə pozmuş və bunun nəticəsində üçüncü şəxslərin və cavabdehləri hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
67. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-152/2024saylı xx.xx.2024-cü il tarixli qətnaməsini ləğv edərək iddianın rədd edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
68. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iddiaçıların apellyasiya şikayətlərinə etirazında iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, yeni qətnamə qəbul edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
69. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, iddiaçıların apellyasiya şikayətlərinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-152/2024 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə cavabdehlərin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
70. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh5 vəkili, Cavabdeh6 isə həmçinin nümayəndəsi Vəkil2 Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin təmin olunması, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 152/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək iddianın bütünlükdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz edərək, iddiaçıların apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
71. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinin təmin olunması, İsmayıllı Rayon Məhkəməsinin 2(037)- 152/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək iddianın bütünlükdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə etiraz edərək, iddiaçıların apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
72. Cavabdehlər Cavabdeh3, Cavabdeh7, Cavabdeh5, Bakı Şəhəri 16 saylı Notariat Ofisi, İsmayıllı rayon Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Bakı Şəhəri 16 saylı Notariat Ofisi məhkəmə kollegiyasına göndərdiyi müraciətində məhkəmə iclasının notariat ofisinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etsə də, digər cavabdehlər gəlməmələrinin səbəb və mümkünsüzlüyünə dair heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
73. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 225.1 Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1321.1 Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1322 Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
74. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
75. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun; 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. 46-cı maddəsinə əsasən ər-arvaddan birinin ümumi mülkiyyətdə olan daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan müqavilələrin bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.
76. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun; 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; və s.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarı:
78. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
79. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
81. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
82. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
83. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
84. İddiaçılar apellyasiya şikayətlərində İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-152/2024 nömrəli qətnaməsini qismən, yəni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişlər.
85. Cavabdeh6 şikayətinin məzmununda qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirsə də, apellyasiya şikayətinin yekununda birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etmişdir. Lakin o, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.
86. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(037)-152/2024 nömrəli qətnaməsinin iddiaçıların mübahisələndirdikləri iddianın təmin olunmamış, cavabdehin isə mübahisələndirdiyi iddia tələbinin təmin edilən hissəsində yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
87. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları üzrə yoxlayıb, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilən hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iddianın rədd edilmiş hissəsində ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, beləliklə iddianın rədd edilmiş hissəsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
88. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
89. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 18 iyul 2001-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikah münasibətlərində olduqları dövrdə iddiaçılardan İddiaçı1 adına İsmayıllı rayonu Təzəkənd kəndinin ərazisindən 0,21006 ha və 0,600051 ha torpaq sahələri alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ rayon ərazi idarəsi tərəfindən 0,600051 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış və 0,21006 ha torpaq sahəsinə dair xx.xx.2008-ci ildə MH seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışlar əsasında İddiaçı1 mülkiyyətində olan torpaq sahələri İddiaçı1 adından etibarnamə əsasında çıxış edən Cavabdeh3 ilə xx.xx.2008-ci il tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış, lakin Şamaxı rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə- 03/401 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 10000 manata və həmin tarixdə İsmayıllı rayon Dövlət Notariat Kontorunda bağlanmış, lakin Şamaxı rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə- 03/402 nömrə ilə qeyd edilmiş alğı-satqı müqaviləsi əsasında 20000 manata alıcı qismində iştirak edən Bakı şəhər sakini Cavabdeh4 satılmışdır. Lakin həmin müqavilələr bağlanarkən İddiaçı2 iştirakı təmin edilməmiş və sonuncunun alqısatqılara razılığı alınmamışdır. Notariat işlərində alğı-satqıda İddiaçı1 təmsil edən Cavabdeh3 xx.xx.2008-ci il tarixli ərizə ilə İsmayıllı rayon Dövlət Notariat Kontoruna müraciət edərək, İddiaçı1 İsmayıllı rayonu Təzəkənd kəndində yerləşən torpaq sahələrini əldə edərkən rəsmi nikahda olmamasını və hal-hazırda da subay olmasını, gələcəkdə satılan torpaq sahəsi barəsində hər hansı mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürməsini bildirmiş, həmin ərizədə alıcı kimi qeyd edilən Cavabdeh4 da bu faktın ona məlum olması barədə imzası ilə təsdiq etmişdir. Cavabdeh4 sözügedən alğı-satqı müavilələri bağlandıqdan bir müddət sonra, yəni 15 sentyabr 2008-ci il tarixdə vəfat etmiş, hazırkı tələb məhkəmənin icraatında daxil olduqdan sonra onun qanun üzrə birinci növbə vərəsələri notariat orqanına müraciət edərək alğı-satqının predmeti olan torpaq sahələrinə dair xx.xx.2024-cü il tarixli 2V-5 və 2V-6 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. 0,21006 ha və 0,600051 ha torpaq sahələrinə dair alğı-satqı müqavilələri İddiaçı2 razılığı və iştirakı olmadan bağlanmaqla, həmin müqavilələrin İddiaçı2 tərəfindən sonradan bəyənilməsi halı da məyyən edilməmişdir.
90. Məhkəmə kollegiyası ilk öncə Cavabdeh6 apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır.
91. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işi araşdırarkən iddia predmeti olan əmlakın hazırda kimin mülkiyyətində olmasını aydınlaşdırmaması, birinci instansiya məhkəməsi işi araşdırarkən mülkiyyətin hazırki sahibi barədə heç bir araşdırma aparmaması, mülkiyyətin qanuni yolla əldə edilmiş sahibi Seymur Ərəbovun hüquqları müdafiə edilməli olduğu halda məhkəmənin ümumiyyətlə həmin xüssusatı araşdırmaması, mülkiyyət vicdanlı qaydada əldə edənin sahibliyinə keçməsinə baxmayaraq həmin şəxsin hüquqlarının kobud surətdə pozulması, vicdanlı üçüncü şəxsin əmlakın əldə edilməsi zamanı vicdansız hərəkətlərinin nədən ibarət olmasının aydınlaşdırılmaması, üçüncü şəxslərin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
92. İddiaçılar tərəfindən isə 0,21006 ha və 0,600051 ha torpaq sahələri üzrə aparılmış əməliyyatlar üzrə növbəti alıcıya qarşı deyil, həmin torpaq sahələrinin ilkin alıcısı qismində çıxış etmiş mərhum Cavabdeh4 vərəsələrinə qarşı iddia tələbi irəli sürülmüş, Cavabdeh4 vərəsələri ilə üçüncü şəxs X9 arasında bağlanmış alqı-satqı müqaviləsi hazırkı icraatda mübahisələndirilməmişdir. Buna baxmayaraq məhkəmə kollegiyası tərəfindən X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək, baxılan mübahisə barədə məlumatlandırılmışdır.
93. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin İddiaçı2 münasibətdə iddianı araşdırarkən iddia predmeti olan torpaq sahəsinin alqı satqısında iştirakının olmaması və həmin müqaviləyə razılığının olması məsələsinə aydınlıq gətirmədən iddianı təmin etməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən təqdim edilmiş 26 avqust 2008-ci il tarixli 4Ə-03/401 və 4Ə-03/402 nömrəli noatariat qovluqlarında olan sənədlərdən görünür ki, həmin alqı-satqı müqavilələri bağlanarkən İddiaçı2 iştirakı təmin edilməməkllə yanaşı, alqı-satqının aparılmasına dair İddiaçı2 hər hansı bir razılığı da alınmamışdır.
94. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin vicdanlı əldə edənin əldə etdiyi vaxt hər hansı pozuntunun olub olmamasını aydınlaşdırmaması, cavabdehlərin əmlakın əldə edilməsi zamanı vicdansız hərəkətlərinin nədən ibarət olmasının aydınlaşdırılmaması, birinci instansiya məhkəməsinin qanunun vicdanlı əldə etmə ilə bağlı normalarını ciddi surətdə pozması və bunun nəticəsində cavabdehlərin hüquqlarının pozulmasına dair dəlillərini də əsassız hesab edərək, qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki,vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir.Mülki hüquqda şəxslərin vicdanlı olduğu,yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur.Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
95. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitutsiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
96. Dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir.Mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir.
97. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
98. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qanunvericinin ərlə arvaddın birgə mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı reyestrin həqiqiliyi prizumpsiyasını istisna etməsini, hətda alıcının vicdanlı olduğu halda belə ərlə arvadın birgə mülkiyyətində olan daşınmaz əmlakın alğı-satqısı zamanı tərəflərin razılığının imperativ olaraq müəyyən edildiyini qeyd etmişdir.
99. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı2 həmin əqdin bağlanmasından xəbəri olmadığı barədə heç bir sübutu məhkəməyə təqdim etməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
100. Notariat qovluğunda İddiaçı2 alqı-satqı müqavilələrinin bağlanmasına razılıq verməsinə dair heç bir sənəd mövcud olmadığı halda ondan əqdin bağlanmasından məlumatının olmaması barədə əlavə sübutun tələb edilməsi əsassızdır. Bu halı sübut etmək vəzifəsi artıq cavabdeh tərəfin üzərinə düşür ki, cavabdeh tərəfdən də belə bir sübut təqdim edilməmişdir.
101. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
102. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı2 digər İddiaçı1la evlilik zamanı həmin torpaq sahələrinin satılması ilə bağlı hər hansı narazılıq və ya məhkəmə mübahisəsinin olmamasının onun həmin müqavilədən xəbəri olması və bəyənməsi anlamına gəlməsi, İddiaçı2 hazırki vəziyyyətdə verdiyi iddianın hüquqdan sui istifadə xarekteri daşımasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki,vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir.Mülki hüquqda şəxslərin vicdanlı olduğu,yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur.Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
103. Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
104. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidirlər.
105. Kollegiya qeyd edir ki, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
106. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Əgər əqdin etibariığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.
107. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
108. Lakin iş materiallarından İddiaçı2 tərəfindən 26 avqust 2008-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-03/401 və 4Ə-03/402 nömrələri ilə qeyd edilmiş alqı-satqı müqavilələrinin bəyənilməsi, əqdin etibarsızlığı tələbini irəli sürərkən vicdanlılıq prinsipinə zidd davranış nümayiş etdirməsi halları müəyyən edilməmişdir.
109. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına əsasən qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.
110. Şərh edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh6 apellyasiya şikayətinin dəlilləri əsassızdır və iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
111. Kollegiya iddiaçıların apellyasiya şikayətlərinə münasibətdə qeyd edir ki, iddiaçıların apellyasiya şikayətlərinin dəlilləri eynilik təşkil etdiyindən onlar birgə dəyərləndirilməlidir.
112. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilərək, iddianın həmin hissədə də təmin edilməsi üçün əsasdır.
113. Belə ki, birinci instansiya məhkəməsi iddianın rədd edilən hissəsində mövqeyini Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi üçün hazırki iddiaçılar tərəf olmamaqla əsaslar mövcud olmamaqla yanaşı, sözügedən təktərəfli əqdin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən tələbin irəli sürülməməsi ilə əsaslandırmışdır.
114. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırılması və buna dair gəldiyi nəticə ilə razılaşmır. Əksinə iddiaçıların apellyasiya şikayətlərinin əsas dəlilləri olan birinci instansiya məhkəməsinin bu əqdin bağlanmasına əsas olan daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat artıq etibarsız hesab edilməsini, onların vərəsəlik əsasında qarşı tərəfin vərəsəsi ola bilməmələrini nəzərə almaması, onların mülkiyyət hüqquqlarını kobudcasına pozduğuna və mənafelərinə xələl gətirdiyinə görə məhkəmənin həmin hissədə də iddianı təmin etməli olmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçıların mübahisələndirdikləri xx.xx.2024cü il tarixli 2V-5 və 2V-6 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr əqd deyildirlər və notariat ofisi tərəfindən miras əmlaka dair vərəsələrin hüquqlarını təsdiq etmək məqsədi ilə verilən sənəddirlər.
116. Bundan əlavə birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli 2V-5 və 2V-6 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələri mübahisələndirməklə iddiaçıların həqiqi niyyətlərinin nədən ibarət olmasını dəqiqləşdirməmiş, əslində iddiaçıların həqiqi niyyətlərinin adıçəkilən şəhadətnamələrin qüvvədən salınmasına yönəlməsini diqqətə almamışdır.
117. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
118. Hansı ki, məhkəmə kollegiyasına göndərdikləri ərizələrində iddiaçılar əslində həqiqi niyyətlərinin xx.xx.2024-cü il tarixli 2V-5 və 2V-6 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrin etibarsızlığına yönəldiyini göstərmişlər.
119. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2008-ci il tarixdə 0,21006 ha və 0,600051 ha torpaq sahələrinə dair alqı-satqı müqavilələrinin bağlanmasında qanunvericiliyin tələbləri pozulduğundan, əhəmiyyətsiz əqdlər əsasında mərhum Cavabdeh4 adına rəsmiləşdirilmiş 0,21006 ha və 0,600051 ha torpaq sahələrinə dair Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə verilmiş, reyestrdə 2V- 5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələr də etibarlı sənədlər hesab edilə bilməzlər.
120. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab verməməklə, iddianın rədd edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır.
121. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qətnaməsi iddianın Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/-5 və 2V- 6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən 25. 01.2024-cü ildə reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində də təmin edilməli, Cavabdeh4 miras qalmış əmlaka dair Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə verilmiş, reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr etibarsız hesab edilməlidir.
122. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-152/2024 nömrəli qətnaməsi iddianın Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 21/-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin etibarsız hesab edilməsi hissəsində də təmin edilsin. Cavabdeh4 miras qalmış əmlaka dair Bakı şəhəri 16 saylı Notariat Ofisi tərəfindən xx.xx.2024-cü ildə verilmiş, reyestrdə 2V-5 və 2V-6 nömrələri ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr etibarsız hesab edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.